Məhkəmə qərarları › İş №2(102)-1406/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1406/2022

13.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1406/2022 13.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8533/2021 nömrəli iş üzrə 19 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı bildirir ki, o, cavabdehlərə müxtəlif vaxtlarda ümumilikdə 17500 mana t məbləğinə pul vermişdir. Cavabdehlər ona olan borcdan 2400 manat qaytarmış, 15100 manat ödənilməmiş borc qalmışdır.

2. İddiaçı qalıq məbləğin cavabdehlərdən tutulması barədə aşağıdakı tələbi irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı qızı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızına qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada qalan 15100 (on beş min yüz) manat və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

4. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, 2017-ci ildə bibisi nəvəsi Aygün xanım onun yanına gələrək alverlə məşğul olduğunu bildirmişdir. Vəsaiti az olduğundan yaxşı işləyə bilmədiyini və on a pul lazım olduğunu demişdir. Xaricdən mal gətirib satacağını və xeyrindən ona da verəcəyini söyləmişdir. Onunla razılaşaraq həyətyanı torpaq sahəsini sataraq müəyyən vaxtlarda Şəfaya Aygünlə birlikdə anasının, gəlinlərinin yanında 17500 (on yeddi min beş yüz) manat borc pul vermişdir. Verdiyi pulların alınması barədə Aygün xanım öz imzası ilə təsdiqləmişdir. Onlar 3 ay verdiyi puldan istifadə edərək ona 2400 (iki min dörd yüz) manat versələr də, sonradan qalan 15100 (on beş min yüz) manat pulu qaytarmamışlar. Hər dəfə də cavabdehlərdən pulu istəsə də, cavabdehlər onu şantaj edəcəklərini, guya əxlaqsızlıqla məşğul olması barədə həyat yoldaşına deyib, ailəsini dağıdacaqlarını bildirərək digər qohumlarla xəbər göndərmişlər. Bir müddətdən sonra bibisinin evinə gedərək bildirmişdir ki, qızına və nəvəsini başa salsın ki, onun 15100 (on beş min yüz) manat pulunu qaytarsınlar. Əks təqdirdə Dövlət orqanlarına və yaxud məhkəməyə şikayət etmək məcburiyyətində qalacaqdır. Daha sonra qapıya çıxan bibisinin həyat yoldaşı Məhəmməd onu qələmə gəlməyən söyüşlərlə söyərək təhqir etmişdir. Məhəmməd onu tüfənglə və yaxud od vurub yandıracağı ilə hədələmişdir. Elə bu səbəbdən də 28.10.2019-cu il tarixində özünə qəsd edəcəyi barədə və bunun səbəbkarı bibisi Yasəmən, qızı Şəfa, Şəfanın qızı Aygün və bibisinin həyat yoldaşı Məhəmməd olduqlarını bildirərək məktub yazaraq evdə olan dərmanlardan içərək intihara cəhd etmişdir. Lakin cavabdehlər bu günə kimi onun qalan 15100 (on beş min yüz) manat pulu qaytarmırlar.

5. Cavabdeh Şəfa Məmmədova birinci instansiya məhkəməsindəki icraatda iddiaya qarşı y azılı etiraz göndərərək bildirmişdir ki, o və qızı Cavabdeh1 heç vaxt iddiaçıdan pul almamışlar, ona hər hansı borcu yoxdur və heç vaxt olmayıb.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim T.Axundov) 08 iyul 2021-ci il tarixli, 2(004)4190/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 15100 (on beş min yüz) manat məbləğində pul vəsaitinin və 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı qızının xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Məhkəmə Mülki Məcəllənin 739.1-ci maddəsinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə müəyyən edildi ki, İddiaçı qızı Cavabdeh1 iş qurmaq və ondan gəlir əldə etmək üçün borc olaraq müxtəlif vaxtlarda ümumilikdə 17500 manat məbləğinə pul vermi şdir. Sonuncu iddiaçıya olan borcundan 2400 manat məbləğinə ödəniş etmiş, hazırda cavabdehin iddiaçı qarşısında bügünkü günə 15100 manat məbləğində borcu qalmışdır. İşin bu halı iş materiallarında olan cinayət işinin bağlanılmasının rədd edilməsi haqqında 15.03.2021-ci il tarixli qərarla öz təsdiqini tapmışdır. Belə ki, həmin qərara əsasən Cavabdeh1 izahatında Gülnarənin 17500 manat məbləğində pulu hissə-hissə Fəxrəddin adlı şəxsə verdiyi və sonuncunun da, həmin pulu öz biznesinə yatıraraq ordan gələcək gəlirdən iddiaçıya verəcəyini bildirmişdir. Belə ki, iş materialları ilə iddiaçıdan sözü gedən məbləği Cavabdeh1 aldığı müəyyən edilmiş və eyni zamanda, həmin məbləğin hər hansı bir hissəsinin belə digər Cavabdeh2 qızı tərəfindən alınması barədə iddiaçı tərəfindən məhkəməyə sübutlar təqdim edilməmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti, eyni zamanda iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermişdir.

9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-X.Mərdanova (sədrlik edən və məruzəçi), E.Həsənov və F.Babayev) 19 oktyabr 2021-ci il tarixli, 2(103)-8533/21 nömrəli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 2(004)-4190/2021 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddianın qismən təmin edilməsi, Cavabdeh1 14.944 manat məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı qızına ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.

10. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 739.1-ci maddəsinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı tərəfindən cavabdehə 500 ABŞ dolları (850 manat), 3364 manat, 800 ABŞ dolları (1360 manat), 1600 ABŞ dolları (2720 manat), 1000 manat, 2500 ABŞ dolları (4250 manat), 3800 manat, cəmi 17344 manat məbləğində pul vəsaitinin verilməsi işin mübahisəsiz halıdır. Belə ki, məhkəmə kollegiyasının iclasında cavabdehin vəkilinümayəndəsi Nümayəndə izahatında ilk əvvəl pul vəsaitinin ümumiyyətlə alımamasını bildirsə də, sonradan qeyd olunan pul vəsaitinin cavabdeh tərəfindən valyuta mübadiləsi edilməsi üçün alınması, buna görə də, iş materiallarının 27-ci səhifəsində olan qəbzin sonuncu tərəfindən imzalanmasını və həmin pul məbləğinin cavabdeh tərəfindən 2017-ci il tərəfind ən qaytarılmasını bildirmişdir. Lakin, iddiaçı bildirir ki, cavabdeh tərəfindən ümumi borcdan ona 2019-ci ilin dekabr ayında 2400 manat qaytarılmışdır. Cavabdeh isə 2017-ci ildə ümumi pulun qaytarılmasını israrla bildirir, lakin, buna dair məhkəməyə hər-hansı sübut təqdim edə bilmir. Cavabdeh tərəfindən 17344 manat pul vəsaitinin alınması təsdiq edildiyindən, həmin məbləğin 2017-ci il tarixdə qaytarılması isə sübuta yetirilmədiyindən məhkəmə kollegiyası hesab etmişdir ki, bununla bağlı sübutetmə vəzifəsi cavabdeh tərəfin üzərinə keçir. İş materiallarının 27-ci səhifəsində olan qəbzdə verilmiş pul vəsaitinin valyutasının bir qismi manatla olduğundan, cavabdeh tərəfin həmin pul vəsaitinin valyuta mübadiləsi aparılması məqsədi ilə verilməsinə dair izahatlarına tənqidi qiymətləndirilir. Belə o lan halda, cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsinə dair ərizə tətbiq edilə bilməz. Belə ki, ümumi 17344 manat pul vəsaitindən 2019-cu ildə 2400 manat pul vəsaitinin qaytarılması öz təsdiqini tapır. Göründüyü kimi, iş materialları ilə iddia müddətinin ötürülməsi sübuta yetirilmir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

11. Cavabdeh1 kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı işdə iddia müddətinin tətbiq olunması haqqında ərizə verilmişdir. Hazırki mülki işin 27-ci səhifəsinə əlavə edilmiş qəbzdə qeyrimüəyyən, qeyri-mötəbər sənəddir, həmin sənədin bir hissəsində iddiaçının cavab dehə ümumi 17.344 manat pul vəsaiti verməsi əks olunur, digər hissəsində isə bu borcun məbləğinin azalaraq “120” manat olması görünür. İddiaçı özü birinci instansiya məhkəməsinə verdiyi iddia ərizəsində bu vəsaitin cavabdehə 2017-ci ildə verildiyini, həmin vəsaitin 3 ay istifadə olunduqdan sonra cavabdehlər tərəfindən ona cəmi 2400 manat hissənin ödənildiyini yazır. İddia müddətinin tətbiq olunmasının qarşısını almaq məqsədi ilə Bakı Apellyasiya Məhkəməsinin zalında guya həmin pulların «2400 manat hissəsinin» 2019-cu ildə ona qaytarılması məzmunlu izahat vermiş və bununla da iddia müddətinin axımının kəsildiyinə işarə etməyə çalışmış, lakin işin bu halını sübut edən hər hansı sübut təqdim etməmiş və iddia ərizəsinin məzmununu ilə yaranan ziddiyyəti izah edə bilməmişdir. Beləliklə, apellyas iya instansiyası məhkəməsi tərəfindən iddia müddətinin keçməməsini, cavabdehin iddiaçıya 2019-cu ildə hər hansı pul ödəməsini şərtləndirən hüquqi faktlar müəyyən edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi heç bir arqument göstərmədən, hüquqi normalara istinad etmədən iddia müddətinin tətbiqindən imtina etmişdir. Halbuki iddia müddətinin keçməsi işin digər hallarından asılı olmayan və iddianın rədd olunması ilə nəticələnən müstəqil bir əsasdır. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373, 375.2-ci maddələrini tətbiq etməməklə maddi hüquq normalarını pozmuş, düzgün tətbiq etməmiş və həmin maddi hüquqi normaların tətbiqində səhvə yol vermişdir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddia dan imtina barəsində qərar çıxarması üçün əsasdır». Mülki işin materiallarında olan iddia ərizəsinin məzmunundan və iddiaçının məhkəməyə verdiyi izahatda bildirilir ki, iddiaçı Cavabdeh1 2017-ci ildə pul vəsaiti vermiş, hazırkı iş üzrə iddia tələbi isə 2021-ci ildə irəli sürülmüşdür. Bu fakt əsaslı şəkildə göstərir ki, iddia ərizəsi iddia müddəti ötürülməklə məhkəməyə verilmiş, cavabdeh isə iddia müddətinin tətbiq olunması barədə ərizə verməklə iddianın rədd olunması üçün tam qanuni əsas yaratmışdır. Xüsusi vurğulanmalıdır ki, «İddia müddətinin tətbiq olunması» haqqında ərizənin apellyasiya icraatında verilməsinin səbəbi birinci instansiya məhkəməsinin cavabdehi lazımi qaydada xəbərdar etməməsi olmuşdur ki, apellyasiya instansiyası məhkəməsi bununla razılaşmış və buna görə qətnaməni ləğv e tmişdir. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normasını (ARMM-nin 375.2-ci maddəsini) tətbiq etməmişdir. Qətnamədə yazılmış «Belə ki, ümumi 17344 manat pul vəsaitindən 2019-cu ildə 2400 manat pul vəsaitinin qaytarılması öz təsdiqini tapır» dəlili iş materiallarına söykənmədiyindən, cavabdeh Kərimova tərəfindən qəbul olunmadığından, iddia ərizəsində yazılanlarla ziddiyyət təşkil etdiyindən (iddiaçı iddia ərizəsində 2017-ci ildə ona qaytarılmasını yazıb) əsassız hesab olunmalıdır. Bununla yanaşı apellyasiya instansiyası məhkəməsi iddia müddəti haqqında ərizənin hansı maddi hüquqi əsasla tətbiq olunmadığını qətnaməsində əsaslandırmamışdır. Kassatorun məhkəməyə təqdim etdiyi «iddia müddətinin tətbiqi haqqında» ərizəsi əsasında iddia müddətinin tətbiq olunmaması Azərba ycan Respublikası Mülki Məcəlləsinin 375.2, 373.2-ci maddələrinin pozuntusu kimi qiymətləndirilməlidir və qətnamənin ləğvi üçün əsas hesab olunmalıdır. Birinci instansiya məhkəməsində şahidlərin dindirilməsi də onu göstərir ki, razılaşma (müqavilə) yazılı deyil, şifahi olmuşdur. Göründüyü kimi həmin qəbz öz əlamətlərinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci və 739.1-ci maddəsinin tələblərinə cavab vermir və müqavilə deyil. İddiaçının sözlərindən belə anlaşılır ki, borc müqaviləsi tərəflər arasında şifahi bağlanılmışdır, bu qəbz isə sadəcə olaraq pulun təqdim olunmasını sübut edən sənəddir. Belə ki, həmin qəbzdə borc müqaviləsi üçün zəruri olan standart və mühüm şərtlər əks olunmamış, nə «borc verən»in, nə də «borc alan»ın öhdəlikləri yazılmamışdır. Azərbaycan Respublikas ının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 740.2-ci maddəsinə yeni redaksiya verilmişdir: «Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır». İş materiallarının 27-ci vərəqəsində olan qəbzə yazılı müqavilə kimi qiymət vermiş apellyasiya instansiyası məhkəməsi qəbzi yazılı razılaşma kimi qələmə verməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsini tətbiq etməmişdir. Bununla da maddi hüquq normasının tətbiqində səhvə yol verilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

14. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

15. Maddə 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır.

16. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kredito run) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

17. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

18. Maddə 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur.

19. Maddə 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə m üəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin.

20. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

21. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq ol araq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

24. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

25. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instans iyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apelly asiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

28. Bakı şəhəri Yasamal Rayon Prokurorluğunun 15.03.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Cavabdeh1 izahatında Gülnarənin 17500 manat məbləğində pulu hissə-hissə Fəxrəddin adlı şəxsə verdiyi və sonuncunun da, həmin pulu öz biznesinə yatıraraq ordan gələcək gəlirdən iddiaçıya verəcəyini bildirmişdir. Bundan başqa iş materiallarının 27-ci səhifəsinə əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı tərəfindən cavabdehə 500 ABŞ dolları (850 manat), 3364 manat, 800 ABŞ dolları (1360 manat), 1600 ABŞ dolları (2720 manat), 1000 manat, 2500 ABŞ dolları (4250 manat), 3800 manat məbləğində pul vəsaiti, cəmi 17344 manat verilmişdir. Həmin qəbz cavabdeh tərəfindən imzalanmışdır.

29. İddiaçı tərəfindən cavabdehə pul vəsaitinin verilməsi birinci instansiya məhkəməsi tərəfindən izahatları alınmış X2 və X1 tərəfindən də təsdiq edilmişdir.

30. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən cavabdehə 500 ABŞ dolları (850 manat), 3364 manat, 800 ABŞ dolları (1360 manat), 1600 ABŞ dolları (2720 manat), 1000 manat, 2500 ABŞ dolları (4250 manat), 3800 manat, cəmi 17344 manat məbləğində pul vəsaitinin verilməsi işin mübahisəsiz halıdır. Belə ki, məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili-nümayəndəsi Nümayəndə izahatında ilk əvvəl pul vəsaitinin ümumiyyətlə alımamasını bildirsə də, sonradan qeyd olunan pul vəsaitinin ca vabdeh tərəfindən valyuta mübadiləsi edilməsi üçün alınması, buna görə də, iş materiallarının 27-ci səhifəsində olan qəbzin sonuncu tərəfindən imzalanmasını və həmin pul məbləğinin cavabdeh tərəfindən 2017-ci il tərəfindən qaytarılmasını bildirmişdir. Lakin, iddiaçı bildirir ki, cavabdeh tərəfindən ümumi borcdan ona 2019-ci ilin dekabr ayında 2400 manat qaytarılmışdır. Cavabdeh isə 2017-ci ildə ümumi pulun qaytarılmasını israrla bildirir, lakin, buna dair məhkəməyə hər-hansı sübut təqdim edə bilmir. Cavabdeh tərəfindən 17344 manat pul vəsaitinin alınması təsdiq edildiyindən, həmin məbləğin 2017-ci il tarixdə qaytarılması isə sübuta yetirilmədiyindən məhkəmə kollegiyası hesab etmişdir ki, bununla bağlı sübutetmə vəzifəsi cavabdeh tərəfin üzərinə keçir.

31. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iş materiallarının 27-ci səhifəsində olan qəbzdə verilmiş pul vəsaitinin valyutasının bir qismi manatla olduğundan, cavabdeh tərəfin həmin pul vəsaitinin valyuta mübadiləsi aparılması məqsədi ilə verilməsinə dair izahatlarını tənqidi qiymətləndirilir. Belə olan halda, cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsinə dair ərizə tətbiq edilə bilməz. Belə ki, ümumi 17344 manat pul vəsaitindən 2019-cu ildə 2400 manat pul vəsaitinin qaytarılması öz təsdiqini tapır. Göründüyü kimi, iş materialları ilə iddia müddətinin ötürülməsi sübuta yetirilmir. Beləliklə, Cavabdeh1 tərəfindən İddiaçı qızının 17344 manat məbləğində pul vəsaitinin alınması, həmin pul vəsaitindən 2400 manatın qaytarılması və 14944 manat məbləğində ödənilməmiş borcun mövcud olması müəyyən edilir.

32. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

34. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasi ya şikayəti təmin olunmamalıdır.

35. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8533/2021 nömrəli iş üzrə 19 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Zaur Əliyev Hakimlər: Abiddin Hüseynov İlqar Xələfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar