Məhkəmə qərarları › İş №2(102)-1420/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1420/2020

11.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1420/2020 11.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 08 oktyabr 2019-cu il tarixli qətnaməsindən cavabdeh x2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 11 mart 2020-ci il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 may 2019-cu il tarixli, 2(006)-117/2019 saylı qətnaməsi ilə (sədrlik edən hakim N.Tağıyeva) iddia qismən təmin edilmiş, x1 ilə cavabdeh x2 arasında bağlanmış 16 aprel 2010-cu il tarixli 061-10/İ saylı kredit müqaviləsinin ləğv edilməsi, 16 aprel 2010-cu il tarixli 061-10/İ saylı kredit müqaviləsinə əsasən kredit borcu üzrə cəmi 49842.69 manat (qırx doqquz min səkkiz yüz qırx iki manat altmış doqquz qəpik), (ondan 44170.04 manat əsas borc, 5172.65 manat faiz borcu, 500 manat cərimə borcu olmaqla) manat məbləgində pul vəsaitinin cavabdeh x2ndan iddiaçı x1-nin xeyrinə tutulması, tutmanın borcun təminatı olaraq ipoteka ilə yüklü edilmiş x2na məxsus olan ünvan 1 ümumi sahəsi 60 kv.m, 47 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 97 saylı mənzilə yönəldilməklə, həmin mənzilin açıq hərracdan satılması və əldə olunmuş pul vəsaitindən x2nun x1-yə olan borcunun ödənilməsi, iddiaçının tələbi tam ödənildikdən sonra satışdan qalan məbləğin x2na qaytarılması, İş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat məbləğində pul vəsaitinin cavabdeh x2ndan tutulması və Dövlət büdcəsinə köçürülməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq cavabdeh x2ndan 30 (otuz) manat məbləğində pul vəsaitinin x1 xeyrinə tutulması, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 08 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər V.Həsənov (sədrlik edən-məruzəçi), Ş.Məmmədova və X.Sarıyev, 2(103)-11313/2019 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 may 2019-cu il tarixli, 2(006)117/2019 saylı qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul olunmuş, iddia qismən təmin olunmuş, iddiaçı x1 ilə cavabdeh x2 arasında bağlanmış 16 aprel 2010-cu il tarixli 061-10/İ saylı kredit müqaviləsi ləğv edilməsi, 16 aprel 2010-cu il tarixli 061-10/İ saylı kredit müqaviləsinə əsasən kredit borcu üzrə cəmi 49778.1 manat (qırx doqquz min yeddi yüz yetmiş səkkiz manat on qəpik) (ondan 44105.45 manat əsas borc, 5172.65 manat faiz borcu, 500 manat cərimə borcu olmaqla) manat məbləgində pul vəsaiti cavabdeh x2ndan iddiaçı x1-nin xeyrinə tutulması, tutma borcun təminatı olaraq ipoteka ilə yüklü edilmiş x2na məxsus olan ünvan 1 ümumi sahəsi 60 kv.m, 47 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 97 saylı mənzilə yönəldilsin, həmin mənzil açıq hərracdan satılsın və əldə olunmuş pul vəsaitindən x2nun x1-yə olan borcu ödənilməsi, cavabdeh x2na məxsus olan ünvan 1 ümumi sahəsi 60 kv.m, 47 kv.m yaşayış sahəsin dən ibarət 3 otaqlı 97 saylı mənzilin ilkin satış qiyməti 100.000 (yüz min) manat müəyyən edilməsi, iddiaçının tələbi tam ödənildikdən sonra satışdan qalan məbləğ x2na qaytarılması, qeyd olunan əmlak satıldıqdan sonra ən geci bir ay ərzində cavabdeh x2 həmin mənzildən çıxarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat məbləğində pul vəsaiti cavabdeh x2ndan tutulsun və Dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. İşin halları İddiaçı x1 iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, 16 aprel 2010-cu il tarixli 061-10/İ saylı kredit müqaviləsinin ləğvi, cavabdehdən ümumilikdə 49491.44 manat (əsas borcu 44105.45 manat, faiz borcu 1795.33 manat, dəbbə pulu 3590.66 manat) və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tələbin cavabdeh tərəfindən ipoteka ilə yüklü edilmiş ünvan 1 ümumi sahəsi 60 kv.m, 47 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 97 saylı mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, qeyd olunan əmlak satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, cavabdehin və onunla birlikdə yaşayanların həmin əmlakdan çıxarılması, əmakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına ASC-yə 49491.44 manat məbləğin və 30 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri Cavabdeh x2 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edil məməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. İddiaçının nümayəndəsi x3 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etm əmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfində n sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, x1 ilə x2 arasında bağlanmış 16.04.2010-cu il tarixli kredit müqaviləsi əsasında ona illik 8 faiz ödəmək şərtilə 300 ay müddətinə 50000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi tərəflər arasında müvafiq ipoteka müqaviləsi bağlanaraq ünvan 1 ümumi sahəsi 60 kv.m, 47 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 97 saylı mənzil bank qarşısında yüklü edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1- ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş g örməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməm əsi borclunun icranı gecikdirməsi sayılır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin qanunun 34.1.1-ci maddəsinə görə isə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Mülki Məcəllənin 317-ci maddəsində isə təsbit edilmişdir ki, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təm in etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34.1.1, 34.1.2-ci maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Mübahisənin müəyyən olunmuş hallarından göründüyü kimi x1 ilə x2 arasında kredit müqavilələrindən irəli gələn müqavilə-hüquq münasibətləri yaranmışdır. Belə ki, borcalan cavabdeh x2nun hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. O, kredit müqaviləsi üzr ə üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq ödənişlər etməli olduqları halda müəyyən miqdar ödənişlər etsə də, razılaşdırılmış müddətdə və qaydada tam ödənişlər etməmişdir, bununla da, iddiaçının müqavilədən irəli gələn tələb kimi vurulmuş zərərin əvəzinin ödənilməsi ilə yanaşı tutmanın ipoteka predmetinə yönəldilməsini tələb etmək hüququ da yaranmışdır. Apellyasiya instansiyası məhkəməsi cavabdehin əsas və faiz borcu məbləği ilə bağlı göstərdiyi dəlillərə münasibətdə qeyd etmişdir ki, iş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15 mart 2019-cu il tarixli, 887 saylı məhkəmə mühasibatlıq ekspertizasının rəyindən görünür ki, 16 aprel 2010-cu il tarixli, 061-10/İ Nli kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq x2nun 20.10.2018-ci il tarixə (iddia tələbi artırılan tarixə) x1-yə olan borcu 49.342,69 AZN məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 44170,04 AZN, faiz borcu üzrə 5172,65 AZN təşkil edir. İddiaçı tərəf isə, cavabdehdən 44105.45 manat məbləğində əsas borc tələb etmişdir. Göründüyü kimi, iddiaçının cavabdehdən tələb etdiyi əsas borc məbləği ekspert rəyi ilə müəyyən olunan əsas borc məbləğindən azdır. Məhkəmə isə, iddia tələbində göstərilən həddə deyil, tələbdən kənara çıxaraq daha böyük həcmdə - ekspertin müəyyən etdiyi əsas borc məbləğini cavabdehdən iddiaçının xeyrinə tutmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual məcəlləsinin 218.3-cü maddəsinə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çı xa bilər. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi 44170,04 manat məbləğində əsas borcu cavabdehdən tutmaqda haqlı olmamışdır. Bu səbəbdən də cavabdehdən iddia edilən əsas borc məbləği iddia tələbi həcmində, yəni 44105,45 manat müəyyən edilərək iddiaçının xeyrinə tutulmalıdır. Cavabdeh x2 borc məbləğlərinin şişirdilmiş göstərildiyini bildirsə də, bu barədə məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Cavabdehdən tutulmuş faiz məlbəğinə münasibətdə müvafiq ekspert rəyi mötəbər sübut hesab edilmiş, və iddia tələbi eynilik təşkil edən faiz məlbəği - 5172,65 AZN cavabdehdən iddiaçının xeyrinə tutulmuşdur. Həmçinin qeyd edilmişdir ki, iddiaçı tərəfindən 11223.14 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələb edilmişdir. Məhkəmə kollegiyası s özügedən məbləği tənasübsüz surətdə yüksək məbləğ hesab etmiş və ağlabatan məbləğ kimi 500 manat məbləğində dəbbə pulunu cavabdehdən iddiaçının xeyrinə tutulmasını mümkün və ağlabatan hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İddianın təmin edilməyən hissəsinə gəldikdə isə, iddiaçı tərəf şikayətində göstərmişdir ki, birinci instansiya məhkəməsi ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracdan satılmasını müəyyən etsə də, həmin daşınmaz əmlakın boşaldılması və cavabdehlərin çıxarılma sı hissəsini təmin etməmişdir. Birinci intansiya məhkəməsi bu hissədə mövqeyini belə məzmunda əsaslandırmışdır ki, Azərbaycan Respublikası İpoteka haqqında Qanunun” 59.3-cü maddəsinin tələblərinə riayət edilmişdir. Lakin, məhkəmə belə hesab etmişdir ki, iddiaçının həmin tələbi təmin edilə bilməz. Belə ki, Qanunun tələblərindən göründüyü kimi, mülkiyyətlə bağlı yeni mülkiyyətçinin tələb etmə hüququ (mənzilin boşaldılması, istifadə hüququna xitam verilməsi və s.) mənzil satıldıqda əmələ gəlir. Nə qədər ki, mənzil satılmayıb, iddiaçı bu tələblə məhkəmədə çıxış edə bilməz. Odur ki, iddiaçının həmin tələbi rədd edilməlidir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin bu mövqeyi razılaşmamış, iddiaçı tərəfin şikayətini həmin hissədə əsaslı hesab edərək aş ağıdakıları qeyd etmişdir: “İpoteka haqqında” Qanunun 59.3.1-ci maddəsinə görə yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuşdursa ipoteka qoyulmuş yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Buna görə apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi düzgün olmayaraq qeyd edilən hissədə iddia tələbini təmin etməmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, yaşayış sahəsi açıq hərracda satıldıqdan 1 ay sonra boşaldılmayacağı təqdirdə məcburi qaydada boşaldılmasına dair iddia tələbi əsaslı hesab edilərək təmin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh x2nun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 08 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar