Məhkəmə qərarları › İş №2(102)-141/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-141/2023

23.01.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-141/2023 23.01.2023 ALİ MƏHKƏMƏ iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətin müdafiəsi, mülkiyyət hüququnun məhdudlaşdırılmasının əsasları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu, (məruzəçi) Hüseynov Abiddin Qabil oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-968/2022 nömrəli, 09 avqust 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

2. Balakən Rayon Məhkəməsinin 24 yanvar 2011-ci il tarixli, 2(019)-45/2012 saylı qətnaməsinə ilə iddia qismən təmin edilmiş, X13 Balakən rayonunun Katex kəndində 283.82 kv.m həyətyanı torpaq sahəsinə dair verilmiş A №206262 saylı və 515,54 kv.m həyətyanı torpaq sahəsinə dair verilmiş A №-206263 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi, X14 və onun ailə üzvlərinə- Cavabdeh, X2, X9 və X5 Balakən rayonu Katex kəndində 1.53 ha torpaq sahəsi verilməsinə dair JN-1553 saylı 40105018 kodlu Torpağa mülkiyyət hüququna dair Dövlət aktının ləğv edilməsi, A №206263 saylı və A №-206262 saylı torpaq sahəsinin plan və ölçüsünə əsasən verilmiş 515,54 və 283,82 kv.m həyətyanı torpaq sahələrinə mərhum X12 adına torpaq sahəsinin plan və ölçü sənədlərinin hazırlanmasının Azərba ycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsinə həvalə edilməsi, 1553 Süylı 40105018 kodlu Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Balakən rayonunun Katex kəndində verilmiş 1.53 ha torpaq sahəsinə X14, Cavabdeh, X3, X10 və X5 torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışların verilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsinə həvalə edilməsi, torpaq sahələrinin ayrılması və torpaq sahələrinə keçid yolunun açılmasının Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsinə həvalə edilməsi və şöbənin təqdim etdiyi torpaq sahəsinin yerquruluşu planına və mütəx əssis rəyinə uyğun aparılması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir.

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********94-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Çıxarışa əsasən, Balakən rayonu Katex kəndində yerləşən fərdi yaşayış evi və 0.20 ha yaşayış məntəqələrinin torpaqları fərdi yaşayış evi tam, torpaq sahəsi ümumi birgə İddiaçı1, torpaq sahəsi ümumi birgə X8, İddiaçı2, X1, X6, X7 və X4 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət R eyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin İddiaçı1 və İddiaçı2 ünvanladığı 16 iyul 2021-ci il tarixli, **********60 saylı məktuba əsasən, ləğv edilmiş DTXKsi tərəfindən ərazi idarəsinin xidməti istifadəsinə verilmiş 2002-ci ildə təsdiq edilmiş elektron kadastr baza məlumatlarında Balakən rayonu Katex kəndi ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu xəritəsində mülkiyyətlərində olan 0,20 ha həyətyanı torpaq sahəsinin sərhədləri daxilində yol göstərilməmişdir.

5. Balakən rayonu Katex Bələdiyyəsinin 11 avqust 2017-ci il tarixli 83 nömrəli arayışına əsasən, həqiqətən X11 istifadəsində olan 0.20 ha həyətyanı, 0.23 ha kənd daxili, 0.23 ha pay torpaq sahəsinin torpaq vergiləri bu günə qədər ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi və tələbin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh xüsusi mülkiyyət hüququ əsasında onlara məxsus olan 0,20 ha torpaq sahəsinin 0.0250 ha hissəsindən çıxarılması, Cavabdeh həmin 0,20 ha torpaq sahəsi boyunca çəkdiyi metal torun sökülməsi və başlanğıc hisəssində 6.1 m, son hissəsində 5.8 m, uzunluğu 47 m olmaqla açdığı keçid yolunun bağlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçılar tələblərini belə əsaslandırmışlar ki, onların ailəsinin ümumi birgə mülkiyyətində Balakən rayonu Katex kəndində 0,20 ha yaşayış məntəqələri təyinatlı torpaq sahələri vardır. Torpaq adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq DƏDRX-in ərazi idarəsi tərəfin dən çıxarış da verilmişdir. Balakən rayonu Katex kənd sakini Cavabdeh uzun illərdir ki, torpaq sahələrini qanunsuz zəbt edərək ora metal tor çəkib qanunsuz olaraq gediş-gəliş yolu kimi istifadə edir. Belə ki, Ralakən Rayon Məhkəməsinin 24 yanvar 2011-ci il tarixli 2 (019)-45/2012 saylı qətnaməsinin qət etdiyi hissəsində torpaq sahəsinin ayrılması və torpaq sahələrinə keçid yolunun açılması Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsinə həvalə edilməsi qət edilmişdir. Sözügedən qətnamənin qət etdiyi hissəsində elə bir qeyd yoxdur ki, Cavabdeh keçid yolu onların xüsusi mülkiyyətində olan torpaq sahəsindən verilsin. Anxanım Xodayevanın keçid yolu kimi qanunsuz olaraq zəbt edib istifadə etdiyi torpaq sahəsi isə qanuni olaraq DƏDRX-nin ərazi idarəsi tərə findən onlara verilmiş çıxarışa əsasən onların xüsusi mülkiyyətindəki torpaq sahəsidir. Dəfələrlə Cavabdeh torpaq sahələrini qanunsuz zəbt etdiyi barədə xəbərdarlıq etsələr də, xəbərdarlıqlarına məhəl qoymadan və torpaqlarından qanunsuz istifadə edərək, onların mülkiyyət hüquqlarını pozur. Onlar həm kəndli, həm qohum, həm də qonşu olduqları üçün bu mübahisəni məhkəmə səviyyəsinə çatdırmaq istəməmişlər. Lakin artıq cavabdeh xoşluqla qanunsuz hərəkətindən vaz keçmədiyi üçün onlarda bu qanunsuzluğa son qoyulması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişlər.

8. Cavabdeh birinci instansiya məhkəməsinin iclasında iştirak etməmiş və iddiaya qarşı yazılı etiraz verməmişdir.

9. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki LTİ-nin mühəndisi Rə şad Xalbayevin mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********094-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Çıxarışla İddiaçı1, X8, İddiaçı2, X1, X6, X7 və X4 xüsusi mülkiyyətinə verilmiş Balakən rayonu Katex kəndində yerləşən 0.20 ha həyətyanı torpaq sahəsinin naturada ölçüləri 0.175 hektardır və həmin ölçülər hüquqmüəyyənedici sənədlərə uyğun deyildir. İddiaçı1, X8, İddiaçı2, X1, X6, X7 və X4 ümumi birgə mülkiyyətinə verilmiş Balakən rayonu Katex kəndində yerləşən 0.20 ha həyətyanı torpaq sahəsinin Cavabdeh tərəfindən 0.0250 ha hissəsinin istifadə edilən 0.02 50 torpaq sahəsinin yerləşmə vəziyyəti və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İddiaçı1, X8, İddiaçı2, X1, X6, X7 və X4 ümumi birgə mülkiyyətinə verilmiş Balakən rayonu Katex kəndində yerləşən 0.20 ha həyətyanı torpaq sahəsinin tərtib edilmiş yerquruluşu planında göstərildiyi kimi 1, 2, 3, 4, 5, 6 nöqtələr boyunca metal torun çəkildiyi müəyyən olundu. Keçid yolun başlanğıc hissəsində 6.1 metr, son hissəsində 5.8 metr, uzunluğu 47 metr olmaqla keçid yolu açılmışdır.

10. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 30 mart 2022-ci il tarixli, 10/1069 saylı rəyinə əsasən, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Şəki LTİ-nin mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövl ət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********094-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Çıxarışla İddiaçı1, X8, İddiaçı2, X1, X6, X7 və X4 xüsusi mülkiyyətinə verilmiş Balakən rayonu Katex kəndində yerləşən 0.20 ha həyətyanı torpaq sahəsinin naturada ölçülərinin 0.175 hektar olduğu və həmin ölçülərin hüquqmüəyyənedici sənədlərə uyğun olmadığı müəyyən olundu. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Şəki LTİ-nin mütəxəssis rəyinə əsasən, İddiaçı1, X8, İddiaçı2, X1, X6, X7 və X4 ümumi birgə mülkiyyətinə verilmiş Balakən rayonu Katex kəndində yerləşən 0.20 ha həyətyanı torpaq sahəsinin Cavabdeh tərəfindən 0.0250 ha hissəsinin istifadə edildiyi müəyyən edildi. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Şəki LTİ-nin mütəxəssis rəyinə əsasən, İddiaçı1, X8, İddiaçı2, X1, X6, X7 və X4 ümumi birgə mülkiyyətinə verilmiş Balakən rayonu Katex kəndində yerləşən 0.20 ha həyətyanı torpaq sahəsinin tərtib edilmiş yerquruluşu planında göstərildiyi kimi 1, 2, 3, 4, 5, 6 nöqtələr boyunca metal torun çəkildiyi müəyyən olundu. Keçid yolun başlanğıc hissəsində 6.1 metr, son hissəsində 5.8 metr, uzunluğu 47 metr olmaqla keçid yolunun açıldığı müəyyən olundu.

11. Balakən Rayon Məhkəməsinin (hakim Z.C.Tahirov) 2(019)-36/2022 nömrəli iş üzrə 17 may 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2 xüsusi mülkiyyətində olan, Balakən rayonu Katex kən dində yerləşən 0.20 ha torpaq sahəsinin qanunsuz istifadə etdiyi 0.0250 ha hissəsindən (Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Şəki LTİ mütəxəssis rəyinə əlavə edilən sxemdə göstərilən) çıxarılması, Cavabdeh tərəfindən həmin 0.20 ha torpaq sahəsi boyunca-həmin torpaq sahəsinin tərtib edilmiş yerquruluşu planında göstərilən 1,2,3,4,5,6 nöqtələr boyunca çəkdiyi metal torun sökülməsi və başlanğıc hissəsində 6.1 m, son hissəsində 5.8 m, uzunluğu 47 m olmaqla açılmış keçid yolunun bağlanması, iş üzrə 50,0 manat ekspertiza xərcinin Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iddiaçılar X16 və İddiaçı2 tərəfindən hazırkı iddianın qaldırılması üçün ödənilmiş 10 manat dövlət rüsumu və Daşınmaz Əmlakın Kadas trı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Şəki LTİ-yə mütəxəssis xərci kimi ödənilmiş 311 manatın Cavabdeh alınaraq iddiaçılar X16 və İddiaçı2 ödənilməsi qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********94-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Çıxarışla Balakən rayonu Katex kəndində yerləşən fərdi yaşayış evi və 0.20 ha yaşayış məntəqələrinin torpaqları fərdi yaşayış evi tam, torpaq sahəsi ümumi birgə İddiaçı1, torpaq sahəsi ümumi birgə X8, İddiaçı2, X1, X6, X7 və X4 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət r eyestrində qeydiyyata alınmışdır. Məhkəmə tikintitexniki ekspertizasının 30 mart 2022-ci il tarixli, 10/1069 saylı rəyi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********094-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Çıxarışla İddiaçı1, X8, İddiaçı2, X1, X6, X7 və X4 xüsusi mülkiyyətinə verilmiş Balakən rayonu Katex kəndində yerləşən 0.20 ha həyətyanı torpaq sahəsinin Cavabdeh tərəfindən 0.0250 ha hissəsinin istifadə edildiyi İddiaçı1, X8, İddiaçı2, X1, X6, X7 və X4 ümumi birgə mülkiyyətinə verilmiş Balakən rayonu Katex kəndində yerləşən 0.20 ha həyətyanı torpaq sahəsinin tərtib edilmiş yerquruluşu planında göstərildiyi kimi 1, 2, 3, 4, 5, 6 nöqtələr boyunca metal torun çəkildiyi, keçid yolun başlanğıc hissəsində 6.1 metr, son hissəsində 5.8 metr, uzunluğu 47 metr olmaqla keçid yolunun açıldığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin verdiyi məlumata görə ləğv edilmiş DTXK-si tərəfindən ərazi idarəsinin xidməti istifadəsinə verilmiş 2002-ci ildə təsdiq edilmiş elektron kadastr baza məlumatlarında Balakən rayonu Katex kəndi ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu xəritəsində iddiaçıların mülkiyyətlərində olan 0,20 ha həyətyanı torpaq sahəsinin sərhədləri daxilində yol göstərilməmişdir.

13. Məhkəmə qeyd etmişdir ki, həm mill i qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. İddiaçıların torpaq sahəsini geri tələbi üzrə iddiası vindikasiya iddiasıdır ki, onun da hüquqi əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində təsbit edilmişdir.

14. Məhkəmə hesab etmişdir ki, Cavabdeh, RX seriyalı, ********** qeydiyyat nömrəli çıxarışda göstərilən koordinatlara əsasən iddiaçılar İddiaçı1 və İddiaçı2 xüsusi mülkiyyətində olan 0.20 ha həyətyanı torpaq sahəsinin 0.0250 ha hissəsini (mütəxəssis rəyinə əlavə edilən sxem) qanunsuz sahibliyində saxlamaqla və qanunsuz istifadə etməklə İddiaçı1 və İddiaçı2 mülkiyyət hüquqlarına əsas sız müdaxilə etmiş və mülkiyyət hüquqlarını pozmuşdur. Ona görə iddia təmin edilməklə, Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2 xüsusi mülkiyyətində olan sözügedən 0.20 ha torpaq sahəsinin müvafiq olaraq qanunsuz sahiblik və istifadə etdiyi 0.0250 ha (mütəxəssis rəyinə əlavə edilən sxem) hissəsindən çıxarılmalı, Cavabdeh həmin 0,20 ha torpaq sahəsi boyunca-həmin torpaq sahəsinin tərtib edilmiş yerquruluşu planında göstərilən 1,2,3,4,5,6 nöqtələr boyunca çəkdiyi metal tor sökülməli, başlanğıc hissəsində 6.1 m, son hissəsində 5.8 m, uzunluğu 47 m olmaqla açılmış keçid yolu bağlanmalıdır.

15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152.1, 152.2, 152.3, 152.4, 152.5, 157.2 213.1, 213.2, 213.6, 214.1, 238.1, 238.2, 238.3, 239.2, Torpaq Məcəlləsinin 82, 84, 111, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.2, 77.1, 116.2, 117.1, 118.1, 119.1, 124.1 və 217.4cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən sübutları düzgün qiymətləndirməmiş, hazırkı işdə keçid yolunun açılması ilə bağlı artıq qanuni qüvvəyə minmiş Balakən Rayon Məhkəməsinin 24 yanvar 2012-ci il tarixli 2(019)-45/2012 saylı məhkəmə qətnaməsi ilə qiymət verildiyi, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdə onun məcburilik və preyudisiallıq xüsusiyyətləri əmələ gəldiyi halda, məhkəmə qanunsuz və əsassız olaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul etmişdir. O, xəstə olduğuna görə məhkəmə iclaslarında iştirak edə və sübutları təqdim edə bilməmişdir. Məhkəmə işin yuxarıda qeyd edilən hallarına düzgün hüquqi qiymət verməmiş, hakim qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuş, o cümlədən, düzgün tətbiq etməmiş, sübutları tam araşdırmamış və nəticədə işin həqiqi hallarına uyğun olmayan, qeyri-obyektiv qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsinin 24 yanvar 2012-ci il tarixli 2(019)-45/2012 saylı qətnaməsi ilə hazırkı iddianın predmetini təşkil edən Cavabdeh xüsusi mülkiyyət hüququ əsasında onlara məxsus olan 0,20 ha torpaq sahəsinin 0.0250 ha hissəsindən çıxarılması, Cavabdeh həmin 0,20 ha torpaq sahəsi boyunca çəkdiyi metal torun sökülməsi və başlanğıc hissəsində 6.1 m, son hissəsində 5.8 m, uzunluğu 47 m olmaqla açdığı keçid yolunun bağlanmasına dair tələbə qiymət verildiyi, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdə onun məcburilik və preyudisiallıq xüsusiyyətləri əmələ gəldiyi halda, məhkəmə qanunsuz və əsassız olaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul etmişdir. İşdən göründüyü kimi, maddi hüquq normasını düzgün tətbiq etməməklə iş mahiyyəti üzrə baxmış birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır, MPM-in sübutlara obyektiv, qərəzsiz hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermək vəzifəsini nəzərdə tutan 88-ci maddəsinin tələblərini pozmuşdur.

18. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər A.Vəkil1 (sədrlik edən və məruzəçi), Ə.T.Məcidov və V.İ.Məlikov) 2(107)-968/2022 nömrəli mülki iş üzrə 09 avqust 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçıların tələbi özlərinə məxsus olan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunması və mülkiyyət hüququna olan maneələrlə bağlıdır. İddiaçılar tələblərinin faktiki əsası kimi ona istinad edirlər ki, qeyd olunan mübahisəlin torpaq sahəsi onların mülkiyyətində olmasına baxmayaraq, bir hissəsi qanunsuz olaraq cavabdeh tərəfindən istifadə olunur ki, bu da onların mülkiyyət hüququnu məhdudlaşdırır.

20. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********94-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Çıxarışla Balakən rayonu Katex kəndində yerləşən fərdi yaşayış evi və 0.20 ha yaşayış məntəqələrinin torpaqları fərdi yaşayış evi tam, torpaq sahəsi ümumi birgə İddiaçı1, torpaq sahəsi ümumi birgə X8, İddiaçı2, X1, X6, X7 və X4 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh RX seriyalı, ********** qeydiyyat nömrəli çıxarışda göst ərilən koordinatlara əsasən iddiaçılar İddiaçı1 və İddiaçı2 xüsusi mülkiyyətində olan 0.20 ha həyətyanı torpaq sahəsinin 0.0250 ha hissəsini (mütəxəssis rəyinə əlavə edilən sxem) qanunsuz sahibliyində saxlamaqla və qanunsuz istifadə etməklə İddiaçı1 və İddiaçı2 mülkiyyət hüquqlarına əsassız müdaxilə etmiş və mülkiyyət hüquqlarını pozmuşdur.

21. Apellyasiya instansiyası məhkəməsi apellyatorun ekspert rəyi ilə razılaşmaması ilə bağlı qeyd etmişdir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

22. Kollegiya qeyd etmişdir ki, “ekspert rəyi sübut növlərindən biri olmaqla, bu xarakterli mübahisələrin həllində digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Göstərilən xüsusаtlаr və işin faktiki halları bir daha onu deməyə əsas verir ki, iddiaçı tərəf torpaq sahəsinə mülkiyyət hüququna malik olmaqla hazırki iddiada qoyulmuş maneənin aradan qaldırılmasını tələb etmək vəzifəsinin daşıyıcısıdır.

23. Ona görə də məhkəmə kollegiyası hesab etmişdir ki, iddia tələbinə hüquqi qiymət verib, iddianı təmin etməklə birinci instansiya məhkəməsi işin faktiki hallarına uyğun qanuni və əsaslı nəticəyə gəlmiş, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

25. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eynilik təşkil etmiş və əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. İddiaçı Şahruddin Xodayev kassasiya şikayətinə qarşı etiraz təqdim edərək iş üzrə ədalətli qərarın elan olunmasını xahiş etmişdir. Tətbiq edilən hüquq «İnsan hüquqları və əsas Konvensiyasının 1 saylı protokolu: azadlıqlarının müdafiəsi haqqında» Avropa

27. Maddə

1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara mü vafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikasının Konstitusiyası:

28. Maddə

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyət növündə ola bilər.

29. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Xüsusi mülkiyyət sosial öh dəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

30. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

31. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər q onşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

32. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

33. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər.

34. Maddə 175.1. Əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır.

35. Maddə 175.2. Sahələrindən zəruri yol və ya birləşdirici xətt keçəcək qonşulara müvafiq kompensasiya ödənilməlidir. Tərəflər arasında razılaşmaya əsasən kompensasiya birdəfəlik ödəniş şəklində verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

36. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

42. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

44. Mübahisə, daşınmaz əml akın dövlət reyestrində iddiaçıların adına qeydə alınmış torpaq sahəsindən cavabdehin keçid yolu kimi istifadə etməsindən qaynaqlanmışdır. Belə ki, iddiaçılar həmin hissədə mülkiyyət hüquqlarına qanunsuz müdaxilə olunduğunu bildirirlər, cavabdeh isə məhkmə qərarına və adı çəkilən reyestrdə qeydə alınmış plancizgi sənədlərinə istinad edərək həmin yoldan qanuni şəkildə istifadə etdiyini ifadə edir.

45. İddianı əsaslı sayan birinci instansiya məhkəməsi tələbin qanuni əsası kimi Mülki Məcəllənin 157.2-ci maddəsinə, apellyasiya məhkəməsi isə həmin Məcəllənin 157.4-cü maddəsinə istinad etmişdir. Həmin normalara əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər (§ 3233).

46. Mülkiyyətin müdafiəsini təmin edən bu normalar əsasında iddianın təmin edilməsi üçün iddiaçının əşyanın mülkiyyətçisi olması, əşyanın cavabdehin sahibliyində olması (cavabdeh tərəfindən əşyaya qəsd və ya başqa maneələr törədilməsi) və cavabdehin sahibliyinin (maneçiliyin) qanunsuz olması müəyyən edilməlidir.

47. Baxılan işdə məhkəmələr müəyyən etmişlər ki, Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2020-ci il tarixli çıxarışına əsasən, Balakən rayonu Katex kəndində yerləşən 0.20 ha yaşayış məntəqəsi torpağı ümumi birgə mülkiyiyyət hüququ ilə iddiaçıların adına qeydə alınmışdır. İddiaç ı1 verilmiş xx.xx.2020-ci il tarixli Texniki pasportda sahənin müvafiq hissəsinin metal torla ayrıldığı işarələnmiş və Balakən Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə açılan 4 metr enində keçid yolunun olduğu göstərilmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2019-cu il tarixdə Cavabdeh verilmiş Torpaq sahəsinin planı və ölçü sənədində şərti işarə ilə ayrılmış sahə sonuncuya məxsus iki ayrı torpaq sahəsi arasında yol kimi qeyd olunmuşdur. İşdə olan mütəxəssis və ekspertiza rəyləri ilə də təsdiqlənir ki, mübahisəli 0,0250 ha torpaq sahəsi cavabdeh tərəfindən keçid yolu kimi istifadə edilir.

48. Beləliklə, dövlət reyestrində aparılmış qeydlərə əsasən iddiaçıların mübahisə predmeti olan sahənin ümumi mülkiyyətçilə ri olmaları, bununla belə həmin sahənin metal torla ayrılmaqla cavabdeh tərəfindən keçid yolu kimi istifadə edilməsi aşkar edilmişdir.

49. İşə mahiyyəti üzrə baxmış məhkəmələr bu faktlara əsaslanaraq iddianı təmin etmişlər.

50. Bununla belə məhkəmələr nəzərə almamışlar ki, istinad etdikləri maddi hüquq normaları ilə iddianın təmin edilməsi üçün iddiaçının mülkiyyətçi olması, cavabdehin əşyaya sahiblik (yaxud maneçilik) etməsi ilə yanaşı, üçüncü bir dispozisiya şərticavabdehin sahibliyinin (müdaxiləsinin) qanunsuz olması da müəyyən edilməlidir. Baxılan işdə həmin hala iş materillarındakı məlumat və sübutlar əsasında lazımi hüquqi qiymət verilməmişdir.

51. Kollegiya bildirir ki, bu xüsusatın düzgün həlli üçün mülkiyyət hüququ, qonşuluq hüququ çərçivəsində bu hüququn məhdudlaşdırılma imkanlar ı və tərəflərin öhdəlikləri nəzərdən keçirilməlidir.

52. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır (§ 27).

53. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə o lunur. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər (§ 28-29). 54. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Həmin Qanunun 3.1-3.5-ci maddələrinə görə, Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquqları və azadlıqları yalnız qanunla məhdudlaşdırıla bilə r. İnsan hüquqları və azadlıqlarını məhdudlaşdıran qanunda məhdudlaşdırılan hüquq və ya azadlıq, habelə Azərbaycan Respublikası Konstitusiyasının müvafiq maddəsi göstərilməlidir. İnsan hüquqlarına və azadlıqlarına qoyulan məhdudiyyətlər həmin hüquqların və azadlıqların mahiyyətini dəyişməməlidir. İnsan hüquqlarına və ya azadlıqlarına qoyulan məhdudiyyətlər Azərbaycan Respublikasının Konstitusiyasında və bu Konstitusiya Qanununda nəzərdə tutulan qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİİ hissəsində göstərilən əsaslarla yanaşı, insan hüquqları və azadlıqları digər insanların hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə təminat verilməsi və onların müdafiə edilməsi məqsədi ilə məhdudlaşdırıla bilər.

55. Mülki Məcəlləyə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (§ 30-31).

56. Göründüyü kimi, mülkiyyət hüququ, Azərbaycan Respublikasında konstitusion səviyyədə tanınan v ə qorunan bir dəyər hesab olunur. Eyni zamanda bu hüquq mütləq olmayıb, qanunda nəzərdə tutulmuş hallarda onun məhdudlaşdırılması imkanı da vardır. Yuxarıda göstərilən normativ hüquqi aktlarda xüsusi mülkiyyətin sosial öhdəliklərə səbəb olması, sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə, başqa şəxslərin və cəmiyyətin maraqları naminə, qanunla nəzərdə tutulmuş şərtlər çərçivəsində mülkiyyət hüququnun məhdudlaşdırılması, şəxsin bu hüquqdan məhkəmə qərarı ilə məhrum edilməsinin mümkünlüyü açıqca təsbit olunmuşdur. Məhdudlaşdırmanın yolverilən sayılması üçün bu hüquqa müdaxilənin varlığı, müdaxilənin qanunda nəzərdə tutulması, qanuni məqsəd daşıması (cəmiyyətin maraqlarına xidmət etməsi) və haqq qazandırıla bilən (zəruri və mütənasib) olması vacibdir. Bu şərtlərə cavab verən b ir məhdudlaşdırma mülkiyyət hüququna qanunsuz müdaxilə hesab edilmir.

57. Yuxarıda qeyd olunanları hazırkı işə tətbiq etdikdə aydın olur ki, cavabdeh mübahisəli torpaq sahəsinin bir hissəsindən yol kimi istifadə etdiyi üçün iddiaçıların mülkiyyət hüququna müdaxilə halı mövcuddur.

58. Bununla belə, həmin müdaxilənin qanunda nəzərdə tutulması və qanuni məqsəd daşıması da yoxlanılmalıdır.

59. Mülkiyyət hüququnun məhdudlaşdırılmasının qanunda nəzərdə tutulmuş əsaslarından biri özgənin sahibliyində olan sahədən zəruri yol və keçidin verilməsidir. Mülki Məcəllənin 175-ci maddəsinə görə, əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Təl əb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Sahələrindən zəruri yol və ya birləşdirici xətt keçəcək qonşulara müvafiq kompensasiya ödənilməlidir. Tərəflər arasında razılaşmaya əsasən kompensasiya birdəfəlik ödəniş şəklində verilə bilər (§ 34-35).

60. Göründüyü kimi, qonşuluq hüququ çərçivəsində, yəni başqa torpaq mülkiyyətçilərinin hüquq və mənafelərinin təmin olunması məqsədilə mülkiyyətçinin torpaq sahəsindən keçid yolunun ayrılması imkanı qanunda nəzərdə tutulmuşdur. Bu qayda mülkiyyətin sosial funksiyasından irəli gələn qanuni məhdudlaşdı rma əsaslarından biridir.

61. Baxılan işdə mübahisəli sahədən cavabdehin özünə məxsus iki ayrı torpaq sahəsini birləşdirən yol kimi kimi istifadə etməsinə dair məhkəmə aktı və aidiyyəti dövlət orqanının ona verdiyi plan-cizgi sənədləri mövcuddur.

62. Belə ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdehlər Xətim Xodayevaya və Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə qarşı qaldırdığı iddia üzrə torpaq sahələrinin ayrılması və torpaq sahələrinə keçid yolunun açılmasının adı çəkilən Komitənin Balakən rayon şöbəsinə həvalə edilməsi və şöbənin təqdim etdiyi torpaq sahəsinin yerquruluşu planına və mütəxəssis rəyinə uyğun aparılması qət edilmişdir. Məhkəmə iş üzrə gəldiyi bu nəticəni həm də Mülki Məcəllənin 175.1-ci maddəsi ilə əsasl andırmışdır. Həmin qətnamə icra edilməklə bu iş üzrə iddiaçılara məxsus torpaq sahəsindən mübahisəli sahə yol kimi ayrılmış, daşınmaz əmlakın dövlət reyestrindən torpaq sahələrinə dair tərəflərə verilmiş plan-cizgi sənədlərində sözügedən hissə şərti işarələrlə və yazılı qeydlərlə keçid yolu kimi xüsusi olaraq göstərilmişdir.

63. İşə mahiyyəti üzrə baxmış məhkəmələr isə iddiaçıların mülkiyyət hüququna müdaxilənin qanuni olub-olmaması baxımından həmin halları müzakirə etməmiş və iş üzrə əhəmiyyəti olan bu xüsusatlara hüquqi qiymət verməmişlər.

64. Qeyd olunanlar işdəki sübutların tam və hərtərəfli tədqiq edilmədiyinə və qiymətləndirilmədiyinə, qətnamənin iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmadığına, nəticə etibarilə yuxarıda göstərilən ma ddi hüquq normalarının (düzgün) tətbiq olunmadığına dəlalət edir (§ 36-40).

65. Göstərilənlərə əsasən, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. Baxış zamanı hazırkı iş üzrə mübahisənin Balakən Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə həll edilmiş mübahisə ilə (tərəflər, tələblər və əsaslar baxımından) eyni olub-olmaması müzakirə edilməli və nəticəsinə görə müvafiq qənaətə gəlinməlidir. İşə mahiyyəti üzrə baxılması nəticəsinə gəlindiyi təqdirdə isə yuxarıda göstərilən hallar nəzərə alınmaqla, iddiaçıların mülkiyyət hüququna müdaxilənin qanuni olub-olmamasına qiymət verilməli, həmin hüququn məhdudlaşdırılması qanuni sayıldığı təqdirdə iddiaçıların sahib olduqları qanuni təminatlar (keçid ayrılmasının əvəzinin kompensas iya ilə ödənilməsi hüququ) da izah olunmaqla mübahisə üzrə əsaslandırılmış yekun qərar qəbul edilməlidir.

66. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-968/2022 nömrəli, 09 avqust 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar