Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1420/2025 28.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1nə, Bakı şəhəri Cavabdeh2ə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi tələbi, iş üzrə icraata işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilməsi, müqavilə üzrə münasibətlər) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri Cavabdeh2ə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli 2(103)-889/2025 nömrəli qərardadından Cavabdeh1 kassasiya şikayətinə 28 aprel 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Cavabdeh2 Başçısının xx.xx.2007-ci il tarixli, 619 nömrəli sərəncamı ilə M.B.Əhmədzadə küçəsi, 4 nömrəli binanın həyətində yerləşən, 26 kv.m sahəsi olan daş qarajın, həmin binanın 19-cu mənzilində yaşayan İddiaçı adına sənədləşdirilməsi qərara alınmışdır. Sərəncama görə sözügedən qarajdan vətəndaş İddiaçı uzun müddətdir ki, istifadə edir və istismar yığımı haqqını mütəmadi ödəyir. Sərəncam ilə həmçinin qərara alınmışdır ki, vətəndaş İddiaçı xəbərdarlıq edilsin ki, tikinti və abadlıq işləri ilə bağlı lazım gəldikdə qaraj sökülə bilər.
2. Həmin qaraja dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixli Texniki Pasport tərtib edilmişdir.
3. Cavabdeh2 (“Sifarişçi və Zəmanətverən”), Cavabdeh1 MMC (“Podratçı”) və İddiaçı (“Zəmanətalan”) arasında bağlanmış 31/89 nömrəli, xx.xx.2014-cü il tarixli zəmanət müqaviləsinə əsasən, tərəflər arasında Bakı şəhərinin Baş planına uyğun olaraq Heydər Əliyev prospektində istismar müddəti keçmiş yaşayış binalarının sökülərək yerində yeni müasir yaşayış binalarının inşa olunması ilə əlaqədar Ağa Neymətulla küçəsi, 29/89 saylı yaşayış binasının sökülməsi və sakinlərin köçürülməsi üçün həmin yerdə müasir yaşayış binasının inşa edilməsi, yeni tikiləcək binada köçürülən sakinlərin əvvəlki mənzillərinin və ya qeyri-yaşayış sahələrinin müqabilində ye ni mənzillərlə və ya qeyri-yaşayış sahələri ilə təmin olunması məqsədilə, vətəndaş İddiaçı Ağa Neymətulla küçəsi 29/89 saylı binanın həyətində ona məxsus, ümumi sahəsi 28,2 kv.m olan qarajının əvəzinə, həmin ünvanda inşa olunacaq yeni yaşayış binasının zirzəmisində bir avtomobil yeri üçün ümumi sahəsi 30,0 kv.m olan qarajla təmin olunması barədə zəmanət müqaviləsi imzalanmışdır.
4. Müqavilənin 2.1.1 və 2.1.2-ci bəndlərinə əsasən müqavilədə nəzərdə tutulmuş, “Podratçı” tərəfindən həyata keçirilən bütün işlərin maliyyələşdirilməsini təmin etmək və işlərin keyfiyyətlə və vaxtında yerinə yetirilməsinə nəzarəti həyata keçirmək “Sifarişçi və zəmanət verən” Cavabdeh2in öhdəlikləri kimi müəyyən edilmişdir.
5. Müqavilənin 2.2.1 və 2.2.2-ci bəndlərinə əsasən, nəzərdə tutulan mənzilin və ya qeyri-yaş ayış sahəsinin verilməsini təmin etmək və mülkiyyətçilərə yeni binada veriləcək yaşayış və ya qeyri-yaşayış sahələrinin sənədlərini rəsmilədirərək mülkiyyətçiyə təhvil vermək “Podratçı” Cavabdeh1 MMC-nin öhdəlikləri olaraq müəyyən edilmişdir. 6. “Sifarişçi” Cavabdeh2 ilə X MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli “Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi”nə əsasən sifarişçi Nərimanov rayonu, Heydər Əliyev prospekti 83-85 ünvanda bir ədəd 7 mərtəbəli, 132 mənzilli yaşayış binasının inşa olunması və ətraf ərazidə abadlıq işlərinin aparılmasının satın alınması üçün icraçının 18.732.210 manat məbləğində tender təklifini qəbul etmişdir.
7. Cavabdeh2in Sabir Rüstəmova (iddiaçının atasına) ünvanladığı xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli, İddiaçı ünvanladığı xx.xx.2020-ci il tarixli məktublarda qeyd olunmuşdur ki, Heydər Əliyev prospektinin yenidənqurulması layihəsi çərçivəsində söküntüyə məruz qalmış fərdi qarajın müqabilində qonşu sahədə sökülüb yenidən tikilmiş yaşayış binasının zirzəmisindəki qaraj sahəsinin bir hissəsi ilə əvəzlənməsi nəzərdə tutulmuşdur. Lakin sonradan layihə sənədlərində müvafiq dəyişikliklər aparılaraq yeraltı mərtəbə sahəsi ləğv edilmiş və məhz bu səbəbdən İddiaçı yeni sahə ayrılması mümkün olmamışdır. Dövlət büdcəsinin Bakı şəhəri üzrə yerli xərcləri hesabına Rayon İcra Hakimiyyətinə bu kimi məqsədlərlə əlavə vəsait ayrılacağı təqdirdə həmin şəxsə kompensasiya ayrılması məsələsinə baxılıb həllinə köməklik göstərilə bilər.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-517/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə İd diaçı cavabdeh Bakı şəhəri Cavabdeh2ə qarşı (Cavabdeh1 MMC və Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla) kompensasiyanın ödənilməsi tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmış, qərardad Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)2427/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır.
9. Məhkəmələrin gəldiyi qənaət ondan ibarət olmuşdur ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən yeni tikiləcək binada iddiaçıya qeyri-yaşayış sahəsinin verilməsi Podratçı "xxxx" MMC-nin öhdəliyidir. Ona görə də, həmin sahənin verilməsi ilə bağlı müqavilənin icrasına öhdəliyi Bakı şəhəri Cavabdeh2 daşımır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. a)Birinci instans iya məhkəməsində icraat:
10. İddiaçı (bundan sonra “iddiaçı”) Cavabdeh1 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan ünvan 3nın həyətində yerləşən və ümumi sahəsi 23,6 kv.m olan qeyri-yaşayış binasının sökülməsi nəticəsində iddiaçıya verilməli olan 30 kv.metrlik qaraja görə ümumilikdə 50.000 manat maddi kompensasiyanın və mənəvi ziyana görə 10.000 manat pulun ödənilməsi barədə qətnamə çıxarılmasınıxahiş etmişdir.
11. Məhkəmə tərəfindən iddiaçının ərizəsi əsasında Bakı şəhəri Cavabdeh2 də cavabdeh qismində mülki işə cəlb edilmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3nın həyətində yerləşən və ümumi sahəsi 23,6 kv.m olan qeyri-yaşayış binası (qaraj) iddiaçıya məxsusdur. Buna dair AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfi ndən İddiaçı inventar nömrəsi 11/1176 olan xx.xx.2012-ci il tarixli daşınmaz əmlakın texniki pasportu tərtib edilmişdir. 2014-cü ildə Bakı şəhərinin baş planına uyğun olaraq Heydər Əliyev prospektində istismar müddəti keçmiş yaşayış binalarının sökülərək yerində yeni yaşayış binalarının inşa olunması nəzərdə tutulmuşdur. Bununla əlaqədar olaraq Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 29/89 saylı yaşayış binasının və həmin yerdə yerləşən qeyri-yaşayış sahələrinin sökülməsi, sakinlərin köçürülməsi, yeni tikiləcək binada köçürülən sakinlərin əvvəlki mənzillərinin və ya qeyri-yaşayış sahələrinin müqabilində yeni mənzillərlə və qeyri-yaşayış sahələri ilə təmin olunması nəzərdə tutulmuşdur. Qeyd olunmalıdır ki, adıçəkilən köçürülmə prosesinin sifarişçisi və zəmanət verəni Cavabdeh2, podratçı şirkət isə Cavabdeh1 MMC olmuşdur. xx.xx.2014-cü il tarixdə sifarişçi və zəmanət verən Cavabdeh2 podratçı Cavabdeh1 MMC və iddiaçı (zəmanət alan) arasında 31/89 №li üçtərəfli zəmanət müqaviləsi (bundan sonra Müqavilə) bağlanmışdır. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən iddiaçıya məxsus yuxarıda adıçəkilən qarajın əvəzinə həmin ünvanda inşa olunacaq yeni yaşayış binasının zirzəmisində 1 avtomobil yeri üçün ümumi sahəsi 30 kv.m olan qarajın iddiaçıya verilməsi nəzərdə tutulmuşdur. 2014-cü il tarixdə adıçəkilən ünvanda söküntü işləri həyata keçirilmiş və ərazidə yeni müasir yaşayış binaları inşa edilmişdir. Lakin iddiaçı ilə bağlanmış zəmanət müqaviləsinin şərtlərinə riayət olunmamış, ona hər hansı məlumat verilmədən və faktiki olaraq müqavilə öhdəliyi pozularaq inşa edilmiş yaşayı ş binalarının layihə sənədlərində müvafiq dəyişikliklər aparılmış və bununla da yeraltı mərtəbə sahəsi ləğv edilmişdir. İddiaçının dəfələrlə Cavabdeh2ə, eləcə də Bakı şəhər İcra Hakimiyyətinə etdiyi müraciətlərə cavab olaraq bildirilmişdir ki, dövlət büdcəsindən vəsait ayrılacağı təqdirdə iddiaçıya dəymiş ziyan ödəniləcəkdir. Lakin 7 il keçməsinə baxmayaraq hər hansı bir əməli tədbir həyata keçirilmədiyindən iddiaçı Cavabdeh2ə qarşı məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-517/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Bundan sonra, həmin qərardaddan apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)2427/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmişdir. Yuxarıda qeyd edilən hallardan müəyyən edilir ki, müqavilə öhdəlikləri icra edilməyərək iddiaçının mülkiyyət hüququ pozulmuşdur. Belə ki, qeyd edilən ünvanda inşa edilmiş yaşayış binasının altında qaraj sahəsi inşa edilməmişdir. Faktiki olaraq iddiaçı aldadılmış və müqavilə üzrə öhdəlikləri icra edilməmişdir. Bu səbəbdən də iddiaçı hazırda qarajı yox, qarajın dəyərini tələb edir.
13. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e2(005)4205/2023 nömrəli qərardadı ilə mülki iş üzrə qiymətləndirmə ekspertizası təyin edilmişdir. 14. "xxxx" MMC-nin xx.xx.2024-cü tarixli, 0135 nömrəli qiymətləndirmə rəyinə əsasən ünvan 3 ünvanında yerləşən, qeyri-yaşayış sahəsinin bazar qiyməti tələblə təklifin qarşılıqlı təsiri nəticəsində 27.000 manat müəyyən edilmişdir. Qiymətləndirmə xərci 300 man at təşkil etmişdir.
15. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e2(005)491/2024 nömrəli qərardadı ilə mülki iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.
16. Azərbaycan Respubilkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tədqiq olunan obyektə baxış keçirmiş, lakin iş üzrə tədqiqat obyekti yerində saxlanılmadığından, eyni zamanda ilkin vəziyyətinə dair hər hansı məlumat olmadığından qərardadda qoyulmuş suallar üzrə tədqiqat aparılması mümkün olmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir.
17. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e2(005)491/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin sökülməsi nəti cəsində iddiaçıya verilməli olan 30 kv.metr sahədən ibarət qeyri-yaşayış sahəsinin (qarajın) dəyəri olan 27.000 manat pul və vurulmuş mənəvi zərərə görə 2.000 manat pulun, cəmi 29.000 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 MMC və Bakı şəhəri Cavabdeh2dən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 270 manat məbləğində pulun 131 manatının cavabdehlər Cavabdeh1 MMC və Bakı şəhəri Cavabdeh2dən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, qiymətləndirmə tədqiqatının dəyəri olan 300 manat məbləğində pulun cavabdehlər Bakı şəhəri Cavabdeh2 və Cavabdeh1 MMC-dən müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir. (hakim Nərgiz Tağıyeva)
18. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının mübahisələndirilən ünvanda yerləşən və cavabdehlər tərəfindən sökülmüş qaraja mülkiyyət hüququ qeydə alınmasa da, onun həmin qeyri-yaşayış sahəsinə gözlənilən mülkiyyət hüquqları yaranmışdır. Cavabdehlər isə onunla müqavilə bağlayaraq iddiaçıya məxsus qarajın sökülməsi müqabilində 30 kv.m. avtomobil yeri üçün qeyri-yaşayış sahəsi verməyi öhdələrinə götürmüşlər.
19. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh "xxxx" MMC tərəfindən iddiaçıya məxsus qarajın sökülməsi və əvəzinin hər hansı bir formada ödənilməməsi işin mübahisələndirilməyən halıdır. Buna əsas kimi isə yeni tikilən binanın layihəsində dəyişiklik edilməsi və qaraj sahəsinin nəzərdə tutulmaması göstərilmişdir. İddiaçı kompensasiya ödənilməs i tələbi ilə Cavabdeh2ə qarşı inzibati məhkəməyə müraciət etmiş, lakin iddiası mümkün sayılmamışdır. Qərardad onunla əsaslandırılmışdır ki, həmin iddiaya cavab verməli olan subyekt Cavabdeh2 ola bilməz, belə ki, tikintini həyata keçirən şirkət Cavabdeh1 MMC olmuşdur.
20. Birinci instansiya məhkəməsinin qənaətinə görə hazırda tərəflər arasında bağlanmış mülki hüquqi müqavilənin icra edilməməsi məsələsi araşdırıldığından həmin qərardad hazırki iş üzrə preyudisial xarakter daşıya bilməz.
21. Birinci instansiya məhkəməsi Cavabdeh2in məsuliyyəti ilə əlaqədar qeyd qeyd etmişdir ki, o, müqavilənin tərəfi, sifarişçi və zəmanət verən olmaqla, yalnız işlərin maliyyələşdirilməsi üzrə deyil, eyni zamanda “Podratçı” tərəfindən işlərin keyfiyyətlə və vaxtında yerinə yetirilməsinə nəzarətin həyata keçiri lməsi öhdəliyini öz üzərinə götürmüşdür. Buna baxmayaraq, həmin öhdəliyini lazımınca yerinə yetirməmişdir. Halbuki, onun zəmanət verən qismində müqavilənn tərəfi olması hər bir pozuntuya görə məsuliyyəti öz üzərinə götürməsi anlamına gəlir. Xüsusilə vurğulanmalıdır ki, İcra Hakimiyyəti tərəflər arasındakı münasibətlərin hər hansı bir mərhələsində bu öhdəliyini inkar etməmiş, əksinə onun tərəfindən iddiaçıya ünvanlanmış məktublardan da göründüyü kimi, iddiaçının qarajla təmin edilməsi baş tutmadığı üçün Dövlət büdcəsindən vəsait ayrılacağı təqdirdə kompensasiyanın ödəniləcəyini qeyd etmişdir.
22. Digər Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkilinin MMC-nin hər hansı bir təqsirinin olmaması, onların sadəcə onlara verilmiş layihə əsasında tikintini həyata keçirmələri dəlili ilə bağlı birinci in stansiya məhkəməsi göstərmişdir ki, həmin dəlillər əsassız olmaqla, müqavilə öhdəliklərinin icra edilməsindən yayınmaq məqsədi daşıyır. Belə ki, qeyd olunduğu kimi, tikinti müddətində söküntüyə məruz qalan qeyri-yaşayış sahəsinin mülkiyyətçisinə (sahibinə) müqavilədə nəzərdə tutulan qeyri-yaşayış sahəsinin verilməsini təmin etmək podratçı olan Cavabdeh1 MMC-nin öhdəliklərindən biri olmuşdur. Lakin həmin öhdəlik onun tərəfindən icra edilməmişdir.
23. Birinci instansiya məhkəməsi tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq belə nəticəyə gəlmişdir ki, iddiaçıya məxsus əmlakın sökülməsinə baxmayaraq, cavabdehlər tərəfindən müqavilə şərtlərinə əməl edilməməklə sökülmüş əmlakın əvəzinin iddiaçıya verilməməsi qanunsuz olmuşdur. Cavabdehl ər müqavilənin bağlanmasından xeyli müddət keçsə də, öz öhdəliklərini icra etməmiş, onların icrasından yayınmışlar. İddiaçının isə müqavilə ilə ona verilməsi nəzərdə tutulan əmlak mövcud olmadığından onun dəyərinin ödənilməsini tələb etmək hüququ yaranmışdır.
24. Beləliklə, qeyd edilənlərdən də göründüyü kimi, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 31/89 saylı müqavilə üzrə həm “Sifarişçi və zəmanət verən” Cavabdeh2in, həm də “Podratçı”nın Cavabdeh1 MMC-nin müqavilə ilə müəyyən edilən öhdəlikləri olmuş və müqavilənin icra edilməməsi ilə hər iki tərəf müqavilə öhdəliklərini pozmuşdur, bu hal isə iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur.
25. Bu baxımdan birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının irəli sürdüyü faktiki hallar iddia tələbinin q anuni əsasının dispozisiya şərtləri ilə uzlaşdığı üçün əsaslıdır. Hazırki mülki iş üzrə cavabdehlər tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməməsi və bu səbəbdən də iddiaçının mülkiyyətində olan qaraj sahəsindən məhrum olunması müəyyən edildiyindən və yeni inşa edilmiş binada qaraj sahəsi nəzərdə tutulmadığından, həmin avtomobil yeri üçün nəzərdə tutulmuş qeyri-yaşayış sahəsinin dəyəri iddiaçıya ödənilməlidir.
26. Müqavilə öhdəliyinin yerinə yetirilməməsi ilə əlaqədar iddiaçıya ödənilməli olan kompensasiyanın məbləği ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi belə olmuşdur ki, "xxxx" MMC-nin xx.xx.2024-cü tarixli qiymətləndirmə rəyi ilə ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (qarajın) mövcud tarixə bazar dəyəri 27.000 manatdır. Buna görə də iddia həmin hissədə q ismən təmin edilməli, iddiaçıya dəymiş maddi zərərə görə qarajın dəyəri olan 27.000 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutulmalıdır.
27. Birinci instansiya məhkəməsi həmçinin hesab etmişdir ki, iddiaçının qeyri-yaşayış sahəsindən məhrum olması, müqavilənin bağlanmasından uzun müddət keçməsinə baxmayaraq, onun icra edilməməsi, iddiaçının məhkəmələrə və müxtəlif orqanlara müraciət etmək məcburiyyətində qalması nəticəsində müəyyən mənəvi iztirablar keçirməsi şübhəsizdir və o, bu proseslər zamanı keçirdiyi stress və əziyyətlərlə bağlı olaraq ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır.
28. Birinci instansiya məhkəməsi mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin nəticəsində iddiaçının keçirdiyi mənəvi iztirabın xarakteri və dərə cəsini, xüsusilə müqavilənin bağlanmasından uzun müddət keçməsini, habelə işin digər diqqətəlayiq hallarını nəzərə alaraq iddiaçıya dəymiş mənəvi zərərin məbləğinin 2.000 manat müəyyən edilməsini ağlabatan və ədalətli hesab etmişdir.
29. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci, Mülki Məcəllənin 5.3, 6, 21.1, 21.2, 152.1, 385, 425.1, 442, 443.1, 443.2-443.3, 448.2-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1-cü maddələri, X1 Məhkəməsinin “Haqverdiyev Azərbaycana qarşı” 29 yanvar 2015-ci il tarixli, “Önəryıldız Türkiyəyə qarşı” 30 noyabr 2004-cü il tarixli, “Koinq Almaniyaya qarşı”, “Artiko İtaliyaya qarşı” Qərarları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Q.Teryoxinin şikayəti üzrə 15 yanvar 2010-cu il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Qərarları və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat:
30. Qətnamədən cavabdehlər ayrı ayrılıqda apellyasiya şikayətləri vermişdirlər.
31. Cavabdeh1 MMC apellyasiya şikayətində qətnaməsinin iddianın ona münasibətdə təmin oluna n hissəsində ləğv, iddia tələbinin həmin hissədə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
32. Cavabdeh1 MMC-nin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı özü də qeyd edir ki, dəfələrlə Cavabdeh2ə və Bakı şəhər İcra Hakimiyyətinə etdiyi müraciətlərə cavab olaraq bildirilmişdir ki, dövlət büdcəsindən vəsait ayrılacağı təqdirdə iddiaçıya dəymiş ziyan ödəniləcəkdir. Lakin hər hansı bir tədbir görülmədiyindən məhkəməyə müraciət etmişdir. Qətnamə qismən – "xxxx" MMC-yə münasibətdə tam qanunsuz və əsasssızdır. Cavabdeh2 müqavilənin tərəfi, sifarişçi və zəmanət verən olmaqla öhdəliyini yerinə yetirməmiş, qaraja görə kompensasiyanı vətəndaşa ödəməmişdir. Halbuki, onun zəmanət verən qismində müqavilənin tərəfi olması hər bir pozuntuya görə məsuliyyəti öz üz ərinə götürməsi anlamına gəlir. Xüsusilə qeyd edilməlidir ki, İcra Hakimiyyəti tərəflər arasındakı münasibətlərin hər hansı bir mərhələsində bu öhdəliyini inkar etməmiş, əksinə, onun tərəfindən iddiaçıya ünvanlanmış məktublardan da göründüyü kimi, iddiaçının qarajla təmin edilməsi baş tutmadığı üçün dövlət büdcəsindən vəsait ayrılacağı təqdirdə kompensasiyanın ödəniləcəyini qeyd etmişdir. "xxxx" MMC-nin öhdəliyi təqdim edilmiş layihə üzrə dövlət sifarişinin yerinə yetirilməsi olmuş və həmin layihə üzrə "xxxx" MMC öhdəliyini yerinə yetirmiş, binaları inşa edərək sifarişçi – Cavabdeh2ə təhvil vermiş və sifarişçi öz mülahizəsinə görə həmin binalarda olan mənzil və qeyri-yaşayış sahələrinə dair sərəncam vermişdir. "xxxx" MMC-nin layihədən kənara çıxmaq, əlavə qeyri-yaşayış sahələri inşa etmək və ya onlara dair hər hansı sərəncam vermək səlahiyyəti olmamışdır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə almadan səhv edərək "xxxx" MMC-nin guya öhdəliklərin icrasından yayındığı nəticəsinə gəlmişdir. Mənəvi zərərin ödənilməsi məsələsinə gəldikdə isə iddiaçının qarajdan məhrum olunmasında, iddiaçının məhkəmələrə və müxtəlif orqanlara müraciət etmək məcburiyyətində qalması və nəticədə müəyyən mənəvi iztirablar keçirməsi "xxxx" MMC-yə heç bir aidiyyatı yoxdur. Müraciətlərin özündən də görünür ki, iddiaçı bu illər ərzində qarajla bağlı bir dəfə də olsun ki, "xxxx" MMC-yə yox, yalnız İcra hakimiyyəti orqanlarına müraciət edib və İcra Hakimiyyəti orqanları tərəfindən hüquqlarının pozulmasını göstərib. Beləliklə cavabdeh "xxxx" MMC müqavilə üzrə öhdəliklərini yerinə yetirərək iddiaçının mülki yyət hüquqlarını pozmamış və ona maddi və mənəvi zərər yetirməmişdir.
33. Cavabdeh Bakı şəhəri Cavabdeh2 apellyasiya şikayətində qətnaməsinin ləğv, iddia tələbinin ona münasibətdə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
34. Bakı şəhəri Cavabdeh2in apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə olunan sifarişçi və zəmanət verən cavabdeh (Cavabdeh2), podratçı (Cavabdeh1 MMC) və zəmanət alan iddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 31/89 nömrəli üçtərəfli zəmanət müqaviləsinin 1.2-ci bəndinə əsasən, iddiaçıya məxsus yuxarıda adıçəkilən qarajın əvəzinə ünvan 5 ünvanda inşa olunacaq yeni yaşayış binasının zirzəmisində 1 avtomobil yeri üçün ümumi sahəsi 30 kv.m. olan qarajın iddiaçıya verilməsi nəzərdə tutulmuşdur. Lakin yaşayış binasının (ünvan 2) zirzəmisində qaraj sahəsinin tikintisi layihədən çıxarıldığından öhdəliyin icrası təmin edilməmişdir. Qeyd olunmalıdır ki, layihədə olunan dəyişiklik Cavabdeh2 ilə razılaşdırılmamışdır. Həmin Müqavilənin 2.2.2-ci yarımbəndinə əsasən, mülkiyyətçilərə yeni binada veriləcək yaşayış və ya qeyri-yaşayış sahələrinin sənədlərini rəsmiləşdirərək mülkiyyətçiyə təhvil verilməsi “Podratçı”nın (Cavabdeh1 MMC) öhdəliyi kimi qeyd olunmuşdur.” Göründüyü kimi, iddiaçı ilə bağlanmış zəmanət müqaviləsinə əsasən, nəzərdə tutulan qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi Cavabdeh2ə deyil, məhz Cavabdeh1 MMC-yə aid olan öhdəlikdir. Qeyd olunanlara əsasən Cavabdeh2 cavabdeh qismində çıxış edə bilməz və ona qarşı hər hansı tələb yönələ bilməz. Birinci instansiya məhkəməsi iddia əri zəsinin mümkünlük məsələsinə baxan zaman Bakı inzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli,21(112)-517/2023 nömrəli Qərardadını nəzərə almamışdır. Halbuki Bakı İnzibati Məhkəməsində iddiaçının Cavabdeh2ə qarşı və hazırki iş üzrə Cavabdeh1 MMC və Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “mülkiyyətində olan ünvan 4nın həyətində yerləşən və ümumisahəsi 23.6 kv.m. olan qeyri-yaşayış binasının sökülməsi nəticəsində ona verilməli olan 30 kv. metrlik qaraja görə ümumilikdə 50 000 manat kompensasiyanın, vurulmuş mənəvi ziyana görə isə 10 000 manatın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddianın mümkünlüyünə baxılarkən, Bakı İnzibati Məhkəməsi bütün halları düzgün qiymətləndirərək iddianı mümkün saymamışdır. Hə min qərardad Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü i ltarixli, 21(103)-2427/2023 nömrəli qərardadı ilə qüvvədə saxlanılmışdır. Həmin sahənin verilməsi ilə bağlı müqavilənin icrasına öhdəliyi Nərimanov İcra Hakimiyyəti deyil, Cavabdeh1 MMC daşıyır. İddia tələbinin əsasını da müqavilə öhdəliklərin icra edilməməsi nəticəsində dəymiş ziyanın ödənilməsi təşkil edir. İddiaçının tələbi müqavilənin icra edilməməsi nəticəsində dəymiş ziyanın ödənilməsi olduğundan, tələb də müqavilə üzrə qaraj sahəsinin iddiaçıya təhvil verməli olan şəxsə qarşı yönəlməlidir. Yuxarıda qeyd olunanlara əsasən mənəvi zərərlə bağlı iddianın da tam əsassız olması təsdiq olunur. Odur ki, 2.000 manat məbləğin cavabdehlərdən, o cümlədən Cavabdeh2dən tutularaq iddiaçıya ödənilməsi hissəsində də məhkəmənin qətnaməsi əsas sız və qanunsuzdur. Bu hissədə də məhkəmə Mülki Məcəllənin 21ci maddəsini iş üzrə səhv tətbiq edərək maddi hüquq normasının pozuntusuna yol vermişdir. Bu tələb də Cavabdeh2ə qarşı hissədə təmin edilməzdi.
35. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)889/2025 nömrəli qətnaməsi ilə, Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli, e2(005)491/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
36. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)889/2025 nömrəli qərardadı ilə cavabdeh Bakı şəhəri Cavabdeh2in apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tar ixli, e2(005)491/2024 nömrəli qətnaməsi cavabdeh Bakı şəhəri Cavabdeh2ə aid hissəsində ləğv edilmiş, iddiaçının cavabdeh Bakı şəhəri Cavabdeh2ə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair hissədə iş üzrə icraata işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilmişdir. (hakimlər Məhəmməd Rüstəmli (sədrlik edən və məruzəçi), Akif İsgəndərov, Səadət Səlimova)
37. Apellyasiya instansiya məhkəməsi qərardadla bağlı mövgeyini belə əsaslandırmışdır, hazırki iş üzrə iddiaçı həm də Bakı şəhəri Cavabdeh2in hərəkətləri nəticəsində ona maddi və mənəvi zərərin vurulduğunu iddia edir.
38. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarına və İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati orqanların hərəkətləri n əticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır.
39. Göründüyü kimi, bu tələblərə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz.
40. Apellyasiya instansiya məhkəməsi onu da qeyd edib ki, Mülki Prosessual Məcəllənin 262.3-cü maddəsinə əsasən icraata mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir.
41. Lakin iş materiallarından aydın olur ki, iddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh2ə qarşı kompensasiyanın ödənilməsi tələbi ilə inzibati məhkəməyə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin 21(112)-517/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə onun iddiası mümkün sayılmamış, həmin qərardad Bakı Apellyasiya Mə hkəməsinin İnzibati Kollegiyasının 21(103)-2427/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır. Həmin iş üzrə məhkəmələrin gəldiyi qənaət ondan ibarət olmuşdur ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən yeni tikiləcək binada iddiaçıya qeyri-yaşayış sahəsinin verilməsi Podratçı "xxxx" MMC-nin öhdəliyidir. Ona görə də, həmin sahənin verilməsi ilə bağlı müqavilənin icrasına öhdəliyi Bakı şəhəri Cavabdeh2 daşımır.
42. Belə olan halda, iddianın Cavabdeh2ə qarşə olan hissəsi üzrə apellyasiya instansiya məhkəməsi hesab edib ki, iddiaçıya bu tələblə inzibati orqana və ya inzibati məhkəməyə müraciət etməli olmasının izah edilməsinə də zərurət yoxdur.
43. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının İnzibati Pros essual Məcəlləsinin 2.1, 2.2.7-ci, Mülki Prosessual Məcəllənin 261.0.1, 262.3.-cü maddələri və “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. a) Kassasiya şikayətinin dəlilləri:
44. Cavabdeh1 MMC (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadını ləğv edilməsini, işin apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
45. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının iddia tələbi məhz cavabdehlərə münasibətdə müqavilədən irəli gələn öhdəliklərin icrası və bununla bağlı törəmə tələb olan mənəvi ziyan tələbindən ibarət olmuşdur. Beləliklə, iddia tələbinin əsasını müstəqil olaraq dəymiş ziyan yox, məhz müqavilə öhdəliklərinin icrası təşkil edir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsi tərəfindən hazırki mübahisəyə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarını və İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsini tətbiq etməsi tamamilə əsassız olmuş, məhkəmə istinad olunan qərarı və qanunvericilik normasını düzgün tətbiq etməmişdir. Belə ki, İnzibati Prosessual Məcəllənin 2.2.7-ci maddəsində Cavabdeh2in inzibati orqan kimi inzibati aktları nəticəsində fiziki və hüquqi şəxslərə dəymiş ziyanın mübahisələndirilməsindən gedir. Lakin hazırki vəziyyətdə isə iddia tələbinin əsasını Cavabdeh2in məhz mülki hüquq subyekti kimi öhdə liklərini icra etməməsindən irəli gələn ziyan və öhdəliklərini icra etməməsi faktı, yəni vətəndaşa məxsus daşınmaz əmlakı müvafiq layihə çərçivəsində kompensasiya etməsi öhdəliyinin icra etməməsi təşkil edir. Mülki qanunvericiliyin müddəalarından da göründüyü kimi dövlət hakimiyyəti orqanları da mülki hüquq subyekti qismində çıxış edə bilər, onların digər şəxslərlə mülki hüquq münasibətləri, qanunda ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericiliklə tənzimlənir, dövlət hakimiyyəti orqanları da digər mülki hüquq subyektləri kimi daxil olduqları mülki hüquq münasibətlərində hüquq və öhdəliklər daşıyır. Bu baxımdan iddiaçı tərəfindən cavabdeh Bakı şəhəri Cavabdeh2in mülki hüquq subyekti kimi podratçı ilə bağladığı müqavilə üzrə sifarişçi qismində üçüncü şəxs qarşısında mülki öhdəliklərin i icra etməməsi ilə bağlı üçüncü şəxsin öhdəliklərin icra olunmaması nəticəsində yaranmış kompensassiya tələbinin hüquqi əsasını hər hansı inzibati akt, hərəkət və ya hərəkətsizlik yox, məhz mülki öhdəliklər təşkil edir. Odur ki, belə tələb inzibati icraatın və ya inzibati prosesin deyil, məhz mülki icraatın predmetidir. Buna görə də həmin podrat müqaviləsi üzrə sifarişçinin mülki hüquq subyekti olmasına baxmayaraq sırf inzibati mənşəyinə görə prosesdən kənarlaşdırılması əsassız olmuşdur. İddiaçının hazırki mülki iş üzrə iddia tələbinin predmetini maddi ziyan və kompensassiya tələbi təşkil etsə də, həmin tələbin hüquqi əsasını məhz Bakı şəhəri Cavabdeh2in inzibati orqan qismində hər hansı inzibati aktı deyil, məhz sifarişçi kimi podratçı ilə bağladığı podrat müqaviləsində müvafiq layihə çə rçivəsində üçüncü şəxslər qarşısında öz mülki öhdəliklərini icra etməməsi faktı təşkil edir. Bu baxımdan yerli icra hakimiyyəti orqanının vətəndaş qarşısında müvafiq layihə çərçivəsində sifarişçi qismində podratçı ilə bağladığı podrat müqaviləsi inzibati akt kimi qiymətləndirilə bilməzdi və həmin müqavilə üzrə öhdəliklərin icrası da Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarı və İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsi kontekstində tövsif oluna bilməzdi. Çünki, İPM-in 2.2.7-ci maddəsinin hipotezasında məhz inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbi, yaxud inzibati akt nəticəsində vurulmuş ziyana görə kompensassiya təşkil edir. Hazırki iddia tələbinin əsasını isə inzibati orqanın sifarişçi qismində daxil olduğu mülki müqavilə münasibə tlərində üçüncü şəxs qarşısında öhdəliklərinin icra edilməməsi təşkil edir.
46. Kassasiya şikayətində Mülki Məcəllənin 5.2, 385, 386.1-ci, Mülki Prosessual Məcəllənin 46, 50, 53, 153-ci maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə etirazın dəlilləri
47. Kassasiya şikayətinə etiraz verilməmişdir Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 2.2.7. İnzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödəni lməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Maddə 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarı: Bənd 3.1....Ümumi (publik) hüquq, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edi r. Bənd 7.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır. Maraqlı şəxsin vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə tələbi inzibati orqan tərəfindən təmin edilmədikdə, bununla bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Kassasiya baxışının hədləri
48. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
49. Kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.
50. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
51. Barəsində şikayət verilən qərardaddan görünür ki, apellyasiya instansiyası məhkəməsi Bakı şəhəri Cavabdeh2ə qarşı hissədə iş üzrə icraata xitam verərkən ona istinad etmişdir ki, həmin tələbə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz.
52. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni İ nzibati Prosessual Məcəllənin 2.2.7-ci, Mülki Prosessual Məcəllənin 26.0.1-ci maddələri və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarı ilə əsaslandırmışdır.
53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qeyd edilən əsasla iş üzrə icraata xitam verərkən düzgün nəticəyə gəlməmişdir.
54. Belə ki, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi İnzibati Prosessual Məcəllənin 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.
55. İşdən görünür ki, Cavabdeh2 (“Sifarişçi və Z əmanətverən”), Cavabdeh1 MMC (“Podratçı”) və iddiaçı (“Zəmanətalan”) arasında xx.xx.2014-cü il tarixində 31/89 nömrəli zəmanət müqaviləsi bağlanıb. Həmin müqaviləyə əsasən Bakı şəhərinin Baş planına uyğun olaraq Heydər Əliyev prospektində istismar müddəti keçmiş yaşayış binalarının sökülərək yerində yeni müasir yaşayış binalarının inşa olunması ilə əlaqədar Ağa Neymətulla küçəsi, 29/89 saylı yaşayış binasının sökülməsi və sakinlərin köçürülməsi üçün həmin yerdə müasir yaşayış binasının inşa edilməsi, yeni tikiləcək binada köçürülən sakinlərin əvvəlki mənzillərinin və ya qeyri-yaşayış sahələrinin müqabilində yeni mənzillərlə və ya qeyri-yaşayış sahələri ilə təmin olunması məqsədilə, iddiaçı Ağa Neymətulla küçəsi 29/89 saylı binanın həyətində ona məxsus, ümumi sahəsi 28,2 kv.m olan qarajının əvəzinə, həmin ünvanda inşa olunacaq yeni yaşayış binasının zirzəmisində bir avtomobil yeri üçün ümumi sahəsi 30,0 kv.m olan qarajla təmin olunmalıdır.
56. Hazırki işdə də mübahisə həmin müqavilə münasibətlərindən yaranıb. İddiaçı tələbində Bakı şəhəri Cavabdeh2ə qarşı iddiasını həmin orqanın müqavilə öhdəliklərini yerinə yetirməməsi ilə əsaslandırıb. Başqa sözlə, iddia inzibati orqan olan Cavabdeh2 qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi, eləcə də inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbi barədə deyil, müqavilə öhdəliklərinin yerinə yetirilmə(mə)si ilə bağlıdır.
57. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının Bakı şəhəri Cavabdeh2ə qarşı pul tələbi iddiasının kökündə həmin orqanın hə r hansı inzibati aktı, hərəkət və ya hərəkətsizliyi durmur. Tələbin əsasını Bakı şəhəri Cavabdeh2in də tərəf olduğu müqavilə öhdəliklərinin yerinə yetirilməsi təşkil edir.
58. Bu isə o deməkdir ki, Bakı şəhəri Cavabdeh2ə qarşı olan hazırki iddia tələbi İnzibati Prosessual Məcəllənin 2.2.7-ci maddəsinini təsiri altına düşmür. Bu baxımdan, iş üzrə Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi düzgün olmamşdır.
59. Həmçinin müəyyən edilib ki, iddiaçı eyni məsələ ilə bağlı cavabdeh Bakı şəhəri Cavabdeh2ə qarşı (Cavabdeh1 MMC və Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla) kompensasiyanın ödənilməsi tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 21(112)-517/2023 nömrəl i, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır.
60. Həmin iş üzrə iddianın mümkün sayılmamasının əsası kimi də ona istinad edilib ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən yeni tikiləcək binada iddiaçıya qeyri-yaşayış sahəsinin verilməsi Podratçı "xxxx" MMC-nin öhdəliyidir. Buna görə də, həmin sahənin verilməsi ilə bağlı müqavilənin icrasına öhdəliyi Bakı şəhəri Cavabdeh2 daşımır.
61. Qeyd edilən qərardad Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)2427/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır.
62. Göründüyü kimi, inzibati icraat qaydasında baxılan iş üzrə də məhkəmələr iddianı Bakı şəhər Cavabdeh2ı qarşı mümkün saymayarkən, tərəflər arasında bağlanmış müqaviləyə əsaslanaraq həmin müqavilə üzrə İcra Hakimiyyətinin öhdəlik daşımamasını qeyd etmişlər.
63. Qeyd edilənlərə uyğun olaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiya məhkəməsinin İnzibati Prosessual Məcəllənin 2.2.7-ci və MPM-in 261.0.1-ci maddələrinə əsasən iş üzrə icraat xitam verməsi düzgün olmamışdır.
64. Hazırki işin müəyyən edilmiş halları baxımından Bakı şəhər Cavabdeh2ə qarşı iddia mülki məhkəmə icraatı qaydasında baxılmalı olan iddiadır.
65. Bu baxımdan, kassasiya şikayətinin dəlilləri əsaslıdır.
66. Beləliklə, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı, işə yenidən baxılarkən tərəflər arasında bağlanmış müqavilənin şərtləri, inzibati icraat qaydasında baxılan iş üzrə məhkəmə aktları, həmin məhkəmə aktlarının hazırki mübahisənin həllində hansı hüquqi əhəmiyyət daşıması və s. hallara qiymət verilməli, bundan çıxış edilərək müvafiq əsaslı məhkəmə aktı qəbul edilməlidir.
67. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 418, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: cavabdeh "xxxx" MMC-nin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-889/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.