Məhkəmə qərarları › İş №2(102)-142/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-142/2021

01.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-142/2021 01.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı2, İddiaçı1 cavabdehlər Cavabdeh1 və “xxxx” ASC-yə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-142/21 (Açar sözlər: kreditə görə ödənilmiş kompensasiya məbləğinin kredit müqaviləsi üzrə borcludan geri alınması) Bakı şəhəri, 01 fevral 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, iddiaçılar İddiaçı2, İddiaçı1 və onların vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlə r Cavabdeh1 və “xxxx (Azərbaycan)” ASC-yə qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020 il tarixli 2(103)-4996/2020 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı2 və İddiaçı1 kassasiya şikayətinə 01 fevral 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. «xxxx (Azərbaycan)» ASC-nin 1 nömrəli Əcəmi filialı ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixdə 124221-CNS-4200 nömrəli kredit müqaviləsi bağlanmışdır.

2. Bankdan götürdüyü kredit hesabına Cavabdeh1 avtomobil almış, avtomobili banka ipotekaya qoymuşdur. İlk vaxtlar kredit məbləğini Cavabdeh1 ödəmişdir.

3. Sonradan aralarındakı şifahi razılaşmaya əsasən Cavabdeh1 avtomobili faktiki olaraq İddiaçı2 satmışdır.

4. İddiaçı lar razılaşmaya əsasən kredit müqaviləsi üzrə qalıq borcu ödəməyi öhdələrinə götürmüşlər. a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və «xxxx (Azərbaycan)» ASC-yə qarşı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh1 adına kompensasiya kimi «xxxx (Azərbaycan)» ASC tərəfindən ödənilməli olan 3.600 manat pulun müştərək qaydada onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

6. İddia ərizəsində X1 Palatası mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində qoyulmuşdur.

7. İddiaçılar tələbini sonradan dədiqləşdirərək «xxxx (Azərbaycan)» ASC tərəfindən onlara ödənilməli olan kompensasiya məbləğinin Cavabdeh1 alınaraq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

8. İddia tələbi onunla əsaslandırılıb ki, İddiaçı2 07 dekabr İ 2015-ci il tarixdə ondan mülki etibarnamə əsasında «KİA Cerato» markalı nəqliyyat vasitəsini Cavabdeh1 almışdır.

9. Aralarında olan razılaşmaya əsasən həmin avtomobilə görə Cavabdeh1 bank qarşısında qalan öhdəliyini İddiaçı2 icra etməli idi.

10. Avtomobili aldıqdan dərhal sonra İddiaçı2 banka 4.500 ABŞ dolları ödəniş etmişdir.

11. Qısa bir müddətdən sonra, xx.xx.2015-ci il tarixdə ölkədə ikinci devalvasiya baş vermişdir.

12. Buna baxmayaraq, ödənişləri İddiaçı2 və onun əvəzindən İddiaçı1 ödəməyə davam etmiş və qrafik üzrə nəzərdə tutulan vaxtda kredit müqaviləsi üzrə borcu tam ödəmişlər. 13. 2019-cu ilin fevral ayında Azərbaycan Respublikası Prezidentinin məlum Fərmanından sonra öyrənmişlər ki, onlara kompensasi ya məbləği ödənilməlidir. Lakin kredit müqaviləsi Cavabdeh1 adına olduğu üçün bank onlara həmin kompensasiya məbləğini ödəməkdən imtina edir.

14. Cavabdeh1 ilə isə əlaqə saxladıqda, o da müxtəlif bəhanələr gətirərək onlara çatmalı olan məbləği almaları üçün onlara etibarnamə verməkdən imtina etmişdir.

15. İddiaçılar tələblərini Mülki Məcəllənin 21 və 1092-ci maddələri ilə əsaslandırmışlar.

16. Cavabdeh1 iddiya etiraz olaraq tələbin əsassız olmasını göstərmişdir.

17. Cavabdeh «xxxx (Azərbaycan)» ASC-nin nümayəndəsi iddiaya etirazını onunla əsaslandırıb ki, xx xxxxx 2014-cü il tarixli avtomobil krediti müqaviləsi Cavabdeh1la bağlandığı üçün “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx x xxxxx 2019cu il tarixli Fərmanına uyğun olaraq 3262 manat kompensasiya da Cavabdeh1 ödənilmişdir. İddiaçıların bankla hər hansı müqaviləsi yoxdur. Bu səbəbdən iddia banka qarşı təmin edilə bilməz.

18. Birinci instansiya məhkəməsi 28 avqust 2019-cu il tarixli qərardadla məhkəməmühasibatlıq ekspertizası təyin etmişdir.

19. Məhkəmə ekspertiza mərkəzinin xx.xx.2019-cu il tarixli 27750 saylı ekspert rəyinə əsasən təqdim edilmiş sənədlərə (ödəniş qəbzləri, ödəniş cədvəli) əsasən «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına uyğun olaraq xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 ödənilməli kompensasiya 186 manat 30 qəpik, İddiaçı2 və İddiaçı1 ödənilməli kompensasiya isə 3.075,70 manat təşkil edir.

20. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 yanvar 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 3.075,70 manat kompensasiya məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh1 tutularaq iddiaçılar İddiaçı2 və İddiaçı1 ödənilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 145 manatın Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Məhkəmə Ekspertizası Mərkəzinin müəyyən etdiyi hesab üzrə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. (hakim Səməd Cəfərov)

20. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara istinadən müəyyən etmişdir ki, “xxxx (Azərbaycan)” ASC-nin 1 nömrəli Əcəmi filialı ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixli 124221-CNS-4200 nömr əli kredit müqaviləsi bağlanmış, sonuncuya müqavilə şərtlərinə uyğun olaraq kredit verilmişdir.

21. Verilmiş kredit hesabına Cavabdeh1 avtomobil almış, avtomobil banka ipotekaya qoyulmuş, Cavabdeh1 ilk vaxtlar kredit məbləğini ödəmiş, sonradan aldığı avtomobili faktiki olaraq İddiaçı2 satmış, tərəflər arasında olan şifahi razılaşmaya əsasən İddiaçı2 kredit müqaviləsi üzrə qalıq borcu ödəməyi öhdəsinə götürmüşdür. İddiaçılar müxtəlif tarixlərdə banka Cavabdeh1 ilə bağlanmış kredit müqaviləsi üzrə ödəniş etmişlər.

22. Birinci instansiya məhkəməsi iş materialları, o cümlədən eksper rəyi əsasında hesab etmişdir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə ödənişləri tam və vaxtında faktiki olaraq icra etməmiş, ödənişlərin böyük hissəsini iddiaçılar həyata keçirmişlər. Əgər hesablanmış kompensasiya məb ləği cavabdehə ödənilərsə, cavabdeh iddiaçılara münasibətdə 3.075,70 manat məbləğində əsassız varlanır, iddiaçılara isə qeyd olunan məbləğdə maddi ziyan vurulur.

23. Məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçıların cavabdeh və bank arasında bağlanmış kredit müqaviləsi üzrə faktiki ödədikləri ödənişlərin cəmi məbləğinə mütənasib olaraq onlara 3.075,70 manat 70 qəpik məbləğində kompensasiya ödənilməlidir.

24. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 21, 386.1, 439.4, 1096 və 1097-ci maddələrinə istinad etmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

25. Cavabdeh1 qətnamədən apelyasiya şikayəti verib.

26. Apelyasiya şikayətinin dəlilləri ondan ibarət olub ki, birinci instansiya məhkəməsi xx.xx.2020-ci il tarixdə işə baxarkən, işə baxılmasının yeri və vaxtı barəd ə qanunla nəzərdə tutulmuş qaydada Cavabdeh1 məhkəmə bildirişi göndərməmiş, onun məhkəmə iclasında iştirakını təmin etməmiş, nəticədə Cavabdeh1 ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi hüququ pozulmuş, Cavabdeh1 məhkəmədə iştirak edə bilmədiyinə görə iddiaçıların qanunsuz və əsassız iddiasına qarşı özünün əsaslı olan dəlillərini məhkəməyə təqdim edə bilməmiş və özünün müdafiəsini təşkil edə bilməmişdir. 27. “xxxx (Azərbaycan)” ASC-nin 1 nömrəli Əcəmi filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 124221-CNS-4200 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 bankdan kredit götürüb, “KİA Cerato” markalı ** ZT *** dövlət qeydiyyat nişanlı avtomobili almış və avtomobili bank qarşısında borcun ödənilməsinin təminatı kimi ipote ka ilə yüklü etmişdir.

28. Cavabdeh1 ilk vaxtlar kredit məbləğini vaxtında ödəmiş, sonradan ölkədə baş vermiş devalivasiya nəticəsində kreditin ödənilməsində çətinliyi yaranmışdır.

29. Bu səbəbdən avtomobili dəyərindən çox aşağı qiymətə, təxminən 10000 ABŞ dolları ucuz qiymətə, 21.000 manata satmaq qərarına gəlmişdir ki, banka olan borcunu tam ödəsin.

30. Həmin vaxt İddiaçı2 Cavabdeh1 məxsus olan “KİA Cerato” markalı ** ZT *** dövlət qeydiyyat nişanlı avtomobili 21.000 manata almağa razılaşmış, lakin avtomobilin tam dəyərini nağd ödəyə bilməyəcəyini bildirərək, avtomobilin dəyərinin bir hissəsini Cavabdeh1 nağd ödəməyi, qalan hissəsini isə Cavabdeh1 əvəzindən “xxxx (Azərbaycan)” ASC-yə olan ödəməyi öhdəsinə götürmüşdür.

31. Cavabdeh xx.xx.2015-ci il tarixdə avtomobilin satışından əldə et diyi puldan 4.500 ABŞ dollarını banka dərhal ödəmiş, cəmi 4.500 ABŞ dolları borcu qalmışdır, İddiaçı2 Cavabdeh1 xx.xx.2015-ci il tarixdən sonra banka ödəməli olduğu 4500 ABŞ dollarını (avtomobilin dəyərinin qalıq hissəsini) tam şəkildə banka ödəməyi öhdəsinə götürmüşdür.

32. Bu razılaşmaya əməl edərək, Cavabdeh1 mülkiyyətində olan avtomobilə dair İddiaçı2 xx.xx.2015-ci il tarixdə etibarnamə vermiş, həmçinin avtomobili və ona aid sənədləri, sığorta şəhadətnaməsini İddiaçı2 təhvil vermişdir. İddiaçı2 avtomobilin dəyərinin bir hissəsini nağd olmaqla, qalan hissəsini isə banka olan borcu ödəmək şərti ilə nisyə almışdır.

33. Cavabdeh1 İddiaçı2 qarşısında hər hansı bir öhdəliyi yoxdur, İddiaçı2 avtomobilin razılaşdırılmış 21000 manat (həmin vaxt avtomobilin real dəyəri 32.00033.000 manat idi) də yərini, özünün bildirdiyi kimi bir hissəsini nağd şəkildə, qalan 4500 ABŞ dollarını isə hissə-hissə olmaqla banka ödəmiş və Cavabdeh1 mülkiyyətində olan “KİA Cerato” markalı ** ZT *** dövlət qeydiyyat nişanlı avtomobili öz mülkiyyətinə keçirmişdir.

34. Hazırda avtomobil iddiaçının mülkiyyətinə keçdiyinə görə iddiaçıya heç bir şəkildə zərər dəyməmişdir. Cavabdeh1 iddiaçılar İddiaçı2 və İddiaçı1 qarşısında hər hansı bir müqavilədən və ya qanundan irəli gələn öhdəliyi mövcud olmamışdır.

35. İddiaçılar apelyasiya şikayətinə yazılı etiraz təqdim etmişlər.

36. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh1 məhkəmə bildirişlərini alıb.

37. Cavabdehlə İddiaçı2 arasında bağlanmış şifahi razılışmaya əsasən xx.xx.2015ci il tarixdə ** ZT *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı2 satılmışdır və h əmin tarixdən avtomobilə dair bütün hüquqlar (o cümlədən mülkiyyət hüququ) və “xxxx” ASC-nin qarşısında olan Cavabdeh1 kredit öhdəlikləri İddiaçı2 keçirilmişdir. İddiaçı2 tərəfindən icra edilmiş kredit öhdəliklərinə görə kompensasiya məbləğinin Cavabdeh1 tərəfindən alınması əsassız varlanma kimi qiymətləndirilir.

38. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020 il tarixli 2(103)4996/2020 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)- 264/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə – iddianın təmin olunmuş hissəsində ləğv edilmiş, həmin hissədə iddia rədd edilərək, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının tədqiqatının dəyəri olan 145 (bir yüz qırx beş) manat məbləği ndə ekspertiza xərcinin iddiaçılar İddiaçı2 və İddiaçı1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin müəyyən etdiyi hesab üzrə ödənilməsi qət edilmişdir. (hakimlər X5 (sədrlik edən və məruzəçi), X6 oğlu və X2)

39. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdehə ödənilmiş kompensasiya məbləği “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanına əsasən müəyyən edilmişdir. Həmin Fərmana əsasən fiziki şəxslərin banklara 10000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilməklə bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməsi qərara alınmışdır.

40. Apellyasiya məhkəməsinin mövqeyinə görə Azərbaycan Respublikası Prezidentinin yuxarıda qeyd edilən Fərmanına əsasən kompensasiya məbləğinin kredit götürən şəxslərə ödənilməsi nəzərdə tutulmuşdur. Elə həmin Fərmana uyğun olaraq da kompensasiya məbləği məhz cavabdehə ödənilmişdir.

41. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddia tələbinin təmin edilməsi üçün əsaslar olmadığından birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmamışdır.

42. Apellyasiya məhkəməsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanına istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

43. İddiaçılar İddiaçı2 və İddiaçı1 ( Vəkil) qətnamədən kassasiya şikayəti verib.

44. Kassasiya şikayəti belə əsaslandırılıb ki, ödənişləri iddiaçılar ediblər, buna görə də Cavabdeh1 ödənilən kompensasiya iddiaçılara verilməlidir. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

45. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etiraz daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları

46. Məhkəmə iclasında iddiaçılar İddiaçı2 və İddiaçı1 və onların vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdilər.

47. Məhkəmə iclasının yeri və vaxtı barədə lazı mi qaydada məlumat verilsə də, iş üzrə cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbələri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. ” Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş göstərməli və i.a ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və y a əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərar dadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması”apellyasiya instansi yası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

48. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktik i halları araşdırması kimi qiymətləndirilməməlidir.

49. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə iddiaçılar tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

50. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

51. Baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.

52. İddia tələbi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanına əsasən Cavabdeh1 bank tərəfindən ödənilmiş kompensasiyanın iddiaçılara ödənilməsi barədədir.

53. Apellyasiya məhkəməsi Azərbaycan Respublikası Prezidentinin yuxarıda qeyd edilən Fərmanına istinadən hesab etmişdir ki, həmin Fərmanla kompensasiya məbləğinin kredit götürən şəxslərə ödənilməsi nəzərdə tutulmuşdur və Fərmana uyğun olaraq kompensasiya məbləği də kredit götürən şəxs kimi cavabdehə ödənilmişdir.

53. Məhkəmə kollegiyası hesab edir ki, iddianı təmin edən birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərkən apelyasiya məhkəməsi qeyd edilən Fərmana is tinad etməklə düzgün nəticəyə gəlmişdir. Çünki həmin Fərman manatın məzənnəsinin düşməsi nəticəsində kredit götürən şəxslərin maliyyə itkisinin qarısını almaq məqsədi daşıyır. İşin müəyyən edilən mübahisəsiz halı da odur ki, cavabdehə də kompensasiya onunla bağlanmış kredit müqaviləsinə əsasən verilib.

54. Bu baxımdan apelyasiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmamışdır.

55. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

56. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı2 və İddiaçı1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kol legiyasının xx xxxx 2020 il tarixli 2(103)4996/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar