Məhkəmə qərarları › İş №2(102)-1397/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1397/2022

12.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1397/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı: İddiaçı İB-nın Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər:dəymiş zərərin əvəzinin ödənilməsi) 12.04.2022 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 oktyabr 2021-ci il tarixli, 2(103)9976/2021 saylı qətnaməsindən İddiaçı İB-nın kassasiya şikayəti üzrə işə 12 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı İB məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq, cavabdehdən dəymiş zərərə görə 8.025,10 manat pulun tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Birinci instansiya məhkəməsində icraat Bakı Şəhəri, Sabunçu Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim T.Ə.Əsədova) iddia qismən təmin edilərək, cavabdehdən vurulmuş zərərə görə 349,20 manat, debitor borca görə 275,10 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 624,30 manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, tərəflər arasında “Qazın alqı-satqısı haqqında” 27 mart 2020-ci il tarixli müqavilə bağlanıb və həmin müqavilənin şərtlərinə görə iddiaç ı cavabdehi normal təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz şəkildə təmin etməyi, cavabdeh isə qaz sayğacının göstəricisinə əsasən hesablanmış və iddiaçı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam şəkildə ödəməyi öhdəsinə götürüb. Cavabdeh izahatında etiraf edib ki, iddiaçının əməkdaşları tərəfindən sayğac çıxarılıb aparıldıqdan sonra məcbur olub sayğacdan kənar qazdan istifadə edib. Cavabdeh tərəfindən sayğacdan kənar qazdan istifadə edilməsinə dair iddiaçının əməkdaşları tərəfindən 28 aprel 2016-cı ildən başlayaraq 27 mart 2020-ci il tarixədək 28 akt tərtib edilib və cavabdeh barəsində 8.025,10 manat zərər hesablanıb. Cavabdehin ödənişləri etməməsi onun tərəfindən kənar xətdən istifadə etməsinə dəlalət e dir. Lakin, bu zərərin yaranmasına görə iddiaçı da məsuliyyət daşıyır. Belə ki, iddiaçı normativ hüquqi aktlara əsasən üzərinə düşən vəzifələri icra etməyib, öz imkanlarından və səlahiyyətlərindən istifadə etməklə cavabdehin kənar xətdən istifadə etməsinin qarşısını almayıb və nəticədə onun sayğacdan kənar xəttə qoşulmasına şərait yaradıb. Ona görə də iddia 28 aprel 2016-cı il tarixli akt üzrə hesablanmış 349,20 manat zərərin ödənilməsi, həmçinin 275,10 manat debitor borcunun tutulmasına aid hissələrdə təmin edilməli, qalan hissələrdə iddia rədd olunmalıdır. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 442-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya mə hkəməsinin qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv edilib, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər T.S.Səmədov sədrlik edən, məruzəçi, İ.Ə.Kərimli və A.V.Tanrıverdiyev) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli qətnaməsi apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübah isəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 425.1, 442-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv edilib, mülki işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadın baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə hüququ pozul muş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazl arının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsə lələrə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. İddaçının kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsi nin qətnaməsi iddianın təmin olunmayan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub. Belə ki, işdən görünür ki, tərəflər arasında “Qazın alqı-satqısı haqqında” 27 mart 2020-ci il tarixli müqavilə bağlanıb və həmin müqavilənin şərtlərinə görə iddiaçı cavabdehi normal təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz şəkildə təmin e tməyi, cavabdeh isə qaz sayğacının göstəricisinə əsasən hesablanmış və iddiaçı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam şəkildə ödəməyi öhdəsinə götürüb. İddiaçının əməkdaşları tərəfindən 28 aprel 2016-cı ildən 27 mart 2020-ci il tarixədək tərtib edilmiş 28 akt üzrə müəyyən edilir ki, cavabdeh iddiaçıya məxsus ümumi qazpaylayıcı küçə qaz xəttinə rezin boru vasitəsilə qanunsuz qoşulmaqla fərdi yaşayış evinə özbaşına qaz xətti çəkib və evini təbii qaz ilə təmin edən smart qaz sayğacı üzrə ödənişlər aparmadan təbii qazadan qanunsuz istifadə edib. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin iddiaçıya 2021-ci ilin mart ayınadək olan ümumi borcu 8.025,10 manat təşkil edir, həmin borcun 805 manatı 2016-cı ilin fevral aynadək olan qalıq borcuna; 6.945 m anat hissəsi 2016-cı ilin aprel ayından 2020-ci ilin mart ayınadək və 2021-ci ilin mart ayında cavabdehin qaz xəttinə qanunsuz qoşulması faktına görə tərtib edilmiş aklar üzrə hesablanmış borc məbləğinə; 275,10 manat hissəsi 2020-ci ilin aprel ayından 2021-ci ilin mart ayınadək faktiki istehlak olunmuş qaz sərfiyyatına görə yaranmış debitor borcuna aiddir. Həmçinin işdən görünür ki, cavabdeh ümumiyyətlə 2013-cü ilin noyabr ayından hazırki vaxtadək qaz sayğacı üzrə heç bir ödəniş etməyib, əksinə o, izahatında etiraf edib ki, iddiaçının əməkdaşları tərəfindən sayğac çıxarılıb aparıldıqdan sonra mənzilinə rezin boru vasitəsilə qaz xətti çəkib. Bu hallar iddiaçının əməkdaşları tərəfindən tərtib edilib imzalanmış çoxsaylı aktlarla, habelə cavabdehə məxsus fərdi yaşayış evinin həyətindən çəkilmi ş fotoşəkillərlə də təsdiq olunur. Göründüyü kimi hazırki iddia tələbi cavabdeh tərəfindən təbii qazdan qanunsuz istifadə nəticəsində vurulduğu iddia olunan zərərin ödənilməsi ilə bağlıdır. Belə ki, iddiaçı cavabdehin qaz xəttinə sayğacdan kənar qoşulduğunu iddia edir və sübut qismində öz əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş aktları, cavabdehə məxsus fərdi yaşayış evinin həyətində çəkilmiş fotoşəkilləri, habelə cavabdehin özünün etirafını təqdim edir. Apellyasiya instansiyası məhkəməsi ümumiyyətlə sözügedən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmadan, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət vermədən, yalnız formal mülahizələrə əsaslanaraq mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdir ilmədən saxlayıb. Halbuki, MPM-nin 88-ci maddəsi məhkəmənin üzərinə işdə olan bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmaq, bundan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermək öhdəliyi qoyur. Normanın mənasına görə, məhkəmə işə baxarkən yalnız cavabdehin təqdim etdiyi sübutlara deyil, həm də iddiaçının təqdim etdiyi və ya işə baxılması nəticəsində əldə edilmiş digər sübutlara da qiymət verməlidir. Bundan başqa, işdən görünür ki, cavabdeh izahatında qaz xəttinə həqiqətən sayğacdan kənar qoşulduğunu etiraf edib. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik etirafla bağlı iki institut müəyyən edir: faktın etirafı (MPM-nin 106.3-cü maddəsi) və iddianın etirafı (MPM-nin 191ci maddəsi). Mülki prosessual qanunvericilik hər iki etir afa münasibətdə yazılı və ya protokola imza etmə şərti irəli sürür. Hazırki halda cavabdehin qaz xəttinə sayğacdan kənar qoşulması yalnız onun şifahi izahatında ifadə edildiyindən, bu hal, faktın və ya iddianın etirafı kimi qəbul edilə bilməz. Lakin, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etməkdən ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-nin 88-ci maddəsinə əsasən sübutlara qiymət verməlidir. Yaddan çıxarmaq olmaz ki, işin mübahisəsiz halları tərəflərin həm şifahi, həm də yazılı izahatları əsasında müəyyən oluna bilər. Bu baxımdan məhkəmə iclasında şifahi izahat verən tərəfin işin hallarını məhkəməyə dü zgün bildirmək vəzifəsi vardır və o, həmin izahatın hüquqi nəticələrindən irəli gələn riskləri daşıyır. Qeyd olunanlara baxmayaraq apellyasiya instansiyası məhkəməsi MPM-nin 106.1-ci maddəsinə əsasən iş üzrə toplanmış digər sübutlarla, məsələn çoxsaylı aktlarla, fotoşəkillərlə təsdiq edildiyi halda sübut əhəmiyyətinə malik olan cavabdehin etirafedici izahatına heç bir qiymət verməyib. Kassasiya instansiyası məhkəməsi həmçinin hesab edir ki, cavabdeh qazpaylayıcı xəttə rezin boru vasitəsilə sayğacdan kənar qoşulduğundan, iddiaçının cavabdehin fərdi yaşayış evinə qazın verilməsini dayandırmaması anlamına gəlmir və bu hal iddianın rədd edilməsi üçün əsas ola bilməz. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 6.2-ci maddəsinə əsasən, bilərəkdən (qəsdən) qaz qurğu sahibindən icazə siz qaz alan cavabdeh şəxs, qaz qurğusu sahibinə vurulmuş zərərin əvəzini ödəmək vəzifəsi daşıyır. Həmin Qanunun 22-ci maddəsində göstərilir ki, bu Qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayətinin dəlillərini əsaslı sayır və hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzd ir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə yalnız sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında da məhkəmələrə məhz bu qaydalara əməl etmələri tövsiyyə olunub. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş hallarını və sadalanan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı, işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 4 19-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı İB-nın kassasiya şikayəti təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 oktyabr 2021-ci il tarixli, 2(103)-9976/2021 saylı qətnaməsi qismən- iddianın təmin olunmayan hissəsində ləğv edilsin, mülki iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar