Məhkəmə qərarları › İş №2(102)-1411/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1411/2025

16.05.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1411/2025 16.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3-ə qarşı mülki iş üzrə QƏRARI Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi, subyektiv hüquq. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası,hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Allahşükür oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 qarşı "torpaq sahəsindən çıxarılma və əldən çıxmış faydanın tutulması" tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)- 416/2024 nömrəli, 11 dekabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh4 tərəfindən verilən kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cəlilabad Rayon X4 27 mart 1998-ci il tarixli qərarı ilə həmin rayonun Moranlı kəndi İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 8.24 ha (5.6 ha və 2.64 ha ölçülərdə olmaqla 2 hissədə) kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmiş, qeyd olunan torpaq sahələri üzərində mülkiyyət hüququ torpağa mülkiyyət hüququna dair JN-0096 kod 80612048 nömrəli dövlət aktı ilə rasmiləşdirilmişdir.

2. Qeyd olunan torpaq sahəsinin 5.60 ha hissəsinə xx.xx.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyyestrindən çıxarış verilmişdir. 3. 1998-ci ildə Cəlilabad Rayon X4 qərarı ilə həmin rayonun Moranlı kənd sakinləri Cavabdeh1, X14, X7, X11, X5 və Cavabdeh4 ümumi birgə mülkiyyətinə həmin kəndin ərazisindən 3.57 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. 4. 2000-ci ildə Cəlilabad rayon X4 qərarı ilə həmin rayonun Moranlı kənd sakinləri Cavabdeh1, X14, X7, X11, X5 və Cavabdeh4 ümumi birgə mülkiyyətinə həmin kəndin ərazisindən 0.82 ha həyatyanı təyinatlı torpaq sahəsi verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Allahşükür oğlu cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və ailə üzvlərinin mülkiyyətində olan Cəlilabad rayonun Moranlı kəndində yerləşən 5.60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehlərdən alınaraq, naturada ölçülüb ona qaytarılması və 50000 manat məbləğində əldən çıxmış faydanın cavabdehlərdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1998-ci ildə Aqrar İslahat Komissiyasının qərarı ona və ailə üzvlərinə 8.24 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin 5.60 ha hissəsini cavabdehlər 1999-cu ildən hazırkı vaxta kimi zəbt edərək əkib-becərməklə onun və ailə üzvlərinin mülkiyyət hüquqlarını pozmuşlar. Bundan başqa, cavabdehlər həmin müddət ərzində ona torpaq sahəsindən istifadə etməsinə imkan vermədiklərinə görə gəlir əldə edə və torpaqdan faydalana bilməmişdir. Cavabdehlərdən mülkiyyətində olan torpaq sahəsini zəbtdən azad etmələrini tələb etsə də, cavabdehlər torpaq sahəsinin onlara məxsus olduğunu bildirərək, torpaq sahəsindən çıxmaqdan imtina etmişlər.

7. İddiaçının vəsatəti əsasında onun və ailə üzvlərinin mülkiyyətində olan 5.6 ha torpaq sahəsindən 1 il ərzində əldə edilməsi mümkün olan gəlir barədə X16 İnkişaf Mərkəzinə sorğu verilmiş, sonuncunun verdiyi rəydə sözügedən torpaq sahəsinə dair 1 illik xalis gəlirin 1757.28 manat təşkil edə biləcəyi qeyd olunmuşdur.

8. Cavabdeh1 iddianı qəbul etməyərək bildirmişdir ki, 1998-ci ildə Cəlilabad rayon Aqrar İslahat Komissiyasının qərarı ilə ona və ailə üzvlərinə həmin kəndin ərazisindən 3.57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və 2016-cı ildə həmin torpaq sahəsinə dair mülkiyyət hüquqlarını rəsmiləşdirmişlər. İddiaçıya məxsus olan torpaq sahə sini zəbt etməmişdir. İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsinin bir hissəsində tarixi abidə yerləşir və böyük ərazini əhatə edir. Tarixi abidənin yerləşdiyi torpaq sahəsi çəpərlənmiş və qorunması ona və ailə üzvlərinə həvalə edilmişdir. Həmin hissədə ancaq öz təsərrüfatlarında olan heyvanları otarır və abidəni qoruyurlar. Bu səbəbdən də iddanı özünə münasibətdə əsassız hesab edir.

9. Cavabdeh4 və Cavabdeh4 da iddianı qəbul etməyərək eyni məzmunlu izahat vermişdir.

10. Cavabdeh3 Həsənxan oğlu iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı ilə həmkəndlidirlər. Özünə məxsus 1.63 ha pay torpaq sahəsi var və həmin torpaq sahəsindən istifadə edir. İddiaçının və ailə üzvlərinin mülkiyyətində olan 5.60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə ona məxsus torpaq sa həsi arasında təxminən 500600 metr məsafə vardır. Həmin torpaq sahələri arasında olan sahədə isə tarixi abidə yerləşir. Ekspert rəyində onun tərəfindən istifadə edildiyi qeyd olunan 0.37 ha torpaq sahəsi isə iddiaçıya məxsus deyildir. Həmin torpaq sahəsindən uzun müddət istifadə etmişdir.

11. Cavabdeh5 iddianı qəbul etməyərək bildirmişdir ki, mübahisəli torpaq sahəsinin iddiaçnın və ailə üzvərinin mülkiyyətində olmasından məlumatı olmamışdır. Həmin torpaq sahəsinin bir hissəsindən otlaq sahəsi kimi istifadə etmişdir. Həmin ərazi kənd bələdiyyəsi tərəfindən otlaq sahəsi kimi istifadə etmək üçün onlara verilmişdir. Buna görə də, ərazinin bələdiyyəyə məxsus olduğunu fikirləşmişdir. Bir il həmin ərazidə mal-qara otarmışdır. Məhkəmədə işə baxılan zaman həmin ərazinin iddiaçıya məxsus olmasını b ilmişdir. Həmin torpaq sahəsi otlaq sahəsidir və əkin üçün yararlı deyildir. İddiaçının həmin torpaq sahəsindən biçənək kimi istifadə etməsi və gəlir əldə etməsi mümkün deyildir.

12. İddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X6 bildirmişdir ki, iddiaçı və cavabdehlərlə həmkəndlidirlər və hər iki tərəflə münasibətləri yaxşı olmuşdur. İddiaçının mülkiyyətində olan 5.60 ha torpaq sahəsinin müəyyən hissəsi Cavabdeh3 və Cavabdeh1 tərəfindən çəpərlənərək, istifadə edilir. Torpaq sahəsinin qalan hissəsi isə kənd sakinləri tərəfindən, həmçinin hazırkı iş üzrə cavabdehlər tərəfindən örüş sahəsi kimi istifadə edilir. Uzun müddətdir ki, İddiaçı həmin torpaq sahəsindən istifadə edə bilmir. İddiaçının həmin torpaq sahəsindən istifadə etdiyini görməmişdir. İddiaçının mülkiyyətində olan tor paq sahəsi biçənək kimi istifadə edilməsi üçün çox əlverişlidir.

13. İddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X3 bildirmişdir ki, cavabdehlərdən Cavabdeh3 qonşusudur. Mübahisəli əraziyə mütəxəssislər tərəfindən baxış keçirilən zaman tərəflər arasında torpaqla bağlı mübahisə olduğunu bilmişdir. Həmin torpaq sahəsinin iddiaçı tərəfindən cavabdehlərə istifadə edilməsi üçün verildiyini düşünsə də, mütəxəssislər tərəfindən torpaq sahəsinə baxış keçirilən zaman cavabdehlərin torpaq sahəsini icazəsiz istifadə etdiyini öyrənmişdir. Həmin vaxta kimi iddiaçının mülkiyyətində olan 5.60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini cavabdehlər istifadə etmişlər. Qonşusu Cavabdeh3 mübahisəni iddiaçı ilə öz aralarında həll etmələrini məsləhət görsə də, Cavabdeh3 həmin torpaq sahəsinə sənə dinin olduğunu bildirmişdir. İddiaçının mülkiyyətində olan torpaq sahəsi biçənək kimi istifadə edilməsi üçün çox əlverişlidir.

14. İddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, həmin torpaq sahəsinin bir hissəsini uzun müddətdir ki, cavabdehlər otlaq sahəsi kimi istifadə edirlər, qalan hissəsini isə cavabdehlər çəpərləmişlər. Atıq 15 ildir ki, İddiaçı mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilmir. Cavabdehər həmin torpaq sahəsinin kənd Bələdiyyəsi tərəfindən onlara otlaq sahəsi kimi verildiyini bildirərək, torpaq sahəsindən çıxmaqdan imtina edirlər.

15. Cavabdehlər Cavabdeh4 və Cavabdeh5 vəsatəti əsasında şahid qismində dindirilmiş X9 bildirmişdir ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının qərarı ilə Cəlilabad rayonu Moranlı kəndi ərazisindən iddiaçıya və ailə üzvlərinə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyətə verilmiş və mülkiyyətçilərin adına dövlət aktı tərtib edilmişdir. Həmin torpaq sahəsi iki hissədən ibarət olmuşdur. İddiaçının mərhum atası sağlığında həmin torpaq sahəsinin təxminən 3 hektara yaxın olan hissəsini ona (şahidə) istifadəyə vermişdir. Həmin torpaq sahəsindən 2008-2019-cu illərdə otlaq sahəsi kimi istifadə etmişdir. Torpaq sahəsi çaya yaxın olduğuna görə məhsuldar olmuş və yaxşı ot bitən ərazi olmuşdur. Həmin torpaq sahəsindən istifadə etməyin qarşılığında iddiaçının mərhum atasına müəyyən qədər pul ödəmişdir. Sonradan kənd Bələdiyyəsi həmin torpaq sahəsindən çıxmağını tələb etmiş, o da torpaq sahəsindən çıxmışdır. Həmin torpaq sahəsinin hazırda tərəflər arasında mübahisə doğuran torp aq sahəsi olub-olmadığını bilmir.

16. Cavabdehlər Cavabdeh4 və Cavabdeh5 vəsatəti əsasında şahid qismində dindirilmiş X10 bildirmişdir ki, ailə üzvləri ilə birlikdə Cəlilabad rayonunun Moranlı kəndində yaşayır. Cavabdehlərdən Cavabdeh2 onun (şahidin) oğludur. 1996-cı ildə islahat aparılan zaman digər kənd sakinləri kimi iddiaçı və iddiaçının ailə üzvlərinə də kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İddiaçının mərhum atası Allaşükür İbişov həmin torpaq sahəsindən iki il istifadə etdikdən sonra bir hissəsini satmış, qalan hissəsini isə icarəyə vermişdir. Oğlu Cavabdeh2 iddiaçının və ailə üzvlərinin mülkiyyətində olan mübahisəli torpaq sahəsini zəbt etməmiş və çəpərləməmişdir. İddiaçının tələb etdiyi torpaq sahəsinin bir hissəsində isə tarixi abidə yerləşir və böyük ərazini əhat ə edir. İddiaçının və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsi əkinçilk üçün yararlı sahə deyil və biçənək kimi istifadə edilməsi də mümkün deyildir.

17. Cavabdehlər Cavabdeh4 və Cavabdeh5 vəsatəti əsasında dindirilmiş X5 bildirmişdir ki, cavabdehlərdən Cavabdeh1 atası, Cavabdeh4 isə qardaşıdır. Özü ailə üzvləri ilə birlikdə Cəlilabad rayon Göytəpə şəhərində yaşayır. Təxminən 17 il əvvəl ididaçının atasından torpaq sahəsini icarəyə götürərək biçmişlər və hər hektarına görə iddiaçının atsına 20 şirvan, yəni hazırkı məzənnə ilə 40 (qırx) manat ödəmişlər. Hazırda torpaq sahəsinin hər hektarı il ərzində 150-200 manata icarəyə verilir. İddiaçı tələb etdiyi yer iddiaçıya deyil, ona (şahidə) və ailə üzvlərinə məxsusdur. Qalan hissə isə tarixi abidədir. İddiaçının mülkiyyətində olan 5.60 h a torpaq sahəsi hazırda başqa şəxs tərəfindən əkilib-becərilir.

18. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyində aşağıdakılar qeyd olunmuşdur:  İddiaçı X2 və ailə üzvlərinin mülkiyyətində olan 5.60 ha torpaq sahəsinin 0.17 ha hissəsi Cavabdeh1, 0.37 ha hissəsi isə Cavabdeh3 faktiki istifadəsindədir.  İddiaçı və ailə üzvlərinə məxsus 5.60 ha torpaq sahəsi ilə cavabdehlər və ailə üzvlərinin mülkiyyətində olan 3.57 ha torpaq sahəsi həmsərhəd deyil.

19. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli ekspert rəyinin nəticə hissəsi də yuxarıda qeyd olunan mütəxəssis rəyi ilə üst-üstə düşür.

20. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(073)-444/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 İddiaçı və ailə üzvlərinə məxsus Cəlilabad rayonunun Moranlı kəndində yerləşən 5.60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması, əldən çıxmış faydanın əvəzi olaraq cəmi 26.359,2 manat məbləğində pulun və 100 manat məhkəmə xərcinin cavabdehlərdən alınıb iddiaçıya verilməsi, iddianın qalan hissələrdə təmin olunmaması qət edilmişdir (hakim Qalib Paşayev).

21. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı və ailə üzvlərinə məxsus 5.60 ha torpaq sahəsinin 0.17 ha hissəsi Cavabdeh1, 0.37 ha hissəsi isə Cavabdeh3 tərəfindən zəbt edilmişdir.

22. Məhkəmə mütəxəssis rəyinə istinad edərək bildirmişdir ki, iddiaçının və ailə üzvlərinin mülkiyyətin də olan 5,60 ha torpaq sahəsinin cavabdehlər tərəfindən istifadə edilməsinə icazə verilməyən hissəsi 3,63 ha təşkil edir. Şahid ifadələri ilə o da müəyyən olunmuşdur ki, iddiaçıya mülkiyyətində olan 5,60 ha torpaq sahəsindən bütövlükdə istifadə edilməsinə cavabdehlər tərəfindən imkan verilmir.

23. Məhkəmə onu da əlavə etmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsindən 1999-cu ildən istifadə edə bilməməsi öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı mübahisəli torpaq sahəsinin 1999-cu il tarixdən cavabdehlər tərəfindən zəbt edildiyini və istifadə edilməsinə maneçilik törədildiyini göstərsə də, həmin halı təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də, iddiaçının cavabdehlər səbəbli öz mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilmədiyi dövr son 15 il qəbul edilməlidir.

24. Yekun olaraq qeyd edilmişdir ki, cavabdehlər iddiaçını son 15 il ərzində əmlakından, yəni mülkiyyətində olan torpaq sahəsindən istifadə etməsinə mane olmaqla, həmin müddətdə əldə edəcəyi gəlirlərdən, yəni (15 il ərzində hər il üçün 1757,28 manat) 26.359,2 manat gəlir əldə etməkdən məhrum etmişlər. Məhkəmə bu mövqeyini X16 İnkişaf Mərkəzinin sorğuya cavabına istinad edərək əsaslandırmışdır.

25. Məhkəmə gəldiyi nəticəni Konstitusiyanın 13-cü, Mülki Məcəllənin 21.1, 21.2, 152.1, 157.2, 1096.1, 1096.2-ci, Torpaq Məcəlləsinin 111-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

26. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın tam təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

27. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, iddia ərizəsində göstərilən faktlar məhkəmə iclasında ekspert rəyi, şahid ifadələri, mütəxəssis rəyi ilə öz təsdiqini tapmış,torpaq sahəsinin zəbt edilməsi sübut olunmuşdur. Məhkəmə torpaq sahəsinin 25 il boyunca zəbt edilməsini qəbul etsə də, həmin müddət ərzində əldən çıxmış faydaya dair düzgün qənaətə gəlməmişdir.

28. Cavabdehlər apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunub, iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

29. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının tələb etdiyi və guya tərəflərindən zəbt olunmuş torpaq sa həsi əslində abidə ərazisidir və torpaq sahəsi iddiaçının yox, dövlət mülkiyətindədir. Həmçinin, iddiaçı və cavabdehlərə məxsus torpaq sahələri həmsərhəd olmadığı halda Cavabdeh1 mübahisəli torpaq sahəsini zəbt etməsi əsaslı hesab edilə bilməz. Eləcə də, torpaq sahəsinin tarixi abidənin ərazisi olub-olmaması da müəyyən olunmamışdır. Ekspert rəyi ilə razı deyil. Ekspert torpaq sahələrinin həmsərhəd olmaması barədə rəy versə də, mütəxəssis rəyində qeyd olunmuşdur ki, iddiaçının mülkiyyətində olan 5.60 ha torpaq sahəsinin cavabdehlər tərəfindən istifadə edilməsinə icazə verilməyən hissəsi 3.63 ha təşkil edir. Göründüyü kimi ekspert və mütəxəssis rəyi ziddiyyətlidir. Əldən çıxmış faydanın əvəzinin tutulmasına dair hissədə də iddia tələbini qəbul etmirlər. Məhkəmə bir nəfər şahid ifadəsi əsasın da belə nəticəyə gəlib ki, iddiaçı 15 il ərzində cavabdehlərə görə öz əmlakından istifadə edə bilməyib və bunun nəticəsində 26.359,2 manat gəlir əldə etməkdən məhrum olmuşdur. Məhkəmənin bu cür nəticəyə gəlməsi tamamilə qanunsuz, əsassız və məntiqsizdir. Onlar iddiaçının torpaq sahəsini zəb etməmişlər. İddiaçının iddia etdiyi torpaq sahəsi onun olsaydı, o, həmin torpaq sahəsindən gəlir əldə etmək niyyətində olsaydı, çoxdan onlara qarşı iddia ilə məhkəməyə müraciət edərdi.

30. İddiaçı məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, mübahisəli ərazinin tarixi abidəyə məxsus olmasını bilmir, bu günə kimi mübahisə ilə bağlı şikayət etməmişdir. 2 il bundan qabaq polisə müraciət etmişdir. Ərazidə balıqçılıq təsərrüfatı yaratmaq istəyir.

31. Apelyasiya məhkəməsi tərəfindən Mədəniyyət Nazirl iyi yanında X18, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

32. Üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, Cəlilabad rayonu Moranlı kəndində yerləşən “Cinlitəpə” adlanan ərazi Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 saylı qərarı ilə 911 inventar nömrəli kimi dövlət mühafizəsinə görürülmüş ölkə əhəmiyyətli arxeoloji abidədir. Amma həmin abidənin ərazisi 5,6 ha deyil, 1600 kv.metr təşkil edir. Abidə X18, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Salyan Regional İdarəsi tərəfindən mühafizə olunur. xx.xx.2022-ci il tarixində Salyan Regional İdarəsinin əvvəlki rəisi ilə mühafizə müqaviləsi imzalayıb və abidənin ərazisindən otlaq sahəsi kimi istifadə etməsinə icazə verib. Cavabdeh4 bunu əsas gətirərək abidənin bir hissəsini zəbt edib və çəpərləyibdir. Abidənin yerləşdiyi ərazi vətəndaş Cavabdeh4 mülkiyyətində və istifadəsində olmadığı üçün onunla mühafizə müqaviləsi qeyri-qanuni bir müqavilədir və həmin müqavilənin hüquqi qüvvəsi yoxdur. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanunun 19-cu maddəsində göstərilir ki, ölkə əhəmiyyətli abidələr icarəyə, istifadəyə verilə bilər, ancaq arxeoloji abidələr istisna olmaqla. Özü həmin ərazidə olmuş, araşdırma aparmış, Moranlı kənd bələdiyyəsinin sədri ilə görüşmüşdür. Bələdiyyə bildirir ki, həmin ərazini İddiaçı verməmişdir, həmçinin islahat komissiyası da bildirir ki, abidənin yerləşdiyi torpaq sahəsini onlar paylamamışdır. Abidənin mühafizə zonasında iddiaçı süni göl yaratmaq üçün qazıntı işi aparmışdır. Abidənin özünə yox, mühafizə zonasına müdaxilə olunmuşdur. Bununla bağlı tərəflərindən iddia qaldırılaqcadır. Salyan Regional İdarəsi tərəfindən xx.xx.2024-cü ildə Cavabdeh4 ərazinin çəpərlərinin sökülməsi barədə bildiriş verilib və xəbərdarlıq edilib. İddiaçı 1998-ci ildə əraziyə dair çıxarış alsa da, abidə 2001-ci ildə qeydiyyata alınmışdır.

33. Apelyasiya instansiyası məhkəməsi tərəfindən ekspertiza təyin edilmiş, ekspertin qarşısında Cəlilabad rayonu Qara Kazımlı kəndinin şimal tərəfində Cinlitəpə yaşayış yerində yerləşən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarı ilə dövlət mühafizəsinə götürülmüş (inventar nömrəsi 911) ölkə əhəmiyyətli arxeoloji abidənin (kurqan) Azərbaycan Respublikası Əmlak Məsələləri D övlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 26 avqust 2016-cı il tarixdə verilmiş **********57 reyestr nömrəli çıxarışa əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətində olmaqla Cəlilabad rayonunun Moranlı kəndində yerləşən 5.60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşib-yerləşməməsi; Arxeoloji abidənin iddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş mübahisəli torpaq sahəsində yerləşdiyi halda torpaq sahəsinin hansı hissəsində yerləşməsi; Arxeoloji abidənin yerləşdiyi torpaq ərazinin cavabdehlərdən hansının faktiki sahibliyində olması; İddiaçı və ailə üzvlərinin mülkiyyətində olmaqla Cəlilabad rayonunun Moranlı kəndində yerləşən 5.60 ha kənd təsərrüfatı təyinatlı torpaq sa həsinin arxeoloji abidə yerləşən hissəsindən savayı, qalan hissəsinin cavabdehlərdən hansının faktiki sahibliyində olub-olmaması barədə suallar qoyulmuşdur.

34. Həmçinin ekspertizanın keçirilməsinə ekspertizanın aparılmasına Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestri publik hüquqi şəxsin və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X18, İnkişafı və Barpası üzrə Dövlət Xidmətinin mütəxəsisləri cəlb edilmişdir.

35. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ekspert rəyində və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 oktyabr 2024-cü il tarixli 3-1 6-16/2-10/7432 saylı ekspert rəyində qeyd olunmuşdur ki, Cəlilabad rayonu Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə dövlət mühafizəsinə götürülmüş (inventar nömrəsi 91) ölkə əhəmiyyətli arxeoloji abidəyə (kurqan) aid məkan göstəricilərini əks etdirən sənəd olmadığından, həmin torpaq sahəsinin yerini müəyyən etmək mümkün olmamışdır. Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatlarına əsasən İddiaçı Allahşükür oğlu və ailə üzvlərinə mülkiyyətə verilmiş 96 nömrəli 5.4286 ha torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir (ölçülər mütəxəssis rəyinə əlavə olunmuş ölçü planında göstərilmişdir). Nazirlər Kabinetinin 2001 -ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə dövlət mühafizəsi nə götürülmüş (inventar nömrəsi 911) ölkə əhəmiyyətli arxeoloji abidəyə (kurqana) aid məkan göstəricilərini əks etdirən sənəd olmadığından iddiaçının mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə müqayisəli tərzdə cavablandırmaq mümkün olmamışdır. Arxeoloji abidəyə (kurqana) aid məkan göstəricilərini əks etdirən sənəd olmadığından cavabdehlərin fiziki sərhədlər daxilində faktiki istifadələrində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə müqayisəli tərzdə cavablandırmaq mümkün olmamışdır. Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatlarına əsasən İddiaçı Allahşükür oğlu və ailə üzvlərinə mülkiyyətə verilmiş 96 nömrəli 5.4286 ha torpaq sahəsinin 0.7012 hektaradək hissəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh4, 1.0260 hektaradək hissəsinin is ə Cavabdeh3 fiziki sərhədlər daxilində faktiki istifadələrində olduğu müəyyən edilmişdir.

36. Üçüncü şəxsin nümayəndəsi sonuncu məhkəmə iclasında verdiyi izahatında əlavə olaraq bildirmişdir ki, ekspert rəyinə etirazı yoxdur. Mübahisəli torpaq sahəsinin bir hissəsində ölkə əhəmiyyətli arxeoloji abidənin yerləşməsi ekspert rəyinə əlavə olunan mübahisəli ərazinin yerquruluşu planında əksini tapır. Dövlət Xidməti tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutuna müraciət ediləcək və arxeoloji abidənun sərhədləri müəyyən ediləcək. Həmçinin Dövlət Xidməti tərəfindən abidənin pasportu və mühafizə zonası müəyyən olunacaq.

37. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(106)-416/2024 nömrəli qətnaməsi ilə iddiaçı tərəfin dən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi qismən təmin edilməklə xüsusi mülkiyyət hüququ əsasında iddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olmaqla Cəlilabad rayonunun Moranlı kəndində yerləşən olan 5.42 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt olunan 0.70 ha hissəsindən Cavabdeh1 və Cavabdeh4, 1.02 ha hissəsindən isı Cavabdeh3 çıxarılması, iddia tələbinin qalan hissələrdə təmin edilməməsi qət edilmişdir (hakimlər - Tale Kərimov (sədrlik edən və məruzəçi), Cahid İmanov və Pərviz Əhmədov).

38. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, Cəlilabad rayonunda aparılan aqrar islahatları zamanı iddiaçı və a ilə üzvlərinin ümumi birgə mülkiyyətinə Cəlilabad rayonu Moranlı kəndi ərazisindən 8.24 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Ayrılan torpaq sahəsinin planı və cizgisinə əsasən torpaq 5.6 ha və 2.64 ha ölçülərdə olmaqla 2 hissədən ibarət olmuşdur Hazırkı mübahisənin obyektini ayrılan torpaq sahəsinin 5.6 ha hissəsi təşkil edir. Həmin torpaq sahəsi üzərində iddiaçı və ailə üzvlərinin xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 2016-cı ildə dövlət qeydiyyatına alınmışdır. Torpaq sahəsinin 2.57 ha hisəsində arxeoloji abidə (kurqan) yerləşir. İş üzrə təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsasən iddiaçı və ailə üzvlərinin xüsusi mülkiyyət hüququ əsasında ümumi birgə mülkiyyətində olan və mübahisəli ərazidə yerləşən 5.4286 ha torpaq sahəs inin 0.7012 ha hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh4, 1.0260 ha hissəsi isə Cavabdeh3 fiziki sərhədlər daxilində faktiki istifadələrindədir.

39. Odur ki, cavabdehlərin mübahisəli torpaq sahəsindən çıxarılması hissəsində iddia, iddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 5.4286 ha torpaq sahəsinin zəbt olunmuş 0.7012 ha hissəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh4, 1.0260 ha hissəsindən isə Cavabdeh3 çıxarılmaları hissəsində qanuni və əsaslıdır.

40. Digər cavabdehlərə münasibətdə torpaq sahəsinin zəbt faktı təsdiqini tapmadığından, iddia torpaqdan çıxarma hissəsində təmin oluna bilməz.

41. Mübahisəli torpaq sahəsindən cavabdehlərin 22 il müddətində qanunsuz istifadələri nəticəsində zərər kimi əldən çıxmış faydanın tutulması hissəsində tələbi kollegiya əsassız hesab edər ək qeyd etmişdir ki, əvvəla iddiaçı tərəfindən cavabdehlərin torpaq sahəsindən istifadələrinin dayandırılması üçün tədbirlərin görülməsinə, buna qarşı rəsmi şəkildə etiraz edilməsinə dair hər hansı bir sübut verilməmişdir. 28 fevral 2024-cü il tarixində keçirilən məhkəmə baxışı zamanı iddiaçı cavabdehlərin keçən dövr ərzində onun torpaq sahəsini zəbt etmələri barədə hər hansı dövlət orqanına şikayət etmədiyini bildirmişdir.

42. Bundan başqa, iş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən birgə mülkiyyətçilərdən olan X1 göndərilən 24 dekabr 2021-ci il tarixli məktubdan görünür ki, doqquz nəfər ailə üzvləri ilə birlikdə mülkiyyətlərində olan 8.24 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri idarənin mütəxəss isi tərəfindən müraciət müəllifinin iştirakı ilə dəqiqləşdirilərək, mərz nişanları qoyulmuşdur (1-ci cild iş vərəqi 5). Dolayısı ilə aydın olur ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin mütəxəsislər tərəfindən 2021ci ilin dekabr ayında iddiaçı və ailə üzvlərinin torpaq sahələrinin sərhədləri dəqiqləşdirilənədək, mərz nişanları qoyulanadək, iddiaçı mülkiyyətlərinə verilən torpaq sahəsinin sərhədlərini bilməmişdir.

43. Məhkəmə kollegiyası daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin həqiqiliyi prezumpsiyasından çıxış edərək əlavə etmişdir ki, respublikada aparılan aqrar islahatları zamanı iddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş mübahisəli kənd təsərrüfatı təyinatlı torpaq sahəsində tarixi arxeoloji abidənin yerləşməsi nə zərə alınmalı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X18, İnkişafı və Barpası üzrə Dövlət Xidməti abidənin yerləşdiyi torpaq sahəsinin ərazisindən istifadə qaydalarını mülkiyyətçilərlə müəyyən etməlidir.

44. Məhkəmə kollegiyası gəldiyi nəticəni Konstitusiyanın 13, 29, 60, 77-ci, Mülki Məcəllənin 21.1, 21.2, 152.1, 157.2, 213.2, 213.6, 1096.1, 1096.2-ci, Torpaq Məcəlləsinin 111-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

45. Cavabdeh4 (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin olunan hissəsində ləğv edilərək işin bu hissələrdə yenidən baxılması üçün həmin məhkəməyə göndərilm əsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

46. Kassasiya şikayəti belə əsaslandırılıb ki, mübahisəli ərazidə tarixi abidə yerləşir. Həmin ərazi iddiaçının yox, dövlət mülkiyyətindədir. Belə olduğu təqdirdə iddiaçının hazırkı tələblə məhkəməyə müraciət hüququ olmamış, apellyasiya instansiyası məhkəməsi isə işin bu halına düzgün hüquqi qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

47. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

48. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

49. Maddə 29, İV hissə. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülk iyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

50. Maddə

77. Tarix və mədəniyyət abidələrini qorumaq hər bir şəxsin borcudur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

51. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

52. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşü lür.

53. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

54. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

55. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

56. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

57. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

58. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

59. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

60. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

61. Qa nunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

62. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

63. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən mad di hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

64. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

65. Bu baxımdan işin hallarına nə zər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, Cavabdeh4 apelyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

66. Bununla ya naşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

67. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İ, İİ, İİİ və İV hissələri).

68. Kassatorun dəlilləri əsasən ondan ibarətdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin bir hissəsi arxeoloji abidədir və həmin abidənin mühafizə olunması müqavilə əsasında ona həvalə olunmuşdur.

69. Kassatorun bu dəlili qətnamənin ləğv edilməsi və iddianın rədd olunmasına əsas deyil. Çünki əvvəla, bu torpaq sahəsi iddiaçıya Cəlilabad Rayon AİK-in qərarı əsasında verilmişdir və mübahisəli torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 14.2.2-ci maddəsinə görə, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları, mülki hüquq və vəzifələrin əmələ gəlməsinin qanuni əsaslarından birini təşkil edir. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə görə, inziba ti akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

70. Mübahisəli torpaq sahəsinin iddiaçının və onun ailə üzvlərinin mülkiyyətinə verilməsi barədə AİK-nin qərarı ləğv olunmamış, geri çağırılmamışdır.

71. Bundan başqa, Mülki Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiy i hallar istisna olmaqla, həqiqi hesab edilir.

72. İddiaçının mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın reyestr qeydiyyatının həqiqiliyini aradan qaldıran, Mülki Məcəllənin 140cı maddəsində göstərilən hallar məhkəmələr tərəfindən müəyyən olunmamışdır.

73. Bundan əlavə, bəhs olunan arxeoloji abidənin pasportu və mühafizə sonasına aid sənədlər məhkəməyə təqdim edilməmişdir. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun “Abidələrin dövlət qeydiyyatı” adlanan 6-cı maddəsinə əsasən, abidələrin siyahıya və dövlət qeydiyyatına alınmasını, pasportlaşdırılmasını, abidələrin siyahısının təsdiqini və daşınmaz abidələrin xəritələrinin hazırlanmasınımüvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)həyata keçirir. 74. “Tarix vəmədəniyyət abidələrinin qorunmasıhaqqında” Azərbaycan RespublikasıQanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 iyun 1998-ci il tarixli, 725 saylı sərəncamının 2.9-cu bəndinə əsasən, həmin Qanunun 6-cı maddəsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini abidələrin siyahısının təsdiqi və daşınmaz abidələrin xəritələrinin hazırlanması hissəsində Azərbaycan Respublikasının Nazirlər Kabineti, abidələrin siyahıya və dövlət qeydiyyatına alınması və pasportlaşdırılması hissəsində isə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazisində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, “İçərişəhər” X20 və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazisində “İçərişəhər” X20 Qoruğu İdarəsi hə yata keçirirlər.

75. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X18, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti haqqında Əsasnaməyə görə Xidmətin vəzifələrinə, müvafiq sahədə mühafizə rejiminin pozulmasının qarşısını almaq (3.0.19), mühafizə dərəcəsi olan daşınmaz mədəni sərvətlərin mülkiyyətçisi və ya istifadəçisi ilə həmin mədəni sərvətlərin qorunmasına dair mühafizə müqavilələri bağlamaq (3.0.29), dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinin dövlət uçotunu aparmaq, bu əmlak barədə texniki məlumatları dəqiqləşdirmək (3.0.31), mədəni irs abidələrinin mühafizə zonalarını müəyyən etmək (3.0.36) və sair kimi vəzifələr aid edilmişdir.

76. Göründüyü kimi tarixi abidələrin mühafizə rejiminin pozulmasının qarşısını almaq X18, İnkişafı və Bərpası üzrə Dövlət Xidmə tinin səlahiyyətləridir. Başqa sözlə, abidənin hüquqi rejimi müəyyən edildiyi halda onun qorunması ilə bağlı iddia vermək səlahiyyəti müvafiq icra hakimiyyəti orqanına aiddir.

77. Həmçinin üçüncü şəxsin nümayəndəsinin apelyasiya instansiyası məhkəməsində verdiyi izahatdan və apelyasiya instansiyası məhkəməsinə təqdim etdiyi xx.xx.2024-cü il tarixli, 3-24-1-5/2-1-09/2024 nömrəli məktubdan göründüyü kimi, üçüncü şəxs abidənin yerləşdiyi torpaq sahəsinin Məhəbbət Aslanovun mülkiyyətində və istifadəsində olmadığına görə, onunla bağlanmış 23 noyabr 2022-ci il tarixli mühafizə müqaviləsini qanunsuz olduğunu bildirmiş, buna görə də 9 aprel 2024-cü il tarixdə Məhəbbət Aslanova zəbt etdiyi ərazinin çəpərinin sökülməsi barədə bildiriş və xəbərdarlıq etmişdir.

78. Kollegiya bildirir ki, sübutları ara şdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

79. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

80. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

81. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-416/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar