Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-14/2024 15.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri X6 cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsinin boşaldılması tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- 277/2023 nömrəli iş üzrə 22 fevral 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər. 2. xx.xx.2005-ci il tarixli, 1170/1 saylı Sərəncama və eskiz layihəyə əsasən, X4 ərazi hüdudlarında Bakı şəhər sakinləri X7 və İddiaçı razılıq ərizələri və müraciətləri nəzərə alınaraq, birincinin istifadəsinə ayrılmış ünvan cizgidə göstərilən fərdi yaşayış evi tikintisi üçün nəzərdə tutulmuş 700 kv.m torpaq sahəsinin 300 kv.m-nin sahiblik və ondan istifadə hüquqları Bakı şəhər sakini İddiaçı verilmişdir. 3. xx.xx.2006-cı il tarixli, 1269 və 1270 saylı Sərəncamlara və eskiz layihəyə əsasən, X4 ərazi hüdudlarında Bakı şəhər sakinləri X7 və Cavabdeh razılıq ərizələri və müraciətləri nəzərə alınaraq, birincinin istifadəsinə ayrılmış ünvan cizgidə göstərilən fərdi yaşayı ş evi tikintisi üçün nəzərdə tutulmuş 700 kv.m torpaq sahəsinin 400 kv.m-nin sahiblik və ondan istifadə hüquqları Bakı şəhər sakini Cavabdeh verilmişdir.
4. Bakı şəhəri Binəqədi rayonu X4 xx.xx.2019-cu il tarixli, 01-13/Q.776 saylı məktubuna əsasən, ilkin qərar üzrə vətəndaş X7 istifadəsində olan 700 kv.m torpaq sahəsindən 300 kv.m hissəsi X4 1170/1 saylı, xx.xx.2005-ci il tarixli sərəncamı ilə İddiaçı adına yenidən rəsmiləşdirilmiş və ayrılan 300 kv.m torpaq sahəsi eskiz-sxemi ilə yerləşdiyi ərazi və koordinat üzrə uyğunluq təşkil edir. Sözügedən torpaq sahəsinin 400 kv.m hissəsi isə 1 il sonra yəni, xx.xx.2006-cı il tarixli 1269 saylı sərəncamla digər vətəndaş Cavabdeh adına keçirilərək rəsmiləşdirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Bakı şəhəri Binəqədi rayonu X4 xx.xx.2005-ci il tarixli 1170/1 saylı sərəncamı ilə iddiaçının mülkiyyətinə verilmiş 300 kv.m torpaq sahəsindən çıxarılması və mülkiyyət hüququna yaradılmış bütün məhdudiyyətlərin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi rayonu X1 xx.xx.2005-ci il tarixli 1170/1 saylı sərəncamı ilə bələdiyyə ərazisindən X7 ərizəsi nəzərə alınmaqla iddiaçı üçün ayrılmış 700 kv.m torpaq sahəsinin 300 kv.m-i iddiaçının, qalan 400 kv.m hissəsi isə xx.xx.2006-cı il tarixli 1269 saylı sərəncam ilə cavabdehin adına rəsmiləşdirilmişdir. Cavabdeh ümumilikdə 700 kv.m torpaq sahəsini hasara almaqla, iddiaçının mülkiyyətinə veri lmiş torpaq sahəsini zəbt etmiş, edilmiş xəbərdarlıqlara baxmayaraq iddiaçıya məxsus ərazidən çıxmaqdan imtina etmiş, torpağın ona aid olmasını göstərən qanunsuz yolla əldə edilmiş eskiz layihə təqdim etmişdir. Bununla bağlı X5 müraciət edilmiş, müraciətə əsasən bildirilmişdir ki, sözügedən torpaq sahəsinin 300 kv.m-i iddiaçının, 400 kv.m-i isə cavabdehin adına rəsmiləşdirilmiş, iddiaçıya ayrılmış 300 kv.m torpaq sahəsi eskiz sxemi ilə yerləşdiyi ərazi və koordinat üzrə uyğunluq təşkil etmişdir. Cavabdeh qanunsuz zəbt etdiyi ərazidən çıxmadığından iddiaçı məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir.
7. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Bakı şəhəri Binəqədi Rayon X4 nümayəndəsi N.Kazımov izahatında bildirmişdir ki, iddia tələbinin təmin edilməsinə etiraz etmir, həqiq ətən də mübahisəli torpaq sahəsi bələdiyyə sənədləri əsasında iddiaçıya verilmişdir.
8. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/7075 saylı rəyinə əsasən, iddiaçıya ayrılmış 300 kv.m torpaq sahəsi ilə cavabdehə ayrılmış 400 kv.m torpaq sahəsinin həmin torpaq sahələrinin plan-sxemlərinə əsasən üst-üstə düşmədiyi müəyyən edilmişdir. Faktiki vəziyyətdə X8 ayrılmış ümumi 700 kv.m torpaq sahəsi bütövlükdə cavabdeh tərəfindən istifadə olunduğundan, iddiaçıya ayrılmış 300 kv.m torpaq sahəsinin cavabdehin faktiki istifadə etdiyi torpaq sahəsinin daxilində yerləşdiyi müəyyən edilmişdir. Həmin torpaq sahəsində cavabdeh tərəfindən mişar daşından hasar inşa edilmiş və dəmir darvaza quraşdırılmışdır.
9. Binəqədi Rayon Məhkəməsinin 2(001)-28/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tari xli qətnaməsi ilə (hakim Günel Abbasova) iddia təmin edilmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, cavabdeh iddiaçıya Binəqədi qəsəbə ərazisindən istifadəsində olan 300 kv.metr torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsindən istifadə etməklə mişar daşından hasar inşa etmiş və dəmir darvaza quraşdırmışdır ki, bununla da iddiaçının Binəqədi rayonu X4 sərəncamı ilə ona ayrılmış torpaq sahəsindən istifadə etməsinə maneçilik yaratmışdır.
11. Məhkəmə həmçinin qeyd etmişdir ki, mübahisəli torpaq sahəsinə dair iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatı aparılmasa da, həmin torpaq sahəsi məhz Binəqədi rayonu X4 sərəncamı ilə alğı-satqı yolu vasitəsilə iddiaçının mülkiyyətinə verilmişdir.
12. Birinci instansiya məhkəməsi onu da qeyd etmişdir ki, i ddiaçı sözügedən torpaq sahəsinin mülkiyyətçisi olduğundan, torpaq sahəsinə dair hüquqlara da malikdir. Lakin cavabdeh könüllü olaraq iddiaçıya məxsus torpaq sahəsindən çıxmadığından iddiaçı özünə məxsus torpaq sahəsindən istifadə edə bilmir. Buna görə də iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır.
13. Məhkəmə mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.4, 157.8, 164.1, 164.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh, həmin torpaq sahə sini 2006-cı ildən heç bir etiraz olmadan istifadə və sahiblik etmişdir. Bu baxımdan onun qeyd edilən torpaq sahəsindən çıxarılması əsassızdır. O, həmin torpaq sahəsinə X7 razılığı ilə X6 tərəfindən rəsmiləşdirilmiş sərəncamla sahiblik etmişdir. Sahiblik etdiyi ilk gündən 7 sot torpaq sahəsinə etirazsız sahiblik etmiş və yalnız 16 il sonra iddiaçı həmin torpaq sahəsinin 300 kv.m hissəsinin iddiaçının sahibliyində olmasını bildirmişdir. İddiaçı iddiasında həmin torpaq sahəsinin ona 2004-cü ildə ayrıldığını bildirir. Ancaq o, 2006-cı ildən özünün istifadəsinə verilmiş torpaq sahəsinə sahiblik etdiyi zaman həmin torpaq sahəsinə heç kim sahiblik etməmişdir. Bu da onu göstərir ki, o, qeyd edilən torpaq sahəsinin kimin istifadəsində olduğunu bilə bilməmişdir. Digər tərəfdən iş materiallarına bax dıqda xəritələrdə ziddiyyət olduğu ortaya çıxır. Belə ki, iş materiallarında olan bir xəritədə X8 ayrılmış 700 kv.m (7 sot) torpaq sahəsi başqa bir yerdə, digər xəritədə isə başqa bir yerdə göstərilir. Birinci xəritəni nəzərə alsaq iddiaçının iddiaya etdiyi torpaq sahəsi onun torpaq sahəsini sağ tərəfində, digər xəritədə isə onun sol tərəfində qalır. Bu ziddiyyət əslində mübahisənin əsas hissəsidir. Əgər iddiaçının iddia etdiyi torpaq sahəsi onun torpaq sahəsindən sağda yerləşirsə o zaman iddia ona deyil başqa bir şəxsə qarşı qaldırılmalı idi. Ancaq məhkəmə araşdırma zamanı buna diqqət ayrılmamış və səthi araşdırma ilə qətnamə qəbul etmişdir.
16. Apellyasiya baxışı zamanı üçüncü şəxs Bakı şəhəri X4 nümayəndəsi izahat verərək bildirmişdir ki, mübahisəli torpaq sahəsi “X11” şirkətinə aiddir. Həmin torpaq sahəsini bələdiyyə ayıra və sata bilməzdi. Həmin torpaqlar bələdiyyəyə sazişlə verilir.
17. Apellyasiya baxışı zamanı cəlb edilmiş üçüncü şəxs “X11” şirkətinin nümayəndəsi izahat verərək bildirmişdir ki, mübahisəli torpaq sahəsi “X11” şirkətinə aiddir. Bələdiyyə vaxtilə vətəndaşlara satmışdır. Həmin torpaqların vətəndaşlara satılması ilə bağlı bələdiyyənin ümumiyyətlə heç bir səlahiyyəti olmamışdır.
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5078/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə mülki iş üzrə təkrar məhkəmə-tikinti texniki ekspertizası təyin edilmişdir.
19. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/5454 saylı rəyinə əsasən, iddiaçıya ayrılmış 300 m² torpaq sahəsi ilə cavabdehə ayrılmış 400 m² torpaq sahəsinin ay rı-ayrılıqda yanaşı torpaq sahələrində yerləşdiyi, torpaq sahələrinin plansxemlərinə əsasən üst-üstə düşmədiyi və həmin torpaq sahələrinin bütövlükdə faktiki olaraq cavabdeh tərəfindən istifadə olunduğu müəyyən edildi. Mülki iş materiallarının 6-cı və 156-cı səhifələrində öz əksini tapan X4 tərtib etdiyi sxemdə olan ölçülərlə iddiaçıya ayrılmış torpaq sahəsinin və cavabdehə ayrılmış torpaq sahəsinin ölçülərinin naturada mövcud olan vəziyyətlə uyğunluq təşkil etdiyi müəyyən olunmuşdur. Lakin, iddiaçıya ayrılmış torpaq sahəsinin faktiki olaraq cavabdehin faktiki istifadəsində olduğu müəyyən edildi.
20. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-277/2023 saylı mülki iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Fuad Babayev (sədrlik edən və məruzəçi), İkram Şirinov v ə Günay Axundova) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin çıxarılması, iddia tələbinin təmin edilməməsi, apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumunun məbləğinin onu ödəmiş şəxsin özünə aid olunması qət edilmişdir.
21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materialları və ekspert rəyləri ilə cavabdeh tərəfindən iddiaçıya bələdiyyə sərəncamı ilə ayrılmış torpaq sahəsinin zəbt olunduğu təsdiq olunur.
22. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı iş üzrə isə iddiaçının mülkiyyətində olduğunu iddia etdiyi torpaq sahəsinin hər hansı hüquqla ona məxsus olduğu müəyyən edilməmişdir.
23. Bundan başqa apellyasiya instansiyasında araşdırma zamanı müəyyən olunmuşdur ki, mübahisəli torpaq sahəsi üm umiyyətlə bələdiyyə fondu torpağına aid deyildir. Belə ki, məhkəmə iclasında izahat verən bələdiyyənin və “X11” şirkətinin nümayəndələri təsdiqləmişlər ki, həmin torpaq sahəsi “X11” şirkətinə aiddir.
24. Bundan başqa məhkəmənin sorğusuna əsasən Bakı İnzibati Məhkəməsindən daxil olmuş iddiaçı X2 Bakı şəhəri X3rşı “X4 İddiaçı fərdi evin tikintisi məqsədilə ayrılmış 1170/1 saylı, xx.xx.2005-ci il tarixli sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair inzibati üzrə iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan göstərilmişdir ki, faktiki göstərilən 300 kv.m təşkil edən torpaq sahəsi dövlət mülkiyyəti torpağıdır. Göstərilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətini n istifadəsinə verilmiş ərazidə yerləşir (Binəqədi oyl). Sözügedən torpaq sahəsinin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Göründüyü kimi qeyd edilən inzibati iş üzrə mübahisələndirilən və hazırki mülki işin predmeti olan torpaq sahəs(lər)i dövlət torpağıdır və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmişdir. Qeyd olunan torpaq sahəsi ilə bağlı bələdiyyənin hər hansı sərəncam verməsi ümumiyyətlə mümkün deyildir.
25. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisəli torpaq sahəsi bələdiyyəyə aid olmadığından, qeyd edilən torpaq sahəsinin bələdiyyə tərəfindən iddiaçıya ayrılması ümumiyyətlə əsassızdır. Bundan başqa iddiaçının qeyd edilən torpaq sahəsinə mülkiyyət hüququ təsdiq edən hər hansı sənəd təqdim etmədiyindən onun göstərilən torpaq sahəsi i lə bağlı hər hansı subyektiv hüququ yoxdur.
26. Məhkəmə kollegiyası mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1.1, 152.1, 157.2, “Bələdiyyələrin statusu” haqqında Azərbaycan Respublikası Qanununun 19.4, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5.1, 6.2, 6.5-ci maddələrinə, "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 1, 13-1, 14, 15, 16, 19, 22, 23-ci bəndlərinə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 384.0.2-ci maddələrinə istinad etmişdir. KASSASİYA ŞİKA YƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
27. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
28. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə mübahisəli torpaq sahəsinin iddiaçının mülkiyyətində olmamasını əsas götürərək onun hazırkı iddia ilə müraciət etmək kimi subyektiv hüququnun olmadığı qənaətinə gəlmişdir. Məhkəmənin bu cür yanaşması hüquq normalarının pozuntusudur. Belə ki, torpaq sahəsinə dair bələdiyyənin qəbul etdiyi akt (sərəncam) hüquqların dövlət qeydiyyatı üçün və daşınmaz əmlakın üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. Həmin bələdiyyə sənədi etibarsız hesab edilməmişdir, bu səbəbdən də hüquqi qüvvəyə malikdir. Daşınmaz Əmlak üzərində hüquqların qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi üçün bu bələdiyyə sənədi həmçinin daşınmaz əmlakın özü də daşınmaz əmlakın dövlət kadastrı və reyestrinin publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilməlidir. Sonuncu orqan həmin torpaq sahəsinə baxış keçirdikdən sonra hər hansı bir ziddiyyət (torpaq sahəsinin ölçüsü, zəbt edilmiş olmaması, sənədlərin düzgünlüyü və.s) aşkar etməzsə müvafiq çıxarış verəcəkdir. Lakin, hazırkı halda həmin torpaq sahəsi cavabdeh tərəfindən zəbt olunduğundan müvafiq çıxarışın da alınması mümkünsüzdür. Məhkəmə nəzərə almalı idi ki, müvafiq çıxarışın əldə edilməməsinin səbəbləri də məhz cavabdehin qanunsuz olaraq sözügedən torpaq sahəsinin zəbt edilməsi ilə əlaqədardır. Çıxarışın əldə edilməməsi sözügedən torpaq sahəsinə hə r hansı bir hüququn olmaması anlamına gəlmir.
29. Kassator qeyd etmişdir ki, birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı sözügedən torpaq sahəsinin mülkiyyətçisinə aid olan hüquqlara (sərəncam hüququ istisna olmaqla) malikdir. Lakin, cavabdeh könüllü olaraq iddiaçıya aid torpaq sahəsindən çıxmadığından qeyd edilən hüququ dövlət reyestrində qeydiyyata almaq mümkün deyildir. Qeyd edilən hüququn hələ ki dövlət reyestrində qeydiyyata alınmaması isə iddiaçının torpaq sahəsinə dair hazırki iddia ilə məhkəmədə çıxış etmək hüququnun olmaması demək deyildir. İddiaçı hazırki tələb irəli sürməkdə tamamilə haqlı olmuşdur. İşə baxan apellyasiya instansiyası məhkəməsi qeyd edilən faktları nəzərə almamış, nəticədə maddi hüquq normaların tələblərini pozmuşdur. Apellyasiya instansiyası məhkəməs i iddianı rədd edərkən sözügədən torpaq sahələrinin yəni, həm iddiaçıya həm də cavabdehə məxsus bələdiyyə sərəncamı ilə verilmiş torpaq sahələrinin dövlət torpağı olduğunu bələdiyyənin həmin torpaq sahəsini iddiaçıya ayrılmasını əsasının olmadığını qeyd etmişdir. Lakin, bununla bağlı bildirir ki, məhkəmənin belə bir qənaətə gəlməsi tamamilə əsassızdır. Birincisi məhkəmədə iddiaçı və cavabdeh həmin torpaq sahəsinin dövlət torpağı və ya bələdiyyə torpağı olub-olmamasını mübahisələndirməyiblər. İkincisi məhkəmə iddiaçı X2 Bakı şəhəri X3rşı “X4 İddiaçı fərdi evin tikintisi məqsədilə ayrılmış 1170/1 saylı, xx.xx.2005-ci il tarixli sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsində olan inzibati üzrə iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundakı məlumata əsaslanmaqla qanunsuzluq etmişdir. Çünki, Bakı İnzibati Məhkəməsində olan iş yekunlaşmamışdır və hər hansı qanuni qüvvəyə minməmişdir. Üçüncüsü sözügedən torpaq sahəsinin Dövlət Neft Şirkətinin (X11 şirkətinin) istifadəsinə verildiyi qətnamədə göstərilmişdir. Lakin, şirkət həmin torpaq sahəsinin onun istifadəsində, sahibliyində, sərəncamında olması ilə bağlı hər hansı bir sənəd təqdim etməmişdir. X10 Şirkətinin (X11 şirkətinin) 2005-ci ildən bugünə kimi, 2006-cı ildən bu günə kimi nə X4 iddiaçıya fərdi evin tikintisi məqsədilə ayrılmış 1170/1 saylı, xx.xx.2005-ci il tarixli sərəncamın etibarsız hesab edilməsi, nədə ki X4 Cavabdeh fərdi evin tikintisi məqsədilə ayrılmış xx.xx.2006-cı il 1269 və 1270 saylı sərəncamın etibarsız hesab edilməsi, zəbt olunmuş torpaq sahəsindən cavabdehin çıxarılması orada aparılmış tikinti işlərinin dayandırılması tikilmiş əmlakın sökülməsi və.s tələbə dair aidiyyəti məhkəmədə hər hansı bir iddia qaldırmamışdır. Bələdiyyə tərəfindən həmin torpaq sahələrinin iddiaçı və cavabdehə ayrılması orada tikinti işlərinin aparılmasına maneçilik törətməmişdir. Bütün bunlar göstərir ki işə baxan apellyasiya məhkəməsi iddianı rədd etməklə maddi hüquq normalarına və həmçinin Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları ilə formalaşmış və ölkəmizdə qəbul olunmuş hüquqi mövqeyə zidd qətnamə qəbul etmişdir. Çünki əgər bu torpaq sahəsi dövlətə məxsus idisə və ya Dövlət Neft Şirkətinin istifadəsində, sahibliyində, sərəncamında idilərsə keçən müddət ərzində 2005 və ya 2006-cıildən bugünki tarixədək keçən müddət ərzində iddiaçı və cavabdehə qarşı eləcədə X3rşı hər hansı bir hüququ addımlar atılmalı idi. Lakin, müvafiq dövlət qurumu və ya müvafiq şirkət tərəflərin həmin torpaq sahəsi ilə bağlı etdiklərinə hər hansı bir müdaxilə etməməklə iddiaçının 300 kv.m, cavabdehə 400 kv.m həmçinin X4 hərəkətlərini doğruluğunu təsdiq etmişlər.
30. Kassator həmçinin qeyd etmişdir ki, məhkəmə tərəflərin təqdim etdiyi sübutları araşdırmaq əvəzinə, hətta cavabdeh tərəfindən belə bir dəlillə çıxış etmədiyi halda özü işin mahiyyətinə aid olmayan sübutlar toplamış və onlardan istifadə etmişdir. Öz təşəbbüsü ilə sorğu vermiş başqa bir işdə olan sənədlərdən hazırki işdə istifadə etmişdir. Cavabdeh tərəf ümumiyyətlə etirazın əsası kimi istinad etdiyi halları sübut etməmişdir. Əksinə iş materiallarında müəyyən olunur ki, iddiaçı üçün ayrılmış 300 kv.m torpaq sahəsi və iddiaçı üçün ayrılmış 400 kv.m torpaq sahəsi üst-üstə düşmür, yanaşı torpaq sahələridir, cavabdeh tərəfindən faktiki olaraq hər iki torpaq sahəsi istifadə olunur. Yəni iddiaçıya ayrılmış torpaq sahəsi, cavabdeh tərəfindən zəbt olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi iddiaçı X2 Bakı şəhəri X3rşı “X4 İddiaçı fərdi evin tikintisi məqsədilə ayrılmış 1170/1 saylı, xx.xx.2005-ci il tarixli sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsində olan inzibati üzrə iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundakı məlumata əsaslanmaqla prosessual qanun pozuntusu etmişdir. Birincisi Bakı İnzibati Məhkəməsində olan iş yekunlaşmamışdır və hər hansı qanuni qüvvəyə minmiş qərar mövcud deyildir. İkincisi sözügedən mülki iş deyil, inzibati işdir. Qeyd olunan prosessual normanın mənasından belə başa düşülür ki həmin inzibati iş üzrə olan iş materiallarından bu mülki iş üzrə mübahisələndirilməyən fakt və ya sübuta ehtiyacı olmayan hal (fakt) kimi istifadə etmək qeyd edilən prosessual normanın pozuntusudur. İşə baxan apellyasiya instansiyası məhkəməsi bu prosessual normanın pozuntusuna yol vermişdir.
31. Bundan başqa, iş üzrə qeyd edilmiş hallardan aydın olunur ki, iddiaçıya verilmiş torpaq sahəsi cavabdeh tərəfindən zəbt olunmuşdur. Bu səbəbdən də iddiaçının həmin torpaq sahəsinə dair hər hansı bir daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alması mümkün deyildir. Digər tərəfdən torpaq sahəsinin ona verilməsinə dair bələdiyyə sənədi o cümlədən cavabdehə 400 kv.metr torpaq sahəsinin verilməsinə dair bələdiyyə sənədi də etibarsız deyildir və qüvvədədir. Mübahisə cavabdeh tərəfindən özünə aid olmayan iddiaçıya verilmiş 300 kv.metr torpaq sahəsinin zəbt edilərək, özünə verilmiş 400.kv.metr torpaq sahəsi ilə birlikdə hasarlanmasından və iddiaçını ora buraxmamasından yaranmışdır. Məhkəmə indiyə qədər hansısa dövlət təşkilatı, qurumu, şirkəti tərəfindən iddiaçıya və cavabdehin adına olan bələdiyyə sərəncamlarının (sənədlərinin) etibarsızlığı ilə bağlı iddianın irəli sürülmədiyini və bununla bağlı hər hansı bir məhkəmə aktının mövcud olmadığını hazırki qətnaməni qəbul edərkən, nəzərə almamışdır.
32. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəll əsinin 139-1.1.1, 157.4, 157.8, 158.4, 158.2, 164.1, 164.2, Daşınmaz Əmlakın Dövlət reyestri Haqqında Azərbaycan Respublikası Qanunun 9.1, 15.1.4, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3, 88, 217-ci maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
33. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
34. Maddə 139-1.1.1 Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılma sının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
35. Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
36. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
37. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
38. Maddə
159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir.
39. Maddə 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur.
40. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.
41. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.
42. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hü quq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.
43. Maddə 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir.
44. Maddə 166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya s ahibliyin pozulması barədə iddia verə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
47. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
48. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
50. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
51. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİN İN MÖVQEYİ
52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
53. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi iş materiallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, mübahisəli torpaq sahəsi üzərində iddiaçının əşya hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. İddianın təmin olunması üçün hər hansı digər qanuni əsaslar (torpaq sahəsinin daha əvvəl iddiaçının sahibliyinə və ya is tifadəsinə təhvil verilməsi) müəyyən edilməmişdir.
54. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
55. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun o laraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
57. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
58. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- 277/20 23 nömrəli iş üzrə 22 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.