Məhkəmə qərarları › İş №2(102)-1413/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1413/2022

04.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1413/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: borcun qaytarılması, sübutetmə) 04.04.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 iyul 2021-ci il tarixli, 2(103)280/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 05 avqust 2019-cu il tarixli yazılı qəbzə əsasən Cavabdeh 10 gün ərzində İddiaçı 7300 manat pul verəcəyini öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3500 ABŞ dollarının (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) pulun tutularaq iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sonra, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7300 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı gəlininin dayısı olan Cavabdeh 2016-cı ilin dekabr ayında 3500 ABŞ dolları məbləğində borc pul vermişdir. Cavabdeh borcu qısa müddətə qaytaracağına dair söz versə də, təxminən üç ildir ki, müxtəlif bəhanələrlə pulun qaytarılmasından imtina edir. Daha sonra cavabdeh 05 avqust 2019-cu il tarixdə borcu artıqlaması ilə 10 gün müddətində qaytaracağına dair qəbz yazıb verməsinə baxmayaraq, borcu ödəməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli, 2(004)5910/2019 nömrəli qətnaməsi ilə (hakim R.B.Cavadzadə) iddia təmin edilərək, Cavabdeh 7300 manat məbləğində borc pulun alınaraq, İddiaçı ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi şahid qismində dindirilmiş X1 və X2 ifadələrinə və yazılı sübuta istinad edərək hesab etm işdir ki, cavabdeh iddiaçıya 7300 manat məbləğində pul borcludur. Məhkəmə iclasları və iddianın mahiyyəti barədə xəbərdar edilmiş cavabdeh bunu təkzib edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmiş, məhkəmədə iştirak edərək fikrini bildirməmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli, 2(004)-5910/2019 nömrəli qətnaməsinin ləğv edilməsi xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 iyul 2021-ci il tarixli, 2(103)280/2021 nömrəli qətnaməsi ilə (hakim R.Ə.Eyvazovun sədrliyi və məruzəsi ilə, hakimlər Ş.A.Məmmədovadan və F.Ş.Talışınskidən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli, 2(004)5910/2019 nömrəli qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 385.1, 442, 739-cu maddələrinə istinad edərək göstərmişdir ki, cavabdeh apellyasiya şikayətində iddiaçıdan həqiqətən borc pul aldığını, lakin borcunu vaxtında qaytardığını, borca dair hər-hansı qəbz imzalamadığını, işdə olan qəbzdəki imzanın ona məxsus olmadığını, həmin halın müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə xətşünaslıq ekspertizasının təyin edilməli olduğunu göstərmişdir. Apellyasiya məhkəməsi mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən halların araşdırılması məqsədilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin etmiş, lakin cavabdehə dəfələrlə məlumat verilməsinə (istər məktub göndərilməklə, istərsə də mobil telef on vasitəsilə) baxmayaraq cavabdeh ekspertizadan yayınmış, sərbəst xətt və imza nümunələrini təqdim etməmişdir. Bu səbəbdən iş materialları Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən icrasız geri qaytarılmışdır. Belə olan halda isə, məhkəmə MPM-in 97.5ci maddəsini tətbiq edərək, iltizamın həqiqətən cavabdeh tərəfindən tərtib olunması nəticəsinə gəlmişdir. Bununla yanaşı, apellyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin özü apellyasiya şikayətində konkret məbləği qeyd etməsə də, iddiaçıdan borca pul almasını təsdiq etmişdir. Nəhayət apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində cavabdehin ondan 3500 ABŞ dolları borc almasını göstərsə də, tərəflər sonradan bu və digər amilləri nəzərə alaraq borcun manata məzənnə ilə 7300 manat olmasını razılaşdırmış, bu səbəbdə n də iltizamda cavabdeh borcunu 7300 manat həddində etiraf etmişdir. Bu hal isə iddiaçının tələb hüququnu aradan qaldırmır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 iyul 2021-ci il tarixli, 2(103)-280/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnaməni maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul etmişdir. Belə ki, iddiaçı tərəfindən təqdim olunmuş qəbz cavabdeh tərəfindən imzalanmamış, apellyasiya instansiyası məhkəməsi tərəfindən isə ona heç bir bildiriş göndərilməmiş və ekspertizanın təyin edilməsi barədə xəbərdar edilməmişdir. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəm əsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassator tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının hədlərini həmin qətnamənin maddi və prosessual hüquq normalarına uyğunluğunun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyri nə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyən ləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müv afiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə ə sasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını 04020məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan x ərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi t ərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellya siya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdehin iddiaçıya borcu olması iş materialları sübut olunmuşdur. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının təqdim etdiyi qəbzin cavabdeh tərəfindən icra olunmasını yoxlamaq məqsədi ilə məhkəmə-xətşünaslıq ekspertizası təyin etmişdir. Ekspertin vəsatəti əsasında cavabdehə imza-xətt nümunələrinin təqdim edilməsi ilə bağlı bildirişlər cavabdehin ünvanına göndərilmiş, həmin bildirişlərdən azı biri 05 aprel 2021-ci il tarixdə həmin ünvana çatdırılmışdır. Həmçinin iş materiallarında olan arayışa əsasən hakim köməkçisi 19 noyabr 2020-ci il və 23 noyabr 2020-ci il tarixlərdə cavabdehin ********** nömrəli mobil telefonuna (cavabdeh hazırki kassasiya şikayətində də həmin nömrəni istifadəsində olan telefon nömrəsi kimi göstərmişdir) zəng etmiş, Bakı Apellyasiya Məhkəməsinə gələrək imza nümunələri verməli olduğu bildirmiş, sonuncu dəfə cavabdeh məhkəməyə gələ bilməyəcəyini, eyni zamanda iddiaçı ilə məhkəmədən kənar razılıq əldə etdiyi bildirmişdir. Cavabdeh ekspertizanın keçirilməsi üçün tələb olunan imza-xətt nümunələrini təqdim etməkdən yayındığından ekspertizanın keçirməsindən imtina edilmişdir. Odur ki, məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya məhkəmə si əsaslı olaraq MPM-in 97.5-ci maddəsini tətbiq edərək, cavabdehin bu hərəkətlərini ekspertizanın keçirilməsindən imtina kimi qiymətləndirmiş və mübahisələndirilən qəbzin cavabdeh tərəfindən icra olunması faktını müəyyən etməklə, yekun nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM- in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 iyul 2021-ci il tarixli, 2(103)280/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar