Məhkəmə qərarları › İş №2(102)-1420/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1420/2022

15.03.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1420/2022 15.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq üzərində hüquqların bərpa edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi, Cavabdeh2 və vəkili Vəkil iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.07.2021-ci il tarixli, 2(105)25/2021 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 15 mart 2022-ci il tarixdə Ali Məhkəmənin bin asında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Siyəzən rayon Beşdam Bələdiyyəsinin 07 avqust 2000-ci il tarixli, 01 nömrəli qərarı ilə bələdiyyənin ehtiyat fondu torpaqlarına daxil olan, kənd təsərrüfatına yararsız 0,03 ha hissəsi tikinti məqsədilə İddiaçı satılmış, həmin torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qeydiyyata alınaraq, 24.12.2003-cü il tarixli torpağa mülkiyyət hüququna dair JN0660 KOD 30508018 saylı şəhadətnamə verilmişdir. 26.08.2017-ci il tarixdə bu torpaq sahəsinə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, RX seriyalı, ******* saylı çıxarışla rəsmiləşdirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq üzərind ə hüquqların bərpası” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Siyəzən rayonu, Beşdam kəndində olan 0,03 ha torpaq sahəsi üzərində inşa edilmiş tikililərin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəsaiti hesabına sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməsi, 0,03 ha torpaq sahəsinin cavabdehlərin qanunsuz sahibliyindən alınaraq ona qaytarılması və cavabdehlərin həmin torpaq sahəsindən çıxarılmaqla onun hüquqlarının bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər tərəfindən iddiaçıya aid torpaq sahəsində aparılmış tikinti özbaşına tikintidir, onun saxlanması iddiaçının hüquqlarını və qanunla qorunan mənafelərini pozur və cavabdehlər tərəfindən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində buna lazımi icazələr almadan aparıldığından məhkəmə qərarı əsasında sökülməlidir.

4. Cavabdeh2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçının torpağa mülkiyyət hüququna dair təqdim etdiyi sənədin mötəbərliyi şübhə altındadır. Çünki bu ərazidə iddiaçının sənədi əldə etməzdən çox-çox əvvəl - 1995-ci ildən məskunlaşıblar və o vaxt bu yerlər kənd təsərrüfatı üçün yararsız yerlər olmuşdur. Burada məskunlaşdıqlarından müxtəlif vaxtlarda aidiyyəti orqanlara yaşadıqları torpaq sahəsinin rəsmiləşdirilməsi üçün müraciətlər etmiş və Siyəzən Rayon İcra Hakimiyyəti tərəfindən 30.05.2017-ci il tarixli məktubla ona torpaq sahəsinin verilməsi ilə əlaqədar müvafiq sənədlər Beşdam Bələdiyyəsi tərəfindən hazırlanaraq dövlət reyestrindən çıxarışın alınması üçün aidiyyəti üzrə göndərilməsi bildiri lmişdir. Lakin Siyəzən rayon Beşdam Bələdiyyəsinin qanunsuz hərəkətləri nəticəsində onların 22 il müddətində yaşadıqları əraziyə Beşdam Bələdiyyəsinin 02.05.2016-cı il tarixli, 45/7 saylı “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilə ilə onlara icarəyə 0,50 ha torpaq sahəsi, həmçinin Siyəzən rayon Beşdam Bələdiyyəsinin sədri Aqil Orucovun və DƏDRX-nin 2 saylı Ərazi İdarəsinin Siyəzən rayon şöbəsinin rəisi Vəli Vəliyevin ona təqdim olunmuş 0,15 ha torpaq sahəsinin barəsində Beşdam Bələdiyyəsinin 03.10.2011-ci iclas protokolunun 12/3 saylı qərarın çıxarışına, bu torpaq sahəsinin satılmasına razılıq haqqında 19.10.2011-ci il tarixli rəylərə, habelə Siyəzən Rayon İcra Hakimiyyətinin 30.05.2007-ci il tarixli məktubunda qeyd edilən məzmuna görə 0,15 ha torpaq sahəsinin sahibkarlıq məqsə di ilə ona satılması barəsində bütün lazımı işlərin görülməsi kimi vədlər verildiyi bildirilsə də, bu günə qədər onlar 1995-ci il tarixdən məskunlaşdıqları ərazini aidiyyəti şəxslərin qanunsuz əməlləri nəticəsində mülkiyyət hüququ ilə rəsmiləşdirə bilməmişlər.

5. Siyəzən Rayon Məhkəməsinin 04 iyul 2018-ci il tarixli, 2(059)-108/2018 saylı qətnaməsi ilə (hakim B.Ələkbərov) iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən Siyəzən rayonun Beşdam kəndindəki İddiaçı məxsus 0,03 ha torpaq sahəsinin 52,24 kv.metr hissəsinin üzərində inşa edilmiş tikililərin cavabdehlərin vəsaiti hesabına sökülməklə oradan çıxarılmaları, torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilib iddiaçının sahibliyinə qaytarılması, ekspertiza tədqiqatının dəyəri olan 100 manatın cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə, həmçinin iş üzrə aparılmış torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərci 60 (altmış) manat məbləğində pulun tutularaq Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin hesablaşma hesabına keçirilməsi, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Siyəzən rayon Beşdam Bələdiyyəsinin 07 avqust 2000-ci il tarixli, 01 nömrəli qərarı ilə bələdiyyənin ehtiyat fondu torpaqlarına daxil olan, kənd təsərrüfatına yararsız 0,03 ha hissəsi tikinti məqsədilə alğı-satqı qaydasında İddiaçı verilmiş və sonuncu həmin torpaq sahəsinə tam mülkiyyət hüququ əldə etmişdir. Lakin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı xüsusi mülkiyyətində olan bu torpaq sahəsinin 52,24 kv.m. hissəsində hər hansı bir formada əmlak hüquqları əldə etmədən özbaşına tikililər inşa etdirərək sonuncunun mülkiyyətindən maneəsiz istifadə hüququnu pozmuşlar. Bu səbəbdən də, İddiaçı yuxarıda qeyd edilən qanunun normalarının tələblərinə müvafiq olaraq həmin torpaq sahəsinə sahiblik və istifadə hüququnu bərpa etmək məqsədilə məhkəmə müdafiəsindən istifadə etmək qərarına gəlmişdir.

7. Məhkəmə gəlinən nəticənin tam, hərtərəfli araşdırılması və obyektiv nəticəyə gəlinməsi üçün məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 iyun 2018-ci il tarixli, 4491 saylı ekspert rəyi ilə, o cümlədən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanın da Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin 2 saylı Sumqayıt LTİ-nin tərtib etdiyi mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, mübahisə predmeti olan Siyəzən rayonu Beşdam kəndində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən inşa edilmiş tikililərin 52,24 kv.m. hissəsinin RX seriyalı, ******* saylı çıxarışla İddiaçı xüsusi mülkiyyətində olduğu, qalan hissəsinin yerləşdiyi torpaq sahəsinin isə, Beşdam Bələdiyyəsinə məxsus olduğu və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən üzərində tikinti aparılan torpaq sahəsinin 52,24 kv.m. hissəsinin RX seriyalı, ******* saylı çıxarışla İddiaçı xüsusi mülkiyyətində olan 0,03 ha torpaq sahəsinin daxilində yerləşdiyi müəyyən edilmişdir.

8. Məhkəmə hesab etmişdir ki, iddiaçı mülkiyyətində o lan əmlakından maneəsiz istifadə hüquqlarından məhrum olmuşdur. Bu hal onun hüquqlarını məhdudlaşdırır və əmlakından mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneələr yaradır. Buna görə də iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən Siyəzən rayonu Beşdam kəndindəki İddiaçı məxsus 0,03 ha torpaq sahəsinin 52,24 kv.metr hissəsinin üzərində inşa edilmiş tikililər cavabdehlərin vəsaiti hesabına sökülməklə cavabdehlər oradan çıxarılmalı, torpaq sahəsi əvvəlki vəziyyətinə gətirilib iddiaçının sahibliyinə qaytarılmalı və iddia tələbi qalan hissədə sübutlarla təsdiqini tapmadığından təmin edilməməlidir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139, 152, 157, 259, 180-ci maddələrinə və Azərbaycan Respublikas ı Torpaq Məcəlləsinin 55, 60, 67, 68, 111-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Cavabdehlər Cavabdeh1 və Muradov X1 Rayon Məhkəməsinin 04 iyul 2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, qətnamə qanunsuz və əsassız qəbul edilmiş, mübahisə edilən məhkəmə aktı maddi və prosessual normaların pozulması ilə qəbul edilmişdir.

11. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.07.2021-ci il tarixli, 2(105)-25/2021 saylı qətnaməsi ilə (hakimlər S.Qafari (sədrlik edən və məruzəçi), Ş.Abasov və T.Məmmədov) apellyasiya şikayəti təmin edilməyərək, Siyəzən Rayon M əhkəməsinin 04 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilməsi əsası ilə məhkəməyə müraciət etmiş, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin bir hissəsinin cavabdehlər Ağagül və Cavabdeh2lar tərəfindən zəbt edildiyi iş üzrə mütəxəssis və ekspertiza rəyləri ilə müəyyən edilmişdir. Bununla da, sonuncular tərəfindən hər hansı hüquqi əsas olmadan iddiaçının mülkiyyətində olan torpaq sahəsindən istifadə etməklə iddiaçının əmlakı üzərində sahiblik, istifadə və sərəncam vermək hüquqlarının həyata keçirilməsinə maneçilik törətməsini qaçılmaz etmişdir. Halbuki, hər bir şəxs mülkiyyətində olan əmlakdan sərbəst öz iradəsinə uyğun olaraq sah iblik, istifadə etmək və sərəncam vermək hüququna malikdir və mülkiyyət hüququna hər cür müdaxilə qanunla qadağan edilmişdir.

13. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı məxsus 0.03 ha torpaq sahəsinin 52,24 kv.m. hissəsinin Cavabdeh2 tərəfindən zəbt edilməsi, həmin hissədə özbaşına tikili inşa edildiyi müəyyən edildiyindən, zəbt edilmiş həmin sahədə inşa etdiyi tikilinin sökülməsi və onların həmin torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin əvvəlki vəziyyətdə iddiaçının mülkiyyətinə (sahiblik və istifadəsinə) qaytarılması barədə aşağı instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

14. Cavabdeh2 kassasiya şikayəti verərək, ap ellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianı təmin edərkən işin vacib olan hallarını araşdırmamış, sübutlara məcmu halda qiymət verməmişdir. Ekspert rəyinin məhkəmə üçün heç bir məcburi hüquqi qüvvəsi yoxdur. Ekspert rəyi işin digər sübutları ilə təsdiq olunduğu halda məhkəmə həmin rəyi nəzərə ala bilər və ona uyğun qənaətə gələ bilərdi. Lakin işin hazırki halından görünür ki, məhkəmə tək ekspert rəyini əsas götürməklə iddianı təmin etməyi işin ən asan yolu seçmişdir. 1995-ci ildən ailəsi ilə birlikdə orada məskunlaşmış şəxslərin necə və hansı tarixdən gəlib orada məskunlaşması v ə özlərinə yurd tikmələrini və işin digər halları isə araşdırma predməti olmamış, belə olan halda qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Yuxarıda qeyd edilən məsələlərin, həmçinin Beşdam Bələdiyyəsinin məktubunda qeyd edilən halların araşdırılması üçün təkrar komission ekspertiza keçirilməli, iş üzrə əhəmiyyət kəsb edən digər suallar qoyulmalı, iddiaçıya məxsus torpaq sahəsinin ilkin baza sənədləri üzrə ekspertiza qarşısında suallar qoyulmaqla, ilkin sənəd əsasında ona ayrılmış torpaq sahəsinin faktiki yeri və ona aid torpaq sahəsini dəqiq koordinatları müəyyən edilməli idi. Həmçinin işin araşdırılması zamanı bu və digər suallar ekspert qarşısında qoyulmalı idi. Bu səbəbdən qətnamə ləğv edilərək yeni apellyasiya baxışına qaytarılmalı və ədalətli nəticəyə gəlmək üçün təkrar ekspertiz a keçirilərək araşdırma aparılmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 16.Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər.

18. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə İddiaçı məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyi üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə

14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.3. Əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Maddə

152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilm iş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın Maddə

157. Mülkiyyətin müdafiəsi 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə

165. Sahibliyin pozulması 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Maddə

180. Özbaşına tikinti və onun nəticələri 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərənca m vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. 2

0. Azərbaycan Respublikası Torpaq Məcəlləsi Maddə

48. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının ümumi xarakteristikası

2. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Maddə

49. Torpaq üzərində xüsusi mülkiyyət hüququ

1. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ - torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur.

2. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamn amə (pay) fonduna verilməsi əsasında yaranır. Maddə

55. Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Maddə

68. Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanm asından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə

84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatı 84.1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84.2. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Maddə

111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ö dənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

21. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə

418. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır Kassasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Məhkəmə bu işə baxarkən əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.

24. Həmçinin məhkəmə kollegiyası qeyd edi r ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.

25. Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. 26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.

27. İddiaçı mübahisəli torpaq sahəsinə subyektiv hüququnun olmasına dair sübut kimi bələdiyyədən torpaq sahəsinin əldə edilməsi və bu torpağa mülkiyyə t hüququnun dövlət qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı təqdim edir. Mülki Məcəllənin 14.3-cü maddəsinə və Torpaq Məcəlləsinin 49, 55 və 68-ci maddələrinə görə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış mülkiyyət hüququnun yaranması üçün əsas sayılır.

28. İddiaçınin iddianı irəli sürən vaxtı subyektiv hüququ təsdiq olunduğuna görə sonrakı dəyərləndirmə iddiaçının torpaq sahəsindən cavabdeh tərəfindən istifadə olunubolunmaması, orada tikililər inşa edib-etməməsinın müəyyən edilməsindən ibarətdir.

29. Bu halların müəyyən edilməsi xüsusi bilik tələb etdiyinə görə birinci instansiya məhkəməsi haqlı olaraq ekspertiza təyin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 iyun 2018-ci il tarixli, 4491 saylı rəyi ilə, o cümlədən A zərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin 2 saylı Sumqayıt LTİ-nin tərtib etdiyi mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, Siyəzən rayonu Beşdam kəndində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən inşa edilmiş tikililərin 52,24 kv.m. hissəsi RX seriyalı, ******* saylı çıxarışla İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsində, qalan hissəsi isə Beşdam Bələdiyyəsinə məxsus torpaqda yerləşir.

30. Bu hal iddianın həmin hissədə təmin olunması üçün əsasdır və apellyasiya instansiyası məhkəməsi iddianı bu hissədə təmin etməkdə haqlı olmuşdur.

31. Cavabdehlərin mübahisəli torpaq sahəsinə hüququ ilə bağlı gətirdiyi dəlillərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cav abdehlər torpaq sahəsi üzərində hüquqların yaranması üçün Torpaq Məcəlləsinin 55-ci maddəsində müəyyən olunmuş əsaslardan hər hansı birini təqdim etməmişdir. Bu halda cavabdehlərin nə vaxtdan mübahisəli torpaq sahəsində məskunlaşmasının müəyyən edilməsinə zərurət qalmır.

32. Kassasiya kollegiyası komission ekspertiza keçirilmədiyi barədə kassasiya dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 102.1-ci maddəsinə görə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Ekspertiza təyin etmək məhkəmənin vəzifəsi deyil, hüququdur. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla yanaşı yoxlanılır və qiymətləndirilir. İş materiallarından göründüyü kimi ə lavə ekspertizanın təyin edilməsinə zərurət olmamışdır və apellyasiya instansiyası məhkəməsi tərəfindən ekspert rəyinə düzgün hüquqi qiymət verilmişdir.

33. Kassasiya şikayətində sadalanan digər hallar işin faktik halları, həmin faktların araşdırılmaması barədədir ki, bu hallar kassasiya qaydasında araşdırmanın predmetini təşkil etmir. Kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır.

34. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.07.2021- ci il tarixli, 2(105)25/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar