Məhkəmə qərarları › İş №2(102)-1418/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1418/2023

11.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1418/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X2 Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: maddi və mənəvi zərər, sübutetmə 11.04.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, iddiaçı X2 Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7071/2022 nömrəli iş üzrə 23 noyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı X5 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 11 aprel 2023-cü il tarixdə Ali Məhkəmənin binasında ya zılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2020-ci il tarixli "xxxx" İnternational Hospitalın xx.xx.2020-ci il tarixli epikrizinə əsasən X3 (bundan sonra-iddiaçı) (S522.5) Sol mil sümüyünün aşağı ucunun qapalı, qəlpəli yerdəyişən sınığı diaqnozu qoyulmuşdur. 2. xx.xx.2020-ci il tarixli "xxxx" İnternational Hospitalın faktura sənədinə əsasən X5 tibbi xidmətlərə toplam 3346,39 manat ödəniş etmişdir.

3. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-441/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilməklə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət məsul iyyətindən azad edilmiş və iş üzrə icraata xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı X5 Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizələrlə məhkəməyə müraciət edərək, Cavabdeh maddi ziyana görə 3346.39 manat (üç min üç yüz qırx altı manat 39 qəp.), mənəvi ziyana görə 10000 (on min) manat olmaqla, cəmi 13346.39 (on üç min üç yüz qırx altı manat 39 qəp.) manat tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh 31 avqust 2020-ci il tarixinə keçən gecə saat 2 radələrində, ünvan 1 ünvanda “Anar market” adı altında fəaliyyət göstərən ərzaq məhsullarının satışının aparıldığı mağazanın qarşısında onu qəsdən vuraraq yerə yıxmış, nəticədə o na sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş sol mil sümüyümün aşağı ucunun qapalı, qəlpəli, yerdəyişən sınığı ilə müşayiət olunan xəsarət yetirərək qəsdən sağlamlığıma az ağır zərər vurub. Lakin sonradan Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilməklə Cavabdeh (bundan sonra-cavabdeh) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmiş və iş üzrə icraata xitam verilmişdir. Beləliklə, cavabdehin ona zərər yetirməsi faktı cinayət icraatı qaydasında baxılan iş üzrə təsdiq olunmuşdur. Aldığı xəsarətlə bağlı uzunmüddətli müalicəyə, o cümlədən cərrahi əməliyyatlara məruz qalmışdır. İndinin özündə də həmin xəsarətdən əziyyət çəkir. Tək cərrahi əməliyyat üçün 3625,95 manat ödəmişdir. Bundan başqa, əlavə olaraq 1341,39 manat vəsait də müalicəsinə xərclənmişdir. Müvafiq sənədlər əlavə olunur. Cavabdeh onun çəkməli olduğu xərcləri ödəyəcəyinə dair söz versə də, ona cəmi 1000 manat ödəmişdir. Sağlamlığına dəymiş zərərə görə kompensasiya vaxtında ödənilmədiyindən yerdə qalmış məbləğə Mərkəzi Bankın bu müddətdəki uçot dərəcələri tətbiq olunmalı, habelə inflyasiya nəzərə alınmalıdır.

6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim A.Novruzova) 22 avqust 2022-ci il tarixli, 2(005)2668/2022 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 3346,39 (üç min üç yüz qırx altı manat, otuz doqquz qəpik) manat məbləğində maddi zərərin və 3000 (üç min) manat mənəvi zərərin tutularaq iddiaçı X3 ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Məhkəmə iddiaçı nın sağlamlığına dəymiş zərərin cavabdehin təqsirli hərəkətləri nəticəsində baş verməsi işin mübahisəsiz halı olduğundan, ilk növbədə 3346.39 manat məbləğində pulun cavabdehdən tutulmasına dair mübahisəyə münasibət bildirməyi zəruri hesab etmişdir. Belə ki, məhkəməyə təqdim edilmiş hesab faktura və ödəniş qəbzləri ilə X2 tibbi xidmətlər üçün ümumilikdə 3346,39 manat ödəniş etdiyi sübut edilsə də, məhkəmə maddi ziyan hissəsində iddia tələbini təmin etmək qənaətinə gəlmişdir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsində caavbdeh tərəfindən ona 1000 manat ödənildiyi göstərilsə də, məhkəmə prosesi zamanı həmin məbləği azaltmaqla maddi zərərə görə əvvəl cavabdehdən 7000 (yeddi min) manat, daha sonra maddi ziyana görə 6972,34 manat, nəhayət 3346,39 manat tələb etmişdir. Buna görə də, məhkəmə vurulmuş maddi zərərdən 1000 manat məbləğində pul vəsaitini 3346,39 manat məbləğdən çıxmaq barədə cavabdehin etirazı ilə razılaşmamış və qeyd etmişdir ki, iddiaçı həmin pul vəsaitini də sağlamlığına vurulmuş zərərin aradan qaldırılması üçün sərf etmişdir. Belə ki, iddiaçı tərəfin təqdim etdiyi xx.xx.2020-ci il tarixli qəbzlə 400 manat, xx.xx.2020-ci il tarixli qəbzlə 796,39 manat tibb müəssisəsinə ödəniş etmişdir. Həmin məbləğlər isə xx.xx.2020-ci il tarixli "xxxx" İnternational Hospitalın fakturasında əks olunmamışdır. İddiaçının hazırda tələb etdiyi məbləğin cavabdeh tərəfindən ödənilməsi iş materialları ilə sübut olunmamışdır. Məhkəmə iddia tələbinin “mənəvi zərərin tutulması” hissəsində belə qənaətə gəlmişdir ki, iddia tələbi bu hissədə də qismən təmin edilməlidir. Belə ki, Cavabdeh hüquqizidd hərəkətləri nəticəsində iddiaçı X1 zərər vurulduğundan onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi və sarsıntılar keçirməsi danılmazdır. Belə ki, cavabdehin onun sağlamlığına vurduğu zərər nəticəsində X2 cərrahi əməliyyat keçirməsi, fiziki və mənəvi istirablar çəkməsi halı işin araşdırılmış halları ilə müəyyən edilmişdir. Ona görə də məhkəmə işin hallarını nəzərə alaraq, Cavabdeh mənəvi ziyana görə 3000 (üç min) manat məbləğində pulun iddiaçı X2 xeyrinə tutulmasını əsaslı və ədalətli hesab etmişdir.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci, 1096.1-ci 1096.2-ci maddələrinə, Avropa Məhkəməsi “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə 24 iyul 2003-cü il tarixli qərarına, Konstitusiya Məhkəməsi Plenumunun Q.M əmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına, “İnsan Hüquqlarının və X4 haqqında” Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə eləcə də Azərbaycan Respublikasının Mülk i Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 77.3-cü, 78.1-ci, 78.2-ci, 80-ci, 82.4-cü, 88-ci, 119.1-cu, 217.3-cü və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

9. İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin iddia tələbinin təmin edilməmiş – “mənəvi zərər” hissəsində ləğv edilərək, iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. 10.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə “..mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosion al amilləri – inamsızlıq, narahatlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır.” qeyd edilsə də, mənəvi zərərin əvəzi kimi tələb edilmiş 10.000 manat məbləğə münasibətdə 3.000 manat tutulması olduqca əsassızdır. Halbuki məhkəmə iddiaçının sağlamlığına zərər vurulduğundan onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi və sarsıntılar keçirməsinin danılmaz olduğu faktını özü təsdiq etmişdir. Qeyd edilməlidir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti nəticəsində baş vermiş olması, qanunsuz hərəkətlə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsirinin müəyyən edilmiş olması işin mübahisəsiz hallarıdır. Bundan əlavə, məhkəmə nəzərə almamışdır ki, iddiaçıya yetirilmiş bədən xəsarəti ehtiyatsızlıqdan törədilmiş əməl nəticəsində deyil, iddiaçının sağlamlığına xəsarət yetirmək qəsdi ilə törədilən cinayət nəticəsində yetirilmiş, hətta bundan sonra da onun müalicəsi üçün zəruri olan vəsaitləri ödəməkdən qəsdən yayınmış (bu günə kimi də yayınmaqdadır), iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmış, məruz qaldığı stress və iztirabları artmışdır. Belə ki, sübut etməyə ehtiyac yoxdur ki, qəsdən törədilmiş cinayət nəticədə sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş sol mil sümüyünün aşağı ucunun qapalı, qəlpəli, yerdəyişən sınığı ilə müşayiət olunan xəsarət yetirilərək qəsdən sağlamlığına zərər vurulmuş, cərrahi əməliyyat keçirmiş və hazırda müalicəsi davam etdirilən şəxs ağır mənəvi sarsıntı və iztirablara məruz qalmışdır və bu mənəvi zərərin əvəzi kimi 10.000 m anat məbləğ cavabdehdən tutulmalıdır. 11.Birinci instansiya məhkəməsinin qətnaməsindən həmçinin cavabdeh də apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. 12.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə təqdim etdiyi 19 avqust 2022-ci il tarixli ərizədən də məlum olur ki, iddiaçı müalicə xərcləri üçün 3.346.39 manat pul ödəmişdir və maddi zərər hissəsində iddia tələbi də 3346.39 manat olmuşdur. İddiaçıya dəymiş maddi zərərin məbləğini sübut edən 2-ci dəlil Nərimanov Rayon Məhkəməsinin sorğusuna cavab olaraq "xxxx" MMC-nin təqdim etdiyi fakturadır. Belə ki, həmin fakturadan da göründüyü kimi, iddiaçı müalicə xərcləri üçün klinikaya ümumilikdə 3346.39 manat pul ödəmişdir. İddiaçı iddia ərizəsində on u da bildirir ki, cavabdeh onun çəkdiyi xərclərə görə 1000 (bir min) manat ödəniş etmişdir. Bu nəzərə alınsa, cavabdehin çəkdiyi xərclərdən 1000 manat pul çıxılmalı və iddia tələbi maddi ziyan hissəsində qismən (2246.39 manat hissəsində) təmin edilməli idi. İşə baxan məhkəmə isə bu məsələ barədə yanlış qənaətə gələrək bildirir ki, “iddiaçı tərəfin təqdim etdiyi xx.xx.2020-ci il tarixli qəbzlə 400 manat, xx.xx.2020-ci il tarixli qəbzlə 796,39 manat tibb müəssisəsinə ödəniş etmişdir. Həmin məbləğlər isə xx.xx.2020-ci il tarixli "xxxx" İnternational Hospitalın fakturasında əks olunmamışdır.” Yəni, məhkəmə iddiaçıya dəymiş maddi ziyanın məbləğini, başqa sözlə iddia qiymətini öz mülahizəsinə görə artırmışdır. Halbuki, iş materiallarında olan sübutlar (iddiaçının iddia ərizəsi və klinikanın təqd im etdiyi faktura) sübut edir ki, iddiaçı müalicə xərcləri üçün cəmi 3346.99 manat ödəniş etmişdir. İddiaçının təqdim etdiyi mədaxil qəbzlərində göstərilən məbləğlər isə bütünlüklə fakturada qeyd edilən məbləğ (3346.99 azn) ilə əhatə olunur, sadəcə olaraq iddiaçı həmin vəsaiti hissə-hissə klinikaya ödəmiş və buna görə də ayrıayrı qəbzlər əldə etmişdir. Beləliklə, iddiaçı ona dəymiş maddi ziyanı yekun olaraq 3346.99 manat miqdarında qiymətləndirsə də, məhkəmə əsassız olaraq dəymiş maddi ziyanın məbləğini daha çox qiymətləndirmiş və cavabdehin iddiaçıya ödədiyi 1000 manat vəsaiti nəzərə almamışdır. İddiaçının maddi ziyana görə tələb etdiyi məbləği əvvəlcə 7000 (yeddi min) manat, daha sonra azaldaraq 3346,39 manat müəyyən etməsini səbəbi tərəflərindən məhkəməyə təqdim edilən etiraz olmuşdur. Belə ki, həmin etirazda tərəflərindən aşkar edilmişdir ki, 08 sentyabr 2020-ci il tarixli, 919000 saylı mədaxil qəbzin (400 manatın ödənilməsinə dair) “məhsul, iş və xidmətin adı” adlı bölməsindən də göründüyü kimi, bu pul “ORT pre-op” adlı xidmət üçün (əməliyyat öncəsi prosedur) ödənilib. Həmçinin, 11 sentyabr 2020-ci il tarixli, 921952 saylı mədaxil qəbzin (2150 manatın ödənilməsinə dair) “məhsul, iş və xidmətin adı” adlı bölməsindən də göründüyü kimi, bu pul “ORT (əməliyyat)” adlı xidmət üçün (yəni, əməliyyat üçün) ödənilib. Qeyd edilən bu 2 xidmət üçün toplam 2550 manat vəsaitin ödənilməsi xx.xx.2020-ci il tarixli fakturada məhz əməliyyat xərci kimi göstərilmişdir. Yəni, fakturada əməliyyat xərci kimi göstərilən 2550 manat ödənişi iddiaçı əlavə mədaxil qəbzləri təqdim etməklə 2 dəfə hesablamışdır. Amma, əslində 2550 manat vəsait bir dəfə ödənilib, iddiaçı isə eyni xidmətə dair ödənişi təsdiq edən faktura və qəbzi ayrı-ayırılıqda təqdim etməklə bir xidmətə görə ödədiyi məbləğin 2 qat hissəsini cavabdehdən tələb etmişdir. Yəni, iddiaçının fakturada göstərilən məbləği əlavə mədaxil qəbzləri təqdim etməklə 2 dəfə hesabladığı tərəflərindən aşkar edildikdən sonra (etiraz 10 avqust 2022-ci il tarixində təqdim edilib) iddiaçı iddia tələbini 3-cü dəfə dəqiqləşdirərək iddia tələbini 3346,39 manat məbləğində müəyyən etmişdir (19 avqust 2022-ci il tarixində). xx.xx.2020-ci il tarixli, 796,39 manat ödənilməsinə dair məsələ ilə bağlı qeyd ediməlidir ki, həmin mədaxil qəbzinin təqdim edilən surətinə əsasən həmin qəbzin “məhsul, iş və xidmətin adı” adlı bölməsində yazının üzəri qaral dıldığından həmin vəsaitin hansı xidmətə görə ödənildiyi qeyri-müəyyəndir. Şübhəsiz ki, həmin qəbz üzrə ödəniş də iddiaçının iddia ərizəsinə əlavə etdiyi xx.xx.2020-ci il tarixli fakturada qeyd edilən xidmətlərlə eynilik təşkil edir. Yəni, əməliyyat xərcində olduğu kimi, iddiaçı cavabdehə qarşı olan iddiasını əsaslandırmaq üçün eyni xidmətə (və ya xidmətlərə) dair ödənişi təsdiq edən faktura və qəbzi ayrı-ayırılıqda təqdim etməklə bir xidmətə görə ödədiyi məbləğin 2 qat hissəsini cavabdehdən tələb etmişdir. İşə baxan məhkəmə qeyd edilən nüansları ümumiyyətlə araşdırmamışdır. Lakin, xx.xx.2020-ci il tarixli, 796,39 manat ödənilməsinə dair mədaxil qəbzinin təyinatı, başqa sözlə bu pulun hansı xidmət üçün ödənildiyi iddiaçı tərəfindən gizlədildiyi (qəbzin həmin hissəsi qaraldılıb) halda, məhk əmə həmin qəbzin təyinatını araşdırmamışdır. Yəni, ən azından məhkəmə bütün bu ziddiyyətli məqamlara son qoymaq və dəymiş maddi ziyanı dəqiqləşdirmək üçün klinikaya sorğu verib, çəkilən real xərcləri müəyyən etməli idi. Beləliklə, cavabdeh tərəfindən iddiaçıya ödənilən 1000 (min) manat vəsaitin nəzərə alınmaması, bunun üçün məhkəmənin gətirdiyi dəlillər tamamilə əsassızdır. Bundan başqa iddiaçı mənəvi zərərə görə ona kompensasiya ödənilməsini, buna uyğun olaraq keçirdiyi mənəvi iztirabların konkret olaraq nədə ifadə olunduğunu, həmin mənəvi iztirablara görə iddia tələbində qeyd edilən məbləğdə kompensasiya ödənilməsini heç cürə əsaslandırmamışdır. Cavabdeh isə iddiaçının səhhəti ilə mütəmadi maraqlanmış, hətta müalicə xərclərini qarşılamaq üçün ona pul vəsaiti də vermişdir (iddiaçı bu fakt ı iddia ərizəsində də etiraf edir). Digər tərəfdən, iddiaçı iddia tələbini dəqiqləşdirmək üçün 3 dəfə ərizə vermiş və hər bir ərizədə heç bir əsaslandırma olmadan mənəvi zərərin məbləğini artırmış və son nəticədə 10.000 (on min) manat tələb etmişdir. Bu fakt bir daha onu təsdiq edir ki, iddiaçı ona dəymiş mənəvi zərərin məbləğini müəyyən edə bilməmiş və nə qədər çox pul tələb etsə də, iddiasının bir o qədər çox təmin ediləcəyi qənaətinə gələrək əsassız olaraq 10.000 manat mənəvi zərərə görə kompensasiya tələb etmişdir. İşə baxan məhkəmə isə mənəvi zərərə görə 3.000 manat məbləğ müəyyən edərkən bu məbləğin hansı meyarlar əsasında müəyyən edildiyini, dəymiş mənəvi zərərə görə kompensasiya məbləğinin 3.000 manat olmasının ağlabatan olmasını heç bir mötəbər sübutla əsaslandırmamış və formal mü lahizələrdən çıxış edərək bu məbləği müəyyən etmişdir.

13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-7071/2022 nömrəli iş üzrə 23 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.Ə.Məhərrəmova (sədrlik edən və məruzəçi), M.A.Məmmədov və R.M.Həsənov) iddiaçı X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 avqust 2022-ci il tarixli, 2(005)2668/2022 nömrəli qətnaməsinin – maddi ziyanın məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməsi, Cavabdeh iddiaçı X2 xeyrinə tutulmalı maddi ziyanın məbləği 2.346,39 (iki min üç yüz qırx altı manat, otuz doqquz qəpik) manat müəyyən edilməsi qət edilmişdir. 14.Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş ödəniş qəbzlərindəki məbləğlər "xxxx" İnternational Hospitalın fakturasında əks olunan və ümumilikdə ödənilmiş 3.346,39 manat ödənişə daxil olmuşdur. Cavabdeh tərəfindən 1000 manat ödəniş edilmişdir. Həmçinin cavabdeh tərəfindən 1000 manat ödəniş edilməsi işin mübahisələndirilməyən halı olmaqla yanaşı iddiaçı və cavabdeh tərəfindən qəbul edilmişdir. Lakin birinci instansiya məhkəməsi cavabdeh tərəfindən edilmiş 1000 manat ödənişə də düzgün qiymət verməyərək, həmin məbləği iddiaçı tərəfindən ödənilmiş ümumi məbləğdən çıxmamışdır. 15.Beləliklə, məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh tərəfindən edilmiş 1000 manat ödəniş, ümumlikdə edilmiş 3.346,39 manat ödənişdən çıxılm aqla, maddi ziyanın məbləği 2346,39 manat müəyyən edilməlidir. 16.Məhkəmə kollegiyası eyni zamanda qeyd etmişdir ki, birinci instansiya məhkəməsi cavabdehdən mənəvi ziyana görə tutulmalı olan məbləği düzgün müəyyən etmişdir və bu hissədə tərəflərin hər ikisinin apellyasiya şikayətləri əsassız olmuşdur. 17.Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1,21.2,11096.1 və 1096.2 -ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri 18.İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 23 noyabr 2022-ci il tarixli qətnaməsinin qismən – “iddianın təmin edilməmiş hissələrində” ləğv edilərək, iddia tələbinin tam təmin edilməsinə dair yeni qərar qəbul edilməsi xahiş etmişd ir. 19.Kassator Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2-ci və 1097.1-ci, AR Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərarındakı hüquqi mövqe, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” “03” noyabr 2008-ci il tarixli, №7 saylı Qərarına istinad edərək, məhkəmə tərəfindən maddi hüquq normalarının tələblərinin pozulduğunu qeyd etmişdir. Belə ki, iddiaçının maddi zərərin əvəzi olaraq tələb etdiyi 3346,39 manat iddiaçının əməliyyat edilməsindən sonra iddiaçı tərəfindən çəkilmiş xərcləri təşkil edir. Bu hal, iş materiallarında olan faktura və ödəniş qəbzləri ilə təsdiq olunur. 20.Məhkəmə cavabdeh tərəfindən iddiaçıya 1000 manat ödəniş edilməsini işin mübahisələndirilməyən halı kimi qəbul etsə də, həmin ödənişin təyinatını araşdırmamış, həmin ödənişin iddiaçının əməliyyat edilməsindən əvvəl və ya sonrakı dövrə aid olubolmamasına ümumiyyətlə qiymət verməmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçının əməliyyat edilməsindən əvvəl 1000 manat ödəniş edilmiş və iddiaçı tərəfindən sonradan əməliyyatla bağlı çəkilmiş ümumi xərc isə 3346,39 manat təşkil etmişdir. Bundan əlavə, məhkəmə nəzərə almamışdır ki, iddiaçıya yetirilmiş bədən xəsarəti ehtiyatsızlıqdan törədilmiş əməl nəticəsində deyil, iddiaçının sağlamlığına xəsarət yetirmək qəsdi ilə törədilən cinayət nəticəsində yetirilmiş, hətta bundan sonra da onun müalicəsi üçün zəruri olan vəsaitləri ödəməkdən qəsdən yayın mış (bu günə kimi də yayınmaqdadır), iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmış, məruz qaldığı stress və iztirabları artmışdır. Bu səbəbdən, mənəvi zərərin əvəzi kimi 10.000 manat məbləğ cavabdehdən tutulmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 21.Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri 22.Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad e dilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 23.Hazırkı kassasiya şikayətində iddiaçı «iddianın təmin edilməyən» hissəsini mübahisələndirmişdir, bu baxımdan apellyasiya instansiyası məhkəməsinin aktı qismən yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası 24.Maddə

60. Hissə İ.Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. 25.Maddə

62. Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. 26.Maddə

71. Hissə İİ.İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanu nlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 27.Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

28. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşü lür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 29.Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 30.Maddə 1096.2 Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 31.Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödəni lməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 32.. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli Qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi, ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaq la fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. 33.“Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Azərbaycan Respublikası qanunverici liyinin, “İnsan Hüquqları və X6 Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 34.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 35.Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 36.Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 37.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 38.Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 39.Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 40.Maddə 407.2.Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: 41.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi zərərin tutulması hissəsində maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə həmin hissədə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulmas ı və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qeyd olunan hissədə qanuni və əsaslı hesab olunmalıdır. 42.Bununla belə iddianın mənəvi zərər hissəsi üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığından qətnamə həmin hissədə ləğv olunmalı və yeni qərar qəbul edilərək təmin olunmayan hissədə iddia qismən təmin olunmalıdır. 43.Məhkəmə kollegiyası ilk olaraq maddi zərərin əvəzinin tutulması ilə bağlı kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək qeyd edir ki, iddianın həmin hissədə həlli sübutların qiymətləndirilməsindən asılı olmuş və apellyasiya məhkəməsi səlahiyyətləri çərçivəsində təqdim olunmu ş sübutları mötəbərliyi və işə aidiyyəti üzrə qiymətləndirərək yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. Məhkəmə qətnamədə mövqeyini tam əsaslandırmış, iddiaçının da iddianın əsası kimi istinad etdiyi cinayət təqibi üzrə qəbul olunmuş qərara istinad edərək hesab etmişdir ki, maddi ziyan cavabdeh tərəfindən qismən qarşılanmış, təqdim olunmuş sübutlar baxımından maddi zərərin məbləği müəyyən olunmuşdur. Bu baxımdan məhkəmə tərəfindən maddi zərər üzrə sübutların qiymətləndirilməsi ilə bağlı prosessual qanunvericiliyinin tələblərinin pozulması halları müəyyən olunmamışdır. 44.Bununla belə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi iddiaçıya vurulmuş mənəvi zərərin əvəzini müəyyən edərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan Qərarındakı izahı və Ali Məhkəmənin Plenumunun tövsiyələrini pozmuş, işin hallarını və iddiaçının çəkdiyi iztirabları tam nəzərə almamış və cavabdehdən iddiaçının xeyrinə mənəvi zərərə görə cəmi 3000 manat məbləğində pulun tutulması nəticəsinə gəlmişdir. 45.Belə ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçının xəsarət alması və aldığı xəsarətin aradan qaldırılması üçün cavabdeh tərəfindən yardım edilməməsi, yalnız cinayət təqibi ilə bağlı icraat gedişində könüllü əsaslarla deyil, təkidlər nəticəsində az bir miqdarda maddi zərərin ödənilməsi iddiaçının uzun müddət ərzində mənəvi sarsıntıya məruz qalmasına səbəb olmuşdur. 46.Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarının 10-cu bəndində göstərilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olara q məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. 47.Göründüyü kimi, Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumunun qeyd edilən qərarında da mənəvi zərərin miqdarının meyarı kimi hadisənin baş verməsinə səbəb olmuş hərəkət və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsind ə zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı nəzərə alınmalıdır. Hazırki işdə iddiaçının cinayət əməl nəticəsində xəsarət alması və bununla bağlı uzun müddətli müalicə və müayinəyə cəlb olunması və cavabdeh tərəfindən alınmış xəsarətin nəticələrinin aradan qaldırılması üçün lazımi tədbirlərin görülməsindən, yardım edilməsindən yayınması iddiaçının həyatına, yaşayış tərzinə təsir göstərmiş, onun uzun müddətli böyük mənəvi sarsıntı, iztirab keçirməsini şərtləndirmiş, bunların nəticəsində isə iddiaçının hadisədən təsirlənməsi, sarsılması, mənəvi iztirab keçirməsi şübhəsizdir. Bu baxımdan məhkəmənin mənəvi zərərin miqdarını 3000 manat müəyyən etməsi işin hallarına uyğun deyil. 48.Qeyd olunan halları, eyni zamanda iddiaçının ailə vəziyyətini, həm də cavabdehi n maddi vəziyyətini nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mənəvi zərərin tutulmasının rədd edilməsi hissəsində qətnamə ləğv olunmalı, yeni qərar qəbul edilərək həmin hissədə iddia qismən təmin olunaraq apellyasiya məhkəməsi tərəfindən müəyyən edilən məbləğ artırılmaqla, mənəvi ziyan 5000 manat məbləğində müəyyən edilməlidir. 49.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı X5 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 noyabr 2022-ci il tarixli, 2(103)-7071/2022 nömrəli qətnaməsi mənəvi zərərin tutulmasının rədd edilməsi hissəsində ləğv olunsun, həmin hissədə iddianın qismən təmin edilməsinə dair yeni qərar qəbul edilsin. Mənəvi zərərin məbləği 5000 manat müəyyən edilsin. Qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlansın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar