Məhkəmə qərarları › İş №2(102)-141/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-141/2025

23.01.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-141/2025 23.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Goranboy Rayon İcra Hakimiyyəti Başçısının X6 Ərazi dairəsi üzrə nümayəndəliyinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: İşə bərpa, məcburi işburaxma üçün əmək haqqının ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdeh Goranboy Rayon İcra Hakimiyyəti Başçısının X6 Ərazi dairəsi üzrə nümayəndəliyinə qarşı «əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxılma müddəti üçün əmək haqqının ödənilməsi» tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(*04)-*445/2024 nömrəli iş üzrə *5 avqust 2024-cü il tarixli qətnaməsindən cavabdeh Goranboy Rayon İcra Hakimiyyəti Başçısının X6 Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Goranboy Rayon İcra Hakimiyyəti Başçısının X6 Ərazi dairəsi üzrə İcra nümayəndəliyinin 07 saylı 3*.07.2023-cü il tarixli əmrindən çıxarışdan görünür ki, Goranboy Rayon İcra Hakimiyyəti Başçısının X6 Ərazi dairəsi üzrə İcra nümayəndəliyinin xadiməsi İddiaçı dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq 0*.06.2023-cü il tarixdən 3*.07.2023-cü il tarixədək 6* gün əsaslı səbəb olmadan işdə olmadığı üçün işə davamiyyətdə yol verdiyi cid di nöqsanlara görə işdən azad edilmişdir. Əmrin verilməsi üçün əsas müavin və baş mühasibin imzası ilə nümayəndənin təsdiq etdiyi xadimənin işdə olmadığı üçün yazılan aktlar qeyd edilmişdir.

2. Goranboy Rayon İcra Hakimiyyəti Başçısının X6 Ərazi dairəsi üzrə İcra nümayəndəliyinin 08 saylı 3*.07.2023-cü il tarixli əmrindən görünür ki, nümayəndəliyinin xadiməsi İddiaçı 3*.07.2023-cü il tarixində verilmiş əmrini nəzərdə tutaraq Əmək Məcəlləsinin 70.ç (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) bəndinə əsasən işdən azad edildiyi üçün əmək müqaviləsinə xitam verilmişdir.

3. Azərbaycan Dövlət İdarələri və İcimai Xidmət İşçiləri X2 rayon Komitəsinin *7.04.2024-cü il tarixli 08 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Goranboy Rayon İcra Hakimiyyəti Başçısının X6 Ərazi dairəsi üzrə İcra nümayəndəliyindən İddiaçı işdən çıxarılması ilə bağlı Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri X2 rayon Komitəsinə rəsmi məkub daxil olmamışdır. Həmkarlar təşkilatının razılığı olmadığı üçün əsaslandırılmış yazılı qərar işəgötürənə təqdim edilməmişdir.

4. Goranboy Rayon İcra Hakimiyyətinin *5 aprel 2024-cü il tarixli mıktubuna əlavə edilmiş Goranboy Rayon İcra Hakimiyyəti Başçısının X6 Ərazi dairəsi üzrə İcra nümayəndəliyinin arayışından görünür ki, Goranboy Rayon İcra Hakimiyyəti Başçısının X6 Ərazi dairəsi üzrə İcra nümayəndəliyinin xadiməsi İddiaçı işdən azad edilməsi zamanı nümayəndəlik tərəfindən Goranboy rayon Həmkarlar İt tifaqına zəng edildiyi qeyd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh Goranboy Rayon İcra Hakimiyyəti Başçısının X6 Ərazi dairəsi üzrə İcra nümayəndəliyinə qarşı «əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxılma müddəti üçün əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Goranboy Rayon İcra Hakimiyyəti Başçısının X6 Ərazi dairəsi üzrə nümayəndəliyinin 07 saylı 3* iyul 2023-cü il tarixli əmrinin ləğv edilməsi, onun işə bərpa olunması və məcburi iş buraxdığı müddət ərzində əmək haqqının hesablanıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, 0* may 2006-cı il tarixdən Goranboy Rayonu Alpout kənd İcra nümayəndəliyind ə xadimə vəzifəsində işləmişdir. Onun, qanunsuz olaraq işdən azad olunmağına səbəb qaynı olan cavabdeh Goranboy rayon X6 Ərazi dairəsi üzrə İcra nümayəndəsi Nümayəndə ailə münaqişəsinə görə yəni öz qardaşı olan onun həyat yoldaşı ilə şəxsi ədavəti olduğu üçün onu işdən azad etmişdir. Həmçinin qanunsuz olaraq ona əmək kitabçasını təqdim edərkən əmək kitabçasına onun işdən azad olunmağı barədə heç bir qeyd olunmamışdır və cavabdeh idarənin nümayəndəliyi tərəfindən birbaşa qanun pozuntusuna yol verilmişdir. Cavabdeh onun guya tabeli imzalamamağını səbəb göstərsə də, şəxsi ədavət səbəbindən Nümayəndə özü müavini Əlövsət Yolçuyevə tapşırıq vermişdir və tabeli gizlətmişlər. O hər gün işə getsə də, tabeli ona verməmişlər və imzalamağına maneələr yaratmışlar. Cavabdehin nümayəndəsi olan Nümayənd ə onu 20*9-cu ildən hədələməyə başlamışdır ki, onu işdən azad edəcək yaxud da ki, qarşılığında ona 500 manat pul verməlidir ki, onu işdən azad etməsin. Lakin onun oğlu X3 doğma əmisi olan cavabdehin nümayəndəsi olan Nümayəndə 400 manat verərək onun işdə qalmağı üçün xahiş etmişdir. Həmin dövrdən 2023-cü ilin yayına qədər işləməyə davam etmişdir. Lakin 2023-cü ilin yayında cavabdeh orqanın nümayəndəsinin müavini X* yenidən ondan barama almaq üçün 200 AZN manat pul istəmişdir, o isə o pulu vermək istədikdə həyat yoldaşı Yolçuyev Əlövsət buna mane olmuş və pulu geri götürmüşdür. Həmin gündən etibarən cavabdeh və onun müavini sözügedən tabeli ona hər gün işə davamiyyətini qeyd etmək üçün verməmişdirlər. Odur ki, cavabdeh olan Goranboy Rayon İcra Hakimiyyəti Başçısının X6 Ərazi dairəsi üzrə nüm ayəndəsinin imzaladığı 07 saylı əmrdən çıxarış əsasında 3* iyul 2023-cü il tarixdə ona məlumat belə vermədən, əmək kitabçasına heç bir qeyd etmədən onu işdən azad etmişdir. Buna görə də Goranboy Rayon İcra Hakimiyyəti Başçısının X6 Ərazi dairəsi üzrə İcra nümayəndəliyinin 07 saylı 3* iyul 2023-cü il tarixli əmrinin ləğv edilməsi, onun işə bərpa olunması və məcburi iş buraxdığı müddət ərzində əmək haqqının hesablanıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

7. Məhkəmə iclasında cavabdeh Goranboy Rayon İcra Hakimiyyəti Başçısının X6 Ərazi dairəsi üzrə İcra nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, o işçini qardaşının qanunsuz hərəkələrinə görə işdən azad etmişdir. Buna görə də iddianın rədd edilməsini xahiş edir.

8. Goranboy Rayon Məhkəməsinin *8 aprel 2024-cü il tarix li 2(045)-590/2024 nömrəli qətnaməsi ilə (hakim T.Məmmədov) iddia təmin edilmiş, Goranboy Rayon İcra Hakimiyyəti Başçısının X6 Ərazi dairəsi üzrə İcra nümayəndəliyinin 07 saylı 3*.07.2023cü il tarixli əmri ləğv edilmiş, İddiaçı Goranboy Rayon İcra Hakimiyyəti Başçısının X6 Ərazi dairəsi üzrə İcra nümayəndəliyində xadimə vəzifəsinə işə bərpa olunması və 3*.07.2023-cü il tarixdən etibarən məcburi iş buraxma müddəti üçün ona əmək haqqı ödənilməsi qət edilmişdir.

9. Məhkəmə qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı işdən azad edilərkən cavabdeh tərəfindən əmək qanunverciliyinin tələblərinə əməl edilməmiş, qanunvercilikdə nəzərdə tutulan tələblərə riayət olunmasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Goranboy Rayon İcra Hakimiyyəti Başçısının X6 Ərazi dairəsi üzrə İcra nümayəndəliyinin 07 saylı 3* iyul 2023-cü il tarixli əmri qüsurlu tərtib edilmiş, işçinin işdən azad edilməsinə dair Azərbaycan Respublikası Əmək Məcəlləsinin hər hansı norması qeyd edilməmişdir. Faktiki olaraq əmrdən işçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edildiyi müəyyən olunsa da, işçi İddiaçı işdən azad edilərkən həmkarlar ittifaqının üzvü olmuş, işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmadan ləğv edilmişdir.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyanın 35, 60, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70, 80, 84-cü maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat

11. Cavabde h Goranboy Rayon İcra Hakimiyyəti Başçısının X6 Ərazi dairəsi üzrə nümayəndəliyi apellyasiya şikayəti verərək, Goranboy Rayon Məhkəməsinin *8 aprel 2024-cü il tarixli 2(045)-590/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı işlədiyi dövrdə kollektiv ondan narazı olmuş və iddiaçı işinə ciddi yanaşmamış, xadimə işləməsinə baxmayaraq otaqların təmizliyi ilə məşğul olmamış və işə nə vaxt hansı saat ürəyi istəyəndə gəlmiş, işə gələndə isə tabelə imza çəkib getmişdir. Bundan başqa iddiaçının həyat yoldaşı təmizlik məqsədi ilə otaqların açarını istəmiş və tabelə iddiaçının əvəzindən həftəlik işə gəlməyinə imza çəkmişdir. Həmçinin iddiaçı nümayəndəlikdə vətandaşlar nan barama saxlaması üçün maarifləndirici söhbət aparılarkən nümayəndəliyin işçilərinin səsini yazdıraraq disk şəklində məhkəməyə təqdim etmişdir. Məhkəmə bu halları və məhkəməyə təqdim edilən akları və əmrləri nəzərə almamışdır. Birinci instansiya məhkəməsi həmçinin, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunvercilikdə nəzərdə tutulan müddətdə müraciət edib-etməməsini araşdırmamışdır.

13. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər L.Süleymanov (sədrlik edən və məruzəçi), Ş.Rzaquliyev və İ.Həsənov) 2(*04)-*445/2024 nömrəli iş üzrə *5 avqust 2024-cü il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsasland ırmışdır ki, iş materiallarından görünür ki, Azərbaycan Respublikası Goranboy Rayon İcra Hakimiyyəti Başçısının X6 Ərazi dairəsi üzrə İcra nümayəndəliyinin xadiməsi İddiaçı dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq 0*.06.2023-cü il tarixdən 3*.07.2023-cü il tarixədək 6* gün əsaslı səbəb olmadan işdə olmadığı üçün işə davamiyyətdə yol verdiyi ciddi nöqsanlara görə işdən azad edilmiş, əmrin verilməsi üçün əsas müavin və baş mühasibin imzası ilə nümayəndənin təsdiq etdiyi xadimənin işdə olmadığı üçün yazılan aktlar qeyd edilmişdir. Goranboy Rayon İcra Hakimiyyəti Başçısının X6 Ərazi dairəsi üzrə İcra nümayəndəliyinin sonrakı 08 saylı 3*.07.2023-cü il tarixli əmri ilə isə, əvvəlki 07 saylı əmrə əslində izah verilmişdir ki, nümayəndəliyinin xadiməsi İddiaçı 3*.07.2023-cü il tarixində verilmiş əmrini nəzərdə tutaraq Əmək Məcəlləsinin 70.ç (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) bəndinə əsasən işdən azad edildiyi üçün əmək müqaviləsinə xitam verilmişdir.

15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Goranboy Rayon İcra Hakimiyyəti Başçısının X6 Ərazi dairəsi üzrə İcra nümayəndəliyinin 07 saylı 3*.07.2023-cü il tarixli əmri Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 84-cü maddəsində nəzərdə tutulan əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin məzmununa uyğun olmamış, əmək müqaviləsinə xitam verilməsinin əsası, həmin əsasla əmək müqaviləsinə xitam verilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, his səsi və bəndi və s. kimi məlumatlar göstərilməmişdir. Bundan başqa, müdiriyyət Əmək Məcəlləsinin 80-cı maddəsinin tələblərini pozaraq, həmlkarlar ittifaqının üzvü olan İddiaçı işdən azad edilməsi üçün həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət etməmiş və həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmadan, onunla əmək müqaviləsini pozmuşdur.

16. Cavabdeh apellyasiya şikayətinin dəlillərində iddiaçı tərəfindən iddia müddətinin ötürülməsini göstərsə də, bu barədə birinci instansiya məhkəməsinə Azərbaycan Respublikası MM-nin 375-ci maddəsinin tələbinə uyğun olaraq, iddia müddətinin tətbiqi barədə ərizə verilmədiyi üçün,məhkəmə kollegiyası həmin dəlilləri əsassız hesab etmişdir.

17. Belə ki, Azərbaycan Respublikası MM-nin 375.2-ci madd əsinin tələbinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

18. Məhkəmə kollegiyası həmçinin cavabdehin iddiaçının işdən çıxarılması ilə bağlı əmr verilərkən Həmkarlar İttifaqı təşkilatının razılığı alınmasa da, telefonla onlara məlumat verilməsinə dair dəlilini əsassız hesab etmişdir. Belə ki, qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə görə, işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət etməli və həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla, işçi ilə əmək müqaviləsini poza bilə r.

19. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur.

20. Apellyasiya instansiyası məhkəməsi gədiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70, 80, 84, MPM-nin *4.2, 77.*, 88, 2*7.*-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. Cavabdeh Goranboy Rayon İcra Hakimiyyəti Başçısının X6 Ərazi dairəsi üzrə İcra nümayəndəliyi kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, yenidən baxılması üçün işin Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, əmrdə əmək müqaviləsinə xitam verilməsinin əsası iddiaçının 6* gün işdə olmaması qeyd edilmiş cavabdeh orqanın həmin əmri nəzərdə tutaraq 3*.07.2023-cü il tarixli 08 saylı əmri ilə iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsinə dair əmək müqaviləsinə xitam vermişdir. Lakin buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi işə baxarkən bu halları, həmçinin 3*.07.2023-cü il tarixdə iddiaçının işdən çıxarılması barədə əmr verilməsinə baxmayaraq, iddiaçı mediasiya prosesinin tətbiqi barədə təklifi *8.08.2023-cü il tarixdə göndərməsini, iddiaçının işdən çıxarılması barədə əmr verilərkən Həmkarlar İttifaqı təşkilatının məlumatı olmasını nəzərə almamış, nəticədə apellyasiya şikayətinin təmin edilməməsi qənaə tinə gəlmişdir. Bundan başqa, məhkəmə qətnamə qəbul edərkən apellyasiya şikayətində Əmək Məcəlləsinin 80.3-cü maddəsinin tələblərində qeyd edilməsinə baxmayaraq, iddiaçının işdən çıxarılması barədə əmr verilərkən Həmkarlar İttifaqı təşkilatının qabaqcadan razılığının alınması tələb olunmadığını nəzərə almamışdır.

23. Bundan başqa, məhkəmə qərar qəbul edərkən nəzərə almamışdır ki, iddiaçı qanunsuz hərəkətlərinə görə yəni, işlədiyi dövrdə kollektiv ondan narazı olmuş və iddiaçı işinə ciddi yanaşmamış, xadimə işləməsinə baxmayaraq otaqların təmizliyi ilə məşğul olmamış və işə nə vaxt hansı saat ürəyi istəyən kimi gəlmiş, işə gələndə isə tabelə imza çəkib getmişdir. Bundan başqa, iddiaçının həyat yoldaşı təmizlik məqsədi ilə otaqların açarını istəmiş və tabelə iddiaçının əvəzindən həftəlik işə “gəldi getdi” imzasını çəkmişdir. Həmçinin, iddiaçı nümayəndəlikdə vətandaşlarnan barama saxlaması üçün maarifləndirici söhbət aparılarkən nümayəndəliyin işçilərinin səsini yazdıraraq disk şəklində məhkəməyə təqdim etmişdir, hələ bu azmış kimi iddiaçının həyat yoldaşı dəfələrlə nümayəndəliyin müavininə işdə olan məlumatlar və işlər haqqında ona xəbər verməyi təklif etmişdir. Bütün bu faktlar apellyasiya şikayətinə əlavə edilmiş aktla və əmrlərlə təsdiqini tapmasına baxmayaraq, apellyasiya instansiyası məhkəməsi həmin sənədləri sübut kimi qəbul etməyərək və qətnamədə həmin sənədləri hansı səbəblə sübut kimi qəbul etməməsini əsaslandırmayaraq, həmçinin cavabdehin iştirakı olmadan işə baxaraq apellyasiya şikayətini təmin etməmişdir.

24. Kassasiya şikayəti əsaslandırılarkən Azərbaycan Respubl ikasının Əmək Məcəlləsinin 80-ci maddəsinin 3-cü hissəsinə 296-cı maddəsinin 2 və 3-cü hissələrinə,Azərbaycann Respublikasının MPM-in 9.*,9.2, 9.3, *4.2, 88, *06.*-ci maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

26. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instans iyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

27. Cavabdeh kasasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

28. Maddə

70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər:... ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda;

29. Maddə 80 *. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü ola n işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin *-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

3. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının q abaqcadan razılığının alınması tələb olunmur.

30. Maddə 84.(hüquq münasibəti yaranan mvaxt qüvvədə olmuş redaksiya) *. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab ol unan rəsmi sənədlər.

2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.

3. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin *-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

31. Maddə *4.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.* Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad et diyi halları sübut etməlidir.

33. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

35. Maddə 4*6.* Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

36. Maddə 4*6.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 4*8.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

37. Maddə 4*8.*. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

38. Maddə 4*8.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya ins tansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Məhkəmə kollegiyası kassasiya şikayətinin məhkəmə qətnamə qəbul edərkən apellyasiya şikayətində Əmək Məcəlləsinin 80.3-cü maddəsinin tələblərində qeyd edilməsinə baxmayaraq, iddiaçının işdən çıxarılması barədə əmr verilərkən Həmkarlar İttifaqı təşkilatının qabaqcadan razılığının alınması tələb olunmadığını nəzərə almadığı barədə dəlili ilə razılaşmır.Belə ki, mə hkəmələr tərəfindən müəyyən edilmişdir ki, iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində göstərilən əsasla xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 80-ci maddəsinin üçüncü hissəsindən məlum olur ki, həmin 80-ci maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar ( Əmək Məcəlləsinin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən hallar) istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur. Yəni, hazırkı iş üzrə əmək müqaviləsinə xitam verilməsinin əsasası (Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndi) əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınmamasına imkan vermir.

41. Kassasiya şikayətinin dəlillərində qeyd olunan digər hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

42. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış, onlara müvafiq prosessual normalara əsasən hüquqi qiymət verilmiş, məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

43. Məhkə mə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4*6, 4*7 və 4*9-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Goranboy rayon İcra Hakimiyyəti Başçısının X6 Ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *5 avqust 2024-cü il tarixli 2(*04)-*445/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar