Məhkəmə qərarları › İş №2(102)-1401/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1401/2024

30.04.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1401/2024 30.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsindən çıxarma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkkül oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “cavabdehlərin Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı üzrə ailəsinə verilmiş torpaq sahəsin dən çıxarılmaları” tələbinə dair iddiaları ilə bağlı mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)- 421/2023 nömrəli, 30 noyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 (Vəkil Nümayəndə) tərəfindən verilmiş kassasiya şikayətinə 30 aprel 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Qax rayonu Aqrar İslahatı Komissiyasının 28 dekabr 1997-ci il tarixli, 20 nömrəli qərarına əsasən JN:0015 seriyalı, KOD ********* saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına görə iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4, İddiaçı5 və İddiaçı6 mülkiyyətinə Qax rayon Şotavar kəndində, cənub hissəsində fındıq ağacları yerləşən 5,12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmi şdir.

2. Qax rayonu Aqrar İslahatı Komissiyası tərəfindən Qax rayonu Şotavar kəndində “Eşşək ölən” adlanan sahədəki fındıq bağında əmlak və torpaq payı olan subyektlərin siyahısının təsdiq edilməsi qərara alınmış və həmin siyahıda Cavabdeh2 0,57 ha torpaq sahəsi olması qeyd edilmişdir.

3. Qax rayonu Aqrar İslahatı Komissiyası tərəfindən Qax rayonu Şotavar kəndində “Eşşək ölən” adlanan sahədəki fındıq bağında əmlak və torpaq payı olan subyektlərin siyahısının təsdiq edilməsi qərara alınmış və həmin siyahıda X2 0,61 ha torpaq sahəsi olması qeyd edilmişdir.

4. İddiaçı1 və Cavabdeh1 Qax rayonu Şotavar kəndində qeydiyyatdadırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4 Emin oğlu, İddiaçı5 Emin oğlu və İd diaçı6 Emin oğlu (bundan sonra iddiaçılar və ya ad, soyadları) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (bundan sonra cavabdehlər və ya ad, soyadları) Qax Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehlərin JN:0015 seriyalı, KOD ********* saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı üzrə ailəyə verilmiş Qax rayonu Şotavar kəndində yerləşən 5,12 ha torpaq sahəsindən çıxarılmaları barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.

6. İddiaçılar işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdırlar ki, Qax rayonu Aqrar İslahatı Komissiyasının 28 dekabr 1997-ci il tarixli, 20 nömrəli qərarı ilə mülkiyyətlərinə torpaq sahəsi verilmişdir. Mülkiyyətlərində olan həmin torpaq sahəsi Qax rayon Şotavar kəndində yerləşir və 5,12 hekt ardır. Torpaq sahəsinin cənub hissəsində fındıq ağacları vardır. Həmin fındıq ağacları cavabdehlərin istifadəsindədir. Cavabdehlər onlara həmin fındıq sahəsinin onların əmlak payına düşdüyünü bildirir. Fındıq ağacları olan ərazinin cavabdehlərin mülkiyyətində olan torpaq sahəsinə heç bir adiyyəti yoxdur. Bununla bağlı 2017-ci ilin sonlarında ƏMDK-nın Kadastr və Lahiyyə X7 şöbəsinə müraciət edərək onlara düşən pay torpaq sahəsinin (JN:0015 seriyalı, 40305028 kodlu “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı üzrə vürilmiş) naturada göstərilməsi və tanınması tərəflərindən xahiş olunmuşdur. Həmin təşkilatın mütəxəssisləri əraziyə gələrək müəyyən etmişlər ki, fındıq ərazisinin yerləşdiyi ərazi (torpaq sahəsi) aqrar islahat zamanı onların mülkiyyətlərinə verilmiş sahədir. Bundan sonra cavabdeh lərdən dəfələrlə zəbt etdikləri, onların mülkiyyətlərində olan torpaq sahələrinin boşaldımasmı tələb etsələr də, cavabdehlər onların həmin torpaq sahələrindən istifadə etmələrinə maneə yaratmışlar. Belə ki, ƏMDK-nin Kadastr Lahiyyə və X7 şöbəsinin mütəxəssisləri mülkiyyətlərində olan torpaq sahələrini ölçərək onun mərz nöqtələrini nişanlayaraq onlara göstərmişlər. Lakin cavabdehlər onların nişanlarını götürərək həmin ərazinin onlara məxsus olmasını iddia edir və bu gündə istifadə edirlər. Həmçinin qeyd edirlər ki, mülkiyyətlərində olan torpaq sahələrindən çıxarılması üçün bu ilin may-iyun aylarında Qax RPŞ-yə və DİN-nin 102 xidmətinə müraciət edərək cavabdehlərin həmin ərazilərdən çıxarılmasını xahiş etsələr də, Qax RPŞ-si müraciəti ilə bağlı yaranmış mübahisə mülki qaydada məhkəmə orqanla rının səlahiyyətinə aid olduğundan məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilmişdir. Hesab edirlər ki, bu günədək cavabdehlər onların mülkiyyətlərində olan torpaq sahələrini boşaltmamış və bu qanunsuz hərəkətləri ilə onların mülkiyyət hüquqlarını kobud şəkildə pozmuşlar.

7. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə torpaqşünaslıq ekspertizası təyin edilərək müvafiq mütəxəssis və ekspert rəyləri alınmışdır.

8. Azərbaycan Respublikası “X1” 06 aprel 2021-ci il tarixli 138 saylı Rəyinə əsasən, mülki işin materiallarına əlavə edilən JN-0015 saylı Dövlət Aktının planşeti Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən köhnə koordinat sistemi olan Pulkovo-42 koordinat sistemində tərtib olunmuşdur. 2006-cı il tarixdən DƏDRX-i tərəfindən ərazinin ümumi elektron baza məlumat xə ritəsi Yeni Beynəlxalq koordinat sistemi olan WGS-84 (UTM38N) koordinat sistemində yığılmağa başlamışdır. Azərbaycan Respublikası üzrə bütün Dövlət Aktlarının və şəhadətnamələrin məlumatları yeni elektron məlumat bazasına inteqrasiya zamanı müəyyən koordinat sürüşmələri, planşet üzrə müvafiq torpaq sahələrinin naturadakı torpaq sahələrinə nisbətdə konfiqurasiya fərqlərinin yaranmasına gətirib çıxarmışdır. Məhz bu mübahisəli ərazidə də konfiqurasiya fərqi olduğundan sözügedən JN-0015 seriyalı kod-403050028 saylı T”orpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən iddiaçıların mülkiyyətində olan Qax rayonu, Şotavar kəndində yerləşən 5,12 ha torpaq sahəsinin planşet əsasında (ərazinin ümumi xəritəsi-X3) naturaya nisbətdə müəyyən mühəndis yer quruluşu işləri aparılaraq nəticə olaraq ümumi s ahəsi 5,12 ha təşkil edən faktiki torpaq sahəsinin olması müəyyən olunmuşdur. Həmin torpaq sahəsinin cənub tərəfindən fındıq kolları yerləşən 0,6763 ha hissəsi cavabdehlərin faktiki istifadəsində olduğu müəyyən edilmişdir. Rəyə ortofotoplan və baxış aktı əlavə olunmuşdur.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 noyabr 2020-ci il tarixli ekspert rəyinə əsasən, İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki LTİ-nin mühəndisi Eldar Həsilovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən, JN-0015 seriyalı kod-403050028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən iddiaçıların mülkiyyətində olan Qax rayonu, Şotavar kəndində yerləşən 5,12 ha torpaq sahəsinin cizgilərdə göstərilən ölçülərlə naturada istifadə edilən torpaq sahəsinin konfiqurasiyası uyğun gəlmir. Həmin torpaq sahəsinin naturada istifadə qaydası elektron baza məlumatlarında göstərilən ölçülər mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmişdir.

10. Qax Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(024)06/2021 nömrəli, 29 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim Malik Qarayev) iddia qismən təmin edilmiş, cavabdehlərin JN:0015 seriyalı, KOD ********* saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı üzrə iddiaçılara məxsus Qax rayonu Şotavar kəndində yerləşən 5,12 ha torpaq sahəsinin cənub tərəfindən fındıq kolları yerləşən 0,6763 ha hissəsindən çıxarılmaları, iddianın qalan hissəsinin rədd olunması, cavabdehlərdən birgə qaydada iş üzrə 300 (üç yüz) manat ekspertiza xərcinin alınıb hesaba ödənilməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, JN0015, KOD 40305028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, Qax rayonu Şotavar kəndində yerləşən 5,12 ha torpaq sahəsi İddiaçı1 və onun ailə üzvləri olan digər idddiaçıların ümumi mülkiyyətinə verilmişdir. İddiaçı hazırda cavabehlərin həmin torpaq sahəsindən çıxarılmalarını xahiş edir. Hazırki iddia tələbinin düzgün həlli və qanuni qərar qəbul edilməsi üçün JN:0015 seriyalı, KOD ********* saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən iddiaçıların mülkiyyətində olan Qax rayonu Şotavar kəndində yerləşən 5,12 ha torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt olunub-olunmamasının müəyyən edilməsi üçün xüsusi biliklərdən istifadə edi lməsi zəruri olduğundan iş üzrə təkrar məhkəmə-torpaqşünaslıq ekspertizası təyin edilmiş və tədqiqatın aparılması üçün mübahisəli torpaq sahəsinə ekspert tərəfindən tərəflərin iştirakı ilə baxış keçirilmiş və ölçü işləri aparılmış, Azərbaycan Respublikası ‘'X1” ekspertləri qarşısında qoyulmuş sualları cavablandırmış, ekspertizanın 06 aprel 2021-ci il tarixli 138 saylı rəyinə əsasən mübahisəli ərazidə də konfiqurasiya fərqi olduğundan sözügedən JN0015 seriyalı kod-403050028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən iddiaçıların mülkiyyətində olan Qax rayonu. Şotavar kəndində yerləşən 5,12 ha torpaq sahəsinin planşet əsasında (ərazinin ümumi xəritəsi-X3) naturaya nisbətdə müəyyən mühəndisi yerquruluşu işləri aparılaraq nəticə olaraq ümumi 5,12 ha təşkil edən faktiki torp aq sahəsinin olması müəyyən olunduğu, həmin torpaq sahəsinin cənub tərəfindən, fındıq kolları yerləşən 0,6763 ha hissəsi cavabdehlərin faktiki istifadəsində olduğu müəyyən edilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı tələbində qismən haqlıdır.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152 və 157-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4 və 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat:

13. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın həmin hissədə də rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmı şdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Məhkəmə hazırki qənaətə gəlməsinin əsası kimi, iş materiallarında olan 06 aprel 2021-ci il tarixli, 138 nömrəli ekspert rəyinə istinad etmişdir. Halbuki, həmin ekspert rəyi qanuni və əsaslı deyildir. Çünki, Qax rayonunun Şotavar kəndində torpaq islahatı aparılan zaman texniki səhvlərə yol verildiyi üçün, kənddə Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları tərəfindən dürüstləşmə işləri aparılmışdır. Həmin dürüstləşmə işlərinin nəticəsində iddiaçının iddia etdiyi torpaq sahəsinin cavabdehlərin mülkiyyətində olması müəyyən edilmişdir. İşin bu halını Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu etməklə müəyyən etmək mümkündür. Lakin, iş üzrə tədqiqat aparmış ekspert və mütəxəssislər Qax rayonunun Şotavar kəndində torpaq is lahatı aparılan zaman yol verilmiş texniki səhvlərin aradan qaldırdması məqsədi ilə Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları tərəfindən aparılmış dürüstləşmə işlərinə ümumiyyətlə toxunmamışdırlar. İş materiallarında olan Qax rayonu, Şotavar kənd Yerli AİK-nın 01 iyul 2000-ci il tarixli, 02 nömrəli iclas protokolundan çıxarışdan görünür ki, Şotavar kəndində "Eşşək ölən" adlanan sahədəki ictimai fındıq bağında əmlak və torpaq payı olan subyektlərin siyahısının təsdiq edilməsi qərara alınmış və həmin siyahıda onun 0,5761 ha torpaq sahəsi olmağı qeyd edilmişdir. İiş üzrə ədalətli qətnamə qəbul edilməsi üçün ilk əvvəl Qax rayonu Şotavar kəndində torpaq islahatı aparılan zaman yol verilmiş texniki səhvlərin aradan qaldırılması məqsədi ilə Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları tərə findən aparılmış dürüstləşmə işləri və həmin dürüstləşmə nəticəsində iddiaçının iddia etdiyi torpaq sahəsinin kimin mülkiyyətində olması müəyyən edilməli və bundan sonra təkrar ekspertiza təyin edilməlidir.

15. Apellyasiya instansiya məhkəməsi tərəndən iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspetizası təyin edilərək müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 28 iyun 2022-ci il tarixli 10/3022 nömrəli ekspert rəyində göstərilmişdir ki, mülki iş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən tərtib edilmiş, xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən JN-0015 seriyalı ko d-403050028 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən iddiaçılarin mülkiyyətinə verilmiş Qax rayonu, Şotavar kəndidnə yerləşən 5,12 ha torpaq sahəsi rəsmi qaydada qeydiyyata alınmış cizgilər daxilində ölçüləri sxem 1-də göstərilmişdir, (sxem mütəxəssis rəyinə əlavə edilmişdir). Mülki iş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən tərtib edilmiş, xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən Qax rayonu Şotavar kənd Yerli AİK-nın 01 iyul 2000-ci il tarixli 02 nömrəli iclas protokolundan Qax rayon Dövlət Arxivinin 06 may 2020-ci il tarixli, 63/1 saylı Arxiv Çıxarışında göstərilən Şotavar kəndində “Eşşək ölən” adlanan sahədə ki ictimai fındıq bağından Cavabdeh2 verilmiş 0,57 ha torpaq sahəsi və Qax rayon Dövlət Arxivinin 05 may 2020-ci il tarixli, 59/1 saylı Qax rayonu Şotavar kənd Yerli AİK-nın 01 iyul 2000-ci il tarixli 02 №-li iclas protokolundan Çıxarışda göstərilmiş Şotavr kəndində “Eşşək ölən” adlanan sahədəki ictimai fındıq bağından Səlim Maqsudova verilmiş 0,61 ha torpaq sahələri elektron baza məlumatlarında rəsmi qaydada qeydiyyata alınmadığından, hər hansı bir hissəsinin üst-üstə düşməsi müəyyən etmək mümkün olmamışdır.

16. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(107)-77/2022 nömrəli, 03 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Ələddin Cəfərov (sədrlik edən və məruzəçi), Vəzirxan Məlikov və Ayaz Mahmudov) apellyasiya şikayəti qis mən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehlərin JN:0015 seriyalı, KOD ********* saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı üzrə iddiaçılara məxsus Qax rayonu Şotavar kəndində yerləşən 5,12 ha torpaq sahəsinin cənub tərəfindən fındıq kolları yerləşən 0,6763 ha hissəsindən çıxarılmalarına dair iddianın təmin edilmiş hissəsinin Cavabdeh1 naturada istifadə etdiyi 0,2196 ha hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul olunmuş, iddia tələbi Cavabdeh1 onun naturada istifadə etdiyi koordinatları M 1:5000 olmaqla (1) X 644845.4843 Y 4583887.8262, (2) X 644968.5861 Y 4583935.2069, (3) X 644961.2359 Y 4583951.1230, (4) X 644839.0831 Y 4583902.3508; döngə nöqtələri 1-2 arası məsafə 131,9 metr, 2-3 arası məsafə 17,5 metr, 3-4 arası məsafə 131,5 metr, 4-1 arası məsafə 15,9 metr olan 0,2196 ha hissədən çıxarılması hissəsində rədd edilmişdir.

17. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən Müstəqil Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi rəyi əsas götürmüşdür. Lakin Azərbaycan Respublikası Müstəqil Məhkəmə Ekspertizası Mərkəzinin rəyləri sübut kimi qəbul edilə bilməz. Əvvəla ona görə ki, Azərbaycan Respublikası Müstəqil Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza fəaliyyəti ilə məşğul olması, habelə rəyi imzalamış ekspertlərin xüsusi bilik tələb olunan rəy vermə səlahiyyətləri iş materialları ilə müəyyən edilmir. Halbuki, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanunun 11-ci maddəsinə əsasən, məhkəmə eksperti qismində fəaliyyət göstərmək üçün məhkəmə eksperti şəhadətnaməsini almalıdır. Şəhadətnamə almış şəxs barədə ətraflı məlumat müvafiq icra hakimiyyəti orqanı tərəfindən dərhal Məhkəmə Ekspertləri Reyestrinə daxil edilir. Şəxs yalnız şəhadətnamə aldıqdan və barəsində məlumat Reyestrə daxil edildikdən sonra məhkəmə eksperti qismində fəaliyyət göstərə bilər. Məhkəmə eksperti yalnız şəhadətnamədə qeyd edilən məhkəmə ekspertizası ixtisası (ixtisasları) üzrə ekspert rəyi verə bilər. İşə əlavə olunmuş ekspert rəyi bu tələblərə cavab vermir.

18. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, JN-0015 seriyalı kod-403050028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən iddiaçıların mülkiyyətində olan Qax rayonu, Şotavar kəndində yerləşən 5,12 ha torpaq sahəsinin cizgilərdə göstərilən ölçülərlə naturada istifadə edilən torpaq sahəsinin konfiqurasiyası uyğun gə lmir. Ekspert rəyinə əlavə edilmiş sxemlərdən görünür ki, cavabdehlərin istifadə etdikləri torpaq sahələri iddiaçıların faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşsə də, iddiaçıların mülkiyyətində olan, rəsmi olaraq qeydə alınmış cizgilərdə göstərilən torpaq sahəsi ilə üstüstə düşmür. İddiaçılar rəsmi olaraq qeydə alınmış cizgilərdə göstərilən əkin üçün nəzərdə tutulmuş torpaq sahəsindən deyil, ondan kənarda yerləşən fındıq bağları olan hissədən cavabdehlərin çıxarılmasını tələb etməkdə haqlı deyildir. Çünki, iddiaçıların mülkiyyətində olan torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi olduğu halda, cavabdehlərin istifadə etdikləri torpaq sahəsi fındıq bağından ibarətdir. Məhkəmə kollegiyası eyni zamanda qeyd etmişdir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdehlərdən yalnız biri - Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Digər cavabdehlər məhkəmə qətnaməsinin mübahisələndirmədiyindən məhkəmə kollegiyası sonuncuların istifadəsində olan torpaq sahələri ilə bağlı hissədə araşdırma aparmamışdır.

19. Apellyasiya instansiya məhkəməsi qərara gəlmişdir ki, iddiaçılar Qax rayonu Şotavar kəndində yerləşən 5,12 ha torpaq sahəsinin cənub tərəfindən fındıq kolları yerləşən 0,2196 ha hissəsindən (koordinatları və döngə nöqtələri İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən tərtib edilmiş, xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərildiyi şəkildə) Cavabdeh1 çı xarılmasını tələb etməkdə və birinci instansiya məhkəməsi iddianı həmin hissədə təmin etməkdə haqlı olmamışdır.

20. Məhkəmə kollegiyasının araşdırmaları zamanı o da müəyyən edilmişdir ki, iddiaçılar iddia ərizəsində adına “Torpağa mülkiyyət hüququna dair” Dövləta aktı tərtib edilmiş şəxsin adını İddiaçı1, onun ümumi mülkiyyətçi olan oğlanlarının ata adını Emin kimi göstərsələr də, Dövlət Aktında “Əmin”in adı “Emin” kimi göstərilmişdir. Eyni zamanda, oğul iddiaçıların atalarının adı əslində “Əmin” olduğu halda, həmin Dövlət Aktında, həm də iddia ərizəsində “Emin” kimi qeyd edilmişdir. Adına “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmiş şəxsin adının İddiaçı1 olması məsələsinə Qax RİHB-nın Qorağan kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi xx.xx.2020-ci il tarixli 276 saylı arayı şla aydınlıq gətirilmiş, eyni zamanda Qax Rayon Məhkəməsinin 2(024)-06/2021 nömrəli, 16 may 2021-ci il tarixli qərardadı ilə qətnamədəki yanlışlıqlara düzəliş edilmişdir.

21. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 152.2, 152.3, 152.4, 152.5 və 157.4-cü maddələrinə və Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 76, 77.1, 80, 81, 88, 106.1, 117.1, 217, 218.1, 372, 384.0.1 və 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat:

22. Qətnamədən iddiaçılar (Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişlər.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, həm birin ci instansiya məhkəməsinin, həm də apellyasiya instansiyası məhkəməsinin məhkəmə iclasında Cavabdeh1 göstərmişdir ki, həmin torpaq sahəsi onun atası Səlim Maqsudova verilmişdir. Göründüyü kimi 0,61 ha torpaq sahəsinin ayrılmasına dair qərar olmasına baxmayaraq həmin torpaq sahəsinin Səlim Maqsudova müvafiq ərazi üzrə rəsmi qaydada cizgilər daxilində və döngə nöqtələri göstərilməklə ona təhvil verilməmişdir. Həmin torpaq sahəsinin Cavabdeh1 atası və özünün istifadə etməsinə əsas olmuş sənədləri, torpağın ayrılmasına dair sxem (Yerli AİK-nin sertifikatı) hər hansı bir orqan tərəfindən işlənməmiş və “X6” adlı şəxsə verilməmişdir. Ümumiyyətlə “Maqsudov Səlim R.o” oğluna qanunvericiliyin tələbinə uyğun olaraq torpaq sahəsi ayrılsa belə mülki iş materiallarıda Cavabdeh1 atası olmasını müəyyən ed ən müvafiq sübutlar yoxdur. Apellyasiya məhkəməsi əsassız olaraq hesab etmişdir ki, iddiaçılar rəsmi olaraq qeydə alınmış cizgilərdə göstərilən əkin üçün nəzərdə tutulmuş torpaq sahəsindən deyil, ondan kənarda yerləşən fındıq bağları olan hissədən cavabdehlərin çıxarılmasını tələb etməkdə haqlı deyildir, cavbadehlərin istifadəsində olan torpaq sahəsi fərqli kateqoriyaya aiddir. Bu zaman məhkəmə özü torpaq sahəsinin kateqoriyasını, mütəxəssisə aid məsələni həll etmiş, fındıq bağının cavabdehlər təərfindən sonradan salınmasının mümküknlüyünü diqqətdən qaçırmışdır. Məhkəmə həmçinin əsassız olaraq torpaq sahələrinin üst-üstə düşməməsini müəyyən etmişdir. Bu vəziyyətdə apellyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı sayıla bilməz.

24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiya sının 2(102)148/2023 nömrəli, 09 yanvar 2023-cü il tаrixli qərarı ilə (hakimlər Əhməd Nurməmmədov (məruzəçi), Abiddin Hüseynov və Zaur Əliyev) iddiaçıların kassasiya şikayətinin təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin 03 avqust 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.

25. Məhkəmə kollegiyanın məvqeyinə görə apellyasiya instansiyası məhkəməsi təqdim edilmiş sübutlara, mütəxəsis və ekspert rəyinə hərtərəfli baxmamış, qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir.

26. Belə ki, JN:0015 seriyalı, KOD ********* saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına görə iddiaçıların 5,12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır, mülkiyyətin toxunulmazlığına və müdafiəsinə dövlət təminat verir.

27. Apellyasiya instansiyası məhkəməsinin qərardadına əsasən Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 28 iyun 2022-ci il tarixli 10/3022 nömrəli rəyinə və rəyə əlavə edilmiş Sxemlərə görə iddiaçıların faktiki istifadəsində 4,46 hektar torpaq sahəsi vardır, bu sənəd üzrə olan 5,12 hektar sahədən 0,66 hektar azdır. İddiaçıların sənəd üzrə olan 5,12 ha torpaq sahəsi ilə naturada istifadə etdikləri 4,46 ha sahə qismən üst-üstə düşmür.

28. Lakin rəyə əlavə olunmuş sxemlərdən birində (cild 1, v. 228) sənəd üzrə iddiaçılara məxsus 5,12 ha torpaq sahəsinin Cavabdeh1 faktiki istifadəsində olan 0,2196 ha sahə ilə ümumiyyətlə üst-üstə düşməməsi, digər sxemdə isə (cild 1, v. 229) qismən üstüstə düşməsi göstərilmişdir (işin 2-ci cildində olan rəyə bu sxem əlavə olunmamışdır). Apellyasiya instansiyası məhkəməsi mütəxəssis rəyinə əlavə olunmuş bu sxemlərdəki ziddiyyəti aradan qaldırmamışdır.

29. İşdən daha sonra görünür ki, ekspert rəyində apellyasiya məhkəməsinin qərardadında qoyulmuş 3-cü sualı, yəni iddiaçıların rəsmi qeydiyyata alınmış 5,12 ha torpaq sahəsinin cavabdehlər, yaxud digər şəxslər tərəfindən zəbt olunması sualı cavablandırılmamış, ekspert Yerli AİK-nın qərarı ilə cavabdehə ictimai fındıq bağı ərazisindən verilmiş 0,61 ha torpaq sahəsinin elektron baza məlumatlarında rəsmi qaydada qeydiyyata alınmadığını əsas gətirərək hər hansı hissəsinin üst-üstə düşmədiyini göstərmiş, cavabdeh Rasim Maqsudovun naturada istifadə etdiyi torpaq sahəsini, həmin sahənin iddiaçıların mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşüb-düşmədiyini müəyyən etməmişdir.

30. İşdən daha sonra görünür ki, Qax rayonu Şotavar kənd Yerli AİK 01 iyul 2000-ci il tarixli iclasın 02 saylı protokol Qərarı ilə 141 subyektə “Eşşək ölən” adlanan sahədəki fındıq bağında əmlak və torpaq payı verilmişdir. Qərara əlavə edilmiş əmlak və torpaq sahəsi almaq hüququna malik subyektlərin siyahısında cavabdeh Rasim Maqsudov deyil, onun atası Səlim Maqsudovun (No

139. Arxiv çıxarışında səhvən No 140 göstərilmişdir) adı qeyd edilmişdir, həmin siyahının 32-ci sırasında İddiaçı1 adı da göstərilmişdir. Göstərilən ərazidə islahat verilmiş 70 hektar fındığ bağı sahəsi olmuşdur. Şotavar kənd Yerli AİK göstərilən qərarı Rayon AİK tərəfindən təsdiq olunması, cavabdeh Rasim Maqsudovun atası Səlim Maqsudova məhz onun naturada istifadəsində olan sahədən fındıq bağının verilməsi, torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd, plan və ölçü sənədinin, əmlak payına dair aktın olması barədə hər hansı sübut yoxdur. Apellyasiya məhkəməsi tərəfindən də göstərilən halları təsdiq edən sübutların təqdim olunması cavabdeh Rasim Maqsudova təklif olunmamışdır. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat:

31. Apellyasiya instansiya məhkəməsi tərəfindən iş üzrə tikinti-texniki ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2 oktyabr 2023-cü il tarixli 10/3982 nömrəli rəyinə əsasən, 1-ci sual üzrə Təsərrüfatın kompleks yerquruluşu layihəsinə əsasən JN-0015 seriyalı KOD ********* olan Torpağa Mülkiyy ət hüququna dair Dövlət Aktına əsasən iddiaçıların mülkiyyətinə verilmiş Qax rayonu, Şotavar kəndində yerləşən 5,12 ha torpaq sahəsinin şimal tərəfindən yol, qərb tərəfdən JN-0014 nömrəli Dövlət Aktı ilə, şərq tərəfdən JN-0016 nömrəli Dövlət Aktı ilə xüsusi mülkiyyətə verilmiş torpaq sahələri ilə cənub tərəfdən isə su arxı ilə həmsərhəddir JN-0015 nömrəli Dövlət aktında göstərilən 5,12 ha torpaq sahəsinin döngə nöqtələri arasındakı məsafə sxem 1-də göstərilmişdir. İddiaçıların naturada həmin torpaqdan istifadə qaydası ilə DWG faylında (kompleks yerquruluşu layihəsində) göstərilən JN-0015 nömrəli torpaq sahəsinin cizgiləri sxem 2-də göstərilmişdir. Sxem 2-də göründüyü kimi iddiaçının sənəd üzrə olan torpaq sahəsi ilə faktiki istifadəsi arasında qismən uyğunluq mövcuddur. Lakin JN-0015 nömrə li Dövlət aktında göstərilən torpaq sahəsinin faktiki vəziyyətdə şimal-şərq hissəsində bir hissəsi Dövlət Meşə fondu torpaqlarına düşür. Faktiki istifadə ilə sənəd arasında bu cür uyğunsuzluq olduğu üçün sualın lazımı dəqiqliklə cavablandırılması tərəfimizdən mümkün olmamışdır. 2-ci sual üzrə iddiaçılar İddiaçı1 və ailə üzvlərinin naturada istifadə etdikləri 4.46 hektar torpaq sahəsi mütəxəssis rəyinə əlavə edilmiş sxem 2-də göstərilmişdir. 3-cü sual üzrə İddiaçı1 iddiasında qeyd etdiyi və cavabdehlərin istifadəsində olan 0.66 ha torpaq sahəsi TEKUİS (X4 X5) məlumat bazasında bələdiyyə mülkiyyyətinə aid torpaq sahələri kimi göstərilmişdir. Həmçinin iddiaçıların xüsusi mülkiyyətinə verilmiş JN-0015 nömrəli Dövlət aktında göstərilən torpaq sahəsi 4.59 hektar göstərilmiş və əskik olduğu qey d edilmişdir. 4-cü sual üzrə JN-0015 seriyalı kod ********* olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına görə iddiaçılara məxsus 5,12 ha torpaq sahəsinin cizgiləri ilə cavabdehlər Cavabdeh1 istifadəsində olan torpaq sahəsi ilə 1937 kv.metr hissəsi, Cavabdeh2 istifadəsində olan torpaq sahəsi ilə 569 kv.metr hissəsi üst-üstə düşür. 5-ci sual üzrə JN-0015 seriyalı kod ********* olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına görə iddiaçılara məxsus 5,12 ha torpaq sahəsinin cizgiləri ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadəsindədir. 6-cı sual üzrə JN-0015 seriyalı kod ********* olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına görə iddiaçılara məxsus 5,12 ha torpaq sahəsinin cizgiləri ilə cavabdehlər Cavabdeh1 istifadəsində olan 1937 kv.metr hissəsi, Cavabdeh2 istifadəsi ndə olan torpaq sahəsi ilə 569 kv.metr hissəsi üst-üstə düşən hissəsi mütəxəssis rəyinə əlavə edilmiş sxem 2-də göstərilməsi müəyyən edilmişdir.

32. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-421/2023 nömrəli, 30 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Mahir Əsədli (sədrlik edən və məruzəçi), Günay Cavadova və Rövşən Rəfiyev) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

33. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, ekspert rəyi ilə də təsdiq edilir ki, Cavabdeh1 iddiaçılara məxsus torpaq sahəsində qanunsuz olaraq istifadə edir. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Ekspert rəyi sübut növlərində n biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Həmçinin rəydən görünür ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən hissədə qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmışdır.

34. Kassasiya instansiya məhkəməsinin qanuni göstərişlərini nəzərə alan məhkəmə kollegiyası Cavabdeh1 istifadə etdiyi torpaq sahəsinə dair Şotavar kənd Yerli AİK göstərilən qərarının Rayon AİK tərəfindən təsdiq olunması, cavabdeh Rasim Maqsudovun atası Səlim Maqsudova məhz onun naturada istifadəsində olan sahədən fındıq bağının verilməsi, torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd, plan və ölçü sənədinin, əmlak payına dair aktın olması barədə hər hansı sübut təqdim edilməsi təklif edilmiş, lakin Cavabdeh1 iş materiallarında olan arxiv arayışından başqa hər hansı bir sübut növünün olmadığını bildirmişdir.

35. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materiallarında olan arxiv arayışı iddiaçının öz mülkiyyəti üzərində dövlət qeydiyyatına alınmış hüquqlarının məhdudlaşdırılmasına, onların özünün xüsusi mülkiyyətində olan əmlak üzərində mülkiyyət hüquqlarını tam və sərbəst şəkildə həyata keçirməsinə maneə olmasına səbəb ola və bu arayış özüözlüyündə cavabdehlərin etirazlarının haqlı və dəlillərinin əsaslı olması kimi qəbul edilə bilməz. İd diaçıların xüsusi mülkiyyətində olan torpaq sahəsinin faktiki olaraq bir hissəsinin Cavabdeh1 tərəfindən istifadə edildiyi məhkəmə iclasında sübuta yetirilmiş, cavabdeh özü də mübahisəli ərazinin onun istifadəsində olduğunu inkar etməmiş, ancaq həmin torpaq sahəsinin özlərinə aid olduğunu iddia etmişdir. Ekspert rəyi ilə torpaq sahəsinin yerləşmə sxemi ilə də həmin torpaq sahəsinin sənəd üzrə iddiaçıların xüsusi mülkiyyətində olan torpaq sahəsi olduğu təsdiq edilmişdir.

36. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Mülki Məcəllənin 152.1, 152.2, 152.3, 152.4, 152.5 və 157.4-cü maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 97.1, 101.3, 372, 384 və 420-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şika yətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

37. Qətnamədən Cavabdeh1 (vəkil Nümayəndə) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

38. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci və apellyasiya instansiya məhkəmələri tərəfindən maddi hüquq normaları pozulmuş və düzgün tətbiq olunmamışdır. Apellyasiya instansiya məhkəməsi ümumiyyətlə qətnaməsində əsaslandırmamışdır ki, Cavabdeh1 iddiaçının özünə məxsus olduğunu iddia etdiyi 5,12 ha torpaq sahəsinin 0,66 ha hissəsindən nəyə görə çıxarılmalıdır. Hansı ki, işə baxan həm birinci, həm də apellyasiya instansiya məhkəməsi iş materiallarına əlavə edilmiş 06 aprel 2021-ci il tarixl i, 138 nömrəli və 2 oktyabr 2023-cü il tarixli 10/3982 nömrəli ekspert rəylərinə istinad edərək, JN-0015 seriyalı kod ********* olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına görə iddiaçılara məxsus 5,12 ha torpaq sahəsinin 1937 kv.metr hissəsinin Cavabdeh1 tərəfindən qanunsuz istifadə olunması qənaətinə gəlmişdirlər. Hazırki işdən müəyyən olunur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən tərtib olunmuş 02 oktyabr 2023-cü il tarixli 10/3982 nömrəli rəyində kəskin ziddiyyətlər vardır və həmin ziddiyyətlər prosessual pozuntuların təsviri hissəsində ətraflı şəkildə qeyd olunmuşdur. Azərbaycan Respublikası Ali Məkəməsinin Mülki kollegiyasının 2(102)-3616/2023 nömrəli, xx.xx.2023-ci il tarixli qərarnda qeyd olunur ki, “....Həmçinin ekspert və ya dövlət orqanları tərəfindən verilmiş rəylərdə anlaşılmazlıqlar, ziddiyyətlər və qeyrimüəyyənliklər varsa, MPM-in 175-ci maddəsində ifadə edilmiş məhkəmə baxışının bilavasitəliyi və şifahiliyi prinsipinə görə hakim bu məsələni aydınlaşdırmaq üçün təqdim olunmuş rəyi tədqiq etməli, zərurət yaranarsa, ekspertin izahatını və mütəxəssisin məsləhət və şərhini dinləməklə həmin məsələlərə aydınlıq gətirməlidr. MPM-in 206-cımaddəsinə müvafiq olaraq zərurət olarsa məhkəmə əlavə və ya təkrar ekspertiza təyin edə bilər. Lakin nəzərə almaq lazımdır ki, ekspertin və ya dövlət orqanının nümayəndəsinin məhkəmə iclasında dindirilməsi məhz verilmiş rəydə mövcud olan anlaşılmazlıqların (sualların) aradan qaldırmasına yönəldiyi üçün həmin rəyin məzmunun dəqiqləşdirilməsinə yönəlməli, faktiki ol araq rəydə qeyd olunanlardan tam fərqli nəticələr əsasında, yaxud rəydə əhatə olunmamış suallar üzrə yeni (əlavə) rəy verilməsinə səbəb olmamalıdır. Çünki MPM-in 102.1 və 102.2-ci maddələrinə əsasən ekspertin rəyinin kifayət qədər aydın və ya tam olmaması əlavə ekspertiza təyin edilməsi, məhkəmənin fikrinə görə əsassız olması isə təkrar ekspertiza keçirilməsi üçün əsasdır. Lakin baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi yuxarıda sadalanan prosessual hüquq normalarının tələblərinə zidd olaraq işin hallarını ekspert rəyində xüsusi biliklər tələb edən məsələ üzrə verilmiş nəticələr əsasında deyil, belə rəylərin predmetinə aid olmayan və rəyin məzmunu ilə tam ziddiyyət təşkil edən, rəy vermiş şəxslərin tədqiqat zamanı müşahidə etdiyi faktlar və hallar əsasında gəldiyi subyektiv qənaət əsasında müəyyən etmişdir.” Göründüyü kimi, hazırki işdə də işə mahiyyəti üzrə baxmış apellyasiya instansiya məhkəməsi ekspert rəyindəki ziddiyyətləri aydınlaşdırmaq üçün ya eksperti (və ya mütəxəssisi) dindirməli, ya da həmin ziddiyətlərin aradan qaldırılması üçün iş üzrə əlavə (və ya təkrar) ekspertiza təyin etməli idi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası.

39. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

40. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əml aka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyaclarıvə ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

41. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

42. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, on dan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

43. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

44. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

45. Maddə 14.2. Məhkəmə y alnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

48. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

49. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad e tməyə yol verilmir.

50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

51. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

52. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

53. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

54. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri:

55. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

56. Hazırkı kassasiya şikayətində qətnamə Cavabdeh1 tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İşə əvvəl baxmış kassasiya instansiya məhkəməsinin göstərişlərinə apellyasiya instansiya məhkəməsi tərəfindən əməl olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əs as yoxdur.

58. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, m übahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.

59. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

60. M əhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

61. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

62. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

63. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən ve rilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-421/2023 nömrəli, 30 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar