Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1412/2020 29.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X5, iddiaçı xxx qızı, vəkili X10 və cavabdeh “xxxx” MTK vəkili X6 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)10267/2019 saylı qətnaməsindən iddiaçı xxx qızının kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(009)-89/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim N. A.Bağırov) iddiaçı xxx qızının cavabdeh “xxxx” MTK (bundan sonra cavabdeh) və digərlərinə qarşı “mənzilin sökülməsi, mənzilə verilən elektrik enerjisi, qaz, su və başqa təchizatın dayandırılması, mənzilə zorla daxil olma, əşyaların daşınması, pis rəftara məruz qalması, mənzilə mülkiyyət hüququnun pozulmasının qanunsuz hesab edilməsi və dəymiş maddi zərərə görə 390.700 manat, mənəvi zərərə görə 50.000 manat pulun tutulması, hər ay 500 manat icarə haqqı olmaqla 2017-ci ilin yanvar ayından etibarən iş üzrə qəbul ediləcək qətnamənin tam icra edilməsi müddətinədək ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası qismən təmin edilərək, xx xxxxxx 2016-cı il tarixdən başlayaraq Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsində sökülmüş 27 saylı binanın yerində cavabdeh tərəfindən inşa edilən yaşayış binasının istifadə üçün hazır olduğu günədək olan dövr üçün kirayə haqqına görə hər ay 400 manat pulun cavabdehdən tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Tərəflər ayrı-ayrılıqda qətnamədən apelyasiya şikayətləri vermişlər. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli, 2(103)9447/2018 saylı qətnaməsi ilə (hakimlər R.Ə.Eyvazov sədrlik edən, məruzəçi, S.F.Hacıyev və F.Ş.Talışinski) apelyasiya şikayətləri təmin edilmədən, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi apelyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılıb. Tərəflər ayrı-ayrılıqda qətnamədən kasasiya şikayətləri vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(102)-3697/2019 saylı qərarı ilə (hakimlər Q.A.Əsgərov sədrlik edən, məruzəçi, E.R.Vəliyeva və G.A.Quliyev) kasasiya şikayətləri qismən təmin edilərək, iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilib və mülki iş yerindən baxılması üçün həmin məhkəməyə qaytarılıb. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)10267/2019 saylı qətnaməsi ilə (hakimlər Ş.Ə.Məhərrəmova sədrlik edən, məruzəçi, E.Y.Şamayev və M.A.Məmmədov) apelyasiya şikayətləri qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ləğv edilib, iş üzrə yeni qətnamə çıxarılmaqla, iddia qismən təmin edilib, iddiaçının mülkiyyətində olan mənzilin sökülməsi, mənzilə verilən elektrik enerjisi, qaz, su və başqa təchizatın dayandırılması, mənzilə zorla daxil olma və əşyaların daşınması, iddiaçının pis rəftara məruz qalması və mənzilə mülkiyyət hüququnun pozulmasının qanunsuzhesab edilməsi, iddiaçının mülkiyyətində olan mənzilə görə 140.400 manat pul kompensasiyanın cavabdehdən tutulub iddiaçıya ödənilməsi, habelə xx xxxxxx 2017-ci ildən xx xxxxxx 2018-ci il tarixədək hər ay 300 manat, xx xxxxxx 2018-ci ildən qətnamə icra edilənədək hər ay 400 manat olmaqla kirayə haqqının hesablanıb cavabdehdən tutulub iddiaçıya ödənilməsi, həmçinin cavabdehdən mənəvi zərərə görə 1.000 manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. İddiaçı qətnamədən kasasiyaşikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehlə rə qarşı iddia qaldıraraq, mülkiyyətindəolanmənzilin sökülməsi,mənzilə verilən elektrik enerjisi, qaz, su və başqa təchizatın dayandırılması, mənzilə zorla daxil olunması və əşyalarının daşınması, onun pis rəftara məruz qalması, mənzilə mülkiyyət hüququnun pozulmasının qanunsuzhesab edilməsi, cavabdehlərdən müştərək qaydada maddi zərərə görə 390.700 manat, mənəvi zərərə görə 50.000 manat pulun tutulub ona ödənilməsi, həmçinin icarədə qalması ilə əlaqədar olaraq icarə haqqına görə hər ay 500 manat olmaqla 2017-ci ilin yanvar ayından etibarən hazırki iş üzrə qəbul ediləcək yekun məhkəmə qətnaməsinin tam icrası müddətinədək ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASASİYA Şİ KAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verilməyib. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin maddi və mənəvi zərərin (kirayə haqqı da nəzərə alınmaqla) əvəzinin ödənilməsi hissədə ləğv edilib, iddianın qalan hissədə də təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iddiaçı Ülviyyə Şərif-zadə və vəkili Fuad Ağayev kasasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. Cavabdeh “xxxx” MMC vəkili Zaur Abasov məhkəmə iclasında kasasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında kasasiyaşikayətinin təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsini məhkəmə iclasına göndərmədiyi üçün kasasiyainstansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual h üquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, mübahisəli mənzil iddiaçının xüsusi mülkiyyətində olub və mənzilin sökülərək onun yerində yeni müasir tələblərə cavab verən yaşayış binasının tikilməsində ictimai marağın olması qəbul edilsə belə, mülkiyyət hüququna müdaxilə qanunla nəzərdə tutulmuş şərtlərə cavab vermir. Eyni zamanda mənzilin sökülməsi,mənzilə verilən elektrik enerjisi, qaz, su və başqa təchizatın dayandırılması, mənzilə zorla daxil olma və əşyaların daşınması nəticəsində iddiaçı pis rəftara məruz qalıb və nəticədə onun mənzilə olan mülkiyyət hüququ pozulub. Hazırki halda mənzilə edilən müdaxilə qanunsuz olduğundan cavabdehdən iddiaçının xeyrinə pul kompensasiyası tutulmalıdır. Cavabdehin təqsiri üzündən iddiaçıya maddi, mənəvi zərər dəyməsi mülki iş materialları ilə istisna edilmir. Daha sonra qanunvericilkdə 20 faiz əlavənin dövlət ehtiyacı üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə ödənilməsi nəzərdə tutulur. İddiaçının mənzilinin sökülməsi dövlət ehtiyacı üçün deyil, vətəndaşların marağı və onların təhlükəsizliyi üçün həyata keçirilib. İddiaçının daha yüksək və ya aşağı kirayə haqqı olan mənzildə qalması şəxsi seçimi olub və həmin məbləğin cavabdehdən t utulması ağlabatan deyil. Qalan hissədə və Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyətinə münasibətdə iddia əsassız olduğundan təmin edilə bilməz. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinin, Mülki Məcəllənin 203-cü maddəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsi iddianın satınalma qiymətinə əlavə haqqın ödənilməsinin rədd edilməsi, mənəvi zərərin və aylıq kirayə haqqının məbləğinə aid hissədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi həmin hissədə işin hallarını düzgün müəyyən etmiş olsa da, maddi hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, xx xxxxxx 2007-ci il tarixli “hüquqların dövlət qeydiyyatı haqqında” Çıxarışa əsasən, Bakı şəhəri, Səbail rayonu Q.Abbasov küçəsi, istifadədə olan 0,15482 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 27 saylı evin 3 otaqlı, ümumi sahəsi 93,6 kv.metr, yaşayış sahəsi 64,0 kv.metr olan 35 saylı mənzili mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınıb və həmin evdə daimi qeydiyyatdadır. İşə əlavə edilmiş “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnsititunun ünvan 1 ünvanda yerləşən yaşayış binasına keçirilən vizual baxışın nəticəsi haqqında xx xxxx 2016-cı il tarixli rəyindən görünür ki, bina ümumiyyətlə mövcud tikinti norma və qaydalarına, şəhərin ümumi görüşünə, mövcud şəhərsalma tələblərinə cavab vermir. Yaşayış binasının mövcud vəziyyəti texniki cəhətdən qəzalıdır, istismar üçün təhlükəlidir. Binada təmir bərpa və güclənd irmə işlərinin aparılması texniki və iqtidasi cəhətdən məqsədəuyğun hesab edilmir. Qeyd olunanaları nəzərə alaraq aşağıdakı tədbirlərin yerinə yetirilməsi zəruri hesab edilir: 1) Binanın istismarının dayandırılması və bu barədə əlaqədar təşkilatların məlumatlandırılması; 2) Sakinlərin təcili olaraq binadan çıxarılması; 3) Binadakı bütün kommunikasiya xətlərinin kəsilməsi; 4) Binaya girişin qadağan edilməsi; 5) Binanın təcili olaraq çəpərlənməsi və xəbərdarlıq nişanlarının qoyulması. İşə əlavə edilmiş Səbail rayon İHB-nın xx xxxx 2016-cı il tarixli, 42 saylı sərəncamından görünür ki, Səbail rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli, 86 saylı qərarını, həmçinin “Azərdövlətlay ihə” Dövlət Baş Layihə İnsititunun mütəxəssisləri tərəfindən ünvan 2 ünvanda yerləşən 2 mərtəbəli yaşayış binasının uzun müddətli istismar nəticəsində yararsız hala düərək qəzalı vəziyyətdə olması barədə tərtib olunmuş xx xxxx 2016-cı il tarixli rəyini və “xxxx” MTK xx xxxx 2016-cı il tarixli, 1 saylı müraciətini nəzərə alaraq, Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində yerləşən uzun müddətli istismar nəticəsində yararsız hala düşərək, hazırda qəzalı vəziyyətdə olan ünvan 3 ünvanda yerləşən 2 mərtəbəli yaşayış binasının söküntüsünün “xxxx” MTK tərəfindən yerinə yetirilməsi və həmin kooperativə sahəsi 0.25 ha olan ərazi çox mərtəbli yaşayış binasının layihələndirilməsi və tikintisinə icazə verilməsi və ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, eyni zamanda qanunverici liyin tələblərinə uyğun olaraq, yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq qaydada mənzillərin ayrılması “xxxx” MTK vəsaiti hesabına həyata keçirilməsi qərara alınıb. İşdə olan “xxxx” MTK ünvan 4 ünvanlandığı xx xxxxxx 2018-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, binanın qəzalı və yararsız halda olduğu üçün binanın söküntüsü və yerində yeni yaşayış kompleksinin tikintisinin başlanacağı, yeni yaşayış binası tikilənədək, binadan köçürülən sakinlərə müvəqqəti olaraq kirayə mənzillərdə yerləşdirilməsi məqsədilə lazımı maliyyə vəsaitinin ödənilməsi, yeni yaşayış binasında müvafiq qaydada mövcud mənzillərin ölçülərinə uyğun təmirli mənzillərin ayrılması, xbərdarlıq məktubunu aldıqları tarixdən 10 gün müddətində kirayə mənzil taparaq, yaşadıqları mənzillərin boşaldılması, hər hansı məlumat üçün “xxxx” MTK müraciət etmələri barədə binanın sakinlərini xəbərdar etmişlər. İşə əlavə edilmiş “X9” MMC tərəfindən tərtib edilmiş xx xxxxxx 2016-cı il tarixli “Daşınmaz əmlakın qiymətləndirilməsi barədə” mütəxəssis rəyindən görünür ki, ünvan 5 ünvanda yerləşən 35ci mənzilin xx xxxxxx 2016-cı il tarixinə bazar qiyməti 281.000 manat təşkil edir. Eyni zamanda, “X4” MMC tərəfindən tərtib edilmiş 049/18 saylı qiymətləndirmə hesabatından görünür ki, Bakı şəhəri, ünvan 3 evin (hazırda sökülmüş) 35-ci mənzilinin hazırki dövrə olan orta bazar qiyməti (sökülmüş binanın yerləşdiyi yer və orta səviyyəli təmiri nəzərə almaqla) 140.700 manat, kirayə haqqı isə 400 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİİ bəndlərinə əsasən, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Mahiyyət etibarı ilə mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyy ətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət, ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır, buna görə də onlar birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır (Ceyms və başqaları Birləşmiş Krallığa qarşı iş). Avropa Məhkəməsinin presedent hüququna əsasən, müdaxilə-“qanunla nəzərdə tutulmuş şərtlərə” uyğun olaraq həyata keçirilməli; “ictimai marağa” uyğun ol malı və mülkiyyətçinin hüquqları və cəmiyyətin maraqları arasında “ədalətli tarazlığ” gözlənilməlidir. Apelyasiya instansiyası məhkəməsi sadalanan maddi hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, Avropa Məhkəməsinin presedent hüququnu nəzərə alıb haqlı olaraq qeyd etmişdir ki, iddiaçının mənzilinin sökülərək onun yerində yeni müasir tələblərə cavab verən yaşayış binasının tikintisinə ictimai marağın olması qəbul edilsə belə, onun mülkiyyət hüququna müdaxilə qanunla nəzərdə tutulmuş şərtlərə cavab vermir. Belə ki, Mülki Məcəllənin 203-cü maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən aşağıdakı tədbirlərdən başqa, əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilmir:öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi;qanuna görə həmin şəxs ə mənsub ola bilməyən əmlakın özgəninkiləşdirilməsi;sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi;təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması;rekvizisiya;müsadirə. Həmin Məcəllənin 203.5-ci maddəsinə görə, fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın dövlətin və cəmiyyətin ehtiyacları üçün özgəninkiləşdirilməsi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən həyata keçirilir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb haqlı olaraq qeyd etmişdir ki, iddiaçının mülkiyyətində olan mənzilin sökülməsi, mənzilə verilən elektrik enerjisi, qaz, su və başqa təchizatların dayandırılması, onun iradəsinə zidd olaraq mənzilinə zorla daxil olun ması və əşyalarının daşınması nəticəsində o, cavabdeh tərəfindən pis rəftara məruz qalmışdır. Ona görə də apelyasiya instansiyası məhkəməsi haqlı olaraq cavabdeh tərəfindən iddiaçının sözügedən mənzilə olan mülkiyyət hüququnun pozulmasını qanunsuz hesab etmişdir. Kasasiya instansiyası məhkəməsi kasasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, cavabdeh iddiaçıya qarşı açıq-aşkar mülki hüquq pozuntusu (delikt) törətdiyindən, yəni qanunla müdafiə edilən iddiaçıya birbişa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl törətdiyindən, iddiaçının əmlakına, habelə özünə dəymiş maddi və mənəvi zərərə görə mülki hüquqi məsuliyyət daşıyır (Mülki Məcəllənin 1096.1, 1096.2-ci maddələri). Eyni zamanda, Mülki Məcəllənin 1097.1- ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Hazırda iddiaçı, mənzilinin qanunsuz sökülməsinə görə cavabdehdən pul kompensasiya tələb edir və mənzilinin bazar qiymətinə dair “X9” MMC xx xxxxxx 2016-cı il tarixli ekspert rəyini məhkəməyə təqdim etmişdir. Qeyd edilən rəydə isə mənzilin söküntüyə məruz qaldığı tarixə bazar qiymətinin 281.000 manat olduğu qeyd edilmişdir. Birinci instanisya məhkəməsinə təqdim edilmiş “X4” MMC xx xxxxxx 2018-ci il tarixli qiymətləndirici rəyində isə, mənzilin bazar qiyməti nin 140.700 manat, həmin ünvan üzrə mənzillərin aylıq kirayə haqqının isə 400 manat olduğu qeyd edilmişdir. Cavabdeh isə ümumiyyətlə iddianın əsassız olduğunu bildirmişdir. Apelyasiya instansiyası məhkəməsi iddiaçının apelyasiya şikayətinin dəlillərini qismən əsaslı sayıb, prosessual qənaət prinsipindən çıxış edərək haqlı olaraq qeyd etmişdir ki, hazırki mübahisənin obyektiv həlli üçün ilk növbədə iddiaçının mülkiyyətinə müdaxilənin qarşıya qoyulan məqsədə mütənasib olub-olmaması, yaxud həmin müdaxilənin cəmiyyətin ümumi marağı ilə iddiaçının mülkiyyətinə müdaxilə arasında ədalətli tarazlığın qorunub-qorunmaması məsələlərinə aydınlıq gətirilməlidir. Apelyasiya instansiyası məhkəməsi cavabdehin arqumentləri ilə razılaşmayıb haqlı olaraq qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadəyə müdaxil ə cəmiyyətin ümumi maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa uyğun olmalıdır (Sporronq və Lonnrot İsveçə qarşı iş), kompensasiya şərtlərinin ədalətli balans yaradıb yaratmadığı və ərizəçinin üzərinə qeyri-mütənasib yük qoyub-qoymadığı müvafiq qanunvericiliyə uyğun olaraq qiymətləndirilməlidir (Papachelas Yunanıstana qarşı iş). Konvensiya tələblərinə uyğun olmaq üçün kompensasiya iki şərtə cavab verməlidir; birincisi onun dəyəri mülkiyyətin qiymətinə mütənasib (proporsional) olmalıdır; ikincisi o, ağlabatan müddətdə ödənilməlidir (Scordino İtaliyaya qarşı iş). Bu baxımdan apelyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, hazırki işdə, iddiaçının mülkiyyətində olan mənzilə edilən müdaxilə qanunsuz olduğundan cavabdehdən iddiaçının xeyrinə pul kompensasiyası tutulmalıdır və bu, yuxarıda sadalanan maddi hüquq normalarının tələblərinə uyğundur. Kasasiya instansiyası məhkəməsi bu hissədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, kasasiya şikayətinin dəlillərinə düzgün hüquqi qiymət verilməsi üçün ilk növbədə şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edən Şəhərsalma və Tikinti Məcəlləsinin bir sıra maddələrinin nəzərdən keçirilməsini məqsədəmüvafiq hesab edir. Qeyd edilən Məcəllənin 3.0.20-ci maddəsinə görə, tikinti obyektinin yenidən qurulması (rekonstruksiyası)- obyektin mövcud təyinatının dəyişdirilməsi və ya is tismar keyfiyyətinin müasirləşdirilməsi məqsədilə müvafiq layihə əsasında yeni texnologiyaların tətbiqi, yaxud yeni bina və ya qurğuların inşası, o cümlədən mühəndis-kommunikasiya təminatı xətlərinin quraşdırılması ilə bağlı tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin yerinə yetirilməsidir. Həmin Məcəllənin 4.1 və 4.2-ci maddələrinə əsasən, şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin qoru nmasından ibarətdir. Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsi, həmçinin Azərbaycan Respublikası ərazisində insan üçün əlverişli və sağlam yaşayış, iş və istirahət mühitinin yaradılması baxımından fərqlərin azaldılması və tədricən aradan qaldırılması şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətlərindəndir. Nəzərə alınmalıdır ki, ərazinin planlaşdırılması dövlət ehtiyacları və ya şəhərsalmanın məqsədləri baxımından həyata keçirilir. Ərazi planlaşdırılması şəhərsalmanın nizamlı inkişafını və torpaqların sosial baxımdan ədalətli istifadəsini təmin etməli, ictimaiyyətin rifahına uyğun o lmalı, insan üçün əlverişli və sağlam ətraf mühitin təşəkkül tapmasına, həyat üçün zəruri təbii əsasların qorunmasına və inkişaf etdirilməsinə xidmət etməlidir. Ərazi planlaşdırılması sənədlərinin hazırlanması zamanı ictimai və fərdi maraqlar ədalətli şəkildə tarazlaşdırılmalıdır (Şəhərsalma və Tikinti Məcəlləsinin 17-ci maddəsi). Göründüyü kimi sadalanan maddələrin tələblərinə uyğun olaraq Bakı şəhərinin bir sıra rayonlarının, o cümlədən Səbail rayonunun ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Sözügedən maddi hüquq normaları qəzalı vəziyyətdə olan mə nzilin mülkiyyətçidən geri alınmasını deyil, məhz insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi üçün əmlakın yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılması məqsədi daşıyır. Konstitusiyanın 43-cü maddəsinin İ hissəsi də mənzil hüququnu neqativ formada ifadə edir. Belə ki, həmin maddəyə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Konstitusiyada təsbit olunmuş bu hüquq hər kəsin qanunla müəyyən edilmiş şərtlərə əməl etməklə daimi yaşayış sahəsinə malik olmasını və həmin sahədən maneəsiz istifadə edə bilməsini ifadə edir. Mənzil hüququnun əsas xüsusiyyəti mənzil münasibətləri iştirakçılarının bu hüququ öz mülahizələrinə və qanuni mənafelərinə uyğu n, azad və sərbəst həyata keçirmələrinin mümkünlüyündən ibarətdir. Həmin Maddənin İİ hissəsi isə mənzil hüququnun reallaşdırılması üçün dövlət hakimiyyəti orqanlarını istiqamətləndirir ki, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac versin, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görsün. Apelyasiya instansiyası məhkəməsi, işə əlavə edilmiş sübutları tədqiq edib, işdə olan qiymətləndirmə rəyləri arasındakı kəskin fərqləri nəzərə alıb, iş üzrə təkrar əmtəəşünaslıq ekspertizası təyin etmiş və “xxxx” MMC xx xxxxxxxx 2019-cu il tarixli rəyi ilə mübahisəli mənzilin bazar qiymətinin 140.400 manat, həmin ünvan üzrə mənzillərin aylıq kirayə haqqının isə 2016-cı ildə 300 manat, 2017-ci ildə 300 manat, 2018-ci ildə 400 manat və 2019-cu ildə isə 400 manat təşkil et diyini müəyyən etmişdir. Apelyasiya instansiyası məhkəməsi sözügedən qiymətləndirici rəyini əsas tutub, iddia tələbini mənzilin qanunsuz sökülməsinə görə kompensasiya tutulması hissəsində qismən təmin edib, cavabdehdən iddiaçının xeyrinə qiymətləndiricinin rəyinə uyğun olaraq 140.400 manat kompensasiya, eyni zamanda 2018-ci ilin yanvar ayının 1-dən qətnamə icra edilənədək hər ay 400 manat kirayə haqqı tutulmasını düzgün müəyyən etsə də, xx xxxxxx 2017-ci ildən xx xxxxxx 2018ci il tarixədək cavabdehdən iddiaçının xeyrinə hər ay 300 manat kirayə haqqı tutarkən səhvə yol vermiş və işə əlavə edilmiş digər qiymətləndirici rəylərini nəzərə almamışdır. Belə ki, “X4” MMC qiymətləndirmə hesabatından görünür ki, sözügedən mənzilin həmin dövrə olan aylıq kirayə haqqı məbləği 400 təşkil edir. Ona gö rə də kasasiyainstansiyası məhkəməsi kasasiya şikayətinin dəlilləri ilə qismən razılaşır və hesab edir ki, xx xxxxxx 2017-ci ildən xx xxxxxx 2018-ci ilədək cavabdehdən iddiaçının xeyrinə hər ay tutulacaq kirayə haqqı 400 manat məbləğində müəyyən edilməlidir. İddia tələbinin mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdehin təqsiri üzündən iddiaçının mənəvi zərərə məruz qalması açıq-aşkar mülki iş materialları ilə istisna olunmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2002-ci il tarixli Qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun iddiavə dəyər kəsb etməyən hüquq pozun tusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fıziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfı psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumu xx xxxxxx 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliy in məhkəmələr tərəfındən tətbiq edilməsi haqqında” Qərarının 2-ci bəndində göstərmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fıziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfı psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fıziki əzab çəkməsi anlaşılır. Bununla yanaşı, apelyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, mənəvi zərər bir tərəfdən hüquqa zidd əməl nəticəsində şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalmadırsa, digər tərəfdən onun meydana gəlməsi üçün şəxsin bu azalmanı hiss etməsi, psixoloji sarsıntı və iztirab keçirməsidir. Mənəvi zərər anlayışına şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalma kimi yanaşma ona dəlalət edir ki, bəzi hallarda baş vermiş faktın özü mənəvi zərərin vurulmasının dəlili kimi qəbul edilir və bu faktın başqa dəlillərlə sübuta ehtiyacı olmur. Apelyasiya instansiyası məhkəməsi şərh olunanları nəzərə alıb qeyd etmişdir ki, cavabdeh tərəfındən aparılmış söküntü işləri nəticəsində iddiaçının mülkiyyətində olan mənzilindən məhrum olması və onun bu məhrumiyyət in kompensasiya edilməsi üçün müvafiq qurumlara müraciət etməyə məcbur qalması, eləcə də vurulmuş zərərin uzun müddət ərzində cavabdeh tərəfındən aradan qaldırılmaması faktları özü-özlüyündə iddiaçının psixoloji sarsıntı və iztirab keçirməsi, buna müvafiq olaraq ona mənəvi zərər dəyməsi qənaətinə gəlmək üçün kifayət edir və bu faktın əlavə sübutlarla təsdiqinə ehtiyac yoxdur. Kasasiya instansiyası məhkəməsi bu hissədə də apelyasiya instansiyası məhkəməsinin hüquqi əsaslandırmasi ilə razılaşır, lakin iddiaçıya dəymiş mənəvi zərərin məbləği ilə bağlı gəldiyi nəticəni ədalətli hesab etmir və cavabdehin təqsiri üzündən iddiaçıya dəymiş mənəvi zərərin bütövlükdə 1.000 manat məbləğində qiymətləndirilməsi ağlabatan, ədalətli deyil. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunveriliciyin məhkə mələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 07 saylı Qərarına əsasən, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsb və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və sair), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olma lıdır. Ona görə də kasasiyainstansiyası məhkəməsi iddiaçıya dəymiş mənəvi zərəri 5.000 manat məbləğində qiymətləndirir və hesab edir ki, həmin məbləğ cavabdehdən tutulub ona ödənilməlidir. Kasasiya instansiyası məhkəməsi həmçinin hesab edir ki, iddiaçının mənzili dövlət ehtiyacı üçün deyil, vətəndaşların marağı və onların təhlükəsizliyi üçün söküldüyündən ona mənzilin bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqqın ödənilməməsinə dair apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə də razılaşmaq olmaz. Belə ki, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişiliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 07 dekabr tarixli 506-İİİQD saylı Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2007-ci il tarixli, 689 saylı Fərmanının 2.3-cü maddəsinə əsasən, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunverciliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. Mülki Məcəllənin 11.1-ci maddəsində göstərilir ki, mülki hüquq münasibətləri mülki qanunverciliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvercilik normaları tətbiq edilir (qanunun analogiyası). Bu baxımdan kasasiya insitansiyası məhkəməsi hesab edir ki, iddiaçının mənzili dövlət ehtiyacı üçün deyil, bilavasitə vətəndaşların marağı və onların təhlükəsizliyi üçün sökülmüş olsa da, oxşar münasibətləri tənzimləyən mülki qanunvercilik normaları tətbiq edilməklə (qanunun analogiyası) iddiaçıya mənzilinin qanunverciliyə uyğun olaraq hesablanmış 140.400 manat bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə 28.080 manat haqq ödənilməlidir. Apelyasiya instansiyası məhkəməsi hazırki mülki mübahisəyə oxşar münasibətləri tənzimləyən mülki qanunvercilik normalarını tətbiq etməməklə qeyd olunan maddi hüquq normasının tələblərini pozmuşdur. Kasasiya instansiyası məhkəməsi qalan mübahisələndirilən hissədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qisməniddiaçının mülkiyyətində olan mə nzilin bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqqın ödənilməsinin rədd edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia qismən təmin olunmalı, iddiaçıya mənzilinin qanunverciliyə uyğun olaraq hesablanmış 140.400 manat bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə 28.080 manat əlavə haqq ödənilməli, qətnamə digər hissədə, yəni mənəvi zərərə görə 1.000 manat pulun tutulması, xx xxxxxx 2017-ci ildən xx xxxxxx 2018-ci ilədək kirayə haqqına görə hər ay 300 manat pulun tutulması hissəsində dəyişdirilməli, cavabdehdən mənəvi zərərə görə 5.000 manat, xx xxxxxx 2017-ci ildən xx xxxxxx 2018-ci ilədək kirayə haqqına görə hər ay 400 manat pul tutulub iddiaçıya ödənilməli və qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlə rə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kasasiyainstansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı xxx qızının kasasiya şikayəti qismən təmin edilsin, iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)-10267/2019 saylı qətnaməsinə qismən- xxx qızının mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi 27 saylı evin 35-ci mənzilinin satınalma qiymətinə əlavə haqqın ödənilməsinin rədd edilməsi hissəsində ləğv edilsin, həmin hissədə iddia qismən təmin olunsun, “xxxx” MTK-dən X2 xeyrinə mənzilin satınalma qiymətinə əlavə 28.080 manat pul tutulsun, qətnamə digər hissədə, yəni mənəvi zərərə görə 1.000 manat, xx xxxxxx 2017-ci ildən xx xxxxxx 2018-ci ilədək kirayə haqqına görə hər ay 300 manat pulun tutulması hissəsində dəyişdirilsin, “xxxx” MTK-dən X2 xeyrinə mənəvi zərərə görə 5.000 manat, xx xxxxxx 2017-ci ildən xx xxxxxx 2018-ci ilədək kirayə haqqına görə hər ay 400 manat pul tutulsun, qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1412/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1412/2020
29.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver