Məhkəmə qərarları › İş №2(102)-1404/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1404/2025

16.05.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahis
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1404/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı5, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı1 cavabdehlər Cavabdeh1 qızına və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Əşya hüquq münasibətlərindən, o cümlədən mənzil, torpaq münasibətlərindən, habelə əmlakdan istifadə, əmlaka sahiblik və mülkiyyət hüququnun müdafiəsindən irəli gələn mübahisələr) 16.05.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı5, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı1 cavabdehlər Cavabdeh1 qızına və Cavabdeh2 qarşı zəbt olunmuş ümumi istifadədə olan yolun açılması tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1636/2024 nömrəli, 26 dekabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı5 tərəfindən verilmiş kassasiya şikayətinə 16 may 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Hazırki iş üzrə iddiaçılar İddiaçı5, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı1 cavabdehlər Cavabdeh1 qızı və Cavabdeh2 Lerik rayon Əvilə kənd orta məktəbinin yuxarı hissəsində kənd sakinlərinin ümumi istifadəsi üçün nəzərdə tutulmuş avtomobil yolunun cavabdehlərin zəbtindən azad edilməsini tələb edirlər. 2. 29 iyul 2017-ci il tarixli Lerik Rayon Əvilə kəndində Livədirgə inzibati ərazi dairəsi üzrə nümayəndəsi D.M. Manafov, Livədirgə bələdiyyəsinin sədri N.A.Zardov, Əvilə kənd ümumi-orta məktəbinin direktoru F.G.Qəniyev, XİM ekspertizasinin MMC-nin nümayəndəsi baş mühəndisi A.İ.Şirəliyev yer və ev sahib Əvilə kənd sakini X1, Əvilə kənd sakini X2 və onun həyat yoldaşı X3 iştirakı ilə akt tərtib edilmişdir. Aktda XİM ekspertizasının MMC-nin nümayəndəsi baş mühəndisi A.İ.Şirəliyev və yer sahibi Əvilə kənd sakini X4 arasında razilaşma ilə Əvilə kənd məktəbinin ərazisi üçün 0.03 ha torpaq sahəsini 2000 manat məbləğində satın alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

3. İddiaçılar cavabdehlərə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Lerik rayonunun Əvilə kənd orta məktəbinin yuxarı hissəsində kənd sakinlərinin ümumi istifadəsi üçün nəzərdə tutulmuş avtomobil yolunun cavabdehlər Cavabdeh1 qızı və Cavabdeh2 zəbtindən azad edilməsi, ümumi istifadədə olan yolun kənd sakinlərinin istifadəsinə verilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

4. İddiaçılar iddia tələblərini onunla əsaslandırmışlar ki, onlar Lerik rayonun Əvilə kəndində doğulmaqla həmin kəndə yaşayırlar, kəndləri ucqar kənddir, kənddə yeni tipli məktəb inşa edilmiş və kənd sakinlərinin istifadəsinə verilmişdir. Məktəb tikilərkən məktəbin yuxarı hissəsində olan kənd sakinlərinin ümumi istifadəsində olan avtomobil yolu qəzalı vəziyyətə düşmüşdür. Yol sürüşməyə məruz qaldığından, kənd sakinlərinın və ağsaqalların razılığı ilə məktəbin yuxarı hissəsində yaş ayan kənd sakini Cavabdeh1 istifadəsində olan torpaq sahəsinin üç sotunu tikinti işləri aparan şirkət tərəfindən 2000 manat pul ödənilməklə razılığa gəlmişlər ki, kənd sakinlərinin avtomobil yolu məktəb ərazisinə verildiyindən Cavabdeh1 istifadəsində olan torpaq sahəsi avtomobil yolu kimi təmir edilərək kənd sakinlərinin istifadəsinə verilsin. Bu barədə akt tərtib edilmişdir. Qeyd olunlar tərtib olunmuş aktda öz əksini tapmışdır, lakin cavbdehlər həmin yoldan istifadə etməyə imkan vermir, ərazini tikanlı məftillə çəpərə alaraq yolu bağlamışlar. Bu səbəbdən Lerik Rayon İcra Hakimiyyətinə müraciət etmişlər. İcra hakimiyyətinin nümayəndələri əraziyə gəlmiş, onlara heç bir köməklik göstərilməmiş və məsələnin məhkəmə qaydasında həll edilməsi tövsiyyə edilmişdir. Yolun zəbtdən azad olunması və p ozulmuş hüquqlarının bərpası ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar.

5. Lerik Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli qərardadı ilə məhkəmətorpaqşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 aprel 2024-cü il tarixli 3-16-16/2-10/1142 saylı ekspert rəyinin birinci sualı üzrə müəyyən edilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinin 22.01 2024-cü il tarixli, 321-3-43/2-118/2024 saylı mütəxəssis rəyinə əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016-ci il tarixli ********* qeydiyyat nömrəli Çıxarış və **********61-1030 1 reyestr nömrəli Texniki Paporta (xx.xx.2016-ci il tarixli vəziyyətə əsasən tərtib olunmuş) əsasən cavabdehlər Cavabdeh1 qızı və qeyrisinin mülkiyyətlərində olan Lerik rayonu, Əvilə kəndi ərazisində yerləşən 0.259914 ha torpaq sahəsinin sərhədləri müəyyənləşdirilmişdir. Sözügedən torpaq sahəsinin faktiki vəziyyətdə ölçüsünün 0.47 ha olması müəyyən olunmuşdur.

6. Qərardadın ikinci sualı üzrə müəyyən olunmuşdur ki, İN yanında ƏMDXDDK və RPHŞ 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2118/2024 №-li mütəxəssis rəyinə əsasən, Lerik rayonu, Əvilə kənd orta məktəbinin cənub istiqamətində kənd sakinlərinin ümumi istifadəsində olan avtomobil yolunun faktiki olaraq mövcud olması müəyyən olunmuşdur. Həmin avtomobil yolunun məktəbin hasarı ilə sərhəd hissəsi hərəkət üçün əlverişsiz olduğundan kənd sakinlərinin və avtomobillərin gediş-gəlişində çətinliklərin olması müşahidə edilmişdir.

7. Qərardadın üçüncü sualları üzrə müəyyən edilmişdir ki, ƏMDXDDK və RPHŞ 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2118/2024 N№-li mütəxəssis rəyinə əsasən, Lerik rayonu, Əvilə kənd orta məktəbinin cənub istiqamətində kənd sakinlərinin ümumi istifadəsi üçün nəzərdə tutulmuş avtomobil yolunun cavabdehlər Cavabdeh1 qızı və Cavabdeh2 tərəfindən istifadə edilməməsi müəyyən olunmuşdur.

8. Lerik Rayon Məhkəməsinin 2(048)-156/2024 nömrəli, 20 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakim Atabəyov Kiçibəy) iddia təmin edilmişdir.

9. Lerik Rayon Məhkəməsinin 10 iyun 2024-cü il tarixli yerində baxış protoklundan görünür ki, sözügedən əraziyə baxış keçirilmi ş və müəyyən edilmişdir ki, tikanlı məftillə çəpərə alınmış torpaq sahəsi istifadəsiz qalmaqla yanaşı kənd sakinlərinin istifadəsi üçün nəzərdə tutulmuş avtomobil yoluna bitişikdir, həmçinin müəyyən olunur ki, avtomobil yolu qərəzli şəkildə tikanlı məftillə çəpərə salınmışdır. Baxış zamanı avtomobili yolunun kənarından çəkilmiş çəpərin qarşısında əvvəldən çəkilmiş başqa bir çəpərin olması görünür. Bununla da müəyyən olunmuşdur ki, cavabdehlər yolu qəsdən sonradan bağlamaqla kənd sakinlərinin yoldan istifadəsinə maneə yaratmışlar.

10. Məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan, cavabdehlər Cavabdeh1 qızı və Cavabdeh2 29 iyul 2017-ci il tarixli aktla müəyyən olunur ki, Lerik rayon Əvilə kənd orta məktəbinin tikintisi zamanı məktəb tikintisi aparan şirkətlə 2000 manat müqabilində razıl ığa gələrək kənd sakinləri üçün nəzərdə tutulmuş avtomobil yolunun məktəb ərazisinə verilməsinə və həmin yolun əvəzində özlərinə məxsus torpaq sahəsinin kənd sakinlərinin ümümi istifadəsinə verilməsinə razılıq vermişlər. Ancaq cavabdehlər aktla razılığa gəlsələr də, sonradan Əvilə kənd orta məktəbinin yuxarı hissəsində olan kənd sakinləri üçün nəzərdə tutulmuş avtomobil yolunu tikanlı məftillərlə zəbt edərək həmin yoldan istifadəyə tam məhdudiyyətlər yaratmışlar.

11. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hisssəsinə, 29 və 60-cı maddələrinə, Mülki Məcəllənin 6.1, 152.1, 157.2 ci, Mülki Prosessual Məcəllənin 103.1-ci madddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Cavabdehlər ap ellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.

13. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, iş materiallarından görünür ki, məhkəmə iddia tələbini təmin edərkən 29 iyul 2017-ci il tarixli akta əsaslanmış və qətnamədə həmin aktda cavabdeh olaraq onların kənd sakinləri üçün nəzərdə tutulmuş avtomobil yolunun məktəb ərazisinə verilməsinə və həmin yolun əvəzində özlərinə məxsus torpaq sahəsinin kənd sakinlərinin ümümi istifadəsinə verilməsinə razılıq verdikləri qeyd olunmuşdur. Cavabdehlər qeyd etmişdir ki, məhkəmə aşağıda göstərilən faktiki əsasları nəzərə almamışdır:

14. Birincisi, əgər mübahisəli torpaq sahəsi kənd sakinləri üçün nəzərdə tutulmuş avtomobil yoluna aiddirsə, o halda həmin sahənin məktəb ərazisinə verilməsi üçün hansı səbəbdən onlara müraciət olunmuş və ondan razılıq alınmışdır?

15. İkincisi, hansı səbəbdən onlar məktəb ərazisinə verilmiş yolun əvəzində özlərinə məxsus torpaq sahəsinin kənd sakinlərinin ümumi istifadəsinə verməlidirlər? Çünki onlar bununla bağlı üzərlərinə heç bir öhdəlik götürməmişlər.

16. Üçüncüsü, 29 iyul 2017-ci il tarixli aktda onların kənd sakinləri üçün nəzərdə tutulmuş avtomobil yolunun məktəb ərazisinə verilməsinə və həmin yolun əvəzində özlərinə məxsus torpaq sahəsinin kənd sakinlərinin ümumi istifadəsinə verilməsinə razılıq verdikləri qeyd olunmamışdır. Lakin həmin aktda yolun çəkilməsi ilə bağlı deyil, yalnız mülkiyyətlərin də olan 0,03 ha. torpaq sahəsinin məktəb tikintisi üçün verəcəkləri qeyd olunmuşdur ki, həmin torpaq sahəsi də tərəflərindən verilmişdir. (Akt ərizəyə əlavə olunmuşdur)

17. Dördüncüsü, mübahisəli yolla bağlı həqiqət ondan ibarətdir ki, həmin yol tikinti işləri aparmış şirkətin əməkdaşlarının aparmış olduqları dağıntı və qazma işləri nəticəsində dağılmışdır. Həmin işlər nəticəsində hətta onlara məxsus ev də tamamilə uçularaq yararsız hala düşmüşdür. (bununla bağlı fotoşəkillər şikayətə əlavə olunur)

18. Beşincisi, məhkəmə mübahisəli torpaq sahəsinin onların mülkiyyətində olması faktını da nəzərə almamış və bununla da, əsaslı olmamışdır.

19. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər: Cahid İmanov (sədrlik edən və məruzəçi), Pərviz Əhmədov və Tale Kərimov) 2(106)-1636/202 4 nömrəli 26 dekabr 2024-cü il tarixli qətnaməsi ilə cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia təmin edilməmişdir.

20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya şikayətinin əsas dəlili ondan ibarət olmuşdur ki, qətnamə ilə açılması tələb edilən yol onun mülkiyyətinə müdaxilə edir və bununla da onun toxunulmaz mülkiyyət hüququ pozulur.

21. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən haqlı olmamışdır.

22. Belə ki, işdə olan mütəxəssis rəyi ilə müəyyən olunmuşdur ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı iddiaçılar İddiaçı5 və qeyriləri tərəfindən avtomobil yolu kimi iddia edilən yerdə yol olması müəyyən edi lməmişdir.

23. Həmçinin mütəxəssis rəyi ilə müəyyən edilmişdir (xəritədə) ki, cavabdehin mülkiyyətində olan torpaq sahəsinin yolun keçən 0.0138 ha hissəsi və həmin yerdə yolla göy cizgi arasında olan hissə (səh. 55-ki xəritəyə bax) hazırda iddiaçılar tərəfindən yol kimi istifadə olunur.

24. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırda cavabdehə məxsus olan torpaq sahəsinin təxminən 0.03 ha hissəsi yol kimi istifadə olunur. Yəni hazırda da cavabdehin mülkiyyətinə müdaxilə vardır. Lakin cavabdeh vaxtilə bununla razılaşmış və çəpərini şəkildə görsənən kimi daha geridən çəkmişdir. Lakin iddiaçılar bununla razılaşmamış və cavabdehin mülkiyyətində olan torpaq sahəsi hesabına yolun daha da genişləndirilməsini tələb edirlər.

25. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya şikayətinin dəlil ləri əsaslıdır, iddiaçıların iddiası isə qanuni və əsaslı deyildir.

26. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 26, 29, 60-cı maddənin 1-ci hissəsinə, Mülki Məcəllənin 152.1, 157.4, 170.2-ci, Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndi, 111-ci maddəsinin 1-ci hissəsinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

27. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, həm məhkəmə araşdırması zamanı, həm də məhkəmənin əsas sübut növü kimi qəbul etdiyi ekspert rəyi ilə müəyyən olunmuşdur ki, idd iaçılar İddiaçı5 və qeyriləri tərəfindən avtomobil yolu kimi iddia edilən torpaq sahəsinin çox hissəsinin cavabdehlərin mülkiyyətində olan 0.259914 ha torpaq sahəsinin üzərinə düşməsi müəyyən olunmuşdur. Həmçinin avtomobil yolu kimi iddia edilən torpaq sahəsinin bir hissəsinin cavabdehlərin faktiki istifadəsində olan bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin üzərinə düşməsi müəyyən olunmuşdur.

29. İşin faktiki hallarından göründüyü kimi iddiaçılar tərəfindən avtomobil yolu kimi iddia etdikləri torpaq sahəsinin bir hissəsi cavabdehlərin mülkiyyətində deyil, bələdiyyənin mülkiyyətində olması müəyyən edilmişdir və həmin torpaq sahəsi bələdiyyənin mülkiyyətində ola-ola cavabdehlər tərəfindən zəbt edilsə də, ekspert verdiyi rəyində həmin torpaq sahəsini zəbt kimi deyil, onu cavabdehlərin fa ktiki istifadəsində olan torpaq sahəsi kimi qeyd etmişdir.

30. Məhkəmə cavabdehlərin faktiki istifadə etdikləri və bələdiyyənin qeyrisi bələdiyyənin mülkiyyətində olan həmin torpaq sahəsini çəpərə alaraq zəbt etmişdir.

31. Bələdiyyənin mülkiyyətində olmaqla əvvəllər iddiaçıların ümumi istifadələrində olan avtomobil yolunun heç bir hüquqi əsas olmadan cavabdehlər tərəfindən çəpərə alınaraq nəticədə iddiaçıların hazırda həmin yoldan maneəsiz istifadə etmələrinə məhdudiyyətlər yaradılması hüquqlarını pozmuşdur.

32. Həmçinin məhkəmənin istinad etdiyi ekspert rəyində ziddiyyətli məqamlar olsa da, məhkəmə əlavə və təkrar ekspertiza təyin etmədən qeyd olunan ekspert rəyini Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə qiymətləndirmədən əsa s sübut növü kimi qəbul edərək cavabdehlərin apellyasiya şikayətini təmin etmişdir.

33. Kassator şikayətini Mülki Məcəllənin 170.1, 170.2, 560.1, 560.2-ci, Torpaq Məcəlləsinin 18, 4.1, 30.1,111-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

34. Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil1 kassasiya şikayətinə qarşı etiraz göndərərək, şikayətin təmin edilmədən, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

35. Maddə

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövləti n mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

36. Maddə

26. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının, o cümlədən mülkiyyət hüququnun müdafiəsinə təminat verir.

37. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

38. Maddə 60 (hissə 1). Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki M əcəlləsi

39. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

40. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

41. Maddə 170.2.Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinm əlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

42. Maddə 84 (bənd 1).Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

43. Maddə 111 (hissə 1). Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

44. Maddə 111 (hissə 3). Torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 s aylı protokolu

45. Maddə

1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

48. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

49. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

50. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

52. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

53. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibə tini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

55. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, iddiaçılar öz mülkiyyətində olan daşınmaz əşyadan sərbəst istifadəsinə cavabdehlərin yolu zəbt etməklə müdaxilə etmələrini sübuta yetirə bilməmiş, əksinə ekspertiza rəyləri ilə bu hal təkzib olunmuşdur. Belə olan halda iddianın təmin olunması üçün əsaslar müəyyən edilməmişdir.

56. Apellyasiya istansiya məhkəməsinin müəyyən etdiyi işin hallarından aydın olur ki, iddi açıların iddia etdiyi torpaq sahəsi cavabdehin mülkiyyətidir və torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı iddiaçılar İddiaçı5 və qeyriləri tərəfindən avtomobil yolu kimi iddia edilən yerdə yol olması müəyyən edilməmişdir

57. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

58. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsi nin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

60. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

61. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2024-cü il 26 dekabr tarixli, 2(106)-1636/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar