Məhkəmə qərarları › İş №2(102)-1408/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1408/2025

16.05.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1408/2025 16.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı “əmrin ləğvi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisə, işə bərpa) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 yanvar 2025-ci il tarixli, 2(106)326/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respub likası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. İddiaçı Cavabdehndə müəllim işləmiş və ona kobud pozuntulara yol verməsi əsası ilə (şagirdləri döyərək təhqir etməsi, dərsdə iştirak edən şagirdlərə qayıb yazması və s.) 2021-2023-cü illərdə 6 dəfə töhmət verilmişdir. 2. 23 fevral 2023-cü il tarixdə Sabirabad rayon prokuroru Mil-Muğan Regional Təhsil İdarəsinə ünvanladığı Təqdimatla, iddiaçının müəllim kimi fəaliyyətində ciddi nöqsan və çatışmazlıqların olmasına görə barəsində ciddi tədbir görülməsini təklif etmişdir. 3. 29 mart 2023-cü il tarixdə keçirilmiş məktəbin həmkarlar ittifaqının rəyində iddiaçının yol verdiyi kobud pozuntulara görə məktəbdən çıxarılması xahiş olunmuş və həmin tarixdə ona “X9 qaydaları”nın 2. 1.5 və 2.1.6-cı bəndlərini kobud surətdə pozması əsası ilə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir.

4. Müəllimin etik davranış qaydalarını pozması barədə 05 aprel 2023-cü il tarixli Əmrdən görünür ki, məktəbin fiziki tərbiyə müəllimi İddiaçı dəfələrlə inzibati töhmətin, hətta sonuncu xəbərdarlıqla şiddətli töhmətin verilməsinə baxmayaraq 05 aprel 2023-cü il tarixdə İX sinifdə fiziki tərbiyə dərsini tədris edərkən-şagirdləri məktəbin bağında əsassız yerə təhqiramiz ifadələrlə təhqir etmiş və onlara cəza verərək (idman geyimində olmasalar belə) “qaz” yerişi yeritmiş, məktəbdən kənar şəxslə şagirdlərin yanında mübahisə etmiş və müəllim etikasına yaraşmayan nalayiq ifadələr işlətdiyinə görə məktəbin pedaqoji şura yığıncağında müzakirə olunsun.

5. Müəssisədaxili intizam qaydalarının p ozulması barədə 07 aprel 2023-cü il tarixli 39 saylı Əmrdən görünür ki, məktəbin fiziki tərbiyə müəllimi İddiaçı öz fəaliyyətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 noyabr tarixli 1/2 nömrəli qərarı təsdiq edilmiş “X9 Qaydaları”nın 4.1.3-cü; 4.1.9-cu; 2.1-ci maddəsini, 2.1.5-ci və 2.1.6-cı bəndlərini kobud surətdə pozduğu, dəfələrlə intizam tənbehi verilməsinə baxmayaraq öz davranışlarında dönüş yaratmadığına görə məktəbin Pedaqoji kollektivinin Pedaqoji Şura iclasının 07 aprel 2023-cü il tarixli 05 nömrəli qərarı ilə İddiaçı məktəbin fiziki tərbiyə müəllimliyindən çıxarılmış və onun son əmək haqqı ödənişi ödənilmişdir. Əsas kimi İddiaçı barəsində ərizələrə, aktlara, məktəbin X18 rəylərinə, məktəb Pedaqoji Şuranın 07 aprel 2023-cü il tarixli 05 nömrəli qərarına, Azər baycan Respublikası Prokurorluğu Sabirabad rayon Prokurorluğunun 23 fevral 2023-cü il tarixli 25-C-23 nömrəli Təqdimatına, inzibati tənbehlərə, Əmək Məcəlləsinin 70-ci maddənin “ç” bəndinə istinad olunmuşdur.

6. Cavabdeh üzrə direktor X1 tərəfindən verilmiş 07 aprel 2023-cü il tarixli, 39/1 nömrəli əmrdən görünür ki, məktəbin fiziki tərbiyə müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 07 aprel 2023-cü il tarixdən ləğv edilmişdir. Əmrin verilməsi üçün əsas kimi məktəbin Pedaqoji Şurasının 07 aprel 2023-cü il tarixli qərarına istinad edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə müraciət edərək, iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam ve rilməsi barədə 07 aprel 2023-cü il tarixli əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi işburaxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia belə əsaslandırılmışdır ki, Sabirabad rayonu, Əhmədabad kənd ümumi orta məktəbinin direktoru X1 ərizə ilə rayon polis şöbəsinə müraciət edərək, məktəbin fiziki tərbiyə müəllimi olaraq onun məktəbin Vİİ sinif şagirdlərini dərs vaxtı döydüyünü bildirərək bu hərəkətləri barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Həmin müraciət əsasında RPŞ-nin TB-də ilkin araşdırma aparılaraq toplanılmış material araşdırmanın davam etdirilməsi üçün Sabirabad rayon prokurorluğuna göndərilmişdir. Sabirabad rayon prokurorluğunda aparılmış araşdırma nəticəsində toplanmış material üzrə əməldə cinayət tərk ibi olmadığından 23 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası CPM-in 39.1.2ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin, Sabirabad rayon prokuroru tərəfindən Sabirabad rayon Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayevə təqdimat göndərilərək həmin təqdimatın müzakirə edilməklə, göstərilən nöqsanlar aradan qaldırılmaqla, Cavabdeh fiziki-tərbiyə müəllimi İddiaçı barəsində qanunvericilik çərçivəsində ciddi tədbir görülməsi təklif olunmuşdur. Təqdimat məktəbdə guya araşdırılmış və sonda Əmək müqaviləsinin ləğv edilməsi haqqında 07 aprel 2023-cü il tarixli 39/1 saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 23 fevral 2023-cü il tar ixli Qərarda, X11 Sabirabad rayon prokuroru tərəfindən verilmiş təqdimatda onun guya ki, müəllim kimi etik davranış qaydalarına əməl etmədiyini, dəfələrlə bu qaydaları pozduğu və müəllimdə ciddi nöqsan və çatışmazlıqların olduğu, hadisənin baş verdiyi gün, həm də, ümumiyyətlə Əhmədabad kənd ümumi orta məktəbində müəllim kimi fəaliyyəti dövründə özünü təmkinli aparmadığı, öz hərəkətlərini və həmin hərəkətlərdən yarana biləcək halları düşünmədən şagirdlərlə kobud rəftar etdiyi, dərs zamanı şagirdləri döydüyü, şagirdlərin fiziki inkişafını cəmiyyətə inteqrasiyasını və sosiallaşması nəzərdə tutulsa da, tədris etdiyi dərslərdə şagirdlərlə kobud rəftar etdiyi, onların ünvanlarına nalayiq ifadələr işlətdiyi, təhsil sahəsində şagirdlərə hər hansı bir töhfə vermədiyi, bununla da Azərbaycan Respubli kası Konstitusiyasının Azərbaycan Respublikası qanunlarının, habelə Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə, insan hüquqlarına və demokratik prinsiplərə əməl etmədiyi, 27 dekabr 2022-ci il tarixdə məktəbin həyətində dərs tədrisi zamanı heç bir əsas olmadan Vİİ sinif şagirdləri X5, X2, X12, X16, X14, X23 və X3 çubuqla döyərək fiziki ağrılar verməsi, nəticəsində Məryəm İznulova və Zəhra Şahmanovaya dərəcəsi təyin edilməyən müxtəlif xəsarətlər yetirdiyi qeyd olunmuşdur. Həmçinin, araşdırma zamanı izahatları alınmış Vİİ sinfin şagirdləri X6, X13, X24, X17, X27, X7 və X8 və digər şagirdlər izahat verərək İddiaçı əvvəllər də qeyri-qanuni hərəkətlər etdiyini, şagirdləri döydüyünü, dərs zamanı onları təhqir etdiyini, nalayiq ifadələr işlətdiyini, bir müəllim kimi davranm adığını, davranış və hərəkətlərinə diqqət yetirmədiyini bildirmişlər. Qərarda və Təqdimatda qeyd olunmuş faktlar həqiqəti ifadə etmir, əgər həmin fikirlər doğru olmuş olsaydı, o halda onun hərəkətləri pedaqoji kollektivin diqqətini cəlb edərdi, bununla bağlı araşdırma aparılaraq tədbir görülərdi və ya valideynlərin şikayətinə səbəb olmuş olardı. İşdən isə görünür ki, bu hallar olmamışdır. Digər tərəfdən, izahatları alınmış Gülnaz Abbasova, Aslan Çaxoyev, Həbibov Ümid, İlqar Məmmədov və Zəhra Şahmanova 27 dekabr 2022-ci il tarixində İddiaçı tədris etdiyi dərsdə iştirak etməmişlər, bu səbəbdən də Vİİ sinif jurnalında onların adının qarşısına “qb” yazılmışdır. Bu fakt həmin şagirdlərin 27 dekabr 2022-ci il tarixində dərsdə iştirak etmədiklərini təsdiq edir. Lakin buna baxmayaraq əsassız araşd ırma zamanı adları qeyd olunan şagirdlərin həmin gün dərsdə olduqlarını təsdiq etmək üçün həmin şagirdlərin və həmin gün sinfə digər dərsləri tədris etmiş müəllimlərin izahatları alınmış və onlar Vİİ sinif jurnalında şagirdlərin adlarının qarşısına yazılmış “qb”-ın əsassız olmasını təsdiq edən izahat verməyə məcbur edilmişlər. Hətta araşdırma zamanı Vİİ sinif jurnalında adları qeyd olunan şagirdlərin adlarının qarşısında ciddi vəzifə pozuntusuna yol verilərək 27 dekabr 2022-ci il tarixində “qb”-in əsassız yazılmasına görə məktəbin direktoru Nəsibə Bağırova tərəfindən 09 fevral 2023-cü il tarixində saxta töhmət verilmiş, bu hal isə araşdırma zamanı obyektiv qiymətlədirilməmişdir. Əgər qeyd olunmuş fakt 27 dekabr 2022-ci il tarixində doğrudan da olmuş olsaydı, o halda tənbeh tədbiri 09 fevra l 2023-cü il tarixində deyil, dərhal elan olunardı. İddiaçı hərəkətləri ilə bağlı çağırılmış Pedaqoji Şuranın və Həmkarların iclasına dəvət olunmamış və izahatı da alınmamışdır. Məktəbin direktoru şagirdlərin döyülməsi ilə bağlı araşdırma aparmaq məqsədi ilə heç bir valideyni dindirməmişdir. Digər tərəfdən, Pedaqoji Şuranın və Həmkarların iclasında heç kim iştirak etməmiş, əslində isə həmin iclaslar ümumiyyətlə olmamış, məktəbin Vİİ sinif şagirdləri müəllimin yanında dindirilməmişdir.

9. Sabirabad Rayon Məhkəməsinin, 24 sentyabr 2024-cü il tarixli, 2(056)1846/2024 nömrəli qətnaməsi ilə (hakim N.Bağırov) iddia təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı 2021-2022-ci illər dövründə, dərs tədris etdiyi zaman şagirdlərlə kobud davranışına görə dəfələrlə intizam tənbehi almasına baxmayaraq, öz davranışlarında dönüş yaratmayaraq, eyni əməlləri təkrarlamış və bununla da qanunvericiliyin tələblərini və əmək vəzifələrini kobud şəkildə pozaraq iş yerində əmək və icra intizamının normal ahəngini pozmuşdur. Cavabdeh tərəfindən qəbul edilmiş əmr əmək qanunvericiliyin tələblərinə uyğun olaraq verilmişdir.

11. Məhkəmə mövqeyini Əmək Məcəlləsinin 10, 11, 70 (ç), 71, 80-cı, Mülki Prosessual Məcəllənin 76.1, 76.2, 80, 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

12. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyası nın 30 yanvar 2025-ci il tarixli, 2(106)-326/2025 nömrəli qətnaməsi ilə (hakim A.Novruzovanın sədrliyi və məruzəsi ilə, hakimlər M.Əsədli və T.Heydərov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlilləri ilə bağlı bildirmişdir ki, iddiaçı iş materiallarında olan işəgötürən tərəfindən verilmiş intizam tənbehlərinin əsaslı olmamasını, qanunsuz olmasını iddia etsə də, həmin tədbirlərin tətbiq olunması barədə əmrlər iddiaçı tərəfindən mübahisələndirilməmiş və hal-hazırda qüvvədədir.

15. İddiaçının pedaqoji şuranın və həmkarlar ittifaqının iclasında iştirakının təmin olunmaması, izahatının alınmaması ilə bağlı dəlil inə münasibətdə qeyd edilmişdir ki, əmək qanunvericiliyində işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinə müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilməsi imperativ norma olaraq qeyd olunsa da, işçinin həmin iclasda iştirakının mütləq təmin olunması, olmadağı halda həmkarlar ittifaqı iclasının keçirilməsini qadağan edən norma mövcud deyildir.

16. Apellyasiya şikayətinin iddiaçının əmrləri mübahisələndirməsi, həmin əmrlərin qeydiyyat kitabının məhkəmə iclasında tədqiq edilməsini tələb etməsi barədə dəlilinə münasibətdə apellyasiya məhkəməsi bildirmişdir ki, cavabdeh tərəfindən verilən əmr qüvvədə olan əmək qanunvericiliyinin prinsiplərinə, normativ hüquqi aktların tələblərinə və müəssisənin daxili int izam qaydalarına tam uyğundur. Əmr işəgötürənin səlahiyyətləri çərçivəsində verilmiş və onun hüquqi qüvvəyə malik olması üçün bütün zəruri prosedurlar gözlənilmişdir. Əmək Məcəlləsinin 72-ci maddəsində əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sadalanmış, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi belə halların sırasında göstərilmişdir.

17. Məhkəmə kollegiyası əlavə olaraq qeyd etmişdir ki, sözügedən əmrin verilməsinə əsas Pedaqoji Şuranın 07 aprel 2023-cü il tarixli qərarı çıxış etmişdir. Bu qərar, müvafiq hüquqi və inzibati prosedurlara uyğun şəkildə qəbul olunmuş, şuranın səlahiyyətləri çərçivəsində verilmiş və icrası məcburi olan normativ xar akter daşıyan akt hesab edilmişdir. Əmrin qanuniliyi və legitimliyi baxımından, onun Pedaqoji Şuranın rəsmi qərarına əsaslanması, hüquqi qüvvəsini və onun icrası zərurətini daha da möhkəmləndirir.

18. Məhkəmə kollegiyası mövqeyini birinci instansiya məhkəməsinin da istinad etdiyi hüquq normalarına istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

19. İddiaçı kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 30 yanvar 2025-ci il tarixli, 2(106)-326/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi, bu mümkün olmadığı halda isə işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin, Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci hissəsinin, 189-cu maddəsinin 1-ci hissəsinin, Mülki Prosessual Məcəllənin 217, 218, 220-ci maddələrinin tələbləri pozulmuşdur.

21. Belə ki, iddiaçı barəsində töhmət və işdən azad olunma barədə intizam tənbeh tədbirləri həyata keçirilərkən onun izahatı alınmamış, pedaqoji şuranın və həmkarlar təşkilatının iclasında iştirakı təmin olunmamışdır. İddiaçı barəsində bir intizam xətasına görə iki dəfə intizam tənbehi verilməklə Əmək Məcəlləsinin 189-cu maddəsində əksini tapan intizam tənbehinin verilməsi şərtlərinə riayət olunmamışdır. Belə ki, ona “X9 qaydaları”nın 2.1.5 və 2.1.6-cı bəndlərini kobud surətdə pozması əsası ilə həm 29 mart 2023-cü il tarixdə şiddətli töhmət, həmçinin 07 aprel 2023 -cü il tarixdə işdən azad olunması barədə intizam tənbehi tətbiq olunmuşdur. Həmçinin, işdən azad olunması barədə əmrdə barəsində olan ərizə və aktlara, prokurorluğun təqdimatına və s. istinad olunmuşdur. Halbuki həmin əsaslarla bağlı ötən dövr ərzində barəsində müxtəlif intizam tənbehi tədbirləri tətbiq olunmuşdu. Lakin, qeyd olunan hallara işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilməmişdir.

22. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

23. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

24. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

25. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv olunmasını xahiş etdiyindən, hazırkı kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

26. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 2-ci maddəsinin 3-cü bəndinə əsasən həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 10-cu maddəsinin “b” bəndinə əsasən əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri kimi qeyd olunmuşdur. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən tərəflərd ən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollekt ivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhk əmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının hazırkı kassasiya şikayətinin dəlillərinə oxşar apellyasiya şikayətinə tam, ətraflı hüquqi qiymət verilmişdir (bax bənd 14-17). Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır.

30. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının barəsində eyni əmələ görə iki intizam tənbehinin tətbiq edilməsi müəyyən olunmur. Belə ki, iş materiallarında olan cavabdeh orta məktəbin 05 aprel 2023-cü il tarixli əmrindən görünür ki, iddiaçı dəfələrlə inzibati töhmətin, hətta sonuncu xəbərdarlıqla şiddətli töhmətin verilməsinə baxmayaraq 05 aprel 2023-cü il tarixdə İX sinifdə fiziki tərbiyə dərsini tədris edərkən şagirdləri məktəbin bağında əsassız yerə təhqiramiz ifadələrlə təhqir etmiş və onlara cəza verərək (idman geyimində olmasalar belə) “qaz” yerişi yeritmiş, məkt əbdən kənar şəxslə şagirdlərin yanında mübahisə etmiş və müəllim etikasına yaraşmayan nalayiq ifadələr işlətmişdir. İddiaçının bu əməlləri məktəbin pedaqoji kollektivinin Pedaqoji şura iclasında 07 aprel 2023-cü il tarixdə müzakirə olunmuş, onun müəllim vəzifəsindən çıxarılması qərara alınmış və məktəbin direktoru tərəfindən barəsində mübahisələndirilən əmr qəbul edilmişdir. Göründüyü kimi, iddiaçının barəsində intizam tənbeh tədbiri 05 aprel 2023-cü il tarixdə etdiyi əmələ görə verilmişdir.

31. İddiaçının izahatının alınmaması ilə bağlı apellyasiya instansiyası məhkəməsinin də qeyd etdiyi kimi, işçinin həmkarlar ittifaqı iclasında üzrsüz səbəbdən iştirak etməməsi, onun barəsində müvafiq qərarın qəbul edilməsini istisna etmir.

32. Kassasiya şikayətinin bununla bağlı dəlilləri işin halların ın düzgün müəyyən edilməməsi ilə bağlıdır. Lakin, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

33. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirildən qətnamə qəbul edərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 yanvar 2025 -ci il i tarixli, 2(106)-326/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar