Məhkəmə qərarları › İş №2(102)-1423/2025

Ali Məhkəmə Qərardad — İş №2(102)-1423/2025

10.04.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1423/2025 10.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARDADİ İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı iş üzrə (Açar sözlər: qanunla müəyyən edilmiş prosessual müddətin ötürülməsi, kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (məruzəçi), X3 və Zaur Əli oğlu Əliyevdən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-576/2025 nömrəli, 13 yanvar 2025-ci il tarixli qətnaməsindən Cavabdeh4 kassasiya şikayətinin mümkünlüyünə 10 aprel 2025-ci il tarixdə Ali Məhkəmənin binasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏM Ə AKTLARİ

1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 11 saylı evin 30 saylı mənzilinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir

2. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-2566/22 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. (hakim C.Ə.Tağıyev)

3. Cavabdeh4 qətnamədən apellyasiya şikayəti vermişdir.

4. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-576/2025 nömrəli, 13 yanvar 2025-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır. (hakimlər) Məhəmməd Rüstəmli, Akif İsgəndərov, Səadət Səlimova)

5. Apellyasiya i nstansiyası məhkəməsinin qətnaməsi 17 yanvar 2025-ci il tarixdə cavabdehin vəkili və nümayəndəsi olmuş Vəkil1 elektron kabinetinə yerləşdirilmişdir.

6. Həmin qətnamədən cavabdehin vəkili və nümayəndəsi Vəkil2 tərəfindən elektron kabinet vasitəsilə 1 aprel 2025-ci il tarixdə kassasiya şikayəti verilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Madd ə 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Maddə 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddət keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onu vermiş şəxsə qaytarılır. Mad də 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. Maddə 404-1.2. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Maddə 405.0.1. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

7. Məhkəmə mtərəfindən müəyyən edilmişdir ki, cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini vəkili və nümayəndəsi olmuş Vəkil1 vasitəsi ilə 17 yanvar 2025-ci il tarixdə əldə etmiş, həmin qətnamədən kassasiya şikayəti verilməsi üçün müddə tin axımı xx.xx.2025-ci il tarixdə başlayaraq xx.xx.2025-ci il tarixdə bitmiş, cavabdehin vəkili tərəfindən tərtib edilmiş kassasiya şikayəti 1 aprel 2025-ci il tarixdəprosessual müddət bitdikdən sonra “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirilmiş, müddətin bərpası barədə vəsatət də verməmişdir.

8. Azərbаycаn Respublikаsı Konstitusiya Məhkəməsinin “X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarına əsasən qanunverici MPM-də qanunsuz və əsassız məhkəmə aktları ilə (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) pozulmuş hüquqların səmərəli bərpası mexanizminin yaradılması məqsədilə belə aktlara apellyasiya və kassasiya instansiyası məhkəmələrində ye nidən baxılması prosedurlarını (MPM-nin 357-401, 402-421-ci maddələri) müəyyənləşdirmiş və həmin aktların mübahisələndirilməsini bir sıra şərtlərlə, o cümlədən şikayətin (ərizənin) verilməsi müddətlərinə riayət edilməsi ilə əlaqələndirmişdir. Ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur.”

9. Göründüyü kimi, cavabdeh kassasiya şikayətini 2 aylıq müddət ərzində verməmiş, müddətin bərpası ilə bağlı müraciət etməmiş, apellyasiya məh kəməsi də müddətin ötübötməməsini yoxlamadan prosessual müddət ötürülməklə verilən kassasiya şikayəti kassasiya instansiyasına göndərilmişdir. 10.Halbuki Mülki Prosessual Məcəllənin 409-cu maddəsinə görə apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır.

11. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, hazırki iş üzrə kassasiya şikayətinin mümkünlüyü üçün əsaslar mövcud olmadığından, onun icraata qəbulundan imtina edilməli, kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. 12.Şikayət verən şəxs Mülki Prosessual Məcəllənin 408.5-ci maddəsinə uyğun olaraq nöqsanları aradan qaldırdıqdan sonra yenidən ümumi qaydada kassasiya şika yəti ilə müraciət edə bilər. 13.Göstərilənləri və MPM-in 404-1.2, 407, 408.1.4 və 408.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh4 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-576/2025 nömrəli, 13 yanvar 2025-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti qeyrimümkün hesab edilsin. Kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar