Məhkəmə qərarları › İş №2(102)-1397/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1397/2023

01.05.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1397/2023 01.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativinə və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7343/2022 nömrəli, 8 dekabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 MTK tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

2. İddiaçı ilə Cavabdeh1 MTK arasında 18 noyabr 2008-ci il tarixdə "xxxx" müqavilə bağlanmış, müqaviləyə əsasən MTK, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 42 ünvanında tikiləcək binanın 1-ci girişinin 4-cü mərtəbəsində ümumi sahəsi 151 kv.m olan 4 otaqlı 9 saylı mənzili İddiaçı təhvil verməyi, İddiaçı isə mənzilin dəyərini MTK-ya ödəməyi öhdələrinə götürmüşlər.

3. Həmin müqavilədə əlyazısı ilə “İddiaçı binada elektrik quraşdırma işləri ilə əlaqədar əvəzləşmə. Protokol № 1. xx.xx.2008-ci il” qeydi aparılmışdır.

4. MTK-nın İddiaçı verdiyi maliyyə arayışında göstərilmişdir ki, o, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 42 ünvanında inşa edilən 3 girişli yaşayış binasında elektrik quraşdırma işlərini görmüşdü r və gördüyü işin əvəzində 1-ci girişin 4-cü mərtəbəsində ümumi sahəsi 151 kv.m olan 4 otaqlı 9 saylı mənzil ona verilmişdir, MTK-ya borcu yoxdur.

5. Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 42 ünvanında binanı inşa edən şirkətin iş icraçısı, texniki nəzarətçisi, binanın komendantı və İddiaçı tərəfindən tərtib olunmuş xx.xx.2010-cu il tarixli akta görə, İddiaçı binanın daxili elektrik işlərini tam başa çatdırmışdır və görülmüş işlərə heç bir irad yoxdur. 6. 12 aprel 2011-ci il tarixdə İddiaçı tərəfindən həmin mənzil üçün MTK-ya 10000 (on min) manat ödənilmiş, bununla bağlı ona kassa mədaxil orderi verilmişdir.

7. İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 42 ünvanında yerləşən 9 saylı mənzillə bağlı xx.xx.2016-cı il tarixdə **********20009 abunə kodu ilə "xxxx" ASC-nin abonenti kimi qeydə alınmış, xx.xx.2016-cı il tarixdə mənzilə sayğac quraşdırılmış, xx.xx.2017-ci il tarixdə sayğaca möhür vurulmuş və bu barədə akt tərtib edilmişdir. İddiaçı hazırkı dövrədək həmin mənzil üzrə "xxxx" ASC-nin abonentidir. 8. "xxxx" ASC-nin tərtib etdiyi abonent saldosundan görünür ki, xx.xx.2022ci il tarixinədək mənzildə elektrik enerjisi istehlak olunmamışdır.

9. MTK-nın İddiaçı xx.xx.2018-ci il tarixdə ünvanladığı məktubda xəbərdarlıq olunmuşdur ki, ona məxsus olan mənzilin qara (ağır) işlərini 15-20 gün müddətində binanın giriş qapılarının qarşısında quraşdırılmış libyotkalardan (qaldırıcı qurğu) istifadə etməklə həyata keçirsin, əks halda həmin avadanlıq götürüldükdən sonra mənzilin təmiri üçün gətiriləcək mal-materiallar əllə (pilləkənlərlə) qaldırılacaqdır.

10. Cavabdeh2 ilə MTK arasında 24 aprel 2013-cü il tarixdə müqavilə bağlanmış, müqaviləyə əsasən MTK, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 40A ünvanında tikiləcək binanın 1-ci girişinin 4-cü mərtəbəsində ümumi sahəsi 151 kv.m olan 4 otaqlı 9 saylı mənzili Cavabdeh2 təhvil verməyi, sonuncu isə bunun müqabilində 143 450 manatı MTK-ya ödəməyi öhdələrinə götürmüşlər.

11. Həmin müqavilədə əlyazısı ilə qeyd yazılmışdır ki, mənzil Quliyev Şahmara beton əvəzi verilmiş, Q. Şahmarın ərizəsi əsasında Cavabdeh2 adına keçirilmişdir. 12. ünvan 3 ünvanında yerləşən 9 saylı mənzil xx.xx.2021-ci il tarixdə mülkiyyət hüququ əsasında Cavabdeh2 adına qeydə alınmış, bununla bağlı Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən ********* * qeydiyyat №-li çıxarış verilmişdir.

13. Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 42 ünvanında tikilən binanın 1-ci girişinin 4-cü mərtəbəsindəki ümumi sahəsi 151 kv.m olan 4 otaqlı 9 saylı mənzil təmir olunmamışdır (MTK-nın nümayəndəsinin bildirməsinə görə qismən təmir olunmuşdur) və hazırda orada yaşayış olmamaqla yanaşı, mənzilə sahibliklə bağlı İddiaçıla Cavabdeh2 arasında münaqişəli vəziyyət mövcuddur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

14. İddiaçı Cavabdeh1nə (MTK) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, MTK ilə arasında bağlanmış 18 noyabr 2008-ci il tarixli "xxxx" 87 saylı müqaviləyə əsasən əldə etdiyi Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 42 ünvanında inşa edilmiş binanın İ girişinin İV mərtəbəsindəki sahəsi 151 kv.m olan 9 saylı mənzilə pay hüququnun tanınması, həmin mənzilin boşaldılaraq onun sahiblik və istifadəsinə verilməsi, mənzilin açarının ona təqdim edilməsi, mənzildə təmir işlərinin başlanmasına şərait yaradılması vəzifəsinin MTK-ya həvalə edilməsi, həmin mənzilə sahiblik hüququnun həyata keçirilməsinə MTK tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Məhkəmə prosesinin gedişində həmin mənzillə bağlı Cavabdeh2 ilə də müqavilə bağlandığı və mənzilin onun adına qeydiyyata alındığı müəyyən edildiyindən iddiaçı, Cavabdeh2 cavabdeh qismində göstərdiyi iddia ərizəsinə əlavə təqdim etmiş, MTK və Cavabdeh2 arasında bağlanmış 24 aprel 2013-cü il tarixli 203 saylı müqavilənin etibarsız hesab edilməsi, həmin müqavilə ə sasında ünvan 4 ünvanındakı 9 saylı mənzilə dair Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış xx.xx.2021-ci il tarixli qeydiyyat yazısının (müvafiq çıxarışın) ləğv edilməsi, MTK ilə arasında bağlanmış 18 noyabr 2008-ci il tarixli "xxxx" 87 saylı müqaviləyə əsasən əldə etdiyi Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 42 ünvanında inşa edilmiş binanın İ girişinin İV mərtəbəsindəki sahəsi 151 kv.m olan 9 saylı mənzilə pay hüququnun tanınması, həmin mənzilin boşaldılaraq onun sahiblik və istifadəsinə verilməsi, mənzilin açarının ona təqdim edilməsi, mənzildə təmir işlərinin başlanmasına şərait yaradılması vəzifəsinin MTK-ya həvalə edilməsi, həmin mənzilə sahiblik hüququnun həyata keçirilməsinə MTK tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılması nı xahiş etmişdir.

16. İddiaçı tələblərini belə əsaslandırmışdır ki, MTK ilə bağladığı 18 noyabr 2008-ci il tarixli "xxxx" 87 saylı müqaviləyə əsasən MTK, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 42 ünvanda inşa edəcəyi yaşayış binasının İ girişinin İV mərtəbəsindəki, sahəsi 151 kv.m olan 9 saylı mənzili inşa edərək ona təhvil verməyi öhdəsinə götürmüş, MTK-nın verdiyi maliyyə arayışı ilə mənzilin dəyərini tam şəkildə ödədiyi müəyyən olunmuşdur. Aldığı mənzil uzun müddət ərzində sahibliyində olmuş, yəni mənzilə ara-sıra gedib-gəlmiş, mənzilin qapısı tərəfindən dəyişdirilmişdir. Son dövrlərdə mənzilə müəyyən müddət ərzində gedib-gələ bilməmiş, bir neçə ay əvvəl isə mənzilə gedərkən onun qapısının açarının dəyişdirildiyinin şahidi olmuşdur. MTK-nın rəhbərliyinə müraciət edərək mənzilin sa hiblik və istifadəsinə verilməsinin (mənzilin açarının ona verilməsinin) təmin olunmasını xahiş etsə də, müraciətinə müsbət cavab verilməmişdir. Bundan sonra tərəfindən 12 aprel 2022-ci il tarixli pretenziya ilə MTK-ya müraciət edilərək mənzilin 03 (üç) gün ərzində sahiblik və istifadəsinə verilməsi, eləcə də mənzilin açarının təqdim edilməsinin təmin edilməsi təklif olunmuş, əks halda məhkəməyə müraciət etmək məcburiyyətində qalacağı bildirilmişdir. MTK tərəfindən müraciətinə cavab verilməmişdir. MTK ilə arasında bağlanmış müqavilənin 2.2-ci və 2.3-cü bəndlərinə əsasən MTK, qeyd olunan ünvanda yaşayış binasını inşa etməyi, binanın İ girişinin İV mərtəbəsindəki 9 saylı mənzili ona təhvil verməyi öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Qeyd olunan qanunvericilik normasına əsasən aldığı mənzil üzərində mülkiyyət - sahiblik və istifadə hüququ əldə etmişdir. MTK müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, mənzili onun sahiblik və istifadəsinə verməmişdir. Məhkəmədə işə baxılarkən, MTK-nın nümayəndəsi Cavabdeh2 ilə MTK arasında bağlanmış 24 aprel 2013-cü il tarixli 203 saylı müqavilə, eləcə də daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış təqdim etmişdir. Hesab edir ki, MTK ilə Cavabdeh2 arasında bağlanmış 24 aprel 2013-cü il tarixli 203 saylı müqavilə qanunvericiliyin tələblərinə uyğun olmadığından etibarsızdır və həmin müq avilənin hər hansı bir hüquqi qüvvəsi yoxdur. Çünki mənzillə bağlı yeni müqavilə bağlanılmazdan əvvəl onun razılığı alınmalı idi.

17. MTK-nın nümayəndəsi (vəkili) iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı və MTK arasında mübahisəli mənzilə dair 2008-ci ildə müqavilə bağlanmış, sonradan iddiaçı ilə MTK-nın həmin dövrdə olan rəhbəri arasında həmin mənzilin əvəzinə ona başqa mənzil veriləcəyi, mübahisəsi gedən mənzilin isə üçüncü şəxsə satılacağı barədə şifahi razılaşma olmuşdur. Həmin razılaşma şifahi olmuş və heç cür sənədləşdirilməmiş, mənzil 2013-cü ildə Cavabdeh2 satılmış, sonuncu isə 2021-ci ildə mənzilə dair çıxarış almışdır. Cavabdeh2 mənzilin vicdanlı alıcısıdır, onun bu məsələlər barədə məlumatı olmamışdır. İddiaçı onunla MTK arasında müqavilə bağlanmasına və ona maliyyə arayışı verilməsinə baxmayaraq, mübahisəli mənzilə görə faktiki olaraq pul ödəməmiş, bina tikilən zaman binanın elektrik işlərini təmin etmiş və mənzili ona həmin işlərin müqabilində verilmişdir.

18. Cavabdeh2 nümayəndəsi iddiaya etiraz edərək bildirmişdir ki, qızı Cavabdeh2 ilə mübahisəli mənzilə dair alğı-satqı müqaviləsini bağlayan zaman həmin mənzilin MTK tərəfindən daha əvvəl İddiaçı satılmasından xəbəri olmamışdır. Mənzilin mübahisəli olmasından xəbəri olmadığına və mənzili qanunla müəyyən olunmuş qaydada əldə etdiyinə görə vicdanlı alıcı hesab olunmalıdır. Mənzildə təmir işləri aparmağa təzə başlamışdır ki, səhhətində yaranmış problemlərlə əlaqədar həmin işləri yarımçıq qoymuşdur. Hazırda mənzildə yaşayış yoxdur. Təmir işlərini tamamlamaq istədikdə ona MTK-dan bildirmişlər ki, mənz illə bağlı məhkəmədə mübahisə var.

19. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(006)-2914/2022 nömrəli iş üzrə 06 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Rəşid Səmədov) iddia təmin edilməmişdir.

20. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, Cavabdeh2 vicdanlı alıcı olmaqla mübahisəli mənzili MTK-dan alğı-satqı müqaviləsi əsasında aldığı zaman mənzillə bağlı hər hansı mübahisənin mövcudluğunu ehtimal edə bilməzdi və iddiaçı, MTK-nın hüquqazidd hərəkətləri ilə ona vurduğu ziyanın əvəzinin ödənilməsi haqqında sonuncuya qarşı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər.

21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü və 29-cu, “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci “İnsan hüquqları nın və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına əlavə 1 saylı Protokol”un 1ci, Mülki Məcəllənin 157.5-157.7-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

22. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin olunmasını xahiş etmişdir.

23. Apellyator şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin sübutlara düzgün hüquqi qiymət vermədiyini, maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, gəldiyi nəticənin işin hallarına uyğun olmadığını, Cavabdeh2 mənzili qanuni əsasla əldə etmədiyi üçün vicdanlı alıcı hesab oluna bilməyəcəyini, MTK-nın ona ünvanladığı xx.xx.2018-ci il tarixli məktubdan mənzilin həmin dövrə qədər başqasına satılmasının aydın olduğunu, mənzilin Cavabdeh2 təhvil verimədiyini, məhkəmənin qanunsuz və əsassız qərar çıxardığını irəli sürmüşdür.

24. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-7343/2022 nömrəli iş üzrə 8 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Elnur Həsənov (sədrlik edən və məruzəçi), İlham Kərimli və Vahid Sadıqov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmış, İddiaçı Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı iddia tələbləri təmin edilmiş, Cavabdeh1 MTK və Cavabdeh2 arasında bağlanmış 24 aprel 2013-cü il tarixli 203 saylı müqavilə etibarsız hesab olunmuş və həmin müqavilə əsasında ünvan 4 ünvanındakı 9 saylı mənzilə dair Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində ap arılmış xx.xx.2021-ci il tarixli ********** nömrəli qeydiyyat yazısı (müvafiq çıxarış) ləğv edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 42 ünvanında (hazırda Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 40a) inşa edilmiş binanın İ girişinin İV mərtəbəsindəki sahəsi 151 kv.m olan 9 saylı mənzilə İddiaçı pay hüququ tanınmış, həmin mənzilin boşaldılaraq İddiaçı sahiblik və istifadəsinə verilməsi, mənzilin açarının ona təqdim edilməsi, mənzildə təmir işlərinin başlanmasına şərait yaradılması vəzifəsi Cavabdeh1 MTK-ya həvalə edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 42 ünvanında (hazırda Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 40a) inşa edilmiş binanın İ girişinin İV mərtəbəsindəki sahəsi 151 kv.m olan 9 saylı mənzilə İddiaçı sahiblik hüququnun həyata keçirilməsinə Cava bdeh1 MTK tərəfindən yaradılan maneələrin aradan qaldırılması qət edilmişdir.

25. Məhkəmə kollegiyasının qənaətinə görə, MTK ilə Cavabdeh2 arasında bağlandığı irəli sürülən xx.xx.2013-cü tarixli müqavilə əhəmiyyətsizdir və hər hansı hüquqi nəticə doğurmamışdır. Əmlak İddiaçı qanuni sahibliyindən çıxmadığından, onun müvafiq tələbinə münasibətdə hər hansı müddət tətbiq oluna bilməz və bu həm də o deməkdir ki, əmlakla əlaqədar sonradan bağlanmış müqaviləni səlahiyyətli şəxslər arasında bağlanmış müqavilə kimi qiymətləndirmək mümkün deyildir.

26. Kollegiyanın mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh2 mübahisəsi gedən mənzillə bağlı müqavilə bağlayarkən mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış və mənzilə dair reyestrə hər hansı etiraz daxil edilməmişdir. Lakin şübhəsizdir ki, mənzilin giriş qapısının quraşdırılmış olması Cavabdeh2 mənzilin ondan əvvəl başqasına satılıb-satılmadığı barədə şübhə yaratmalı idi. Xüsusilə nəzərə alınmalıdır ki, Cavabdeh2 bağladığı müqavilədə mənzilin “Quliyev Şahmara beton əvəzi verildiyi, Q. Şahmarın ərizəsi əsasında Cavabdeh2 adına keçirildiyi” göstərilmiş olsa da, nə Şahmar Quliyevin müqaviləsi, nə də müvafiq ərizəsi mövcud deyildir və bu hal Cavabdeh2 müqavilə bağladığı zaman xoş niyyət, ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirmədiyi qənaətinə gəlməyə əsas yaradır. Çünki o, mənzilin giriş qapısının kim tərəfindən quraşdırıldığını, eləcə də Şahmar Quliyevin ərizəsinin mövcud olub-olmadığını aydınlaşdıra, mənzili yeni tikilidən aldığı üçün onun hansı şirkət tərəfindən inşa edildiyini, həmin şirkətin inşa etdiyi binalarda bir mənzilin birdən artıq şəxsə satıldığı barədə halın mövcud olub-olmadığını müəyyən edə bilərdi.

27. Kollegiya, etibarsız hesab edilən əqd üzrə alınanların geri qaytarılması (restitusiya) məsələsinin həll edilməsinə zərurət görməmişdir. Belə ki, Mülki Məcəllənin 337.5-ci maddəsinin dispozitiv şərtindən göründüyü kimi, restitusiya yalnız tərəflərin əqd üzrə birbirilərindən aldıqlarına münasibətdə tətbiq oluna bilər və nə qədər ki, Cavabdeh2 tərəfindən MTK-ya pul vəsaiti ödənilib-ödənilmədiyinə dair sübut təqdim olunmamışdır və eyni zamanda onun mənzildə müəyyən təmir işləri həyata keçirdiyi irəli sürülür, belə halda hazırkı işin halları baxımından restitusiyanın tətbiqi Cavabdeh2 hüquqlarının məhdudlaşdırılmasına şərait yarada bilər. Bu qənaətə gəldiyi zamanı kollegiya həm də, Konstitusiya Mə hkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarında şərh olunmuş hüquqi mövqeyi əsas götürmüş və Cavabdeh2 izah etmişdir ki, o, restitusiyanın tətbiqi, habelə ona vurulmuş ziyanın ödənilməsi üçün MTK-ya qarşı müvafiq iddia tələbi irəli sürmək hüququna malikdir.

28. Kollegiya, iddiaçının digər tələblərini də əsaslı hesab etmiş və həmin tələblərlə bağlı əlavə əsaslandırma aparılmasına zərurət olmadığını vurğulamışdır. Belə ki, mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Lakin hazırkı iş üzrə İddiaçı tərəfindən müqavilə üzrə öhdəliyinin ta m şəkildə icra etməsinə baxmayaraq, MTK müqavilə üzrə öz öhdəliyini yerinə yetirməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

29. Cavabdeh1 MTK (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişdir.

30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Cavabdeh2 tərəfindən mənzilin qanuni əsaslarla vicdanlı alıcı kimi alınmasına əhəmiyyət verməyərək, onun mülkiyyət hüquqlarını pozmuşdur. Mübahisəli mənzillə bağlı hüquqlarının olduğunu iddia edən iddiaçı həmin hüquqlarını qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına aldırmadığından, çıxarış almadığından və bu illər ərzində mənzillə bağlı hər hansı mübahisə olmadığından Cavabdeh2 bunlardan xəbərinin olmaması da ağlabatan və qəb ul edilən hesab olunmalıdır.

31. Məhkəmə özü qətnaməsində vicdanlı əldə etmə ilə bağlı Konstitusiya Məhkəməsinin bir sıra Qərarlarında ifadə etdiyi hüquqi mövqeyə haqlı olaraq, istinad etsə də, həmin mövqeyə birtərəfli yanaşmış, işin digər hallarına uyğun qiymət verməmişdir. Çünki hüquqi mövqe bundan ibarətdir ki, mübahisəli əmlakla bağlı əvəzli əqdin bağlanması anına qədər bu əmlakla bağlı üçüncü şəxslərin iddiaları həmin şəxsə bəlli olduqda, həmin şəxs vicdanlı şəxs hesab olunmur.

32. Məhkəmə bununla bağlı israrla göstərmişdir ki, mənzil İddiaçı təhvil verilmiş və onun tərəfindən giriş qapısı quraşdırılmışdır ki, bu hal Cavabdeh2 şübhə yaratmalı idi. Halbuki mənzilin həqiqətən də İddiaçı tam təhvil verilməsi və onun tərəfindən mənzildə qapının quraşdırılmasına dair onun tərəfindən hər ha nsı sübut verilməmiş, məhkəmə iclasında bu hal müəyyən edilməmişdir.

33. Məhkəmənin digər bir əsası isə mənzildəki elektrik sayğacının İddiaçı adına olması və onun hazırkı dövrədək "xxxx" ASC-nin abonenti kimi qeydiyyatda qalması olmuşdur. Bununla bağlı isə kassator məhkəməyə bildirmişdir ki, mənzilə dair bağlanmış müqavilə tərəflər arasındakı razılığa əsasən ləğv edildikdən sonra İddiaçı müqavilənin əslini özündə saxlamış, MTK-nın əvvəlki rəhbərliyi ilə şəxsi münasibətlərinin yaxşı olmasından istifadə edərək, onlara təqdim etməmişdir. Buna görə də onun özündə qalan müqavilənin əsli ilə "xxxx" ASC-ə müraciət edərək elektrik sayğacını adına rəsmiləşdirməsi təbiidir. Mübahisəli mənzildə onsuz da indiyə qədər yaşayış olmadığından və elektrik enerjisindən istifadə edilmədiyindən onun abonent k imi sadəcə adının indiyədək qalmasında da qeyri-adilik yoxdur. Həm də nəzərə almaq lazımdır ki, İddiaçı mübahisəli mənzil məhz binada elektrik işlərinin görülməsinə görə verilmişdir və bu sahədə iş gördüyündən mənzilin elektrik enerjisini də öz adına rəsmiləşdirməsində problem olmamışdır. Əks halda digər kommunal xidmətləri də öz adına rəsmiləşdirə bilərdi, amma nədənsə bunu etməmişdir. Halbuki Cavabdeh2 mübahisəli mənzillə bağlı müqavilə bağlayarkən mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış və mənzilə dair reyestrə hər hansı etiraz daxil edilməmişdir. Həmçinin 2008-ci ildə bağlanan müqaviləyə görə bu illər ərzində iddiaçı MTK-dakı mənzili ilə maraqlanar, adına çıxarış almağa çalışar, mənzilin istifadə və sahibliyi ilə bağlı hər hansı hərəkətləri edər, ən azından hazırkı i ddia ərizəsi ilə məhkəməyə məhz yaxşı münasibətləri olduğu MTK sədri rəhmətə gedəndən sonra yox, daha əvvəllər müraciət edərdi. Bu dəlillər apellyasiya məhkəməsinin diqqətinə də hərtərəfli çatdırılsa da, məhkəmə bunları eşitmək istəməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

34. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 8 dekabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

35. Maddə 324.1, 324.2, 324.4 və 324.5. Əqd mülki hüquq münasi bətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

36. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

37. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübah isə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

38. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

39. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

40. Maddə 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır.

41. Maddə

385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, ə mlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

42. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

43. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

44. M addə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

45. Maddə

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Prosessual Məcəllə

46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası ki mi istinad etdiyi halları sübut etməlidir.

48. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

49. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tə tbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

51. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

52. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır. Kassasiya instansiyas ı məhkəməsinin mövqeyi

53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

54. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və MTK-nın dəlillərinə mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kolleg iyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

55. Kassator mübahisə olunan müqavilə üzrə daşınmaz əşyanı əldə edən tərəf olmadığından məhkəmə tərkibi vicdanlı əldə etmə ilə bağlı dəlillər üzrə hüquqi dəyərləndirmə aparılmasına zərurət görmür.

56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

57. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

58. Göst ərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 dekabr 2022-ci il tarixli, 2(103)-7343/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar