Məhkəmə qərarları › İş №2(102)-1414/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1414/2020

12.03.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1414/2020 12.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və X5 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Birinci iddia üzrə İddiaçı və onun vəkili Vəkil1, Birinci iddia üzrə cavabdeh, ikinci iddia üzrə iddiaçıxxxnın nümayəndəsi Vəkil2 və onun vəkili Vəkil3, Digər cavabdeh Cavabdeh3 iştirakı ilə, İkinci iddia üzrə iddiaçıxxx tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-14063/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Səbail rayon məhkəməsinin (hakim Rəna Qafarova) xx xxxxxxxx 2019-cu il tarixli, 2(009)-1980/2019 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 vəxxxna qarşı iddiası qismən təmin edilmiş, Bakı şəhəri, Səbail rayonu, Arif İsmayılov küçəsi, 10A saylı fərdi yaşayış evindən, Cavabdeh3 və Cavabdeh1 istifadə hüquqları itirilmiş hesab edilmiş, iddia qalan hissədə, yənixxxnın və yetkinlik yaşına çatmayan uşaqları - Cavabdeh4, X8 və Cavabdeh13 Bakı şəhəri, Səbail rayonu, Arif İsmayılov küçəsi, 10A saylı fərdi yaşayış evindən istifadə hüquqları itirilmiş hesab edilməsi hissədə rədd edilmiş, iddiaçı X1 - cavabdeh İddiaçı və Cavabdeh3 qarşı “mənzilə köçürülmə və istifadə hüququnun müəyyən edilməsi” tələbinə dair iddia tələbi rədd edilm işdir. Hazırkı qətnamənin cavabdehlərxxxnın, Cavabdeh4, X4 Cavabdeh13, Cavabdeh3 və Cavabdeh1 Bakı şəhəri, Səbail rayonu, Arif İsmayılov küçəsi, 10A saylı fərdi yaşayış evinə olan yaşayış yeri üzrə pasport qeydiyyatlarından çıxarılması üçün əsas olması qeyd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Vüqar Həsənov - sədrlik edən və məruzəçi, Şərafət Məmmədova, Xəyal Sarıyev) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə ikinci iddia üzrə iddiaçıxxx tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail rayon məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi birinci Məmmədova (Qasımova) Cəlaliyə Kamran qızına münasibətdə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı – cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı yaşayış sahəsi ndən istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh2, X8, Cavabdeh13 Bakı şəhəri, Səbail rayonu, Arif İsmayılov küçəsi, 10 A saylı evə istifadə hüquqlarının itirilməsi və həmin mənzildən qeydiyyatdan çıxarılması üçün əsas olması barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Arif İsmayılov küçəsi, 10A saylı mənzil onun xüsusi mülkiyyətindədir. Onun xəbəri olmadan göstərilən cavabdehlər ona məxsus mənzilə qeydiyyata alınıblar, lakin bir gündə olsun onlar həmin mənzildə yaşamamışlar. Göstərilən cavabdehlərin harada yaşamaları barədə heç bir məlumatı yoxdur, fak tiki ünvanları bəlli deyil. Cavabdeh2 onun keçmiş gəlini olub, hazırda isə oğlu ilə nikahları ləğv olunub. Cavabdeh onlarla yaşamır, lakin formal olaraq onun mənzilində qeydiyyatdadır. Cavabdehlərin ona məxsus mənzildə yaşamamalarına baxmayaraq, həmin mənzildə pasport qeydiyyatında qalmaları onun mülkiyyətçi kimi bir sıra hüquqlarını məhdudlaşdırır. Bundan əlavə MİS-dən verilən məlumata əsasən onun mənzilində qeydiyyatda ancaq ailə üzvləridi, lakin DİN-nin yaşayış üzrə qeydiyyat haqqında arayışından görünür ki, ona məxsus evdə tanımadığı insanlar qeydiyyatdadır. Sonradan iddiaçı iddia ərizəsinə düzəliş edilməsi barədə ərizə verərək cavabdehlər Cavabdeh3, X6, Cavabdeh1, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 və Cavabdeh2 yetkinlik yaşına çatmayan uşaqları - Cavabd eh4, X8 və Cavabdeh13 ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Arif İsmayılov küçəsi, ev 10 A-ya olan istifadə hüquqlarının itirilməsi və istifadə hüquqlarının itirilməsinin cavabdehlərin Bakı şəhəri, Səbail rayonu, Arif İsmayılov küçəsi, ev 10 A-dan qeydiyyatdan çıxarılmaları üçün əsas olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinə düzəliş edilməsi barədə ərizə verərək cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 yetkinlik yaşına çatmayan uşaqları - Cavabdeh4, X8 və Cavabdeh13 ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Arif İsmayılov küçəsi, ev 10 A-ya olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi və istifadə hüquqlarının itirilməsinin cavabdehlərin Bakı şəhəri, Səbail rayonu, Arif İsmayılov küçəsi, ev 10 A-dan qeydiyyatdan çıxarılmaları üçü n əsas olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda (digər iş üzrə) iddiaçı X2 - cavabdeh İddiaçı qarşı mənzilə köçürülmə və istifadə hüququnun müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladları xx.xx.2008-ci il doğum tarixli Cavabdeh13, xx.xx.2010-cu il doğum tarixli Cavabdeh4 və xx.xx.2012-ci il doğum tarixli X8 ilə birlikdə ünvan 1 nömrəli mənzilə köçürülməsi və həmin mənzildən istifadə hüququnun müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X2 iddia tələbini onunla əsaslandırmışlar ki, Cavabdeh3 ilə xx.xx.2007-ci il tarixdə ailə həyatı qurmuşlar və xx.xx.2007-ci ildə həmin ailəni rəsmiləşdirərək nikahı qeydiyyata aldırmışlar. Ailə həyatı qurulandan o, yoldaşı Cavabdeh3la onun anası İddiaçı mülkiyyətində o lan ünvan 1 ünvanında yerləşən mənzildə yaşamışlar. Daha sonra həmin nikahdan xx.xx.2008-ci ildə Nurlan, xx.xx.2010-cu ildə Turqut və xx.xx.2012-ci ildə Nazlı adlı uşaqları olmuşlar. Bakı şəhəri Səbail rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(009)213/2019 nömrəli qətnaməsi ilə nikahları pozulmuşdur. Bundan sonra keçmiş əri Cavabdeh3 və onun anası İddiaçı təzyiqləri nəticəsində üç uşağı ilə birlikdə mənzildən çıxmaq məcburiyyətində qalmışdır. Nəzərə alınsa ki, onun və üç övladının ünvan 1 ünvanında yaşayış və istifadə hüququ tanınmışdır (qeydiyyata alınmışdır), onların həmin ünvanda yaşamaq hüquqları var. Lakin təzyiq və hədələr nəticəsində onlar həmin ünvanda yaşaya bilmirlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya ş ikayətinə qarşı etiraz: İkinci iddia üzrə iddiaçıxxx kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə tərəfindən nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır və nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Tərəflərin izahatları: nın nümayəndəsi Vəkil2 və onun vəkili Vəkil3 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. İddiaçı və onun vəkili Vəkil1 məhkəmə kollegiyasının iclasında kass asiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh Cavabdeh3 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələblərinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə birinci iddia üzrə digər cavabdeh X3 gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 41 6-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini,xxxnın nümayəndəsi Vəkil2 və onun vəkili Vəkil3, İddiaçı və onun v əkili Vəkil1 izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, xx.xx.2015-ci il tarixli miras payın bağışlama müqaviləsinə əsasən Cavabdeh3 və X11 Bakı şəhəri 3 saylı “ASAN XİDMƏT" Mərkəzinin notariat kontoru tərəfindən verilmiş, xx.xx.2015-ci il tarixli, 2V/414 reyestr nömrəli Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qey diyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX ******* seriyalı, **********18-10301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi, 281 nömrəli reyestr kitabının, 26154 nömrəli vərəq, xx.xx.2014-cü il tarixli çıxarışa əsasən Bakı şəhəri, Səbəil rayonu, Arif İsmayılov küçəsi, 2 otaqlı, ümumi sahəsi 102,0 kvadrat metr, yaşayış sahəsi 51,0 kvadrat metr, yardımcı sahəsi 51,0 kvadrat metr, 10A ünvanda yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakdakı paylarını İddiaçı bağışlamışlar. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2015-ci il tarixdən İddiaçı mülk iyyətindədir. Bakı şəhəri Səbail rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(009)-213/2019 saylı qətnaməsindən görünür ki, iddia tələbləri qismən təmin edilərək Cavabdeh3 ilə Cavabdeh2 arasında Bakı şəhəri Səbail rayon VVADQ şöbəsi tərəfindən qeydə alınmış xx xxxxxxx 2007-ci il tarixli 356 saylı nikahın bağlanması haqqında akt qeydinə əsasən bağlanılmış nikahın pozulması, xx xxxxx 2008-ci il təvəllüdlü Cavabdeh13, xx xxxxxx 2010-cu il təvəllüdlü Cavabdeh4 və xx xxxx 2012-ci il təvəllüdlü X4 anaları - Cavabdeh2 yanında qalmalarının müəyyən edilməsi, Cavabdeh3 xx xxxxxx 2019-cu il tarixdən başlayaraq xx xxxxx 2008-ci il təvəllüdlü Cavabdeh13, xx xxxxxx 2010-cu il təvəllüdlü Cavabdeh4 və xx xxxx 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay, hər biri üçün 120 manat, cəmi 360 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh2 ödənilməsi, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi, Cavabdeh3 ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 manat tutularaq Cavabdeh2 ödənilməsi və Cavabdeh3 dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pulun tutulması qət edilmişdir. Səbail rayonu, 149 saylı MKİS-in xx.xx.2019-cu il tarixli 232 nömrəli arayışından görünür ki, ünvan 1 saylı fərdi yaşayış evi İddiaçı məxsusdur, mülkiyyətçinin oğlanları X11 və Cavabdeh3, eləcə də gəlini Cavabdeh2, nəvələri Cavabdeh13, Cavabdeh4 və X8, gəlini X7 və nəvəsi X12 həmin fərdi yaşayış evində qeydiyyatdadırlar. Nikahın pozulması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh3 ilə Cavabdeh2 arasındakı nikah xx xxxx 2019-cu il ta rixdə pozulmuş, bu barədə nikahın ləğv olunması haqqında akt qeydləri kitabında 131 № ilə qeydiyyat aparılmışdır. Cavabdeh3, Cavabdeh1 məhkəməyə təqdim etdikləri ərizələrində İddiaçı iddia tələbini qəbul etmələrini, Bakı şəhəri, Səbail rayonu, Arif İsmayılov küçəsi, ev 10 A-ya istifadə hüquqlarının itirilmələrinə etiraz etməmələrini göstərmişlər. Birinci instansiya məhkəməsi birinci iddiaya münasibətdə qətnaməsində qeyd etmişdir ki, Cavabdeh3 ilə X2 arasında ailə münasibətləri pozulması ilə sonuncu uşaqları ilə birlikdə iddiaçıya məxsus mübahisəli evdən çıxıb getmişdir. İddiaçı tələbində onun evində qeydiyyatda olan Cavabdeh2 istifadə hüquqlarının itirilmiş hesab edilməsini xahiş etsə də, müəyyən edilmişdir ki, sözügedən cavabdehin mübahisəli evə istifadə hüquqları yaranmamışdır. Belə ki, əvvəla mübahisəli mənzilə pasport qeydiyyatı, öz-özlüyündə, cavabdehin həmin mənzildən istifadə hüququnu yaratmır. Birinci iddia üzrə Cavabdeh2 pasport qeydiyyatına alındığı mənzilin mülkiyyətçisinin ailə üzvü statusuna malik olmamasına, eləcə də mülkiyyətçi ilə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün notariat qaydasında təsdiqlənən yazılı razılaşmanın olmamasına görə mənzildən istifadə hüquqları yaranmamışdır. «Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçiril məsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçisi ilə bağlanan, notariat qaydasında təsdiqlənə n yazılı razılama ilə müəyyənləşdirilir. «Ü.Rəhimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxx 2009-cu il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2009-cu il tarixli qərarında göstərilmişdir ki, MM-in 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Maddədə həmin şəxslərin dairəsi konkret müəyyənləşdirilmişdir -mülkiyyətçinin əri, arvadı, valideynləri, uşaqları. Bu maddədə həmçinin nəzərdə tutulmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz y etkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək hüququna malikdir. Digər ailə üzvlərinin (ərin, ar-vadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Konstitusiya Məhkəməsinin Plenumu MM-in 228.5-ci maddəsinə dair xx xxx 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri tərəfindən öz ər və ya arvadının həmin sahəyə köçürülməsi üçün mülkiyyətçinin razılığı tələb olunur. MM-in 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəasına gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu izah etmişdir ki, bu müddəa MM-in 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Birinci instansiya məhkəməsi ikinci iddiaya münasi bətdə qeyd etmişdir ki, hazırki qətnamə ilə İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinin cavabdehxxxna aid hissədə onun yuxarıda qeyd edilən yaşayış sahəsinə yaranmayan istifadə hüququnun itirilmiş hesab edilə bilməməsi əsası ilə rədd edilməsini nəzərə alınaraq, iddiaçı X1 - cavabdeh İddiaçı və Cavabdeh3 qarşı “mənzilə köçürülmə və istifadə hüququnun müəyyən edilməsi” tələbinə dair iddiasının təmin edilməsi mümkünsüzdür. Məhkəmənin gəldiyi nəticə ilə razılaşmayan ikinci iddia üzrə iddiaçı X2 qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəli ünvanda yerləşən evin yenidən qurulması halında da Cavabde h2 həmin evə köçürülməsi mümkünsüzdür. Çünki həmin mənzil onun həyat yoldaşına məxsus olmamış, mənzilin mülkiyyətçisi onun ailə üzvü olmayan qayınanasıdır və mənzil ona məxsusdur. Hətta sübut olunsa ki, mənzilin mülkiyyətçisi özünə məxsus sahədə yaxşılaşdırma işləri aparmışdır, bu faktın mövcudluğu orada yaşayan və istifadə hüququ olmayan şəxslərin aparılmış yaxılaşdırmalara münasibətdə istifadə hüquq əldə etməsinə əsas vermir. Eyni zamanda qeyd edilməlidir ki, onun mənzildə qeydiyyatda olması oradan istifadə hüququ əldə etməsi üçün əsas yaratmır. Mənzilin mülkiyyətçisinin və Cavabdeh2 ailə hüquq münasibətlərindən irəli gələn qarşılıqlı öhdəlikləri yoxdur. Mübahisəli mənzildə Cavabdeh2 istifadə hüquq əldə etməsi və mövcudluğu ilə bağlı əsas olmadığından birinci instyansiya məhkəməsi haqlı olaraq onun mənzilə köçürülməsini mümkün hesab etməmişdir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İkinci iddia üzrə iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının göstərdi yi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və həmçinin prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İkinci iddia üzrə iddiaçıxxxnın kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-14063/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar