Məhkəmə qərarları › İş №2(102)-1418/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1418/2025

16.05.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1418/2025 16.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, Gəncə şəhəri 3 saylı Notariat Ofisinə, Respublika Xammal və Əmtəə Birjasının Cavabdeh2nə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARI (Açar sözlər: qanuni qüvvəyə minmiş məhkəmə aktının preyudisiallığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, Gəncə şəhəri 3 saylı Notariat Ofisinə, Respublika Xammal və Əmtəə Birjasının Cavabdeh2nə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və əmlakın ipoteka yüklülüyündən azad edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-478/2025 nömrəli 8 yanvar 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Gəncə şəhəri, Kəpəz rayonu, Ə.Əliyev küçəsində mülkiyyətində o lan 0,0359 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 123,5 kv.m yaşayış, 48,2 kv.m köməkçi sahədən ibarət 60 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2008-ci il tarixdə qeydiyyata alınmışdır.

2. Kreditor Cavabdeh3 ASC ilə borcalan X6 arasında illik faiz dərəcəsi 26 faiz olmaqla, 24 ay müddətinə 25000 manat məbləğdə kredit verilməsi barədə 20 oktyabr 2009-cu il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasini təmin etmək üçün Cavabdeh3 ASC ilə İddiaçı arasında bağlanmış 20 oktyabr 2009-cu il tarixli ipoteka müqaviləsi əsasında sonuncunun mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Ə.Əliyev küçəsində 0.0359 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 123,5 kv.m yaşayış və 48.2 kv.m köməkçi sahədən ibarət 60 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir.

3. Cavabdeh3 ASC cavabdehlər X4 və İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə 25000 manat əsas, 57648,79 manat faiz borcunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Ə.Əliyev küçəsində mülkiyyətdə olan 60 nömrəli mənzilə yönəldilməsini xahiş etmişdir.

4. Həmin iddia tələbinə baxılarkən cavabdeh İddiaçı iddia tələbini qəbul etmədiyini bildirərək izahatında göstərmişdir ki, bank işçisi olmuş Samir adlı şəxs onlara kredit verəcəyini bildirib, evlərinin ipoteka ilə yüklü edilməli olduğunu bildirmişdir. Sənədləşmə işləri ilə əri məşğul olmuş və o, yalnız notariat orqanına gedərək müqaviləyə imza etmişdir. Lakin onlara pul verilməmiş və onun tərəfindən banka hər hansı bir ödəniş edilməmişdir. Sonradan məlum olmuşdur ki, Samir adlı şəxs onları aldatmışdır.

5. Kəpəz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin cavabdeh X4 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Məhkəmə iddianın rədd olunmasını iddia müddətinin keçməsi ilə əsaslandırmışdır.

6. Gəncə Apellyasiya Məhkəməsinin 13 aprel 2018-ci il tarixli, 2(104)-1394/2018 nömrəli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təmin edilmiş, birinci insyansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilərək, X1 Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 25.000 manat əsas, 8.005 manat faiz, 30 manat dövlət rüsumu olmaqla, cəmi 33.035 manat məbləğində pulun tutulması, tutmanın İddiaçı məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, Ə.Əliyev küçəsində, 0.0359 ha torpaq sahəsində yerləşən 60 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evinin ilkin satış qiymətinin 52.000 manat məbləğində müəyyən edilməsi və fərdi yaşayış evinin açıq hərracdan satılması, fərdi yaşayış evinin açıq hərracdan satılması yolu ilə əldə edilmiş vəsait hesabına X2 banka olan borcunun ödənilməsi qət edilmişdir.

7. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(102)-6828/18 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(104)-1394/2018 nömrəli qətnaməsi dəyişdiri lmədən saxlanılmışdır.

8. Mübahisəli ev Gəncə şəhəri üzrə İcra İdarəsinin 244517/18 nömrəli, xx.xx.2019cu il tarixli sifariş məktubuna əsasən "xxxx" MMC tərəfindən hərraca çıxarılmış, hərracda satılmadığına görə banka təklif olunmuşdur. Təklif qəbul edilmiş və buna uyğun olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli çıxarışa (reyestr nömrəsi -**********66-10301, qeydiyyat nömrəsi **********) əsasən mübahisəli ev 0,0359 ha torpaq sahəsi ilə birlikdə mülkiyyət hüququ ilə bankın adına qeydə alınmışdır.

9. İddiaçı hərracın nəticələrini mübahisələndirmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4454/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Gəncə şəhəri üzrə İcra İdarəsi, Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Ərazi İdarəsi və "xxxx" ASC-nə qarşı hərrac nəticələrinin və alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ipoteka müqaviləsinə xitam verilməsi tələbinə dair iddiası təmin edilməmişdir.

10. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2841/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli, 2(005)-44542021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmışdır.

11. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-787/2021 nömrəli 30 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh3 ASC-nin cavabdeh İddia çı qarşı fərdi yaşayış evinin boşaldılması və iddiaçıya təhvil verilməsi tələbinə dair iddiası təmin edilmişdir. Həmin iş üzrə apelyasiya və kassasiya şikayətləri müvafiq olaraq Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-3594/2021 nömrəli, 5 noyabr 2021-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-150/2023 nömrəli qərarı ilə təmin üdilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlər "xxxx" ASC-yə, Gəncə şəhəri 3 saylı Notariat Ofisinə, Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdar əsinə qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 cavabdeh "xxxx" ASC Gəncə filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 45/7 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və ünvan 1 ünvanda yerləşən əmlakın yüklülükdən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, X2 "xxxx" ASC-yə olan 33005 manat məbləğində borcunun ipotekaya qoyulmuş İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Əziz Əliyev küçəsi, ev 60 nömrəli fərdi yaşayış evinə yönəldilərək ödənilməsi qət edilmişdir. İddiaçı məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Əziz Əliyev küçəsi ev 60 ilə bağlı hərrac keçir ilmiş, keçirilmiş hərraclar nəticəsində adı çəkilən daşınmaz əmlak satılmadığından, cavabden "Respublika Xammal və Əmtəə birjası, "xxxx" MMC" tərəfindən "xxxx" ASC-yə 33150 manata təklif edilmiş və nəticədə bank tərəfindən balansa qəbul edilmişdir. 2010-cu il tarixdə Gəncə şəhər prokurorluğunda X7 barəsində bir sıra şəxslərə qarşı törətdiyi cinayət əməlləri üzrə Azərbaycan Respublikasının CM-nin 178.2.2,178.2.3,178.2.4, 178.3.2, 179.2.2,179.2.3, 179 2.4, 179.3.2, 313, 320.1-ci maddələri ilə istintaq olunmuş ********* saylı cinayət işində əri X8 şahid qismində dindirilmiş, araşdırma zamanı X5 X7 vasitəsilə X3 direktoru olduğu "xxxx" ASC-nin Gəncə Filialından 25000 manat məbləğində kreditin ayrılması üçün Rəşad Zeynalovun adına rəsmiləşdirilmiş kredit müqaviləsi ilə ünvan 1 nömrəli evi həmin banka girov qoyduğu, bank tərəfindən ayrılmış kredit vəsaitinin Rəşad Zeynalov tərəfindən xəzinədən alınmaması, bank rəhbərliyinin razılığı ilə pul məbləğinin digər kreditlərin silinməsinə yönəldilməsi müəyyən edilmiş, nəticədə, mənzil girov qoyulmaqla ayrılmış pul məbləği faktiki olaraq heç kimə verilmədiyindən mənzilin girovdan çıxarılıb özünə qaytarılması ilə əlaqədar əmlak sahibinin bank və ya məhkəməyə müraciət etməsi məqsədəmüvafiq hesab edilmiş, həmin fakt üzrə X7 və X3 əməllərində cinayət tərkibi əlaməti müəyyən edilmədiyindən barələrində cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2024-cü il tarixdə Daxili İşlər Nazirliyinin rəhbərliyinə ünvanlanmış müraciətlərinə baxılmış və müəyyən olmuşdur ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin boşaldılması və “TuranBank" A SC-yə təhvil verilməsi barədə sonuncunun iddiası Kəpəz Rayon Məhkəməsinin qətnaməsi ilə təmin edilmiş, həmin qətnamə Gəncə Apellyasiya Məhkəməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarları ilə qüvvədə saxlanılmışdır. Bundan başqa “NBC Bank" Gəncə filialının kredit üzrə sabiq mütəxəssisi X7 tərəfindən bir sıra vətəndaşlarla kredit müqaviləsi bağlanaraq pullarının mənimsənilməsi faktlarına görə Gəncə Şəhər Prokurorluğunda başlanmış cinayət işi ittiham aktı ilə məhkəməyə göndərilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2012-ci il tarixli 1(088)-42/2012 saylı hökmü ilə S.İbrahimov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq), 179.3.2 (mənimsəmə), 313 (vəzifə saxtakarlığı) və 320.1 (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları sax talaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə təqsirili bilinərək azadlıqdan məhrum edilmişdir.

3. Birinci instansiya məhkəməsində cavabdeh "xxxx" ASC-nin nümayəndəsi iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia tələbini qəbul etmir, əqdin etibarsızlığı ilə bağlı iddia müddəti ötürülmüşdür.

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3574/2024 nömrəli, 9 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Kərim Xudayev) iddia tələbi təmin edilməmişdir.

5. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsalandırmışdır ki, Cavabdeh1 cavabdeh "xxxx" ASC Gəncə filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 45/7 saylı ipoteka müqaviləsi Mülki Məcəllə ilə müəyyənləşdirilmiş qaydalara əməl edilməklə bağlanmış, müqaviləni n etibarsız hesab edilməsi üçün iş üzrə qanuni əsaslar mövcud deyildir. İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi faktları təsdiq edə biləcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.

6. Birinci instansiya məhkəməsi həmçinin iddia tələbinin “ünvan 1 ünvanda yerləşən əmlakın yüklülükdən azad edilməsi” hissəsinə qiymət verərək qeyd etmişdir ki, iddia tələbi bu hissədə ipoteka müqaviləsinin etibarsız hesab edilməsi hissəsindən asılı olduğundan və məhkəmənin yuxarda qeyd edilən qənaəti ilə iddia ipoteka müqaviləsinin etibarsız hesab edilməsi hissəsində təmin edilmədiyindən, həmin hissədə də iddia təmin edilə bilməz.

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 337.1, 337.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə sinin (bundan sonra – MPM) 14.2, 77.1, 82.3, 88, 119.1, 217.4 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun onunla əsaslandırılmışdır ki, borc və ya kredit müqaviləsi o vaxt qüvvəyə minir ki, tərəflər müqavilə üzrə müəyyən edilmiş şərtlərə əsasən üzərinə düşən öhdəliyi yerinə yetirsin. Əldə olunmuş etirafedici məktublardan görünür ki, tələbkar bank əmlakı ipoteka ilə yüklü etsə də, faktiki tərəfi aldadaraq pulu borc alana verməmişdir. Belə olan halda kredit müqaviləsi və onun təminatı olaraq ondan irəli gələn ipoteka müqa viləsi heç bir əhəmiyyət kəsb etmir. Prokurorluq tərəfindən verilən sənədə əsasən, bankın rəhbərliyi də izahatlarında həmin kredit vəsaitinin verilmədiyini etiraf edirlər. Buna görə də bağlanmış girov müqaviləsinin heç bir əhəmiyyəti yoxdur. Kredit öhdəliyi olmadığı və vətəndaş həmin kredit vəsaitini qəbul etmədiyi halda heç bir müqavilədən söhbət gedə bilməz. Qeyd edilən kredit vəsaiti X2 adına yazılsa da, həmin kredit vəsaiti aidiyyatı üzrə verilməməsi barədə məhkəməyə bildirməsinə baxmayaraq, məhkəmə bu hala demək olar ki, hüquqi qiymət verilməmişdir.

10. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 8 yanvar 2025-ci il tarixli, 2(103)-478/2025 nömrəli qətnaməsi ilə (hakimlər S.X.Bəhrəmzadə (sədrlik edən, məruzəçi), X.A.Mərdanova və V.N.Sadıqov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə birinci instansiya məhkəməsini qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, apellyator şikayətin dəlili olaraq qanuni qüvvədə olan qətnamə üzrə kredit müqaviləsi üzrə pulun tutulmasına baxmayaraq, həmin pul məbləğinin əslində borcluya verilməməsini göstərməklə, ipoteka müqaviləsinin də düzgün olmadığını, bununla da ünvan 1 ünvanda yerləşən əmlakın yüklülükdən azad edilməsinin qanuni olduğunu bildirmişdir.

12. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, həmin qətnamə ilə kredit müqaviləsinə artıq qanuni qüvvədə olan qətnamə ilə qiymət verilmiş, müqavilənin etibarsızlığı ilə bağlı hər hansı etiraz olmamış və kredit müqaviləsi etibarlı müqavilə kimi qiymətləndirilməklə həmin müqavilə üzrə pulun tu tulması və tutmanın ipoteka predmetinə yönəldilməsi müəyyən edilmişdir. Belə olan halda qanuni qüvvədə olan qətnamə üzrə qiymət verilmiş hala yenidən qiymət verilməsi və müqavilənin etibarlılığının yoxlanılması qanuni və əsaslı olmamaqla mümkünsüz olmuşdur. Eyni zamanda iş materialları ilə müəyyən edilmişdir ki, qanuni qüvvədə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə ipoteka predmetinin açıq hərracdan satılması ilə bağlı hərracın nəticələrinin və alqı-satqı müqaviləsinin etibarsızlığına dair İddiaçı iddiasına baxılmış və iddia tələbi təmin edilməmişdir. Həmin iddia tələbi üzrə də iddiaçı yuxarıda qeyd edilən hallara toxunmamaqla yalnız hərracın düzgün keçirilməməsi və ona məlumatın verilməməsi əsası ilə hərracın etibarsızlığını mübahisələndi rmişdir. Bundan əlavə, qanuni qüvvədə olan Gəncə Kəpəz rayon Məhkəməsinin digər qətnaməsi ilə "xxxx" ASC-nin ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin boşaldılması və "xxxx" ASC-yə təhvil verilməsi müəyyən edilmişdir.

13. Kollegiya qeyd edilənlərə əsasən hesab etmişdir ki, iddia tələbi əsassız olmaqla qanuni qüvvədə olan qətnamə ilə qiymət verilmiş müqavilənin etibarsız müqavilə olması kimi qiymət verilməklə iddia tələbinin təmin edilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün hesab edilə bilməz.

14. Apellyasiya instansiyası məhkəməsi işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd etməyi zəruri hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri yuxarıda qeyd edilənlərə əsasən əsaslı olmamalqa birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticə yə gəlmişdir.

15. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 324.1, 324.2, 324.4, 324.5, 337.1-ci, MPM-in 14.2, 77.1, 82.3, 119.1, 217.4 və 384.0.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

16. İddiaçı (vəkil Nümayəndə1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

17. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyasının 13, 60-cı, Mülki Məcəllənin 337, 337.2, 337.3, 337.4, 739.1-ci, MPM-in 9.1, 9.3 və 392.2-ci maddələrinə istinad edilməklə apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, tələbinin əsaslı olması sübuta yetiri lsə də, məhkəmə buna obyektiv qiymət verməmiş, nəticədə onun mülkiyyət hüququ pozulmuş, onun və övladlarının yeganə yaşayış yeri olan mübahisəli əmlakdan məhrum edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

19. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

20. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

21. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

22. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

23. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

24. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

28. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

33. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

34. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aş ağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

35. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiy ası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

38. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətind ə irəli sürülən mahiyyətcə eyni dəlillər, apelyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

39. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

40. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməs inə dair” 2021-ci il 2 aprel tarixli Qərarında vurğulamışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir.

41. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanu nvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli qərarın 53-cü bəndinə əsasən, əqdə əsaslanan iddialar üzrə qanuni qüvvəsini almış məhkəmə aktı və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan MPM-in 153.2.2-ci maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə, MPM-in 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir.

42. Göründüyü kimi qeyd olunan Konstitusiya Məhkəməsi Plenumunun qərarında ifadə olunan hüquqi mövqelərə, habelə Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının birgə qərarı ilə müəyyən olunan məhkəmə təcrübəsinə görə, hər hansı bir əqdə əsasən irəli sürülən iddia tələbinin həlli üçün, ilk növbədə, iddiaçının istinad etdiyi əqdin etibarlılığına qiymət verilməlidir. Bu cür qayda, əqdə əsasən irəli sürülən iddiaya baxıldıqdan sonra, tələbin əsasını təşkil etmiş əqdin ayrılıqda mübahisələndirilməsini yolverilməz sayır.

12. İddiaçının hazırda etibarsız sayılmasını tələb etdiyi ipoteka müqaviləsinə istinadla borcun ipotekaya yönəldilməsi barədə iddiaya bundan əvvəl baxılmış və iddia tələbi Gəncə Apellyasiya Məhkəməsinin 13 aprel 2018-ci il tarixli, 2(104)-1394/2018 nömrəli qətnaməsi ilə təmin edilmişdir. Həmin dövrdə, yuxarıda qeyd olunan Konstitusiya Məhkəməsi Plenumunun qərarında ifadə olunan hüquqi mövqelər və Ali Mə hkəmənin Mülki və Kommersiya kollegiyalarının birgə qərarı ilə müəyyən olunan məhkəmə təcrübəsi tətbiq olunmurdu.

13. Buna görə də apelyasiya instansiyası məhkəməsi hazırki iddia tələbinə mahiyyəti üzrə baxmış və qanuni qüvvədə olan qətnamə üzrə qiymət verilmiş hala yenidən qiymət verilməsi və müqavilənin etibarlılığının yoxlanılmasının mümkünsüz olduğunu bildirmişdir.

14. Məhkəmə kollegiyası, apelyasiya instansiyası məhkəməsinin bu əsaslandırması ilə razılaşır. Belə ki, Cavabdeh3 ASC-nin borcalan X4 və ipotekaqoyan İddiaçı qarşı borcun tutulması və tutmanın opteka predmetinə yönəldilməsi barədə tələbə baxılanda İddiaçı iddia tələbinə etirazını məhz indiki iddianın əsaslarına uyğun əsaslandırmaqla bildirmişdir ki, “bank işçisi olmuş Samir adlı şəxs onlara kredit verəcəyini bildirib, evləri nin ipoteka ilə yüklü edilməli olduğunu bildirmişdir. Sənədləşmə işləri ilə əri məşğul olmuş və o, yalnız notariat orqanına gedərək müqaviləyə imza etmişdir. Lakin onlara pul verilməmiş və onun tərəfindən banka hər hansı bir ödəniş edilməmişdir. Sonradan məlum olmuşdur ki, Samir adlı şəxs onları aldatmışdır”.

15. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

16. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət ver ilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

43. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Qeyd olunmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məh dudlaşır. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

45. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Ba kı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-478/2025 nömrəli 8 yanvar 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar