Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-14/2025 10.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: paylı mülkiyyətdə olan əşyanın hərracda satılması, payın naturada ayrılması mümkün olmadıqda payın dəyərinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı əmlakın açıq hərracda satılması və satış pulunun ümümi mülkiyyətin mülkiyyətçiləri arasında onların payına mütənasib surətdə bölüşdürülməsi tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasını n xx.xx.2024-cü il tarixli, 2(104)-1098/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında yerləşən 54 nömrəli mənzil xx.xx.2021-ci il tarixli çıxarışa əsasən, paylı mülkiyyət hüququ üzrə 112/896 hissədə Cavabdeh, 784/896 hissədə isə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Məhkəmə Ekspertizası Mərkəzi” tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 10/4314 nömrəli rəyə əsasən, Gəncə şəhəri, Məhrəsə bağı, 5 saylı evin 54 saylı mənzilin tərəflər arasında 112/896 və 783/896 pay nisbətində natura qaydasında təcrid mənzil şəklində iki hissəyə bölünməsi İnşaat Norm a və Qaydaları 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4, 2.7 və 2.9-cu bəndlərinin və metodik tövsiyənin tələblərinə uyğun olaraq tekniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir.
3. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-1048/2022 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı payların naturada ayrılması və kompensasiyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməmiş, qətnamə təkrar apellyasiya baxışı zamanı Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır.
4. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(104)- 2609/2022 nömrəli qətnaməsindən görünür ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-1048/2022 nömrəli qətnaməsindən İddiaçı Natiq oğlu tərəfi ndən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-1048/2022 nömrəli qətnaməsi tamamilə ləğv edilmiş, İddiaçı Natiq oğlu tərəfindən Cavabdeh 5000 manat məbləğində pul kompensasiyası ödənilməklə ümumi paylı mülkiyyətdə olan ünvan 2 ünvanda yerləşən mənzildə cavabdehin 112/896 payına xitam verilməsi qət edilmişdir.
5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-1405/2023 nömrəli qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(104)-2609/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(104)-2609/2022 saylı q ətnaməsi ləğv edilmiş, mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır.
6. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(104)-1735/2023 nömrəli qətnaməsindən görünür ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-1048/2022 nömrəli qətnaməsindən İddiaçı Natiq oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-1048/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
7. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Səməd İsmayılov tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli icraata xitam verilməsi haqqında qərarda qeyd olunmuşdur ki, Nümayəndə Gəncə şəhəri, M.Bağı, ev 5 ünvanda yerləşən 54 saylı mənzilə köçürülməsinə dair Gəncə Şəh əri Nizami Rayon Məhkəməsinin 2(044)-99/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci və 20.2-ci maddələri rəhbər tutulmaqla xitam verilməsi qərara alınmışdır. Görülmüş icra tədbirləri nəticəsində məlum olmuşdur ki, Nümayəndə artıq 2021-ci ilin noyabr ayından bu günədək ünvan 4 ünvanda yaşayır.
8. Azərbaycan Respublikası Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 3 nömrəli Xidmət Sahəsi tərəfindən Cavabdeh verilmiş xx.xx.2023-cü il tarixli, 21 nömrəli arayışa əsasən, Cavabdeh həyat yoldaşı Nümayəndə ilə birlikdə ünvan 1, mənzil 54 ünvanında qeydiyyatdadırlar və həmin ünvanda yaşayırlar.
9. Azərbaycan Respublikası Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 3 nömrəli Xidmət Sahəsi tərəfindən Cavabdeh verilmiş xx.xx.2023-cü il tarixli, 81 nömrəli arayışa əsasən, Cavabdeh ünvan 1, mənzil 54 ünvanında yaşayır. 10. xx.xx.2023-cü il tarixli bildirişdə qeyd olunmuşdur ki, Gəncə şəhəri, Nizami rayonu, Məhrəsə bağı, 5 saylı evin 54 saylı mənzilin Cavabdeh 112/896, yəni 1/8 payının 6250 manata İddiaçı satılması təklif edilmişdir. Əks halda, əmlakın açıq hərracda satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların payına mütənasib surətdə bülünməsi barədə məhkəmə iddia qaldırılacağına dair xəbərdar edilmişdir. 11. "xxxx" MMC-nin sistemdən çıxarışından görünür ki, İddiaçı tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli bildiriş Cavabdeh çatdırılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icra at
12. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1, mənzil 54 ünvanında yerləşən mənzilin açıq hərracdan satılması və əmlaklar satıldıqdan sonra əldə edilmiş satış pulunun birgə iştirakçılar arasında onların payına uyğun bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. İddiaçı tələbini belə əsaslandırmışdır ki, mübahisəli əmlak üzərində cavabdehin 1 payına 7,3 kv.m düşür. Cavabdeh paylı mülkiyyətdə olan əmlakın saxlanmasında və müxtəlif vergilərin ödənilməsində iştirak etmir. (bu halı 3 saylı MİS-nin arayışı təsdiq edir). O, daimi olaraq Tovuz rayonu, Cırdaxan kəndində yaşayır. İşin hallarında qeyd olunan məhkəmə icraatı zamanı Ali Məhkəmənin baxılan işdə ifadə etmiş olduğu hüquqi mövqe ondan ibarət olmuşdur ki, işin təkrar Apellyasiya baxışı zamanı da ca vabdeh onun tərəfindən ona təklif edilən kompensasiyanın məbləği ilə razılaşmamış, əlil olduğuna görə digər yaşayış sahəsindən istifadə etməkdə çətinlik çəkdiyini, mübahisəli mənzilin onun rahat yaşaması üçün çox böyük əhəmiyyət kəsb etdiyini bildirmiş və qətnamənin dəyişdirilmədən qüvvəsində saxlanmasını xahiş etmişdir. Məhkəmə kollegiyası da hesab etmişdir ki, cavabdehin mübahisəli mənzildəki payı cüzi pay kimi qiymətləndirilə bilməz və belə olan halda hazırkı mübahisənin həlli üçün Mülki Məcəlləsinin 220.4-cü maddəsinin "Mülkiyyətçinin payı cuzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə onun kompensasiya ödənilməsi vəzifəs ini qoya bilər hissəsinin tətbiqi yolverilməzdir. Məhkəmə qətnamələri nəticəsində cavabdehlə onun paylı mülkiyyətində olan ünvan 1, mənzil 54 ünvanında yerləşən mülkə dair payların naturada ayrılması məhkəmə qaydasında mümkün olmamışdır. Eyni zamanda, paylara kompensasiya ödənilməsi də mümkün olmağından, əmlak açıq hərracdan satılmalı və satış pulu ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir. Bununla bağlı, ünvan 1, mənzil 54 yerləşən mənzilə 784/896 payı, yəni 7/8 payını 43750 manata satmaq istəməsi, payının üçüncü şəxsə satılması və ya əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin paylarına mütənasib surətdə bölünməsi barədə məhkəmədə iddia qaldırması, eyni qaydada ünvan 1, mənzil 54 ünvanında yerləşən mənzilə c avabdehin 112/896 payı, yəni 1/8 payını ona 6250 manata satması barədə bildiriş göndərmişdir.
14. Cavabdeh məhkəməyə yazılı etiraz ərizəsi ünvanlayaraq, etirazında göstərmişdir ki, bütün insani hüquqlarının əlindən alındığı və ona maddi, mənəvi zərər dəydiyi üçün bir qazi olaraq, İddiaçı iddiasının rədd olunmasını və evin hərraca çıxarılaraq satılmasının mümkün olmadığı haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
15. Gəncə Şəhər Məhkəməsinin (hakim Cavid Tağıyev) xx.xx.2024-cü il tarixli, 2(125)-904/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir.
16. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, hazırkı işdə payın real surətdə ayrılması mümkün olmasa da, iddiaçı öz payının dəyərini digər mülkiyyətçidən tələb etməmiş, digər mülkiyyətçinin payına kompensasiya verilməsini təklif etmişdir. Halbuki aşağıda qeyd olunan qanunvericilikdən və Konstitusiya Məhkəməsinin qərarından aydın olur ki, yalnız ayrılan mülkiyyətçinin öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququ vardır. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür.
17. İşin mübahisə olunmayan hallarına əsasən, hazırkı işdə payın real surətdə ayrıla bilməməsi, cavabdehin payının cüzi olması kimi şərtlər mövcud olsa da, qalan şərtlər, yəni ca vabdehin öz payını ayırmaq və əmlakdan istifadə edilməsində mühüm mənafeyinin olmaması mövcud deyildir.
18. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.2, 220.3, 220.4 və 220.6-cı maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 aprel 2014-cü il tarixli Qərarına, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, məhkəmə iddianı rədd edərkən belə bir dəlilə istinad etmişdir ki, “əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilərin arasında onların paylarına münasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikasının MM-nin 220.3-220.4-cü maddəsində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkün olması göstərilir”. Bu dəlilə münasibətdə qeyd edilməlidir ki, qətnamədə göstərilən bu dəlilin əksinə olaraq məhkəmə qətnaməsi ilə mənzilin paylara uyğun olaraq 1/8 və 7/8 hissə ilə bölünməsi mümkün deyildir. Cavabdehin 2021-ci ilin noyabr ayından bu günədək M.Bağı ev 5, mənzil 54 ünva nında yaşamadığı müəyyən edilmişdir. Payının 1/8 bir olması onun payının cüzi olmasını sübut edir. İddiaçı cavabdehə təklif göndərib onun öz payına görə 6250 manat verə biləcəyini, əgər cavabdeh bununla razılaşmasa, iddiaçının payına görə 43.750 manat müqabilində onun payına xitam verməklə əmlaka bütünlüklə sahib olmasını bildirmişdir. Ancaq cavabdeh bununla da razı olmamışdır. Bütün bu qeyd edilənlər onu sübut edir ki, iddiaçı Mülki Məcəllənin 220.3 və 220.4-cü maddəsinin tələblərinə əməl etmiş, ancaq məhkəmə bununla bağlı sübutları tam qiymətləndirməmişdir. İşə baxan məhkəmə iddianı rədd edərkən iddiaçının MM-nin 220.6-cı maddəsində nəzərdə tutulmuş hüququnu məhdudlaşdırmışdır. Belə ki, o MM-nin 220.3, 220.5-ci maddəsində nəzərdə tutulmuş bütün tələblərə əməl etsə də, bu qiymətləndirilmə mişdir. Mənzilin bölgüsü mümkün deyildir. Mənzildə cavabdehin payı çox cüzidir. Onun mənzilin idarə edilməsində heç bir mühüm rolu yoxdur.
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək izahatında göstərmişdir ki, İddiaçı tərəfindən iddiaçının onlara düşən payının satılması barədə bildirişi almışlar, lakin onun payını almaq istəmirlər. Həmçinin öz paylarını da iddiaçıya satmaq fikirləri yoxdur. Onların mübahisəli mənzildən başqa yaşayış yerləri yoxdur.
22. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(104)-1098/2024 nömrəli qətnaməsi ilə (hakimlər F.Ə.Mehtiyev (sədrlik edən və məruzəçi), R.Ş.Muradov və M.Ə.Mustafayev) apellyasiya şikayəti təmin edilmiş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-904/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılmaqla iddianın təmin edilməsi, İddiaçı və Cavabdeh paylı mülkiyyətində olan ünvan 1, mənzil 54 ünvanında yerləşən mənzilin açıq hərracda satılması və əldə olunmuş vəsaitin İddiaçı (784/896 hissə) və Cavabdeh (112/896 hissə) arasında onların paylarına mütənasib olaraq bölünməsi, iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun əvəzinin Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmayaraq, qeyd etmişdir ki, işin kollegiya tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, ünvan 1 ünvanında yerləşən 54 saylı mənzil üzərində paylı mülkiyyət hüququ əsasında 112/896 hissədə Cavabdeh, 784/896 hissədə isə İddiaçı payları müəyyən edilərək rəsmi reyestrdə qeydiyyata alınmışdır. İddiaçı cavabdehlə paylı mülkiyyətində olan paylarının naturada ayrılmasının və paya münasibətdə kompensasiya ödənilməsinin mümkün olmadığını əsas gətirərək, əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsini tələb etmişdir.
24. İddia tələbi paylı mülkiyyətdə olan və naturada ayrılması mümkün olmayan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib bölünməsi barədədir.
25. İşin müəyyən edilmiş hallarına əsasən, mübahisəli mənzilin mülkiyyətçilərinin paylarına uyğun naturada bölü nməsi mümkün deyil, bu barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi var, eləcə də iddiaçı öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçisi olan cavabdeh tərəfindən ona ödənilməsi təklif etsə də, bununla bağlı razılıq yoxdur.
26. Belə ki, Mülki Məcəllənin 220.3-220.6-cı maddələri paylı mülkiyyətin mülkiyyətçilərinin ümumi əşyanın bölünməsi və ondan payının ayrılmasını mərhələli şəkildə nizama salır. Bu normalarda müəyyən edilən qaydaya görə ilkin olaraq paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsü z zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Ayrılan mülkiyyətçinin öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi də mümkün olmadıqda məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.
27. Eyni hüquqi mövqe “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 aprel 2014-cü il tarixli qərarında qeyd olunmuşdur. Həmin qərarda göstərilir ki, Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşya nın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür.
28. İşin hallarından görünür ki, İddiaçı mənzilin dəyərini 50.000 manat müəyyənləşdirməklə cavabdeh Müşafiq Məmmədovdan həmin məbləğin öz payına mütənasib hissəsini, yəni 43.750 manat tələb etmiş, eyni zamanda cavabdehə məxsus paya uyğun olaraq 6250 manat məbləğində pula ona (iddiaçıya) satılmasını təklif etmişdir. Lakin, cavabdeh istər iddiaçının payını almaq, istərsə də öz payını iddiaçıya satmaq istəməmişdir.
29. Belə ki, məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi (arvadı) Nümayəndə verdiyi i zahatda bildirmişdir ki, İddiaçı tərəfindən cavabdehə Cavabdeh bildiriş göndərilmiş və onlar tərəfindən qəbul etmişdir. Belə ki, onlar mübahisəli əmlakda olan paylarını iddiaçıya satmaq fikirləri yoxdur. Eyni zamanda iddiaçının da payını almaq istəmirlər.
30. Apellyasiya instransiyası məhkəməsi qeyd etmişdir ki, hazırki işdə iddiaçı tərəfindən Mülki Məcəllənin 220.3-220.6-cı maddələrində nəzərdə tutlmuş bütün mərhələlərə əməl edilmiş, lakin birinci instansiya məhkəməsi göstərilən halları nəzərə almamışdır.
31. Baxılan işin araşdırılmış hallarına əsasən hazırkı mübahisə predmeti olan mənzil tərəflərin paylı mülkiyyətindədir, mənzilin naturada bölünməsi mümkün olmamaqla, mülkiyyətçilər arasında mənzilin bölünməsinə dair razılaşmaları olmamışdır. İddiaçı tərəf cavabdeh tərəfə mübahisəli mənzi lin naturada bölünməsi mümkün olmadığı üçün öz payını bazar qiymətinə uyğun olaraq almağı və mənzil barədə məsələyə 45 gün ərzində cavab verməyi təklif etmiş, buna cavab almadıqda isə qanunvericiliyə uyğun olaraq paylı mülkiyyətin mülkiyyətçisi kimi öz payının ayrılması üçün mənzilin açıq hərrac yolu ilə satılması qaydasında satış pulunun payına nisbətdə ona verilməsi üçün məhkəməyə müraciət etmişdir.
32. Paylı mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi qaydasına əsasən, Mülki Məcəllənin 220.6-cı maddəsinin tələbləri baxımından həmin mənzilin açıq hərracda satılması və əldə edilmiş vəsaitin paylara mütənasib olaraq bölünməsi Qanunun tələblərinə uyğun olmuşdur.
33. Apellyasiya instansi yası məhkəməsinin mövqeyinə görə Mülki Məcəllənin 220.2ci maddəsində paylı mülkiyyətin mülkiyyətçisinin öz payının ayrılmasını tələb edə bilməsi müəyyən edildiyindən, hazırkı mülki iş üzrə mənzilin açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalardakı ardıcıllığa riayət edilməklə tətbiq edildiyindən iddiaçının apellyasiya şikayəti əsaslıdır.
34. Cavabdehin nümayəndəsinin göstərdikləri iddia tələbinə qarşı dəlilləri ondan ibarətdir ki, mənzil cavabdehin qardaşından miras qalmış mənzildir, cavabdehin xüsusi mülkiyyətindədir, məhkəmələr onun xüsusi mülkiyyətində olan və miras qalan evi digər payçının iddiası ilə satmağa qərar verərkən cavabdehin mül kiyyət hüquqlarını pozulacaqdır, cavabdehin başqa yaşayış yeri yoxdur.
35. Məhkəmə kollegiyası bu dəlilləri əsassız saymışdır. Belə ki, əvvəla, bu qayda, yəni paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması Mülki Məcəllənin hazırki işə tətbiq edilən 220-ci maddəsində nəzərdə tutulub. Həmin norma paylı mülkiyyətçilərin paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasını ilkin olaraq razılıq əsasında olmasını, belə bir razılıq olmadıqda isə mərhələli şəkildə ümumi əşyanın bölünməsi və ondan payın ayrılmasını müəyyən edir. İşdən görünür ki, belə bir razılıq əldə edilməyib. Buna görə də cavabdehin hüquqlarının pozulması və başqa yaşayış yerinin olmaması barədə dəlilləri Mülki Məcəllənin 220-ci maddəsinin tələbləri baxımından əsaslı sayıla bilməz.
36. Bundan əl avə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Qərarında da hüquqi mövqe belə olmuşdur ki, Mülki Məcəllənin 220.6-ci maddəsində ümumi əmlakın bölünməsi ilə bağlı məhkəmənin həmin əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edilməsi səlahiyyəti nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən belə qərarın qəbul edilməsi bütün paylı mülkiyyətçilərin razılığının alınması ilə şərtləndirilməmişdir. Həmin maddənin mənasına görə, belə qərar paylı mülkiyyətçilərin birinin iddiası əsasında da qəbul edilə bilər. Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz.
37. Məhkəmə kollegiyası bir xüsusatı da qeyd etmişdir ki, mübahisəli əmlakın qiyməti məhkəmə qərarının icrası mərhələsində (icra icraatında) müəyyən edilir. Belə ki, “İcra haqqında” Qanunun 51-ci maddəsinə görə borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilm əsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir.
38. Buna görə də məhkəmə kollegiyası mənzilin qiymətinin müəyyən olunması və qiymətləndirilməsinə dair müvafiq ekspertizanın keçirilməsini zərurət görməmişdir.
39. İşə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan ha llar araşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Beləliklə məhkəmə maddi və prosessual hüquq normalarına uyğun qiymət verməmiş və bununla da həmin normaların tələblərini pozmuşlar.
40. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213.1, 213.2, 215.1, 215.2, 220-ci maddələrinə və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 4 aprel 2014-cü il tarixli qərarına istinadən əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
41. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin 15 may 2024-cü il tarixli qətnaməsini ləğv edib işi n yeni məhkmə baxışına qaytarılmasına dair qərar qəbul edilmnəsini xahiş etmişdir.
42. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, işə baxan məhkəmə apellyasiya şikayətini təmin edərkən belə bir dəlilə istinad etmişdir ki, guya işə baxan 1-ci instansiya məhkəməsiişə baxarkən MM-nin 220.3-220.4-cü maddəsinin tələblərinə əməl olunsa da iddianı təmin etmədən saxlamışdır. Bununla da maddi hüquq normasına istinad etməmişdir. Bildirir ki, məhkəmənin gəldiyi nəticənin faktiki halına uyğun deyildir. Belə ki, məhkəmə MM-nin 220.3-221.4-cü maddəsinin tələblərinə əməl edilməmişdir. Qətnamədə göstərilir ki, guya ona məktub göndərilib onun payını almağa hazır olduğunu, bu mümkün olmadıqda öz payının onun tərəfindən alınmasını iddiaçının bildirdiyi göstərmişdir. Bildirir ki, iddiaçı öz payı ilə ona b aha qiymətə təklif etmişdir. O, öz payını 43.750 manata satmaq istədiyini bildirmişdir. Bu qiymət bazar qiymətinə uyğun deyil. Məhkəmə də qiymətləndirmə ilə ekspertizasının keçirilməsinə zərurətin olmamasının göstərmişdir. Halbuki nümayəndəsi mənzilin qiymətinin iddiaçı tərəfindən həddindən artıq şişirdirdildiyinə görə mənzili almaqdan imtina etmişdir. Əgər iş üzrə əmlakın qiymətləndirilməsi keçirilib mənzilə düzgün bazar qiyməti qoyulmuş olsa idi mənzili real qiymətə ala bilərdi. İşə baxan məhkəmə bunları etməmiş və MM-nin 220.3-220.4- cü maddəsinin tələblərinə tam əməl edilməmiş, nəticədə maddi hüquq norması kimi MM-nin 220.-220.4-cü maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur.
43. İşə baxan məhkəmə apellyasiya şikayətinin təmin edərkən MM-nin 220.6-cı maddəsinə istinad edib göstərmiş dir ki, MM-nin 220.6-cı maddəsinin tələbinə əsasən mənzilin açıq hərracda satılıb pulunun paylara müfaviq olaraq bölünməsini qanuni hesab etmişdir. Halbuki mənzilin bazar qiyməti müəyyən edilmədən şişirdilmiş qiymətə təklif edilməsi MM-nin 220.6-cı maddəsinin tələblərin əməl edilməsi anlamına gələ bilməz. Ona görə də məhkəmə MM-nin 220.6-cımaddəsinə istinad etməsinin hüquqi əsası yoxdur
44. Qeyd edir ki, məhkəmə evin qiyməti ilə bağlı şişirdilmiş məbləğin təklif edilməsinə düzgün hüquqi qiymət verməmişdir. Bu da bir daha Konstitusiya Məhkəməsinin məlum qərarının tələbinə əməl edilmədiyini sübut edir.
45. İşə baxan məhkəmə onun məhkəməyə gəlməməyini nəzərə alıb iştirakını təmin etmək əvəzinə işə onun iştirakı olmadan baxmış, bununla da MPM-nin 77.1-ci maddəsində nəzərdə tutulmuş hüququ ko bud şəkildə pozulmuşdur.
46. İşə baxan məhkəmə işdə olan sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara tətbiq edilmə hüquq normasının müvafiq olduğu halda bunu etməmiş, evin qiyməti ilə bazar qiymətini müəyyən etmədən apellyasiya şikayətini təmin etmiş bununlada MPM-nin 80,81,88 və 89-cümaddələrinin tələbi pozulmuşdur.
47. Bildirir ki, müharibə veteranı, əlildir. Güclə yeriyir. İddiaçının payını müvafiq olaraq bazar qiymətinə ala bilər. Ancaq ona şişirdilmiş rəqəm təklif edilmişdir. İddiaçının dediyi məbləğə gücm çatmır. Ancaq real bazar qiymətini verib iddiaçının payını ala bilər. İşə baxan məhkəmə göstərdiyi halları düzgün qiymətləndirmədən apellaysiya şikayətini təmin etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
48. İddiaçı kassasiya şikayətinə qar şı etiraz təqdim edərək, göstərmişdir ki, "xxxx" MMC xx.xx.2021 ci il hesabatında bildirilmişdir ki Gəncə şəhər Məhrasa bağı ev 5, 54 saylı mənzilin qiyməti 40.000(qırx min )manat təşkil edir. xx.xx.2021 ci il qiymətləndirilmə tarixindən bu günkü tarixə qədər 4 il (dörd il) keçməsinə baxmayaraq evlərin qiymətidə bazar qiymətləri ilə bir nə qədər bahalanmışdır. Odur ki cavabdehin həmin mənzildə 1/8 payı az ölçüdə 7,3 kv.m olmasına baxmayaraq bina mənzili oldugu üçün, naturada ayrılması, bölünməsi, mümkün olmadıgı, kompensasiya ödənməsini qəbul etməyərək, məhkəmədə heç cürə razılaşmadığını nəzərə alıb cavan oglanlar iki yetim atasız-anasız subay qardaşları nəzərə alıb, bu işi qanunlarla nizamlayıb ədalətli qərar qəbul edib məhkəmə qaydası ilə kompensasiya ödənməsini və yaxud açıq hərrac yolu ilə satılmasının qərarını verməyi, Cavabdeh kassasiya şikayətini əsassız olduğu üçün təmin etmədən rədd edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
20. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
21. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
22. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.
23. Maddə 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uy ğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər.
24. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.
25. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.
26. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan müm kün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
27. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoy a bilər.
28. Maddə 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir.
29. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.
30. Maddə 221.Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair raz ılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
36. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının lə ğv edilməsi üçün əsasdır.
37. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
38. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndir ilməməlidir.
49. Hazırki kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktı cavabdeh tərəfindən tam mübahisələndirildiyindən qətnamə bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.
51. Belə ki, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normasını düzgün tətbiq etməmiş, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tətbiq edilməli olan 221-ci maddəsini deyil, 220-ci maddəsini tətbiq etmişdir.
52. Belə ki, işin mübahisəsiz halıdır ki, mübahisə predmeti olan daşınmaz əmlak 112/896 hissədə, yəni 1/8 hissədə Cavabdeh, 784/896 hissədə, yəni 7/8 hissədə isə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və iddiaçının iddia tələbi bütün hallarda həmin şəxslərin əşya üzərində ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi ilə nəticələnəcəkdir. Bu hal əşyanın bölünməsidir. Paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi proseduru isə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 221-ci maddəsi ilə tənzimlənir. Mülki Məcəllənin 220.3-220.6-cı maddələri paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması prosedurunu tənzimləyir.
53. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi m əsələləri üzrə” 02/2024 nömrəli 6 dekabr 2024-cü il tarixli qərardadının 17-19-cu bəndlərinə əsasən paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi və ya mülkiyyətçinin əşyadakı payının ayrılması məsələlərini nizamlayan Mülki Məcəllənin 220 və 221-ci maddələrinin məzmunundan belə nəticəyə gəlmək olar ki, bölünmə və ayrılma anlayışları eynilik təşkil etməməklə, fərqli hüquqi mexanizmləri nəzərdə tutur. Paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması proseduru Mülki Məcəllənin 220.3-220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi proseduru isə 221-ci maddəsi ilə tənzimlənir (17-ci bənd).
54. Hər iki prosedur ilk olaraq tərəflərin r azılığı ilə, bu mümkün olmadıqda isə mübahisənin məhkəmədə həll olunmasını nəzərdə tutur (Mülki Məcəllə, 220.3-cü maddənin birinci cümləsi və 221-ci maddənin 2-ci cümləsi) (18-ci bənd).
55. Qeyd olunan hüquqi prosedurlar arasındakı fərq isə ondan ibarətdir ki, paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi maddənin başlığından da göründüyü kimi, bütün hallarda həmin şəxslərin əşya üzərində ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi ilə nəticələnir. Bu baxımdan əşyanın bölünməsi halı üçün Mülki Məcəllənin 221-ci maddəsində onun fiziki bölgüsü və hərracdan satışından ibarət iki ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Həmin maddə bütün paylı mülkiyyətçilər əşyanın bölünməsi ilə bağlı həmfikir olsalar da, aralarında paylı mülkiyyət hüququna xitam verilməsinin növü və ya forması (fiziki bölgü, hərracdan satış və s.) ilə bağlı mübahisə olduğu və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qaldığı, yəni ümumiliyin davam etdirilməsinin mümkün olmadığı hallarda tətbiq edilməlidir. Məsələn, bütün payçıların əşyanın paylarına uyğun bölünməsini tələb etdikləri və ya iki payçıdan biri, üç payçıdan ikisi ayrılmaq istədiyi hallarda əşyanın bölünməsi mexanizmi işə düşür(19-cu bənd).
56. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə 02/2024 nömrəli 6 dekabr 2024-cü il tarixli qərardadında qeyd edilir: “...59. Bununla bağlı ilk növbədə qeyd olunmalıdır ki, mülki qanunvericilikdə əşyanın açıq hərracdan satılması ha lında ilkin satış qiymətinin qətnamə ilə müəyyən edilməli olması barədə imperativ tələb yalnız ipoteka predmeti olan əşyaya münasibətdə nəzərdə tutulmuşdur (“İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu, 39.3.3-cü maddə). Mülki Məcəllənin 220-ci maddəsində isə paylı mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması barədə qətnamə qəbul edilərkən ilkin satış qiymətinin məhkəmə tərəfindən müəyyən edilməli olması birbaşa göstərilməsə də, Məcəllədə bununla bağlı qadağanedici norma da nəzərdə tutulmamışdır.
60. Odur ki, əşyanın ilkin satış qiyməti ilə bağlı qətnamənin icrası mərhələsində yaranacaq yeni mübahisələrin və tərəflərin sui-istifadə hallarının qarşısının alınması məqsədilə məhkəmə paylı mülkiyyətdə olan əşyanın müəyyən etdiyi bazar qiyməti ilə ilkin satış qiymətini qətnamənin icra qaydası kimi onun nəticə hissəsində göstərməli və izah etməlidir ki, qətnamənin icrası mərhələsində paylı mülkiyyətdə olan əşyanın bazar qiymətinin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən tərəflər MPM-in 231-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamənin icra qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin satış qiymətini yenidən müəyyənləşdirə bilərlər.
61. Paylı mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması proseduru isə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42-43-cü maddələrinin tələbləri nəzərə alınmadan Mülki Məcəllənin 415-ci maddəsinə, “İcra haqqında” Qanunun müvafiq müddəalarına, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satı lması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” 2021-ci il 24 noyabr tarixli 02/2021 nömrəli qərardadında qeyd olunmuş hüquqi mövqelərə uyğun həyata keçirilməlidir. 62.Mülki Məcəllənin 221-ci maddəsinin məzmunundan müəyyən olunur ki, əgər iştirakçılar (paylı mülkiyyətçilər) arasında ümumi paylı mülkiyyət hüququna xitam verilməsi növünə (fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi) dair razılıq olmazsa və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qalarsa, yəni ümumiliyin davam etdirilməsi mümkün olmazsa, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi yuxarıda qeyd olunduğu kimi payın ayrılmasından fərqli olaraq aşağdakı iki mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyanın naturada (fiziki) bölgüsü; 2) əşyanın məhkəmə qərarı ilə hərracdan satılması.
63. Birinci mərhələ (əşyanın fiziki bölgüsü) üzrə məhkəmə araşdırmasının predmeti ümumi mülkiyyətdə olan əşyadan payın ayrılmasının ilkin mərhələsi (əşyadan payın naturada ayrılması) ilə eynilik təşkil etdiyindən bu qərardadın 42-44, 46-cı bəndlərində nəzərdə tutulan qaydalar nəzərə alınmalıdır.
64. Bu araşdırmanın nəticəsində əşyanın naturada bölgüsünün mümkün olmadığı müəyyən edilərsə, məhkəmə iddiaçıların tələbi əsasında ikinci mərhələyə keçid etməklə əşyanın hərracdan satılmasını qət etməlidir. İddiaçıların əşyanın hərracdan satılmasını tələb etmədikləri halda isə digər tərəfin bununla bağlı qarşılıqlı tələbi yoxdursa, məhkəmə araşdırması yekunlaş dırılmaqla iddia rədd olunmalı və onlara gələcəkdə yalnız ikinci mərhələ üzrə iddia qaldırmaq hüquqları izah edilməlidir.
65. Ümumi mülkiyyətdə olan əşyadan payın ayrılması prosedurundan fərqli olaraq, əşyanın bölünməsi halında kompensasiya ödənilməsi mərhələsi olmadığından, əşya üzərində mülkiyyəti davam etdirmək niyyətində olan digər payçıların mülkiyyət hüquqlarının qorunması məqsədilə Mülki Məcəllənin 221-ci maddəsində qapalı hərracı ehtiva edən yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi imkanı nəzərdə tutulmuşdur.
66. Hərracın forması tərəflərin mövqeləri nəzərə alınmaqla məhkəmə tərəfindən müəyyən olunmalıdır. Məhkəmə araşdırması zamanı bütün mülkiyyətçilərin və ya onlardan ən azı birinin əşya üzərində tam mülkiyyət hüququnu əldə etmək niyyətinin olduğu müəyyən edilərsə, qətnamənin nəticə hissəsində əvvəlcə yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi, əşya həmin hərracda mülkiyyətçilərdən biri və ya bir neçəsi tərəfindən əldə edilmədiyi halda isə açıq hərracdan satılmalı olması göstərilməlidir.
67. Əşyanın ilkin satış qiyməti və hərracdan satılması proseduru ilə bağlı məsələlər isə bu qərardadın 59-61-ci bəndlərində göstərilən qaydada həll olunmalıdır.”
57. Göstərilən qərardadda qərara alınmışdır ki, ümumi paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3 - 220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi məsələsi isə həmin Məcəll ənin 221-ci maddəsi tətbiq edilməklə, bu qərardadın əsaslandırıcı hissəsində qeyd olunan hüquqi mövqelərə uyğun həll olunmalıdır.
58. İddia tələbinin hansı formada ifadə olunmasından asılı olmayaraq, qaldırılan iddianın predmeti ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya payın ayrılmasından ibarət olduğundan, məhkəmələr həmin tələbin qanuni əsasını təşkil edən maddənin dispozisiya şərtlərinə uyğun olaraq, mübahisənin qanunla müəyyən edilmiş ardıcıllıq gözlənilməklə hər bir mərhələ üzrə həll edilməsinin mümkünlüyünü aydınlaşdırmalıdırlar.
59. Ümumi paylı mülkiyyətdə olan əşyadan payın naturada ayrılması mümkün olmadıqda, iddiaçının tələbi üzrə məhkəmələr əşyanın bazar qiymətinə uyğun ədalətli kompensasiya məbləğini müəyyən etməli və cavabdeh tərəfin buna münasibəti baxımından müva fiq qərar qəbul etməlidirlər.
60. Ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi və əşyadan payın ayrılması barədə işlərə baxılarkən məhkəmələr qətnamənin nəticə hissəsində icra qaydası qismində əşyanın bazar dəyərinə uyğun hərracdan ilkin satış qiymətini göstərməlidirlər.
61. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə təsdiq olunur ki, İddiaçı Cavabdeh qarşı mübahisə predmeti olan daşınmaz əmlakın naturada ayrılması və kompensasiyanın ödənilməsi tələbləri qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə rədd edilmişdir.Yuxarıda şərh edildiyi kimi hazırkı iddia əşyanın bölünməsi ilə əlaqədardır. Mülki Məcəllənin 221-ci maddəsinin məzmunundan müəyyən olunur ki, əgər iştirakçılar (paylı mülkiyyətçilər) arasında ümumi paylı mülkiyyət hüququna xitam veri lməsi növünə (fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi) dair razılıq olmazsa və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qalarsa, yəni ümumiliyin davam etdirilməsi mümkün olmazsa, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi yuxarıda qeyd olunduğu kimi payın ayrılmasından fərqli olaraq aşağdakı iki mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyanın naturada (fiziki) bölgüsü; 2) əşyanın məhkəmə qərarı ilə hərracdan satılması.
62. Ümumi mülkiyyətdə olan əşyadan payın ayrılması prosedurundan fərqli olaraq, əşyanın bölünməsi halında kompensasiya ödənilməsi mərhələsi olmadığından, əşya üzərində mülkiyyəti davam etdirmək niyyətində olan digər payçıların mülkiyyət hüquqlarının qorunması məqsədilə Mülki Məcəllənin 221-ci maddəsində qapalı hərracı ehtiva edən yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi və ya açıq hərrac kemirilməsi imkanı nəzərdə tutulmuşdur.
63. Qeyd edilənlərə əsasən də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi hərracın formasını tərəflərin mövqelərini nəzərə almaqla müəyyən etməli idi.
64. Lakin apellyasiya instansiyası məhkəməsi işin hallarına tərəflər arasındakı hüquq münasibətinin xarakterinə uyğun hüquqi qiymət verməmiş, göstərilən istiqamətli araşdırma və əsaslandırma aparmamışdır.
65. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mənzilin qiymətinin müəyyən olunması və qiymətləndirilməsinə dair müvafiq ekspertizanı n keçirilməsini zərurət olmaması barədə əsaslandırması ilə də yuxarıda qeyd edilən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə 02/2024 nömrəli 6 dekabr 2024-cü il tarixli qərardadında ifadə edilmiş hüquqi mövqelərə görə razılaşmır.
66. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi əşyanın ilkin satış qiyməti ilə bağlı qətnamənin icrası mərhələsində yaranacaq yeni mübahisələrin və tərəflərin sui-istifadə hallarının qarşısının alınması məqsədilə paylı mülkiyyətdə olan əşyanın bazar qiyməti ilə ilkin satış qiymətini müəyyən edərək qətnamənin icra qaydası kimi onun nəticə hissəsində göstərməli idi.
67. Lakin apellyasiya instansiyası məhkəməsi göstərilən istiqamətli araşdırma aparmamış, mübahisəli daşınmaz əmlakın bazar qiyməti ilə ilkin satış qiymətini də müəyyənləşdirməmişdir.
68. Məhkəmə kollegiyası kassasiya şikayətinin işə baxan məhkəmə onun məhkəməyə gəlməməyini nəzərə alıb iştirakını təmin etmək əvəzinə işə onun iştirakı olmadan baxdığı, bununla da MPM-nin 77.1-ci maddəsində nəzərdə tutulmuş hüququ kobud şəkildə pozulduğu barədə dəlilini əsassız hesab edir.Belə ki, apellyasiya instansiyası məhkəməsinin 15 may 2024-cü il tarixli məhkəmə iclas protokolu ilə təsdiq edilir ki, məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə məhkəmə iclasında iştirak edərək izahat vermişdir.
69. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qə rarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir.
70. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
71. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıx arılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).
72. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstəril məlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).
73. Yuxarıda qeyd edilənlərə görə də kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə yenidən baxılarkən yuxarıda şərh edilən nöqsanlar aradan qaldırılmalı, maddi və prosessual hüquq normalarının tələbinə uyğun qanuni və əsaslı məhkəmə aktı qəbul edilməlidir.
74. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Gəncə Apel lyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 may 2024-cü il tarixli 2(104)-1098/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.