Məhkəmə qərarları › İş №2(102)-1421/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1421/2021

09.03.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1421/2021 09.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı işə bərpa tələbinə dair iş üzrə QƏRARİ iş № 2(102)-1421/21 (Açar sözlər: Əmək Məcəlləsinin 70-ci maddənin “ç” bəndi ilə işdən çıxarma) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 və cavabdehin vəkili İbrahimov Taleh Vəli oğlunun iştirakları ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı işdən çıxarılma barədə əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)3834/2020 nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2019-cu il tarixli əmrinə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Ağcabədi Rayon Məşğulluq X3 tədbirləri sektorunun direktoru vəzifəsinə təyin olunmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin **********6 saylı, xx xxxx 2019cu il tarixli əmri ilə iddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmuşdur. İddiaçı həmin əmrlə razılaşmayaraq hazırkı mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun işdən azad edilməsi barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin **********6 saylı, xx xxxx 2019-cu il tarixli əmrinin qanunsuz hesab edilməsi, həmin əmrin ləğv edilməsi və işə bərpa olunana qədər məcburi iş buraxma müddətinə görə qərar icra olunan tarixə kimi əmək haqqının cavabdeh təşkilatdan alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi belə əsaslandırılmışdır: xx.xx.2003-cü il tarixdən xx.xx.2019-cu il tarixə kimi DSMF-nin Ağcabəd i rayon şöbəsində müfəttiş, sektor müdiri və baş məsləhətçi vəzifəsində işləmişdir. İşlədiyi həmin dövr ərzində rəhbərlik tərəfindən heç bir irad və töhmət almamışdır. xx.xx.2019-cu il tarixdə cavabdeh təşkilatın **********6 saylı əmrinə əsasən, onu Ağcabədi Rayon Məşğulluq X3 tədbirləri sektoruna müdir, eyni zamanda direktor vəzifəsinin icrası həvalə olunmuşdur. Ağcabədi rayon Məşğulluq Mərkəzində işlədiyi 5 aydan az müddətdə hər bir işi baş idarə ilə razılaşmağa çalışmışdır. 2019-cu ilin iyun ayında Dövlət Məşğulluq Xidmətinin Daxili Nəzarət İdarəsinin sektor müdiri Fərid Ağamaliyev və İbadət adlı şəxs, özlərinin dediyinə görə monitorinq keçirmək məqsədi ilə onların idarəsinə ezam olunmuşlar. İki gün ezamiyyət yerində görüş keçirdikdən sonra akt tərtib etmədən ondan izahat tələb etmişlər. O, təsdiq etmişdir ki, növbəlik prinsipini pozmaqla vakant olan yerlərə göndəriş verib və buna görə də izahat verib. Belə ki, imtiyazlı şəxslər var ki, onlara göndəriş verməmək mümkün deyil. Çünki həmin şəxslər şəhid ailələri, Qarabağ müharibəsi iştirakçıları və ya onların ailələridir. Belə hallar həqiqətən azda olsa olub. Sonra həmin şəxslər ona demişlər ki, ola bilərmi mərkəzin işçiləri göndəriş verilən adamlardan nəsə təmənna umsunlar. O, isə bildirmişdir ki, belə iş olmaz bu hal istisnadır. O, Daxili Nəzarət İdarəsinin əməkdaşlarını, qonaq kimi qəbul edib onların oteldə qalmalarını və maşın tutub yola salınmasını təmin etmişdir. xx.xx.2019-cu il tarixdə o, Kadrlar İdarəsinin rəisi Nərmin xanımın yanına dəvət olunub və ona bildirilmişdir ki, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məc əlləsinin 70-ci maddəsinin “Ç” bəndinə uyğun olaraq xitam verilməsi məcburiyyəti yaranmışdır. O, bildirib ki, bu çox ciddi ittihamdır, bu maddədinin tətbiq olunması üçün Əmək Məcəlləsinin 72-ci maddəsinin 8 bəndindən birinin pozulması zəruridir. Həmçinin o, işdən çıxma səbəbinin ona düzgün bildirilməsini xahiş etmişdir. Nərmin xanım ona işdən çıxma səbəbinin Fuad Musayevdən öyrənməsini bildirmişdir. O, nə qədər cəhd etsə də Fuad Musayev onu qəbul etməmişdir. O, iki dəfə Kadrlar İdarəsinin rəisi Nərmin xanımın yanında olmuşdur. Nərmin xanımdan əmək kitabçasının ona verilməsini xahiş etmiş, o, isə kitabçanı hələ yazmadığını, yazıb onu çağırıb verəcəyini bildirmişdir. Halbuki, Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci bəndinə əsasən, Əmək müqaviləsinə xitam verilən zaman əmrin surəti, əmək ki tabçası sonuncu iş günü işçiyə verilməlidir.Təəssüflər olsun ki, dəfələrlə müraciət etməyinə baxmayaraq, xx xxxx 2019-cu il tarixli işdən azad olunmağı barədə əmr və əmək kitabçası ona rəsmi şəkildə təqdim edilməmişdir. Əmək kitabçası ona yalnız xx.xx.2019-cu il tarixdə poçt vasitəsilə göndərilmişdir. İşdən azad olunması barədə əmri almaq üçün xx xxxxxxx 2019- cu il tarixdə o, işlədiyi təşkilata, xx xxxxxxx 2019-cu il tarixdə isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəsmi olaraq müraciət etmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Ağcabədi Rayon Məşğulluq Mərkəzinin xx xxxxxxx 2019-cu il tarixli cavab məktubuna əsasən işdən azad edilmə haqqında əmrin surətinin verilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq şöbəsinə müraciət etməyi tövsiyyə olunmuşdur. Onun xx xxxxxxx 2019-cu il tarixli Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətinə isə rəsmi şəkildə cavab verilməmişdir. Nəticədə o, məcbur qalaraq xx xxxxxx 2019-cu il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin inzibati binasına gedib işdən azad olunması barədə sözügedən əmri tələb etmiş və yalnız onun təkidlərindən sonra xx xxxx 2019-cu il tarixli işdən azad olunması barədə əmrin surətini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin inzibati binasından xx xxxxxx 2019-cu il tarixdə ala bilmişdir. Əmrlə tanış olduqdan sonra ona məlum olmuşdur ki, həqiqətən də, onu Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, qanunsuz və əsassız olaraq işdən azad etmişlər.

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)-1027/2020 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim O.Məmmədli) iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

5. Məhkəmə iddia tələbini rədd edərkən Əmək Məcəlləsinin 10, 68, 70, 71, 72ci maddələrinə istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat

6. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər- E.Kazımov (sədrlik edən və məruzəçi), A.İskəndərov və İ.Kərimli ) xx xxxxxxxx 2020-ci il tarixli, 2(103)-3834/20 nömrəli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)-1027/2020 nömrəli qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlill əri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Kassasiya şikayətinin dəlilləri

8. İddia çı apelyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnaməni ləğv edərək, işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

9. Kassasiya şikayəti iddia ərizəsində qeyd olunan fakitki hallarla əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, çalışdığı müəssisədə Həmkarlar İttifaqı olmasa da, Ağcəbədi rayonunda birləşmiş regional Həmkarlar İttifaqı fəaliyyət göstərir. İşdən çıxarılma barədə əmrin verilməsindən öncə işəgötürən tərəfindən yazılı təqdimatla həmkarlar İttifaqına müraciət etməli və rəy alınmalı idi. Yalnız bundan sonra işdən çıxarılma barədə ədalətli qərar qəbul edilə bilərdi. Məhkəmə pro sessual normaları pozaraq həmin hallara düzgün qiymət verməmiş, nəticdə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Kassasiya şikayətinə qarşı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin etiraz göndərərək, İddiaçı əmək müqaviləsi üzrə əmək funksiyasını həyata keçirdiyi Ağcabədi rayon Məşgulluq Mərkəzində müvafiq həmkarlar ittifaqı təşkilatı fəaliyyət göstərmir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı şəhəri üzrə X1 Komitəsinin xx xxxxxx 2020-ci il tarixli, 03 nömrəli məktubu ilə bildirilmişdir ki, İttifaq özündə Nazirliyin yalnız Bakı şəhəri ərazisində yerləşən təşkilatlarda çalışan işçilərini birləşdirir və Ağcabədi rayon Məşgulluq Mərkəzinin işçiləri ora d axil deyil. Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər.

12. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 və İbrahimov Taleh Vəli oğlu kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Əmək Məcəlləsi:

13. Maddə

10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisə daxilii ntizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işə götürənə vurduğu maddi ziyana görəmə suliyyə t daşımaq; d) dövlət sirrini, habelə işə götürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərin ipozmamaq; ə) fərdi, kollekti və mək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etməkdən ibarətdir. 14. 70-ci maddənin “ç” bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 15. 71-ci maddənin 2-ci hissəsi. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdə n və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrıayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 16. 71-ci maddəsinin 3-cü hissəsi. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 17. 80-ci maddənin 1-ci bəndi. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı tə şkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 18. 80-ci maddənin 2-ci bəndi. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. 19. 186-cı maddənin 2-ci hissəsi. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifə lərini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. 20. 300-cü maddənin 1-ci hissəsi. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə idd ia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədlər i

23. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

24. Kassasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2019cu il tarixli əmrinə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Ağcabədi Rayon Məşğulluq X3 tədbirləri sektorunun direktoru vəzifəsinə təyin olunmuşdur. Ağcabədi rayon Məşğulluq Mərkəzi tərəfindən 2019-cu ilin 5 ayı üzrə təşkil olunmuş özünüməşğulluq tədbirlərinin təşkili vəziyyətinin monitorinqinin aparılması haqqında Arayışdan, Xidməti məruzədən görünür ki, İddiaçı məktubda nəzərdə tutulmuş qaydada tələbləri yerinə yetirməyərək özünüməşğulluq proqramının icrasını qanunamüvafiq qaydada təşkil etməmiş, tələb olunan müvafiq sənədlərin işə alınmasını təmin etməmiş, şəxslərin proqrama uyğunluğunu düzgün müəyyənləşdirilməmiş və şəraiti olmayan şəxslər təlimlərə cəlb olunmuş, eyni zamanda vətəndaşlara işə göndərişlərin verilməsi sahəsində bir çox hallarda növbəlilik qaydası pozulmuşdur.

25. İd diaçının onunla bağlanmış əmək müqaviləsinə xitam verilərkən Həmkarlar ittifaqının razılığının alınmaması dəlilinə gəldikdə isə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı şəhəri üzrə X1 Komitəsinin xx.xx.2020-ci il tarixli məktubundan göründüyü kimi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı şəhəri üzrə X1 Komitəsi özündə Nazirliyin yalnız Bakı şəhəri ərazisində yerləşən təşkilatlarda çalışan işçilərini birləşdirir və Ağcabədi rayon Məşğulluq Mərkəzinin işçiləri ora daxil deyil.

26. Bu qərarın 17-ci bəndində nəzərdə tutulan normaya əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatını n qabaqcadan razılığı alınmaqla ləğv edilir.

27. Hüseynov X4 Məşğulluq Xidməti, Rayon məşğulluq mərkəzləri, Ağcabədi rayon Məşğulluq Mərkəzi mərkəzi icra hakimiyyəti orqanı tabeliyində olan orqanın rəhbəri-direktor vəzifəsinə işə qəbul edilərkən vəzifə təlimatları ilə tanış olmuş və həmin vəzifə təlimatlarına əsasən: Mərkəzin qarşısında duran vəzifələrin yerinə yetirilməsini, Dövlət Məşğulluq Xidmətinin rəhbərliyinin tağşırıqlarının vaxtında və keyfiyyətlə icrasını, Mərkəz işçilərinin əməyinin səmərəli və düzgün təşkil olunmasını təmin edir: Mərkəzin işini təşkil edir, qarşılıqlı əvəzolunma əsasında iş bölgüsü aparır, işçilərin fəaliyyətinə nəzarət edir; Mərkəzdə əmək intizamına ciddi riayət olunmasını təmin edir, işçilərin mükafatlandırılması, həvəsləndirilməsi, eləcə də əmək və icra inti zamını pozmuş işçilərin inzibati qaydada cəzalandırılması haqqında Dövlət Məşğulluq Xidmətinin rəhbəriliyi qarşısında məsələ qaldırır; Mərkəzə məxsus inventar və avadanlıqların qorunub saxlanmasına, səmərəli istifadə olunmasına məsuliyyət daşıyır və s.

28. Məhkəmələr müəyyən etmişlər ki, İddiaçı Dövlət Məşğulluq Xidmətinin Ağcabədi Rayon Məşğulluq Mərkəzində tutduğu vəzifədə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, bununla bağlı izahat yazaraq nöqsanlarını etiraf etmişdir.

29. İddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər ir əli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia tələbinin faktiki əsası (faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi qənaət işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun olmuşdur.

30. İddiaçının göstərdiyi dəlillər iş materialları ilə hər hansı bir formada təsdiq edilmir. Cavabdeh tərəfindən təqdim edilən sənədlərdə iddiaçının Əmək Məcəlləsinin 70-ci mad dəsinin “ç” bəndinin tələblərini pozması açıq-aşkardır.

31. İddiaçı onun qanunsuz və əsassız olaraq işdən çıxarıldığına dair istər birinci, istərsə də hər hansı bir mötəbər sübut təqdim etməmiş, eləcə də istinad etdiyi halları sübuta yetirəcək hər hansı bir mötəbər dəlil göstərməmişdir. Əksinə cavabdeh tərəfindən təqdim edilən, əmək vəzifələrinin kobud pozulmasını təsdiq edən sübutları ümumiyyətlə təkzib etməmişdir.

32. Yuxarıda şərh olunanlar belə qənaətə gəlməyə əsasə verir ki, Apelyasiya Məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarının tətbiqində pozuntuya yol verməmişlər.

33. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mü lki Kollegiyasının 2(103)-3834/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar