Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1404/2020 11.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, X1 ibarət tərkibdə, X9 oğlunun katibliyi, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 X2 nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh “X8” MMC-nə (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X5yanında X6 Xidmətinə və X5 X5) “istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin, gecikdirməyə görə ödəncin, aylıq əmək haqqının və maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Ape llyasiya Məhkəməsinin Mülki Kollegiyasının X5 nömrəli, 10 oktyabr 2019-cu il tarixli qətnaməsindən cavabdeh “X8” MMC və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X8” MMC-dən onun xeyrinə 1 ay 12 gün üçün aylıq əmək haqqı olan 1700 manat pulun, 1200 manat məbləğində istifadə edilməmiş məzuniyyət pulunun, 31 oktyabr 2018-ci il tarixdən başlayaraq ödənilən günə qədər (aylıq maaşı olan 1200 manatın 3 faizi) gecikdirilən hər günə görə 36 manat pulun bu müəssisədən tutulmaqla ona ödənilməsi barədə və 10000 manat məbləğində mənəvi ziyanın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin (hakim S.Cəfərov) 03.07.2019-cu il tarixli, X5 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək 1 ay 12 gün üçün əmək haqqı və istifadə edilməmiş məzuniyyət haqqı hesablanmaqla “X8” MMC-dən tutularaq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər T.Səmədov, İ.Şirinov, E.Kazımov) 10.10.2019-cu il tarixli X5 nömrəli qətnaməsi ilə İddiaçı və cavabdeh “X8” MMC tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməyərək iş üzrə Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 03.07.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh “X8” MMC və vəkili Vəkil kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 10.10.2019-cu il tarixli X5 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbini rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİY A ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş xxxxxxx002X0 nömrəli əmək müqaviləsi xitam verilməsi ilə bağlı əmək müqavilə bildirişindən görünür ki, işçi ilə əmək müqaviləsinə xitam verilməsi 07.12.2018-ci il tarixində sistemə daxil edilmişdir. Belə olduğu təqdirdə, işçi ilə əmək müqaviləsi məhz bu tarixdən pozulmuş hesab olunur. Ona görə də əmək kitabçasının verilməməsinə görə 1 ay 12 gün üçün orta əmək haqqı tələb olunması əsassız və qanunsuzdur. Əmək məcəlləsinin 49.1-ci maddəsinə əsasən, məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya s isteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Digər tərəfdən, Əmək məcəlləsinin 172.6-cı bəndinə əsasən, “İşçinin əmək kitabçasının bu Məcəllənin 87-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir.” Normadan da göründüyü kimi məhz işəgötürənin təqsiri üzündən əmək kitabçasının verilməsi gecikdirildikdə qeyd olunan məbləğ işçiyə ödənilməlidir. Bu halda isə cavabdeh 07.12.2018-ci il tarixində əmək müqaviləsinə xitam verilmiş işçiyə əvvəlcə mobil telefon vasitəsilə əlaqə saxlanaraq məlumat verilmiş, daha sonra isə 10.12.2018-ci il tarixində iddiaçının ünvanına məktub göndərilərək əmək kitabçasını götürmək tələb olunmuşdur. İddiaçının tələb etdiyi məzuniyyət pulu ilə əlaqədar qeyd edilmişdir ki, cavabdeh tərəfindən İddiaçı qanuni əsaslarla haqqı çatdığı kompensasiya miqdarı təklif olunmuşdur. O, bununla razılaşmamış və bu məbləği qəbul etməmişdir. Eyni zamanda, müəssisə tərəfindən İddiaçı bu məbləğin nağd şəkildə ödənilməsi təklif olunsa da, o, bununla da razılaşmamış və bank köçürməsi yolu ilə məbləği istədiyini bildirmişdir. “xxxx” ASC-nin № PB/BPŞ-0474 saylı, 25.02.2019-cu il tarixli arayışından da görünür ki, 2018-ci ilin dekabr ayı ərzində BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyindən mü əssisəyə hər hansı ödəniş edilməmişdir. Buna görə də bank köçürməsi yolu ilə məbləğin ödənilməsi həyata keçirmək mümkün olmamışdır. Bu səbəblərdən də istifadə olunmamış məzuniyyətə görə kompensasiya məbləği ödənilə bilməmişdir. Apelyasiya instansiyası təqdim edilmiş sübutlara və faktlara düzgün hüquqi qiymət verməmiş, iddia tələbində göstərilən hallar və faktlar sübuta yetirilmədən, maddi hüquq normalarını pozaraq qətnamə qəbul etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 X2 nümayəndəsi X7 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir. Digər proses iştirakçılarına işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin onlar məhkəmə iclasına gəlm əmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. İddiaçı iddianın təmin edilməmiş hissəsindən kassasiya şikayəti vermədiyindən, cavabdehin kassasiya şikayətinə əsasən qətnamə iddianın təmin edilmiş hissəsində yoxlanılır. Belə ki, məhkəmələr tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, “X8” MMCnin 31.10.2018-ci il tarixli əmri ilə İddiaçı 31.10.2018-ci il tarixdən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin İ hissəsinə əsasən özünün təşəbbüsü ilə tutduğu vəzifədən azad edilmiş və əmək müqaviləsinə xitam verilmişdir. Lakin 1 ay 12 gün üçün əmək haqqı və istifadə edilməmiş mənzuniyyət haqqı “X8” MMC tərəfindən ödənilməmişdir. Əmək müqaviləsinə xitam verildiyi gün iddiaçının əmək kitabçası ona verilməmişdir. Əmək kitabçası ona yalnız 12.12.2018-ci il tarixdə təqdim edilmişdir. Eyni zamanda iddiaçıya son 1 il üçün olan məzuniyyət pulu bu günə qədər ona ödənilməmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə və 172-ci maddəsinin 6-cı hissəsinə uyğun olaraq istifadə edilməmiş məzuniyyət haqqı və əmək kitabçasının verilməsinin ləngidiliyi 1 ay 12 gün üçün əmək haqqı iddiaçıya ödənilməlidir. Məhkəmə kol legiyası iş üzrə apellyasiya instansiya məhkəməsinin iddianın təmin edilmiş hissəsi üzrə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prossesual hüquq normalarını düzgün tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, q ərarı) ilə rəsmiləşdirilməlidir; - 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir; - 87-ci maddəsinin 3-cü hissəsinə əsasən işdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir; - 172-ci maddəsinin 6-cı hissəsinə əsasən işçinin əmək kitabçasının bu Məcəllənin 87-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətində işçi ilə əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin 07.12.2018-ci il tarixdə sistemə daxil edildiyini və qanunun tələbinə əsasən əmək müqaviləsinin məhz bu tarixdən pozulmuş hesab olunduğunu qeyd etməsi iddianın əmək haqqının ödənilməsi hissəsinin rədd edilməsi üçün əsas vermir. Belə ki, Əmək məcəlləsinin 49.1-ci maddəsinə əsasən, məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Cavabdehin istinad etdiyi həmin qanun normasına əsasən də iddiaçının işdən azad edilmə barədə əmri 07.12.2018-ci il tarixdə qüvvəyə mindiyindən və həmin tarixədək iddiaçı cavabdehin işçisi hesab olunduğundan həmin müddət üçün cavabdeh əmək haqqını ödəməlidir. İstifadə olunmamış məzuniyyətə görə kompensasiya məbləğinin ödənilməməsi ilə bağlı caavdbehin göstərdiyi səbəblər də formal mülahizələr olmaqla, qətnamənin bu hissədə ləğvi üçün əsas vermir. Məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq no rmalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiya yeni sübut qəbul etmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlər ə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilmiş hissəsində birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlayarkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Kassasiya şikayətlərinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yoxlanılan hissədə kassatora münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh “X8” MMC-nin kassasiya şikayəti təmin edilməsin. İş üzrə B akı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X5 nömrəli, 10 oktyabr 2019-cu il tarixli qətnaməsi yoxlanılan hissədə kassatora münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1404/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1404/2020
11.03.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver