Məhkəmə qərarları › İş №2(102)-1411/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1411/2021

06.04.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1411/2021 06.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: xx xx xxx Cavabdeh Əlişah oğluna qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1411/21 (Açar sözlər: torpaq sahəsində inşa edilmiş əsaslı tikilinin sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2(107)-46/2020 saylı qətnaməsindən Cavabdeh kasasiya şikayəti üzrə işə xx xxxxx 2021ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, icarə hüququ ilə cavabdehə məxsus olan İsmayıllı rayonu, Sulut bələdiyyəsi ərazisində yerləşən 0.296 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsində inşa edilmiş əsaslı tikilinin onun hesabına sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim R.S.Şirinov) iddia təmin edilərək, xx xxxx 2012-ci il tarixli Çıxarışa əsasən 99 il müddətinə cavabdehə icarəyə verilmiş İsmayıllı rayonu, Sulut bələdiyyəsinin mülkiyyətində olan 0.296 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş uzunluğu 15 metr, eni 6,5 metr olan mansard tipli 1 mərtəbəli tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, cavabdeh bələdiyyənin mülkiyyətində özünün icarəsində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində əsaslı tikinti işləri aparıb. Belə ki, cavabdeh həmin torpaq sahəsində 1 mərtəbəli, uzunluğu 15 metr, eni 6,5 metr olmaqla mişar daşından mansard tipli 1 mərtəbəli əsaslı tikinti (yeməkxana binası) işləri aparıb. Bu isə torpaq qanunverciliyinə görə yol verilməzdir. Ona görə də iddia təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 180.1, 180.4-c ü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh apelyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, işin icraatına xitam verilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Apelyasiya instansiyası məhkəməsində icraat Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Ə.T.Məcidov sədrlik edən, məruzəçi, M.A.Əsədli və A.A.Mahmudov) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq norma larının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Kasasiya instansiyası məhkəməsində icraat Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri Cavabdeh kasasiya şikayəti verərək iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kasasiya şikayəti belə əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı Azərbaycan Respublikası ƏMDK-nin yanında X1 Təşk ili üzrə Dövlət Agentliyi, Cavabdeh və vəkili Vəkil məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Torpaq Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, təbiətin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır. Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.16-cı maddəsinə əsasən, müvəqqəti tikili to rpaq üzərində yerləşdirilən, qısa müddətdə, o cümlədən tikinti müddətində istifadə üçün nəzərdə tutulan, yüngül inşaat konstruksiyalarından inşa edilən və asanlıqla quraşdırılıbsökülən tikilidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin fak tiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və ara şdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslılığı kasasiya şikayətinin dəlillərinə əsasən tam yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kasasiya şikayətinin dəlillərinə əsasən iş üzrə a pelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, iddianın təmin edilməsi üçün əsasların olmamasını göstərsə də, kasasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, İsmayıllı rayonu, Sulut kəndində yerləşən 0.296 ha torpaq sahəsi Sulut bələdiyyəsinin mülkiyyətində olub və sonuncu həmin torpaq sahəsini 99 il müddətinə cavabdehin icarəsinə verib. xx xxxx 2012-ci il tarixli Çıxarışa əsasən, cavabdehin həmin torpaq sahəsi üzərində icarə hüququ daşınmaz əmlakın dö vlət reyestrində qeydə alınıb. Bundan sonra, İsmayıllı rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxxx 2012-ci il tarixli sərəncamına əsasən, cavabdehə 0,296 ha torpaq sahəsində kommunikasiya xətlərinin qoşulması və layihəsi aidiyyəti idarələrlə razılaşdırmaqla kənd təsərrüfatı işçiləri üçün yüngül konstruksiyadan ibarət istirahət-iaşə obyektinin və kənd təsərrüfatı mallarının satışı mağazasının müvəqqəti quraşdırılmasına icazə verilib. İddiaçının əməkdaşları tərəfindən tətbiq edilmiş xx xxxxxx 2017-ci il tarixli Aktla müəyyən edilir ki, İsmayıllı rayonu, Sulut bələdiyyəsinin ərazisində cavabdeh tərəfindən sözügedən torpaq sahəsində əsaslı iaşə xidməti binası (yeməkxana) inşa edilib. Cavabdehə qanun pozuntusunun aradan qaldırılması üçün yazılı bildiriş verilib və tikinti işlərinin dayandırılm ası tələb olunub. Lakin cavabdeh bildirişi almaqdan imtina edib. Eyni zamanda, birinci instansiya məhkəməsi tərəfindən işdə iştirak edən şəxslər iştirakları ilə İsmayıllı rayonu, Sulut bələdiyyəsinin ərazisində, Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun kənarında yerləşən, cavabdehin icarəsində olan torpaq sahəsində inşa edilən obyektə yerli baxış keçirilib və müayinə zamanı müəyyən edilib ki, torpaq sahəsində hamarlanmış və həmin sahədə magistral yola paralel olmaqla 1 mərtəbəli, uzunluğu 15 metr, eni 6,5 metr olmaqla mişar daşından mansard tipli 1 mərtəbəli əsaslı tikinti (yeməkxana binası) inşa edilib. Apelyasiya instansiyası məhkəməsi yuxarıda sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işə əlavə edilmiş sübutları, o cümlədən cavabdehin kasasiya şikayəti il ə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Torpaq icarəçisinin şəhərsalma, mənzil, təbiətin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativ-hüquqi aktl ara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır. Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.16-cı maddəsində göstərilir ki, müvəqqəti tikilitorpaq üzərində yerləşdirilən, qısa müddətdə, o cümlədən tikinti müddətində istifadə üçün nəzərdə tutulan, yüngül inşaat konstruksiyalarından inşa edilən və asanlıqla quraşdırılıbsökülən tikilidir. Göründüyü kimi cavabdehin tikinti apardığı torpaq sahəsi öz kateqoriyasına görə kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir və mülki qanunvericiliyə görə bu kateqoriyadan olan torpaq sahəsində əsaslı tikinti işlərinin aparılmasına yol verilmir. İşin bu halı iş üzrə veri lmiş məhkəmə tikinti-texniki ekspertizasının xx xxxxxx 2020-ci il tarixli ekspert rəyi ilə də təsdiq olunur. Həmin rəydən görünür ki, İsmayıllı rayonu, Sulut bələdiyyəsi ərazisində cavabdehin faktiki olaraq metal torla hasara aldığı torpaq sahəsi 1,19 ha təşkil edir. İcarə müqaviləsi ilə cavabdehin icarəsinə verilən 0,29 ha torpaq sahəsindən əlavə 0,90 ha torpaq sahəsinin də faktiki olaraq metal çəpər daxilində olması müəyyən edilir. Cavabdeh kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə faktiki metal çəpər daxilində istifadəsində olan torpaq sahəsində mansard tipli 1 mərtəbəli əsaslı tikili aparıb. Tikilinin hər tərəfi mişar daşı ilə hörülüb, dam örtüyü isə mansard tipli olmaqla metal dam örtüyü ilə bağlanıb. Tikiliyə dəmir seyf qapı, plastik qapı, pvc-pəncərələr, dəmir pilləkən qoyu lub. İcarəyə verilən torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olduğu üçün orada tikilən və ya qurulan qurğular təyinata uyğun olaraq sökülüb-yığılan yüngül konstruksiyadan ibarət olmalı idi. Apelyasiya instansiyası məhkəməsi işin həqiqi hallarını nəzərə alıb, işə əlavə edilmiş sübutları, o cümlədən ekspert rəyini tədqiq edib haqlı olaraq qeyd etmişdir ki, cavabdehin icarəyə götürdüyü kənd təsərrüfatı təyinatlı torpaq sahəsində əsaslı tikinti işləri aparması mülki iş materialları ilə istisna edilmədiyindən və mülki qanunvericiliyə görə bu yolverilməz sayıldığından, iddianı təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib və sadalanan maddi hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkə məsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, cavabdeh kasasiya şikayətində iddiaçının hazırki tələblə məhkəməyə müraciət etmək üçün müvafiq subyektiv hüquqa malik olmamasını göstərsə də, onun bu dəlili ilə də razılaşmaq olmaz. Çünki Azərbaycan Respublikası Prezidentinin xx xxx 2015-ci il tarixli, 516 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ƏMDK-nin yanında “X1 Təşkili üzrə Dövlət Agentliyi haqqında Əsasnamə”nin 3.0.11-ci bəndində göstərilir ki, Agentlik torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən torpaqların hüquqi rejiminə, kateqoriyasına və məqsədli təyinatına uyğun istifadə edilməsinə nəzarət edir. Həmin “Əsasnamə”nin 3.0.12-ci bəndində göstərilir ki, Agentlik torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət n əzarətini həyata keçirir. Həmçinin “Əsasnamə”nin 3.0.15-ci bəndinə görə, Agentlik torpaq qanunvericiliyinin pozulması ilə əlaqədar torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin, habelə digər fiziki və hüquqi şəxslərin vurduqları ziyanın ödənilməsindən imtina edildikdə, məhkəmə qarşısında iddia qaldırmaq vəzifəsini daşıyır. Kasasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb, kasasiya şikayətində göstərilən digər dəlilləri də əsassız sayıb hesab edir ki, iddianı təmin etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla apelyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlib və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Ona görə də iş üzrə apelyasiya instansiyası məhkəməsin in qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kasasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2(107)-46/2020 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar