Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1418/2021 09.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X-ə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1418/21 (Açar sözlər: iş stajı faktının müəyyən olunması ) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, Ərizəçi “iş stajı faktın müəyyən olunması” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6812/2020 nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları xx.xx.1955-ci il tarixdə Füzuli rayonu Yuxarı Əbdürrəhmanlı kəndində anadan olmuşdur. Sovet Ordusu sıralarında hərbi xidmətdən sonra 1975-ci ildə həmin kənddə yerləşən Lenin adına sovxoza fəhlə vəzifəsinə işə qəbul olunmuşdur. Sonradan briqadir vəzifəsinə təyin olunmuş və 1993-cü ilin avqust ayınadək (Füzuli rayonu işğal olunanadək) həmin sovxozda briqadir vəzifəsində işləmişdir. Füzuli rayonu işğal olunarkən əmək kitabçası kənddə qalmışdır. Hazırda pensiya yaşına çatdığı üçün təqaüdə çıxmaq istəyir, lakin əmək kitabçası işğal zonasında qaldığı üçün sosial sığorta stajını müəyyən etmək mümkün olmamışdır. Onun əmək fəaliyyəti barədə hüquqverici sənədlərin başqa şəkildə bərpası mümkün deyildir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat Ərizəçi “iş stajı faktın müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun 1975-ci ilin dekabr ayından 1993-cü ilin avqust ayınadək Füzuli rayonu Lenin adına sovxozda işləməyi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1955-ci il tarixdə Füzuli rayonu Yuxarı Əbdürrəhmanlı kəndində anadan olmuşdur. Sovet Ordusu sıralarında hərbi xidmətdən sonra 1975-ci ildə həmin kənddə yerləşən Lenin adına sovxoza fəhlə vəzifəsinə işə qəbul olunmuşdur. Sonradan briqadir vəzifəsinə təyin olunmuş və 1993-cü ilin avqust ayınadək (Füzul i rayonu işğal olunanadək) həmin sovxozda briqadir vəzifəsində işləmişdir. Füzuli rayonu işğal olunarkən əmək kitabçası kənddə qalmışdır. Hazırda pensiya yaşına çatdığı üçün təqaüdə çıxmaq istəyir, lakin əmək kitabçası işğal zonasında qaldığı üçün sosial sığorta stajını müəyyən etmək mümkün olmamışdır. Onun əmək fəaliyyəti barədə hüquqverici sənədlərin başqa şəkildə bərpası mümkün deyildir. Ona görə də onun sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilməlidir. İş stajının məhkəmə qaydasında müəyyən edilməsi ona pensiya təyin edilməsi üçün lazımdır. İş stajının müəyyən edilməsi və pensiya təyin edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Xnə müraciət etsə də, müraciəti təmin olunmamış və iş stajının müəyyən edilməsi üçün məhkəməyə mürac iət edilməsi tövsiyyə olunmuşdur. Onun 19751993-cü illər ərzində Füzuli rayonu Lenin adına sovxozda müxtəlif vəzifələrdə işləməyini həmin illərdə həmin sovxozda işləmiş X7 və X8 təsdiq edə bilərlər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1886/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim İ.Abbasova) ərizə təmin edilmişdir. Məhkəmə ərizəni təmin edərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1, 307.2.11, 308, 309.1-ci maddələrinə, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 saylı qərarının 1.1-ci maddəsinə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.2, 21.1, 21.2, 30.1-ci maddələrinə istinad etmişdir. Apelyasiya i nstansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsinin (hakimlər- Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi), M.Məmmədov və R.Həsənov) xx xxxxxxxx 2020-ci il tarixli, 2(103)-6812/20 nömrəli qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1886/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Kassasiya şikayətinin dəlilləri Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X apelyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnaməni ləğv edərək, ərizənin təmin edilməməsi b arədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclasında ifadə verən şahidlərdən ikisinin ərizəçi ilə eyni yerdə işləmədiyi halda məhkəmənin əsassız olaraq ərizəni təmin etməsi əsaslı deil. Məhkəməsübutlara düzgün qiymət verməmişdir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qanunun mənasından göründüyü kimi, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi şərtləri bunlardır - ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onların bərpası mümkün olmamalıdır. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən l azımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması qaydalarının 2.5-ci bəndinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yangın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığorta olunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlar ının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Ka ssasiya instansiyası məhkəməsinin mövqeyi Arxiv İdarəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2020-ci il tarixli 5/71 №-li məktubdan görünür ki, Dağlıq Qarabağ və ətraf rayonların Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsi səbəbindən sözügedən inzibati ərazi vahidləri çərçivəsində fəaliyyət göstərmiş idarə, müəssisə və təşkilatların dövlət mühafizəsində olan arxiv sənədləri işğal zonasında qalmışdır. İş materiallarında olan X tərəfindən Ərizəçi ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli məktubdan görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə daxil olmuş müraciəti ilə əlaqədar bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi sosi al sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1.1-ci bəndinə əsasən qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Onun əmək kitabçası olmadığı üçün ərizəsinin təmin olunması mümkün deyildir. X3 ifadəsində göstərmişdir ki, Ərizəçi onun həmyerlisidir, Füzuli rayonu Yuxarı Əbdürrəhmanlı kəndində doğulub yaşamışdırlar. O, həmin kənddə Tikinti idarəsində usta işləyib, Ərizəçi isə 1975-ci ildən Lenin adına sovxozda briqadir işləmişdir. Füzuli rayonu işğal olunduğuna görə 1993-cü ilin avqust ayının 17-si bütün kəndin əhalisi məcburi köç olunaraq Bakı şəhərində yerləşdirilmişdir. Beləliklə, şahid ərizəçinin 1975-ci ildən Füzuli rayonun işğalınadək Lenin adına soxvozda briqadir işləməsi faktını təsdiq etmişdir. X4 ifadəsində göstərmişdir ki, Füzuli rayonu Yuxarı Əbdürrəhmanlı kəndində doğulmuş və yaşamışdır. Ərizəçi həmyerlisidir. Özü rayon işğal olunana qədər Fizuli rayon Dövlət Damazlıq müəssisəsində laborant işləmişdir. Ərizəçi də Füzuli rayonu Yuxarı Əbdürrəhmanlı kəndində Lenin adına sovxozda işləmişdir. X6 ifadəsində göstərmişdir ki, o, 1985-ci ildən Füzuli rayonu Yuxarı Əbdürrəhmanlı kəndində Lenin adına sovxozda işləmiş, 1986-cı ildən həmin kənddə kənd sovetinin sədri işləmişdir. Ərizəçi isə ondan əvvəl həmin sovxozda təsərrüfat briqadiri kimi işə başlamışdır. Fizuli rayonunun işğalınadək Ərizəçi Füzuli rayonu Yuxarı Əbdürrəhmanlı kəndində Lenin adına sovxozda işləmişdir. X1 ifadəsind ə göstərmişdir ki, Ərizəçilə bir yerdə Füzuli rayonu Yuxarı Əbdürrəhmanlı kəndində Lenin adına sovxozda işləmişdir. O, həmin sovxozda 1979-cu ildən fəhlə, traktorist kimi fəaliyyət göstərmişdir. Qənimət ondan daha əvvəldən həmin soxvozda işləməyə başlamışdır və rayon işğal olunana qədər bir yerdə həmin soxvozda işləmişdirlər. X10 əmək kitabçasından çıxarışdan müəyyən olunur ki, X14 xx.xx.1985-cı il tarixdən Lenin adına üzümçülük briqadasında fəhlə kimi işləmişdir. X5 əmək kitabçasından çıxarışdan müəyyən olunur ki, İxtiyar Məmmədov 1979-cu il tarixdən Lenin adına sovxozda işləmişdir. Ərizəçinin və şahidlərin verdiyi ifadələr, habelə təqdim olunmuş sübutlarla müəyyən etmişdir ki, ərizəçi 1975-ci ilin dekabr ayından 1993-cü ilin avqust ayınadək Füzuli rayonu Yuxarı Əbdürrəhmanlı kəndində L enin adına sovxozda işləmişdir. Ərizəçi iş stajının bərpası barədə ərizə ilə şöbəyə müraciət etmişdir. DSMF-nin Xətai rayon şöbəsi tərəfidən isə zəruri sənədlər təqdim etmədiyindən onun ərizəsi təmin olunmamış və həmin tələblə müvafiq məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Apelyasiya məhkəməsinin qənaətinə görə, birinci instansiya məhkəməsi haqlı olaraq ərizəçiyə lazım olan hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinin başqa qaydada mümkün olmaması nəticəsinə gəlmişdir, çünkü ərizəçi, müvafiq dövr üçün iş stajının nəzərə alınması üçün aidiyyəti dövlət orqanına müraciət etsə də, onun müraciəti müsbət həll olunmamış, həmçinin o, bunu təsdiq edəcək sənədləri də əldə edə bilməmişdir. Maraqlı şəxsin kassasiya şikayətində irəli sürülənlərlə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında o lan şahid qismində dindirilmiş X10 və X2 əmək kitabçalarından çıxarışdan görünür ki, onlar ərizəçi ilə eyni yerdə Lenin adına sovxozda işləmişlər və ona görə məhkəmə ərizəni təmin etməkdə haqlı olmuşdur. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Xnin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6812/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.