Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1406/2020 03.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, vəkillər X1 və X2 iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 06 dekabr 2019cu il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim V.Həsənov, iş №2(008)-6998/18) İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilələr üzrə yaranmış borcun tutulması” tələbinə dair iddası təmin edilərək Cavabdeh 6686.76 manat əsas borcun və 30 manat dövlət rüsumunun, cəmi 6696.76 manat pulun İddiaçı MMC-nin xeyrinə tutulması qət edilmişdir. 30.10.2019-cu il tarixdə Cavabdeh həmin qətnamədən nümayəndəsi vasitəsilə apelyasiya şikayəti vermişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 noyabr 2019-cu il tarixli qərardadı ilə apelyasiya şikayəti vaxtında verilmiş sayılaraq baxılması üçün mülki işlə birlikdə apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 dekabr 2019-cu il tarixli qərardadı ilə (hakimlər F.Talışınski-sədrlik edən və məruzəçi, Z.Əliyev və R.Eyvazov, iş № 2(103)-15271/19) apelyasiya şikayəti qeyri-mümkün hesab edilərək mülki iş Bakı şəhəri Sabu nçu Rayon Məhkəməsinə göndərilmişdir. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 06 dekabr 2019-cu il tarixli qərardadının ləğv olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı MMC Cavabdeh qarşı “müqavilələr üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 19.01.2018-cii il tarixli məhsulların nisiyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 6686.76 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələbl ərinin pozulması ilə əsaslandırılmışdır. Cavabdehin vəkili S.Orucov məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İddiaçının vəkili İ.Qədirov kassasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, vəkillərin izahatlarını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin olunmalı, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 06 dekabr 2019-cu il tarixli qərardadı ləğv edilməli və iş apelyasiyanı n mümkünlüyü məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. İşdən göründüyü kimi, apelyasiya instansiyası məhkəməsi cavabdehin apelyasiya şikayətini qeyri-mümkün sayarkən onun tərəfindən prosessual müddətin (apelyasiya şikayəti vermə müddətinin) ötürülmüş olmasına istinad etmişdir. Məhkəmə kollegiyası aşağıdakılara görə apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticəni əsassız sayır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin 04 dekabr 2018-ci il tarixli qətnaməsinin surəti cavabdehə elə həmin gün, yəni 04.12.2018-ci il tarixdə göndərilmiş olsa da, işdə cavabdehin onu rəsmi qaydada almasını təsdiq edən heç bir sübut yoxdur. İşin 49-cu vərəqində olan ərizədən görünür ki, qətnamənin surəti rəsmi qaydada yalnız 28.10.2019-cu il tarixdə cavabdehi n nümayəndəsi S.Orucov tərəfindən alınmış və 2 gün sonra 30.10.2019-cu ildə apelyasiya şikayəti verilmişdir. Həmin ərizədə qeyd olunmuşdur ki, Cavabdeh Azərbaycan Respublikasının hüdudlarından kənarda olduğundan nə məhkəmədə işə baxılmasından, nə də qətnamə çıxarılmasından xəbəri olmamış və bu səbəbdən də qətnamənin surətini əldə edə bilməmişdir. O, qətnamənin mövcudluğundan icra məmuru vasitəsilə xəbər tutmuş və nümayəndəsinə apelyasiya şikayəti verməyi tapşırmışdır. İşin 67-ci vərəqində olan Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin 14.11.2019-cu il tarixli məktubundan görünür ki, Cavabdeh 23.02.2018-ci il tarixdə ölkədən çıxmış və qayıtması barədə məlumat yoxdur. Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 129.3-cü maddəsinin tələbinə görə edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apelyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Sadalanan prosessual normaların hazırkı işə tətbiqindən göründüyü kimi, iddiaçı tərəfindən apelyasiya şikayəti vermə müddəti buraxılmamışdır. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayəti üzrə apelyasiyanın qeyrimümkün hesab edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 361, 363-cü maddələrində göstərilən əsaslardan hər hansı birini müəyyən etmədiyindən hesab edir ki, iş cavabdehin apelyasiya şikayəti üzrə apel yasiyanın mümkünlüyü məsələsinə yenidən baxılması üçün Bakı Apelyasiya məhkəməsinə qaytarılmalıdır. Apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 366-cı maddəsinin tələbinə müvafiq olaraq apelyasiyanın mümkünlüyünü, şikayətə apelyasiya qaydasında baxmaq üçün prosessual əsasların olmasını yenidən yoxlayaraq həmin maddədə nəzərdə tutulan prosessual hərəkətləri həyata keçirməlidir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi ü çün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində göstərilmişdir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiə hüququ və bu hüquqla əhatə olunan məhkəməyə müraciət hüququ beynəlxalqhüquqi aktlarda ədalətli məhkəmə araşdırması hüququ k imi geniş əks olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 06 dekabr 2019-cu il tarixli, 2(103)-15271/19 saylı qərardadı ləğv olunsun və iş Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apelyasiya şikayəti üzrə apelyasiyanın mümkünlüyü məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin.
Məhkəmə qərarları › İş №2(102)-1406/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1406/2020
03.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver