Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1400/2022 04.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ iş № 2(102)-1400/22 Açar sözlər: servitut, ekspert rəyinin qiymətləndirilməsi, ekspert rəyinin natamamlığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı gediş-gəliş yolunun açılması tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-222/2021 nömrəli iş üzrə 05 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 0 4 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı (bundan sonra - iddiaçı) və Cavabdeh (bundan sonra - cavabdeh) qonşudurlar. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində 0,11 ha torpaq sahəsində yerləşən 560 saylı bağ sahəsi (bundan sonra - 560 saylı bağ sahəsi) 10 dekabr 2015-ci il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında” çıxarışa əsasən iddiaçının, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində 0,08 ha torpaq sahəsində yerləşən 561 “a” saylı bağ sahəsi (bundan sonra - 561 “a” saylı bağ sahəsi) isə 20 iyul 2013-cü il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında” çıxarışa əsasən cavabdehin mülkiyyətindədir. 2014-cü ildə iddiaçı digər qonşular olan 561 saylı bağ sahəsinin mülkiyyətçisi X3 ( hazırkı iş üzrə cavabdehin əri) və 562 saylı bağ sahəsinin mülkiyyətçisi X2 qarşı bağdan yola nəqliyyat vasitəsilə çıxış üçün keçid yolunun bərpa edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1760/2015 nömrəli, 10.04.2015-ci il tarixli qərardadı ilə tərəflər arasında razılıq əldə edilərək, mübahisə məhkəmədən kənar həll edildiyindən iddiaçının iddiadan imtinası qəbul edilmiş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3157/2014 nömrəli, 12.11.2014-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə icraata xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona məxsus bağ s ahəsindən qəsəbədaxili yola piyada və avtomobil keçidi üçün onun və cavabdehin bağ sahələrinin ortaq divarından başlayaraq, cavabdehin mülkiyyətində olan bağ sahəsindən qəsəbədaxili yola qədər 3 metr enində torpaq sahəsinə onun xeyrinə servitut təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının bağ sahəsinə keçid yolu olmasaydı bağ sahəsinə mülkiyyət hüququ əldə edə bilməzdi, yəni mülkiyyət hüququ reyestr xidmətində qeydə alınmazdı. Keçid yolunun bərpası ilə bağlı məhkəmədə iddia qaldırmış və Bakı Apellyasiya Məhkəməsində işə baxılarkən cavabdehlə razılığa gəldiyi üçün iddia tələbindən imtina etmişdir. Lakin həmin razılıqdan xeyli müddət keçməsinə baxmayaraq cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etmir, o isə bağdan istifadə edə bilmir. Bu səbəbdən də yenidən məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Məhkəmə Ekspertizası Mərkəzinin 20 avqust 2018-ci il tarixli ekspert rəyi ilə müəyyən edilir ki, iddiaçının mülkiyyətində olan 0,11 ha torpaq sahəsinə gediş-gəliş (eyni zamanda digər qonşu sahələrdən) naturada və elektron baza məlumatlarında mövcud deyil və həmin torpaq sahəsinə gediş-gəliş yolunun açılması üçün naturada tələb etdiyi istiqamət üzrə yerləşən torpaq sahəsi cavabdehin mülkiyyətindədir və sözügedən istiqamətdə tikililər mövcuddur. İddiaçının mülkiyyətində olan 0,11 ha torpaq sahəsinə gediş-gəliş yolunun açılması məsələsinə Torpaq Məcəlləsinin 54-cü maddəsinin tələblərinə uyğun olaraq baxıla bilər. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(003)-3604/2018 nömrəli iş üzrə 28 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim Z.Axundova) iddia tələbi təmin edilmişdir. Birinci instansiya məhkəməsi, iddianı təmin edərkən qeyd olunan rəyi nəzərə almaqla, gəldiyi qənaəti belə əsaslandırmışdır ki, 560 saylı bağ sahəsi iddiaçının mülkiyyətində olsa da, oraya gediş-gəliş yolu olmadığından o, həmin sahəyə mülkiyyət hüquqlarını həyata keçirə bilmir, bununla da faktiki olaraq mülkiyyətindən məhrum olur. Buna görə də, həmin bağ sahəsindən qəsəbədaxili yola piyada və avtomobil keçidi cavabdehin mülkiyyətində olan bağ sahəsi onların ortaq divarından başlayaraq qəsəbədaxili yola qədər 3 metr enində servitutla yüklü edilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra – Torpaq Məcəlləsi) 54-cü, Azərbaycan Respublikası M ülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəlləsi) 255.1, 255.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.3 və 217.4-cu maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, məhkəmə tərəfindən müəyyən edilmiş qaydada servitutla cavabdehə məxsus bağ sahəsinin faktiki olaraq iki hissəyə bölünməsi, iddiaçıya məxsus bağ sahəsinə digər qonşuların bağından yol verilməsinin mümkün olması ilə əsaslandırılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, iddia ərizəsində göstərilənlərə uy ğun izahat vermiş, şikayətin təmin olunmamasını xahiş etmiş, bildirmişdir ki, 0,11 ha torpaq sahəsində yerləşən 560 saylı bağ sahəsini 1998-ci ildə əldə edib. Son 20 ildən artıq müddətdir ki, bağ sahəsinə girib-çıxa və ondan istifadə edə bilmir. Cavabdeh ona zəruri keçid ayırarsa ayrılan sahəyə görə 3.000 manat ödəməyə razıdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-4766/2019 nömrəli iş üzrə 30 may 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – F.Babayev (sədrlik edən və məruzəçi), X.Mərdanova və E.Həsənov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iddia ərizəsini rədd edərkən, birinci instansiya məhkəməsinin işin faktiki halları üzrə səhv nəticəyə gəlməsinə, işə əlavə edilmiş mütəxəssis rəyinə görə iddiaçının mülkiyyətində olan 0,11 ha torpaq sahəsinə gediş-gəliş yolunun (eyni zamanda digər qonşu sahələrdən) naturada və elektron bazalarda mövcud olmamasına, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə gediş-gəliş yolunun açılması üçün naturada tələb etdiyi istiqamət üzrə yerləşən torpaq sahəsinin cavabdehin mülkiyyətində olmaqla sözügedən istiqamətdə tikililərin mövcud olmasına, satınalma qiymətini çox baha dediyi üçün iddiaçının mülkiyyətində olan torpaq sahəsinin alqı-satqısına dair tərəflər arasında hər hansı razılaşmanın əldə edilməməsinə, servitut təyin edilməsi müqabilində cavabdehin iddiaçıdan pul almaq niyyətində olmamasına və ümumiyyətlə öz torpaq sahəsindən iddiaçıya gediş-gəliş yolu vermək istəməməsinə, iddiaçının cavabdehin ərazisindən yol üçün ona verilmiş torpaq sahəsinə görə cavabdehə 3.000 manat pul ödəməyə razı olmasına, cavabdehə məxsus bağ sahəsindən giriş-çıxış yolunun ortaq divarından başlayaraq cavabdehin mülkiyyətində olan 561 saylı bağ sahəsindən qəsəbədaxili yola qədər 3 metr enində torpaq sahəsinə servitut təyin edilməsinin cavabdeh üçün daha çox məhdudiyyətlər yaratmaqla bərabər iddiaçı üçün də əlavə xərclərin (yolun açılması üçün işlər) yaranmasına səbəb olacağına, belə olan halda həmin vəziyyətin mülki qanunvericiliyin ümumi-fundamental prinsipləri olan səmərəlilik və qənaət prinsiplərinin mahiyyəti ilə də uzlaşmamasına, mülki qanunvericiliyin servitutun verilməsi üçün birbaşa məhkəməyə müraciət etmək h üququnu istisna etməsinə, bu barədə tərəflərin öz aralarında azad surətdə müqavilə bağlaya bilmələrinə, cavabdehin servitut verilməsi ilə bağlı müqavilə bağlamağa məcbur edilməsinin isə mülki qanunvericiliyin prinsiplərinə, ən əsası isə müqavilə azadlığı prinsipinə zidd saylımasına istinad etmiş və hüquqi mövqeyini Mülki Məcəllənin 54.1, 54.2, 54.3-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-6453/2019 nömrəli iş üzrə 31 oktyabr 2019-cu il tarixli qərarı ilə (hakimlər – Ə.Əhmədov (sədrlik edən və məruzəçi), A.İsgəndərov və İ.Dəmirov) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 30 may 2019-cu il tarixli qətnaməsi ləğv olunmuş və iş yeni apellyasiya baxışına göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi ümumiyyətlə ilkin torpaq ayırma sənədlərində iddiaçının mülkiyyətinə verilən bağ sahəsinə əvvəllər gediş-gəliş yolunun olub-olmamasını, olmuşdursa həmin gediş-gəliş yolunun kimin tərəfindən, nə vaxt zəbt edilməsini və ya özününküləşdirilməsini, həmçinin mövcud olmuş gediş-gəliş yolunun iddiaçının özünün özbaşına hərəkətləri nəticəsində ləğv edilib-edilməməsini, eləcə də tərəflərin qanuni mülkiyyətlərində olan torpaq sahələrinin sərhədlərini, ölçüsünü və sair parametrlərini, onların faktiki istifadələrində artıq torpaq s ahələrinin olub-olmamasını aydınlaşdırmadan, zərurət yarandığı halda xüsusi bilik tələb edən qeyd olunan suallara aydınlıq gətirmək üçün iş üzrə əlavə və ya təkrar ekspertizalar keçirib bu barədə əsaslandırılmış rəy almadan, eyni zamanda işə əlavə edilmiş 20 avqust 2018-ci il tarixli ekspert rəyini məhkəmə iclasında tədqiq edib, bütövlükdə sübutlara obyektiv baxıb hüquqi qiymət vermədən, iddiaçıya məxsus torpaq sahəsinə gediş-gəliş yolunun naturada və elektron baza məlumatlarında mövcud olmaması qənaətinə gəlmişdir. Ümumiyyətlə gediş-gəliş yolu olmayan bağ sahəsinin isə iddiaçının mülkiyyətinə verilməsi inandırıcı, ağlabatan görünmür. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, prosessual qanunvericilikdə ekspertizanın keçirilməli olduğu xüsusi bilik sahələrinin dəqiq siyahısı göstə rilməyib. Lakin, mülki məhkəmə icraatı təcrübəsinin təhlili əsasında belə qənaətə gəlmək olar ki, hüquqi biliklər və hamı üçün aşkar olan ümumi məsələlər istisna olmaqla, xüsusi bilik tələb olunan istənilən sualların aydınlaşdırılması üçün iş üzrə ekspertiza təyin oluna bilər və nəzərə almaq lazımdır ki, ekspertin rəyi də mülki iş üzrə sübut növlərindən biridir və hüquqi baxımından hər hansı digər sübut növünə nisbətdə heç bir üstünlüyə malik deyil. Digər tərəfdən apellyasiya instansiyası məhkəməsi qətnamədə, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar iddiaçıya zəruri keçid verilməsinin cavabdehdən tələb edilməsinin yolverilməz olduğunu, bunun sonuncu, o cümlədən iddiaçının özü üçün daha böyük zərərə səbəb ola biləcəyini, hazırki tələb üzrə keçidin daha az zərər vurduğu qonşuya qarşı yö nəlmədiyini, eləcə də zəruri keçidin müəyyənləşdirilməsindən imtina edilərkən tərəflərin qarşılıqlı mənafelərinin nəzərə alındığını və sair göstərsə də, işdə, bu barədə heç bir mötəbər yazılı sübut yoxdur və apellyasiya instansiyası məhkəməsi hansı sübuta əsasən bu qənaətə gəlməsini qətnamədə göstərməmişdir. Kassasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 175.1, 175.2-ci və Torpaq Məcəlləsinin 54-cü maddələrinin təfsirində səhvə yol verərək, iddiaçının öz sahəsindən ictimai yola zəruri keçidi olmadığı üçün bilavasitə qonşusu olan cavabdehdən tam əvəzi ödənilməklə zəruri keçid ayrılmasını tələb etməsinə, qanunvericiliyə görə torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri arasında razılaşma olmadıqda, servitutu n məhkəmənin qərarı ilə müəyyən edilə bilməsinə əhəmiyyət vermədən, eləcə də qonşuluq münasibətləri ilə əlaqədar iddiaçının keçid verilməsini hansı qonşudan tələb edə bilməsinin daha yolverilən olmasını, bir sözlə keçidin daha az zərər vura biləcəyi qonşunu müəyyən etmədən, yalnız cavabdehin gətirdiyi arqumentlərlə razılaşaraq iddianı rədd etməsi, əslində iddiaçını bağ sahəsindən onun faydalı təbii xassələrini hasil etmək, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkandan məhrum etmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərini və kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq, iş üzrə əlavə tikinti-texniki ekspertizası təyin etmiş və ekspert qarşıs ında cavablandırılması üçün aşağıdakı suallar qoymuşdur: 1) iddiaçının mülkiyyətində olan 560 saylı bağ sahəsinin sərhədləri ilə cavabdehin mülkiyyətində olan 561 «a» saylı bağ sahəsinin sərhədləri yerində müəyyən edilsin, artıq torpaq sahələri müəyyən edilərsə tərtib olunmuş sxemdə yerləri dəqiq göstərilsin; 2) iddiaçının mülkiyyətində olan 560 saylı bağ sahəsinə ilkin torpaq ayırma sənədlərində əvvəllər gediş-gəliş yolunun olub-olmaması müəyyən edilirmi (gediş-gəliş yolu "mövcud olmuşsa, həmin yolun hansı qaydada tutulması, hazırda kimin torpaq sahəsinə düşməsi və s. bu kimi zəruri hallar müəyyən edilsin); 3) iddiaçının tələb etdiyi zəruri keçid hansı qonşu torpaq sahəsinə münasibətdə daha yolverilən və daha az zərər vurulmaqla başa gələ bilər; 4) birinci instansiya məhkəməsinin müəyyə n etdiyi qayda cavabdehin mülkiyyətində olan torpaq sahəsindən təyinatı üzrə adi istifadəni (orada yerləşən tikililər də nəzərə alınmaqla) mümkünsüz edirmi, edirsə texniki cəhətdən cavabdehə məxsus torpaq sahəsindən başqa hansı qaydada və formada keçid verilə bilər? Ekspertizanın aparılması Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri cəlb olunmaqla, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Qərardadın icrası üzrə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin təqdim etdiyi mütəxəssis rəyində qeyd olunmuşdur ki: “1. İddiaçının mülkiyyətində olan 560 saylı bağ sahəsinin sərhədləri ilə cavabdehin mülkiyyətində olan 561 “a” saylı bağ sahəsinin sərhədləri yerində müəyyən edildi, iddia edilən yol sxemdə göstərildi (sxemlər əlavə edilib).
2. İddiaçının mülkiyyətində olan 560 saylı bağ sahəsinə əvvəllər gediş-gəliş yolunun haradan olması barədə məlumat aşkar edilmədi. 3.4. Gediş-gəliş yolunun haradan, şəhərsalma norma və qaydalarına uyğun açılması ilə bağlı qərardadda qeyd edilən digər sualların cavablandırılması tikinti-texniki ekspertinin səlahiyyətlərinə aiddir”. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə verdiyi rəydə birinci və ikinci sualların cavabları mütəxəssis rəyinə istinadla həmin rəydən götürülmüş, 3-cü və 4-cü suallar mütəxəssislər tərəfindən cavablandırılmadığından həmin suallar üzrə tədqiqat aparılmamışdır. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-222/2021 nömrəli iş üzrə 05 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – R.Eyvazov (sədrlik edən və məruzəçi), Ş.Məmmədova və F.Talışinski) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş üzrə keçirilmiş hər iki ekspertiza üzrə bu sahədə ixtisaslı şəxslərin rəyi ilə iddiaçının mülkiyyətində olan 560 saylı bağ sahəsinə gediş-gəliş yolunun nə elektron baza məlumatlarında, nə də naturada mövcud olmadığı, bu yolun rəyə əlavə olunmuş sxemdə göstərilən şəkildə cavabdehin mülkiyyətin olan 561 “a” saylı torpaq sahəsinin hesabına təmin edilməsinin mümkün olması (digər qonşu torpaq sahələrinin hesabına təmin edilməsinin daha yolverilən olmasını müəyyən etməyin isə mümkün olmadığı) müəyyən edilmişdir. Məh kəmə kollegiyası belə qənaətə gəlmişdir ki, 560 saylı bağ sahəsi iddiaçının mülkiyyətində olsa da, oraya gediş-gəliş yolu olmadığından iddiaçı, bağ sahəsindən onun faydalı təbii xassələrini hasil etmək, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkandan məhrum olmuşdur. Belə olan halda, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmuşdur. Cavabdeh tərəf isə bunun əksini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, etirazının əsası kimi istinad etdiyi halları əsaslandıra bilməmişdir. Məhkəmə kollegiyası öz mövqeyini Mülki Məcəllənin 170.1, 170.2, 175.1, 175.2, 175.3, 255.1, 255.4-cü, Torpaq Məcəlləsinin 54-cu və MPM-in 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Qətnamədən cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şik ayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (vəkil X5) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin, Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin və Konvensiyaya dair 20 mart 1952-ci il tarixli Protokolun 1-ci maddəsinin, eləcə də Mülki Məcəllənin 175-ci və MPM-in 262.4-cü maddələrinin tələblərini pozmuşdur. Məhkəmə digər qonşulara münasibətdə ekspertiza aparılmasını təmin etmədən mülki hüquq normalarını pozmuşdur. Eyni zamanda məhkəmə nəzərə almamışdır ki, iddiaçı əks istiqamətdə özünün torpaq sahələrini satmışdır, halbuki iddiaçı həmin torpaq sahələrini satmazdan əvvəl özünə yol aça bilərdi. Lakin iddiaçı özü bunun nəticələrini vaxtında görmüş və heç bir tədbir görməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin f aktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin aktı cavabdehin kassasiya şikayəti əsasında tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər (maddə 170.1 və 170.2). Əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keç id münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Sahələrindən zəruri yol və ya birləşdirici xətt keçəcək qonşulara müvafiq kompensasiya ödənilməlidir. Tərəflər arasında razılaşmaya əsasən kompensasiya birdəfəlik ödəniş şəklində verilə bilər. Əgər torpaq sahəsi ilə artıq mövcud olmuş əlaqə xətləri mülkiyyətçinin özbaşına hərəkətləri nəticəsində ləğv edilərsə, zəruri yola və ya birləşdirici xəttə dözmək vəzifəsi əmələ gəlmir (maddə 175.1-ci, 175.2-ci və 175.3). Servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir (maddə 255.1). Servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər (maddə 255.4). Torpaq Məcəlləsi Servitut - bir və ya bir neçə qonşu (özgə) torpaq sahələrindən məhdud istifadə hüququdur. Torpaq sahəsi üzərində servitutla bağlı münasibətlər Torpaq Məcəlləsi və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə nizama sa lınır. Servitut torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri arasında razılaşma ilə, yaxud məhkəmənin qərarı ilə müəyyən edilə bilər. Torpaq mülkiyyətçisinin, istifadəçisinin və icarəçisinin öz sahəsinə xidmət göstərmək üçün qonşu torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinə servitut qoyulmasını tələb etmək, o cümlədən məhkəmə qaydasında tələb etmək hüququ vardır. Torpaq sahəsinə aşağıdakı servitutlar müəyyən edilə bilər: torpaq sahəsindən piyada və ya nəqliyyat vasitəsilə keçmək; qanunvericiliyə zidd olmayan hallarda torpaq sahəsi üzərində digər servitutlar və sair. Servitutlar, onların müəyyən edildiyi torpaq sahəsinə mümkün qədər az məhdudiyyətlər yaradan üsullarla həyata keçirilməlidir (54-cü maddənin 1-5-ci hissələri). MPM Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddə 64.1. İşə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət v erir. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilə r. Maddə 102.3. Məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti ilə əlavə və ya təkrar ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Maddə 175.1. Məhkəmə işə baxarkən iş üzrə sübutları bilavasitə tədqiq etməyə, tərəflərin və üçüncü şəxslərin izahatlarını, şahidlərin ifadələrini, ekspertlərin rəylərini dinləməyə, yazılı sübutlarla tanış olmağa, maddi sübutları müayinə etməyə, səs yazılarına qulaq asmağa, video yazılara baxmağa və işə baxılması ilə əlaqədar digər hərəkətləri etməyə borcludur. Maddə 175.2. Zəruri hallarda iş üzrə sübutların tədqiqi zamanı məhkəmə mütəxəssisin məsləhəti və şərhini dinləyir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunma ması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Baxılan iş üzrə əvvəlki kassasiya tərkibi apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edərək, konkret göstərişlərlə işi yeni baxışa göndərmişdir. Apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin dəlilləri və kassasiya instansiya məhkəməsinin hüquqi mövqelərini nəzərə alaraq, iş üzrə əlavə tikinti-texniki ekspertizası təyin etmiş və ekspert qarşısında mübahisənin həlli üçün zəruri olan dörd sual q oymuşdur. Ekspertizaya cəlb olunmuş Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri ekspert qərarında qoyulmuş iki suala cavab vermiş, digər iki sualın (iddiaçının tələb etdiyi zəruri keçid hansı qonşu torpaq sahəsinə münasibətdə daha yolverilən və daha az zərər vurulmaqla başa gələ bilər; birinci instansiya məhkəməsinin müəyyən etdiyi qayda cavabdehin mülkiyyətində olan torpaq sahəsindən təyinatı üzrə adi istifadəni (orada yerləşən tikililər də nəzərə alınmaqla) mümkünsüz edirmi, edirsə texniki cəhətdən cavabdehə məxsus torpaq sahəsindən başqa hansı qaydada və formada keçid verilə bilər?) cavablandırılması tikinti-texniki ekspertinin səlahiyyətlərinə aid olduğu üçün onları cavablandırmaqdan imtina etmişdir. Qərardadın icrasını n həvalə edildiyi Məhkəmə Ekspertizası Mərkəzi öz rəyində birinci və ikinci sualların cavablarını mütəxəssis rəyinə istinadla həmin rəydən götürmüş, 3-cü və 4-cü suallar mütəxəssislər tərəfindən cavablandırılmadığından həmin suallar üzrə tədqiqat aparmamışdır. Halbuki həmin sualların mütəxəssis tərəfindən cavablandırılmaması səbəbi məhz bu sualların tikinti-texniki ekspertinin səlahiyyətlərinə aidiyyəti olmuşdur. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik mübahisələrin həlli zamanı məhkəmələrə işə baxılarkən kömək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxslərə – mütəxəssislərə müraciət etmək; yazılı və ya maddi sübutları məhkəməyə təqdim etmək mümkün olmadıqda və ya məhkəməyə gətirmək çətin olduqda onları olduğu və ya saxlandığı yerdə müayinə və tədqiq etmək; işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin etmək imkanları vermişdir (MPM-in 64.1, 79.1 və 97.1-ci maddələri). İş üzrə ekspert rəyləri mülki iş üzrə əldə edilən sübutlar sırasında olmaqla, MPM-in 88-ci maddəsinə əsasən onların da məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bununla yanaşı, işin hallarından asılı olaraq, yaxud qanunun birbaşa göstərişinə əsasən məhkəmə işə baxılması zamanı ekspertiza təyin etmişsə və ya müvafiq dövlət orqanlarından rəylər almışsa, hər bir halda alınmış rəyi məhkəmə prosesi zamanı tədqiq etməli, tərəflərlə müzakirə etməli və digər sübutlarla yanaşı qiymətləndirməlidir. Əgər verilmiş rəylərdə anlaşılmazlıqlar, ziddiyyətlər, natamamlıq və qeyrimüəyyənli klər varsa, MPM-in 175-ci maddəsində ifadə edilmiş məhkəmə baxışının bilavasitəliyi və şifahiliyi prinsipinə görə hakim bu məsələni aydınlaşdırmaq üçün ekspertin rəyini, mütəxəssisin məsləhət və şərhini dinləməyə borcludur. Eyni zamanda zərurət olarsa MPM-in 206-cı maddəsinə müvafiq olaraq məhkəmə əlavə və ya təkrar ekspertiza təyin edə bilər. Məhkəmənin sübutlardan biri kimi ekspert rəyi və ya onun müəyyən hissələri ilə razılaşmamaq hüququ olduğu kimi, MPM-in 103.2-ci maddəsinə əsasən, bu halı qəbul etdiyi qətnamədə və ya qərardadda əsaslandırmaq vəzifəsi də vardır. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi mübahisəyə aydınlıq gətirmək, habelə kassasiya instansiyası məhkəməsində qərarında ifadə edilmiş göstərişlərin icrasını təmin etmək məqsədilə təyin etdiyi qərardad əsasında verilmiş rəydə olan natamamlığı aradan qaldırmadan, prosessual qanunvericiliyin ona verdiyi ekspertin rəyini, mütəxəssisin məsləhət və şərhini dinləmək, zərurət olduğu halda əlavə və ya təkrar ekspertiza təyin etmək, yaxud sübutları yerdə müayinə və tədqiq etmək imkanlarından istifadə etmədən xüsusi bilik tələb etməsi səbəbindən rəy vermək üçün müvafiq dövlət orqanlarına ünvanladığı suallar üzrə yekun qənaətə gəlmişdir. Nəticədə mübahisə servitutun verilməsi ilə bağlı Mülki Məcəllənin 175-ci maddəsində sadalanan zəruri şərtlərə riayət edilib-edilmədiyi yoxlanılmadan həll edilmiş və kassasiya instansiyası məhkəməsinin MPM-in 420-ci maddəsinə əsasən icrası məcburi olan göstərişlərinin bir hissəsi icrasız qalmışdır. Qeyd edilənləri nəzərə alaraq Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya i nstansiyası məhkəməsinin ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməli, təkrar apelyasiya baxışı zamanı prosessual qanunvericiliyin verdiyi bütün imkanlardan istifadə edilərək sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunsun. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-222/2021 nömrəli iş üzrə 05 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. AZƏRBAYCAN RESPUBLİKASİ ALİ MƏHKƏMƏSİNİN MÜLKİ KOLLEGİY ASİ AZ-1025, AZ-1025 Bakı şəhəri, Yusif Səfərov küç, 26, 1193-cü məhəllə Tel: (012) ***-**-** Faks: (012) 493-18-84, www.supremecourt.gov.az ================================================================ İş № 2 (102)-1423/2022 26 aprel 2022-ci il Abşeron rayonu, H.Z.Tağıyev küç, döngə 2, ev 1 X1 Bakı şəhəri, Yasamal ray, Z.Xəlilov küç, 523-cü məh, ev 2/11 Bakı şəhər 17 saylı Vəkil Bürosu Vəkil X6 Bakı şəhəri, Yasamal ray, B.Məmmədov küç, ev 45 X7 Bakı şəhəri, B.Səfəroğlu küçəsi, ev 120, mənzil 1 Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunda fəaliyyət göstərən Vəkil X8 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 04 aprel 2022-ci il tarixli, 2(102)-1423/2022 saylı qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: qərarın surəti- vərəq.