Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1407/2025 13.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Mil-Muğan Regional Təhsil İdarəsinin Mirhüseyn Məmmədov adına Nizami kənd tam orta məktəbinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (məruzəçi), X10 və Zaur Əli oğlu Əliyevdən ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Mil-Muğan Regional Təhsil İdarəsinin Mirhüseyn Məmmədov adına Nizami kənd tam orta məktəbinə qa rşı “əmrin ləğv edilməsi və sair” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-281/2025 nömrəli, 21 yanvar 2025-ci il tarixli qətnaməsindən cavabdeh (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 13 iyun 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.2006-cı il tarixdən etibarən Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdində olan orta məktəblərdə müəllim kimi fəaliyyətə başlamışdır. xx.xx.2010-cu il tarixindən etibarən Sabirabad rayonu Təhsil Şöbəsində pedaqoji fəaliyyətini davam etdirmişdir. 2. xx.xx.2024-cü il tarixində Mil-Muğan Regional Təhsil İdarəsinin M.Məmmədov adına tam orta məktəbin direktoru Nümayəndə tərəfindən İddiaçı ilə bağlanmış 43 nöm rəli əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "c“ bəndi ilə xitam verilməsi barədə əmr verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçın cavabdeh Mil-Muğan Regional Təhsil İdarəsinin M.Məmmədov adına tam orta məktəbinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məktəbin direktoru Nümayəndə tərəfindən qəbul edilmiş 43 nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2006-cı il tarixdən etibarən Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəznində olan orta məktəblərdə müəllim kimi fəaliyyətə başlamışdır. Daha sonra, xx.xx.2010-cu il tarixdən etibarən Sabirabad rayonu Təhsil Şöbəsində pedaqoji fəaliyyətini davam etdirmişdir. İşlədiyi müddətdə rəhbərlik tərəfindən heç bir intizam cəzası almamışdır. İşinə daim məsuliyyətlə yanaşmış, vəzifə borcunu layiqincə yerinə yetirmişdir. Barəsində xx.xx.2024-cü il tarixində məktəbin direktoru Nümayəndə tərəfindən 43 nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmr verilmişdir. Qeyd edilən əmrlə razı deyildir. Təhsil sahəsində dövlətin vəzifələri kimi məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması proseduru sertifikatlaşdırma aparılmalıdır. O, X2 ilə xx.xx.2006-cı il tarixdə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahlarından xx.xx.2009cu il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X5 adlı iki övladları anadan olmuşdur.Tərəflər arasında nikah münasibətləri Sabirabad Rayon Məhkəməsinin 2(056)1526/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə rəsmi qaydada pozulmuşdur. Nikah münasibətləri pozularkən birgə nikahdan doğulmuş övladları onun himayəsində qalmışdır. “Təhsil Haqqında” Azərbaycan Respublikasının Qanununun 36-2.3-cü maddəsinə əsasən uşağını təkbaşına böyüdən kişilər sertifikatlaşdırmadan keçmirlər. xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək səhhəti ilə əlaqədar əmək qabiliyyətinin olmaması barədə tibb müəssiaəsi tərəfindən ******* nömrəli müvəqqəti işdən azad edilməsi barədə vərəqə təhs il müəssisəsinə təqdim edilmişdir. “Təhsil Haqqında” Qanununun 36-2.5-ci maddəsinə əsasən üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Göründüyü kimi, səhhəti ilə əlaqədar üzürlü səbəbdən sertifikatlaşdırmada iştirak edə bilməmişdir.
5. Məhkəmə iclası zamanı cavabdeh qismində dindirilmiş Mil-Muğan Regional Təhsil İdarəsinin M.Məmmədov adına tam orta məktəbin direktoru Nümayəndə izahatında bildirmişdir ki, iddiaçı sertifikatlaşdırmada iştirak etmədiyi üçün Sabirabad rayon Təhsil Şöbəsinin rəhbərliyi tərəfindən ona göstəriş verilə rək iddiaçının işinə xitam verilməsini bildirmişlər. O, məhkəmə qətnaməsi olduğunu, həmin qətnamədə İddiaçı himayəsində azyaşlı uşaqlar olmasının əksini tapdığını, azyaşlı uşaqlarını təkbaşına böyüdən ata olduğuna görə Kazımın sertifikatlaşdırmadan azad olunduğunu, buna görə onun işdən azad edilməsinin qanunsuz olduğunu bildirsə də, ondan müvafiq əmrin verilməsini tələb etmişlər. Bundan sonra o, məcbur olub İddiaçı işdən azad edilməsi ilə bağlı müvafiq əmr imzalamışdır. Qəbul etdiyi əmr əsassız və qanunsuzdur. Ona görə də o, iddianın təmin olunmasına etiraz etməmiş və İddiaçı işə bərpasına razı olduğunu bildirmişdir.
6. Sabirabad Rayon Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli 2(056)-2317/2024 saylı qətnaməsi ilə (hakim Səlim Allahverdiyev) iddia tələbi təmin edilərək İddiaçı “Azərbaycan dili və Ədəbiyyatı müəllimi” vəzifəsindən azad olunması barədə Muğan Regional Təhsil İdarəsinin M.Məmmədov adına tam orta məktəbin direktoru Nümayəndə xx.xx.2024-cü il tarixli 43 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı həmin məktəbin “Azərbaycan dili və ədəbiyyat müəllimi” vəzifəsinə bərpa edilməsi və ona məcburi işburaxma günlərinə görə əmək haqqı hesablanaraq ödənilməsi qət edilmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli əmr “Təhsil haqqında” Qanunun 36-2.3-cü maddəsi ilə ziddiyyət təşkil etmişdir. Belə ki, qeyd edilən normanın tələbinə görə, uşağını təkbaşına böyüdən kişilər sertifikatlaşdırmadan keçmirlər. Məhkəmə qətnaməsinin məzmunundan da görünür ki, hazırkı iddiaçı ilə arvadı arasında olan nikah müvafiq əmrin verilməsindən əvvəl məhkəmə qətnaməsi ilə pozulmuş, tərəflərin razılaşması ilə onların yetkinlik yaşına çatmayan uşaqları iddiaçının (İddiaçı) himayəsində qalmışdır. Qanuna əsasən uşağını təkbaşına böyüdən kişilər sertifikatlaşdırmadan keçmirlər.Göründüyü kimi, mübahisəli əmrdə həmin əmrin verilməsi üçün əsas kimi göstərilmiş iddiaçıpnın serfikatlaşdırmadan keçməməsi əsassızdır.
8. İddiaçı onun işdən azad edilməsi barədə olan əmrin ləğv edilməsi ilə yanaşı, onun işə bərpa edilməklə bərabər məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsini də tələb etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələ blərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam verilmişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır.
9. Məhkəmə gəldiyi nəticəni “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 36-2.3-cü maddəsi, Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsi, 68, 69, 70, 73, 74, 75, 71, 76 və 79-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 77.2, 217.4,,218.3, 233 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Cavabdeh apellyasiya şikayəti qə tnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə öz qərarını iddiaçının arvadı ilə arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinə itinad əsaslandırmış və əmək müqaviləsinə xitam verilməsi barədə əmrin Əmək Məcəlləsinin 79-cu maddəsinə əhəmiyyət verilməməsi ilə əlaqələndirmişdir. İddiaçının azyaşlı övladları xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X1 İddiaçı qalması barədə həmin sazişi məhkəmə xx.xx.2024-cü il tarixli 2(056)-1526/2024 nömrəli iş üzrə təsdiqləmişdir. Əlavə olaraq, “Mediasiya haqqında” Qanunun 31.4-cü maddəsinə görə tərəflər arasında mübahisə mediasiya vasitəsilə həll edildikdə barışıq sazişi məhkəməyə təqdim olunur. Məhkəmə təqdim edilmiş barışıq s azişini təsdiq etdikdə həmin iş üzrə icraata xitam verilir. İddiaçı arvadı X2 ilə xx.xx.2024-cü il tarixli barışıq sazişi Sabirabad Rayon Məhkəməsində baxılaraq 2(056)-1526/2024 nömrəli mülki iş üzrə xx.xx.2024-cü il tarixində təsdiqlənsə də, həmin qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yəni Sabirabad rayon Nizamikənd kənd tam orta məktəbin xx.xx.2024-cü il tarixli 43 nömrəli əmri rəsmiləşdirilərkən həmin qətnamə qüvvədə olmamışdır. Yəni məhkəmənin qanuni qüvvəyə minməmiş qətnaməsinin icrasının məcburiliyi nəzərdə tutulmamışdır. Sabirabad Rayon Məhkəməsi 2(056)1526/2024 nömrəli işi üzrə çıxarılmış qətnamə MPM-in 15.2-ci maddəsinin tələblərinə uyğun olaraq qanuni qüvvəyə minmədiyi üçün xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə azyaşlı uşaqlarını təkbaşına böyüdən kişilər üçün Əmək Məcəlləsində nəzərdə tutulmuş hüquqlar iddiaçıya şamil olunmamışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydaları”nın 5.2-ci bəndinə əsasən üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. 5.4-cü bəndə əsasən təkrar sertifikatlaş dırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi ildə yeni tədris ili başlayanadək Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir. İddiaçı xx.xx.2024-cü il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırma prosesində iştirak etmədiyi üçün onunla bağlanmış əmək müqaviləsin Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən 28 iyun 2024-cü il tarixdən ləğv edilmişdir. Sabirabad Rayon Məhkəməsinin 2(056)- 1526/2024 nömrəli iş üzrə qanuni qüvvəsini almamış qətnamənin icrası mümkünsüzdür.
12. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Mil-Muğan Regional Təhsil İdarəsinin nümayəndəsi X7 məhkəmə iclasında bildirmişdir ki, uşağını təkbaşına böyüdən kişilərin sertifikasiya imtahanında iştirak etmədiyi ona məlum olduğu üçün iddiaçı da həmin imtahandan azad olunmalı idi. O, “Mediasiya haqqında” qanunun 34.4-cü maddəsində qeyd edilən müddəanın “barışıq sazişinin könüllü icra edilməsi” hallarını ehtiva etməməsi, yəni onun məhkəmə tərəfindən təsdiq edilməsinə zərurət olmaması barədə məlumatsız olmuşdur. O, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
13. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(106)-281/2025 nömrəli iş üzrə 21 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Əhmədov Pərviz (sədrlik edən və məruzəçi), Kərimov Tale və İmanov Cahid) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanı lmışdır.
14. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmış apellyasiya instansiyası məhkəməsi mövqeyinə dair qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Həmçinin Əmək Məcəlləsinin 67-2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqında” Qanunda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər. Hamilə qadınların, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağ ını təkbaşına böyüdən kişilərin) sertifikatlaşdırılması keçirilmir. 15. “Təhsil haqqında” Qanunun 36-2.3-cü və 36-2.5-ci maddələrinə uyğun olaraq Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(056)-1526/2024 saylı qətnaməsində əksini tapmış xx.xx.2024-cü il tarixli barışıq sazişi və xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək səhhəti ilə əlaqədar olaraq xəstəlik vərəqəsi hazırkı tələbin əsaslı olmasını və cavabdehin mübahisəli əmrinin qanunsuz olmasını şərtləndirir.
16. Mübahisələndirilən əmrin məzmunu Əmək Məcəlləsinin 84-cü maddəsində əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununa dair müəyyən edilmiş tələblərə cavab vermir və həmin əmr əsaslandırılmadan formal qaydada tərtib edilmişdir.
17. Həmçinin adıçəkilən ə mrin verilməsinin real əsasları cavabdehin və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndələrinin izahatı ilə də müəyyən olunmuşdur.
18. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 35-ci, “Təhsil haqqında” Azərbaycan Respublikasınının Qanununun 362.3 və 36-2.5-ci maddələrinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-ci maddənin 2-ci hissəsinə, 44, 59, 68, 82, 83, 84, 300-cü və MPM-in 14, 77, 217, 218-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. Cavabdeh kassasiya şikyəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xah iş etmişdir.
20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-2-ci maddəsinin 2-ci hissəsi, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 36-2.3.2-ci maddəsi, “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 28.2.2-ci maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 1.4-cü bəndinin tələbləri pozulmuşdur. İddiaçı hesab edir ki, o, uşağını təkbaşına böyüdən kişi olduğu üçün sertifikatlaşdırmadan azad edilməli idi. Məhkəmələrdə onun göstərdiyi maddi hüquq normal arını düzgün şərh etməyərək iddiaçının dəlillərini əsaslı hesab edib, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişlər. Göstərilən maddi hüquq normalarında “uşağını təkbaşına böyüdən kişilər” ayrıca bənd kimi göstərilməmişdir. Həmin normalarda qadınlara aid edilən məhdudiyyətlər, yəni uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışmağı qanunvericilik uşağını təkbaşına böyüdən kişilərə də aid etmişdir. Mövcud qanunvericiliyin tələbinə görə uşağını təkbaşına böyüdən kişilərin sertifikatlaşdırmadan azad olunması üçün uşağının 3 yaşınadək sosial məzuniyyətdə olmalı və həmin məzuniyyət bitdikdən sonra 1 ildən az müddətdə müvafiq vəzifədə çalışmalıdır. Ona görə də 3 yaşdan böyük uşağını təkbaşına böyüdən və sosial məzuniyyətdə olmamış və həmin məzuniyyət bitdikdən sonra 1 ildən az müddətdə müvafiq vəzifədə çalışmamış kişinin sertifikatlaşdırmadan azad olunması ilə bağlı tələbi əsaslı hesab edilə bilməz.
21. Əmək Məcəlləsinin bir çox normalarında qadınlara məxsus hüquqlar uşağını təkbaşına böyüdən kişilərə də şamil edilir. Belə hüquqlardan biri də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 127-ci maddəsində nəzərdə tutulan qismən ödənişli sosial məzuniyyət hüququdur. Həmin maddəyə əsasən uşağa bilavasitə qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qanunvericiliklə müəyyən edilmiş məbləğdə müavinət verilən qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdirlər. Göründüyü kimi, əmək qanunvericiliyi qadınlar və ya kişilə r arasında heç bir fərq qoymadan uşağın üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qismən ödənişli sosial məzuniyyət hüququ vermişdir.Eyni məqsədlə sertifikatlaşdırmanı tənzimləyən qanunvericilik normaları da uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan işçiləri (qadınlar və ya uşağını təkbaşına böyüdən kişiləri) sertifikatlaşdırmadan azad etmişdir. Lakin hər iki instansiya məhkəməsi qeyd olunanları səhv şərh edərək yalnış qənaətə gəlmişdir ki, sosial məzuniyyətdə olmayan, 12 və 15 yaşında olan övladlarını təkbaşına böyüdən kişi də uşağını təkbaşına böyütdüyü üçün sertifikatlaşdırmadan azad olunmalıdır. Sabirabad rayonu Mirhüseyn Məmmədov adına Nizami kənd tam orta ümumtəhsil məktəbin “Təhs il haqqında” Azərbaycan Respublikasının Qanununun 36-2.5-ci maddəsinə və Qaydanın 5.2-ci bəndinə əsasən qanunvericilik üzürlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslərə bir dəfə fürsət verərək 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququ verir, lakin istənilən (üzürlü və ya üzürsüz) səbəbdən təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxsləri sertifikatlaşdırmadan keçməmiş hesab edir. Bu səbəblə də təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsinə sertifikatlaşdırmanın keçirildiyi tədris ilinin sonunda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməlidir.Bu da onu göstərir ki, iddi açı təkrar sertifikatlaşdırmada iştirak etmədiyindən onun barəsində sertifakatlaşdırmanın nəticələrinə dair Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təkrar sertifikatlaşdırmadan keçməyənlər barədə müvafiq əmrinin tətbiq edilməsi tamamilə qanuni olmuşdur. Baxmayaraq ki, apellyasiya məhkəməsi qətnaməsində iddiaçının xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək səhhəti ilə əlaqədar xəstəlik vərəqəsi əsasında təkrar sertifikatlaşdırmada iştirak edə bilməməsini üzürlü hesab etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kasassiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respubliasının Əmək Məcəlləsi
23. Maddə 67-2.2. Hamilə qadınların, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə mü vafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertifikatlaşdırılması keçirilmir.
24. Maddə 70, “c” bəndi. peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
25. Maddə 84. 1-ci hissə. Əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: işəgötürən dövlət orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda adı, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin vəzifəsi, soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, işəgötürən fiziki şəxs old uqda soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinə xitam verilməsinin əsası; həmin əsasla əmək müqaviləsinə xitam verilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinə xitam verilən gün, ay və il; əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.
26. Maddə
300. Əgər, işə götürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə t utulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
27. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
29. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılm amasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
31. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
32. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozun tu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
33. Maddə 36-2. Dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlər 5 (beş) ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sertifikatlaşdırmadan keçirlər. Dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
34. Maddə 36-2.3. Aşağıdakı şəxslər sertifikatlaşdırmadan keçmirlər: hamilə qadınlar; uş ağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 (bir) ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər); ilk dəfə işə qəbul olunanlar, 3 (üç) il müddətində; azı üç dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər.
35. Maddə 36-2.5. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu 28.1-ci maddə. Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisə lərində) işləyən təhsilverənlər 5 (beş) ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sertifikatlaşdırmadan keçirlər. Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. 28.2. Aşağıdakı şəxslər sertifikatlaşdırmadan keçmirlər: 28.2.1. hamilə qadınlar; 28.2.2. uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 (bir) ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər); 28.2.3. ilk dəfə işə qəbul olunanlar, 3 (üç) il müddətində; 28.2.4. azı üç dəfə sertifikatlaşdırm adan keçmiş şəxslər. 28.2-1. 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür. 28.4. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslərin 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququ vardır. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. 28.5. Təkrar sertifikatlaşdırmadan keçməyən şəxslərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işl əyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” 1.4-cü bənd aşağıdakı təhsilverənlər sertifikatlaşdırmadan keçmirlər: 1.4.1. hamilə qadınlar; 1.4.2. uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 (bir) ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər); 1.4.3. ilk dəfə işə qəbul olunanlar, 3 (üç) il müddətində; 1.4.4. azı 3 (üç) dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər. Kassasiya baxışının hədləri
36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri t ərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlili ilə razılaşır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətində istinad edilmiş maddi hüquq normaları düzgün tətbiq olunmadığından qətnamə ləğv edilərək iş yeni baxışa qaytarılmalıdır.
39. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı Sabirabad rayonu, Nizamikəndkənd M.Məm mədov adlı orta məktəbin müəllimi olmuş, sertifikatlaşdırma imtahanında iştirak etmədiyi üçün onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
40. Apellyasiya instansiyası məhkəməsi iddianın əsaslı olduğuna dair birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı “Təhsil haqqında” Qanununun 36-2.3-cü maddəsinə əsasən uşağı təkbaşına böyüdən kişi olaraq sertifikasiyadan keçirilməli olmadığı halda onun sertifikasiyaya cəlb edilməsi qanuni olmamışdır.
41. Kollegiya bu mövqe ilə razılaşmayaraq qeyd edir ki, həm “Təhsil haqqında” Qanununun 36-2.3-cü maddəsi, həm “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 28.2-ci maddəsi, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəl i Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 1.4-cü bəndində uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 (bir) ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar qanuna əsasən sertifikasiyadan azad edilmiş və qeyd edilən normalarda eyni vəziyyətdə olan, yəni 3 yaşınadək uşağı olan və uşağını təkbaşına böyüdən kişilərin də bu hüquqa malik olduğu nəzərdə tutulmuşdur.
42. Məhkəmə tərəfindən iddiaçıya bu normaların şamil edilməli olub-olmadığını müəyyənləşdirməsi üçün aşağıdakı şərtlər yoxlanılmalı idi: sertifikasiyaya qədər iddiaçının uşağını təkbaşına böyüdən kişi statusu qazanıb-qa zanmadığı və himayəsində olan uşaqlar 3 yaşınadək olub-olmadığı.
43. Hazırkı halda isə məhkəmələr tərəfindən işin hallarına “Təhsil haqqında” Qanununun 36-2.3-cü maddəsinin dispozisiya şərtlərinə uyğun hüquqi qiymət verilməmişdir.
44. Apellyasiya məhkəməsi iddianın əsaslı olduğuna dair mövqeyini eyni zamanda belə əsaslandırmışdır ki, sertifikasiya imtahanı keçirildiyi tarixdə iddiaçı üzürlü səbəbdən iştirak edə bilməmiş, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək xəstə olması barədə sübut təqdim etmişdir. 45. “Təhsil haqqında” Qanununun 36-2.5-ci maddəsində qeyd edilir ki, üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Q eyd edilən normanın tələbinə əsasən sertifikasiya imtahanında iştirak etməkdən üzürlü səbəbə görə azad edilmə yalnız ilk sertifikasiya imtahanında mümkündür. Həmin normanın ikinci cümləsində təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslərin sertifikatlaşdırmadan keçməmiş hesab olunduğu qeyd edildiyindən müəyyən olunur ki, təkrar sertifikasiya imtahanında iştirakdan üzürlü səbəblərə görə azad olma nəzərdə tutulmamışdır. 46. “Təhsil haqqında” Qanununun 36-2.5-ci maddəsinə əsasən iddiaçının sertifikatlaşdırma imtahanında üzürlü səbəbdən iştirak etməmək hüququnun olubolmadığına hüquqi qiymət verilməsi üçün məhkəmə iştirak etməmə səbəbinin üzürlü olubolmadığı araşdırmazdan əvvəl, ilk növbədə iddiaçının iştirak etmədiyi imtahanın ilk və ya təkrar sertifikatlaşdırma imtahanı olduğunu araşdırm alıdır.
47. Kollegiya eyni zamanda qeyd edir ki, iddiaçının işdən azad edilməsi barədə əmrin məzmununun qanunvericiliyin tələblərinə cavab vermədiyinə dair apellyasiya instansiyası məhkəməsinin mövqeyi kifayət qədər aydın əsaslandırılmamış, əmrin məzmununda Əmək Məcəlləsinin 84-cü maddəsində nəzərdə tutulmuş hansı məlumatın öz əksini tapmadığı qeyd edilməmişdir.
48. Əmək Məcəlləsinin 84-cü maddəsinin 3-ci hissəsində qeyd edilir ki, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Həmin maddənin 2-ci hissəsində qeyd edilmişdir k i, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.
49. Kollegiya qeyd edir ki, məhkəmə qeyd edilən normaya istinad edərək əmri məhz məzmununun qanuna uyğun tərtib edilməməsinə görə etibarsız hesab edərkən nəzərə almalıdır ki, 84-cü maddənin 2-ci hissəsində əmrin məzmununda hər hansı məlumatın qeyd edilməməsi həmin əmrin etibarsızlığını şərtləndirən mütləq əsas kimi qeyd edilməmiş, qanunvericilik işin hallarını nəzərə alaraq bununla bağlı qiymətləndirmə səlahiyyətini məhkəməyə aid etmişdir. Hazırkı halda mübahisələndirilən qətnamədə qeyd edilən qaydada qiymətləndirmə öz əksini tapmamışdır.
50. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2025-ci il tarixli, 2(106)281/2025 nömrəli qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalıdır.
51. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2025-ci il tarixli, 2(106)-281/2025 nömrəli qətnaməsi ləğv edilsin. İş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.