Məhkəmə qərarları › İş №2(102)-1403/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1403/2025

22.05.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahis
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1403/2025 22.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Məmmədova (Camalova) Mələk Hacıməmməd qızı və Cavabdeh6 qarşı, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Məmmədova (Camalova) Mələk Hacıməmməd qızı, Cavabdeh6 və Saatlı Rayon Notariat Ofisinə qarşı birləşdirilmiş işlər üzrə QƏRARİ (Açar sözlər: alqı-satqı müqaviləsi, daşınmaz əşyaların alqı-satqısı, müqavilənin bağlanmış hesab edilməsi, daşınmaz əşyaya mülkiyyət hüququnun əldə edilməsi, əqdin etibarsızlığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qı zı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Məmmədova (Camalova) Mələk Hacıməmməd qızı və Cavabdeh6 qarşı torpaq alqı-satqı müqaviləsinin bağlanmış hesab edilərək mülkiyyət hüququnun tanınması tələbinə dair, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Məmmədova (Camalova) Mələk Hacıməmməd qızı, Cavabdeh6 və Saatlı Rayon Notariat Ofisinə qarşı torpaq alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair mülki işlər üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-152/2025 nömrəli, 6 fevral 2025-ci il tarixli qətnaməsindən birinci iş üzrə qətnamə hüquq və mənafelərinə toxunan şəxs, ikinci iş üzrə Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Torpağa mülkiyyət hüququna dair JN 0083, KOD 90801018 saylı dövlət aktının surətinə əsasən, Saatlı rayon Aqrar İslahat Komissiyasının 02 oktyabr 2000-ci il tarixli 07 saylı qərarına əsasən JN 0083, KOD 90801018 saylı torpağın mülkiyyət hüququna dair dövlət aktı ilə 1,56 ha torpaq sahəsi X16, Cavabdeh3, Cavabdeh4, X3 və Cavabdeh6 ümumi birgə mülkiyyətinə verilmişdir.

2. X16, Cavabdeh3, Cavabdeh4, X3 və Cavabdeh6 01 mart 2002-ci il tarixdə ümumi birgə mülkiyyətlərinə verilmiş torpaq sahəsinin 1,35 hissəsini birdəfəlik olaraq ******* manata İddiaçı satmışlar. Həmin akt Saatlı rayon Mollavaizli kənd bələdiyyəsinin sədrinin, bələdiyyə üzvünün və Mollavaizli kənd sakinlərinin iştirakı ilə 01 mart 2002-ci il tarixli akt tərtib edilmiş və cavabdehlərin imzaları ilə təsdiq edilmişdir.

3. Tədiyyə bildirişinə, 29 noyabr 2023-cü il tarixli mədaxil qəbzinə, şəxsi hesab vərəqəsinə əsasən, İddiaçı Saatlı rayonu Mollavaizli kənində yerləşən və istifadəsində olan 1,35 ha torpaq sahəsinə görə Saatlı rayon Mollavaizli kənd bələdiyyəsinə torpaq vergisi ödəyir.

4. X16 18 iyul 2004-cü il tarixdə ölmüşdür.

5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 13 saylı Şirvan ərazi idarəsinin 30 noyabr 2023-cü il tarixli 3-21-3-38/2-3494/2023 saylı və 12 dekabr 2023-cü il tarixli 3-21-3-38/2- 3774/2023 saylı məktublarına əsasən, Saatlı rayonu Mollavaizli kəndində yerləşən 1,56 ha kənd təsərrüfat ı təyinatlı torpaq sahəsi Saatlı rayon AİK-nın 02 oktyabr 2000-ci il tarixli 07 saylı qərarı ilə verilmiş JN 0083 saylı “Torpağın mülkiyyət hüququna dair Dövlət aktı” sənədi ilə X16 və onun ailə üzvləri Cavabdeh3, Cavabdeh4, X3 və Cavabdeh6 ümumi birgə mülkiyyətindədir. Həmin torpaq sahəsinin ləğv edilməsi, satılıb-satılmaması, yüklü edilib-edilməməsi barədə məlumat aşkar edilməmişdir.

6. Saatlı rayonu Mollavaizli kəndində yerləşən 1,3207 ha torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı İddiaçı ərizəsinə cavab olaraq ünvanlanmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 13 saylı Şirvan ərazi idarəsinin Daşınmaz əmlakın üzərində hüquqların dövlət qeydiyy atına alınmasından imtina barədə 01 aprel 2024-cü il tarixli 3-21-3-38/2-876/2024 saylı bildirişin surətinə əsasən, Saatlı rayonu Mollavaizli kəndində yerləşən 1,3207 ha torpaq sahəsi Saatlı rayon notariat ofisinin 28 sentyabr 2023-cü il tarixli 4Ə-273 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən digər şəxsin adına özgəninkiləşdirilmiş və həmin şəxsin hüquqları dövlət qeydiyyatına alınmışdır. Göstərilən səbəbdən İddiaçı müraciətinin icrası mümkün olmamış və icrasından imtina edilmişdir.

7. Saatlı rayon notariat ofisindən məhkəməyə daxil olmuş 28 sentyabr 2023-cü il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövl ət reyestrindən edilmiş çıxarışın və 13 sentyabr 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 Saatlı rayonu Mollavaizli kəndində yerləşən və mülkiyyətlərində olan 1,3207 ha torpaq sahəsini Cavabdeh2 satmışlar və 18 iyul 2004-cü ildə vəfat etmiş X8 vərəsələri Saatlı rayon Mollavaizli kəndində qeydiyyatda olan Cavabdeh3dur və o miras əmlakdan tam hissədə pay almalıdır.

8. Torpaq sahəsi 24 oktyabr 2023-cü il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır.

9. Cavabdeh3 xx.xx.2024-cü il tarixdə ölmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci iş üzrə birinci instansiya məhkəməsində icraat

10. İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Məmmədova (Camalova) Mələk Hacıməmməd qızı və Cavabdeh6 qa rşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, JN 0083, KOD 90801018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında qeyd olunan 1,56 ha torpaq sahəsinin hazırda faktiki olaraq iddiaçının istifadəsində olan 1,35 ha hissəsinin alqı-satqı edilməsi ilə bağlı iddiaçı ilə mərhum X16, Cavabdeh3, Cavabdeh4, X3 və Cavabdeh6 arasında bağlanmış xx.xx.2002-ci il tarixli müqavilənin bağlanmış hesab edilməsi və iddiaçının həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 02 oktyabr 2000-ci il tarixli, 07 saylı qərarı əsasında cavabdehlər Cavabdeh3, Cavabdeh4, X3, Cavabdeh6 və mərhum X8 ümum i birgə mülkiyyətinə 1,56 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. 2002-ci ilin əvvəllərində X16 onun və ailə üzvləri - Cavabdeh3, Cavabdeh4, X3 və Cavabdeh6 onların ümumi birgə mülkiyyətinə verilmiş 1,56 hektar torpaq sahəsinin 1,35 hektar hissəsini satmaq istədiklərini iddiaçıya bildirmişlər. İddiaçı da həmin torpaq sahəsini almaq istədiyini bildirmiş və 1,35 hektar torpaq sahəsini cavabdehlərə ümumilikdə 2 000 000 manat verməklə almışdır. Həmin vaxt torpağın alqı-satqısı ilə bağlı cavabdehlərlə iddiaçı arasında 01 mart 2002-ci il tarixli akt tərtib edilmiş və həmin aktın doğruluğu cavabdehlər tərəfindən öz imzaları ilə təsdiq edilmişdir. Həmçinin cavabdehlər JN 0083, KOD 90801018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının əslini də həmin zam an iddiaçıya təhvil vermişlər. Bundan sonra iddiaçı cavabdehlərə həmin torpaq sahələrinin onun adına rəsmiləşdirilməsi üçün onunla birlikdə notariat kontoruna getmələrini bildirsə də, cavabdehlər könüllü olaraq notariat kontoruna getmədikləri üçün torpaq sahəsini öz adına rəsmiləşdirə bilməmişdir. Torpağın mülkiyyətçilərindən biri olan X16 hazırda vəfat etmişdir. İddiaçı aldığı torpaq sahəsini iyirmi ildən artıqdır ki, öz mülkiyyəti kimi istifadə edir. Bu müddət ərzində cavabdehlər torpaq sahəsinə dair ona hər hansı etiraz bildirməmiş, heç bir tələb irəli sürməmiş, torpağın alqı-satqısına dair aktı etibarlı əqd kimi qəbul etdiklərini öz davranışları ilə nümayiş etdirmişlər. Lakin yaxın vaxtlarda cavabdehlər ona heç bir məlumat vermədən torpaq sahəsini öz adına rəsmiləşdirə bilmədiyindən is tifadə edərək aldığı 1,35 hektar torpaq sahəsini zəbt edərək istifadə etmək istəmişlər.

12. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 13 saylı Şirvan ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 321-3-38/2-3494/2023 nömrəli məktuba əsasən Saatlı rayonu Mollavaizli kəndində yerləşən 1,56 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Saatlı rayon AİK-nın xx.xx.2000-ci il tarixli, 07 nömrəli qərarı ilə verilmiş JN 0083 nömrəli “Torpağın mülkiyyət hüququna dair Dövlət aktı” sənədi ilə X16 və onun ailə üzvləri Cavabdeh3, Cavabdeh4, X3 və Cavabdeh6 ümumi birgə mülkiyyətindədir. Həmin torpaq sahəsinin ləğv edilməsi, satılıb-satılmaması, yüklü edilib-edil məməsi barədə məlumat aşkar edilməmişdir.

13. Saatlı Rayon Məhkəməsinin (hakim-İxtiyar Abuşov) 2(055)-1307/2023 nömrəli iş üzrə 15 dekabr 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Saatlı rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 07 saylı nömrəli qərarı əsasında JN 0083, KOD 90801018 nömrəli torpağın mülkiyyət hüququna dair dövlət aktı ilə Cavabdeh3, Cavabdeh4, X3, Cavabdeh6 və mərhum X8 ümumi mülkiyyətinə verilmiş 1,56 hektar torpaq sahəsinin 1,35 ha torpaq sahəsini torpaq mülkiyyətçiləri cavabdehlər Cavabdeh3, Cavabdeh4, X3, Cavabdeh6 və mərhum X8 İddiaçı satmaları barədə öz aralarında bağlanmış xx.xx.2002-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və həmin torpaq sahəsinin (iddiaçının faktiki istifadəsində olan 1,35 hektar torpaq sah əsi) üzərində İddiaçı mülkiyyət hüququnun tanınması qət edilmişdir.

14. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehlər Cavabdeh3, Cavabdeh4, X3, Cavabdeh6 və mərhum X16 mülkiyyətlərində olan torpaq sahəsini iddiaçıya xx.xx.2002-ci il tarixdə satdıqlarından «Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə 12 avqust 2005-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsi tətbiq edilməlidir.

15. Məhkəmə qeyd etmişdir ki, iddiaçı müəyyənləşdirilmiş pul məbləğini cavabdehlər Cavabdeh3, Cavabdeh4, X3, Cavabdeh6 və mərhum X11 vermişdir, yəni əqdi tam olaraq icra etmişdir. Torpaq mülkiyyətçiləri müəyyənləşdirilmiş pul məbləğini İddiaçı alsalar da, sonradan əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınmasından boyun qaçırmışlar. Ona görə də İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

16. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (xx.xx.2005-ci il tarixədək qüvvədə olan) 335.2-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2. 77.1, 88, 217.2. 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) İkinci iş üzrə birinci instansiya məhkəməsində icraat

17. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Camalova (Məmmədova) Mələk Hacıməmməd qızı, Cavabdeh6 v ə Saatlı Rayon Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh4, Məmmədova (Camalova) Mələk Hacıməmməd qızı, Cavabdeh6 ilə Cavabdeh2 arasında Saatlı Rayon Notariat Ofisində bağlanmış xx.xx.2023-cü il tarixli, 4Ə273 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına verilmiş xx.xx.2023-cü il tarixli, **********48 nömrəli Çıxarışın ləğv edilməsi, ödənilmiş 100 manat dövlət rüsumu və 100 manat hüquqi yardım üçün haqqın cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Saatlı Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli 2(055)-1307/2023 saylı qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra iddiaçı torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. 01 aprel 2024-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 13 saylı Şirvan Ərazi İdarəsi 3-21-3-38/2-878/2024 saylı bildirişlə iddiaçıya cavab göndərmişdir ki, mübahisəli torpaq sahəsi Saatlı Rayon Notariat Ofisinin xx.xx.2023-ci il tarixli 4Ə-273 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən digər şəxsin adına özgəninkiləşdirilmiş və həmin şəxsin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Ona görə də, iddiaçının müraciətinin icrasından imtina e dilmişdir.

19. Bundan sonra iddiaçıya məlum olmuşdur ki, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Camalova (Məmmədova) Mələk Hacıməmməd qızı ümumi birgə mülkiyyətlərinə verilmiş 1,56 hektar torpaq sahəsinin 1,3207 hektar hissəsini xx.xx.2023cü il tarixli 4Ə-273 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən digər Cavabdeh2 satmışlar. Cavabdeh2 isə aldığı torpaq sahəsi üzərində mülkiyyət hüququnu 24 oktyabr 2023-cü il tarixli **********48 nömrəli çıxarışla dövlət qeydiyyatına aldırmışdır. Bu qanunsuzluqlara görə iddiaçı aldığı torpaq sahəsinə dair çıxarışı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 13 saylı Şirvan Ərazi İdarəsindən əldə edə bilmir və iddiaçının mülkiyyət hüquqları pozulur. Məhkəmənin qətnaməsi çıxana qədər bu torpağın satılması barədə rəsmi məlumat almaq üçün iddiaçı dəfələrlə Cavabdeh1nə müraciət etmişdir. Lakin, həm iddiaçının, həmçinin də məhkəmənin sorğusuna cavab olaraq həmin orqandan bildirilmişdir ki, torpaq sahəsi satılmayıb və torpaq sahəsi üzərində başqa şəxslərin mülkiyyət hüququ yoxdur. İddiaçı bu mübahisəli torpaq məsələsinə görə Cavabdeh2 atası İsgəndər müəllimlə telefonla danışarkən İsgəndər müəllim bildirmişdir ki, onun torpaq almağa heç 500 manatı belə yoxdur, lakin qardaşı oğlu İsgəndər müəllimə torpaq alındıqdan sonra telefonla danışarkən bildirmişdir ki, oğlu Elşada bu torpağın mübahisəli olduğunu və bu torpağı almamasını demişdir. Ona görə də, iddianın təmin edilərək xx.xx.2023-cü tarixli 4Ə-273 saylı daşınmaz əmlakın alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş 24 oktyabr 2023-cü i l tarixli **********48 nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

20. Məhkəmə baxışı zamanı Cavabdeh2 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, ona torpaq sahəsinin satılması barədə ilk dəfə məlumatı Cavabdeh3 zəng vuraraq demişdir. O, bir müddət öncə dostundan torpaq sahəsini satın almış, həmin torpaq sahəsi də Cavabdeh3 ona satdığı mübahisəli torpaq sahəsinin yanında olmuşdur. Cavabdeh3 ona zəng vuraraq demişdir ki, yeni aldığı torpaq sahəsinin yanında onun torpaq sahəsi var və həmin torpaq sahəsini satır. O, Cavabdeh3 torpaq sahəsinin sənədlərinin tam qaydasında olduğunu soruşmuş, Cavabdeh3 ona bildirmişdir ki, torpağın bütün sənədləri var, amma çıxarışı yoxdur. Həmin vaxt Cavabdeh3 demişdir ki, o, ancaq çıxarışı olan torpaq sahəsi satın alır, Cavabdeh3 da ondan çıxarışı düzəltdirmək üçün ilkin olaraq 1000 manat pul istəmiş, o da həmin pulu Cavabdeh3 vermişdir. Çıxarış hazır olduqdan sonra isə torpağın qalan pul məbləğini Cavabdeh3 vermiş və bundan sonra Cavabdeh3 ailə üzvləri ilə Saatlı Rayon Notariat Ofisinə gedərək torpağı onun adına rəsmiləşdirmişlər. O, torpağı alandan sonra iddiaçı onun atasına zəng vurmamış, Ziyafətin oğlu atasına zəng vurmuşdur. Atası İsgəndərin isə o torpağı aldıqdan sonra xəbəri olmuşdur. Həmin vaxt atası ona torpağın mübahisəli olduğunu demiş, lakin onda artıq gec olmuş, torpağı almış və çıxarış da hazır olmuşdur. Ona görə də iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

21. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, Saatlı rayon Mollavazli bə lədiyyəsinin sədridir. İddiaçı və cavabdehlər arasında olan həmin torpaq sahəsi hazırda bələdiyyənin “BAMS” tətbiqində iddiaçının istifadəsində olduğunu göstərir. Uzun müddətdir ki, həmin torpağı iddiaçıgil əkib-becərir. O, eşidəndəki həmin torpağı Cavabdeh2 almaq istəyir, onda İsgəndərə zəng vurub həmin torpağın iddiaçının olduğunu və alarsa mübahisəli olduğunu demişdir. İsgəndər isə cavabında ona torpaq almağa pulu olmadığını demişdir. Sonradan eşitmişdir ki, həmin torpağı İsgəndərin oğlu Cavabdeh2 alıb. Rəsmiyyət üçün torpaq aldıqdan sonra alqı-satqı barədə bələdiyyəyə sənəd təqdim edilməlidir, həmin sənəd isə İsgəndərin oğlu Cavabdeh2 tərəfindən bələdiyyəyə təqdim edilməmişdir.

22. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, o, mart ayında Cavabdeh2 atası Əsədov İsgəndərə bu torpaq məsələsinə görə zəng edərək, həmin torpağın onlara məxsus olduğunu, bilə-bilə niyə aldıqlarını soruşmuş, İsgəndər müəllim isə oğlu Cavabdeh2 qeyd edilən torpağı aldığını sonradan bildiyini və ona bu barədə xəbərdarlıq etdiyini, torpağın mübahisəli olduğunu dediyini ona bildirmişdir. İsgəndər müəllim məhkəmə iclasına dəvət edilsə, o, bu danışığı təsdiq edə bilər.

23. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, o, bələdiyyə sədri olan zaman həmin torpağın alqı-satqısında iştirak etmişdir. 2002-ci ildə iddiaçıgil o torpağı alıb və o vaxtdan onlar əkib-becəriblər. Hazırda kimin əkdiyinə dair məlumatı yoxdur. 2-3 ay bundan əvvəl bilmişdir ki, torpağı İsgəndərgil alıb. Lakin, kənd camaatının hamısı bilir ki, o torpaq iddiaçıg ilə məxsusdur.

24. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, torpağı satan Cavabdeh3 onun bibisi oğludur. Cavabdeh3 torpağı 22 il əvvəl iddiaçıgilə satıb və həmin vaxtdan qeyd edilən torpağı iddiaçıgil əkir. Bu torpağın satın alınması barədə söz-söhbətlər yayılan vaxtı iddiaçı onların yanında İsgəndərə zəng vurub bu məsələyə aydınlıq gətirməsini xahiş etmişdir. İsgəndər müəllim də cavabında onun torpaq almağa heç 1 qəpik də olsun artıq pulu olmadığını demişdir. İddiaçı zəng edən vaxt o, Misir müəllimin tikinti materialları mağazasının həyətində oturub çay içirmiş və iddiaçı yanında danışdığı üçün səsi eşitmişdir. Dəqiq yadında deyil, amma yaddaşı onu aldatmırsa iddiaçının danışığı aprel ayında, ya da sentyabrda olub.

25. Məhkəmə baxışı zamanı şahid q ismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, 20-22 il bundan əvvəl iddiaçı Cavabdeh3 bu torpağı satın almışdır. Hansı formada sənədləşmə aparılmasından isə məlumatı yoxdur. Onlar iddiaçı ilə vaxtaşırı oturub çay içirlər. Bu torpağın satışa çıxarılması və İsgəndər müəllimin bu torpağı alması barədə məlumatlar dolaşdığı ərəfədə payız aylarında, ya sentyabr, ya da oktyabr ayında iddiaçının tikinti materialları mağazasının həyətində oturub yenə çay içərkən, iddiaçı şəxsən onun yanında İsgəndər müəllimə zəng vurmuş, söhbət əsnasında iddiaçı İsgəndər müəllimə irad tutaraq, bu torpağın ona məxsus olduğunu, tək o deyil, bütün kənd camaatı bildiyi halda, niyə o torpağı onun oğlunun satın alması barədə məlumatlar dolaşdığını soruşmuşdur. İddiaçı torpağın pulunun 22 il əvvəl verildiyini, bu tor pağa görə aralarında mübahisə yarana biləcəyini bildirmişdir. Həmin vaxt çay içərkən X5 da onların yanında olmuşdur. Onun başa düşdüyü qədəri ilə İsgəndər müəllim cavabında torpaq almaq üçün pulunun olmadığını, heç bir torpaq almaq barədə fikirləşmədiyini iddiaçıya bildirmişdir.

26. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o, bu işlə son 1 həftə ərzində maraqlanmışdır. Cavabdeh3 və arvadı onun direktoru olduğu məktəbdə işləyirlər. Təxminən payız aylarında iddiaçı bu torpaq məsələsinə görə ona zəng edəndə, onun bu torpağı oğlu Elşadın alması ilə əlaqədar heç bir məlumatı olmamışdır. O, iddiaçıya demişdir ki, onun "xxxx" ASC-yə 10000 manat borcu var, onun torpaq alacaq dərəcədə maddi imkanı yoxdur və bu barədə ümumiyyətlə heç bir məmulatı yoxdur. Oğlu E lşad ümumiyyətlə ailə içində öz planları barədə danışmır, hətta onlar Elşadın Bakı şəhərindən ev almasını da bir il sonra öyrənmişlər. Cavabdeh3 niyə məhz onun oğluna o mübahisəli torpağı təklif etməsi barədə heç nə deyə bilmir, bu işlə bağlı onun evinə qədər getmişdir. Cavabdeh3 torpağının yanında Misir müəllimin kəndçisi Qüdrətin torpağı var idi, həmin torpağı oğlu satın aldıqdan sonra Cavabdeh3 onun oğlu Elşada zəng vuraraq həmin torpağın yanında onun torpaq sahəsi olduğunu və satdığını bildirmişdir. Oğlu da cavabında bütün sənədləri düzgündürsə satın ala biləcəyini demişdir. Cavabdeh3 oğlundan torpağın sənədlərinin çıxarışını düzəltmək üçün əvvəlcə 1000 manat istəmiş, oğlu da həmin məbləği ona vermişdir. Oğlu həmin torpağı alana qədər onun bu barədə məlumatı olmamış, amma aldıqdan sonr a bilmişdir. Əgər vaxtında bilsəydi, oğlunun o torpağı almaması üçün tədbirlər görərdi.

27. Saatlı Rayon Məhkəməsinin 2(055)-546/2024 nömrəli iş üzrə 24 iyun 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Saatlı rayonu, Mollavaizli kəndində yerləşən 1,3207 ha torpaq sahəsinin alqı-satqısı ilə bağlı Saatlı Rayon Notariat Ofisində cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Camalova (Məmmədova) Mələk Hacıməmməd qızı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 4Ə-273 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Cavabdeh2 adına qeydə alınmış xx.xx.2023-cü i l tarixli, ********** qeydiyyat nömrəli, **********48 reyestr nömrəli qeydiyyatın çıxarılması qət edilmişdir (hakim İxtiyar Abuşov).

28. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehlər Cavabdeh3, Cavabdeh4, X3, Cavabdeh6 və X16 ümumi birgə mülkiyyətlərində olan 1,56 hektar torpaq sahəsinin 1,35 hektar hissəsini öz razılıqları ilə xx.xx.2002-ci ildə birdəfəlik olaraq iddiaçıya satmışlar, həmin torpaq sahəsi 20 ildən artıq müddətdə iddiaçının sahibliyində və istifadəsində olmuşdur, bu müddət ərzində cavabdehlərlə iddiaçı arasında torpağın iddiaçıdan geri qaytarılması barədə mübahisələri olmamışdır, əksinə şahidlərin ifadələri ilə birmənalı müəyyən edilmişdir ki, bütün kənd camaatına və kəndin bələdiyəsinə məlum olmuşdur ki, həmin torpaq sahəsini iddiaçı istifadə edir və onun sahibliyindərir. Bundan başqa, iddiaçı aldığı həmin torpağı adına rəsmiləşdirmək üçün torpaq alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və torpağın mülkiyyətində tanınması barədə məhkəməyə müraciət etmişdir, Cavabdeh3, Cavabdeh4, X3, Cavabdeh6 və X16 cavabdeh qismində məhkəməyə dəvət olunmuşlar, lakin onlar iddiaçının tələbindən məlumatlı olsalar da, məhkəmə iclaslarına gəlməmişlər, iddiaya qarşı etirazlarını bildirməmişlər, məhkəmənin sorğusu əsasında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 13 saylı Şirvan ərazi idarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-38/2-3494/2023 nömrəli və xx.xx.2023-cü il tarixli, 3-21-338/2-3774/2023 nömrəli məktublarında mübahisəli torpaq sahəsinin X16 və onun ailə üzvləri Cavabdeh 3, Cavabdeh4, X3 və Cavabdeh6 ümumi birgə mülkiyyətlərində olması, həmin torpaq sahəsinin ləğv edilməsi, satılıb-satılmaması, yüklü edilib-edilməməsi barədə məlumat aşkar edilməməsi barədə məlumat məhkəməyə daxil olduqdan (hazırkı məhkəmə prosesində məlum olmuşdur ki, 13 saylı Şirvan Ərazi İdarəsi bu məlumatı saxta olaraq vermişdir) sonra məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçının iddiası təmin edilmiş, həmin qətnamə cavabdehlərin ünvanlarına göndərilmiş, cavabdehlərdən apellyasiya şikayəti daxil olmamış, qətnamə qanuni qüvvəsini almışdır. Lakin, iddiaçı torpağı adına rəsmiləşdirmək istəyərkən bilmişdir ki, cavabdehlər torpağın adlarında qalmalarından istifadə edərək 22 il sonra yəni, xx.xx.2023-cü ildə həmin torpaq sahəsini notarial qaydada alqı-satqı yolu ilə hazırkı iş üzrə digər Cavabdeh2 olğuna satmışlar. Göründüyü kimi, hazırkı iş üzrə etibarsızlığı tələb edilən müqavilədə satıcılar, yəni iş üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh4, X3, Cavabdeh6 və X8 hərəkətləri qanunsuz olmuşdur.

29. Məhkəmə qeyd etmişdir ki, hazırkı iş üzrə yeganə istisna mübahisəli torpaq sahəsini alqı-satqı yolu ilə əldə edərək adına özgəninkiləşdirmiş Cavabdeh2 vicdanlı əldə edən olması təşkil edə bilər. Mübahisəli torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında əldə etmiş Cavabdeh2 həmin əmlaka münasibətdə vicdanlı olmamışdır. Çünki, sonuncunun hadisədən xəbəri olan İsgəndər Əsədovla doğma valideyn-övlad olmaqla torpaq sahəsinin necə və hansı qaydada əvvəldən və sonra kimlərə məxsus olması, sonradan həmin torpaq sahəsi üzərində iddiaçının torpaq alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün məhkəməyə müraciət etməsi, hazırkı iddiaçının, yəni faktiki əmlak mülkiyyətçisinin həmin əmlakla bağlı iddialı olması barədə tam məlumatlı olmuşdur. Torpaq sahəsini Cavabdeh2 satan şəxslər, yəni Cavabdeh3, Cavabdeh4 Elşadın atasının direktoru olduğu məktəbdə işləməsi də bu halı sübut etmişdir və bu hallar inkar oluna bilməz. Belə ki, şahid ifadələri ilə müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsinin iddiaçı tərəfindən uzun illər əvvəl alınması, onun istifadəsində olması və rəsmiləşdirilməsi üçün məhkəməyə müraciət etməsi ictimailəşmiş, nəinki maraqlı şəxslər, hətta bütün kənd sakinləri də torpaq sahəsinin hazırkı iş üzrə iddiaçı tərəfindən alınmasından məlumatlı olmuşlar.

30. Məhkəmə həmçinin qe yd etmişdir ki, iddiaçı Saatlı rayonunun Mollavaizli kəndində yerləşən və mübahisələndirilən torpaq sahəsindən iyirmi ildən artıq müddət ərzində öz əmlakı kimi vicdanla, açıq və fasiləsiz sahiblik etmişdir. Beləliklə, məhkəmədə işin araşdırılan halları ilə sübut olunmuşdur ki, iddiaçı 20 il əvvəl mülkiyyətçilərdən razılıq əsasında aldığı və bu müddətdə sahiblik və istifadə etdiyi (bu hallar işin mübahisəsiz tərəfidir) torpaq sahəsini qanuni qüvvəsini almış məhkəmə qətnaməsi əsasında adına rəsmiləşdirmək istəməsinə baxmayaraq, mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla Saatlı rayon notariat ofisində bağlanan xx.xx.2023-cü il tarixli, 4Ə-273 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə görə gözlənilən mülkiyyət hüquqlarını həyata keçirə bilməmişdir. İddiaçı torpaq alqı-s atqı müqaviləsinin etibarsız hesab edilməsini və onun əsasında Cavabdeh2 adına aparılmış qeydiyyatın çıxarılmasını tələb etməkdə haqlı.

31. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 141.3, 149.2, 152.1, 337.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2. 77.1, 88, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. c) Apellyasiya instansiyası məhkəməsindəki icraat

32. Birinci iş üzrə qətnamə hüquq və mənafelərinə toxunan şəxs Cavabdeh2 apellyasiya şikayəti verərək, Saatlı Rayon Məhkəməsinin 2(055)-1307/2023 nömrəli iş üzrə 15 dekabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

33. Apellyasiya şikayəti o nunla əsaslandırılmışdır ki, torpaq sahəsinin satılması barədə ilk dəfə məlumatı Cavabdeh3 zəng vuraraq ona demişdir. Bir müddət öncə dostundan torpaq sahəsini satın almış, həmin torpaq sahəsi də Cavabdeh3 ona satdığı mübahisəli torpaq sahəsinin yanında olmuşdur. Cavabdeh3 ona zəng vuraraq demişdir ki, yeni aldığı torpaq sahəsinin yanında onun torpaq sahəsi var və həmin torpaq sahəsini satır. O, Cavabdeh3 torpaq sahəsinin sənədlərinin tam qaydasında olduğunu soruşmuş, Cavabdeh3 isə ona bildirmişdir ki, torpağın bütün sənədləri var, amma çıxarışı yoxdur. Həmin vaxt Cavabdeh3 demişdir ki, o, ancaq çıxarışı olan torpaq sahəsi satın alır, Cavabdeh3 da ondan çıxarışı düzəltdirmək üçün ilkin olaraq 1000 manat pul istəmiş, o, da həmin pulu Cavabdeh3 vermişdir. Çıxarış hazır olduqdan sonra isə tor pağın qalan pul məbləğini Cavabdeh3 vermiş və bundan sonra Cavabdeh3 ailə üzvləri ilə Saatlı Rayon Notariat Ofisinə gedərək torpağı onun adına rəsmiləşdirmişlər. O, torpağı alandan sonra iddiaçı onun atasına zəng vurmamış, iddiaçının oğlu atasına zəng vurmuşdur. Atası İsgəndərin isə o, torpağı aldıqdan sonra xəbəri olmuşdur. Həmin vaxt atası ona torpağın mübahisəli olduğunu demiş, lakin onda artıq gec olmuş, torpağı almış və çıxarış da hazır olmuşdur. Bundan başqa, istinad olunan akt hansı ki, mübahisəli torpaq sahəsinin alqısatqısı üçün nəzərdə tutulur bu qanunvericiliyə əsasən yolverilməzdir. Çünki, Mülki Məcəllənin tələblərinə əsasən daşınmaz əmlaklarla bağlı alqı-satqının yalnız notarial formada təsdiqlənməsini tələb edilir. İstinad olunan xx.xx.2002-ci il tarixli akt iddia müddətini ö türməklə verilmiş əqdə yenidən baxılması Mülki Məcəllənin tələblərinin pozuntusudur (Mülki Məcəllənin 373-cü maddəsi). Yüklülük üçün DƏDRX-dən tələb olunan məktub qətiyyən həqiqəti əks etdirməmişdir, çünki müvafiq icra hakimiyyəti orqanı olaraq dövlət tərəfindən mülkiyyət hüququnu təsdiqləyən sənəd artıq alınmış olmuşdur.

34. İkinci iş üzrə Cavabdeh2 apellyasiya şikayəti verərək, Saatlı Rayon Məhkəməsinin 2(055)-546/2024 nömrəli iş üzrə 24 iyun 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

35. Apellyasiya şikayətinin bir sıra dəlilləri birinci iş üzrə apellyasiya şikayətinin dəlilləri ilə eyniyyət təşkil etmiş və istinad olunan şahid ifadələri ilə bağlı onu da qeyd etmişdir ki, onların bəzilərinin məsələlərlə d əqiq məlumatları olmamışdır. O ki, qaldı istinad olunan Saatlı Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 2(055)-1307/2023 saylı qətnaməsinə həmin vaxt ümumiyyətlə o məhkəməyə maraqlarına toxunan şəxs qismində cəlb olunmamışdır. Əgər cəlb olunsaydı məsələlər barədə əvvəlcədən məlumat verərdi.

36. Bütün yuxarıda göstərilən faktlardan bir daha aydın olur ki, mübahisəli məsələyə baxmış birinci instansiya məhkəməsi qanunvericiliyin göstərilən tələblərinə riayət etməmiş, mübahisənin maddi-hüquqi əsasını düzgün müəyyən etməmiş, işin hallarını tam və hərtərəfli aydınlaşdırmamış, işdəki sübutları müqayisəli şəkildə tədqiq etməmiş, bununla da işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir.

37. Cavabdeh3 birin ci instansiya məhkəməsindən sonra, yəni xx.xx.2024-cü il tarixdə vəfat etdiyindən apellyasiya baxışında onun arvadı Cavabdeh4 eyni zamanda onun hüquqi varisi kimi işə cəlb edilmişdir.

38. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1739/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Saatlı Rayon Notariat Ofisinə qarşı “torpaq alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair Şirvan Apellyasiya Məhkəməsinin icraatında olan 2(106)-1504/2024 nömrəli mülki işin İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Məmmədova (Camalova) Mələk Hacıməmməd qızı və Cavabdeh6 qarşı “müqavilənin bağlanmış hesab edilməsi və torpaq sahəsi üzər ində mülkiyyət hüququnun tanınması” tələbinə dair 2(106)-1739/2024 nömrəli mülki işlə birləşdirilməsi, mülki işə 2(106)1504/2024 nömrə ilə məhkəmə baxışının davam etdirilməsi qərara alınmışdır.

39. Kollegiyanın iclasında iştirak edən birinci və ikinci iş üzrə cavabdeh, eyni zamanda cavabdehlər Məmmədova (Camalova) Mələk Hacıməmməd qızı, MəCavabdeh6, həmçinin vəfat etmiş Cavabdeh3 hüquqi varisi (arvadı) Cavabdeh4 bildirmişdir ki, əri Hacıməmməd birinci instansiya məhkəməsindən sonra vəfat etmişdir. Mübahisəli torpaq sahəsini heç vaxt Ziyafətə satmamışlar. Onlar torpağı iddiaçıya 20 il müddətinə icarəyə vermişlər. İcarəyə versələr də iddiaçı heç vaxt onlara icarə haqqı verməmişdir. Onlar özləri də iddiaçıdan icarə haqqı tələb etməmişlər. İddiaçı torpaqdan 20 ildən çox istifadə etmiş, lakin onlar iddiaçıya heç bir etiraz etməmişlər. Sonradan Hacıməmməd iddiaçıya demişdir ki, artıq torpaqdan özləri istifadə etmək istəyir. Buna görə də iddiaçı ilə aralarında narazıçılıq yaranmışdır. Sonradan da elə olmuş ki, torpağı satmaq qərarına gəlmişlər. Torpağı Cavabdeh2 satmışlar. Elşadı əvvəlcədən tanımışlar. Belə ki, Elşad kəndlərində olan məktəbin direktoru İsgəndərin oğludur. O, hazırda həmin məktəbdə xadiməçi işləyir. Hacıməmməd isə vəfat edənədək məktəbdə mühafizəçi işləmişdir.

40. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər-Cahid İmanov (sədrlik edən və məruzəçi), Qasım Əliyev və Tale Kərimov) 2(106)-152/2025 nömrəli mülki iş üzrə 6 fevral 2025-ci il tarixli qətnaməsi ilə birinci iş üzrə qətnamə hüquq və mənafelərinə toxunan şəxs Cavabdeh2 tərəfindən verilmiş a pellyasiya şikayəti təmin edilməmiş, Saatlı Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 2(055)-1307/2023 nömrəli qətnaməsi Cavabdeh2 apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmış, ikinci iş üzrə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Saatlı Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2(055)-546/2024 nömrəli qətnaməsi Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır.

41. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci iş üzrə birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, 01 mart 2002-ci il tarixdə Saatlı rayon Aqrar İslahat Komissiyasının 02 oktyabr 2000-ci il tarixli 07 saylı qərarı əsasında JN 0083, KOD 90801018 saylı torpağın mülkiyyət hüququna dair dövlət aktı ilə cavabdehlər Cavabdeh3, Cavabdeh4, X3, Cavabdeh6 və mərhum X8 ümumi birgə mülkiyyətlərinə verilmiş 1,56 hektar torpaq sahəsinin 1,35 ha hissəsini cavabdehlər Cavabdeh3, Cavabdeh4, X3, Cavabdeh6 və mərhum X16 müəyyənləşdirilmiş pul məbləğini iddiaçıdan almaqla ona satmışlar. Yəni, iddiaçı həmin vaxt müəyyənləşdirilmiş pul məbləğini cavabdehlər Cavabdeh3, Cavabdeh4, X3, Cavabdeh6 və mərhum X11 vermişdir, yəni iddiaçı əqdi tam olaraq icra etmişdir. Torpaq mülkiyyətçiləri müəyyənləşdirilmiş pul məbləğini İddiaçı alsalar da, sonradan əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınmasından boyun qaçırmışlar. Ona görə də İddiaçı yuxarıda göstərilən hüququn dövlət qeydiyyatına alınması üçün cavabdehlərlə öz arasında torpaq sahəsinin satılması ilə əlaqədar alqı-satqı müqaviləsinin bağlanmış hes ab edilərək torpaq mülkiyyətçilərinin Saatlı rayon Aqrar İslahat Komissiyasının 02 oktyabr 2000-ci il tarixli 07 saylı qərarı əsasında JN 0083, KOD 90801018 saylı torpağın mülkiyyət hüququna dair dövlət aktı ilə ümumi birgə mülkiyyətində olan 1,56 hektar torpaq sahəsinin 1,35 ha torpaq sahəsinə onun mülkiyyət hüququnun tanınması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

42. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin birinci iş üzrə yuxarıda qeyd olunan gəlmiş olduğu nəticəsi ilə razılaşmış və qeyd etmişdir ki, Mülki Məcəllənin 335.2-ci maddəsi ilə notarial qaydada bağlanmalı olan müqavilə həmin formada rəsmiləşdirilmədiyi halda bir tərəfin belə sənədləşmədən boyun qaçırması hallarını tənzimləyir. Odur ki, tərəflərin müqaviləni notarial qaydada bağlamaq imkanları olduğu halda da cavabdehlərin bunu etməmələri həmin normaya əsaslanan tələbin təmin edilməsi üçün əsasdır.

43. İşdən müəyyən edilir ki, tərəflər arasında mübahisəli torpaq sahəsinin alqısatqısına dair ikitərəfli razılaşma (AKT) baş tutmuş, bu razılaşma yazılı müqavilə tərtib edilməsi ilə sənədləşdirilmiş, torpaq mülkiyyətçiləri həmin əqdi imzalamış, həmçinin iddiaçı ilə cavabdehlər arasında yazılı həmin əqd Bələdiyyə möhürü ilə də təsdiqlənmişdir. Sonda daşınmaz əşyanın dəyərini satıcılar qəbul etmiş, torpağa dair Dövlət Aktının əsli iddiaçı olan alıcıya təqdim edilmiş, alıcı sahəni təhvil almaqla hazırkı vaxtadək ona fasiləsiz və etirazsız sahiblik etmiş və hazırda da edir.

44. Konstitusiya Məhkəməsinin Plenumu F.Nəcəfovanın şikayəti üzrə xx.xx.2023-cü il tarixli qərarında göstərmişdir ki, "n otarial qaydada təsdiqlənmə tələbinə uyğun olmayan əqdin etibarlı hala gətirilməsi üçün, belə iddia irəli sürən şəxsin əqdi tamamilə icra etməsi tələb edilir ki, məhz bu şərtlə onun tələbi məhkəmə tərəfindən təmin oluna bilər. Belə məhkəmə qərarı notarial təsdiqetməni əvəz edir. Nəzərə almaq lazımdır ki, notarial təsdiqetmə əqdə münasibətdə xarici element olaraq əqdin bağlanmasına təsir etmir, ona hüquqi qüvvə verir”.

45. Konstitusiya Məhkəməsinin F.Nəcəfovanın şikayəti üzrə qeyd olunan qərarında o da qeyd olunmuşdur ki, "qanunvericiliyin müəyyən etdiyi forma (şəkil) tələbinin yerinə yetirilməməsi tərəflərə bu əsas ilə müqavilənin etibarsızlığını irəli sürmək haqqını verir. Lakin nəzərə alınmalıdır ki, digər haqların realizəsində olduğu kimi, əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər.”

46. İkinci iş üzrə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 02 oktyabr 2000-ci il tarixli 07 saylı qərarına əsasən JN 0083, KOD 90801018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə Saatlı rayonu Mollavaizli kənd sakinləri, hazırkı iş üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh4, X3, Cavabdeh6 və X2 təsərrüfatı məhsulları istehsalı üçün ümumi birgə mülkiyyətlərinə verilmiş 1,56 hektar torpaq sahəsinin 1,35 hektar hissəsini öz razılıqları ilə 01 mart 2002-ci ildə köhnə manatla 2 000 000 AZM-ə birdəfəlik olaraq İddiaçı satmışlar. Həmin vaxt torpağın alqı-satqısı ilə bağlı cavabdehlərlə iddiaçı arasında 01 mart 2002-ci il tarixl i akt tərtib edilmiş və həmin aktın doğruluğunu cavabdehlər öz imzaları ilə təsdiq etmişlər. Bundan əlavə cavabdehlər həmin vaxt JN 0083, KOD 90801018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının əslini də iddiaçıya vermişlər.

47. Sonradan cavabdehlər iddiaçı ilə birlikdə torpaq sahəsinin rəsmiləşdirilməsi üçün notariat ofisinə getmədiklərindən iddiaçı cavabdehlərə qarşı torpaq sahəsinin alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə məhkəmədə iddia qaldırmışdır. Həmin işə baxılarkən məhkəmənin sorğusuna cavab olaraq 13 saylı Şirvan ərazi idarəsinin 30 noyabr 2023-cü il tarixli 3-21-3-38/2-3494/2023 saylı və 12 dekabr 2023-cü il tarixli 3-21-338/2-3774/2023 saylı məktublarında qeyd olunmuşdur ki, Saatlı rayonu Mollavaizli kəndində yerləşən 1,56 ha kənd təsərrüfatı təyinat lı torpaq sahəsi Saatlı rayon AİK-nın 02 oktyabr 2000-ci il tarixli 07 saylı qərarı ilə verilmiş JN 0083 saylı “Torpağın mülkiyyət hüququna dair Dövlət aktı” sənədi ilə X16 və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətindədir, həmin torpaq sahəsinə dair sənədlərin ləğv edilməsi, satılıb-satılmaması, yüklü edilib-edilməməsi barədə məlumat aşkar edilməmişdir.

48. Bundan sonra İddiaçı iddiası Saatlı Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli 2(055)-1307/2023 saylı qətnaməsinə əsasən təmin edilmiş və qətnamə qanuni qüvvəsini almışdır. İddiaçı qeyd olunan torpaq sahəsi üzərində hüquqlarının qeydiyyatı üçün 13 saylı Şirvan ərazi İdarəsinin müraciət etdikdə iddiaçıya məlum olmuşdur ki, Cavabdeh3 və digərlərinin ümumi birgə mülkiyyətlərinə verilmiş 1,56 hektar torpaq sahəsinin 1,3207 hektar h issəsini xx.xx.2023-cü il tarixli 4Ə-273 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən digər Cavabdeh2 satmışlar. Cavabdeh2 isə aldığı torpaq sahəsi üzərində mülkiyyət hüququnu 24 oktyabr 2023-cü il tarixli **********48 nömrəli çıxarışla dövlət qeydiyyatına aldırmışdır. Bu səbəblərə görə iddiaçı aldığı torpaq sahəsinə dair çıxarışı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 13 saylı Şirvan Ərazi İdarəsindən əldə edə bilməmiş və iddiaçının mülkiyyət hüquqları pozulmuşdur.

49. Birinci instansiya məhkəməsi bəhsi geçən iddianı ona görə əsaslı hesab etmişdir ki, cavabdehlər Cavabdeh3 və digərlərinin ümumi birgə mülkiyyətlərində olan 1,56 hektar torpaq sahəsinin 1,35 hektar hissəsini öz razılıqları ilə 01 mart 2002-ci ildə birdəfəlik olaraq İddiaçı satmışlar, həm in torpaq sahəsi 20 ildən artıq müddətdə iddiaçının sahibliyində və istifadəsində olmuşdur, bu müddət ərzində cavabdehlərlə iddiaçı arasında torpağın iddiaçıdan geri qaytarılması barədə mübahisələri olmamışdır, əksinə iş üzrə məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri ilə bilavasitə müəyyən edilir ki, bütün kənd camaatına və kəndin bələdiyəsinə məlum olmuşdur ki, həmin torpaq sahəsini iddiaçı istifadə edir və onun sahibliyindərir.

50. Bundan başqa, iddiaçı aldığı həmin torpağı adına rəsmiləşdirmək üçün torpaq alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və torpağın mülkiyyətində tanınması barədə məhkəməyə müraciət etmişdir, Cavabdeh3 və digər payçılar cavabdeh qismində məhkəməyə dəvət olunmuşlar, lakin onlar iddiaçının tələbindən məlumatlı olsalar da, məhkəmə iclaslarına gəlmə miş, iddiaya qarşı etirazlarını bildirməmişlər. Həmçinin məhkəmənin sorğusuna cavabda 13 saylı Şirvan ərazi idarəsinin 30 noyabr 2023-cü il tarixli 3-21-3-38/2-3494/2023 saylı və 12 dekabr 2023-cü il tarixli 3-21-3-38/2-3774/2023 saylı məktublarında mübahisəli torpaq sahəsinin X16 və onun ailə üzvləri ümumi birgə mülkiyyətlərində olması, həmin torpaq sahəsinin ləğv edilməsi, satılıb-satılmaması, yüklü edilib-edilməməsi barədə məlumat aşkar edilməməsi barədə məlumat məhkəməyə daxil olduqdan (hazırkı məhkəmə prosesində məlum olmuşdur ki, 13 saylı Şirvan ərazi idarəsi bu məlumatı saxta olaraq vermişdir) sonra məhkəmənin 15 dekabr 2023-cü il tarixli qətnaməsi ilə iddiaçının iddiası təmin edilmiş, həmin qətnamə cavabdehlərin ünvanlarına göndərilmiş cavabdehlərdən apellyasiya şikayəti daxil olma mış, qətnamə qanuni qüvvəsini almışdır.

51. Lakin, iddiaçı torpağı adına rəsmiləşdirmək istəyərkən bilmişdir ki, cavabdehlər torpağın adlarında qalmalarından istifadə edərək 22 il sonra yəni, 28 sentyabr 2023-cü ildə həmin torpaq sahəsini notarial qaydada alqı-satqı yolu ilə hazırkı iş üzrə digər Cavabdeh2 olğuna satmışlar. Göründüyü kimi, hazırkı iş üzrə etibarsızlığı tələb edilən müqavilədə satıcılar, yəni hazırkı iş üzrə cavabdehlər Cavabdeh3 digərlərinin hərəkətləri qanunsuz olmuşdur.

52. Hazırkı iş üzrə yeganə istisna mübahisəli torpaq sahəsini alqı-satqı yolu ilə əldə edərək adına özgəninkiləşdirmiş Cavabdeh2 vicdanlı əldə edən olması təşkil edə bilər. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə məh kəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli Plenum qərarında göstərilmişdir ki, “Qeyd olunmalıdır ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane ola n hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Yuxarıdakıları göstərməklə, Konstitusiya Məhkəməsinin Plenumu xüsusi qeyd etmişdir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır.

53. Məhkəmə hesab etmişdir ki, mübahisəli torpaq sahəsini isə alqı-satqı müqaviləsi əsasında əldə etmiş Cavabdeh2 həmin əmlaka münasibətdə vicdanlı olmamışdır. Çünki, sonuncunun hadisədən xəbəri olan İsgəndər Əsədovla doğma valideyn-övlad olmaqla torpaq sahəsinin necə və hansı qaydada əvvəldən və sonra kimlərə məxsus olması, sonradan həmin torpaq sahəsi üzərində İddiaçı torpaq alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və hüquq larının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün məhkəməyə müraciət etməsi, hazırkı iddiaçının, yəni faktiki əmlak mülkiyyətçisinin həmin əmlakla bağlı iddialı olması barədə tam məlumatlı olmuşdur. Torpaq sahəsini Cavabdeh2 satan şəxslər, yəni Cavabdeh3, Cavabdeh4 Elşadın atasının direktoru olduğu məktəbdə işləməsi də bu halı sübut edir və bu hallar inkar oluna bilməz. Belə ki, şahid ifadələri ilə müəyyən edildi ki, sözügedən torpaq sahəsinin iddiaçı tərəfindən uzun illər əvvəl alınması, onun istifadəsində olması və rəsmiləşdirilməsi üçün məhkəməyə müraciət etməsi ictimailəşmiş, nəinki maraqlı şəxslər, hətta bütün kənd sakinləri də torpaq sahəsinin hazırkı iş üzrə iddaçı tərəfindən alınmasından məlumatlı olmuşlar.Göründüyü kimi iddiaçı pozulmuş hüquqlarının müdafiəsi məqsədilə yuxarıdakı iddia ərizələri ilə məhkəməyə müraciət etmiş, məhkəmə hər iki iddianı təmin etmişdir.

54. Hər iki qətnamədən torpağı almış şəxs Cavabdeh2 apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətlərinin əsas dəlili torpağı alarkən Cavabdeh2 deməsinə görə onun mübahisəli olmasını bilməməsi olmuşdur.

55. Apellyasiya kollegiyası bildirmişdir ki, Cavabdeh2 Hacıməmmədi və Məlahəti əvvəlcədən tanımışdır. Belə ki, Elşadın atası Mollavaizli kənd orta məktəbində direktor işləyir. Hacıməmməd həmin məktəbdə mühafizəçi (qorovulçu) işləmiş, Məlahət isə xadiməçi işləyir. Bunu məhkəmə iclasında Elşad özü də inkar etməmişdir. Həmçinin Elşad bildirmişdir ki, Hacıməmməd özü ona zəng vuraraq torpağını satmaq istədiyini ona demişdir. Bundan başqa Elşad qeyd edir ki, torpağı almaq istəyərkən onu n çıxarışı olmamış və Hacıməmmədə 1000 manat pul vermişdir ki, sənədləşdirmə işləri aparıb Çıxarış alsın. Göründüyü kimi tərəflər bir-birlərini öncədən tanımışlar.

56. İkincisi, Elşad qeyd edir ki, bundan əvvəl Mollavaizli kəndində həmin ərazidə başqa torpaq sahəsi almış və həmin torpaqda taxıl əkmişdir. Daha sonra qeyd etmişdir ki, Hacıməmməd torpağını ona təklif edəndə torpağı ona görə almağa razılaşmışdır ki, onun torpağı almış olduğu torpaqla qonşu torpaq sahələri olmuşdur. Deməli Elşad həmin ərazini yaxşı tanımış və ona təklif edilən torpağın mübahisəli olub-olmamasını, kimin tərəfindən istifadə edilməsindən məlumatlı olmuşdur. Çünki həmin ana qədər təxminən 21 il ərzində mübahisəli torpaq Ziyafət tərəfindən əkilməklə istifadə edilmişdir. Yəqin ki, bunu ən azından ətraf ərazidə olan q onşu torpaqların mülkiyyətçiləri və bələdiyyə bilmişdir. Cavabdeh2 mübahisəli torpağı almamışdan əvvəl həmin torpağın kimin istifadəsində olmasını, həmin torpağın mübahisəli olub-olmamasını ətraf qonşulardan, bələdiyyədən və kənd İƏÜN-dən soruşmamaqla kobud ehtiyatsızlığa yol vermiş və yaxud da ki, Hacıməmmədlə sövdələşməyə gedərək torpağı almağa bilərəkdən razılaşmışdır.

57. Üçüncü bir məsələ Mollavaizli kəndinin Elşadın yaşadığı rayon mərkəzindən 3 km-lik məsafədə yerləşməsi, Elşadın atasının həmin kənddə məktəb direktoru olması və Elşadın atası ilə birlikdə bir evdə yaşamasıdır. Yəni adı çəkilən kənd rayon mərkəzinə yaxındır, Elşadın atası kənddə məktəb direktorudur, Elşad yeganə oğul övladı olmaqla atası ilə bir evdə yaşayır, X7 də həmin məktəbdə işləmişlər. Üstəlik Elşad bundan əvvəl həmin kənddə torpaq sahəsi almışdır. Bütün bu amillər Cavabdeh2 qeyd edilən torpaq sahəsinin mübahisəli olmasından xəbərsiz olmasını istisna edir.

58. Belə ki, Elşadın atası İsgəndər kənddə məktəb direktoru olmaqla demək olar ki, günün çox hissəsini həmin kənddə keçirir, kənd camaatını yaxından tanıyır. X1 işçisi olduğundan onları daha yaxşı tanımış, bundan başqa Elşadla İsgəndər bir evdə yaşadıqlarından ola bilməzdi ki, alınmış mübahisəli torpağı alan zaman bunu müzakirə etməsinlər. İş üzrə dindirilmiş şahidlər iddiaçının İsgəndərlə mübahisəli torpağı almaları ilə bağlı şayələrə aydılıq gətirməsini də təsdiq etmişlər. Yəni Elşadın xəbəri olmasa belə İsgəndərin həmin torpağın mübahisəli olmasını bilməsi mümkünsüz olmuşdur.

59. Dördüncü, torpaq sahəsinə dair Dövlət Aktının əslinin iddiaçıda olmasıdır. İddiaçı kollegiyanın iclasında Dövlət Aktının əslini Kollegiyaya təqdim etmiş, baxış keçirilərək ona qaytarılmışdır. Bu onu deməyə əsas verir ki, torpaq sahəsi 20 ildən çox bir müddətdə iddiaçının sahibliyində və istifadəsində olmuşdur.

60. Beşincisi, Hacıməmməd və onun ailəsinin torpaq sahəsinə çıxarış alaraq həmin torpaq sahəsini tələm-tələsik daha aşağı qiymətə satmaları da xüsusi diqqət çəkir. İddiaçı bildirmişdir ki, həmin ərazidə 1 ha torpaq sahəsi 11000 manat dəyərindədir. Alqı-satqı müqaviləsindən görünür mübahisəli 1.3 ha torpa sahəsi Elşada 5400 manata satılmışdır.

61. Bütün yuxarıda şərh edilənləri də nəzərə alan Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticələ ilə razılaşmış və hesab etmişdir ki, hər iki qətnamə maddi və prosessual hüquq normaların ın düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətlərində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnamələri mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnamələrinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnamələri dəyişdirilmədən saxlanılmalıdır.

62. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (xx.xx.2005-ci il tarixədək qüvvədə olan) 335.2-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5, 6, 139-1, 140, 144, 178, 324, 337, 339, 389, 398, 425, 560, 567, 568, 570, 646-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

63. Cavabdeh2 (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(106)152/2025 saylı qətnaməsi ləğv olunması və iddia tələblərinin rədd olunması barədə qərar qəbul olunması və ya Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(106)152/2025 saylı qətnaməsinin ləğv olunması və mülki işin yenidən araşdırılm ası üçün apellyasiya instansiyası məhkəməsinə baxış mərhələsinə qaytarılmasını xahiş etmişdir.

64. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə baxışı iclasına dəvət olunmasa da, məsələ ilə bağlı bildirir ki, torpaq sahəsinin satılması barədə ilk dəfə məlumatı Hacıməmməd özü zəng vuraraq mənə demişdir. Bir müddət öncə dostundan torpaq sahəsini satın almış, həmin torpaq sahəsi də Hacıməmmədin ona satdığı mübahisəli torpaq sahəsinin yanındadır. Hacıməmməd ona zəng vuraraq demişdir ki, yeni aldığı torpaq sahəsinin yanında onun torpaq sahəsi var və həmin torpaq sahəsini satır. O,Hacıməmməddən torpaq sahəsinin sənədlərinin tam qaydasında olduğunu soruşmuş, Hacıməmməd isə ona bildirmişdir ki, torpağın bütün sənədləri var, amma çıxarışı yoxdur. Həmin vaxt Hacıməmmədə demişdir ki, o, a ncaq çıxarışı olan torpaq sahəsi satın alır, Hacıməmməd də ondan çıxarışı düzəltdirmək üçün ilkin olaraq 1000 manat pul istəmiş, o, da həmin pulu Hacıməmmədə vermişdir. Çıxarış hazır olduqdan sonra isə torpağın qalan pul məbləğini Hacıməmmədə vermiş və bundan sonra Hacıməmmədin ailə üzvləri ilə Saatlı Rayon Notariat Ofisinə gedərək torpağı onun adına rəsmiləşdirmişlər. O, torpağı alandan sonra İddiaçı onun atasına zəng vurmamış, Ziyafətin oğlu atasına zəng vurmuşdur. Atası İsgəndərin isə o, torpağı aldıqdan sonra xəbəri olmuşdur. Həmin vaxt atası ona torpağın mübahisəli olduğunu demiş, lakin onda artıq gec olmuş, torpağı almış və çıxarış da hazır olmuşdur.

65. Bundan başqa, istinad olunan akt hansı ki, mübahisəli torpaq sahəsinin alqısatqısı üçün nəzərdə tutulur, qanunvericiliyə əsasən yol verilməzdir. Çünki, Mülki Məcəllənin tələblərinə əsasən daşınmaz əmlaklarla bağlı alqı-satqının yalnız notarial formada təsdiqlənməsini tələb edir. İstinad olunan 01 mart 2002-ci il tarixli akt iddia müddətini ötürməklə verilmiş əqdə yenidən baxılması Mülki Məcəllənin tələblərinin pozuntusudur (MM-373- cü maddəsi). Öz növbəsində, yüklülük üçün DƏDRX tələb olunan məktub qətiyyən həqiqəti əks etdirmir, çünki müvafiq icra hakimiyyəti orqanı olaraq dövlət tərəfindən mülkiyyət hüququnu təsdiqləyən sənədi artıq almışdı. Bundan başqa, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi ifadələr yazlnız fikirdən ibarətdir yəni, dəqiq mötəbərlik yoxdur. Çünki, dövlət tərəfindən tanınan əqdi şahid ifadəsi ilə şübhə altına almaq, fikir, mülahizə yürütmə ilə əsaslı hesab etmək qətiyyən düzgün deyil ( şahid ifadələrinə diqqət yetirdikdə görünür ki,bütün şahidlər eşitdim ki, dedilərki, və s...). Bundan başqa, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiyası Plenumununİ.K.Rəcəbovun şikayəti üzrə xx.xx.2006-cı il tarixli qərarına istinad edərək “ MM-nin 335.2-ci maddəsinə əsasən 3 şərti göstərmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, əqdin notarial qaydada təsdiqlənməsinə 23 ilə yaxın vaxt keçmişdir. Əgər həqiqətən torpağın alqı-satqısına dair akt vardısa nə üçün torpağı satanı 2 onillik ərzində notariat orqanına aparmır və ya satıcı satmırdı. Açıq şəkildə görünür ki, Qərarda göstərilən göstərişlər məhkəmələr tərəfindən səhv təfsir olunmuşdur. Digər bir tərəfdən əgər torpaqların alqı-satqısına dair 01 mart 2002-ci il tarixli Akta istinad olunursa həmin aktda ad ları göstərilən ailə üzvlərinin yaşlarına da məhkəmə tərəfindən qətiyyən diqqət yetirilməmişdir. Hansı ki, bununla bağlı məhkəmədə doğum haqqında şəhadətnamələr təqdim olunmuşdur. Eyni zamanda, aktdakı imzalar da məhkəmə icraatı zamanı mübahisələndirilmişdir. Həmçinin, məhkəməyə təqdim olunmuş DAİM Saatlı filialının məktubundan görünür ki, torpaqlar Dövlət Aktında göstərilən şəxsin istifadəsində olduğu üçün əkin illəri ərzində subsidiyalar məhz JN 0083, KOD 90801018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktındakı mülkiyyətçilərə ayrılmışdır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəflərindən təqdim olunmuş sübutları öz qətnaməsində ümumiyyətlə işıqlandırmamış və hüquqi qiymət verməmişdir. O cümlədən, apellyasiya instansiyası məhkəməsinin qətnamənin 23-cü vərəqində “apellyasiya k ollegiyası bununla bağlı bildirir” əsaslandırması ümumiyyətlə absurddur.

66. İkincisi “Elşad qeyd edir ki, bundan əvvəl Mollavaizli kəndində həmin ərazidə başqa torpaq sahəsi almış və həmin torpaqda taxıl əkmişdir. Daha sonra qeydetmişdir ki, Hacıməmməd torpağını ona təklif edəndə torpağı ona görə almağa razılaşmışdır ki, onun torpağı almış olduğu torpaqla qonşu sahələr olmuşdur. Çünki, həmin ana qədər təxminən 21 il ərzində mübahisəli torpaq Ziyafət tərəfindən əkilməklə istifadə edilmişdir. Yəqin ki, bunu ən azından ətraf ərazidə olan qonşu torpaqların mülkiyyətçiləri və bələdiyyə bilmişdir. Cavabdeh2 mübahisəli torpağı almamışdan əvvəl həmin torpağın kimin istifadəsində olmasını, həmin torpağın mübahisəli olub-olmamasını, ətraf qonşulardan, bələdiyyədən və kənd İƏÜN-dən soruşmamaqla kobu d ehyiyatsızlığa yol vermiş və yaxud da ki, Hacıməmmədlə sövdələşməyə gedərək torpağı almağa bilərəkdən razılaşmışdır” yanaşması ilk növbədə hüquqi yanaşma yox, Azərbaycan dilinin izahlı lüğətində ara sözlərdən ibarət bir mövqedir. Yəqin ki, leksikologiyaya əsasən modal sözdür. Təsdiq mənasını yox, ehtimal mənasını verir. Danışanın ifadə etdiyi mürəkkəb fikrə münasibət bildirən köməkçi nitq hissəsidir. Göründüyü kimi, məhkəmə burada Cavabdeh2 boynuna qoyur ki, yəqin ki, sonuncu onu demək istəyir. Sanki, Cavabdeh2 yerinə fikirləşir. Həmçinin, Mülki Məcəllədə müqavilə azadlığı və müqavilənin bağlanılması üçün müəyyənləşdirilmiş hallar içərisində şəxsin alqı-satqı etmək istədiyi daşınmaz əmlakı camaatdan, bələdiyyədən və ya kənd İƏÜN-dən sorğu aparmaq kimi imperativ norma və ya hər hansı qayd a müəyyənləşdirməmişdir. Sadalanan dövlət və yerli özünüidarəetmə orqanları torpaqla bağlı mübahisəniin olub-olmamsına dair hər hansı bir sənəd vermək səlahiyyətində deyil. Torpaqla bağlı mübahisənin olub-olmamasını müəyyən etmək üçün Dövlət tərəfindən müəyyənləşdirilmiş müvafiq icra hakimiyyəti orqanı olan DƏDRX var. Hansı ki, həmin xidmət orqanı müvafiq arayış verməklə (Forma-1) belə bir mübahisənin olub-olmadığını təsdiq və ya inkar edir. Apellyasiya instansiyası məhkəməsinin həmin bənddəki “üçüncüsü” əsaslandırması da öz növbəsində yuxarıdakı abzasla eyni mövqeli yanlış əsaslandırmağa çalışmadır. Ən əsası hansı alıcı mübahisə olan daşımmaz əmlakı alaraq pulunu hədər yerə verər, bu real ağlasığmazlıqdır. Necə olur ki, bu hal məhkəmə qətnaməsinin əsaslandırma hissəsində öz əksini tapmır. Hansı ki, sübutlar məhkəmələr tərəfindən müqayisəli şəkildə təhlil olunmalı və onların qəbuledilərliliyinə və qəbuledilməzliyinə hüquqi qiymət verilməlidir. Təəssüflər olsun ki, bütün bu hallar apellyasiya instansiyası məhkəməsinin araşdırmadığı hallardır.

67. Mülki işdən göründüyü kimi məhkəmə tərəfindən düzgün araşdırma aparılmamış, çəkişmə prinsipini pozmuş, tərəfin sübut təqdim etmə hüququnu məhdudlaşdırmış, sübutlara düzgün və obyektiv hüquqi qiymət verilməmiş, qətnamə prosessual qanunvericiliyin tələblərinə uyğun olmayan qaydada əsaslandırılmamışdır. İş üzrə zəruri eksperizalar təyin olunmamışdır. Əgər o, notariat ofisi və DƏDRX prosesə cəlb olunsaydı əqdin bağlanılması və çıxarışın alınması ilə bağlı ətraflı məlumat verilərdi. Bütün bu halları isə prosessual hüquq normalarının po zuntuları kimi qiymətləndirir.

68. Şikayət Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (xx.xx.2005-ci il tarixədək qüvvədə olan) 335.2-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1, 140, 144, 178, 324, 337, 339, 389, 398, 425, 560, 567, 568, 570, 646-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 76, 77, 88, 217, 220-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

69. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

70. Maddə 13 I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

71. Maddə 29 İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünl ük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

72. Maddə 139-1.1.3. Daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülki yyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir.

73. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

74. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.

75. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir.

76. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməs inə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

77. Maddə 335.2. (1 noyabr 2005-ci il tarixədək qüvvədə olmuşdur). Əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir.

78. Maddə 337.1. Həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

79. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

80. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

81. Maddə 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir.

82. Maddə 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.

83. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlə r və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

84. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

85. Maddə 560.3. Hüquqdan sui-istifadəyə səbəb olan bəzi hallar sadalanmışdır. Bunlar şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi və s. kimi hallardır.

86. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır.

87. Maddə

567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

88. Maddə 568.1. Satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

89. Maddə 570.1. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır: 570.1.1. müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda; 570.1.2. əşya alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın olduğu yerdə verməlidirsə, onun alıcının ixtiyarına verildiyi məqamda. Əşya müqavilədə nəzərdə tutulan müddətdə lazımi yerdə verilməyə hazır olduqda və müqavilənin şərtlərinə müvafiq surətdə alıcı bundan xəbərdar olduqda əşya alıcı nın ixtiyarına verilmiş sayılır. Əgər əşya nişanlanma yolu ilə və ya başqa şəkildə müqavilənin məqsədləri üçün eyniləşdirilməyibsə, verilməyə hazır sayılmır.

90. Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.

91. Maddə 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

92. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

93. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazları nın əsası kimi istinad etdiyi halları sübut etməlidir.

94. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

95. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

96. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

97. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

98. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

99. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

100. Qan unun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

101. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

102. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə məcmu şəkildə hüquqi qiymət ve rərək qeyd edir ki, apellyasiya məhkəməsinin mövqeyi ilə aşağıdakılara əsasən razılaşmır.

103. İş materialları ilə təsdiq edilir ki, mübahisəli torpaq sahəsi Cavabdeh2 satılmazdan əvvəl 26 sentyabr 2023-cü il tarixində paylı mülkiyyət hüququ üzrə Cavabdeh3 (2/5 hissə), Cavabdeh4 (1/5 hissə), Cavabdeh5 (1/5 hissə) və Cavabdeh6 (1/5 hissə) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

104. Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 Saatlı rayonu Mollavaizli kəndində yerləşən və mülkiyyətlərində olan 1,3207 ha torpaq sahəsini (mübahisə predmeti olan torpaq sahəsi) Cavabdeh2 Saatlı rayon notariat ofisində rəsmiləşdirilən 28 sentyabr 2023-cü il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satmışlar.

105. Birinci iş üzrə İddiaçı 18 oktyabr 20 23-cü il tarixində müvafiq iddia ilə məhkəməyə müraciət etmişdir.

106. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin torpaq sahəsinin iddiaçıya satılması barədə akt tərtib olunan vaxt, yəni 1 mart 2002-ci ildə qüvvədə olmuş 335.2-ci maddəsində qeyd edilmişdi ki, əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir.

107. Birinci iş üzrə iddianın predmetinə aid olan torpaq sahəsinin alqı-satqısına dair xx.xx.2002-ci il tarixdə akt imzalanarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin qüvvədə olmuş 33 5.2-ci maddəsindən məlum olur ki, notariat qaydasında təsdiqlənməmiş daşınmaz əmlakın alqı-satqısı barədə müqavilə digər şərtlərin də mövcudluğu halında məhkəmə tərəfindən etibarlı sayıla bilər.

108. Birinci iş üzrə iddiaçı müvafiq tələblə məhkəməyə müraciət etməzdən əvvəl torpaq sahəsi notariat qaydasında təsdiqlənmiş alqı-satqı müqaviləsi əsasında birinci iş üzrə qətnamə hüquq və mənafelərinə toxunan şəxs, ikinci iş üzrə Cavabdeh2 satılmış və daha sonra torpaq sahəsi 24 oktyabr 2023-cü il tarixdə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

109. Apellyasiya məhkəməsi hesab etmişdir ki, mübahisəli torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında əldə etmiş Cavabdeh2 həmin əmlaka münasibətdə vicdanlı olmamışdır.

110. Apellyasiya məhkəməsi Cavabdeh2 vicdanlı olma masını onun mübahisəli torpaq sahəsinin yerləşdiyi kənddə əvvəllər də torpaq sahəsi alması, atasının həmin kənddə məktəb direktoru işləməsi, maraqlı şəxslərin, hətta bütün kənd sakinlərinin torpaq sahəsinin hazırkı iş üzrə iddaçı tərəfindən alınmasından məlumatlı olması, Hacıməmməd və onun ailəsinin torpaq sahəsinə çıxarış alaraq həmin torpaq sahəsini tələm-tələsik daha aşağı qiymətə satmaları ilə əlaqələndirmiş və qeyd etmişdir ki, Cavabdeh2 mübahisəli torpağı almamışdan əvvəl həmin torpağın kimin istifadəsində olmasını, həmin torpağın mübahisəli olub-olmamasını ətraf qonşulardan, Bələdiyyədən və Kənd İƏÜN-dən soruşmamaqla kobud ehtiyatsızlığa yol vermiş və yaxud da ki, Hacıməmmədlə sövdələşməyə gedərək torpağı almağa bilərəkdən razılaşmışdır.

111. Lakin apellyasiya məhkəməsi qeyd edilən halları kifayət qədər əsaslandıra bilməmişdir.Əvvəla alqı-satqı müqaviləsi bağlananadək torpaq sahəsinin mübahisəli olmasının digər şəxslərin, o cümlədən Cavabdeh2 atasının bilməsinin Cavabdeh2 da bilməsi demək olduğu kifayət qədər əsaslandırılmamışdır. Cavabdeh2 atası X6 şahid kimi məhkəmədə ifadə verərkən oğlu həmin torpağı alana qədər onun bu barədə məlumatı olmadığını, amma aldıqdan sonra bildiyini göstərmişdir. Cavabdeh2 özü isə atası İsgəndərin torpağı aldıqdan sonra xəbəri olduğunu, həmin vaxt atasının ona torpağın mübahisəli olduğunu dediyini, lakin onda artıq gec olduğunu, torpağı aldığını və çıxarışın da hazır olduğunu göstərmişdir. Digər tərəfdən mübahisəli torpaq sahəsinin yerləşdiyi kənddə əvvəllər torpaq sahəsi almasının Cavabdeh2 vicdanlı olmamasına dəlalət etməsini də kifa yət qədər əsaslandırıla bilməmişdir

112. Həmçinin apellyasiya məhkəməsi torpağın tələm-tələsik aşağı qiymətə satılması qənaətini, iddiaçının torpağın qiymətini yuxarı olmasına bildirməsinə istinad etməklə əsaslandırmışdır ki, iddiaçı işdə tərəf olmaqla işin həllində maraqlıdır, onun izahatının şübhədən kənar sübut standartına cavab verən sübut olması kifayət qədər əsaslandırılmamışdır. 113. “Qavazov Bolqarıstana qarşı iş üzrə” 6 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.

114. Apellyasiya məhkəməsi Cavabdeh2 mübahisəli torpağı almamışdan əvvəl həmin torpağın kimin istifadəsində olmasını, həmin torpağın mübahisəli olub-olmamasını ət raf qonşulardan, bələdiyyədən və kənd İƏÜN-dən soruşmamaqla kobud ehtiyatsızlığa yol verdiyi və yaxud da ki, Hacıməmmədlə sövdələşməyə gedərək torpağı almağa bilərəkdən razılaşdığı barədə mövqeyini də- Cavabdeh2 müvafiq “soruşma” öhdəliyinin əsaslarını, eləcə də müvafiq şəxslə “sövdələşməyə” getməsinin konkret olaraq hansı sübutlarla təsdiq edildiyini göstərməməklə- prosessual hüquq normalarının tələbinə uyğun əsaslandıra bilməmişdir.

115. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. 116. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli Plenum qərarında göstərilmişdir ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin y azının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir.

117. Birinci iş üzrə qətnamə hüquq və mənafelərinə toxunan şəxs, ikinci iş üzrə Cavabdeh2 verdiyi apellyasiya şikayətlərində göstərdiyi iddiaçının iddia müddətlərini ötürdüyü barədə dəlillərinə də apellyasiya məhkəməsi tərəfindən hüquqi qiymət verilməmişdir. 118. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 17-ci bəndində qeyd edilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri akt larda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

119. Yuxarıda göstərilənlərə görə də kassasiya şikayəti təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 6 fevral 2025-ci il tarixli 2(106)-152/2025 nömrəli qətnaməsi ləğv edilərək iş yenidən baxılmaq üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməlidir.Apellyasiya məhkəməsi tərəfindən işə yenidən baxılarkən şərh edilən nöqsanlar aradan qaldırılmaqla maddi və prosessual hüquq normalarının tələbinə uyğun, qanuni və əsaslı məhkəmə aktı qəbul edilməlidir.

120. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Birinci iş üzrə qətnamə hüquq və mənafelərinə toxunan şəxs, ikinci iş üzrə Cavabdeh2 t ərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 6 fevral 2025-ci il tarixli 2(106)-152/2025 nömrəli qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar