Məhkəmə qərarları › İş №2(102)-1420/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1420/2024

20.05.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1420/2024 20.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı “əmək haqqının ödənilməsi və sair” tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6734/2023 nömrəli, 20 dek abr 2023-cü tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 20 may 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi:. İşin halları

1. İddiaçı ilə "xxxx" Şirkəti arasında bağlanmış xx.xx.2005-ci il tarixli müqaviləyə əsasən iddiaçı baş mexanikin assistenti vəzifəsinə, xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən isə baş mexanik vəzifəsinə işə götürülmüşdür. Əmək müqaviləsinin şərtlərinə görə işçi iş vaxtı metodu ilə işləmiş, növbə vaxtları adətən 6 (altı) həftə təşkil etmişdir.

2. İddiaçı sonuncu dəfə xx.xx.2022-ci ildə öz növbəsini başa vurmuşdur. Yenidən işə qayıdarkən ona “Caspian Power” (DP-2) gəmisində deyil, başqa bir gəmidə vəzifəsini yerinə yetirmək tapşırılmış, o, bu təkliflə yalnız DP-2 gəmisində aldığ ı əmək haqqı saxlanılmaq şərtilə razılaşmış, lakin işəgötürən buna etiraz etmiş, ona qəza-xilasetmə gəmilərində öz vəzifəsini icra etməyi tövsiyə etmişdir, iddiaçı isə bu işə çıxmaqdan imtina etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə 2022-ci ilin oktyabr ayından qətnamə qəbul ediləcək tarixədək əmək haqqının sonrakı artımları nəzərə alınmaqla onun hər ay üçün “Caspian Power” gəmisində baş mexanik kimi əmək haqqının hesablanması, üzərinə hər gecikdirilən günü üçün əmək haqqının azı bir faizi məbləğində ödənc əlavə edilməsi, dövlət vergiləri və sosial ayırmalar çıxıldıqdan sonra əmək haqqının qalan hissəsinin (təxminən 100000 manat), mediasiyaya görə rüsum kimi ödənilmiş 50 manat pulun iddiaçıya ödənilməsi və onun əvvəlki “Caspian Power” yaxud DP-2 tipli gəmisində baş mexanik vəzifəsinə işə buraxılmağının təmin olunması vəzifəsinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1983-cü ildən X2 işləyir. İddiaçı ilə əmək müqaviləsi 1202 R saylı olmaqla 15 iyul 2013-cü il tarixli əmək müqaviləsinə əlavə olaraq 2000-ci ildə bağlanmış və o, baş mexanik kimi həmin Şirkətə məxsus gəmidə fəaliyyətə başlamışdır. Kadrlar İdarəsinin rəisi Vəli Məmmədov öz maraqlarından çıxış edərək özünə yaxın adamı DP-2 gəmisinə baş mexanik kimi işə yerləşdirmək üçün, onun həmin gəmidən kənarlaşdırılmağına nail olmaq istəyirdi və buna nail olmuşdur. Beləliklə, 04 oktyabr 2022-ci il tarixdə onu gəmiyə növbəli işə təyin etmə məklə işə buraxmamışlar. O, öz iradəsindən asılı olmayaraq işə çıxa bilməmişdir. İki aydan sonra o, kadrlar idarəsinə gedib əmək haqqı almadığını bildirərək, əmək haqqı yazılmasını tələb etmiş, kadrlar idarəsinin rəisi ona bildirmişdir ki, elə qayda yoxdur və ona əmək haqqı verilməyəcəkdir. Ona yenə də az əmək haqqı olan "Bakı" gəmisində işləmək təklif olundu, lakin o DP-2 gəmisində aldığı əmək haqqı saxlanılmaqla təkliflə razılaşsa da, rəhbərlik etiraz edərək onu işə buraxmadı. İşə buraxılmağı dayandırılmamışdan əvvəl onun aldığı əmək haqqı vergilər və sosial ödəmələr çoxaldıqdan sonra hər ay 4000-5000 manat təşkil edirdi. Sonradan həmin işdə əmək haqqı daha da artırılmışdır. Artiq doqquz aydır ki, o, işə buraxılmır, ona əmək haqqı da verilmir. Bu isə əmək qanunvericiliyinin pozulmasıdır. Hesab edir ki, ona 2022-ci ilin oktyabr ayından sonrakı aylar üçün DP-2 tipli gəmilərdə baş mexanik işləyən iş yoldaşlarının aldığı orta aylıq əmək haqqı məbləğində ödənilməmiş əmək haqqı ödənilməlidir. Çünki işə çıxmamaq onun iradəsi ilə bağlı olmamış, rəhbərliyin (mühəndis və Kadrlar İdarəsinin rəisinin) iradəsi nəticəsində baş vermişdir.

5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(009)-1395/2023 saylı, 08 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia rədd olunmuşdur (hakim İ.Rüstəmli).

6. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya işə çıxmağı barədə təkliflər olunsa da, iddiaçı bu təkliflərdən imtina edərək işə çıxmamışdır. İddiaçının işə çıxmamasında və bunun müqabilində əmək haqqı almamasında cavabdehin heç bir təqsiri olma mışdır.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” bəndi, 11-ci maddəsinin “c” bəndi, 42-ci maddəsinin 2-ci hissəsi, 43, 45 və 46-cı maddələrinə istinad edərək əsaslandırmışdır b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. İddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə yanaşı həmçinin onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi üzərinə düşən funksiyanı yerinə yetirib, tərəflərin bərabərliliyini, çəkişmə prinsipini təmin edib müvafiq sənədləri tələb edib sübut kimi araşdırmamış, mübahisəli hüquq münasibətinə Əmək Məcəlləsinin 57-ci maddəsini tət biq etməməkdə səhvə yol vermişdir. Bundan əlavə iddiaçı bildirmişdir ki, aşağı əmək haqqı olan işə keçirilməyi işəgötürənin Əmək Məcəlləsinin 156-cı maddəsinə əsasən keçirdiyi attestasiyaya əsaslanmır. Həmçinin, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 12, 16 və 35-ci maddələrinin tələblərini nəzərə almamışdır. Məhkəmə iddiaçının müqavilə əsasında məhz “Caspian Power” gəmisində DP dərəcəsi ilə baş mexanik işləməsi barədə sübutların olmasına baxmayaraq, düzgün olmayaraq iddiaçının daha aşağı dərəcə üzrə başqa gəmiyə baş mexanik keçirilməsini əsaslı hesab etmişdir. Birinci instansiya məhkəməsinin iddiaçının yüksək əmək haqqı (7600 manat) ödənilən “Caspian Power” gəmisində DP dərəcəsi ilə baş mexanik vəzifəsindən təxminən 2000 manat az əmək haqqı ödənilən, DP dey il, daha aşağı dərəcə üzrə digər gəmilərdə baş mexanik kimi işə keçirilməsinin qanuniliyi barədə gəldiyi gəldiyi nəticə işin hallarına uyğun olmamışdır. Sübut əhəmiyyətli sənədlərin cavabdeh şirkətdən alınıb işə əlavə edilməsi barədə vəsatətlərin əsassız olaraq tam təmin etməmiş, bütün zəruri sənədləri əldə etməmişdir. Bundan əlavə, iş materiallarında İddiaçı “Caspian Power” gəmisində DP dərəcəsi ilə baş mexanikl işləməsi və əmək haqqının 7650 manat olmasını təsdiq edən sübutlar xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli “Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildiriş”lər, X1 Drozdiov və Vəli Məmmədova ünvanladığı xx.xx.2022-ci il tarixli məktub mövcuddur. Birinci instansiya məhkəməsi həmin sübutlara münasibət bildirməmişdir. Həmin sübutlar iddiaçının x eyrinə olan sübutlar kimi qiymətləndirilməlidir.

10. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-6734/2023 nömrəli mülki iş üzrə 20 dekabr 2023-cü il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yeni qətnamə çıxarılmaqla iddia tələbinin qismən təmin olunması, İddiaçı “Caspian Power”, yaxud DP-2 tipli digər gəmidə baş mexanik vəzifəsinə işə buraxılmasının təmin edilməsi vəzifəsinin Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin üzərinə qoyulması və ona məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi qət edilmişdir (hakimlər Akif İsgəndərovun sədrliyi və məruzəsi ilə, Vahid Sadıqov v ə Məhəmməd Rüstəmlidən ibarət tərkibdə)

11. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamış, məhkəmə tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normaları düzgün tətbiq etməmişdir.

12. İşin mübahisələndirilməyən hallarından görünür ki, iddiaçı “Caspian Power” (DP-2) gəmisində baş mexanik kimi işləmiş və 2022-ci ilin oktyabr ayından sonra həmin gəmidə işə buraxılmamışdır. İddiaçı eyni əmək haqqı ilə başqa gəmidə çalışmağa razılıq versə də, cavabdeh bununla razılaşmamışdır. Nəticədə iddiaçı bu günə qədər nə “Caspian Power” (DP-2) gəmisində işə buraxılmamış, nə də əmək müqaviləsinə xitam verilməmişdir.

13. Məhkəmə kollegiyası işin m üəyyən edilmiş hallarına əsaslanaraq hesab etmişdir ki, hazırkı vəziyyətdə nə başqa işə keçirmə (maddə 59), nə də əmək funksiyasının dəyişdirilməsi (maddə 57) halları mövcud deyil. Hazırkı vəziyyətdə işəgötürənlə işçi arasında yaranmış mübahisəli əmək münasibəti əmək şəraitinin şərtlərinin dəyişdirilməsi kimi qiymətləndirilməli və Əmək Məcəlləsinin 56-cı maddəsi ilə nizama salınmalıdır

14. Apellyasiya baxışı zamanı tərəflərin izahatlarına əsasən müəyyən edildi ki, Şirkətə məxsus gəmilərin içərisində iddiaçının çalışdığı “Caspian Power” (DP-2) gəmisi ona təklif olunan digər gəmidən (qəza-xilasetmə) daha üstün, geniş profilli, yüksək şəraitli, müasirdir. “Caspian Power” (DP-2) gəmisində ödənilən əmək haqqı da digər gəmidə ödəniləndən yüksəkdir.

15. Əmək qanunvericiliyi işçinin şəraiti üstü n olan bir gəmidən aşağı səviyyəli digər gəmiyə keçirilməsi, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi ilə bağlı işəgötürənin hüququ olduğunu təsbit etsə də, bu hüququn həyata keçirilməsinin xüsusi qaydasını müəyyən etmişdir. Belə ki, Əmək Məcəlləsinin 56-cı maddəsinin 1-ci və 2-ci hissələrinin tələblərinə əsasən istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zərurəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir. İşəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa v əzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər

16. Apellyasiya baxışı zamanı müəyyən edildi ki, işəgötürən (cavabdeh) iddiaçının əmək şəraitinin şərtlərini dəyişdirməzdən əvvəl ona yazılı məlumat göndərməmiş (təqdim etməmiş), yaxud bu barədə müvafiq əmr (sərəncam) verməmişdir. Ən azından işə baxan məhkəməyə bununla bağlı hər hansı sübut təqdim edilməmişdir. Halbuki, bu qaydalara əməl olunmaqla işçi xəbərdar edildikdən sonra işçinin yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq verməməsi İşəgötürənə onu başqa vəzifəyə keçirmək, bu mümkün olmadıqda isə əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla xitam vermək hüququ verirdi.

17. Göründüyü kimi, cavabdeh iddiaçının əmək şəraitinin şərtlərini dəyişdirmək istəyərkən Əmək Məcəlləsinin 56-cı maddəsinin 1-ci və 2-ci hissələrinin tələblərinə əməl etməmişdir. Cavabdeh eyni zamanda iddiaçını əvvəl çalışdığı gəmiyə də buraxmamış və nəticədə iddiaçı bu günə qədər əmək fəaliyyətindən kənarda qalmış və əmək haqqı almamışdır. Bu baxımdan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçının işə buraxılmamasında və əmək haqqı almamasında cavabdehin təqsirinin olmaması ilə bağlı qənaətini əsassız saymışdır.

18. Apellyasiya instansiyası məhkəməsi qeyd olunanlara əsasən hesab etmişdir ki, cavabdeh hər hansı hüquqi əsas olmadan iddiaçını işə buraxmamış və nəticədə onun əmək qanunvericiliyi ilə qorunan hüquqlarını pozmuşdur. Cavabdehin təqsiri üzündən id diaçı 2022-ci ilin noyabr ayından bu günə qədər işə buraxılmamış və əmək haqqından məhrum olmuşdur. Ona görə də iddiaçının bununla bağlı pozulmuş hüquqları bərpa olunmalı, iddiaçının işə buraxılmasını və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsini təmin etmək vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Məhkəmə qalan hissədə iddianı əsaslı saymır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış əmək müqavilə si ilə və əmək müqaviləsinə edilmiş əlavə və dəyişikliklərlə “işçinin “Caspian Power”, yaxud “DP-2” tipli gəmidə baş mexanik kimi işə qəbul edilməsi müəyyən olunmamışdır. Cavabdeh işçi ilə əmək müqaviləsi bağlayarkən işçinin şirkətin müəyyən edəcəyi hər hansı bir gəmisində işləyəcəyini nəzərə alaraq əmək müqaviləsində “şirkətin gəmilərində” sözündən istifadə etmiş və konkret olaraq “Caspian Power”, yaxud DP-2 tipli gəmisində işləyəcəyini müəyyən etməmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinin 2-ci və 3-cü maddələrindən göründüyü kimi İddiaçı iş yeri şirkətin gəmilərində və sahil obyektlərində olması müəyyən edilmiş və işçinin razılığı əsasında şirkətin təyin etdiyi digər yerlərdə vəzifələrinin yerinə yetirilməsi tələb oluna bilər. Bu səbəbdən, iddiaçı ilə cavabdeh arasında yaranmış əmək mübahisəsi əmək şəraitinin şərtlərinin dəyişdirilməsi kimi qiymətləndirilə bilməz. Bununla bağlı müqaviləyə dəyişiklik edilməsinə zərurət yoxdur.

21. Kassasiya şikayətinin digər dəlilinə görə, iddiaçının 2022-ci ilin oktyabr ayından sonra “Caspian Power” gəmisində deyil, digər gəmidə işə çıxmasının ona təklif edilməsinə dair əsaslar və sübutlar məhkəməyə təqdim olunmasına baxmayaraq, məhkəmə kollegiyası bu hallara düzgün qiymət verməmişdir.

22. İşəgötürən onu da göstərmişdir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman onun işə buraxılmaması, əmək müqaviləsi ilə müəyyən olunmuş əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə, əmək haqqının azaldılmasına dair məhkəməyə heç bir yazılı sənəd təqdim edə bilməmişdir. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə məhkəmə xə rclərinin bölüşdürülməsi məsələsi öz həllini tapmamışdır.

23. Kassasiya şikayəti Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3, 5, 10,1 2, 46.1, 56, və 156-cı, eləcə də Mülki Prosessual Məcəlləsinin 9, 14.2, 77.1 və 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı yazılı etiraz göndərilmiş, şikayətin əsassız olduğu üçün təmin olunmaması, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur.

25. Şikayət iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi: 26. 10-cu maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerin ə yetirmək işçinin əsas vəzifələrindəndir. 27. 11-ci maddəsinin “c” bəndinə əsasən işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək işəgötürənin əsas hüquqlarındandır. 28. 42-ci maddənin 2-ci hissəsinə əsasən əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 29. 43-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. 30. 45-ci maddənin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 31. 46-cı maddənin 1-ci hissəsinə əsasən əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəra itinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılma sı zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi v ə prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

39. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən proses sual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. İşin məhkəmələr tərəfindən araşdırılmış hallarından müəyyən edilir ki, cavabdeh iddiaçının əmək şəraitinin şərtlərini dəyişdirmək istəyərkən Əmək Məcəlləsinin 56-cı maddəsinin 1-ci və 2-ci hissələrinin tələblərinə əməl etməmişdir. Cavabdeh eyni zamanda iddiaçını əvvəl çalışdığı gəmiyə də buraxmamış və nəticədə iddiaçı işəgötürənin təqsiri ucbatından bu günə qədər əmək fəaliyyətindən kənarda qalmış və əmək haqqı almamışdır.

42. Cavabdeh kassasiya şikayətinin dəlilləri işə apellyasiya instansiyası məhkəməsi tərəfindən baxılan zaman da irəli sürülmüşdür, həmin dəlillər sübutları araşdı rmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır.

43. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

44. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

45. Odur ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

46. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6734/2023 nömrəli iş üzrə 20 dekabr 2023-cü tarixli qətnaməsi dəyişdirilmədən saxlanı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar