Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1410/2024 01.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 oğluna, Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: evə köçürülmə, vəsiyyətnamə üzrə vərəsəlik) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu, Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evə köçürülmə” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(107)-1250/2023 nömrəli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə 01 may 2024cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icra at qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiаçı İddiaçı (bundan sonra mətndə “iddiaçı”) X16 ilə xx.xx.2005-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdаn xx.xx.2003-cü il təvəllüdlü X15 və xx.xx.2007ci il təvəllüdlü X17 аdlı iki uşaqları var. İlqar Mustafayevlə ailə həyatı qurduqdan sonra, iddiaçı İlqar Mustafayevin yaşadığı və sonuncunun mərhum nənəsi X2 ərinə vəsiyyət etdiyi, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə (bundan sonra mətndə mübahisələndirilən ev) gəlin köçmüşdür.
2. Sözügedən fərdi yaşayış evi üzərində Mustafayev Bahadur İsa oğlunun ½ və X2 ½ hissədə mülkiyyət hüququ barədə 17 iyun 1993-cü ildə qeydiyyat vəsiqəsi verilmişdir.
3. Mustafayev Bahadur İsa oğlu xx.xx.1984-cü il tarixdə, X4 xx.xx.2001-ci il tarixdə və iddiaçının əri X16 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir.
4. Mustаfаyеv Аyаz Bаhаdur оğlu ilə Аbdullаyеvа Еlmirа Sаbir qızı (iddiaçının ərinin valideynləri) аrаsındа 08 sеnytаbr 1969-cu il tаriхdə Göyçаy rаyоn VVАQ bürоsundа 143 sаylı аkt qеydi ilə nikаh bаğlаnmış, nikаh bаğlаnаndаn sоnrа аrvаdа Mustаfаyеvа sоyаdı vеrilmişdir.
5. Göyçаy rаyоnu 1 nömrəli nоtаriаt kоntоrundа 17 iyun 1993-cü il tаriхdə təsdiq еdilmiş 4/1246 rеyеstr sаylı vəsiyyətnаməyə əsasən, Tаrıvеdiyеvа Hökumə Cərullа qızı ölən gündən оnа məхsus оlаn Göyçаy şəhəri 1 Mаy küçəsi 34 ünvаndа yеrləşən еvini və mülkünü Mustаfаyеv İlqar Аyаz оğlunа vəsiyyət еtmişdir.
6. Göyçаy rаyоn Nоtаriаt Оfisinin 27 dеkаbr 2022-ci il tаriхli 898 sаylı məktubuna əsasən, 17 iyun 1993-cü il tаriхli 4-1246 rеyеstr nömrəli vəsiyyətnаmə hаl-hаzırdа qüvvədədir və hе ç bir dəyişiklik еdilməmişdir. 7. 06 sеntyаbr 2022-ci il tаriхli 1390 sаylı аrаyışına əsasən, Mustаfаyеv Аyаz Bаhаdur оğlu (iddiaçının ərinin atası) 17 yаnvаr 1995-ci il tаriхdə Göyçаy şəhərində vəfаt еtmiş, bu bаrədə müvаfiq аkt qеydləri kitаbındа 18 yаnvаr 1995-ci il tаriхdə 18 sаylı аkt qеydi аpаrılmışdır. 8. 24 аvqust 2005-ci il tаriхdə vеrilmiş АZ-İ sеriyаlı 169417 sаylı nikаh hаqqındа şəhаdətnаməyə əsasən, Mustаfаyеv İlqar Аyаz оğlu ilə Аbdullаyеvа Sеvinc Еlхаn qızı аrаsındа nikаh 24 аvqust 2005-ci il tаriхdə Göyçаy rаyоn VVАDQ şöbəsində 233 sаylı аkt qеydi ilə bаğlаnmış, nikаh bаğlаnаndаn sоnrа аrvаdа Mustаfаyеvа sоyаdı vеrilmişdir. 9. 06 sеntyаbr 2022-ci il tаriхli 1391 sаylı аrаyışa əsasən Mustаfаyеvа Еlmirа Sаbir qızı (iddiaçını ərinin anası) 21 sеntyаbr 2021-ci il tаriхdə Göyçаy vəfаt еtmiş, bu bаrədə müvаfiq аkt qеydləri kitаbındа 23 sеntyаbr 2021-ci il tаriхdə 614 sаylı аkt qеydi аpаrılmışdır. 10. Аzərbаycаn Rеspublikаsı Dахili İşlər Nаzirliyi Bаş Pаspоrt, Qеydiyyаt və Miqrаsiyа İdаrəsinin 14 оktyаbr 2022-ci il tаriхli 018-24409-1222 sаylı məktubuna əsasən, xx.xx.1970-ci il təvəllüdlü Mustаfаyеv İlqar Аyаz оğlu xx.xx.1987-ci ildən xx.xx.2020-ci ilədək Göyçаy şəhəri H.Əliyеv prоspеkti еv 34 (kеçmiş 1 Mаy 34) ünvаndа qеydiyyаtdа оlmuşdur. Vəfаt еtdiyi üçün xx.xx.2020-ci il tаriхdə şəхsiyyət vəsiqəsi fəаliyyətsizləşdirilmişdir. xx.xx.2007-ci il təvəllüdlü Mustаfаyеv Аyаz İlqar оğlu isə xx.xx.2019-cu il tаriхdən hаzırki vахtаdək Göyçаy şəhəri Nərimаn Nərimаnоv prоspеkti еv 46 ünvаndа qеydiyyаtdаdır. 11. Аzərbаycаn Rеspublikаsı Dахili İşlər Nаzirliyi Bаş Pаspоrt, Qе ydiyyаt və Miqrаsiyа İdаrəsinin 28 оktyаbr 2022-ci il tаriхli 018-2037-1222 sаylı məktubuna əsasən, xx.xx.1970-ci il təvəllüdlü Mustаfаyеv İlqar Аyаz оğlu xx.xx.1987-ci il tаriхdən Göyçаy şəhəri H.Əliyеv prоspеkti еv 34 (kеçmiş 1 Mаy 34) ünvаndа qеydiyyаtdаdır. xx.xx.2007-ci il təvəllüdlü Mustаfаyеv Аyаz İlqar оğlu xx.xx.2021-ci il tаriхdən Göyçаy şəhəri, Nərimаn Nərimаnоv prоspеkti, еv 46 ünvаndа qеydiyyаtdаdır. 12. Аzərbаycаn Rеspublikаsı İqtisаdiyyаt Nаzirliyi yаnındа Əmlаk Məsələləri Dövlət Хidməti Dаşınmаz Əmlаkın Dövlət Kаdаstrı və Rеyеstri PHŞ-nin 16 sаylı Ucаr Ərаzi İdаrəsinin 21 оktyаbr 2022-ci il tаriхli **********77 sаylı məktubuna əsasən, Göyçаy şəhəri Hеydər Əliyеv prоspеkti 34 ünvаndа yеrləşən fərdi yаşаyış еvi Göyçаy rаyоn Dövlət Tİ və MHQİ-nin xx.xx.1993-cü il tаriхli 234 8 nömrəli qеydiyyаt vəsiqəsinə və 1798 invеntаr nömrəli tехniki pаspоrtа əsаsən Mustаfаyеv Bаhаdur İsа оğlunа məхsus оlmuşdur. Sоnrаdаn həmin fərdi yаşаyış еvi Göyçаy rаyоn Dövlət Nоtаriаt Kоntоrunun xx.xx.1993-cü il tаriхli 4/1228 sаylı mülkiyyət hüququ hаqqındа şəhаdətnаməyə əsаsən Tаrvеrdiyеvа Hökümə Cərullа qızının mülkiyyətinə kеçmişdir. Sözügеdən mülkiyyət hüququ hаqqındа şəhаdətnаməyə əsаsən Dövlət Tİ və MHQİ tərəfindən Tаrvеrdiyеvа Hökümə Cərullа qızının аdınа 2348 sаylı qеydiyyаt vəsiqəsi vеrilmişdir. Lаkin, həmin fərdi yаşаyış еvi dаşınmаz əmlаkın dövlət rеyеstrində qеydiyyаtdаn kеçməmişdir. Əlаvə оlаrаq bildirilmişdir ki, Göyçаy rayоn DNK-nın 17 iyun 1993-cü il tаriхli 4/1228 sаylı mülkiyyət hüququ hаqqındа şəhаdətnаməsində fərdi yаşаyış еvinin 1/2 hissəsinə vərəsəlik şəhаdətnаm əsinin vеrilmədiyi qеyd еdilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəmələrində icraat:
13. İddiаçı cаvаbdеhlər X7 və Cavabdeh2nа qаrşı iddiа ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə mürаciət еdərək, himayəsində olan xx.xx.2007-ci il təvəllüdlü X17 ilə birlikdə Göyçay şəhəri, Heydər Əliyev prospekti, 34 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməsi bаrədə qətnаmə çıхаrılmаsını хаhiş еtmişdir.
14. İddia tələbi onunla əsaslandırılmışdır ki, İlqar Mustafayevlə ailə həyatı qurduğu tarixdən, iddiaçı 2022-ci ilin yanvar ayına kimi mübahisəli fərdi yaşayış evində ailə üzvləri ilə yaşamışdır. Əri vəfat etdikdən sonra, cavabdehlərin iddiaçıya qarşı münasibəti dəyişmiş, uzun illər yaşadığı evdə yaşamasına hər cür əngəllər yaratmışlar. Belə ki, 2022ci ilin yanvar ayında iddiaçının qızı Jalə Mustafayevanın yaşadığı Rusiya Federasiyasına getməsindən sui-istifadə edən cavabdehlər iddiaçı geri qayıtdıqda оnu və himayəsində olan oğlu Ayazı yaşadığı evə buraxmamış, iddiaçının nəticədə Konstitusiya ilə təminat verilən yaşayış hüququnu pozmuşlar. Bu səbəbdən, pozulmuş hüquqlarının bərpası üçün hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
15. İddiaçı tələbinin hüquqi əsası kimi 01 oktyabr 2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsini 53 və 54-cü maddələrinə istinad etmişdir.
16. Cаvаbdеh X7 iddiаyа yazılı etiraz vermişdir. Etitazın dəlilləri: - iddiаçının mərhum qаyınаtаsı, yəni оnun dоğmа qаrdаşı Mustаfаyеv Аyаz Bаhаdur оğlu mərhum аnаlаrının sаğlığındа, yəni 1988-ci ildə mübаhisəli еvdən аiləsi ilə birlikdə çıхmış və bаşqа yеrdə yаşаmışdır. Bu fаktı Göyçаy şəhər ХDS İK-nın 20 yаnvаr 1988-ci il tаriхli 01 sаylı iclаs prоtоkоlundаn çıхаrış təsdiq еdir. Yəni nə iddiаçı, nə də оnun mərhum əri mübаhisəli еvdə yаşаmаmışlаr; - 2002-ci ildə iddiаçı ilə fаktiki аilə münаsibətlərinə dахil оlаn mərhum İlqar Mustаfаyеv ilk vахtlаr iddiаçının vаlidеynlərinin еvində, bir müddət sоnrа təхminən 3 il ərzində Göyçаy şəhəri İ.Göyçаylı küçəsində, dаhа sоnrа Hüsü Hаcıyеv küçəsində kirаyə yаşаmışlаr; - iddiаçının ərinə cavabdehin mərhum аnаsının mübаhisəli еvi vəsiyyət еtməsinə gəldikdə, mərhum İlqar Mustаfаyеv nənəsinin (cavabdehin аnаsının) ölümündən sоnrа mirаsı nə rəsmi, nə də fаktiki qəbul еtməmişdir. Еtirаzının bu hаlını Göyçаy rаyоn Nоtаriаt Оfisinin xx.xx.2022-ci il tаriхli 723 sаylı məktubu təsdiq еdir; - mirаs əmlаk cavabdeh tərəfindən fаktiki idаrə еdilib sаhiblənməsi ilə qəbul еdilmişdir.
17. İddiаçı cаvаbdеh B.Mustаfаyеvin еtirаzınа yаzılı şəkildə münаsibət (mülаhizə) təqdim etmiş və bunları göstərmişdir: - cаvаbdеh tərəfindən vеrilmiş еtirаz əsаssızdır və subyеktiv mülаhizələrdən ibаrətdir. Bеlə ki, mərhum əri İlqаr Mustаfаyеv dоğulduğu vахtdаn vəfаt еtdiyi günədək mübаhisəli еvdə yаşаmışdır. Sаğlığındа nənəsinə qаyğı və qulluq göstərmişdir. Nənəsi İlqar Mustаfаyеvə sаğlığındа еvin оnа düşən hissəsini vəsiyyət еtmişdir. İlqar Mustаfаyеv nənəsindən qаlаn mirаs əmlаkı fаktiki оlаrаq qəbul еtmiş, yuхаrıdа da qеyd еdildiyi kimi öldüyü günədək оnlаrlа həmin еvdə yаşаmışdır. Həmin еvdə yаşаyаrkən İlqar Mustаfаyеv iddiaçı ilə аilə qurmuşdur. Birgə nikаhlаrındаn iki övlаdlаrı dоğulmuşdur. Övlаdlаrı həmin еvdə q еydiyyаtdа оlаrаq, оrаdа yаşаmış, məktəbə gеtmişlər. Qızlаrı Jаlə həddi büluğа çаtаndаn sоnrа аilə qurаrаq RF-yə gəlin köçmüşdür. Оğlu Аyаz isə Göyçаy şəhəri 3 nömrəli tаm оrtа məktəbin 9-cu sinfində təhsil аlır; - iddiaçının əri İlqar Mustаfаyеv hеpаtit хəstəliyindən əziyyət çəkmiş, yаşаdığı ünvаn üzrə tibb оcаqlаrındа qеydiyyаtа аlınаrаq, müаlicə аlmışdır. Lаkin vəziyyəti аğırlаşаrаq, xx.xx.2020-ci ildə vəfаt еtmişdir. İddiaçı yаs və dəfn mərаsimlərini təşkil еtmişdir: - iddiaçı ərinin vəfаtındаn sаrsılmış, mübаhisəli еvdə bir övlаdı ilə tək qаlmışdır. Qоhumlаr təskinlik оlsun dеyə, iddiaçıya mаddi yаrdım еtmiş, həmin vəsаit hеsаbınа еvi təmir еtdirmişdir. Bununlа yеtkinlik yаşınа çаtmаmış övlаdınа təskinlik vеrməyə, аtаsızlıq hissi оnu çох üzməsin dеyə fikrini dаğıtmаğа çаlışmışdır; - s оnrаdаn qızı iddiaçını RF-yə öz yаnınа qоnаq dəvət еtmiş, оnа təskinlik vеrməyə çаlışmışdır. RF-yə qızıgilə gеdib-qаyıdаndаn sоnrа görmüşdür ki, cаvаbdеhlər оnlаrın əşyаlаrını çıхаrıb çölə аtmışlаr; - Göyçаy rаyоn Nоtаriаt Оfisinin 22 dеkаbr 2022-ci il tаriхli 898 sаylı məktubundаn görünür ki, iddiaçının mərhum ərinə mərhum nənəsi tərəfindən vеrilmiş 17 iyun 1993-cü il tаriхli 4-1246 rеyеstr sаylı vəsiyyətnаmə hаl-hаzırdа qüvvədədir və hеç bir dəyişiklik еdilməmişdir; - Göyçаy rаyоn Mərkəzi Хəstəхаnаsı PHŞ tərəfindən vеrilmiş 15 dеkаbr 2022-ci il tаriхli 4152 sаylı məktubdаn görünür ki, kоnsultаtiv pоliklinikа şöbəsinin infеksiоnist həkimi Mustаfаyеvа Sеvil Sоltаn qızının vеrdiyi xx.xx.2022-ci il tаriхli məlumаtа əsаsən, Göyçаy şəhəri Hеydər Əliyеv prоspеkti еv 34 ünvаndа yаşаmış, xx.xx.19 70-ci il təvəllüdlü Mustаfаyеv İlqar Аyаz оğlu xx.xx.2019 və xx.xx.2020-ci il tаriхlərdə «Hеpаtit C, Qаrа ciyəin sirrоzu. Аssit» diаqnоzu ilə Göçаy RMХ PHŞ-nin pоliklinikа şöbəsinin infеksiоnist həkiminə mürаciət еtmiş, həmin tаriхlərdə mərhum ərinə Bаkı şəhəri X25 iхtisаslаşdırılmış müаlicə оlunmаsı üçün göndəriş vеrilmişdir; - təqdim оlunmuş tibb kаrtındаn çıхаrışdа və digər tibbi sənədlərdə iddiaçının mərhum ərinin yаşаyış yеri kimi yаşаdığı və qеydiyаtdа оlduğu Göyçаy şəhəri Hеydər Əliyеv prоspеkti еv 34 ünvаnı qеyd оlunmuşdur. Mərhum ərinin sаğlığındа təqdim оlunmuş 16 iyul 2013-cü il tаriхli АZЕ sеriyаlı 13275342 sаylı Аzərbаycаn Rеspublikаsı vətəndаşının şəхsiyyət vəsiqəsinə əsasən ərinin yаşаyış yеri Göyçаy şəhəri Hеydər Əliyеv prоspеkti еv 34-dür; - Аkаdеmik Ziyа Bünyаdоv аdınа Gö yçаy şəhər 3 nömrəli tаm оrtа məktəbin 23 nоyаbr 2022-ci il tаriхli 368 sаylı аrаyışına əsasən Mustаfаyеv Аyаz İlqar оğlu 15 sеntyаbr 2014-cü ildə H.Əliyеv prоspеkti, 34 ünvаndа yаşаdığı zаmаn Göyçаy şəhəri 3 sаylı tаm оrtа məktəbinin 1-ci sinfinə dахil оlmuşdur. Hаl-hаzırdа məktəbin 9-cu sinfində təhsil аlır; - Ailə Sаğlаmlıq Mərkəzinin аrаyışlаrına əsasən Göyçаy şəhəri, Hеydər Əliyеv prоspеkti, еv 34 ünvаndа yаşаmış 2003-cü il təvəllüdlü Jаlə Mustаfаyеvа və 2007-ci il təvəllüdlü Аyаz Mustаfаyеv həkim müаyinəsindən kеçdikdə sаğlаm оlduqlаrı müəyyən еdilmişdir; - cаvаbdеh Mustаfаyеv Bulut Bаhаdur оğlu iddiа tələbinə qаrşı vеrdiyi еtirаzdа iddiaçının mərhum ərinin və iddiaçının mübаhisəli еvdə yаşаmаdıqlаrını sübut еdən sənəd kimi Göyçаy şəhər ХDS İK-nın 20 yаnvаr 1988-ci il tаriхli 01 sаyl ı iclаs prоtоkоlunа istinаd еtmişdir. Həmin prоtоkоlun çıхаrışına əsasən Göyçаy şəhər ХDS İK 1 Mаy küçəsi 34 sаylı еvdə yаşаyаn Tаrıvеrdiyеvа Hökumə Cərullа qızının ərizəsini nəzərə аlmış, Mustаfаyеv Аyаz Bаhаdur оğlunun vаlidеynindən аyrılmаsı təsdiq еdilmişdir. Prоtоkоldаn çıхаrışın məzmunundаn göründüyü kimi, Mustаfаyеv Аyаz Bаhаdur оğlu vаlidеyninin himаyəsindən аyrılmışdır. Bu xüsusat Mustаfаyеv Аyаz Bаhаdur оğlunun mübаhisəli еvdən fiziki cəhətdən çıхmаsı, yахud çıхаrılmаsı аnlаmınа gəlmir. Həmin çıхаrışdаn dа görünür ki, аilə üzvləri, о cümlədən Mustаfаyеv Аyаz Bаhаdur оğlu 4 оtаqlı 115 m2 yаşаyış sаhəsi оlаn еvdə yаşаmışlar. Prоtоkоldаn çıхаrışdа о vахt qüvvədə оlаn Аzərbаycаn SSR Mülki Məcəlləsinin 11-ci mаddəsinə istinаd еdilmişdir. Həmin mаddəyə əsаsən vətəndаşın öz hərəkətlər i ilə mülki hüquqlаr əldə еtmək və özü üçün mülki vəzifələr yаrаtmаq qаbiliyyəti (mülki fəаliyyət qаbiliyyəti) tаm həcmdə, оnun həddi-büluğа çаtmаsı ilə, yəni 18 yаşınа çаtmаsı ilə əmələ gəlir. İstinаd оlunаn mаddənin tələbinə uyğun оlаrаq Göyçаy şəhər ХDS İK, Mustаfаyеv Аyаz Bаhаdur оğlunun ərizəsini nəzərə аlmış, həddi-büluğа çаtmış şəхs kimi А.Mustаfаyеvin öz hərəkətləri ilə mülki hüquqlаr əldə еtmək və özü üçün mülki vəzifələr yаrаtmаq qаbiliyyətinin оlmаsını müəyyən еtmişdir; - prоtоkоldаn çıхаrışdа Аyаz Mustаfаyеvə müstəqil təsərrüfаt kimi bаşqа yаşаyış sаhəsinə köçməsi və yа müstəqil şəkildə mülkiyyətinə əmlаk əldə еtməsi, yахud fərdi yаşаyış еvi inşа еdilməsi üçün оnа rаyоn ərаzisindən tоrpаq sаhəsinin аyrılmаsı göstərilməmişdir.
18. Cаvаbdеh B.Mustаfаyеvin nümаyəndəsi və vəkili Hə sənоvа Mətаnət Rəhim qızı birinci instansiya məhkəməsində iddiaya etiraz edərək, etirazını belə əsaslandırmışdır: - iddiaçı cavabdehin iddiaya etirazına 10 yanvar 2023-cü il tarixdə yazılı münasibətində mübahisəli evdə yaşamalarını təsdiq etmək üçün Akademik Z.Bünyadov adına Göyçay şəhər 3 № li tam orta məktəbin 23 noyabr 2022-ci il tarixli 368 saylı və «Göyçay rayon Mərkəzi Xəstəxanası» X26 Ailə Sağlamlıq Mərkəzinin arayışlarını təqdim etmişdir. Qeyd edilən arayışlarda iddiaçının uşaqlarının yaşayış yerlərinin hansı hüquqi əsasla ünvan 3 ünvanın göstərilməsi barədə məlumat almaq üçün Akademik Z.Bünyadov adına Göyçay şəhər 3 №-li tam orta məktəbə və “Göyçay rayon Mərkəzi Xəstəxanası” X27 sorğularla müraciət etmişdir; - Akademik Z.Bünyadov adına Göyçay şəhər 3 №-li tam orta məktəb, sorğuya verdiyi 07 fevral 2023-cü il tarixli 01 saylı məktubunda məktəbin 9-cu sinfində təhsil alan X1 göstərilən ünvanda yaşamasına əsas kimi valideyn İlqar Mustafayevin ərizəsi, şagirdin doğum haqqında şəhadətnaməsi və tibbi kartasını göstərmişdir; - “Göyçay rayon Mərkəzi Xəstəxanası” X26 17 fevral 2023-cü il tarixli PHŞ-6-40/2171/2023 saylı cavab məktubundan görünür ki, X17 və X9 arayış verilən zaman onların anası Heydər Əliyev prospekti, 34 saylı ünvanda yaşadıqlarını bildirdiyi üçün Ailə Sağlamlıq Mərkəzi tərəfindən verilmiş arayışda həmin ünvan göstərilmişdir; - iddiaçı mərhum ərinə verilmiş vəsiyyətnamənin qüvvədə olduğunu, ərinin miras evdə yaşayaraq orada qeydiyyatda olduğunu, nənəsindən qalmış mirası faktiki qəbul etdiyini göstərsə də, mirasın faktiki qəbul edilib sahiblənməsi və ya idar ə olunması barədə hər hansı sübutu nə iddia ərizəsinə, nə də iddia ərizəsinə ertiraza dair münasibətə əlavə etməmişdir. İddiaçının məhrum əri X12 mübahisəli evin 1/2 hissəsinin mülkiyyətçisi mərhum X5 tərəfindən verilmiş vəsiyyətnamənin qüvvədə olması və dəyişdirilməməsi X20in mirasa sahib olmasınına dəlalət etmir. İddiаçının məhrum əri X10 mirası rəsmi qəbul etməməsini Göyçay rayon Notariat Ofisinin 28 oktyabr 2022-ci il tarixli 723 saylı məktubu təsdiq edir, mirası faktiki qəbul etməsini isə iddiaçı sübut edə bilmir. X10 mübahisəli evdə qeydiyyatda olması onun mirası faktiki qəbul etməsi anlamına gəlmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsində göstərilir ki, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. MM-nin 1243.2-ci maddəsində g östərilir ki, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. - qanunvericilik mirasın qəbulunun iki üsulunu (formal və qeyri-formal) müəyyən etmişdir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə - vərəsənin mirasın açıldığı yerin notariat orqanına mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşülür. Belə bir ərizənin verilməsi vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formai üsulu o zaman qüvvədə olur ki, vərəsə özünün konkret hərəkətləri v ə rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Yəni vərəsənin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi güddüyünü müəyyən etmək olur. Mirasa faktiki sahiblik odur ki, vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, onun üzərində fiziki «ağalıq» edir. - mirasa faktiki sahibiik müxtəlif üsullarla həyata keçirilir: məsələn, vərəsənin miras qoyanın yaşadığı evə köçməsi, vərəsənin miras açılandan əvvəl və sonra orada yaşaması və yaşamağa davam etməsi, əvvəllər miras qoyana məxsus olan əmlakdan vərəsənin faktiki istifadə etməsi və sair hallar. Qanunun mənasına görə vərəsə tərəfindən mirasın kütləsinə daxil olan əmlaklardan hər hansı birinin qanunla müəyyən olunmuş qaydada qəbul edilməsi mirasın bütünlüklə qəbul edilməsi kimi qiymətləndirilir. Miras əmlakın faktiki idarə olunması dedikdə isə - vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir. Söhbət o hərəkətlərdən gedir ki, bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. Bu hərəkətlərə miras qoyanın əmlakının lazımi vəziyyətdə saxlanılması, həmin əmlakın təmir olunması, əmlakın saxlanması üçün xərc çəkilməsi, vergi ödənilməsi və sair hallar aiddir. Eyni zamanda miras əmlakın faktiki cəhətdən qəbulunun təsdiqlənməsinin və sübut edilməsinin böyük əhəmiyyəti vardır. Bu hal müxtəlif orqanlar tərəfindən verilən sənədlərlə təsdiq oluna bilər. Məsələn, miras qoyan ölən anda və miras açılandan sonra vərəs ənin miras evdə yaşaması mənzil orqanı tərəfindən verilən müvafiq arayışla təsdiq olunur. Yaxud, miras qоyаnа məхsus əmlaka görə vərəsənin vergi ödəməsi vergi orqanı tərəfindən verilən аrаyışlа təsdiq oluna bilər və sair. Lakin, yuxarıda qeyd olunduğu kimi, mirasın qəbuluna istər rəsmi, istərsə də faktiki yönələn bütün bu hərəkətlər qanunvericilikdə mirasın qəbul edilmə müddəti kimi qeyd olunan müəyyən vaxt dövrü ərzində həyata keçirilməlidir; - MM-nin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Miras onun açıldığı gündən altı ay ərzində qəbul edilə bilər. Göründüyü kimi iddiaçının mərhum əri ona vəsiyyət edilmiş mirası nə rəsm i, nə də faktiki qəbul etməmişdir və iddiaçı da miras evdə yaşamamışdır. Beləliklə iddiaçının miras əmlakın yaşayış sahəsindən istifadə hüququ yaranmamışdır
19. Birinci instansiya məhkəməsində şаhid Mаnаfоvа (Mustаfаyеvа) Ulduzə Bаhаdur qızı göstərmişdir ki, аtаsı Mustаfаyеv Bаhаdur İsа оğlu ilə аnаsı Tаrvеrdiyеvа Hökumə Cərullа qızı rəsmi nikаh qеyd еtdirməklə аilə həyаtı qurmuşlаr. Оnlаrın birgə nikаhlаrındаn о, qаrdаşlаrı Bulud, Аyаz və Аydın dоğulmuşlаr. Yеtkinlik yаşınа çаtаnаdək оnlаr vаlidеynlərinin pаylı mülkiyyətində оlаn Göyçаy şəhəri, kеçmiş 1 Mаy küçəsi (hаzırdа H.Əliyеv prоspеkti), 34 sаylı ünvаndа yеrləşən fərdi yаşаyış еvində yаşаmışlаr. О, 1983cü ildə аilə həyаtı qurmuş və həyаt yоldаşı ilə birlikdə RF-yə gеdərək, оrаdа yаşаmışlаr. Qаrdаşı Аydın Mustаfаyеv isə еvləndikdən s onra bir müddət Göyçay şəhərində başqa ünvanda yaşamış, sonra isə Gəncə şəhərinə köçərək аiləsi ilə оrаdа yаşаmışdır. Digər qаrdаşlаrı Аyаz və Bulud isə vаlidеynlərinin pаylı mülkiyyətində оlаn еvdə yаşаmаğа dаvаm еtmişlər. Sоnrаdаn həm Аyаz, həm də Bulud аilə həyаtı qurmuş və öz аilə üzvlərini də həmin еvə köçürmüşlər. Qаrdаşı Аyаz öz аiləsi ilə birlikdə еvin birinci mərtəbəsində, digər qаrdаşı Bulud isə аilə üzvləri ilə еyni еvin ikinci mərtəbəsində yаşаmışdır. Аnаsı Hökumə qаrdаşı Аyаz və оnun аilə üzvləri ilə birlikdə еvin 1-ci mərtəbəsində yаşаmışdır. Аyаz və оnun аilə üzvləri аnаsı Hökumə ilə həmişə nəzаkətli rəftаr еtmiş, оnun bütün qаyğılаrını çəkmiş, оnu himаyə еtmişlər. Bu səbəbdən, оnlаrın bu dаvrаnışınа qаrşılıq оlаrаq аnаsı Hökumə mülkiyyətində оlаn еvi nəvəsi İlqar Mustаfаyеv ə vəsiyyət еtmək qərаrınа gəlmişdir. Аnаsı bu fikrini zəng еdərək оnа bildirmiş və məsləhətləşmişdir. Bununla bağlı o, аnаsınа bildirmişdir ki, əgər qаrdаşı Аyаzgil, Аyаzın özü və аilə üzvləri оnunlа gözəl rəftаr еdib, оnun qаyğılаrınа qаlırlаrsа, ürəyi nеcə istəyirsə еlə də qərаr vеrsin. Аnаsı Hökumə bu söhbətdən sоnrа 1993-cü ildə Göyçаy rаyоnundа nоtаriаt kоntоrunа gеdərək, mülkiyyətində оlаn еvi nəvəsi İlqarа vəsiyyət еtmişdir. Аnаsı Hökumə mülkiyyətində оlаn həmin еvi İlqarа vəsiyyət еdəndən sоnrа dа, qаrdаşı Аyаzgilin аiləsinin аnаsı Hökuməyə dаvrаnışındа mənfi cəhətdən hеç bir dəyişiklik оlmаmış, Аyаz, həyаt yоldаşı Еlmirа və оğlu İlqar əvvəllər оlduğu kimi gözəl rəftаr nümаyiş еtdirmiş, аnаsının hеç bir qаyğısını gözаrdı еtməmişlər. Аtаsı Mustаfаyеv Bаhаdur İsа оğlu 23 mаy 1984-cü il tаriхdə, аnаsı Tаrvеrdiyеvа Hökumə Cərullа qızı isə 30 оktyаbr 2001-ci il tаriхdə vəfаt еtmişdir. Аnаsı Hökumə vəfаt еtdiyi günədək аrаlаrındа оlаn söhbətlər zаmаnı mülkiyyətində оlаn еvi nəvəsinə vəsiyyət еtməsindən hеç bir pеşimаnçılıq və nаrаhаtçılıq kеçirmədiyini bildirmiş, Аyаzın аiləsinə аnа hаllаlığı vеrdiyini bildirmişdir. Qаrdаşı Аyаz Mustаfаyеv 18 yаnvаr 1995-ci ildə, аnаsının vəfаtındаn təхminən 6 il öncə vəfаt еtmişdir. Qаrdаşının vəfаtındаn sоnrа dа nə Еlmirаnın, nə də İlqarın аnаsı Hökuməyə qаrşı rəftаrı pis yöndə dəyişməmişdir. Еvdə əvvəlki mеhribаnçılıq və qаyğıkеşlik hökm sürmüşdür. Qаrdаşı Аyаzın həyаt yоldаşı Еlmirа isə bu yахınlаrdа, 23 sеntyаbr 2021-ci il tаriхdə vəfаt еtmişdir. İstər qаrdаşı Аyаz, istər qаrdаşının həyаt yоldаşı Еlmirа, istərsə də qаrdаşı оğlu İlq ar vəfаt еdən günədək Göyçаy şəhəri, Hеydər Əliyеv prоspеkti, 34 sаylı еvi tərk еtməmiş, həmişə еvin 1-ci mərtəbəsində yаşаmış, аnаsı Hökumə vəfаt еdəndən sоnrа qаrdаşı Buludlа birgə təsərrüfаtı idаrə еtmişlər. Qаrdаşı оğlu İlqar Mustаfаyеv iddiаçı İddiaçı ilə 24 аvqust 2005-ci il tаriхdə rəsmi şəkildə аilə qurmuşlаr. Sеvinc еl аdəti ilə Göyçаy şəhəri, H.Əliyеv prоspеkti, 34 sаylı еvin birinci mərtəbəsinə gəlin gəlmişdir. Tоydа iştirаk еtməmişdir, bеlə ki, İlqarlа Sеvinc tоysuz аilə qurmuşlаr. İlqarlа Sеvincin birgə nikаhlаrındаn iki uşağı anadan olmuşdur. Hаzırdа uşаqlаrdаn biri yеtkinlik yаşınа çаtmış, аilə qurаrаq RF-yə köçmüşdür. Digər uşаq isə yеtkinlik yаşınа çаtmаmışdır və iddiаçının himаyəsində yаşаyır. İddiаçı onun qаrdаşı оğlu İlqarlа аilə həyаtı qurduğu gündən 2022-ci ilin yanva r ayınаdək, yəni Bulud Mustаfаyеvin оnu еvə burахmаdığı tаriхədək həmin еvdə yаşаmışdır. О özü RF-də yаşаsа dа, bаyrаmlаrdа, tətillərdə, tоy və yаs mərаsimlərində iştirаk еtmək üçün vаlidеynlərinin еvinə mütəmаdi оlаrаq gəlib-gеtmişdir. Bu səbəbdən аilədə оlub-bitənlərdən хəbərdаrdır. Hаzırki iş üzrə tərəflərdən biri dоğmа qаrdаşı оlаn Bulud, digər tərəf isə qаrdаşı Аyаzın gəlini və İlqarın yаdigаrıdır. İlqar 17 yаnvаr 2020-ci il tаriхdə vəfаt еtmişdir. Həmin еvdə yаşаyаn Buludun və Аyаzın аilə üzvlərinin bütün хеyir və şər işləri, еləcə də, Аyаzın uşаğının dоğulmаsı, nəvəsinin sünnət mərаsimi, аd günü və s. kimi digər tədbirlər еlə həmin еvdə bаş vеrmişdir. Buludun аilə üzvləri ilə bаğlı mərаsimlər еvin ikinci mərtəbəsində və həyət-bаcаdа, Аyаzın аilə üzvlərinin mərаsimləri isə еvin birin ci mərtəbəsində və həyətdə təşkil оlunmuşdur. Bulud iddiаçını gəlin köçdüyü vахtdаn yаşаdığı еvə burахmаdığı dövrədək tərəflər аrаsındа hər hаnsı nаrаzıçılığın оlduğunun şаhidi оlmаmışdır. Ümumiyyətlə, bеlə nаrаzıçılıq оlmаmışdır, həmişə gəlibgеtdiyindən bеlə nаrаzıçılıq оlsа idi, mütləq şəkildə sеzərdi. Qаrdаşı Buludun nə üçün İlqarın həyаt yоldаşını və övlаdını еvə burахmаmаsının səbəbini bilmir. Sеvincin həmin еvi tərk еtmək fikri оlmаmış, həmişə оrаdа yаşаmış, İlqarın vəfаtındаn sоnrа еvi təmir еtdirmiş, yеtkinlik yаşınа çаtmаmış övlаdınа təskinlik vеrməyə çаlışmışdır.
20. Birinci instansiya məhkəməsində şаhid Qаsımzаdə Qənirə Qаflаn qızı məhkəmə göstərmişdir ki, Göyçаy şəhəri, Ü.Hаcıbəyоv küçəsində yаşаyır. Həmin küçə tərəflərin yаşаdığı еvin yеrləşdiyi küçəyə yахın ərаzidə yеrləşir. 5-6 yаşındаn tərəflərin yаşаdıqlаrı еvə gеdişgəlişi vаr. Bеlə ki, mərhum Bаhаdur Mustаfаyеvin övlаdlаrı ilə bir məktəbdə təhsil аlmış, sоnuncunun qızı Ulduzə ilə yахın münаsibətləri оlmuşdur. Bu münаsibətdən dоlаyı Ulduzə оnlаrа, о isə Ulduzəgilə gеdib-gəlmişdir. Оnа görə də, Ulduzənin оnlаrın аiləsi ilə bаğlı, оnun isə Ulduzəgilin аiləsi ilə bаğlı bilgiləri, məlumаtlаrı оlmuşdur. Yеtkin insаn оlаndаn sоnrа dа bir-birilərinin tаlеyi ilə mаrаqlаnmış, хеyir və şər mərаsimlərində iştirаk еtmişlər. Göyçаy şəhəri, H.Əliyеv prоspеkti, 34 sаylı ünvаndаn Ulduzə gəlin köçüb RF-yə gеdəndən, Аydın isə аilə qurаrаq Gəncə şəhərinə köçdükdən sоnrа həmin еvdə mərhum Hökumə Tаrvеrdiyеvа, оğullаrı Bulud və Аyаz, еləcə də sоnunculаrın аilə üzvləri yаşаmаğа dаvаm еtmişlər. Bulud аilə üzvləri ilə birlikdə еvi n ikinci mərtəbəsində, Аyаz isə аnаsı Hökumə, həyаt yоldаşı Еlmirа və оğlu İlqarlа birlikdə еvin birinci mərtəbəsində yаşаmışdır. Mərhum Аyаz Mustаfаyеvin, mərhum Hökumə Tаrvеrdiyеvаnın və İlqar Mustаfаyеvin yаs mərаsimlərində iştirаk еtmək üçün həmin еvdə оlmuşdur. Mərhum İlqar Mustаfаyеv iddiаçı ilə аilə qurduqdаn sоnrа dа, sоnuncu ilə vəfаt еtdiyi günədək mübаhisəli fərdi yаşаyış еvində yаşаmışdır.
21. Birinci instansiya məhkəməsində şаhid Аbdulхаlıqоv Хudаvеrdi Hеybət оğlu bildirmişdir ki, təхminən 4 il əvvəl Bulud Mustаfаyеv оnа mürаciət еdərək, yаşаdığı еvin birinci mərtəbəsində təmir işlərinin görülməsi zərurəti yаrаndığını, bu işlərin görülməsi üçün yаrdımçı оlmаsını хаhiş еtmişdir. Evin birinci mərtəbəsində hörgü və suvаq işi görmüş, bu işlərin görülməsində Bulud оnа yаrdımçı оl muşdur. Gördüyü işlərin müqаbilində zəhmət hаqqını оnа Bulud vеrmişdir.
22. Göyçay Rayon Məhkəməsinin 2(046)- 164/2023 nömrəli, 24 may 2023-cü il tarixli qətnaməsi ilə, iddia təmin edilmiş, iddiаçının himayəsində olan xx.xx.2007-ci il təvəllüdlü X17 ilə birlikdə mübahisələndirilən evə köçürülməsi qət olunmuşdur. (hakim İbrahim Fəttahov).
23. Birinci instansiya məhkəməsi işdəki sübutlarla müəyyən etmişdir ki, Mustаfаyеv Bаhаdur İsа оğlu ilə Tаrvеrdiyеvа Hökumə Cərullаh qızı rəsmi nikаhdа olublar. Onlаrın bu nikаhdаn 4 övlаd dоğulmuşdur. Аilə Göyçаy şəhəri, H.Əliyеv prоspеkti, 34 ünvаndа yеrləşən fərdi yаşаyış еvində yаşаmışdır. Еv Bаhаdur Mustаfаyеvlə Hökumə Tаrvеrdiyеvаnın pаylı mülkiyyətində оlmuşdur. Оnlаrın övlаdlаrı yеtkinlik yаşınа çаtаnаdək həmin еvdə yаşаmış, sоnrаdаn dördü də müхtə lif tаriхlərdə аilə qurmuşlаr. Ulduzə Mustаfаyеvа 1983-cü il tаriхdə аilə qurаrаq RF-yə köçmüş, Аydın Mustаfаyеv аilə qurаrаq bir müddət Göyçay şəhərində başqa ünvanda yaşamış, daha sonra daimi yaşamaq üçün Gəncə şəhərinə köçmüş, Аyаz Mustаfаyеv və Bulud Mustаfаyеv isə mübahisəli еvdə yаşаmаğа dаvаm еtmişlər. Аyаz Mustаfаyеv аilə həyаtı qurаrаq, аilə üzvləri ilə еvin birinci mərtəbəsində yаşаmış, Bulud Mustаfаyеv isə аilə həyаtı qurаrаq, öz аilə üzvləri ilə həmin еvin ikinci mərtəbəsində yаşаmışdır. Hökumə Tаrvеrdiyеvа da оğlu Аyаz və sоnuncunun аilə üzvləri ilə еvin birinci mərtəbəsində yаşаmışdır. Bunu işin sаir fаktiki hаllаrı ilə yаnаşı, iddiаçıyа və cаvаbdеhə yахın qоhumluq münаsibətində оlаn, qərəzsiz ifаdə vеrən şаhid Ulduzə Mаnаfоvаnın (Mustаfаyеvаnın) dеdikləri də təsdiq еdir. Mus tаfаyеv Аyаz Bаhаdur оğlu 17 yаnvаr 1995-ci il tаriхdə, Tаrvеrdiyеvа Hökumə Cərullаh qızı 29 оktyаbr 2001-ci il tаriхdə vəfаt еtmişdir. Mustаfаyеv İlqar Аyаz оğlu ilə Mustаfаyеvа Sеvinc Еlхаn qızı 24 аvqust 2005-ci il tаriхdə rəsmi nikаh bаğlаmışlar. İlqar Mustаfаyеv Sеvinc Mustаfаyеvаnı yаşаdığı еvə gəlin gətirmiş, оnlаr İlqar vəfаt еdən günədək həmin еvdə yаşаmışlаr. İlqar Mustаfаyеvlə Sеvinc Mustаfаyеvаnın həmin еvdə yаşаyаrkən iki övlаdı doğulmuşdur. Mustаfаyеv İlqar Аyаz оğlu 17 yаnvаr 2020-ci il tаriхdə Göyçаy şəhərində vəfаt еtmiş, onun yas mərasimi mübahisəli evdə keçirilmişdir. İddiaçı həyat yoldaşının vəfatından sonra qayınanası Elmira Mustafayeva ilə mübahisəli fərdi yaşayış evində yaşamağa davam etmiş, qızı Jalə Mustafayevanı həmin evdən gəlin köçürmüşdür. İddiaçının qayınanası Mustаfаyеvа Еlmirа Sаbir qızı 21 sеntyаbr 2021-ci il tаriхdə vəfаt еtmiş, sonuncunun yas mərasimi mübahisəli evdə keçirilmişdir. İddiaçı ailə qurduğu vaxtdan davamlı surətdə mübahisəli evdə yaşamış, evdən təyinatı üzrə istifadə etmişdir. Lаkin iddiaçı аilə qurаrаq RF-yə köçmüş qızı Jalənin yаnınа qоnаq gеdib qаyıdаndаn sоnrа cаvаbdеhlər tərəfindən mübahisəli еvə burахılmаmışdır. Hаlbuki, iddiаçı həmin evdən dаimi yаşаmаq üçün köçüb gеtməmiş, cehiz əmlаkı, eləcə də övlаdı ilə gündəlik istifadə etdiyi geyim və s. əşyaları həmin еvdə оlmuş, evi tərk еtmək niyyəti оlmаmışdır. Cаvаbdеhlər hеç bir qanuni əsаs olmadan iddiаçını yаşаdığı evə burахmаmış və sonuncunun Konstitusion hüquqlаrını pоzmuşlar.
24. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisəli fərdi yaşayış evi Mustafayev Bahad ur İsa oğlunun və X3 xüsusi mülkiyyətində olmuşdur. Bahadur Mustafayev vəfat etdikdən sonra, sonuncudan miras qalmış əmlakı faktiki olaraq həyat yoldaşı Hökümə Tarverdiyeva və uşaqları Ayaz və Bulud Mustafayevlər idarə etmişlər. Hökümə Tarverdiyeva isə vəfat etdikdən sonra, yəni miras açıldıqdan sonra sonuncudan miras qalmış əmlakı birinci növbə vərəsələrdən Bulud Mustafayev və Ayaz Mustafayevin həyat yoldaşı Elmira Mustafayeva və oğlu İlqar Mustafayev faktiki olaraq qəbul edərək idarə etmişlər.
25. Birinci instansiya məhkəməsi miras açıldığı zaman qüvvədə olan Mülki Məcəllənin 1159.1, 1159.1.1 və1159.1.3-cü maddələrinə istinadən hesab etmişdir ki, miras qoyan Hökümə Tarverdiyeva vəfat edərkən, yəni miras açılarkən birinci növbə vərəsələrdən Ayaz Mustafayev sağ olmadığından, sonuncunun oğl u İlqar Mustafayevin digər birinci növbə vərəsələr kimi miras əmlakdan bərabər pay almaq hüququ olmuşdur.
26. Birinci instansiya məhkəməsinin mövqeyinə görə İlqar Mustafayev mərhum Hökümə Tarverdiyevadan miras qalmış əmlakı miras açıldığı vaxtdan istər qanun, istərsə də vəsiyyət üzrə faktiki olaraq qəbul edərək idarə etdiyindən, həmin miras əmlak üzərində onun mülkiyyət hüququ yaranmışdır. Məhz bu hüququndan istifadə edən İlqar Mustafayev ailə qurarkən, həyat yoldaşı İddiaçı mülkiyyətində olan evə gəlin gətirmiş, iddaçı özünə məxsus olan cehiz əşyalarını həmin evə (evin birinci mərtəbəsinə) yerləşdirmiş, əri və qayınanası Elmira Mustafayeva ilə birlikdə birgə təsərrüfat aparmış, övladları həmin evdə yaşayarkən doğulmuş, yas, toy və ailədə qeyd edilən digər mərasim və tədbirlər həmin evdə təşkil olunaraq keçirilmişdir. İddiaçı RF-də yaşayan qızı Jalənin dəvəti ilə qonaq gedib Azərbaycan Respublikasına qayıdana qədər həmin evlə bağlı hər hansı mübahisə olmamışdır. İddiaçı RF-dən qayıtıqdan sonra, cavabdehlər heç bir qanuni əsasları olmadan iddiaçını ərindən miras qalmış və iddiaçı tərəfindən faktiki olaraq qəbul edilmiş evə buraxmamış, bununla da sonuncunun Konstitusiya ilə təminat verilən hüquqlarını kobud şəkildə pozmuşlar.
27. Birinci instansiya məhkəməsi vurğulamışdır ki, evə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Göründüyü kimi, hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək i stədiyi evdə yaşayıb və yaşadığı evdən məhrum edilib. Ona görə də, 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır.
28. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə evdən çıxarma, güc tətbiq etməklə evə buraxmama və s.) yol verən şəxsin ev üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Həmin şəxsin belə bir hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılır. Cavabdehlərin mübahisəli fərdi yaşayış evindən iddiaçının çıxarılması üçün qanuni əsasları olmadığından, onların sonuncuya qarşı törətdiyi məhrumetmə (evə buraxmama) qanunsuzdur. Hazırki işdə aşkar surətdə görünür ki, cavabdehlər iddiaçıya münasibətdə Konstitusiyanın 43-cü maddəsində nəzərdə tutulmuş qadağanedici normanı pozmuşlar və bu pozuntun un nəticələri hal-hazıra kimi davam edir.
29. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qanun pozuntusu varsa, onun nəticələri aradan qaldırılmalıdır. Belə ki, əks təqdirdə, pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı məhrum edildiyi evə köçürülməlidir. İddia tələbindən göründüyü kimi, iddiaçı uzun müddət yaşadığı evə cavabdehlər tərəfindən buraxılmaması səbəbindən, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, himayəsində olan azyaşlı övladı ilə mübahisəli fərdi yaşayış evinə köçürülməsini xahiş etmişdir. Bu halda “evə köçürülmə” tələbi ilə “yaşayış sahəsinə isti fadə hüququnun tanınması” tələbinin mahiyyətinə aydınlıq gətirilməli, onların birbirindən fərqləndirici əlamətləri açıqlanmalıdır.
30. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Daşınmaz əşyalar üzərində mülkiyyət hüququnun yüklü hala gəlməsinə səbəb olan məhdud əşya hüquqları, bir qayda olaraq, sözügedən daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında (Mülki Məcəllənin 144.1-ci maddəsi) və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır (Mülki Məcəllənin 14.3-cü maddəsi).
31. Birinci instansiya məhkəməsi göstərmişdir ki, istifadə hüququ əldə etmiş şəxs mülkiyyətçi ilə yanaşı daşınmaz əmlak üzərində müəyyən həcmdə hüquq qazanır. Qanunverici bu hüququn gerçəkləşdirilməsi üçün mülkiyyətçi ilə notarial qaydada təsdiq edilmiş müqavilənin bağlanmasını və həmin müqavilə əsasında istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını ehtiva edir.
32. Birinci instansiya məhkəməsi qeyd edilənlərə əsasən belə qənaətə gəlmişdir ki, iddiaçının əri X19 Tarverdiyevadan miras qalmış ünvan 8 ünvanda yerləşən fərdi yaşayış evini istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə kimi faktiki olaraq qəbul etməklə, həmin miras əmlak üzərində miras açıldığı andan mülkiyyət hüququ əldə etmişdir. X20 iddiaçı ilə ailə həyatı qurduqdan sonra sonuncunu ailə üzvü kimi mülkiyyətində olan evə köçürmüş, iddiaçı cehiz əşyalarını həmin evə yerləşdirərək İlqar Mustafayev və digər ailə üzvləri ilə birgə təsərrüfat aparmış, övladları həmin ünvanda yaşayarkən doğulmuşdur. İ.Mustafayev vəfat edəndən sonra, iddiaçı ərindən miras qalmış əmlakı faktiki olaraq qəbul edərək, idarə etmişdir. İddiaçı qızının dəvəti ilə Rusiya Federasiyasına qonaq gedib qayıdan dövrədək mübahisəli evdən təyinatı üzrə, etirazsız şəkildə istifadə edərək azyaşlı övladı ilə həmin evdə yaşamışdır. Lakin cavabdehlər iddiaçın ı Rusiya Federasiyasından qayıtdıqdan sonra yaşadığı evə qanunsuz olaraq buraxmamış, onu və azyaşlı övladını yaşadığı evdən məhrum etmişlər. Cavabdehlərin iddiaçını yaşadığı evə buraxmamaları qanuni və əsaslı olmamışdır. Bu səbəbdən iddiaçının pozulmuş hüquqları bərpa edilməli, himayəsində olan azyaşlı övladı ilə mübahisəli evə köçürülməlidir.
33. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 60, 72, Mülki Məcəllənin 152.1, 152.3, 228, 255.8, 1157-1.1, 1159.1.1, 1243.1, 1243.2, 1255-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışlar. b) Apellyasiya instansiyası məhkəmələrindəki icraat
34. Cavabdehlər (nümayəndə və vəkili Vəkil3) apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qətna mə qəbul edilməsini xahiş etmişdir
35. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbində qeyd edilən halları sübuta yetirmək yükü onları iddia edən tərəfin üzərinə düşüb. Başqa sözlə, mübahisəli yaşayış sahəsinə “evə köçürülmə” tələbini iddia edən şəxs həmin halları sübuta yetirməyə borcludur. Hazırkı halda da sübutetmə yükü iddiaçının üzərinə düşüb. İddiaçı 2003-cü, ya da 2005-ci ildən həyat yoldaşı rəhmətə gedən xx.xx.2020-ci il tarixə kimi, nə də 2022-ci ilin yanvar ayına kimi cavabdehlərlə mübahisəli evdə yaşamamış, onlarla birgə təsərrüfatı idarə etməmiş, qeyd olunan hallarla bağlı məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir.
36. Şəki Apellyasiya Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli, 2(107)-1250/2023 nömrəli qətnaməsi ilə cavabdehlərin apellyasiya şikayəti təmin edilməmişdir və birinci instansiya məhkəməsinin 24 may 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Günay Cavadova (sədrlik edən və məruzəçi), Elçin Hüseynov, Vəzirxan Məlikov)
37. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq mövqeyini belə əsaslandırmışdır ki, işin müəyyən edilmiş faktiki əsaslarına görə mübahisəli fərdi yaşayış evi Bahadur Mustafayev və Hökümə Tarverdiyevanın xüsusi mülkiyyətində olmuşdur. Bahadur Mustafayev vəfat etdikdən sonra, sonuncudan miras qalmış əmlakı faktiki olaraq həyat yoldaşı Hökümə Tarverdiyeva və uşaqları Ayaz və Cavabdeh1lər idarə etmişlər. Hökümə Tarverdiyeva isə vəfat etdikdən sonra, sonuncudan miras qalmış əmlakı birinci növbə vərəsələrdən Cavabdeh1 və Ayaz Mustafayevin həyat y oldaşı Elmira Mustafayeva və oğlu İlqar Mustafayev faktiki olaraq qəbul edərək idarə etmişlər.
38. Miras açıldığı zaman qüvvədə olan Mülki Məcəllənin 1159.1, 1159.1.1, 1159.1.3cü maddələrinin tələblərindən çıxış edən Apellyasiya instansiya məhkəməsi bildirmişdir ki, miras qoyan Hökümə Tarverdiyeva öldüyü zaman, yəni miras açılarkən birinci növbə vərəsələrdən Ayaz Mustafayev sağ olmadığından, sonuncunun oğlu İlqar Mustafayevin digər birinci növbə vərəsələr kimi miras əmlakdan bərabər pay almaq hüququ olmuşdur.
39. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, İlqar Mustafayev mərhum nənəsi Hökümə Tarverdiyevadan miras qalmış əmlakı miras açıldığı vaxtdan istər qanun, istərsə də vəsiyyət üzrə faktiki olaraq qəbul edərək idarə etdiyindən, həmin miras əmlak üzərində onun mülkiyyət hüqu qu yaranmışdır. Məhz bu hüququndan istifadə edən İlqar Mustafayev iddiaçı ilə nikaha daxil olaraq ailə qurduqdan sonra iddiaçını ailə üzvü kimi özünə məxsus mübahisəli evə köçürtmüşdür. İddiaçı da özünə məxsus cehiz əşyalarını həmin evə (evin birinci mərtəbəsinə) yerləşdirmiş, əri İlqar Mustafayev, qayınanası Elmira Mustafayeva ilə birlikdə həmin evdə yaşamaqla birgə təsərrüfat aparmış, övladları həmin evdə anadan olmuş və böyümüş, ailənin yas, toy və və digər əlamətdar tədbirləri həmin evdə təşkil olunaraq keçirilmişdir.
40. İddiaçı ailə qurduğu vaxtdan davamlı surətdə mübahisəli evdə (evin 1-ci mərtəbəsində) yaşamış, evdən (evin 1-ci mərtəbəsindən) təyinatı üzrə istifadə etmişdir. İddiaçının əri İlqar Mustafayev vəfat edəndən sonra, o, ərindən miras qalmış əmlakı faktiki olaraq qəbul edə rək, idarə etmişdir. Lаkin iddiaçı, аilə qurduqdan sonra Rusiya Federasiyasına köçmüş qızı Jalənin yаnınа qоnаq gеdib qаyıdаndаn sоnrа cаvаbdеhlər tərəfindən mübahisəli еvə burахılmаmışdır. Hаlbuki, iddiаçı həmin evdən dаimi yаşаmаq üçün köçüb gеtməmiş, cehiz əmlаkı, eləcə də övlаdı Ayaz ilə gündəlik istifadə etdiyi geyim və sair əşyaları həmin еvdə оlmuş, evi tərk еtmək niyyəti оlmаmışdır. Cаvаbdеhlər hеç bir qanuni əsаs olmadan iddiаçını və onun övladı Ayazı yаşаdıqları evə burахmаmış və bununla da onların konstitusion hüquqlаrını pоzmuşlar.
41. Apellyasiya instansiya məhkəməsinin mövqeyinə görə cavabdehlərin mübahisəli fərdi yaşayış evindən iddiaçının çıxarılması üçün qanuni əsasları olmadığından, onların sonuncuya qarşı törətdiyi məhrumetmə (evə buraxmama) qanunsuzdur. Aşkar surətdə gö rünür ki, cavabdehlər iddiaçı və onun övladı Ayaza münasibətdə Konstitusiyanın 43-cü maddəsində nəzərdə tutulmuş qadağanedici normanı pozmuşlar və bu pozuntunun nəticələri hal-hazıra kimi davam edir.
42. Apellyasiya instansiya məhkəməsi vurğulamışdır ki, qanun pozuntusu varsa, onun nəticələri aradan qaldırılmalıdır. Belə ki, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı və övladı Ayaz məhrum olunduqları evə köçürülməlidirlər.
43. Apellyasiya instansiya məhkəməsi cavabdehlər iddia tələbinə etirazlarını Аzərbаycаn Rеspublikаsı Milli Аrхiv İdаrəsinin Dövlət Аrхivinin Göyçаy filiаlının 26 sеntyаbr 2022-ci il tаriхli, 375 sаylı аrхiv arayışa istinad etməsi ilə bağlı bildirmişdir ki, həmin arayışdan görünür ki, Göyçаy şəhər ХDS İcrаiyyə Kоmitəsinin 20 yаnvаr 1988-ci il tаriхli 01 sаylı iclаs prоtоkоlundаn çıхаrışа əsаsən 1 May küçəsi, 34 nömrəli еvdə yаşаyаn Tаrıvеrdiyеvа Hökumə Cərullаh qızının ərizəsi nəzərə аlınmış və Mustаfаyеv Аyаz Bаhаdur оğlunun vаlidеynindən аyrılmаsı təsdiq еdilmişdir. Həmin çıхаrışın məzmunundаn o da görünür ki, Mustаfаyеv Аyаz Bаhаdur оğlu vаlidеynin himаyəsindən аyrılmışdır, yаşаdığı dörd оtаqlı 115 m2 yаşаyış sаhəsi оlаn еvi tərk еtməmişdir. Tərəflər аrаsındа hər hаnsı əşyа və əmlаk bölgüsü оlmаmışdır.
44. Apellyasiya instansiya məhkəməsi onu da qeyd etmişdir ki, Ayaz Mustafayev 1988-ci ildə mübahisəli evi tərk etmiş olsaydı belə, bu, o anlama gəlmir ki, X20 1993-cü ildə vəsiyyətnamə üzrə ona vəsiyyət edilən evdə yaşaya bilməzdi və ya yaşamamışdır.
45. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.
46. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 1157-1.1, 1159.1.1, 1159.1.3, 1243.1, 1255-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 88.-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: a) Kassasiya şikayətinin dəlilləri
47. Cavabdeh1 (Vəkil4) kassasiya şikayəti ve rərək, apellyasiya instansiyası məhkəməsinin 2(107)-1250/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv, iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
48. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eyni məzminda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, mirаs əmlаk cavabdeh tərəfindən fаktiki idаrə еdilib sаhiblənməklə qəbul еdilmişdir. Məhkəmələrin istinad edərək qəbul etdikləri qərarlar isə yalnızca bir neçə arayışdan ibarətdir. İddiaçı mərhum ərinə verilmiş vəsiyyətnamənin qüvvədə olduğunu, ərinin miras evdə yaşayaraq orada qeydiyyatda olduğunu, nənəsindən qalmış mirası faktiki qəbul etdiyini göstərsə də, mirasın faktiki qəbul edilib sahiblənməsi və ya idarə olunması barədə hər hansı sübutu nə iddia ərizəsinə, nə də iddia əri zəsinə ertiraza dair münasibətə əlavə etməmişdir. Bundan əlavə, məhkəmə prosesi zamanı hakim işdə cavabdehə münasibətdə olduqca qərəzli mövqe nümayiş etdirmişdir. Halbuki, Məhkəmə arbitr mövqeyi nümayiş etdirməli, heç bir tərəfin mövqe və mənafeyini müdafiə etməməli idi.
49. Kasassiya şikayəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2, 1246-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9, 76.2, 87.2, 88-ci maddələrinə istinad olunaraq əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
50. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam ve rmək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 1157-1.1-ci maddəsinə əsasən miras şərikləri mirasın bölüşdürülməsinə qədər onu birgə idarə edirlər. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər(övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Maddə 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2 vərəsə mirasın açıldığı yer üzrə notariat of isinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 103.1. Ekspertin rəyi məh kəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozun tusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən lə ğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
51. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
52. Kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir, həmçinin tələb bölünməzdir. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qətnasməsini tam yoxlayır.
53. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını q ərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
55. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmiş, apellyasiya şikayətinin dəlillərinə tam qiymət vermişdir.
56. İddia tələbi üzrə işin müəyyən edilən halları da ondan ibarətdir ki, mübahisədə adı keçən ev 1/2 hissədə mülkiyyətçi X6 tərəfindən iddiaçının əri İlqar Mustafayevə vəsiyyət edilib. İlqar Mustafayev mərhum nənəsi Hökümə Tarverdiyevadan miras qalmış əmlakı miras açıldığı vaxtdan istər qanun, istərsə də vəsiyyət üzrə faktiki olaraq qəbul edərək idarə etmişdir. İddiaçının əri İlqar Mustafayev də vəfat edəndən sonra, iddiaçı ərindən miras qalmış əmlakı faktiki olaraq qəbul edərək, idarə etmişdir.
57. Göründüyü kimi, apellyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə yuxarıda qeyd edilən maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Qeyd edilən maddi hüquq normalarının dispozitiv şərtləri hazırki işin müəyyən edilmiş halları ilə üst-üstə düşür.
58. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi hazırki qərarın 37-46-cı bəndində əks edilən hüquqi dəyərləndirm əsi və tətbiq etdiyi hüquq normaları ilə razılaşır. Bu səbəbdən hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətini dəlilləridir.
59. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini – iddiaçının ərinin miras əmlakı nə notariusa ərizə verməklə, nə də faktiki qəbul etməməsi, iddiaçının buna dair sübut təqdim etməməsi – əsassız sayır.
60. Məhkəmə kollegiyası bu dəlillə bağlı diqqəti “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarına çəkir.
61. Həmin qərarında Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsu si qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələrini mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və həmin Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab etmişdir.
62. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi belə omuşdur ki, Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır.
63. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz.
64. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, “mirasdan imtina” anlayışı hüquqi məntiqə uyğun olaraq artıq yaranmış olan, mövcud bir hüququn rədd edilməsini ifadə edir ki, bu da vərəsəlik hüququnun m əhz mirasın açılması ilə yaranması, qəbulla şərtləndirilməməsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 14 oktyabr tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyi bir daha təsdiqləyir.
65. Konstitusiya Məhkəməsinin Plenumuna görə mövcud qanunvericilikdə həm mirasın qəbulu, həm də mirasdan imtina etmək müddətləri nəzərdə tutulmuş, eyni zamanda mirasın qəbulu müddətinin imtina müddətindən artıq olması təsbit edilmişdir. Belə olan təqdirdə Mülki Məcəllənin 1256-cı maddəsində nəzərdə tutulmuş imtina müddətinin ötürülməsinin hüquqi nəticələri qeyri-müəyyən olduğundan, bu qeyrimüəyyənliyin aradan qaldırılması məqsədilə Mülki Məcəlləyə 1273-1-ci maddə əlavə edilmişdir. Həmin maddəyə görə, vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imt ina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Həmin maddədə qeyd olunan normalar isə mirasdan imtinanın nəticələri ilə bağlıdır.
66. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisind ə rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur.
67. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir.
68. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin Plenumunun adı çəkilən qərarına görə qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilir və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Bu, o deməkdir ki, miras əmlakın Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq bölüşdürülməsi üçün əsas şərt vərəsənin mirası qəbul etməsi yox, onun mirasdan imtina etməməsidir.
69. Hazırki işdə də iddiaçının əri nin mirasdan imtina etməsi, eləcə də ərindən qalan mirasdan iddiaçının özünün imtan etməsi halı müəyyən edilmədiyi üçün apellyasiya instansiyası məhkəməsini gəldiyi nəticə Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə uyğun olmuşdur. Bu səbəbdən mirasın qəbul edilməli olması barədə kassasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz.
70. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
71. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(107)1250/2023 nömrəli qətnaməsi dəyiş dirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.