Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1404/2021 09.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı ASC-nin Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1404/21 (Açar sözlər: kredit mübahisəsi üzrə borc tələbi ) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçının vəkili Quliyev Türhan Ceyhun oğlunun, Cavabdeh1 və onun vəkili Vəkil iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair Bakı Apellyasiya M əhkəməsi Mülki Kollegiyasının 2(103)-894/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ASC-nin “Azadlıq” filialı ilə Cavabdeh1 arasında xx xxxxxxxx 2010-cu il tarixli № 164/e saylı kredit müqaviləsi bağlanaraq borcalana 24 (iyirmi dörd) ay müddətinə, illik 26 (iyirmi altı) faiz ödəmək şərti ilə, 21250 (iyirmi bir min iki yüz əlli) ABŞ dolları məbləğində kredit verilmişdir. xx xxxxxxxx 2010-cu il tarixli № 164/e saylı kredit müqaviləsinin təminatı qismində İddiaçı ASC-nin “Azadlıq” filialı ilə Cavabdeh2 arasında bağlanan xx xxxxxxxx 2010-cu il tarixli ipoteka müqaviləsinə əsasən xüsusi mülkiyyət hüququ üzrə Cavabde h2 adına daşınmaz əmlakın dövlət reyestrində 132 nömrəli reyestr kitabının 12044 nömrəli vərəqində qeydiyyata alınmış, Bakı şəhəri, X qəsəbəsi, Sabir küçəsində mülkiyyətində olan, 0.00699 ha torpaq sahəsində yerləşən 36a nömrəli, 2-ci mərtəbə, 120.2 kv.m. ümumi, 71 kv.m yardımçı sahədən, 49.2 kv.m yaşayış sahəsindən, hasar-1.6 kv.m tikintialtı sahədən ibarət 3 otaqlı fərdi yaşayış evi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Həmin mənzildə Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 qeydiyyatdadırlar. Kredit müqavilələrinə əsasən Borcalan krediti və ona hesablanmış faizləri bankın kassasına nağd şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq hal-hazıradək kredit müqavilələri üzrə götürülmüş öhdəliklər yerinə yetirilməmişdir. Ona görə iddiaçı hazırkı mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı ASC Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, istifadə hüququnun itirilməsi, evin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
3. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1153/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 xx xxxxxxxx 2010-cu il tarixli, 164/e saylı kredit müqaviləsi üzrə ödənilməmiş 20853 ABŞ dolları əsas, 8560 ABŞ dolları faiz, 70 ABŞ dolları cərimə borcu, cəmi 29483 ABŞ dolları (iyirmi doqquz min dörd yüz səksən üç dollar) (ödəniş günü dolların manata məzənnəsi nəzərə alınm aqla manatla) borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pulun İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın kreditin təminatı kimi bank qarşısında yüklü edilmiş, Cavabdeh2 məxsus, qiyməti 105000 manat müəyyən edilmiş Bakı şəhəri, X qəsəbəsi, Sabir küçəsi 0,00699 ha torpaq sahəsində yerləşən 36a nömrəli, 2-ci mərtəbə, 120.2 kv.m. ümumi, 71 kv.m yardımçı sahədən, 49.2 kv.m yaşayış sahəsindən, hasar -1.6 kv.m, tikintialtı sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və satışından əldə edilən məbləğ hesabına Banka ödənilməsi, fərdi yaşayış evi satıldıqdan sonra qeydiyyatda olan Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 həmin evə istifadə hüquqlarına xitam verilməsi, ən geci bir ay ərzində evin boşaldılması, iddianın qalan hissə də rədd olunması qət edilmişdir.
4. Məhkəmə iddia tələbini qismən təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443, 448, 462, 739.1-ci maddələrinə istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat
5. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər- A.Hüseyn (sədrlik edən və məruzəçi), E.Nəbiyev və R.Qurbanov ) 15 yanvar 2020-ci il tarixli, 2(103)-894/20 nömrəli qətnaməsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1153/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın Cavabdeh1 qarşı təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır.
6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə ic raatı iştirakçılarının izahatları b) Kassasiya şikayətinin dəlilləri
7. Cavabdeh1 apelyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edərək, işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianı qismən təmin edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, mühüm əhəmiyyəti olan faktiki halları aydınlaşdırmamış, tərəflərin mübahisəsini tənzimləyən qanunvericiliyin tələblərinə əməl etməmiş və nəticədə əsassız, qanunsuz və ədalətsiz qətnamə çıxarmışdır. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.. Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 və onun vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər.
11. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Quliyev Türhan Ceyhun oğlu kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
12. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
13. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
14. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
15. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
16. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
17. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
18. Kassasiya şikayətində ancaq işin faktiki hallarına istinad etməklə ümumi sözlərlə qərarın qanunsuzluğu qeyd edilir. Kassator qəbul edilmiş qətnamənin hansı əsaslarla əsassız hesab olunması, hansı madi və prosessual hüquq normasının düzgün tətbiq edilməməsini göstərməmişdir.
19. Nəzərə almaq lazımdır ki, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
20. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxxx 2010-cu il tarixli, 164/e saylı kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana 24 ay müddətinə, illik 26 faiz ödəmək şərti ilə 21250 (iyirmi bir min iki yüz əlli) ABŞ dolları məbləğində kredit verilmişdir. xx xxxxxxxx 2010-cu il tarixli ödəniş cədvəlinə əsasən borclu banka 24 ay müddətinə 1.145 ABŞ dolları ödəməyi öhdəsinə götürmüşdür. Kassa məxaric orderinə əsasən xx xxxxxxxx 2010-cu il tarixdə Bank tərəfindən xx xxxxxxxx 2010-cu il tarixli, 164/e nömrəli kredit müqaviləsinə əsasən 21250 (iyirmi bir min iki yüz əlli) ABŞ dolları kredit nağd şəkildə Cavabdeh1 ödənilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək üçün ipoteka predmeti ipoteka ilə yüklü edilmiş, yüklülük daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. xx.xx.2019-cu il tarix li maliyyə arayışına əsasən xx xxxxxxxx 2010-cu il tarixli 164/e saylı kredit müqaviləsi üzrə cavabdehin banka 20853 (iyirmi min səkkiz yüz əlli üç) ABŞ dolları əsas borc, 8560 (səkkiz min beş yüz altmış) ABŞ dolları faiz borcu, 700 (səkkiz yüz) ABŞ dolları cərimə olmaqla, cəmi 30113 (otuz min yüz on üç) ABŞ dolları borcu vardır. 21. “xxxx” MMC tərəfindən verilmiş 0293/19/AMRB nömrəli xx xxx 2019-cu il tarixli hesabata əsasən Bakı şəhəri, X qəsəbəsi, Sabir küçəsində Cavabdeh2 mülkiyyətində olan, 0.00699 ha torpaq sahəsində yerləşən 36a nömrəli, 2-ci mərtəbə, 120.2 kv.m. ümumi, 71 kv.m yardımçı sahədən, 49.2 kv.m yaşayış sahəsindən, hasar-1.6 kv.m tikinti altı sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinin hazırkı bazar qiyməti 105000 manat müəyyən olunmuşdur.
22. Məhkəmələr haqlı olaraq Azər baycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 448, 462 və 739-cu maddələrini tətbiq etməklə borcalanın hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirməklə iddianı təmin etmişlər. Cavabdeh etirazının əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmiş, nə borcun məbləğinin düzgün hesablanmaması və nə də tutmanın ipotekaya yönəldilməsinin əsassız olmasına dair heç bir sübut təqdim etməmişdir.
23. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Apelyasiya Məhkəməsi işin faktiki hallarına maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanmalıdır.
24. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsi n. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-894/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi kassatora aid hissədə dəişdirilmədən saxlansın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.