Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-142/2023 23.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Cəlilabad rayon şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək stajının müəyyən edilməsi, sübutların qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1047/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən ərizəçi tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inziba ti binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
1. Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, onun 1978-ci ilin yanvar ayından 1978-ci ilin sentyabr ayınadək “Cəlilabad PMK-5” idarəsində işləməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi xx xxxx 1955-ci il tarixdə Cəlilabad şəhərində doğulmuş, 21 oktyabr 1975-ci il tarixdən 14 dekabr 1977-ci il tarixə kimi hərbi xidmətdə olmuşdur. O, ilk əmək fəaliyyətinə 1978-ci ilin yanvar ayında “Cəlilabad PMK-5” idarəsində fəhlə işləməklə başlamış, 1978-ci ilin sentyabr ayınadək həmin idarədə işləmişdir. Sonra isə həmin idarədən işdən çıxaraq 06 sentyabr 197 8-ci il tarixdə Prişib 108 nömrəli orta kənd texniki peşə məktəbində istehsalatda təlim ustası vəzifəsinə işə qəbul olunmuş, 16 iyun 1993-ci il tarixə kimi həmin vəzifədə işləmişdir. Peşə məktəbində işləyərkən ona əmək kitabçası yazılsa da, “Cəlilabad PMK-5” idarəsində işləməsi əmək kitabçasında qeyd edilməmişdir. Buna səbəb “Cəlilabad PMK-5” idarəsinin sənədlərinin (əmr və əmək haqqı kitabları) arxivə təhvil verilməməsi olmuşdur. Yaşa görə əmək pensiyası almaq üçün DSMF-nin Cəlilabad rayon şöbəsinə müraciət etmiş, lakin əmək kitabçası olmadığı üçün maraqlı şəxs tərəfindən ərizəçinin həmin idarədə işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Onun “Cəlilabad PMK-5” idarəsində işləməsi həmin dövrdə onunla birlikdə işləyən şəxslərin şahidliyi ilə təsdiq olunur.
3. Maraqlı şəxsin nümayəndəsi (filialın direktoru) ərizəyə yazılı etiraz vermişdir. Etirazın dəlilləri: - ərizəçi pensiya təyin edilməsi ilə 9 saylı Regional Ərazi Filialına müraciət etmiş, lakin onun 1978-ci ilin yanvar ayından 1978-ci ilin sentyabr ayına kimi “Cəlilabad PMK5”da işləməsi ilə əlaqədar əmək kitabçası olmadığından ona pensiya hesablanması mümkün olmamışdır; - ərizəçinin 24 il 6 ay 29 gün sosial sığorta stajı var. Ərizəçinin 29 aprel 1978-ci il tarixində əyani təhsilini başa vurub, əmək kitabçasının surətinə əsasən 06 sentyabr 1978ci il tarixində Prişib 108 nömrəli orta KTPM-də istehsalat təlimi ustası vəzifəsinə təyin edildiyi nəzərə alınarsa, onun ərizədə qeyd etdiyi 1978-ci ilin yanvar ayından 1978-ci ilin sentyabr ayınadək olan dövrdə ən çoxu 4 ay 9 gününü qanuni (rəsmi) şə kildə “Cəlilabad PMK-5”-də fəhlə işləmiş ola bilər; - “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabına sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci ilin iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi, ərizəşinin təsdiq oluna biləcək sosial sığorta stajı (4 ay 9 gün) onun mövcud stajına (24 il 6 ay 29 gün) əlavə olunsa belə bu da 24 il 11 ay 8 gün edir ki, bu da onun əmək pensiyası hüququnun yaranması üçün kifayət etmir; - ərizəçinin 24 il 6 ay 29 gün sosial sığorta stajının olması Şirvan İnzibati Məhkəməsinin 18 avqust 2020-ci il tarixli qərarında da qeyd edilib.
4. Cəlilabad Rayon Məhkəməsinin 2(073)-207/2021 saylı, 02 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hаkim E.Əmirəliyev) ərizə qismən təmin edilmiş, xx.xx.1955-ci ildə Cəlilabad şəhərində doğulmuş İddiaçı 1978-ci ilin aprel ayından 1978-ci ilin sentyabr ayına kimi “Cəlilabad PMK-5” idarəsində fəhlə işləməsi faktı müəyyən olunmuş, ərizə qalan hissədə təmin edilməmişdir.
5. Məhkəmə ərizəni qismən təmin edərkən, “Cəlilabad PMK-5” idarəsinə aid 1978-ci ilin əmr və əmək haqqı kitablarının arxivə təhvil təhvil verilməməsi barədə Cəlilabad rayon Dövlət Arxivi tərəfindən verilmiş 25 yanvar 2020-ci il tarixli, 187 nömrəli arxiv arayışa, ərizəçinin 1975-ci ildən 28 aprel 1978-ci il tarixinə kimi Kənd Təsərrüfatı Nazirliyinin F.Ə.Məlikov adına Salyan rayon X2 təhsil alması barədə diploma və şahid ifadələrinə istinad etmiş, mövqeyini Mülki Prosessual Məcəllənin 309.1, 311-ci, “Əmək pensiyaları haqqında” Qanunun 2.5 və 30.1-ci maddələri ilə əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
6. Maraqlı şəxs apellyasiya şikayəti verib, qətnamənin ləğv edilməsini və ərizənin rədd edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayətinin dəlilləri: - təsdiq edilmiş sosial sığorta stajı (4 ay 9 gün) ərizəçinin mövcud stajına (24 il 6 ay 29 gün) əlavə olunsa belə bu da 24 il 11 ay 8 gün edir ki, bu da onun əmək pensiyası hüququnun yaranması üçün kifayət etmir. Bu da qətnamə ilə müəyyən edilmiş faktın hüquqi əhəmiyyətinin olmadığı nı göstərir; -məhkəmə ərizəçinin 1978-ci ilin aprel ayının hansı günündən 1978-ci ilin sentyabr ayının hansı gününə qədər “Cəlilabad PMK-5” idarəsində işləməsini qeyd etməyib; - məhkəmə şahidlərin əmək kitabçasına istinad etməmiş və onların konkret hansı dövrdə“Cəlilabad PMK-5” idarəsində işlədiklərini göstərməmişdir.
8. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-2461/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.Kərimov (sədrlik edən və məruzəçi), T.Heydərov, İ.Əhmədov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ərizəçinin 1978-ci ilin aprel ayından 1978-ci ilin sentyabr ayına kimi “Cəlilabad PMK-5” İdarəsində fəhlə işləməsi faktının müəyyən olunması hissədə dəyişdirilmiş, ərizəçinin 29 aprel 1978-ci il tarixində n 06 sentyabr 1978-ci il tarixinədək “Cəlilabad PMK-5” İdarəsində fəhlə işləməsindən ibarət hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, keçmiş “Cəlilabad PMK-5” İdarəsinin ləğv olunması və sənədlərinin arxivə təhvil verilməməsi səbəbindən ərizəçinin həmin müəssisədə fəhlə işləməsini, əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiq edən əmək fəaliyyəti barədə sənədləri bərpa etmək, başqa qaydada əldə etmək imkanı yoxdur. İş üzrə şahid qismində ifadəsi alınan şəxslər təqdim olunan əmək kitabçalarına əsasən ərizəçi ilə eyni dövrdə həmin müəssisədə işləyən şəxslərdir və onlar ərizəçinin həqiqətən qeyd edilən dövrdə onlarla birlikdə işləməsini şahid if adələri ilə təsdiq etmişlər.
10. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən ərizəçinin qeyd etdiyi müəssisədə müəyyən dövr ərzində işləməsindən ibarət hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması, həmin müddətin ərizəçinin sosial sığorta stajına daxil olması üçün əsas olduğundan, sosial sığorta stajları isə işçinin konkret işlədiyi müddət (gün, ay, il) göstərilməklə müəyyən edildiyindən, birinci instansiya məhkəməsi ərizəçinin əyani formada təhsil aldığı texnikomu bitirmə tarixini (29 aprel 1978), iş materiallarnda olan əmək kitabçasına əsasən 06 sentyabr 1978-ci ildən Prişib 108 nömrəli orta məktəbində işə düzəlməsini nəzərə almalı, bununla bağlı dəqiqləşdirmə aparmalı və ərizəçinin 29 aprel 1978-ci ildən 06 sentyabr 1978-ci il tarixinə dək olan dövr ərzində «Cəlilabad PMK-5» İdarəsində fəhlə işləməsindən ibarət hüquqi əhəmiyyəti olan faktı müəyyən etməli idi. c)Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
11. Maraqlı şəxs kassasiya şikayəti verib, qətnamənin ləğv, ərizənin rədd edilməsini xahiş etmişdir.
12. Kassasiya şikayətinin dəlilləri: - MPM-in 310-cu maddəsinə görə lazımı sənədləri ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü ərizəçi sübut etməlidir. Yalnız “Cəlilabad PMK5” İdarəsinin əmr və əmək haqqı kitablarının arxivə təhvil verilməməsi barədə arxiv arayışına isitnad edilmişdir; - apellyasiya məhkəməsi “Cəlilabad PMK-5” İdarəsinin hüquqi varisi, hüquqi varis olmadığı halda həmin idarənin tabe olduğu yuxarı orqanın müəyyən edilməsi üçün hər hansı araşdırma aparmamış, bunun müəyyən edilməsindən ötrü aidiyyatı üzrə sorğu verməmişdir.
13. Apellyasiya məhkəməsi ərizəni qismən təmin edərkən Cəlilabad rayon Dövlət Arxivi tərəfindən verilmiş 25 yanvar 2020-ci il tarixli, 187 nömrəli arayışa və şahid ifadlərinə istinad etmişdir. Həmin arayışda qeyd edilib ki, “Cəlilabad PMK-5” idarəsinə aid 1978-ci ilin əmr və əmək haqqı kitabları arxivə təhvil verilməmişdir.
14. Dövlət Arxivinin arayışında ərizəçiyə lazım olan məlumatlar üzrə sənədlərin arxivə təhvil verilməməsi qeyd edilib. Bu, həmin sənədlərin, ümumiyyətlə, mövcud olmaması anlamına gəlmir. Qanunvericiliyin tələbinə görə isə məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
15. Eləcə də məhkəmələr, o cümlədən apellyasiya məhkəməsi “Cəlilabad PMK-5” idarəsinə aid 1978-ci ilin arxiv sənədlərinin arxivə təhvil verilməməsinin səbəblərini araşdırmamışdır. Hər hansı fakt barədə arxiv məlumatlarının olmaması özü-özlüyündə həmin faktın məhkəmə qaydasında tanınmasına əsas vermir. Bütün hallarda arxivdə məlumatın olmaması səbəbləri də araşdırılmalıdır.
16. Həmçinin istinad edilən şahid ifadələri ilə bağlı qeyd edilməlidir ki, həmin şahidlərin adına olan əmək kitabçaları işdə olsa da, şahidlərin “Cəlilabad PMK-5” idarəsində işləyibişləməmələri, işləyiblərsə, işlədikləri dövrlərin ərizəçinin ərizədə qeyd etdiyi dövrlərlə üstüstə düşüb-düşməməsini aydınladırmayıblar.
17. Bu baxımdan, Cəlilabad rayon Dövlət Arxivi tərəfindən verilmiş 25 yanvar 2020- ci il tarixli, 187 nömrəli arayışa və şahid ifadlərinə apellyasiya məhkəməsi tərəfindən verilən qiymət Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun qiymətləndirilmə kimi qəbul edilə bilməz.
18. Həmçinin şahidlər “Cəlilabad PMK-5” idarəsində işlədikləri halda onlara əmək kitabçası yazılıbsa, ərizəçiyə hansı səbəbdən əmək kitabçasının yazılmaması araşdırılmayıb. Üstəlik, ərizədə qeyd edilən “Cəlilabad PMK-5” idarəsinin hazırda mövcud olub-olmaması, hüquqi varisinin, yaxud onun tabe olduğu müvafiq qurumun mövcud olubolmaması müəyyən edilməyib. Belə olan halda, ərizəçinin tanınmasını xahiş etdiyi hüquqi faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyi, yaxud itirilmiş sənədin bərpasının mümkün olmadığı barədə qənaətə gəlmək mümkün deyil. Halbuki MPM-in 310-cu maddəsinə görə ərizəçi lazım i sənədləri ala bilməməsinə, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünə dair sübutlar təqdim etməlidir.
19. Bundan başqa, iş materiallarına əlavə edilmiş Şirvan İnzibati Məhkəməsinin 21(120)-635/2020 saylı, 18 avqust 2020-ci il tarixli qərarından görünür ki, ərizəçi İddiaçı 1968-ci ildən 1972-ci ilin sonuna kimi Cəlilabad rayonu Ruhulla Axundov kolxozunda işlədiyi müddətin, 10 noyabr 1975-ci ildən 14 dekabr 1977-ci ilə kimi hərbi xidmətdə olduğu müddətin, 06 sentyabr 1978-ci ildən 19 iyul 1999-cu ilə kimi 108 nömrəli Texniki Peşə məktəbində işlədiyi müddətin sosial sığorta stajı kimi müəyyən edilərək, ona yaşa görə pensiya təyin edilməsi öhdəliyinin DSMF-nin Cəlilabad rayon şöbəsinin üzərinə qoyulması barədə iddia qaldırmış, iddiası rədd edilmişdir. Göründüyü kimi, ərizəçi Şirvan İnz ibati Məhkəməsinə verdiyi ərizədə “Cəlilabad PMK-5” idarəsində işlədiyi müddətin sosial sığorta stajı kimi müəyyən edilməsini qeyd etməmişdir. Apellyasiya məhkəməsi qeyd edilən halla bağlı hər hansı araşdırma aparmamış, ərizəçinin nəyə görə Şirvan İnzibati Məhkəməsinə verdiyi ərizədə “Cəlilabad PMK-5” idarəsində işlədiyi müddətin sosial sığorta stajı kimi müəyyən ediməsini istəmədiynə, sonradan bu faktın hazırki ərizə ilə hansı zərurətdən irəli gələrək müəyyən edilməli olmasına aydınlıq gətirməmişdir. ç)Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
20. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1047/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – N.Mirzəyev (sədrlik edən və məruzəçi), Z.Allahyarov və İ.Əsədov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, ərizə təmin edilməmişdir.
21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş ərizəçi İddiaçı məxsus 28 aprel 1978-ci il tarixli, 015360 seriyalı diplomun surətindən görünür ki, İddiaçı 1975-ci ildən 28 aprel 1978-ci il tarixə kimi Kənd Təsərrüfatı Nazirliyinin F.Ə.Məlikov adına Salyan rayon X2 əyani təhsil almışdır. İşin müəyyən edilmiş qeyd olunan halı şahid ifadələrinin ərizəçinin tələb olunan illərdə «Cəlilabad PMK-5» idarəsində işləməsi faktının müəyyən edilməsində mötəbər sübut kimi qəbul edilməsini istisna edir.
22. Bundan başqa, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şirvan Apellyasiya Məhkəməsi tərəfindən ünvanlanmış sorğuya 25 iyul 2022-ci il tarixli **********91 saylı cavab məktubunda göstərilmişdir ki, «Müraciətdə qeyd olunan Cəlilabad rayon 5 nömrəli X1 28 dekabr 1970-ci ildə keçmiş SSR Nazirlər Sovetinin Üzümçülük və X5 Komitəsinin «Sovxozşərabtikinti» trestinin tabeçiliyində yaradılmış, 1987-ci ilin yanvar ayından isə 9 nömrəli Təsərrüfatlararası Təmir X1 adlandırılmışdır. Cəlilabad rayon 9 nömrəli Təsərrüfatlararası Təmir X1 «Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı»na uyğun olaraq 1998-ci ildə əmək koolektivi tərəfindən özəlləşdirilmişdir. Özəlləşdirmə ilə bağlı təqdim olunmuş sənədlərdə əmək kollektivinin üzvləri və onlara bərabər tutulan şəxslərin siyahısında İddiaçı adı qeyd edilməmişdir. Həmçinin, müəssisə özəlləşdirilərək xüsusi mülkiyyətə verildiyindən hazırd a hüquqi varisliyi qaydasında hansı adla qeydə alınması, fəaliyyəti və İddiaçı 1978-ci ilin yanvar ayından 1978-ci ilin sentyabr ayınadək həmin müəssisədə işləməsi faktının müəyyən edilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətində hər hansı məlumat yoxdur».
23. Məhkəmə kollegiyası belə yekun nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi təqdim olunmuş sübutları işin halları üzrə düzgün qiymətləndirməmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı nəticəyə gəlməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. Ərizəçi kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə birinci instansiya məhkəməsi tərəfindən konkret hansı normanın düzgün tətbiq edilməməsindən bəhs olunmayıb. Nə qədər ki, qətnamə çıxarılarkən maddi hüquq normasına istinad edilməyib, qətnamə qanunsuzdur. Apellyasiya məhkəməsinin şahid ifadələrini mötəbər sübut kimi qəbul etməməsi əsassızdır. Həmçinin, əmək kitabçası verilmədiyi halda 20 ildən sonra özəlləşmə ilə əlaqədar təqdim olunmuş sənədlərdə ərizəçinin adının olmaması təbiidir və istinad olunan halın ərizənin təmin olunmaması ilə əlaqəsi yoxdur. Qətnamə tamamilə qanunsuzdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
27. Maddə 1 4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
29. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə
81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən mü əyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
32. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.
33. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 89.1. Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.
35. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməs i, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
36. Maddə
308. Məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
37. Maddə 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.
38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
41. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
42. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
43. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
44. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymət ləndirilməməlidir.
45. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
47. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərək onu qeyd edir ki, işə birinci dəfə apellyasiya instansiyası məhkəməs i tərəfindən baxılaraq çıxarılan qətnamə ona görə ləğv edilmişdir ki, sübutlar hərtərəfli olaraq araşdırılmamışdır, sübutlara hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməmişdir.
48. İşə ikinci dəfə baxaraq qətnamə çıxaran apelyasiya məhkəməsi mövqeyini mövqeyi hazırki qərarın 22-24-cü bəndlərində göstərilmişdir və kassasiya instansiyası məhkəməsi də həmin əsaslandırma ilə razılaşır və əlavə dəyərləndirmə aparılmasına lüzum görmür
49. Kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin bu qərarın 22-24 cü bəndlərində göstərilən əsaslandırması ilə razılaşır və həmçinin qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən müvafiq maddi və prosessual hüquq normalarına- “Əmək pensiyaları haqq ında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrinə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın müvafiq bəndinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq maddələrinə də istinad etmişdir.
50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.
51. Kassasiya instansiyası məhkəməsi yuxarıdakılara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə təmin edilməməli, apelyasiya instansiyası məhkə məsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
52. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Ərizəçi İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1047/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın Qərar qəbul edildiyi andan qüvvəyə minir.