Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1412/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh2 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsinin naturada bölünməsi 03.06.2025 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 6 fevral 2025-ci il tarixli, 2(106)52/2025 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 3 iyun 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. “Torpağa mülk iyyət hüququna dair” JN-217 saylı Dövlət Aktı ilə Salyan rayonu, Boranıkənd kənd sakini X və onun ailə üzvlərinə Salyan rayonu Aqrar İstehsalat Komissiyası tərəfindən 28 aprel 2000-ci il tarixdə 5.60 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə verilmişdir. 2. 05 oktyabr 2006-cı il tarixli “Torpağın alqı-satqısı haqqında” müqaviləyə əsasən, Cavabdeh1 və Cavabdeh3 dəyəri 1.360 manat olmaqla hal-hazırkı mülki iş üzrə mübahisə predmeti olan torpaq sahəsinin 1,24 ha hissəsini İddiaçı satmışlar. Bu müqavilə Salyan rayon 1 saylı Notariat Kontorunun notariusu tərəfindən təsdiqləmiş və 15 noyabr 2021-ci il tarixdə Salyan rayonu, 2 saylı Notariat Ofisinin Notariusu müqavilənin hal-hazırda qüvvədə olmasını təsdiqləmişdir.
3. Mübahisəli torpaq sahəsinin bölgü planı ilə 1,24 ha torpaq sahəsinin satılması, İddiaçı aid olması və həmin torpaq sahəsinin ümumi torpaq sahəsinin hansı hissəsində yerləşməsi planda göstərilmişdir.
4. Salyan Rayon Məhkəməsinin 2(057)-416/2022 saylı, 29 aprel 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh1 və X6 qarşı əmlakın naturada bölünməsi tələbinə dair iddiası təmin edilərək, X20 tərəfindən tərtib edilmiş “Salyan rayonu, Boranıkənd kəndində yerləşən X və ailə üzvlərinə məxsus JN-217 saylı konturda yerləşən 4.174239 ha torpaq sahəsinin 1.24 ha hissəsinin bölgü planına əsasən naturada bölənərək iddiaçının sahibliyinə verilməsi qət edilmişdir.
5. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1799/2022 saylı, 18 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 və X7 tərəfindən birgə verilmiş apellyasiya şikayəti qismən təm in edilərək, Salyan Rayon Məhkəməsinin 2(057)-416/2022 saylı, 29 aprel 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddia təmin edilməmişdir.
6. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1111/2023 saylı, 14 mart 2023-cü il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1799/2022 nömrəli, 24 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı (bundan sonra- iddiaçı) cavabdehlər Cavabdeh1, X, Cavabdeh2, X3, Cavabdeh4, X8 və X4 qarşı “torpaq” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Torpağın mülkiyyətə verilməsinə dair” JN 217 saylı Dövlət Aktına əsasən Sal yan rayonu, Boranıkənd kəndində yerləşən 5,60 ha torpaq sahəsinin Bölgü Planına görə cavabdehlər arasında naturada, müvafiq olaraq 1,24 ha və 2,934239 ha hissələrə uyğun olaraq bölünməsi və Notariat kontorunda bağlanmış xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən 5,60 ha torpaq sahəsinin 1,24 ha hissəsinin onun sahibliyinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına uyğun əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, cavabdehlər ümumi birgə mülkiyyət hüququ əsasında onlara və digər ailə üzvlərinə məxsus olan torpaq sahəsinin 1,24 ha hissəsini xx.xx.2006cı il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən ona satmışlar. Həmin müqavilə cavabdehlər Cavabdeh1 və X tərəfindən imz alanmışdır. Müqavilə əsasında cavabdehlərlə, onların ailə üzvlərinin mülkiyyətlərində 2,934239 ha torpaq sahəsi qalmışdır. Həmin müqaviləyə edilmiş xx.xx.2021-ci il tarixli qeyddən görünür ki, müqavilə hal-hazırda da qüvvədədir. Alqı-satqı müqaviləsi bağlanıldıqdan sonra qeyd olunan Dövlət Aktında göstərilmiş torpaq sahəsi bölgü planına əsasən onunla cavabdehlər arasında bölünmüş və müvafiq çizgi də çəkilmişdir. Lakin həmin bölgü planını DƏDRX-nin 13 saylı Ərazi İdarəsinə təqdim edib torpağa dair müvafiq çıxarış almaq istədikdə bölgü planında cavabdehlərin hamısının imzaları olmadığı üçün ona çıxarışı verməkdən imtina etmişlər. Hal-hazırda da cavabdehlər həmin bölgü planını imzalamaqdan imtina edirlər. Göründüyü kimi mübahisə predmeti olan torpaq sahəsini mülkiyyətçi olan cavabdehlərdən qa nuni əsaslarla, alqı-satqı müqaviləsi əsasında əldə etmiş, torpağın sahibi olaraq həmin sahə almış olduğu 2006-cı il tarixindən hal-hazıra kimi onun istifadəsindədir və bununla bağlı cavabdehlərin yanlız 2022-ci il tarixdan şikayət və etirazları yaranmışdır. Hazırda adı çəkilən torpaq sahəsinin faktiki olaraq sahibidir. Əlavə olaraq, cavabdehlərin razılığı ilə onların iradəsi əleyhinə olmadan mübahisəli torpaq sahəsini notariat kontorunda reyestrdə 40-270 sayı ilə rəsmiləşdirilmiş 05 oktyabr 2006-cı il tarixli alqı-satqı müqaviləsi əsasında əldə etməyinə baxmayaraq, cavabdehlər mübahisəli torpağa dair alqı-satqı müqaviləsinin bağlanmasından təxminən 17 il əvvəl, yəni 2006-cı ildən xəbərdar olduqlarını etiraf edərək hüquqlarının pozulduğunu bildirsələr də, bu müddət ərzində müqavilənin etib arsızlığına dair məhkəmədə iddia qaldırmamalarının səbəbini əsaslandırmamışlar və həmin sahə üzərində vicdanlı alıcı olduğunu nəzərə almırlar. Bundan əlavə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Salyan Rayon Məhkəməsinin iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi iki əsasla ləğv edilmişdir: mübahisəli torpaq sahəsinin dövlət qeydiyyatına alınmaması, iddianın digər mülkiyyətçilərin hamısına deyil, yanlız torpaq sahəsini satmış satıcılara yönəlməsi. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə ona eyni məzmunlu iddia tələbi ilə təkrar digər paylı mülkiyyətçilər olan əsl cavabdehlərə qarşı iddia qaldırmaq hüququ izah olunmuşdur.
9. Salyan Rayon Məhkəməsinin 22 sentyabr 2023-ci il tarixli, 2(05 7)-1081/2023 saylı qətnaməsi ilə iddia təmin olunaraq, “Torpağın mülkiyyətə verilməsinə dair” JN 217 saylı Dövlət Aktına əsasən Salyan rayonu, Boranıkənd kəndində yerləşən 5.60 ha torpaq sahəsinin bölgü planına görə cavabdehlər arasında naturada, müvafiq olaraq 1.24 ha və 2.934239 ha hissələrə uyğun olaraq bölünməsi və notariat kontorunda bağlanmış xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən 5.60 ha torpaq sahəsinin 1.24 ha hissəsinin iddiaçının sahibliyinə verilməsi qət edilmişdir.
10. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, Salyan rayonu, Boranıkənd kəndinin sakini X və onun ailə üzvlərinə Salyan rayonu Aqrar İstehsalat Komissiyası tərəfindən 28 aprel 2000-ci il tarixində 5.60 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə verilmişdir. 05 oktyabr 2006-cı il tarixdə iddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış alqı-satqı müqaviləsindən sonra iddiaçı 1.24 ha torpaq sahəsini əldə edərək istifadə edir. Müqavilənin şərtlərinə görə, hazırkı iş üzrə cavabdeh olan satıcıların mülkiyyət hüquqları iddiaçıya keçmişdir. Cavabdehlər tərəfindən dəyəri 1360 manat olmaqla hal-hazırkı mülki iş üzrə mübahisə predmeti olan torpaq sahəsinin 1,24 ha hissəsini satmışlar. Torpaq sahəsinin bölgü planını tərtib edən X20 torpaq sahəsinin 1,24 ha hissəsinin satılmasını və iddiaçıya aid olmasını və həmin hissənin ümumi torpaq sahəsinin hansı hissəsində yerləşməsini planda göstərmiş və imzası ilə təsdiqləmişdir.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu, Mülki Məcəllənin 152.1, 213.4 və 213.5- ci, “İnsan Hüquqları haqqında” Ümumi Bəyannamənin 17-ci, İnsan Hüquqlarının və X9 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsi, habelə Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 357-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat
12. Cavabdeh2 apellyasiya şikayəti verərək, iş üzrə Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(057)-1081/2023 saylı qətnaməsinin ləğv olunması və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə maddi hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, məhkəmə onların mülkiyyət hüquqlarını pozmaqla qətnamə qəbul etmişdir. Mübahisəli 5.60 hektar torpaq sahəsi Salyan rayon Aqrar İslahat Komissiyasının xx.x x.2000-ci il tarixli, 5 saylı qərarına əsasən onların mülkiyyətinə verilmişdir. xx.xx.2006-cı il tarixdə anası Cavabdeh1 həmin torpaq sahəsininin 1.24 ha hissəsini İddiaçı 15 illik 1360 manata icarəyə vermişdir. Həmin alqısatqı müqaviləsi reyestrdə qeydə alınmamış və əməliyatı aparan notariusun adı qeyd olunmamışdır. Yaşlı anası aldadılaraq 15 illik icarə müqaviləsi adı ilə alqı-satqı müqaviləsi bağlanmışdır. Anası sonradan bu işin saxta olduğunu bilmişdir. Hətta bacısı da həmin müqaviləyə imza etməmiş və imzanın kimə məxsus olması məlum deyildir. Dövlət Aktında qeyd olunan 9 nəfərdən heç kimin iştirakı olmadan torpaq başqa şəxsə satılmış və notarius təsdiq etmişdir. Halbuki, Dövlət Aktı mərhum atasının adına olduğu halda heç bir vərəsəlik təyin olunmadan, 2 ailə üzvü anası Cavabdeh1 və ba cısı Cavabdeh3 torpağı ayrılmadan ümumi mülkiyyətçilərin razılığı olmadan alqı-satqı müqaviləsi imzalanmışdır. 1.24 ha torpaq sahəsinin 1360 manata ömürlük satan və alan şəxs kimi saxta müqavilə yazmışlar. Torpağı alan şəxs niyə 17 ildən sonra gəlib ki, sənədləri istəyir. Ömürlük almışdısa niyə 17 il müddətində torpağı sənədləşdirməmişdir. Əsl vicdanlı alıcıdırsa niyə 17 il ərzində əsaslı sənədi yoxdur, məhkəmə yolu ilə onlardan məcburi sənəd istəyir?. Göründüyü kimi, onların pay torpaqlarını öz əmlakı kimi başqasına satmışdır. Necə olur ki, 17 aprel 2023-cü il tarixli, 2(102)-1111/2023 saylı Ali Məhkəmənin qərarı icra olunmadan Salyan Rayon Məhkəməsində eyni işə yenidən baxılır. Halbuki hazırkı mübahisə üzrə Ali Məhkəmənin qanuni qüvvəsini almış qərarı mövcuddur və məhkəmə həmin işə yenid ən baxa bilməzdi. Lakin məhkəmə qanunsuzluq edərək işə yenidən baxmışdır.
14. Apellyasiya baxışı zamanı vəfat etmiş X2 hüquqi varisləri - X5 (arvadı), X11 və X14, həmçinin vəfat etmiş X1 hüquqi varisi X12 iş üzrə üçüncü şəxs kimi işə cəlb edilmişlər.
15. Apellyasiya baxışında məhkəmə sorğusu ilə əldə edilərək işə əlavə edilmiş Dövlət Notariat Arxivinin xx.xx.2024-cü il tarixli səndələr toplusundan müəyyən edilmişdir ki, mübahisəli torpağın mülkiyyətçiləri həmin torpağın satılmasına notarial qaydada öz razılıqlarını bildirmişlər.
16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Məhkəmə Ekspertiza Mərkəzinin 16 dekabr 2024-cü il tarixli rəyi ilə torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Salyan rayonu, Boranıkənd kənd sakini X və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş (iki hissəd ən ibarət 4.17 ha və 1.43 ha olmaqla) 5.60 hektar torpaq sahəsinin 05 oktyabr 2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı satılmış 1.24 ha hissəsinin, X və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 4.17 ha olan hissədə naturada ayrılmasının mümkün olduğu müəyyən edilmişdir. İşdə olan Bölgü planı əsasında torpaq sahəsinin naturada ayrılması mümkündür. Belə bölgünün adı çəkilən torpaq sahəsindən təyinatı üzrə istifadə edilməsinə heç bir maneə törətmədiyi müəyyən edilmişdir.
17. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-52/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakimlər - Cahid İmanov (sədrlik edən və məruzəçi), Tale Kərimov, Qasım Əliyev) Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Salyan Rayon Məhkəməsinin 22 sentyabr 2023-ci il t arixli, 2(057)-1081/2023 saylı qətnaməsi Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
18. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düz tətbiq etmişdir.
19. Cavabdeh2 apellyasiya şikayətinin əsas dəlili mübahisəli torpağın satılmaması, onun icarəyə verilməsidir. Lakin cavabdehin torpağın satılmaması ilə bağlı dəlilləri Notarial qaydada bağlanmış alqı-satqı müqaviləsi və həmin müqavilənin bağlanmasına əsas olmuş notariusun qovluğunda saxlanan sənədlər toplusu ilə təkzib olunur.
20. Həmçinin cavabdeh mübahisəli torpağın icarəyə verilməsini bildirsə də, indiyədək iddiaçı tərəfindən onlara hər hansı icarə haqqının verilmədiyini, onların da iddiaçıdan icarə haqqı tələb etmədiklərini bildirmişdir. Cavabdeh1 məhkəmə kollegiyasının iclasında mübahisəli torpağın vəfat etmiş oğlu Mətləb Zeynalov tərəfindən satıldığını bildirmişdir. Həmçinin mübahisəli torpaq sahəsi 2006-cı ildən hazırkı vaxtadək iddiaçının faktiki istifadəsində və sahibliyindədir.
21. Apellyasiya baxışında təyin edilmiş tikinti-texniki ekspertizası nəticəsində müəyyən edilmişdir ki, bölgü planı əsasında torpaq sahəsinin naturada ayrılması mümkündür. Belə bölgünün adı çəkilən torpaq sahəsindən təyinatı üzrə istifadə edilməsinə heç bir maneə törətmədiyi müəyyən edilmişdir.
22. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusi yasının 13, 29cu, “İnsan Hüquqları haqqında” Ümumi Bəyannamənin 17-ci, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci, Mülki Məcəllənin 152.1, 213.4, 213.5-ci, Torpaq Məcəlləsinin 68, 84 və 111-ci, habelə Mülki Prosessual Məcəllənin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
23. Cavabdeh2 (Vəkil2) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinn qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. İddiaçı kassasiya şikayətinə qarşı et iraz verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
25. Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
26. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
28. Maddə 213.4. Ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır.
29. Maddə 213.5 Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına ə sasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
30. Maddə
68. Torpaq sahələrinin üzərində hüquqlar torpaq sahələrinin, sərhədlərinin yerdə müəyyən edilməsindən, onların plan və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
31. Maddə
84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir.Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçil ərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər.
32. Maddə
111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçi rilir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamə
33. Maddə
17. Hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. “İnsan hüquqlarının və əsas azdlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolu
34. Maddə
1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazla rının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
41. Maddə 416.1. Kassas iya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
43. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
45. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
46. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaş ır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
47. Cavabdeh2 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
48. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düz tətbiq etmişdir.
49. Belə ki, işə əlavə edilmiş sübutlarla, habelə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Məhkəmə Ekspertiza Mərkəzinin 16 dekabr 2024-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən X və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş (iki hissədən ibarət 4.17 ha və 1.43 ha olmaqla) 5.60 hektar torpaq sahəsinin 05 oktyabr 2006-cı il tarixli alqı-satqı müqaviləsi ilə iddiaçıya satılmış 1.24 ha hissəsinin, X və onun ailə üzvlərinin mülkiyyətində qalan 4.17 ha torpaq sahəsindən naturada ayrılması mümkündür. Belə bölgünün adı çəkilən torpaq sah əsindən təyinatı üzrə istifadə edilməsinə heç bir maneə törətmədiyi müəyyən edilmişdir.
50. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh2 kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdıraraq qeyd etmişdir ki, onun torpaq sahəsinin satılmaması ilə bağlı dəlili notarial qaydada bağlanmış alqı-satqı müqaviləsi və həmin müqavilənin bağlanmasına əsas olmuş notariusun qovluğunda saxlanan sənədlər toplusu ilə təkzib olunur. Əksinə, Cavabdeh1 məhkəmə kollegiyasının iclasında mübahisəli torpaq sahəsinin vəfat etmiş oğlu X tərəfindən satıldığını bildirmişdir. Həmçinin mübahisəli torpaq sahəsi 2006-cı ildən hazırkı vaxtadək iddiaçının faktiki istifadəsində və sahibliyindədir.
51. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi Cavabdeh2 kassasiya şikayəti nin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: C avabdeh2 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 6 fevral 2025-cü il tarixli, 2(106)-52/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmasın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.