Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1413/2023 26.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: qaz xəttinə qanunsuz qoşulma, maddi ziyan) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və X3 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7637/2022 nömrəli, 6 dekabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında b axaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh atası X4 xx.xx.1996-cı il tarixdə ölmüşdür.
2. İddiaçı (bundan sonra – iddiaçı və ya Birlik) əməkdaşları tərəfindən ünvan 1 ünvanı üzrə abonent X2 barəsində qaz xəttinə sayğacdan kənar qoşulma səbəbi ilə xx.xx.2017-ci il, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixlərində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar tərtib edilmiş və həmin aktlara əsasən istehlakçının abunə hesabına müvafiq olaraq, 3338,20 manat, 10240 manat və 188 manat, ümumilikdə 13766,20 manat zərər hesablanmışdır. xx.xx.2017-ci il tarixli aktda onu abonentin adından X1 imzaladığı qeyd edilmiş, digər iki aktda abonentin aktı imzalamaqdan imtina etdiyi göstərilmişdir.
3. Birliklə Maştağa qəsəbəsi, ünvan 2 ünvanında yaşayan istehlakçı Cavabdeh (bundan sonra – cavabdeh) arasında xx.xx.2020-ci il tarixdə «Qaz paylayıcısı ilə məişət qaz qurğusundan istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» bağlanmışdır. Müqavilədə abonent tərəfindən 1 ədəd PQ 4 və ədəd qızdırıcı qurğularının işlədildiyi qeyd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı ərizə ilə məhkəmə müraciət edərək aktlar üzrə yaranmış 13766,20 manat borcun, 776,70 manat debitor borcun, 1292,70 manat cari borcun, yeni tarifə keçidlə əlaqədar yaranmış 11,20 manat olmaqla, ümumilikdə 15816,80 manat məbləğində zərərin, pozulmuş hüquqların bərpası ilə bağlı çəkdiyi 300 manat xərcin və iddiaçı tərəfindən ödənilmiş 139 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 16255,80 manat məbləğində pulu n onun hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh aralarında bağlanmış müqavilənin tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamış, birliyin əməkdaşları tərəfindən cavabdehə məxsus evdə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən sayğaca özbaşına qoşulmaqla təbii qazdan qeyri-qanuni istifadə halları aşkar olunaraq aktlaşdırılmış, bununla əlaqədar 13766,820 manat ziyan hesablanmışdır. Bundan başqa, cavabdeh təbii qazdan istifadə etmiş, lakin dəyəribu ödəməmiş, 2012-ci ildə 481,50 manat, 2013-cü ildə 295,20 manat debitor borcu, eyni zamanda cavabdehin faktiki istifadə edilmiş, lakin dəyəri ödənilməmiş qazın həcminə görə 1292,70 manat cari borcu, 30 manat ödəniş və yeni tarifə keçidlə əlaqədar yaranmış 11,20 manat borc nəticəsində, ümumilikdə 15816,80 manat borcu yaranmışdır.
6. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(008)-3764/2022 nömrəli iş üzrə 5 iyul 2022-ci il tarixli qərardadı ilə (hakim T. Əsədova) iddia 1292,70 manat cari borcun və yeni tariflə keçidlə əlaqədar yaranmış 11.20 manat borcun cavabdehdən iddiaçının xeyrinə alınması hissəsində baxılmamış saxlanılmışdır.
7. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 5 iyul 2022-ci il tarixli qərardadı ilə iddia 1292,70 manat cari borcun və yeni tarifə keçidlə əlaqədar yaranmış 11,20 manat borcun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində baxılmamış saxlanılmış, qərardad qanuni qüv vəyə minmişdir.
8. Birinci instansiya məhkəməsinin e-2(008)-3764/2022 nömrəli iş üzrə 5 iyul 2022ci il tarixli qətnaməsi ilə (hakim T.Əsədova) iddia qalan hissədə rədd olunmuşdur.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı tərəfindən başqa ünvanda və ölmüş adamın adına tərtib olunmuş aktlar üzrə hesablanmış zərərə və 2012-2013-cü illər üzrə hesablanmış debitor borca görə cavabdehin məsuliyyət daşıması barədə hər hansı bir sübut təqdim edilməmiş, tərtib edilən aktların mötəbərliyi sübuta yetirilməmişdir.
10. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 21.1, 21.2, 385.1, 425.1, 442, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 115.0.5, 115.0.6, 107, 119.1, 121.1, 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Məzmunu iddia ərizəsinin məzmunu ilə oxşar olan apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, tərtib edilmiş aktların surəti abonentə verilmişdir, qaz sayğacına qanunsuz qoşulma təqdim edilmiş fotoşəkillərdən də aşkar görünür. Həmin vaxt abonentin qaz sayğacı tam işlək vəziyyətdə olmasına baxmayaraq, məhkəmə tərəfindən ekspertiza və ya yerində müayinə təyin etməmiş, iddiaçının sübutlarını nəzərə almamış, öz qətnaməsini prosessual qanunvericiliyin tələblərinə uyğun əsaslandırmamışdır.
13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-1637/22 nömrəli iş üzrə 6 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Anar Tanrıverdiyev (sədrlik edən və məruzəçi), İkram Şirinov və Cahangir Yusifov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçının iddia etdiyi borc məbləği cavabdehə aid olmamaqla, mərhum D.Atakişiyevin adına hesablandığından cavabdehdən tutula bilməz. Bu baxımdan sayğacın işlək vəziyyətdə olub-olmamasına dair ekspertizanın keçirilməsinə zərurət də yoxdur. Kassasiya şika yətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
15. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
16. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
18. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
19. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kredit ora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
20. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”
21. Bənd 6.5 Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Mülki Prosessual Məcəllə
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
26. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
27. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına i stinad etməyə yol verilmir.
28. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
29. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
30. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Kassator apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozuld uğunu ümumi ifadələrlə qeyd etsə də, bunun nədən ibarət olmasını əsaslandırmamışdır.
33. Ümumiyyətlə həm apellyasiya, həm də kassasiya şikayəti şablon ifadələrdən ibarət tərtib olunmaqla, şikayətlərdə baxılan işin halları ilə əlaqədar olmayan dəlillərə istinadlar edilmişdir.
34. Ona görə də, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7637/2022 nömrəli, 6 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.