Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1417/2024 02.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “zəbt edilmiş torpaq sahəsindən çıxarılma, cavabdehlərə torpaq sahəsinə yenidən daxil olmağa qadağa edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətin müdafiəsi, torpaq sahəsinin zəbtdən azad olunması, ekspert rəyinin qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 noyabr 2023-cü il tarix li, 2(107)8/2023 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Göyçay rayonunun Məlikkənd kəndində yerləşən 5,28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətində olan 5,28 ha torpaq sahəsinin 0,35 ha torpaq sahəsindən Cavabdeh2, 0,12 ha torpaq sahəsindən Cavabdeh3 və 0,007 ha torpaq sahəsindən Cavabdeh1 çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışd ır ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin qeyd olunan hissələri cavabdehlər tərəfindən zəbt olunaraq, istifadə edilir. İddiaçı cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində həmin torpaq sahəsindən istifadə edə bilmir.
4. Birinci instansiya məhkəməsi tərəfindən alınmış məhkəmə tikinti-texniki ekspertizasının 10 aprel 2020-ci il tarixli rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində "xxxx" MMC-nin Ağsu LTİ-nin mütəxəssis rəyinə əsasən, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli Çıxarış ilə iddiaçının xüsusi mülkiyyətində olan Göyçay rayonunun Məlikkənd kəndində yerləşən 5,28 ha torpaq sahəsi iddiaçının göstərdiyi ərazidə yerləş ir, lakin konfiqurasiya fərqinin olduğu müəyyən olunur. İddiaçının xüsusi mülkiyyətinə verilmiş 5,28 ha torpaq sahəsinin Cavabdeh1 tərəfindən 0,09 ha-dək hissəsinin, Cavabdeh3 tərəfindən 0,24 ha-dək hissəsinin, Cavabdeh2 tərəfindən 0,29 ha-dək hissəsinin naturada istifadə edildiyi müəyyən olunur.
5. Göyçay Rayon Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli, 2(046)-89/2020 nömrəli qətnaməsi ilə (hakim İ.B.Fəttahov) iddia təmin edilmiş, Göyçay rayonunun Məlikkənd kəndində yerləşən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* nömrəli Çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 5,28 ha torpaq sahəsinin 0,09 ha hissəsindən Cavabdeh1, 0,24 ha hissəsindən Cavabdeh3, 0,29 ha hissəsindən Cavabdeh2 çıxarılmaları qət edilmişdir.
6. Birinci instansiyası məhkəməsi mövq eyini onunla əsaslandırmışdır ki, iddiaçının iradəsinin ziddinə olaraq onun mülkiyyətində olan mübahisəli torpaq sahəsinin bir hissəsinin cavabdehlərin zəbt etməsi, həmin daşınmaz əmlaka olan mülkiyyət hüququnu “şərti və qeyri-sabit” xarakterli edir, bu torpaq sahəsinə sahiblik, istifadə və sərəncam hüququnun həyata keçirilməsinə maneə yaradır. Cavabdehlərin hərəkətləri iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməlidir.
7. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29, 71-ci, Mülki Məcəllənin 152.1, 157.2-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 birgə apellyasiya şikayəti verərək, birinc i instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
9. Apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş əlavə məhkəmə tikinti-texniki ekspertizası üzrə 21 dekabr 2022-ci il tarixli rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən tərtib edilmiş 05 avqust 2022-ci il tarixli mütəxəssis rəyinə əlavə edilmiş plansxemdə qeyd olunan koordinatlara əsasən aşağıdakılar müəyyən olunur: - Göyçay rayon Məlikkənd kəndində X5 (Mövsüm) oğluna 6 nəfər ailə üzvü ilə birlikdə Göyçay rayon Aqrar İslahat Komissiyasının 17 aprel 1998-ci il tarixli, 3 5 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə verilmiş 4,23 ha torpaq sahəsi, X1 5 nəfər ailə üzvü ilə birlikdə Göyçay rayon Aqrar İslahat Komissiyasının 17 aprel 1998ci il tarixli, 35 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə verilmiş 3,28 ha torpaq sahəsi, Həsənov İmaməli Hüseyn oğluna 5 nəfər ailə üzvü, o cümlədən hazırki iş üzrə Cavabdeh2 ilə birlikdə Göyçay rayon Aqrar İslahat Komissiyasının 17 aprel 1998-ci il tarixli, 35 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə verilmiş 2,51 ha torpaq sahəsi və X2 məxsus 2 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi göstərilən ölçülərdə tam həcmdə mövcuddur. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* nömrəli Çıxarışa əsasən İd diaçı xüsusi mülkiyyəti kimi qeydə alınmış Göyçay rayonu Məlikkənd kəndində yerləşən 5,28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ümumi sahəsi 5,19 ha təşkil edir. - Göyçay rayon Məlikkənd kəndində X5 (Mövsüm) oğluna 6 nəfər ailə üzvü ilə birlikdə Göyçay rayon Aqrar İslahat Komissiyasının 17 aprel 1998-ci il tarixli, 35 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə verilmiş 4,23 ha torpaq sahəsinin 1,94 ha hissəsi, X1 5 nəfər ailə üzvü ilə birlikdə Göyçay rayon Aqrar İslahat Komissiyasının 17 aprel 1998-ci il tarixli, 35 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə verilmiş 3,28 ha torpaq sahəsi və X2 məxsus 2 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi isə bütövlükdə İddiaçı xüsusi mülkiyyəti kimi qeydə alınmış Göyçay rayonu Məlikkənd kəndində yerləşən 5,28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə üst-üstə düşür. Həsənov İmaməli Hüseyn oğluna 5 nəfər ailə üzvü, o cümlədən hazırki iş üzrə Cavabdeh2 ilə birlikdə Göyçay rayon Aqrar İslahat Komissiyasının 17 aprel 1998-ci il tarixli 35 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə verilmiş 2,5 ha torpaq sahəsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX1164950 saylı çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyəti kimi qeydə alınmış Göyçay rayonu Məlikkənd kəndində yerləşən 5,28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə üst-üstə düşmür.
10. Apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş əlavə məhkəmə tikinti-texniki ekspertizası üzrə 04 oktyabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, Azərbay can Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX1164950 saylı çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyəti kimi qeydə alınmış Göyçay rayonu Məlikkənd kəndində yerləşən 5,28 ha torpaq sahəsinə ANo2443578 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədi” tərtib edilərkən texniki xəta nəticəsində torpaq sahəsinin ölçüsü 5,217 ha (sənəd üzrə 5,28 ha) təşkil etmişdir. Bu səbəbdən də əskik olan torpaq sahəsinin kimin istifadəsində olduğunu müəyyən etmək mümkün olmadı. - Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkə zi MMC-nin Ağsu LTİ-nin 17 dekabr 2019-cu il tarixli mütəxəssis rəyinə əlavə olunmuş sxem ilə müəyyən edilmiş, iddiaçıya məxsus 5,28 ha torpaq sahəsinin cavabdehlər Cavabdeh1 tərəfindən 0,09 ha, Cavabdeh3 Mövsüm oğlu tərəfindən 0,24 ha, Cavabdeh2 tərəfindən 0,29 ha istifadə edilən hissələrinin koordinatları mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmişdir.
11. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyanın 15 noyabr 2023-cü il tarixli, 2(107)-8/2023 nömrəli qətnaməsi ilə (hakim Ə.T.Məcidovun sədrliyi və məruzəsi ilə, hakimlər M.A.Əsədlidən və E.M.Mehdiyevdən ibarət tərkibdə) cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilmiş, Göyçay Rayon Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli, 2(046)-89/2020 nömrəli qətnaməsi “Göyçay rayonu Məlikkənd kəndinə yerləşən Hüquqların Dövlət qeydi yyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* nömrəli çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 5,28 ha torpaq sahəsinin 0,083 ha hissəsindən Cavabdeh1, 0,12 ha hissəsindən Cavabdeh3 çıxarılması” hissəsində ləğv edilmiş, ləğv edilmiş həmin hissə qətnamədən xaric edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsinin tam mülkiyyət hüququ ilə iddiaçıya məxsus olması və ona məxsus torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilməsi iş materialları ilə təsdiq edilmişdir. Belə olan vəziyyətdə cavabdehlərin iddiaçıya məxsus torpaq sahəsindən istifadə etməsi iddiaçının hüquqlarını pozur və iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlıdır.
13. Bununla belə, apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iddia tələbindən kənara çıxmışdır. Belə ki, iddiaçı iddia ərizəsində mülkiyyətində olan 5,28 hektar torpaq sahəsinin 0,35 ha hissəsindən Cavabdeh2, 0,12 ha hissəsindən Cavabdeh3 və 0,007 ha hissəsindən Cavabdeh1 çıxarılmasını tələb etmişdir. Birinci instansiya məhkəməsi ekspert rəyi əsasında qətnamə qəbul edərək, iddiaçının mülkiyyətində olan 5,28 hektar torpaq sahəsinin 0,29 ha hissəsindən Cavabdeh2, 0,24 ha hissəsindən Cavabdeh3 və 0,09 ha hissəsindən Cavabdeh1 çıxarılmasını qət etmişdir. Göründüyü kimi, Cavabdeh3 və Cavabdeh1 aid hissələrdə məhkəmə iddia tələbindən kənara çıxmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Mül ki Məcəllənin 139.1, 140, 146.1, 146.2, 152.1, 157.4, 164.1, 165.1, 170.1, 178.1, 178.2-ci və Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 77.1, 88, 217, 218.1, 218.3, 372.1, 372.6, 372.7, 384.0.2, 385, 386, 387.1, 389, 390-cı maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
15. Cavabdeh2 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsi göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 152.1, 238.1-ci, Mülki Prosessual Məcəllənin 88-ci maddələrinin tələblərini pozmuşdur.
17. Belə ki, kassatorun və ailə üzvlərinin mülkiyyətinə Göyçay rayonu nun Məlikkənd kəndi ərazisində 2,51 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Torpaq sahəsi cavabdehin mülkiyyətinə verilən zaman mütəxəssislər tərəfindən torpaq sahələrinin Planına (cizgisinə) uyğun olaraq yerində ölçülərək, naturada hər birinə tanıdılaraq təhvil verilmişdir. Cavabdeh və ailə üzvləri mülkiyyətlərinə verilmiş pay torpaqdan cizgidə göstərilən ölçülərdə təyinatı üzrə istifadə edirlər. İddiaçı həmin torpaq sahəsini 2012-ci ildə almış, yalnız 2020-ci ildə iddiaçının xırda buynuzlu heyvanları cavabdehlərin torpaq sahəsində yenicə saldıqları bağ sahəsinə keçdiyindən aralarında mübahisə yaranmışdır. Birinci və apellyasiya instansiya məhkəməsindəki icraat zamanı keçirilən ekspertiza rəyləri əsassız olmuş, müstəqil ekspertiza aparılmamış, rəylər Azərbaycan Respub likası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində olan "xxxx" MMC-nin mütəxəssis rəyinə əsaslanmışdır. Belə ki, faktiki olaraq heç bir ekspert müstəqil ekspertiza aparmamış, yalnız mütəxəssis rəyini öz rəyinə köçürmüşdür.
18. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
19. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
20. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansi yası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
21. Kassator apellyasiya məhkəməsinin qətnaməsinin qətnaməsini iddianın ona münasibətdə təmin olunan hissəsində mübahisələndirdiyindən, kassasiya baxışının predmetini qətnamənin qanuniliyinin kassasiya şikayətinin dəlillərinə uyğun olaraq mübahisələndirilən həmin hissədə yoxlan ılması təşkil edir. Tətbiq edilən hüquq:
22. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz ə mlakını geri tələb edə bilər. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir.
24. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 5-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. 83-cü maddəsinin 1-ci hissəsinə əsasən hüquqi və fiziki şəxslər tor paq sahəsi üzərində onlara məxsus hüquqları, əgər qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər. 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericiliklə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Tor paqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsasl andıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqc adan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsind ə nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehlərin apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış, o cümlədən mütəxəssis və ekspert rəyləri alınmış, müəyyən olunmuş hallara hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir. Apellyasiya məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normalarının pozulması müəyyən olunmur.
28. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli torpaq sahəsinin iddiaçının mülkiyyətində olmaqla, mübahisələndirilən hissədə cavabdeh tərəfindən istifadə olunması apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur.
29. Cavabdeh kassasiya şikayətində iş üzrə keçirilmiş ekspertizanın rəyinin əsassız olmasını bildirs ə də, bu mövqeyini əsaslandırmamışdır. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Odur ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən iş üzrə keçirilmiş ekspert rəyinə istinad etməklə, Azərbaycan Respublikası MPM-in 88, 101.7 və 103-cü maddələrinin tələblərinə riayət etmişdir.
30. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli ü çün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas deyildir.
31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 noyabr 2023-cü il tarixli, 2(107)-8/2023 nömrəli qətnaməsi mübahisələndirilən, yəni iddianın Cavabdeh2 münasibətdə təmin olunan hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.