Məhkəmə qərarları › İş №2(102)-1413/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1413/2024

01.05.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1413/2024 01.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 və digərlərinin Cavabdeh1 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-422/2023 nömrəli, 05 dekabr 2023-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətləri üzrə işə 01 may 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X12 Kitabında xx.xx.2009-cu il tarixdə 1284 nömrəsi ilə uçota alınmış A129496 nömrəli torpaq sahəsinin plan və ölçüsünə əsasən plan və ölçü sənədi X6 (bundan sonra cavabdeh) məxsus Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 4140,98 kv.m olan kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi barədə tərtib edilmişdir.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsinin tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışına əsasən daşınmaz əmlakın dövlət reyestrində 203 nömrəli reyestr kitabının 83 nömrəli vərəqində xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış, reyestr nömrəsi **********45 olan Zaqatala rayonu Bə hmətli kəndində yerləşən 0,5156 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında Cavabdeh2 (bundan sonra cavabdeh), X7, X8, X4 məxsusdur. AA seriyalı 589901 nömrəli Torpaq sahəsinin planı və ölçüsü hazırlanaraq çıxarışa əlavə edilmişdir.

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsinin tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, daşınmaz əmlakın dövlət reyestrində 209 nömrəli reyestr kitabının 83 nömrəli vərəqində xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış, reyestr nömrəsi **********06 olan Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 0,2624 ha kənd təsərrüfatı təyina tlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı1, İddiaçı2 və İddiaçı3 məxsusdur. AA seriyalı 602872 nömrəli Torpaq sahəsinin planı və ölçüsü hazırlanaraq çıxarışa əlavə edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

4. İddiaçılar iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Zaqatala rayonu Bəhmətli kəndində yerləşən, ƏMDK yanında DƏDRX-in Zaqatala Ərazi İdarəsinin verdiyi xx.xx.2021-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş çıxarışda göstərilən 0.2624 ha torpaq sahəsindən cavabdehlərin çıxarılmasına, həmin torpaq sahəsinin onlara təhvil verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdirlər.

5. İddiaçı1 iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciə t edərək torpaq kadastr baza məlumatlarının verilməsinə dair hesablanmış 95 manat arayış üçün xərc və 1 manat komissiya xərcinin də cavabdehlərdən tutularaq ona ödənilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, onların xüsusi mülkiyyətində Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 0.2624 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsi daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2021 tarixli, qeydiyyat nömrəsi ********** olan Dövlət reyestrindən çıxarış da verilmişdir. Həmin torpaq sahəsi cavabdehlər tərəfindən qanunsuz olaraq zəbt olunaraq istifadə olunur və mülkiyyət hüquqları cavabdehlər tərəfindən qanunsuz olaraq pozulur. Dəfələrlə cavabdehdən həmin torpaq sahəsindən çıxmasını tələb etsələr də, müxtəlif bəhanələr gətirərək torpaqdan çıxmamışdır. Könüllü olaraq torpaqdan çıxmadıqlarına görə məhkəməyə müraciət etməli olmuşlar. Qeyd etdiyi faktı ərizəyə əlavə etdiyi sənədlər bir daha təsdiq etmişdir.

7. Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında qeyd etmişdir ki, iddiaçının qeyd etdiyi torpaq sahəsi onun tərəfindən zəbt edilməmişdir. Ona məxsus torpaq sahəsi ilə digər cavabdeh və iddiaçılara məxsus torpaq sahələri qonşu ərazilərdə yerləşir. Həmin ərazidə torpaq sərhədlərinin müəyyən edilməsi ilə bağlı problemlər olduğundan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət edilmiş və həmin torpaq sahələrində ölçü işləri aparılmışdır. Ölçü işlərinin nəticəsi olaraq bildirilmişdir ki, torpağa dair sənədlərdə 7 metr sürüşmə olmuşdur. İddia tələbi ilə razı deyil və rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli müşayiət məktubu ilə daxil olmuş mütəxəssis rəyinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə İddiaçı1, İddiaçı2 və İddiaçı3 adına (bundan sonra iddiaçılar) qeydiyyata alınmış 0.2624 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.07 ha hissəsi Cavabdeh1 və qalan 0.0657 ha hissəsi isə Cavabdeh2 tərəfindən istifadə edilir. Cavabdehlər tərəfindən ayrı ayrılıqda istifad ə edilən torpaq sahələrinin konkret ölçüləri, sərhədləri və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 5 dekabr 2022-ci il tarixli, 10/6510 nömrəli rəyindən görünür ki, məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2022-ci il tarixdə təqdim edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin müvafiq mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunmuşdur: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşımaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 adına qeydiyyata alınmış 0.262 4 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.07 ha hissəsi Cavabdeh1 və qalan 0.0657 ha hissəsi isə Cavabdeh2 tərəfindən istifadə edilir. Cavabdehlər tərəfindən ayrı-ayrılıqda istifadə edilən torpaq sahələrinin konkret ölçüləri, sərhədləri və koordinatları mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir.

10. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş Zaqatala Rayon Məhkəməsinin icraatında olan e-2(033)-38/2022 saylı iş üzrə 0.26 ha mübahisəli kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatlarının yerdə (naturada) müəyyən edilməsi, torpaq-kadastr baza məlumatları və çöl-ölçmə işlərinin nəticələri əsasında torpaq sahəsi barədə mütəxəssis rəyinin verilməsin ə dair xərclərin smetasına əsasən smeta xərci 95 manat təşkil etmişdir.

11. Zaqatala Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(033)-6/2023 nömrəli iş üzrə 11 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakim Tural Həsənovun) iddia təmin edilərək ümumi birgə mülkiyyət hüququ əsasında iddiaçılara məxsus Zaqatala rayonu, Bəhmətli kəndində yerləşən reyestr nömrəsi **********06 olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 13 aprel 2021-ci il tarixli çıxarışda göstərilən 0,2624 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəx sin müvafiq mütəxəssis rəyinə əlavə edilmiş sxemə uyğun olaraq zəbt etdiyi 0,07 ha hissəsindən Cavabdeh1 Ramiz oğlunun, 0,0657 ha hissəsindən Cavabdeh2 çıxarılmaları, həmin torpaq sahəsinin iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 təhvil verilməsi, İddiaçı1 tərəfindən dövlət büdcəsinə ödədiyi 10 (on) manat dövlət rüsumunun onun özünə aid edilməsi, 96 (doxsan altı) manat mütəxəssis xərcinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Ramiz oğlundan müştərək qaydada alınaraq İddiaçı1 ödənilməsi, iş üzrə təyin edilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat ekspertiza xərcinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Ramiz oğlundan müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

12. Məhkəmə qeyd etmişd ir ki, mülkiyyət hüququ hər bir cəmiyyətin demokratik, stabil və dinamik inkişafını, eləcə də onun dayanıqlı və etibarlı olmasını şərtləndirən ən mühüm dəyərlərdən biridir. Mülkiyyət hüququ istifadə hüququna münasibətdə daha üstün hüquqdur və bu hüquqların kolliziyası (toqquşması) halında hər bir halda mülkiyyət hüququna üstünlük verilməlidir.

13. Məhkəmə müəyyən etmişdir ki, iddiaçılar Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 0,2624 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətçiləri olmalarını və onların öz əmlakından öz istədikləri kimi istifadə etmək hüquqlarının mövcudluğunu müəyyən etmişdir. Cavabdeh1 Ramiz oğlu torpaq sahəsinin 0,07 ha hissəsini, Cavabdeh2 torpaq sahəsinin 0,0657 ha hissəsini zəbt etmişdir. Cavabdehlərin torpaq sahəsi üzərində qanunla qorunan hər hansı hüquqları əmələ gəlməmiş, bununla belə zəbt edilmiş torpaq sahəsindən istifadə edirlər.

14. Məhkəmə qeyd etmişdir ki, mülkiyyətçinin özünə mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsindən sərbəst və maneəsiz istifadə etmək hüququ bərpa olunmalı, Cavabdeh1 Ramiz oğlu iddiaçılara ümumi birgə mülkiyyət hüququ əsasında məxsus torpaq sahəsinin 0,07 ha hissəsindən, Cavabdeh2 isə iddiaçılara ümumi birgə mülkiyyət hüququ əsasında məxsus torpaq sahəsinin 0,0657 ha hissəsindən çıxarılmalı, həmin torpaq sahəsi iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 təhvil verilməlidir.

15. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152.1,152.2, 152.5, 157.2,157.4-ci maddələrinə, Torpaq Məcəlləsinin 111.1, 111.2, 111.3-cü maddələrinə, habelə Mülki Prosess ual Məcəllənin (bundan sonra – MPM) 14.2, 76.1, 76.2, 77.1, 88, 89, 107, 115.0.1, 119.1, 217.3, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat

16. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişlər.

17. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçıların mülkiyyətində olan Zaqatala rayonu, Bəhmətli kəndində yerləşən 0.2624 ha torpaq sahəsini zəbt etməsi ümumiyyətlə mümkünsüzdür. Çünki, Cavabdeh2 ilə iddiaçıların mülkiyyətində olan Zaqatala rayonu, Bəhmətli kəndində yerləşən 0.2624 ha torpaq sahəsi arasında iş üzrə digər Cavabdeh1 mərhum at ası X2 məxsus 4140,98 kv.m sahəyə malik torpaq sahəsi vardır. Yəni, Cavabdeh2, iş üzrə digər Cavabdeh1 mərhum atası X2 məxsus 4140,98 kv.m torpaq sahəsini aşaraq iddiaçının mülkiyyətində olan Zaqatala rayonu, Bəhmətli kəndində yerləşən 0.2624 ha torpaq sahəsini zəbt etməsi mümkünsüzdür.

18. Əlavə olaraq onu da qeyd etmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli müşayiət məktubu ilə daxil olmuş mütəxəssis rəyindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 5 dekabr 2022-ci il tarixli, 10/6510 nömrəli rəyindən belə təəssürat yaranmışdır ki, sanki Cavabdeh2 iddiaçılarla qonşu ol an Cavabdeh1 aşaraq iddiaçılara məxsus 0,0657 ha torpaq sahəsini zəbt etmişdir.

19. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçılar mülkiyyətində olan Zaqatala rayonu, Bəhmətli kəndində yerləşən 0.2624 ha torpaq sahəsini zəbt etməsi mümkünsüzdür. Belə ki, apellyasiya şikayətinə əlavə edilmiş A seriyalı 129496 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən göründüyü kimi iş üzrə digər Cavabdeh1 istifadə etdiyi torpaq sahəsi atasına Zaqatala Rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən verilmiş və hazırda cavabdehə miras qalmış torpaq sahəsidir. İşin bu halını 1:2000 miqyasda tərtib edilmiş mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planı ilə apellyasiya şikayətinə əlavə edilmiş A seriyalı 129496 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin son unda qeyd olunan 1:2000 miqyasda torpaq sahəsinin planı ilə müqayisəli şəkildə tədqiqat aparılmaqla müəyyən etmək mümkündür. Hər iki sənəd arasında müqayisəli tədqiqat apardıqda Cavabdeh1 istifadə etdiyi torpaq sahəsinin atasına Zaqatala Rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən verilmiş və hazırda cavabdehə miras qalmış torpaq sahəsi olması açıq aşkar müəyyən olunur. Həmçinin o da qeyd edilmişdir ki, iddiaçıların iddia etdikləri torpaq sahəsi kolluq ərazidir və oradan heç kim istifadə etmir. Zaqatala Rayon Məhkəməsi iş üzrə həqiqətə nail olmaq məqsədi ilə torpaq sahəsinə yerində baxış keçirməli, mütəxəssisi şahid qismində dindirməli, A seriyalı 129496 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan ölçüləri də nəzər almaqla təkrar ekspertiza təyin edilməli idi. 2 0. 25 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-10/6898 saylı ekspert rəyinə əsasən iddiaçılara məxsus 0.2624 ha torpaq sahəsinin 0.0657 ha torpaq sahəsindən naturada cavabdeh və iddaçının istifadə etmədikləri göstərilmişdir. Bununla əlaqədar məhkəmə kollegiyasının iclasında dindirilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin mütəxəssisi X1 vermiş olduqları mütəxəssis rəyini müdafiə etdiyini bildirmişdir. Mübahisəli əraziyə baxış zamanı həm İddiaçı1, həm də Cavabdeh2 iddiaçıya məxsus torpaq sahəsinin 0.0657 ha hissəsindən istifadə etmədiklərini bildirdikləri üçün vermiş olduqları mütəxəssis rəyində torpağın 0.0657 ha hissəsindən iddiaçı və Cavabdeh2 istifadə etmədiklərini göstərmişlər.

21. Şəki Apellyas iya Məhkəməsi Mülki kollegiyasının 5 dekabr 2023-cü il tarixli, 2(107)-422/2023 nömrəli qətnaməsi ilə (hakimlər Elçin Hüseynov (sədrlik edən, məruzəçi) Günay Cavadova və Vəzirxan Məlikov) cavabdehlərin apellyasiya şikayətlərinin təmin olunmaması, iş üzrə Zaqatala Rayon məhkəməsinin 11 yanvar 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

22. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Məhkəmə Ekspertiza Mərkəzinin 5 dekabr 2022-ci il və 25 oktyabr 2023-cü il tarixli ekspert rəyləri ilə iddiaçıların adına qeydiyyata alınmış 0,2624 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,07 ha hissəsinin Cavabdeh1 Ramiz oğlu, 0,0657 ha hissəsinin Cavabdeh2 tərəfindən istifadə olunduğu müəyyən edilmişdir.

23. Məhkəmə kollegiyası iş üzrə alınmış mütəxəssis və ekspert rəylərini mötəbər sübut növü kimi qəbul edərək iş üzrə alınmış hər iki ekspert rəyi cüzi kənarlaşma ilə üstüstə düşməsi nəticəsinə gəlmişdir (0,07 ha və 0,0715 ha). İş üzrə verilmiş ekspert rəyləri hazırkı real vəziyyəti əks etdirdiyi üçün məhkəmə kollegiyası da həmin rəyi sübut növü kimi qəbul etmiş və onunla razılaşmışdır.

24. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçılara məxsus 0.2624 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.07 ha hissəsini Cavabdeh1, qalan 0.0657 ha hissəsini isə Cavabdeh2 qanunsuz sahibliyində saxlamaqla və qanunsuz istifadə etməklə iddiaçıların mülkiyyət hüquqlarına əsassız müdaxilə etmiş və mülkiyyət hüquqlarını pozmuşlar.

25. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, müba hisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir.

26. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ-İİİ hissələrinə, 29-cu maddəsinin İ-İV hissələrinə, Mülki Məcəllənin 152.1, 152.2, 152.3, 152.4, 152.5, 157.2, 157.8, 158.2-ci maddələrinə, Torpaq Məcəlləsinin 82, 84,111.1, 111.2,111.3-cü maddələrinə və MPM-in 14.2, 77.1, 88, 101.7, 103.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

27. Cavabdeh2 (vəkil Nümayəndə) kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsin in qətnaməsinin ləğv olunması və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

28. Şikayət onunla əsaslandırılmışdır ki, mütəxəssis rəyinə əlavə edilmiş “Plan-1”ə görə Cavabdeh2 Sədədin oğlunun faktiki istifadə etdiyi torpaq sahəsinin ölçüsü 0,41 ha-dır və istifadə etdiyi torpaq sahəsi özü və ailə üzvlərinin mülkiyyətində olan 0.5156 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüdudları daxilindədir. “Plan-2”yə görə Cavabdeh2 istifadə etdiyi və mülkiyyətində olan torpaq sahəsindən sonra iş üzrə digər Cavabdeh1 istifadəsində olan və mərhum atası X3 miras qalmış Zaqatala rayonu, Bəhmətli kəndində yerləşən 4140.98 kv.m olan kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsidir, ondan sonra isə id diaçılara məxsus torpaq sahəsi yerləşir. “Plan-2”-dən “necə ola bilər ki, Cavabdeh2 mülkiyyətində 0,5156 ha torpaq sahəsi olmasına, bununla belə faktiki istifadə etdiyi torpaq sahəsinin ölçüsü 0,41 ha olmasına, həmin torpaq sahəsi ilə iddiaçılara məxsus torpaq sahəsi arasında X6 məxsus torpaq sahəsi olmasına baxmayaraq, Cavabdeh2 və X5 torpaq sahəsinin zəbt etmədən (üzərindən keçərək), iddiaçılara məxsus torpaq sahəsinin 0.0657 ha hissəsindən istifadə edə bilər. Torpaq sahələrinin yerləşmə vəziyyətlərinə uyğun olaraq Cavabdeh2 istifadə etdiyi və mülkiyyətində olan 0,41 ha torpaq sahəsi Cavabdeh1 məxsus torpaq sahəsi 0,4140 ha torpaq sahəsi Cavabdeh2 zəbt etdiyi iddia edilən 0.0657 ha torpaq sahəsi Cavabdeh1 zəbt etdiyi iddia olunan 0.0715 ha torpaq sahəsi iddiaçıların mülkiyyətində olan 0. 2624 ha torpaq sahəsi torpaq sahələrinin yerləşmə vəziyyəti və ardıcıllığı yuxarıda qeyd olunan sxemə uyğundur. Əlavə olaraq kassator onu da qeyd etmişdir ki, apellyasiya məhkəməsinin mövqeyinə görə Cavabdeh2, Rizvan Kərimovun torpaq sahəsinin üzərindən keçib iddiaçılara məxsus torpaq sahəsinin 0.0657 ha hissəsini zəbt edib, ondan sonra isə Cavabdeh1 iddiaçılara məxsus torpaq sahəsinin 0.0715 ha hissəsini zəbt edib. Belə mövqe qanunsuz və əsassız olmaqla yanaşı, absurddur. Ekspert rəyində qeyd edilmişdir ki, Cavabdeh2 faktiki istifadə etdiyi 0.41 ha torpaq sahəsi, o və ailə üzvlərinin mülkiyyətində olan 0.5156 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüdudları daxilindədir. Mütəxəssis rəyi və ona əlavə edilmiş “Plan-1”də də mütəxəssis eyni mövqedən çıxış etmişdir. Həm ekspert, həm mü təxəssis Cavabdeh2 iddiaçılara məxsus torpaq sahəsini zəbt etmədiyini qeyd etsə də, məhkəmə Cavabdeh2 məhkəməyə verdiyi ifadəsini qəsdən təhrif etməklə hazırda mübahisələndirilən qətnaməni qəbul etmişdir.

29. Cavabdeh1 (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

30. Cavabdeh1 da kassasiya şikayətini Cavabdeh2 kassasiya şikayəti ilə eyni məzmunda əsaslandırmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

32. Maddə 13.1. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyət növündə ola bilər.

33. Maddə 13.2.Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.

34. Maddə 13.3. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

35. Maddə 29.1. Hər kəsin mülkiyyət hüququ vardır.

36. Maddə 29.2. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

37. Maddə 29.3. Hər kəsin mülkiyyət hüququ vardır; Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur; Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

38. Maddə 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və onun üzərində sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

39. Maddə 152.2-ci sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

40. Maddə 152.3. İstifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

41. Maddə 152.4. Sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

42. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

43. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

44. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.

45. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respubl ikasınınTorpaq Məcəlləsi

46. Maddə

82. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar.

47. Maddə

84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

48. Maddə 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

49. Maddə 111.2. Özbaşına tutulmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılır.

50. Maddə 111.3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbayca n Respublikasının Mülki Prosessual Məcəlləsi

51. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

52. Maddə 77.1.Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir..

53. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

54. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

55. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

56. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

57. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

58. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

59. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qəra rdadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

60. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

61. Hazırkı kassasiya şikayətində qətnamə cavabdehlər tərəfindən tam mübahisələndirildiyindən, apell yasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

62. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

63. Cavabdehlər kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olmadığını və sair gö stərsələr də, kassasiya instansiyası məhkəməsi onların bu dəlilləri ilə razılaşmır.

64. Belə ki, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Məhkəmə Ekspertiza Mərkəzinin 05 dekabr 2022-ci il və 25 oktyabr 2023-cü il tarixli ekspert rəyləri ilə iddiaçıların adına qeydiyyata alınmış 0,2624 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,07 ha hissəsinin Cavabdeh1 Ramiz oğlu, 0,0657 ha hissəsinin Cavabdeh2 tərəfindən istifadə olunduğu müəyyən edilmişdir.

65. Apellyasiya instansiyası məhkəməsi cavabdehlərin kassasiya şikayətləri ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb, iş üzrə alınmış mütəxəssis və ekspert rəylərini mötəbər sübut növü kimi qəbul edərək, iş üzrə alınmış hər iki ekspert rəyinin cüzi kənarlaşma ilə üst-üstə düşməsi nəticəsinə gəlmişdir (0,0 7 ha və 0,0715 ha). İş üzrə verilmiş ekspert rəyləri hazırkı real vəziyyəti əks etdirdiyi üçün apellyasiya instansiyası məhkəməsi həmin rəyləri sübut növü kimi qəbul etmiş və onlarla razılaşmışdır.

66. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçılara məxsus 0.2624 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.07 ha hissəsini Cavabdeh1, qalan 0.0657 ha hissəsini isə Cavabdeh2 qanunsuz sahibliyində saxlamaqla və qanunsuz istifadə etməklə iddiaçıların mülkiyyət hüquqlarına əsassız müdaxilə etmiş və mülkiyyət hüquqlarını pozmuşlar.

67. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir.

68. Göstərilənlərə əsasən kassasiya instansiyası məhkəməsi cavabdehlərin kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmır və hesab edir ki, onların kassasiya şikayətləri ilə eyni məzmunlu olan apellyasiya şikayətlərinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq onlara düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayətləri təmin edilmədən saxlanılmalıdır.

69. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutara q Məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 05 dekabr 2023-cü il tarixli, 2(107)-422/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar