Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1401/2020 24.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və X2 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı və onun vəkili X12, Cavabdeh vəkili X4 ilə, Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)10884/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nəsimi rayon məhkəməsinin (hakim Rəşid Səmədov) 2(006)-2284/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh MMC-yə qarşı işə bərpa, məcburi iş buraxma müddəti üçün orta əmək haqqının ödənilməsi və mənəvi zərər barədə iddia tələbləri rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Şeyda Məhərrəmova sədrlik edən və məruzəçi, Məmməd Məmmədov, Elşad Şamayev ) xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilərək İddiaçı işdən azad olunması ilə bağlı “xxxx” MMC-ninxx xxxxxx 2018-ci il tarixli, 28-18 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə “xxxx” MMC-nin stomotoloq işinə bərpa olunması, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək ödənilm əmiş əmək müqaviləsində nəzərdə tutulan əmək haqqının hesablanaraq İddiaçı ödənilməsi qət olunmuşdur. İşin halları: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının işdən azad olunmağı ilə bağlı Cavabdeh xx xxxxxx 2018-ci il tarixli, 28-18 nömrəli əmrinin ləğv edilməsi, iddiaçının əvvəlki işinə bərpa edilməsi, faktiki işlədiyi dövr üçün ödənilməyən əmək haqqının və ona hesablanmalı olan faizin, məcburi işburaxma müddəti üçün orta aylıq əmək haqqının və mənəvi zərər kimi 5000 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixdə cavabdehlə müddətsiz əmək müqaviləsi bağlayaraq cavabdehin Sabirabad şəhərində açdığı Stomatoloji Klinikada stom otoloq işinə qəbul edilmişdir. Müqavilənin şərtlərinə görə iş vaxtı 09:00-dan 18:00-dək idi və əmək haqqı 300 manat təşkil edirdi. İşə başladığı vaxtdan bu günədək ona əmək haqqı ödənilmədiyi halda, o, işinə daim məsuliyyətlə yanaşmış və işə qəbul edilərkən qarşısına qoyulan vəzifələri layiqincə icra etmişdir. 2018-ci ilin dekabr ayının sonlarında cavabdeh müəssisənin baş ofisindən iddiaçıya zəng edilərək baş ofisə yaxınlaşmağını xahiş etmiş, o da baş ofisə gələrək cavabdeh müəssisənin icraçı direktoru ilə görüşmüş, görüş zamanı direktor iddiaçıya işlədiyi klinikaya nəzərdə tutulandan az müştərinin gəlməsi, xərclərin isə çox olması səbəbindən, həmçinin qarşıdan bir neçə günlük bayram günləri gəldiyindən qısa müddət üçün işə getməyinə ehtiyac olmamasını bildirmişdir. Bu müddətdə rəhbərlik müştərilərin sayının artırılması, qiymətlərin endirilməsi, obyektin bir hissəsinin icarəyə verilməsi və s. yollarla işlədiyi klinikanın tələb olunan səviyyədə gəlir gətirməsi üçün yeni biznes planı hazırlanacağı bildirilmişdirş. İddiaçı bununla razılaşaraq bir müddət işə getməmiş, amma bütün bu müddətdə daim baş ofislə əlaqə saxlamış və nə vaxt işə çıxacağını soruşmuşdur. Lakin hər dəfəsində yaxın günlərdə ona məlumat veriləcəyi bildirilmişdir. xx xxxxxx 2019-cu ildə baş ofisdən ona zəng edilərək müəssisəyə getməsi xahiş edilmiş və həmin gün baş ofisdə ona əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi təqdim edilmişdir. Bildirişə əsasən, o xx xxxxxx 2018-ci ildə 28-18 saylı əmrlə Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən, tərəflərdən birinin təşəbbüsü i lə işdən azad edilmişdir. O, işdən azad edilməyinin, işdən azad edildiyi halda bir aydan çox müddətdə işə başlayacağı barədə aldadılmağının səbəblərinin ona izah olunmasını, işdən azad edilməyi ilə bağlı əmrin, əmək kitabçasının və işə başladığı vaxtdan bildiriş təqdim edilənədək ona ödənilməyən əmək haqlarının, kompensasiyaların ödənilməsini tələb etmişdir. Lakin bütün bunlara baxmayaraq ona hər hansı izahat, əmək haqqı, kompensasiya, işdən çıxma əmri və s. sənədlər təqdim edilməmişdir. Ona yalnız əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi təqdim edilmişdir. İddiaçı hesab edir ki, işdən azad olunmağı ilə bağlı hər-hansı ərizə ilə cavabdehə müraciət etmədiyi, halda işlədiyi müddətdə əmək qanunvericiliyini və ya etik davranış qaydalarını hər hansı formada pozmadığ ı halda qanunvericiliyin tələblərinin belə kobud şəkildə pozulması ilə işdən azad edilməyi tamamilə qanunsuzdur. İddiaçının onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair cavabdehin əmri bu günə qədər ona təqdim edilmədiyindən faktiki olaraq hansı əsasla işdən azad edilməyi barədə heç bir məlumatı yoxdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi qətnamə qəbul edərkən tərəflərə münasibətlərinə əsassız müdaxilə etmiş, mülki hüquq subyektlərinin müqavilə sərbəstl iyini pozmuşdur. Belə ki, şahid ifadələri və iş materiallarında olan digər sübutlarla həqiqətən də müəyyən olunur ki, İddiaçı iş yerində özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş, alkoqollu içkilər qəbul edərək sərxoş vəziyyətdə işə gəlmiş və iş yerində sərxoş vəziyyətdə olmaqla əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Çünki İddiaçı iş vaxtı səhər saat 09-00-dan 18-00-a kimi iş yerində olmalı olsa da, dəfələrlə iş vaxtı iş yerini tərk etmiş, yaxud ümumiyyətlə heç bir üzrlü səbəb göstərmədən iş yerini tərk etmiş və uzun müddət ümumiyyətlə iş yerində olmamışdır. İş yerində olduqda isə şahid ifadələrindən də göründüyü kimi daimi olaraq ondan alkoqol iyi gəlmişdir. Cavabdeh MMC-yə məxsus “STOM Klinika”da Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfin dən qəbul edilmiş tibb müəssisələrində sanitariya-epidemioloji tələblərə dair qaydalara riayət edilərək sanitar qaydalarına əməl edilmişdir. Buna görə də, hər hansı bir şəkildə stomotoloqun tibbi və ya texniki spirtlə təmasda olmasına ehtiyac qalmırdı. İddiaçı iş yerində onun yanına gələn xəstələri müalicə edərkən qaydalara görə, birdəfəlik istifadə üçün olan rezin əlcəklərini hər dəfə dəyişməli olsa da, əlcəklərini dəyişməkdən belə imtina etmişdir ki, bu da qətiyyən qəbuledilməzdir. Eyni zamanda İddiaçı dəfələrlə xəstələrdən müalicə haqqını əlbəəl almışdır ki, bu da gigiyena qaydalarına və müəsisənin daxili intizam qaydalarına ziddir. Bundan başqa İddiaçı barəsində Cavabdeh MMC tərəfindən Sabirabad rayon Polis şöbəsinə şikayət edilmiş və şəxs barəsində araşdırma başlanılmışdır. Hətta Poli s əməkdaşları onu şöbəyə izahat vermək üçün dəvət etdikdə o, polisləri telefonda təhqir etmişdir. Eyni zamanda İddiaçı ümumiyyətlə Sabirabad rayonunda başqa şəxslərlə də, dalaşdığı üçün barəsində inzibati icraat başlanılmışdır. O, ev şəraitində qanunsuz olaraq stomotoloji fəaliyyətlə məşğuldur. Bakı Apellyasiya Məhkəməsi yalnız iddiaçının verdiyi sənədlərə istinad edərək və apellyasiya şikayətinin dəlillərini yoxlamadan, cavabdehin təqdim etdiyi dəlilləri nəzərə almadan, əlavə sübutları cavabdehdən və digər şəxslərdən almadan, əmək müfəttişliyinə müqavilənin pozulması ilə bağlı heç bir sorğu vermədən iddia tələbini qismən təmin etmişdir. Tərəflərin izahatları: Cavabdeh vəkili X9 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İddiaçı və o nun vəkili X19 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurət indən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsindən iddiaçı kassasiya şikayəti verməmiş, iddia tələbinin rədd edilən hissələrdə qətnaməni mübahisləndirməmişdir. Ona görə, qətnamə cavabdehin kassasiya şikayətinə əasən mübahisələndirilən hissələrdə, yəni iddia tələbinin təmin edilən hissələrdə kassasiya qaydasında yoxlanıldı. Məhkəmə kollegiyası məruzəçini¸ məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi cavabdehin kassasiya şikayətinə əsasən cavabdehə münasibətdə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarına əsasən, xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, işəgötürən Cavabdeh MMC tərəfindən işçi İddiaçı ilə xx.xx.2018-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən, yəni tərəflərin birinin təşəbbüsü ilə xitam verilmişdir. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi X17 ifadəsində bildirmişdir ki, o, Cavabdeh MMC-nin direktorudur. İddiaçı atasının xahişi ilə işə götürmüşdür. Belə ki, işlədiyi dövrdə İddiaçı daxili sanitariya qaydalarına əməl etməmiş, əldə etdiyi xidmət haqqını kassaya mədaxil etməmiş və digər pozuntulara yol vermişdir. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi X14 ifadəsində bildirmişdir ki, o, Komissiyanın üzvü olaraq MMC-ni yoxlamağa getmişdir. Bu zaman İddiaçı işi ilə əlaqədar çoxlu nöqsanlar ortaya çıxmışdır. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi X11 ifadəsində bildirmişdir ki, o, Cavabdeh MMC-nin Bakı filialında işləyir. Həmin MMC-nin Sabirabad filialında işin zəifləməsi ilə əlaqədar oranı yoxlamağa getmişlər. Nəticədə müəyyən olunmuşdur ki, İddiaçı işə vaxtlı-vaxtında gəlmir. Həmçinin, iş görərkən təmizlik qaydalarına əməl etmir, bəzi hallarda işə içkili vəziyyətdə gəlir. Bu da xəstələrin haqlı narazı lığına səbəb olur. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi X6 ifadəsində bildirmişdir ki, o, Cavabdeh MMC-nin Sabirabad filialında tibb bacısı vəzifəsində işləyir. İddiaçı həmin müəssisədə həkim işləyərkən xəstələrin haqlı narazılıqlarına səbəb olurdu. Belə ki, o, təmizliyə (sanitariya qaydalarına) riayət etmirdi. Həmçinin, işə vaxtında gəlmirdi, bəzən işə içkili vəziyyətdə gəlirdi. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi X5 ifadəsində bildirmişdir ki, o, Cavabdeh MMC-nin Sabirabad filialında həkim köməkçisi vəzifəsində işləyir. İddiaçı həmin müəssisədə həkim işləyərkən xəstələr ondan narazı idilər. Belə ki, o, laboratoriya qaydalarına əməl etmirdi. İşlərini əlcəksiz icra edirdi. İş materiallarında olan tibbi bacısı A.Ş.Atakişiyeva tərəfindən Cavabdeh MM C-nin direktoruna ünvanlanmış xx.xx.2018-ci il tarixli təqdimatdan görünür ki, Cavabdeh MMC-nin işçisi İddiaçı işə gec gəlir, arada ümumiyyətlə günlərlə işə gəlmir, nizam-intizamı pozur, pasiyentdən əldə etdiyi xidmət haqqını kassaya mədaxil etmir, işə gəldiyi təqdirdə arada sərxoş vəziyyətdə olur. Cavabdeh MMC-nin əməkdaşları - komissiyanın sədri xxxxxxxxx tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli aktdan görünür ki, İddiaçıişə gec gəlir, arada ümumiyyətlə günlərlə işə gəlmir, nizam-intizamı pozur, pasientdən əldə etdiyi xidmət haqqını kassaya mədaxil etmir, işə gəldiyi təqdirdə arada sərxoş vəziyyətdə olur. Cavabdeh MMC tərəfindən X10 ünvanlanmış məktubda qeyd edilmişdir ki, İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə əmək müqaviləsinə xitam verilməsi barədə əmri, işçi X3 yeni işçi olduğu üçün səhv tərtib edib elektron informasiya sisteminə daxil etmişdir. İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə qeyd edilməlidir. Qeyd olunanlara əsasən elektron informasiya sistemində düzəliş aparıb İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi kimi qeyd aparılması xahiş edilmişdir. Cavabdeh MMC-nin xx.xx.2019-cu il tarixli, 12/19 saylı əmrindən görünür ki, “STOM” Klinikada menecer-kadrlar işinin təşkilini X1 xx xxxxx 2019-cu il tarixdə İddiaçı işdən çıxarılan zaman texniki səhv etdiyinə görə töhmət verilmişdir. Cavabdeh MMC-nin xx.xx.2018-ci il tarixli, 28/18 saylı əmrindən görünür ki,“STOM” Klinika Sabirabad filialında diş həkimi işləyən İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçinin əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xx xxxxxx 2018-ci il tarixindən xitam verilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə xitam verilmişdir. Həmin əmrdən narazı qalmış iddiaçı yuxarıda göstərilən tələbləri irəli sürərək məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi məhz qeyd olunan sənədlərə əsaslanmaqla İddiaçı göstərilən pozuntulara yol verdiyinin sübuta yetirildiyi və buna görə də əmək müqaviləsinə xitam verilməsinin qanunvericiliyə uyğun olduğu qənaətinə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə istinadla xitam verilərkən səbəb kimi göstərilən hallar (əmək funksiyasını yerinə yetirməməsi, əmək vəzifələrini kobud şəkildə pozduğu və üzrsüz səbəbdən işə gəlmədiyi) sübuta yetirilməmiş və onun əmək müqaviləsinə göstərilən əsasla xitam verilməsinə hüquqi zəmin olmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin “işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları” başlıqlı 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin “işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən hökmən nəzərə alınmalı olan zəruri şərtlər və qaydalar” başlıqlı 71-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intiza mının normal ahəngi pozulmuş və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəlləsinin 72-ci maddəsində əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sadalanmış, işçinin özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməs i; əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması belə halların sırasında göstərilmişdir. İddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi göstərilən əsasla (əmək funksiyasını yerinə yetirməməsi, əmək vəzifələrini kobud şəkildə pozması) bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, həmin hallar əmək müqaviləsinə xitam verilməsinin tamamilə müstəqil əsasıdır və konkret faktlarla sübuta yetirilmədiyi təqdirdə işçinin əmək müqaviləsinə bu əsasla xitam verilə bilməz. Cavabdeh təşkilatın mübahisələndirilən əmrindən görünür ki, iddiaçının əmək funksiyasını yerinə yetirməməsi, yaxud əmək vəzifələrini kobud şəkildə pozması arqumentləri faktlara deyil, hər h ansı sübutlarla öz təsdiqini tapmayan fərziyyələrə əsaslanmışdır. Xüsusilə qeyd olunmalıdır ki, tibb bacısının təqdimatına əsaslanaraq əmək müqaviləsinə xitam verilməsi əsassızdır. Belə ki, tibb bacısının təqdimatında qeyd etdiyi hallar sübuta yetirilməmiş və onun qeyd etdikləri formal mülahizə kimi qiymətləndirilməlidir. Halbuki Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinə görə işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Apellyasiya instansiyası məhkəməsi həmçini qeyd etmişdir ki, iddia tələbləri vətəndaşın konstitusion hüquqlarından olan əmək hüquqlarının müdafiəsi ilə bağlı olduğundan iddiaçının əmək müqaviləsinə xitam verilməsində əmək qanunvericiliyinin əmək müqaviləsin ə xitam verilməsinin rəsmiləşdirilməsi ilə əlaqədar tələblərinə əməl-olunub olunmadığı da müəyyən edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə görə əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Yuxarıda da qeyd olunduğu kimi, iddiaçının əmək müqaviləsinə xitam verilməsinə dair əmr qanunvericiliyin tələbinə uyğun olaraq əsaslandırılmamış, məcburi məzmun və forma tələblərinə riayət edilməmiş, əmrdə müqavilənin ləğv edilməsinin əsası kimi iddiaçının əmək funksiyasını yerinə yetirməməsi qeyd olunduğu halda, onun hansı əmək funksiyasını pozduğu və pozuntuya dair heç bir sübut göstərilməmişdir. İşçinin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud əmək vəzifələrini kobud şəkildə pozması əsası ilə əmək müqaviləsinə xitam verilməsi zamanı əmrin əsaslandırılmaması, eləcə də işçinin əmək funksiyalarının pozulmasına səbəb olan hərəkətlərinə dair rəsmiləşdirmənin aparılmaması əmək münasibətlərinin tərəfi kimi işçinin hüquqlarının pozulmasına səbəb olan hallardır. Həmçinin nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci hissəsinə əsasən, in tizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, İddiaçı əmək müqaviləsinə xitam verilərkən onun izahatı da alınmamış, beləliklə Əmək Məcəlləsinin 187-ci maddəsinin də tələbləri pozulmuşdur. Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə görə, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müdd əti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə... çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, İddiaçıla bağlanmış əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələbləri pozulduğundan “xxxx” MMC-ninxx xxxxxx 2018-ci il tarixli, 28-18 nömrəli əmri ləğv edilməli, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə “xxxx” MMC-nin stomotoloq vəzifəsinə bərpa olunmalıdır. İddia tələbinin faktiki işlədiyi dövr üçün ödənilməyən əmək haqqının ödənilməsi hissəsi ilə bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarında iddiaçının Cavabdeh MMC-də ə mək müqaviləsinə əsasən xx.xx.2018-ci ildən xx.xx.2018-ci ilə qədər faktiki olaraq işlədəyi, həmin dövrçün çıxarılmış ödəniş cədvəllərində İddiaçı ödəniləcək əmək haqqının hesablandığı məlum olsa da, bu məbləğlərin ona ödənilməsini təsdiq edə biləcək hər hansı sənəd iş materiallarına əlavə olunmamışdır. Ona görə də, məhkəmə hesab etmişdir ki, iddia həmin hissədə də təmin edilməli, iddiaçıya xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək əmək müqaviləsində nəzərdə tutulan əmək haqqı hesablanaraq ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin Vİ hissəsinin tələblərinə görə hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vard ır. Əmək Məcəlləsinin 172-ci maddəsinin 1-ci hissəsində isə təsbit olunmuşdur ki, aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsiməbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Həmin Məcəllənin 195-ci maddəsinin “d” bəndinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. İddia tələbinin əmək haqqının ödənilmədiyi üçün hesablanmış faizin tutulması və mənəvi zərərin tutulmasının rədd edilən hissələri iddiaçı tərəfind ən mübahisələndirilmədiyindən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qətnaməsini həmin hissələr üzrə kassasiya qaydasında yoxlamır. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh müəssisə kassasiya şikayətində i ddiaçının bır sıra qanun pozuntularına yol verməsini göstərmiş, bununla bağlı şahid ifadələrinə qiymət verilmədiyini bildirmişdir. Lakin işdən göründüyü kimi, cavabdeh tərəf bu barədə cavabdeh MMC-nin rəhbər və digər işçilərin ifadələrindən başqa hər hansı bir sübut təqdim etməmiş, iddiaçı tərəfindən yol verildiyi qeyd edilən pozuntulara görə izahat alınamış, iddia edilən qanun pozuntuları rəsmiləşdirilməmişdir. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh kassasiya şikayəti təmin edilmədən, Bakı Apellya siya Məhkəməsi mülki kollegiyasının 2(103)-10884/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi, cavabdehin kassasiya şikayətinə əsasən cavabdehə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-1401/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1401/2020
24.02.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver