Məhkəmə qərarları › İş №2(102)-140/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-140/2023

15.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-140/2023 15.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdehnə qarşı QƏRARİ İş № 2(102)-140/2023 (Açar sözlər: müqavilə öhdəliklərinin yerinə yetirilməsi, sübutetmə) Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X5 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi, qeyri-yaşayış sahəsinə istifadə və sahiblik hüququnun tanınması tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-13/2022 saylı, 22 iyul 2022-ci il tarixli qətnaməsindən İddiaçı t ərəfindən verilmiş kassasiya şikayətinə 15 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Yaşayış Binasında Mənzil Tikintisi Haqqında 10 avqust 2007-ci il tarixli müqaviləyə əsasən, Cavabdeh MTK ilə İddiaçı arasında Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşmiş Cavabdeh MTK-nın tikilməkdə olan binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsindən (market) 102 kv.m alıcıya verilməyi, alıcı isə həmin qeyri-yaşayış sahəsini qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Qeyri-yaşayış sahəsinin ümumi dəyəri 122.400 (bir yüz iyirmi iki min dörd yüz) manat müəyyən edilmişdir.

2. Cavabdeh MTK-nin sədri C.H.Alışov tərəfindən verilmiş 1 0 avqust 2007-ci il tarixli maliyyə arayışına əsasən, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşmiş Cavabdeh MTK-ya məxsus tikilməkdə olan binanın 1-ci mərtəbəsində yerləşən 102 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin pay dəyərindən 122.400 (bir yüz iyirmi iki min dörd yüz) manat məbləğində pul ödəmişdir.

3. Yaşayış Binasında Mənzil Tikintisi Haqqında 30 oktybar 2017-ci il tarixli müqaviləyə əsasən, Cavabdeh MTK ilə Maraqlı şəxs arasında Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşmiş Cavabdeh MTK-nın tikilməkdə olan binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsindən (market) 126,0 kv.m alıcıya verilməyi, alıcı isə həmin qeyri-yaşayış sahəsini qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Qeyr i-yaşayış sahəsinin ümumi dəyəri 126.000 (bir yüz iyirmi altı min) manat müəyyən edilmişdir.

4. Cavabdeh MTK-nin sədri C.H.Alışov tərəfindən verilmiş 30 oktyabr 2017-ci il tarixli maliyyə arayışına əsasən, Maraqlı şəxs Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşmiş Cavabdeh MTK-ya məxsus tikilməkdə olan binanın 1-ci mərtəbəsində yerləşən 126 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin pay dəyərindən 126.000 (bir yüz iyirmi altı min) manat məbləğində pul ödəmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdehnə qarşı müqavilə öhdəliklərinin yerinə yetirilməsi, qeyri-yaşayış sahəsinə istifadə və sahiblik hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə 13 iyul 2017-ci il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət ed ərək Cavabdeh MTK-nın ünvan 1 ünvanında inşa etdiyi çoxmərtəbəli yaşayış binasının 1-ci giriş, 1-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 102 kv.metr olan qeyri-yaşayış sahəsinə onun istifadə və sahiblik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Cavabdeh MTK-nın ünvan 2 ünvanda cavabdeh MTK-ya məxsus inşa ediləcək hündürmərtəbəli yaşayış binasından qeyri-yaşayış sahəsi almaq məqsədilə 10 avqust 2007-ci il tarixdə onunla MTK arasında qeyri-yaşayış sahəsinin tikintisinə dair müqavilə bağlanmışdır. Müqavilədə qeyd olunan öhdəliklərə əsasən MTK tikilməkdə olan binanın 1-ci giriş, 1-ci mərtəbəsində yerləşən və ümumı sahəsi 102 kv.m. olan qeyriyaşayış sahəsini alıcıya verməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən qeyri-yaşayış sahəsinin ümumi dəyəri 122.400 (bir yüz iyirmi iki min dörd yüz) manat məbləğində müəyyən edilmişdir. Həmin məbləğ iddiaçı tərəfindən ödənildikdən sonra ona MTK tərəfindən xx.xx.2007-ci il tarixli qeyri-yaşayış sahəsinin dəyərinin ödənilməsinə dair maliyyə arayışı təqdim edilmişdir. İddiaçı müqavilə bağlanan anda qeyri-yaşayış sahəsinin tam dəyərini cavabdehə ödəmişdir. Müqavilə bağlanarkən o, üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. Dəfələrlə tikinti rəhbərlərinə müraciət edərək üzərlərinə düşən öhdəliyi vaxtında yerinə yetirməyi tələb etmiş, lakin tikintidə yaranmış problemləri baxımından vaxtın uzadılmasını xahiş etmişdilər. MTK-nın möhürü ilə təsdiqlənmiş maliyyə arayışına əsasən ünvan 3 ünvanda tikilməkdə olan çoxmərtəb əli yaşayış binasının 1-ci giriş, 1-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 102 kv.metr qeyri-yaşayış sahəsinin dəyəri onun tərəfindən tam ödənilmişdir. Lakin cavabdeh müxtəlif bəhanələrlə üzərinə götürdüyü öhdəliyi icra etməkdən boyun qaçırmışdır. Belə olan halda onun həmin qeyri-yaşayış sahəsinə olan hüquqlarını həyata keçirməyə imkan vermir. Həmin qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi haqqında tələbləri cavabdeh tərəfindən yerinə yetirilməmiş qalmışdır. Həmçinin MTK ilə aparılan danışıqlar heç bir nəticə verməmiş, qeyri-yaşayış sahəsini ona təhvil vermədiyinə görə məhkəməyə müraciət edəcəyini bildirmişdir. Lakin cavabdeh bundan heç bir nəticə çıxartmamış, onun qanunla qorunan hüquqlarını pozmaqda davam etmişdir.

7. İddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilmə si barədə ərizə verərək Cavabdeh MTK-nın Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, M.Xiyabani küçəsi 5 ünvanında inşa etdiyi çoxmərtəbəli yaşayış binasının 1-ci giriş, 1-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 102 kv.metr olan qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6625/2022 saylı, 18 avqust 2017-ci il tarixli qətnaməsi ilə (hakim Toğrul Axundov) iddia təmin edilmiş, Cavabdeh MTKnın üzərinə Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində tikilən çoxmənzilli yaşayış evinin 1-ci giriş, 1-ci mərtəbə, ümumi sahəsi 102 kv.m olan, qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi öhdəliyinin qoyulması qət edilmişdir.

9. Birinci instansiya məhkəm əsi müəyyən etmişdir ki, iddiaçı ilə MTK arasında ünvan 5 ünvanlnda tikilən çoxmənzilli yaşayış evinin 1-ci giriş, 1-ci mərtəbə, ümumi sahəsi 102 kv.m olan, qeyri-yaşayış sahəsinin tikintisi ilə bağlı xx.xx.2007-ci il tarixdə müqavilə imzalanmış, müqaviləyə əsasən mənzilin dəyəti 122.400 manat məbləğində dəyərləndirilmişdir. İddiaçı tərəfindən MMC-yə mənzilin dəyəri 122.400 manat ödəniş edilmiş, lakin cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir.

10. Məhkəmə hesab etmişdir ki, xx.xx.2007-ci il tarixli müqavilənin bağlandığı andan MTK üzərinə düşən öhdəliyi 10 ildən artıq müddət ərzində icra edilməməsi öhdəliyn ağlabatan müddətdə icra edilməməsi sayılmalıdır.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.2, 442, 443.1-ci maddələrinə, A zərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat

12. Üçüncü şəxs Maraqlı şəxs qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, MTK-nın ünvan 2 ünvanında inşa etdiyi çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsinin 1-ci girişindəki 126 kv.metr qeyri-yaşayış sahəsinin ona verilməsi, onun isə alıcı qismində MTK-ya 126.000 manat pay haqqını ödəməyi barədə MTK-nın sədri X2 ilə onun arasında xx.xx.2017-ci il tarixində müqavilə bağlanmış və o, həmin qeyri-yaşayış sahəsinin 126.000 manat dəyərini ödəyərək bu barədə maliyyə arayışı aldıqdan sonra, MTK-nın sədri tərəfindən həmin binanın 1-ci mərtəbəsinin 1-ci girişində 126 kv.metr qeyri-yaşayış sahəsi 1-ci mərtəbənin planına imza edilməklə onun istifadəsinə və sahibliyinə verilmiş, sahənin təmir işlərinə başlamışdır. Həmin sahəyə telefon, internet, su-kanalizasiya xətti çəkilərək, hər ay ödənişlər edilmişdir. Ümumiyyətlə market kimi istifadə edəcəyi qeyri-yaşayış sahəsinin təmirinə tərəfindən 11.000 manatdan artıq xərc çəkmişdir. xx.xx.2018-ci il tarixində onun obyektdə olmadığı vaxt icra məmuru və polis əməkdaşları tərəfindən obyektin qapısı sındırılaraq obyekt İddiaçı təhvil verilmişdir. Bu barədə o, xəbər tutuduqdan sonra ona Yona obyektin İddiaçı təhvil verilməsi barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qətnaməsinin olduğu bildirilmişdir. Halbuki, İddiaçı obyektin onun ist ifadəsində olduğunu və obyekti təmir etdirib istismara hazır vəziyyətə gətirdiyini bilirdi və bu barədə bilirdi, lakin obyektin ona məxsus olması barədə ona deməmişdir. İcra məmuru onu icra sənədinin könüllü icra etməsinə dair yazılı və ya şifahi şəkildə xəbərdar etməmişdir. İddiaçı ona qarşı deyil, Cavabdeh MTK-ya qarşı iddia qaldırmışdır. Yasamal Rayon Məhkəməsinin qətnaməsi Cavabdeh MTK-nın Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, M.Xiyabani küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 1-ci girişində yerləşən 102 kv.metrlik qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi öhdəliyi onun deyil, Cavabdeh MTK-nın üzərinə qoymuşdur. Onun da həmin qeyri-yaşayış sahəsinə istifadə və sahiblik hüququnun olmasını təsdiq edən müqavilə və maliyyə arayışının olduğu halda, icra məmuru mübahisənin məhkəmə qaydasında həllini gözləməli idi. O, birinci instansiya məhkəməsində icraat zamanı işdə iştiraka cəlb edilməmişdir. İddiaçı obyektin ona məxsus olduğunu bilsə də, bu barədə ona bildirməmişdir. İddiaçının iddia etdiyi sahə 102 kv.metr olduğu halda, onun istifadəsində olan sahə 126 kv.metrdir. İddiaçının iddia etdiyi qeyri-yaşayış sahəsinin binanın məhz 1-ci girişində olmasını təsdiq edən məlumat mövcud deyildir.

14. Apellyasiya məhkəməsində işə baxılarkən üçüncü şəxsin nümayəndəsi və vəkili X3 tərəfindən qarşılıqlı iddia verilmiş, məhkəmə qarşılıqlı iddianı icraata qəbul etməyərək geri qaytarmışdır.

15. Apellyasiya instansiyası məhkəməsində işə baxılan zaman keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin tikinti-texnik i ekspertizasının 18 mart 2019-cu il tarixli 28259 saylı rəyində qeyd olunmuşdur ki, İddiaçı adına verilmiş plan-sxemdə nəzərdə tutulan sahə ilə Maraqlı şəxs adına verilmiş plan sxemdə nəzərdə tutulan sahələrin Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa edilən çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində, binanın həyətə tərəf olan hissəsində 1-ci girişin sol tərəfindəki eyni sahədə yerləşdiyi müəyyən olunmuşdur. Mübahisəli tikilinin faktiki sahəsinin 110,7 kv.metr (17,3X6,4) təşkil etdiyini nəzərə alaraq, İddiaçı satılmış 102,0 kv.metr qeyri-yaşayış sahəsinin bütünlükdə mübahisəli tikili ilə üstüstə düşdüyü və faktiki sahədən 8,7 kv.metr az təşkil etdiyi, Maraqlı şəxs satılmış 126,0 kv.m. sahənin isə 110 kv.m hissəsinin mübahisəli tikili ilə üst-üstə düşdüyü və faktiki sahəd ən 15,3 kv.m. çox təşkil etdiyi müəyyən olunmuşdur.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-158/2019 saylı, 06 may 2019-cu il tarixli qərardadı ilə mülki iş üzrə icraat Cavabdeh MTK-nın sədri X1 barəsində olan cinayət işinə baxılıb qurtaranadək dayandırılmışdır.

17. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-13/2022 saylı, 15 mart 2022-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraat təzələmişdir.

18. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-13/2022 saylı, 22 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Anar Tanrıverdiyev (sədrlik edən və məruzəçi), İkram Şirinov və Xumar Mərdanova) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin edilməmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddianı təmin edərkən əsas götürdüyü iddiaçı ilə MTK arasında bağlanmış müqavilə ilə bağlı qeyd etmişdir ki, həmin müqaviləyə düzəliş edilməsi gözlə görüldüyündən mötəbərliyi şübhə doğuran sübutdur. İddiaçının təqdim etdiyi müqavilədə olan 10 avqust 2017-ci il tarixindəki “1” rəqəminin “0” kimi düzəldilməsi adi gözlə görülür. Kollegiya hesab etmişdir ki, düzəliş gözlə açıq-aşkar göründüyündən sənədlərin texniki ekspertizasının keçirilməsi zərurəti yoxdur və işin lüzumsuz şəkildə uzadılmasına xidmət edəcəkdir. Sənəddəki düzəlişlərin müəyyən edilməsi aşkar olmadıqda və düzəlişin müəyyən edilməsi üçün xüsusi bilik tələb olunduqda, həmin sənədlər düzəlişin olub-olmamasının müəyyən edilməsi üçün ekspertizaya göndərilir. Ha zırki mübahisədə işə iddiaçının təqdim etdiyi müqavilədə çapla yazılmış 2017 rəqəmindəki “1”-in əl yazısı ilə “0” kimi düzəldilməsinin adi gözlə müşahidə edilməsi həmin müqaviləyə düzəliş edilməsi mübahisəsizdir və həmin müqavilənin mötəbər sübut kimi istinad edilməsini istisna edir. Bundan başqa, kollegiya iclasında verdiyi izahatında Alışov Cahangir də iddiaçı ilə olan müqavilənin 2007-ci ildə deyil, 2017ci ildə bağlandığını bildirmişdir. Lakin, üçüncü şəxs Maraqlı şəxsla olan müqavilədə düzəlişin olması müəyyən edilmir. Bu səbəbdən də həmin müqavilədə düzəlişin olubolmaması ilə bağlı ekspertiza keçirilməsinə kollegiya zərurət görmür.

20. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, Maraqlı şəxs mübahisəli qeyri-yaşayış sahəsi ü çün 2018-ci il tarixində telefon xətti çəkdirmiş, 2018-ci ildə sudan istifadə üçün haqq ödəmişdir. Müəyyən təmir işləri aparmışdır. Qeyd edilənlər onu göstərir ki, Maraqlı şəxs mübahisəli qeyriyaşayış sahəsindən istifadə etmişdir. Bu barədə mübahisə olmadığından, kollegiya həmin əraziyə yerində baxış keçirilməsinə zərurət görməmişdir. Həmçinin Maraqlı şəxs apellyasiya şikayətində və kollegiya iclasında verdiyi izahatında iddiaçının onu tanımasına və mübahisəli qeyri-yaşayış sahəsindən istifadə etdiyini bilməsinə baxmayaraq, bununla bağlı Maraqlı şəxs və ya MTK rəhbərliyinə müraciət etmədiyini, həmçinin iddia qaldırması barədə ona heç bir məlumat vermədiyini bildirmişdir. İddiaçı isə cavabında Maraqlı şəxs şəxsən tanımadığını, icra məmuru tərəfindən mübahisəli sahənin qapısı sındırıldıqdan sonra Maraqlı şəxs adlı şəxsin oranı təmir etdirib istifadə etdiyini öyrəndiyini bildirmişdir.

21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini həmçinin o səbəbdən əsassız saymışdır ki, iddiaçı mübahisələndirdiyi qeyri-yaşayış sahəsinin ona təhvil verilməsini MTK-dan tələb etmişdir. Lakin, birinci instansiya məhkəməsinin qətnaməsi həmin qeyri-yaşayış sahəsinin təhvil verilməsini MTK-nın deyil, Maraqlı şəxs müəyyən zərərlərə məruz qalmaqla təmin edilməsinə səbəb olmuşdur. Belə ki, mübahisəli qeyri-yaşayış sahəsi iddiaçıya Maraqlı şəxs həmin sahədən çıxarılması nəticəsində təhvil verilmişdir. Halbuki, iş materiallarında olan xx.xx.2017-ci il tarixli müqavilədən və maliyyə arayışından görünür ki, Maraqlı şəxs mübahisəli qeyri-yaşayış sahəsi üçün 126.000 manat ödəmişdir. Mül ki Prosessual Məcəllənin 50.3-cü maddəsinə görə, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. İş materiallarından görünür ki, iddiaçı qeyri-yaşayış sahəsinin ona təhvil verilməsini MTK-dan tələb edir və cavabdeh kimi MTKnı göstərmişdir.

22. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, əmlakdan istifadə hüququ əmlak hüququdur və mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, hətta mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. İşin faktiki hallarına əsasən, nə iddiaçı, nə də üçüncü şəxs sözügedən əmlakın mülkiyyəçisi deyillər. Lakin, üçüncü şəxsi Maraqlı şəxs sözügedən əmlakdan faktiki olaraq istifadə etməsi, orada təmir işləri aparması, kommunal ödənişlər ödəməsi iş materialları ilə öz təsdiqini tapdığından, kollegiya hesab e dir ki, onun həmin sahədən çıxarılması Mülki Məcəllə ilə qorunan əmlak hüquqlarını pozur.

23. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq qeyd etmişdir ki, iddiaçı əgər MTK-ya 122.400 manat pul ödəməsində israr edirsə, mənzilin alınıb iddiaçıya təhvil verilməsinə dair hazırda baxılan iddianın təmin edilməməsi onun gələcəkdə ödədiyi məbləği MTK-dan tələb etməklə bağlı iddia qaldırmaq hüququnu əlindən almır. Başqa sözlə, iddiaçı ödədiyi vəsaitin MTK-dan geri alınması ilə bağlı iddia tələbi ilə müvafiq məhkəməyə müraciət edə bilər.

24. Məhkəmə kollegiyası iş materiallarını, tərəflərin izahatlarını, ekspert rəyini və apellyasiya şikayətinin dəlillərini əlaqəli şəkildə tədqiq edərək hesab etmişdir ki, iddiaçı mübahisələndirdiyi qeyri-yaşayış sahəsinin həqiqətən də ona məxsus olmas ını, həmin sahənin Maraqlı şəxs məxsus olan qeyri-yaşayış sahəsi ilə üst-üstə düşməməsini sübut edə bilmədiyindən, Alışov Cahangirin kollegiya iclaslarında müxtəlif tarixlərdə verdiyi izahatları arasında kəskin ziddiyyətlər olduğundan iddia tələbi rədd edilməlidir.

25. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1, 158.2, 158.4-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, və 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

26. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul ol unmasını xahiş etmişdir.

27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassdır. Belə ki, məhkəmə kollegiyası iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş müqavilədə olan düzəlişi əsas götürərək müqaviləni mötəbər hesab etməmişdir. Bundan başqa, kollegiyanın məhkəmə iclasında izahatı alınmış Cahangir Alışovun iddiaçıda olan müqavilənin 2007-ci ildə deyil, 2017-ci ildə bağlanması ilə bağlı izahatına əsaslanaraq şikayəti təmin etməsinin özü də əsaslı sayıla bilməz. Belə ki, iddiaçı məhkəmədə verdiyi izahatında göstərmişdi ki, sahibkarla mənzilə dair müqavilə bağlamış lakin sonradan, yəni istintaq zamanı məlum olmuşdur ki, mənzil başqa bir şəxsə də satılmışdır. Bu səbəbdən də iddiaçıya təklif olunmuşdur ki, ödənişdə olan fərqi öd əsin əvəzində qeyri-yaşayış sahəsi onun adına sənədləşdiriləcəkdir. İddiaçı sonradan yenidən 40.000 manat ödəniş edərək qeyri-yaşayış sahəsinə dair müqavilə bağlamışdır. Məhkəmə qətnaməsi çıxarıldıqdan sonra iddiaçı bilmişdir ki, müqavilədə düzəliş var. Ona görə də düzəlişin kim tərəfindən və nə vaxt icra olunması məhkəmə tərəfindən müəyyən edilə bilməyəcəyi üçün ekspertizanın keçirilməsinə ehtiyac var. Məhkəmə kollegiyası bu halı nəzərə almamışdır.

28. Bundan başqa məhkəmə kollegiyasının iclasında izahat verən Cahangir Alışov izahatında göstərmişdir ki, Şahmardan Kərimov tərəfindən qeyri-yaşayış sahəsinə və ya başqa bir formada ona nə də ki, MTK-ya heç bir məbləğ ödənməmişdir. Məhkəmə iclasında Cahangir Alışov bir neçə dəfə Maraqlı şəxs müraciət edərək "xxxx" Maraqlı şəxs MTK-ya pul ödəmə diyini, avtomobilini başqa bir şəxslə barter etdiyini və həmin şəxs də avtomobili qaytarmamaq üçün bu müqaviləni ona təqdim etməsini demişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

29. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ, 158.1.2. əmlakdan istifadə hüququ, 158.1.3. servitutlar.

30. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.

31. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

32. Maddə 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlab atan müddətdə icra etməyə borcludur.

33. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

34. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 55.1. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qə dər bir tərəfə və yaxud hər iki tərəfə qarşı iddia irəli sürməklə işə qarışa bilərlər.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

41. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

42. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri t ərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər.

43. Maddə 357.2. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər.

44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işi n faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

46. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

47. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq z ərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

48. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsini kollegiya tam yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi kassasiya qaydasında yoxlanılarkən, iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, apellya siya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının düzgün tətbiq olunmaması, apellyasiya şikayətinin qəbul edilməsi və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsi müəyyən edilmişdir.

50. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364.2-ci maddəsinə əsasən apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər.

51. Lakin iş materialarından müəyyən edilir k i, birinci instansiya məhkəməsinin qətnaməsi 18 avqust 2017-ci il tarixdə qəbul edilmiş, üçüncü şəxs Maraqlı şəxs tərəfindən apellyasiya şikayəti 13 iyun 2018-ci il tarixdə verilsə də, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası MPM-nin 364.2-ci maddəsinin tələbinə əməl edilməmiş, məhkəmə qəbul edilən qətnamənin Maraqlı şəxs hüquq və vəzifələrinə toxunması məsələsini, apellyasiya şikayətinin MPM-nin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamamış, bunun nəticəsinə dair qərardad qəbul etmədən işi apellyasiya məhkəməsinə göndərmişdir.

52. Apellyasiya instansiya məhkəməsi də öz növbəsində MPM-nin 366.1-ci maddəsinə uyğun olaraq apellyasiyanın mümkünlüyünü yoxlayarkən işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olub-olmamasına, birinci instansiya mə hkəməsi tərəfindən Azərbaycan Respublikası MPM-nin 364.2-ci maddəsinin tələbinə əməl edilməməsinə diqqət yetirməmiş, apellyasiya icraatının mümkün hesab edilməsi barədə 27 iyun 2018-ci il tarixli qərardadı qəbul etmişdir.

53. Belə ki, Azərbaycan Respublikası MPM-nin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.

54. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normalarını düzgün tətbiq edib-etməməsi yoxlanılarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin fakt iki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pözulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

55. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin tələblərinə riayət etməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyini həmin normaya uyğun yoxlamamışdır.

56. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərlə ndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir.

57. İddia tələbindən görünür ki, iddiaçı Cavabdeh MTK-nın ünvan 1 ünvanında inşa etdiyi çoxmərtəbəli yaşayış binasının 1-ci giriş, 1-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 102 kv.metr olan qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş et mişdir.

58. İşin müəyyən olunan hallarından görünür ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən, iddiaçı ilə MTK arasında ünvan 5 ünvanlnda tikilən çoxmənzilli yaşayış evinin 1-ci giriş, 1-ci mərtəbə, ümumi sahəsi 102 kv.m olan qeyri-yaşayış sahəsinin tikintisi ilə bağlı xx.xx.2007-ci il tarixdə müqavilə imzalanmasına, müqaviləyə əsasən mənzilin dəyətinin 122.400 manat məbləğində dəyərləndirilməsinə və iddiaçı tərəfindən MMC-yə mənzilin dəyəri olan həmin məbləğin ödənilməsinə əsaslanmış, cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyini, xx.xx.2007-ci il tarixli müqavilənin bağlandığı andan MTK-nın üzərinə düşən öhdəliyi 10 ildən artıq müddət ərzində icra edilməməsini öhdəliyin ağlabatan müddətdə icra edilməməsi sayılmasını qeyd etmişdir.

59. Apellyasiya i nstansiyası məhkəməsi isə, üçüncü şəxsin apellyasiya şikayətinə əsasən işə baxaraq birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməni ləğv etməklə iddianın rədd olunması barədə nəticəyə gələrkən, birinci instansiya məhkəməsinin iddianı təmin edərkən əsas götürdüyü - iddiaçı ilə MTK arasında bağlanmış müqaviləyə düzəliş edilməsinin gözlə görüldüyündən mötəbərliyinin şübhə doğuran sübut olmasını, iddiaçının təqdim etdiyi müqavilədə olan 10 avqust 2017-ci il tarixindəki “1” rəqəminin “0” kimi düzəldilməsinin adi gözlə görüldüyünü, həmçinin apellyasiya məhkəməsində verdiyi izahatında MTK-nın sabiq rəhbəri Cahangir Alışovun da iddiaçı ilə olan müqavilənin 2007ci ildə deyil, 2017-ci ildə bağlandığını bildirməsini, lakin, üçüncü şəxs Maraqlı şəxsla olan müqavilədə düzəlişin olmasın ın müəyyən edilmədiyini qeyd etmişdir.

60. Apellyasiya məhkəməsinin mülki kollegiyası həmçinin Maraqlı şəxs mübahisəli qeyri-yaşayış sahəsi üçün 2018-ci il tarixində telefon xətti çəkdirməsini, 2018-ci ildə sudan istifadə üçün haqq ödəməsini, müəyyən təmir işləri aparmasını, bununla da Maraqlı şəxs mübahisəli qeyri-yaşayış sahəsindən istifadə etməsini, həmçinin Maraqlı şəxs apellyasiya şikayətində və kollegiya iclasında verdiyi izahatında iddiaçının onu tanımasına və mübahisəli qeyri-yaşayış sahəsindən istifadə etdiyini bilməsinə baxmayaraq, bununla bağlı Maraqlı şəxs və ya MTK rəhbərliyinə müraciət etmədiyini, həmçinin iddia qaldırması barədə ona heç bir məlumat vermədiyini bildirməsini qeyd etmiş, eyni zamanda iddiaçının cavabında Maraqlı şəxs şəxsən tanımadığını, icra məmuru tərəfindən mübahisəli sahənin qapısı sındırıldıqdan sonra Maraqlı şəxs adlı şəxsin oranı təmir etdirib istifadə etdiyini öyrəndiyini bildirməsini göstərmişdir.

61. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini əsassız saymasını, iddiaçının mübahisələndirdiyi qeyriyaşayış sahəsinin ona təhvil verilməsini MTK-dan tələb etməsi, lakin birinci instansiya məhkəməsinin qətnaməsinin həmin qeyri-yaşayış sahəsinin təhvil verilməsinin MTK-nın deyil, Maraqlı şəxs müəyyən zərərlərə məruz qalmaqla təmin edilməsinə səbəb olması ilə əsaslandırmağa çalışmışdır.

62. Apellyasiya instansiyası məhkəməsi üçüncü şəxs Maraqlı şəxs həmin sahədən çıxarılmasını Mülki Məcəllə ilə qorunan əmlak hüquqlarının pozulması kimi qiymətləndirmiş, iddiaçının mübahisələndirdiyi qeyri-yaşayış s ahəsinin həqiqətən də ona məxsus olmasını, həmin sahənin Maraqlı şəxs məxsus olan qeyri-yaşayış sahəsi ilə üstüstə düşməməsini sübut edə bilmədiyini nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə nəticəyə gəlmişdir.

63. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qeyd olunan əsaslandırması tam və əsaslı deyildir.

64. Belə ki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gös tərilən hallar işin materiallarına uyğun olsun.

65. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində məhkəmə işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

66. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarına görə iddiaçı ilə Cavabdeh MTK arasında “Yaşayış binasında mənzil tikintisi haqqında” 10 avqust 2007-ci il tarixdə bağlandığı qeyd olunan müqavilədə həqiqətən də “1” rəqəmini n “0” kimi düzəldilməsi adi gözlə görülür. Lakin iddiaçı tərəfindən cavabdehə Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşmiş Cavabdeh MTK-ya məxsus tikilməkdə olan binanın 1-ci mərtəbəsində yerləşən 102 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsinin pay dəyərindən 122.400 manat məbləğində pulun ödənilməsi barədə 10 avqust 2007-ci il tarixli Maliyyə arayışı hər hansı şübhə doğurmur. Lakin həmin hala apellyasiya instansiya məhkəməsi tərəfindən hüquqi qiymət verilməmişdir.

67. Bundan başqa, iddiaçı qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə hazırki iddia ərizəsi ilə məhkəməyə 13 iyul 2017-ci il tarixdə müraciət etmiş, həmin iddia ilə bağlı birinci instansiya məhkəməsinin qətnaməsi isə 18 avqust 2017-ci il tarixdə qəbul edilmişdir. Üçüncü şəxs Maraqlı şəxsla hazırki iş üzrə Cavabdeh MTK arasında “Yaşayış binasında mənzil tikintisi haqqında” müqavilə isə qətnamənin qəbul edilməsindən sonraki tarixə, yəni 30 oktyabr 2017-ci il tarixə aiddir. Bu hal da apellyasiya instansiya məhkəməsi tərəfindən diqqətdən qaçırılmışdır.

68. Həmçinin məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iddianı rədd edərkən istinad etdiyi, MTK-nın sabiq rəhbəri Cahangir Alışovun izahatına münasibət bildirərək qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən həmin izahatlar qətnamədə təhrif edilməklə göstərilmişdir. Belə ki, iş materiallarının 1-ci cildinin 119-cu vərəqəsində və 2-ci cildinin 26-cı vərəqəsində yerləşən məhkəmə iclası protokollarında qeydə alınmış MTKnın sabiq rəhbəri Cahangir Alışovun izahatlarında onun iddiaçı ilə olan müqavilənin 2007ci ildə deyil, 2017-ci ildə bağlandığını bildirməsi barədə fikirləri əksini tapmamışdır. Əksinə qeyd olunan birinci izahatda Cahangir Alışov iddiaçının 2007-2008-ci illərdə qeydiyyatdan keçməsini, ikinci izahatında isə iddiaçının pul ödəyərək həmin obyekti almasını göstərmişdir. Apellyasiya məhkəməsində izahatı alınarkən Cahangir Alışova iddiaçı ilə bağlanmış müqavilənin tarixi və etibarlılığı ilə bağlı heç bir sual verilməmişdir.

69. Göründüyü kimi iddiaçının mübahisəli qeyri-yaşayış sahəsinin 102 kv.metrini üçüncü şəxs Maraqlı şəxs daha əvvəl əldə etməsi şübhə dogurmadığından, həmçinin qeyd olunan hal müqavilənin digər tərəfi olan cavabdeh tərəfindən mübahisələndirilmədiyindən, hazırki mübahisə üzrə 10 avqust 2007-ci il tarixdə bağlanması qeyd olunan müqavilədə “1” rəqəm inin “0” kimi düzəldilməsinin hazırki vəziyyətdə hər hansı əhəmiyyəti yoxdur. Belə ki, qeyd olunan müqavilənin ləğv edilməsi, yaxud etibarsız hesab edilməsi barədə iddia tələbi və qanuni qüvvəsini almış məhkəmə qətnaməsi olmadığı halda, müqavilənin nəzərə almaması ilə bağlı apellyasiya instansiya məhkəməsinin mövqeyi anlaşılan deyil.

70. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

71. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər.

72. Məhkəmə kollegiyasının mövqeyinə görə bu halda apellyasiya instansiyası məhkəməsi tərəfindən üçüncü şəxsin apellyasiya şikayətinin, iddiaçının mübahisələndirdiyi qeyri-yaşayış sahəsinin ona təhvil verilməsini MTK-dan tələb etməsinin əsassız olması barədə dəlilinə verdiyi qiymətin də düzgün olmadığını təsdiq edir.

73. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi üçüncü şəxsin apellyasiya şikayətinin apellyasiya icraatının mümkün olması barədə nəticəyə gələrkən səhvə yol verməklə yanaşı, işin halları ilə bağlı tam, hərtərəfli və obyektiv araşdırmanın aparılmasını təmin etməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması nəticəsinə gəlmişdir.

74. Məhkəmə kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiya məhkəməsi işin hallarını ziddiyyətli ola raq müəyyən etmiş, nəticədə mübahisə düzgün həllni tapmamışdır.

75. Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 11 fevral 2015ci il və F.Şirinovun şikayəti üzrə 2016-cı il 16 noyabr 2016-cı il tarixli Qərarlarında qeyd olunmuşdur ki, məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır.

76. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qəra rında isə göstərilmişdir ki, məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsi xüsusilə qeyd edilməlidir. Sübutların qiymətləndirilməsi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqini ehtiva edir. Ədalətli məhkəmə qərarı isə yalnız obyektiv, qərəzsiz və mötəbər sübutlara əsaslanır. Belə ki, məhkəmə işin gedişində təqdim olunmuş yalnız o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üz rə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

77. Avropa İnsan Hüquqları Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli qərarında sübutların qiymətləndirilməsi, onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

78. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfində n qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.

79. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

80. İşə yenidən baxılarkən məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, işin müəyyən edilmiş hallarına uyğun olaraq hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq və iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılması üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, qanuni və əsaslı yekun məhkəmə aktı qəbul etməlidir.

81. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-13/2022 saylı, 22 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apelyasiya i nstansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar