Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1408/2023 19.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi a nun maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı QƏRARİ Açar sözlər: işləmə faktının müəyyən edilməsi, sübutetmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhliman Xıdırov (məruzəçi), Elşad Şamayev və Elşanə Vəliyevadan ibarət tərkibdə, Ərizəçi a oğlunun maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı işləmə faktının müəyyən olunması tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 noyabr 2022-ci il tarixli, 2(105)-2105/2022 nömrəli qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti İnfrastruktur Departamenti 2 nömrəli Biləcəri Yol sahəsi tərəfindən verilmiş 63 nömrəli xx.xx.2020-ci il tarixli arayışna əsasən a oğlu həqiqətən "xxxx" Biləcəri yol distansiyasında, hal-hazırda "xxxx" İnfrastruktur Departamentinin 2 nömrəli Biləcəri yol sahəsi adlandırılan sahədə xx.xx.1994-xx.xx.2007ci il, xx.xx.2010-xx.xx.2016-cı il, xx.xx.2020-xx.xx.2020-cı ilə qədər yol montyoru işləmış. Əmək şəraiti zərərli və ağır olduğuna görə,işçiyə işlədiyi müddət ərzində əmək şəraitinə görə 12% həcmində əmək haqqı ödənilir və 11 təqvim günü məzuniyyətə əlavə gün verilirir. Güzəştli şərtlərə yaşa görə əmək pensiyası hüququ verən peşələrdə ümümi əmək stajı xx.xx.2020-ci il tarixə 19 il 6 ay təşkil edir.
2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərə Təyinat üzrə Mərkəzi filialının ərizəçi a oğluna ünvanladığı güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında xx.xx.2020-ci il tarixli **********4 nömrəli məktuba əsasən 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən (21 il 7 ay 14 gün), güzəştli iş stajınız isə 12 il 6 aydan az (11 il 11 ay) təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat
3. Ərizəçi a oğlu maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Zəngilan rayonu Şərab zavodunda xx.xx.1979-cu il tarixdən xx.xx.1993-cü il tarixə kimi çilingər vəzifəsində işləməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.Sonradan ərizəçi tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1979-cu ildən xx.xx.1980-ci ilə kimi Zəngilan rayonu Şərab zavodundan çilingər, xx.xx.1982-ci ildən xx.xx.1986-cı ilə kimi Zəngilan rayonu, Şərab zavodunda çilingər, xx.xx.1986-cı ildən xx.xx.199 2-ci ilə kimi Zəngilan rayonu, Şərab zavodunda tulantı sex rəisi, xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilə kimi Zəngilan rayonu, Şərab zavodunda çilingər vəzifəsində işləməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi güzəştli şərtlərlə pensiya təyinatının verilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi filialına ərizə ilə müraciət edərək bütün sənədlərini təqdim etmişdir. Lakin həmin illərdə işləməsini təsdiq edən əmək kitabçası işğal ərazisində qalmışdır. Ərizəçi pensiyaya çıxmaq istəyir, sənədlərini ƏƏSMN yanında DSMF-nın Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına təqdim etmiş, l akin orada imtina edilərək bildirilmişdir ki, onun pensiyaya çıxması üçün azı 25 il sığorta stajı tələb olunur.
5. İş materiallarına əlavə edilmiş, Zəngilan Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsinə əsasən Zəngilan rayon sakini Şahid2 xx.xx.1974-cü il tarixdən xx.xx.1993-cü il tarixədək Zəngilan rayonunun Şərab zavodunda əmək münasibətlərində olması faktı müəyyən edilmişdir.
6. İş materillarında olan,Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərə Təyinat üzrə Mərkəzi filialının ərizəçi a oğluna ünvanladığı güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubuna əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 -ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olm ayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa v ə staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993- cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.“Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanla r üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır.Mərkəzi Filiala təqdim olunan 9 may 1994-cü il tarixli MT-İ ******* nömrəli əmək kitabçaya əsasən, ərizəçinin 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən (21 il 7 ay 14 gün), güzəştli iş stajınız isə 12 il 6 aydan az (11 il 11 ay) təşkil edir.Bundan başqa fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyi uyğun olaraq ərizəçiyə münasibətdə 42956,00 manat hesablandığı halda, fərdi hesabını sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 20223,93 manat təşkil edir.Qeyd olunanları nəzərə alaraq ərizəçiyə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinat qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
7. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, ərizəçini rayondan tanıyır, amma qohum deyillər. 1982-ci ildə universiteti bitirdikdən sonra onun təyinatını Zəngilan rayonuna vermişlər və o, orada baş mühəndis kimi işə başlamışdır. O işə başlayanda artıq ərizəçi orada işləyirdi. Ərizəçi sonradan onun yanında master kimi işləmiş, belə ki, ərizəçi xarab olan əşyaları düzəldirmişdir. Ərizəçi bir müddət tullantı sex rəisi kimi də işləmişdir. Ərizəçinin işlədiyi sex elə zavoda aid, zavodun nəzdində olmuşdur. Şərab z avodunun nəzdində birneçə sexləri olmuşdur. Rayon işğal olana kimi də həmin zavodda işləmişdir. Bütün işçilərin əmək kitabçaları isə işğal zonasında qalmışdır. O, sonradan öz əmək kitabçasını bərpa etmişdir.
8. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, özü təqaüdçüdür. Ərizəçi isə onun iş yoldaşı olmuşdur. O,1974cü ildən 1993-cü ilə kimi zavodda işləmişdir. Ərizəçi isə 1979-cu ildən işə gəlmiş, sex rəisi kimi işləmiş, onlar isə fəhlə olmuşlar. Ərizəçi hərbi xidmətə gedib gələndən sonra yenə həmin zavodda işləmişdir. Ərizəçi aparatlar xarab olanda onları təmir etmişdir.
9. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsinə bildirmişdir ki, ərizəçi onun iş yoldaşı olmuşdur. Onlar 1979-cu ildən 1993-cü ilə kimi Zəngilan rayon şərab zavodunda iş ləmişlər. Onun əmək kitabçası yoxdur. O, təxmini 1978-ci ildən işləmişdir. Rövşən ondan bir il sonra işə başlamışdır. Toxum üyüdən və master işləmişdir. Rayon işğal olana kimi onlar X8 işləmişlər.
10. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə1 ərizəni qəbul etməyib ərizəyə etiraz verərək izahatında bildirmişdir ki, 2(034)-307/2022 nömrəli iş üzrə ərizə əsassızdır və təmin edilməməlidir. Belə ki, xx.xx.1961-ci il təvəllüdlü Ərizəçi xx.xx.2020-ci il tarixdə Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin sözügedən filial tərəfindən 18 noyabr 2020- ci il tarixli **********4 nömrəli məktubda təqdim edilmiş sənədlərə əsasən, xx.xx.2006cı il tarixədək ümumi iş stajının 25 ildən, güzəştli iş stajının isə 12 il 6 aydan az təşkil etməsi, həmçinin fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi səbəbindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasının mümkün hesab edilmədiyi bildirilmişdir. Daha sonra Ərizəçi xx.xx.1979-cu il tarixdən xx.xx.1993-cü il tarixədək Zəngilan rayonu Şərab Zavodunda işləməsi faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Ərizəçi xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək hərbi xidmətdə olmuşdur. Ərizəçinin hərbi xidmətdə olduğunu təsdiq edən hərbi bilet inzibati orqana müra ciət ərizəsinə əlavə olunaraq təqdim edilmişdir. Bu səbəbdən həmin illər məhkəmə qaydasında təsdiq edilməsi tələb edilən dövrlərə daxil edilə bilməz. İş materiallarında olan Ərizəçi tərəfindən inzibati orqana təqdim edilmiş xx.xx.2020-ci il tarixli ərizədə xx.xx.1979-cu ildə Zəngilan rayonu Şərab zavodunda çilingər vəzifəsində işə qəbul olunduğunu, 1980-1982-ci illərdə hərbi xidmətdə olduğunu, xx.xx.1983-cü il tarixdən 1993-cü ilin oktyabr ayınadək sözügedən zavodda eyni vəzifədə işlədiyini, həmin tarixdən sonra Zəngilan rayonu işğal edildiyindən əmək kitabçasının orada qaldığını bildirmişdir. Lakin məhkəməyə təqdim olunmuş ərizədə isə xx.xx.1979-cu il tarixdən xx.xx.1986-cı il tarixədək Zəngilan rayonu Şərab zavodunda tullantı sex rəisi, 1986-1993-cü illərdə isə çilingər vəzifəsində işləd iyini bildirmişdir. Göründüyü kimi, ərizəçi tərəfindən təqdim olunmuş ərizələrdə qeyd olunan məlumatlar arasında (işlədiyi vəzifə və tarixlər) ziddiyyətlər vardır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalan”nın 3.2.2-ci bəndinə uyğun olaraq, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qa nuni qüvvəyə minmiş qərarı əsasında sosial sığorta stajı müəyyən edilir.Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 2007- ci il 24 sentyabr tarixli, 6 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması qaydalarının 2.5-ci maddəsinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığortaolunanların (o cümlədən, qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər K abinetinin xx.xx.1992-ci il tarixli 638 №-li Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə əsasən də iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə isdən tanıyan və ərizəçinin isini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir.Normativ sənədin də məzmunundan göründüyü kimi iş stajının təsdiq olunması üçün:Ən azı iki nəfər şahid olmalı,Şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli),ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır.Bu müddəa Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il 03 saylı Qərarında öz əksini tapmışdır.Həmin Qərarın 13.4cü bəndinə görə, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə ver ən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Normativ sənədin də məzmunundan göründüyü kimi şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli) və ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır.Müəyyən edilmiş səbəblər üzündən iş stajı barədə sənədlərin təqdim edilməsi mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı iş stajını təsdiq edən sənəd kimi qəbul edilmişdir.Lakin məhkəmə qərarı ilə iş stajı yalnız şahid ifadələrinə əsasən müəyyən edildikdə, ifadə verən ən azı iki şahid ərizəçi ilə bir idarədə həmin müddətdə birgə i şləmələri barədə öz sənədlərini təqdim etməlidirlər.İş stajının məhkəmə qərarı əsasında müəyyən edilməsi o halda qanuni hesab edilməlidir ki, yuxarıda qeyd olunan şərtlər gözlənilmiş olsun.Lakin iş materiallarından göründüyü kimi, Ərizəçi sözügedən müəssisədə işləməsinə dair ifadə verən şahidlərdən yalnız birinə məxsus məhkəmə qətnaməsi mövcuddur. Digər şahidlərin isə sözügedən dövrlərdə əmək fəaliyyətini təsdiq edən nəinki əmək kitabçası, işləməsi faktının müəyyən edilməsinə dair bu və ya digər sənəd (məhkəmə qətnaməsi) təqdim edilməmişdir. Eyni zamanda, Əsasnamənin eyni bəndinin tələbinə görə şahid ifadələrinə əsasən müəyyən olunan əmək stajı dövrü bu hallarda pensiya təyinatı üçün tələb olunan iş stajının yarısından artıq ola bilməz (o cümlədən, imtiyazlı şərtlərlə). Lakin Ərizəçi 14 il 5 ay 23 gün işləməsi faktı tələb edilən 25 il sığorta stajının yarısından çox olduğundan qanunauyğun hesab edilə bilməz. Maraqlı şəxsin nümayəndəsi izahatında əlavə olaraq bildirmişdir ki, vəzifələr arasında uyğunsuzluqlar var. Belə ki, onlara iki ərizə təqdim olunmuş, məhkəməyə təqdim edilmiş ərzədə isə uyğunsuzluq olmuşdur. Onlar əmək kitabçası olmadığı dövrləri əmək siajına daxil etməmişlər.Sonda maraqlı şəxsin nümayəndəsi sadaladıqlarını nəzərə alaraq, məhkəmədən 2(034)-307/2022 nömrəli mülki iş üzrə a oğlunun “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə” dair ərizəsinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
11. Zəngilan Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli, 2(034)-307/2022 saylı qətnaməsi ilə ərizə təmin edilmiş, ərizəçi a oğlunun xx.xx.1979-cu il dən xx.xx.1980-ci ilə kimi Zəngilan rayonu Şərab zavodunda çilingər,xx.xx.1982-ci ildən xx.xx.1986-cı ilə kimi Zəngilan rayonu, Şərab zavodunda çilingər, xx.xx.1986-cı ildən xx.xx.1992-ci ilə kimi Zəngilan rayonu, Şərab zavodunda tullantı sex rəisi, xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilə kimi Zəngilan rayonu, Şərab zavodunda çilingər vəzifəsində işləməsi faktının müəyyən olunması qət edlmişdir (hakim Gülsarə İmanova).
12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ərizəçi 1979-cu ildən 1980-ci il kimi Zəngilan rayonu Şərab zavodunda işləmiş, 1980-ci ildə həqiqi hərbi xidmətə getdiyi üçün işdən azad edilmiş, 1982-ci il tarixdə həqiqi hərbi xidmətdən təxris olunduqdan sonra elə həmin ildə də təkrar olaraq yenidən zavodda işə başlamışdır.Ərizəçinin işlədiyi müddətləri hesabladıqda onun sos ial sığorta stajı tamam olmuşdur.
13. Beləliklə də, ərizəçinin Şərab zavodunda çilingər vəzifəsində işləməsi faktı məhkəmə araşdırması zamanı onun və məhkəmə iclasında dindirilmiş şahid ifadələri ilə tam sübuta yetirildiyindən a oğlunun qeyd edilən müddətlər ərzində Zəngilan rayon Şərab zavovunda çilingər işləməsi faktını təsdiq edən lazımi sənədləri bərpa etmək mümkün olmadığından, həmçinin bu hüquqi əhəmiyyətli olduğundan, məhkəmə hesab etmişdir ki, onun ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır.
14. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 60-ci maddəsinə 1-ci, 71ci maddəsinin 6-cı və 7-ci, 127-ci maddəsinin 4-cü bandələrinə, «İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları» haqqında Azərbaycan Respublikası Nazirlər Kabi netinin 1996-cı il 26 dekabr tarixli 186 saylı qərarının 1.1-ci, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.2-ci, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 2007-ci il 24 sentyabr tarixli, 6 saylı Qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa və MPM-nin 14.2,88-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
15. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının nümayəndəsi apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv ləğv edilməsini və ərizənin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmi şdir.
16. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, ərizəçi 1979-cu ildən 1983-cü ilə qədər X6 fəhlə işləməsini iddia edərək 3 şahidi vardır. Şahidlərdən Paşayev Füzulinin əmək kitabçası olub və o, 1982-ci ildən 1994-cü ilə qədər həmin zavodda işlədiyini iddia edir. Paşayev Füzulinin fəhlə vəzifəsindən azad olunması xx.xx.1994-cü il tarixə təsadüf edir. Zəngilan rayonu xx.xx.1993-cü ildə işğal olunub. Həmin tarixdən sonrakı dövrə Zəngilan rayonunda əmək fəaliyyəti ilə məşğul olmaq barədə hər hansı qeydin olması absurddur. İkinci şahid Bəsti Eyvazova ifadə verərək bildirib ki, 1979-1993-cü illərdə sözügedən zavodda fəhlə işləyib. Ərizəçi də onunla bir yerdə işləyib. Sabiq hakim İlyas Mahmudovun barəsində başlanılmış cinayət işinə dair ittiham aktında Bəsti Eyvazova dindirilərkən əm ək stajını saxta olaraq əldə etdiyini etiraf etmişdir. Digər şahidin qətnaməsində də Bəsti Eyvazova şahiddir.
17. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 noyabr 2022-ci il tarixli, 2(105)-2105/2022 nömrəli qətnaməsi ilə (hakimlər: L.M.Məmmədova (sədrlik edən və məruzəçi), T.O.Quliyev və G.F.Tağızadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə raılaşaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir.
19. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni əsaslandırarkən qeyd etmişdir ki, birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ərizəçi a oğlu xx.xx.1979cu ildən xx.xx.1980-ci ilə kimi Zəngilan rayonu Şərab zavodundan çilingər, xx.xx.1982-ci ildən xx.xx.1986-cı ilə kimi Zəngilan rayonu, Şərab zavodunda çilingər, xx.xx.1986-cı ildən xx.xx.1992-ci ilə kimi Zəngilan rayonu, Şərab zavodunda tulantı sex rəisi, xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilə kimi Zəngilan rayonu, Şərab zavodunda çilingər vəzifəsində işləmiş,1993-cü ilin oktyabr ayının 28-də rayonun ermənilər tərəfindən işğal edilməsi ilə əlaqədar Zəngilan rayonunu tərk etmək məcburiyyətində qalmış və rayonu tərk edərkən əmək kitabçasını götürmək mümkün olmamışdır. Ərizəçinin yaşa görə pensiya yaşına çatdığı üçün işlədiyi müddəti n təsdiq edilməsi zərurəti yaranmışdır, lakin onun işlədiyi qurum hal-hazırda fəaliyyət göstərmir və əmək kitabçasını bərpa etmək mümkün olmamışdır. Ərizəçi bununla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərə Təyinat üzrə Mərkəzi filialının ona güzəştli şərtlərlə pensiya təyinatı ilə bağlı müraciət etmiş, lakin cavabdeh təşkilat bundan imtina edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayı güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olması, onun isə may 1994-cü il tarixli HT-İ ***** ** nömrəli əmək kitabçasından göründüyü kimi, onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən (21 il 7 ay 14 gün), güzəştli iş stajınız isə 12 il 6 aydan az (11 il 11 ay) təşkil etməsi bildirilmişdir.Araşdırma zamanı müəyyən edilmişdir ki, ərizəçi 1979-cu ildən 1980-ci il kimi Zəngilan rayonu Şərab zavodunda işləmiş, 1980-ci ildə həqiqi hərbi xidmətə getdiyi üçün işdən azad edilmiş, 1982-ci il tarixdə həqiqi hərbi xidmətdən təxris olunduqdan sonra elə həmin ildə də təkrar olaraq yenidən zavodda işə başlamışdır. Ərizəçinin işlədiyi müddətləri hesabladıqda onun sosial sığorta stajı tamam olmuşdur.
20. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, məhkəmə ərizənin təmin edilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur.
21. Məhkəmə kolegiy ası hesab edir ki, birinici instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə əsaslıdır.
22. Belə ki, iş hallarından görünür ki, ərizəçi a oğlu xx.xx.1979-cu ildən xx.xx.1980ci ilə kimi Zəngilan rayonu Şərab zavodundan çilingər, xx.xx.1982-ci ildən xx.xx.1986-cı ilə kimi Zəngilan rayonu, Şərab zavodunda çilingər, xx.xx.1986-cı ildən xx.xx.1992-ci ilə kimi Zəngilan rayonu, Şərab zavodunda tulantı sex rəisi, xx.xx.1992-ci ildən xx.xx.1993cü ilə kimi Zəngilan rayonu, Şərab zavodunda çilingər vəzifəsində işləmiş,1993-cü ilin oktyabr ayının 28-də rayonun işğal edilməsi ilə əlaqədar Zəngilan rayonunu tərk etmək məcburiyyətində qalmış və rayonu tərk edərkən əmək kitabçasını götürmək mümkün olmamışdır.
23. Ərizəçinin qeyd edilən müəssisədə işləməsi şahid ifadələri ilə müəyyən edilir. Belə ki, m əhkəmə kollegiyasının iclasında dindirilmiş Şahid1 göstərdi ki, Ərizəçi 1979-cu ildən onunla işləyib, 1982-1986-cı illərdə çilingər, 1986-cı ildən 1992-ci ilə qədər sex rəisi olub. 1992-1993-cü illərdə isə çilingər vəzifəsində təkrar fəaliyyət göstərib. Sabiq hakim İlyas Mahmudov onun barəsində saxta qətnamə çıxarıb. Amma onlar Zəngilan Rayonunda bir yerdə işləyiblər. 1993-cü ilə qədər həmin zavodda işləyib.
24. Məhkəmə kollegiyasının iclasında dindirilmiş Şahid2 göstərdi ki, Ərizəçila 1979-cu ildən X8 iş yoldaşı olub. O, 1974-cü ildən həmin zavodda işləyib. Ərizəçi işçisi olub, fəhlə kimi fəaliyyət göstərib. Zavodda təxminən 150-yə qədər işçi var idi. Ərizəçi 1979-1986-cı illərdə həmin zavodda çilingər, 1986-1992-ci illərdə sex rəisi, 1992-1993-cü illərdə yenidən çilingər işləyib.
25. Məh kəmə kollegiyasının iclasında dindirilmiş şahid X4 göstərdi ki, Zəngilan rayonunda şərab zabovunda 1976-cı ildən işləyib, ərizəçi 1979-cu ildə həmin zavoda gəlib, 1979-cu ildən 1980-cı ilə qədər işləyib, hərbi xidmətə gedib, 2 ildən sonra gəlib, 1982-ci ildən 1993-cü ilə qədər çilingər işləyib. Ərizəçi çilingər, sex rəisi, sonra yenidən çilingər işləyib. Özünə məxsus əmək kitabçasını rayon işğal olunamamışdan əvvəl öz istəyi ilə müəssisədən alıb.
26. Məhkəmə kollegiyasının iclasında dindirilmiş şahid X7 bildirdi ki, Kalinin adına sovxozda işləyib, şərab zavodu soxvozun tərkibində olub. Sovxozda 1975-ci ildən işləyib, ərizəçi 1979-cu ildən şərab zavodunda işləyib, 1983-cü ildə zavod soxvozdan ayrılıb. Ərizəçi həmin dövrdə də zavodda işləyib.
27. Azərbaycan Respublikası Konstitusiyasının 60- ci maddəsinə 1-ci bəndinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71ci maddəsinin 6-cı və 7-ci bəndlərində göstərilir ki, Azərbaycan Respublikasının ərazisində insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Konstitusiyanın 127-ci maddəsinin 4-cü bəndində göstərildiyi kimi ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir.
28. «İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları» haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 saylı qərarının 1.1-ci maddəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.
29. «Əmək pensiyaları haq qında» Azərbaycan Respublikası Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət soial sığorta haqları ödəmək şərti ilə)və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.
30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
31. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə i şlərə baxır.
32. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
33. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında qeyd olunmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 01 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pe nsiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri ba şqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir.
34. Plenum həmçinin əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı olduğunu qeyd etməklə, yazılı sübutların olubolmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməli olduğunu nəzərə çatdırmışdır. 35. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2.2-ci yarımbəndinə uyğun olaraq əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında sosial sığorta stajı müəyyən edilir.
36. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun kollegiyasının 6 nömrəli, 24 sentyabr 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması Qaydaları»nın 2.5-ci bəndinə görə də əmək fəaliyyəti barəsində sənədlər ü zürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığorta olunanların o cümlədən qaçqın və məcburi köçkünlərin sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir.
37. Göründüyü kimi, qeyd edilən qərara görə əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir.
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinin tələbinə görə məhkəmə qaydasında müəyyən edilməli fakt hər şeydən əvvəl mövcud olmalı və həmin faktın təsdiqi üçün ərizəçi lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
39. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixl Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə əsasn iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nə fərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Normativ sənədin də məzmunundan göründüyü kimi şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli) və ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır.
40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan Sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir.
41. Məhkəmə kollegiyası hesab edir ki, ərizəçinin qeyd edilən işlərdə xx.xx.1979cu ildən xx.xx.1980-ci ilə kimi Zəngilan rayonu Şərab zavodundan çilingər, xx.xx.1982-ci ildən xx.xx.1986-cı ilə kimi Zəngilan rayonu, Şərab zavodunda çilingər, xx.xx.1986-cı ildən xx.xx.1992-ci ilə kimi Zəngilan rayonu, Şərab zavodunda tulantı sex rəisi, xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilə kimi Zəngilan rayonu, Şərab zavodunda çilingər vəzifəsində işləməsi həmin müəssisədə işləmiş şəxslərin ifadələri ilə təsdiqini tapmışdır.
42. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, məhkəmə haqlı olaraq belə nəticəyə gəlmişdir ki, ərizə təmin edilməlidir.
43. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən b u Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
44. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
45. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və q anunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur.
46. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
47. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
48. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübu tları araşdırmalı və onlardan istifadə etməlidir.
49. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
50. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. 51. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudov Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit proba tion”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.
52. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün Şahid2 şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsd iqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir.Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
53. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2-ci bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına u yğun olsun.
54. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iş üzrə toplanılmış sübutlara məcmu halında qiymət verməklə belə nəticəyə gəlmişdir ki, ərizə təmin edilməlidir.
55. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
56. Bundan başqa müəyyən edilmişdir ki, apellyant apelyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etsə də şikayətini əsaslandıra bilməmiş, buna dair hər hansı bir sübut təqdim etməmişdir. Həmçinin şahid qismində dindirilmiş Bəsti Eyvazovanın əmək stajını saxta olaraq əldə etməsi barədə dəlilə qiymət verərək məhkəmə kollegiyası qeyd edir ki, həmin şahid ifadəsi şübhə doğursa da, həmin illər ərzində həmin müəssisədə işləmiş və əmək kitabçaları ilə həmin müəssisədə iş ləmələri təsdiq edilmiş şahidlərin ifadələri ilə ərizəçinin həmin illər ərzində qeyd edilən vəzifələrdə işləməsi faktı təsdiqini tapmışdır
57. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 60-ci maddəsinə 1-ci, 71ci maddəsinin 6-cı və 7-ci, 127-ci maddəsinin 4-cü bandələrinə, «İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları» haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 saylı qərarının 1.1-ci, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.2-ci, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə, Azərbaycan Respublikası Dövlət Sosial Mü dafiə Fondunun Kollegiyasının 2007-ci il 24 sentyabr tarixli, 6 saylı Qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa, və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarına, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa və MPM-nin 14.2, 76.1, 76.2, 77.1, 80, 81-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
58. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əh alinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə X12 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 noyabr 2022-ci il tarixli, 2(105)-2105/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və ərizənin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
59. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci və 104.3-cü maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli qərarının tələbləri pozulmuşdur.İnzibati orqana təqdim edilmiş ərizə ilə ərizəçinin məhkəməyə təqdim etdiyi iddia ərizəsini qarşılaşdırılsa, ərizəçinin istər cavabdeh inzibata orqana təqdim etdiyi istərsə də məhkəməyə təqdim etdiyi iddia ərizəsində onun Zəngilan rayonu Şərab zavodunda işlədiyi tarixlər və tutduğu vəzifələr arasında ziddiyyət olduğu aşkar olunacaqdır. İlk öncə bildirmək istərdik ki, məhkəmə qətnamə qəbul edərkən şahid ifadələrinə əsaslanmış lakin həmin şahidlərin əmək kitabçaları sübut kimi qiymətləndirməmişdir. Belə ki, qanunverciliyin tələbləri baxımından şahid ifadələri sübut hesab olunsa da, həmin sübutun əsasını həmin şahidlər ə məxsus əmək kitabçaları təşkil etdiyindən məhkəmə həmin əmək kitabçalarına da sübut kimi hüquqi qiymət verilməli idi. İkincisi, bəzi şahid ifadələri ərizəçinin işlədiyi müddəti təsdiq etsə də, ifadədə həmin şahidin özünün harada və nə zaman işləməsi ilə bağlı məlumat öz əksini tapmamışdır. Belə ki, iş üzrə şahid X2 ifadəsində şahidin özünün nə zaman həmin zavodda işləməsi barədə məlumat yoxdur. İfadəyə əsasən şahid 1976-cı ildən həmin zavodda işləyib. İş üzrə digər şahid X3 ifadəsinə əsasən “1982-ci ildən universiteti bitirdikdən sonra onun təyinatı Zəngilan rayonuna verilmiş və o, orada baş mühəndis kimi işə başlamışdır”. Göründüyü kimi şahid X1 şahid X3 da ifadəsindən onun harada və nə zaman işləməsini müəyyən etmək olmur. Həmçinin qeyd edilməlidir ki, şahid X5 ifadə verərkən əmək kita bçasının olduğunu və qeyd edilən illərin kitabçada əks olunduğunu bildirmişdir. O bununla bağlı aşağıdakı şəkildə ifadə vermişdir: “Bütün işçilərin əmək kitabçaları isə işğal zonasında qalmışdır. O, sonradan öz əmək kitabçasını bərpa etdirmişdir”. Göründüyü kimi, şahidin adına sözügedən zavod tərəfindən əmək kitabçası verildiyi və əmək kitabçası onun özündə olduğu halda, onunla bir zavodda işləmiş ərizəçiyə əmək kitabçasının verilməməsinin səbəblərini aydınlaşdırmamış, qanunvericiliyin tələblərinə hüquqi qiymət verməmişdir. Məhkəmə qətnaməsində qeyd edilən şahidlərə məxsus əmək kitabçası sübut kimi qeyd edilmədiyindən və ifadədə şahidlərin hansı illərdə zavodda işləməsi barədə olmadığından qeyd olunan şahidlərin ifadələri sübut kimi hesab oluna bilməz.
60. İş materiallarından göründüyü kim i,ərizəçinin həmin sovxozda işləməsi faktını müəyyən etmək üçün tələb olunan şahidlərin əmək kitabçaları məhkəməyə təqdim edilməmişdir. Alınma mənbəyini göstərə bilmədən şahid tərəfindən verilən məlumatlar sübut hesab edilmir.
61. İş üzrə şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməmişdir.
62. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
63. Ərizəçi a oğlu kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 noyabr 2022-ci il t arixli, 2(105)2105/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq:
64. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
65. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 62.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyy ən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 104.1-ci maddəsinə əsasən şahid ona məlum olan məlumatları və halları məhkəməyə ş ifahi bildirir. 104.3-cü maddəsinə əsasən alınma mənbəyini göstərə bilməyən şahid tərəfindən verilən məlumatlar sübut hesab edilmir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.11-ci maddəsinə əsasən məhkəmə, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan fak tları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya q ərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 66. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 13.1-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi N azirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. 13.4-cü bəndinə əsasən əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir.
67. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2.2-ci bə ndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Kassasiya baxışının hədləri
68. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəm əsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
69. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maraqlı şəxs tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiya məhkəməsinin mövqeyi
70. Məhkəmə kollegiyası hesab edir ki, a pellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
71. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçının kassasiya şikayətində göstərdiyi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməs inin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
72. Kassasiya şikayətində qeyd olunanların əksinə olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən ifadələri sübut kimi qiymətləndirilmiş şahidlərin əmək kitabçalarının surətləri də iş materiallarına əlavə olunmuşdur.
73. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
74. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır
75. Göstərilənlərə əsasən və MPM-in 4 16, 417 və 419-cu maddələrini rəhbər tutaraq,məhkəmə kollegiyası Qərara aldı: Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 noyabr 2022-ci il tarixli 2(105)-2105/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir