Məhkəmə qərarları › İş №2(102)-1424/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1424/2020

02.03.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1424/2020 02.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Dəmirov İlqar Kamal oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı, Cavabdeh və vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)****/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (hakim G.Əhmədova) xx.xx.2019-cu il tarixli, 2(002)-****/2019 nömrəl i qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “əşyaların ona qaytarılmaqla mənzilə köçürülmə” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Kazımov, T.Səmədov, İ.Şirinov) xx.xx.2019-cu il tarixli, 2(103)-****/2019 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(002)-****/2019 saylı qətnaməsinin ləğv edilməsi, iddianın qismən təmin edilməsi, İddiaçı Bakı şəhəri, ************************ yerləşən 3 otaqlı evə (özbaşına tikiliyə) köçürülməsi qət edilmişdir. Cavabdeh iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Cavabde h qarşı “cehiz əşyalarının yerini dəyişməklə 3 otaqlı mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,onun Bakı şəhəri, ************************* yerləşən 3 otaqlı mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçıərizə ilə (səh 55) məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, ***************************** yerləşən 3 otaqlı mənzilə köçürülməsi və həmin ərizədə qeyd edilən cehiz və qızıl əşyalarının ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh və vəkili Vəkil1 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələ blərini pozmaqla qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, iddia tələbi əsassızdır. Çünki mübahisəli mənzildə iddiaçıya məxsus heç bir əşya və ya əmlak yoxdur. İddiaçı həmin mənzildə 5 ildən çoxdur ki, yaşamır. O, atasına məxsus evdə qeydiyyatdadır. Mübahisəli mənzilin tikintisində iddiaçının heç bir zəhməti və xərci olmamışdır. Onun valideynlərinin maddi imkanı yaxşı olsa idi, qızlarının adına mənzil alardılar. Həmin zamanlarda da iddiaçının ailə münasibətləri kəsilmiş və olduqca kəskinləşmişdir. Həmin zamanda da iddiaçının valideynləri tərəfindən Azərə məxsus torpaq sahəsində 3 otaqlı mənzil inşa etdirilməsi qeyri-mümkün olmuşdur. Eyni zamanda, A1 xx.xx.2018-ci ildə Qaradağ RPİ-nin 11-ci PB-nə şikayət ərizəsi yazaraq, iddiaçı tərəfindən ************* yerləşən 3 otaqlı evindən oğurluq edilməsini bildirmiş, həmin zaman iddiaçı 11-ci PB-də özünə məxsus əşyalarını həmin evdən aparmasını bildirmişdir. Ona görə də cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Göründüyü kimi, apelyasiya məhkəməsi işin hallarına uyğun qətnamə qəbul etməmişdir. Ona görə də onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-****/2019 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi və ya mülki işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh və vəkili Vəkil1 kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. İddiaçı məhkəmə iclasında vəkilsiz iş tirak etdiyinə görə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq izahatı dinlənilmədi. İddiaçı məhkəməyə kassasiya şikayətinə etiraz ünvanlayaraq, şikayətin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-****/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi barədə qəbul etdiyi qətnamənin ləğv edilərək iddianın qismən təmin edilməsi qənaətinə gələn apellyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, "Norm ativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 13.1-13.2-ci maddələrinə əsasən konkret ictimai münasibətləri tənzimləyənqanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 11.1-ci maddəsinə əsasən, mülki hüqu q münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən, oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlam aq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddia tələbi dövlət reyestrində qeydiyyatdan keçməmiş, özbaşına tikiliyə köçürmə tələbi ilə bağlı olduğundan və həmin məsələləri birbaşa tənzimləyən maddi hüquq norması olmadığından mübahisə analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməlidir. Bununla əlaqədar, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının apellyasiya şikayətində göstərilən dəlilləri qətnamənin ləğv və iddianın qismən təmin edilməsi üçün əsasdır. Əvvəla ona görə ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin tikili faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi istifadə olunur. Bunu tərəflərin heç biri mübahisələndirmir, mübah isələndirilən hal həmin evə (özbaşına tikiliyə) iddiaçının və Cavabdeh aidiyyətinin olub-olmaması ilə bağlıdır. Belə ki, Cavabdeh iddia tələbinə etiraz edərək bildirir ki, mübahisəli ev ona məxsusdur. Cavabdeh mübahisəli özbaşına tikilinin ona məxsus olmasına və iddaçının orada müvəqqəti yaşamasına dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Çünki, iddia tələbinə etirazının əsası kimi istinad etdiyi həmin halları sübut etmək yükü artıq onun üzərinə düşsə də, bu hallara dair məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Əksinə, Qaradağ rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(002)-3036/2018 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə hazırkı iş üzrə cavabdehin «torpaq sahəsindən, bağ və yaşayış sahəsindən çıxarılma» tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh X2 Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsi Şıxlar bağ massivindəki 0,05 ha torpaq sahəsində yerləşən yaşayış sahəsindən çıxarılması, iddianın qalan hissəsi yəni İddiaçı münasibətdə subyektiv hüququn olmaması əsası ilə rədd edilməsi qət edilmişdir. Həmin işdə hazırkı iş üzrə Cavabdeh İddiaçı 4 ilə yaxın mübahisəli evdə yaşamasını təsdiq etmişdir. Göründüyü kimi, bu hallar iddiaçının davamlı olaraq uzun müddət uşaqları ilə birgə həmin evdə yaşamasını təkzib etmir. Bu hallar həm də ona dəlalət edir ki, iddiaçının da qeyd olunan özbaşına tikilinin inşa olunmasında, saxlanmasında bu və ya digər formada rolu, əməyi və zəhməti olmuşdur. İddiaçının həmin evdə yaşaması və əşyalarının bir qisminin orada olması da bu halları bilavasitə təsdiq edir. İddiaçı mübahisəli evdə (özbaşına tikilidə) uzun m üddət yaşamışdır. İddiaçının cavabdehin qardaşı X2 ilə nikahının pozulması, eləcə də iddiaçının müvəqqəti olaraq valideynlərinin evində yaşaması iddianın təmin edilməməsi üçün əsas ola bilməz. Çünki, qeyd olunduğu kimi həmin ev faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi istifadə olunur. İddiaçının həmin evdə azyaşlı uşaqları ilə eyni əsasla, yəni evə dair sərəncam hüququ əldə etməsə də yaşamaq hüququ yaranmışdır. İddiaçının uşaqları ilə birgə həmin evdə yaşayanlarla eyni əsasla yaşaması hər hansı şəxsin, o cümlədən cavabdehin hansısa bir hüququnu pozmur. Əksinə iddiaçının bu tələbinin təmin edilməməsi onun və azyaşlı uşağının hüquqlarının pozulmasına səbəb olar. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi hesab etmikşdir ki, iddiaçının tələb etdiyi cehiz əşyalarının məhz keçmiş ərinin qardaşı olan cavabdehdə olması ilə bağlı məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. Lakin cavabdehin nümayəndəsi və vəkili iddiaçının tələb etdiyi əşyaların evdə olmadığını, iddiaçının aparması üçün bir yerə yığıldığını və iddiaçıya bu barədə təklif olunduğunu bildirmişdir. Buna görə də, iddiaçının tələb etdiyi əşyaları hazırkı iş üzrə cavabdeh, yaxud iddiaçının keçmiş əri və ya qaynatası tərəfindən qaytarılmadığı halda iddiaçının onlara qarşı həmin əşyaların qaytarılması tələbi ilə məhkəməyə müraciət etməsinə qətiyyən maneə deyildir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kassasiya şikayəti formal dəlillərlə əsaslandırılmağa çalışılmışdır. Belə ki, apelyasiya kollegi yası haqlı olaraq qeyd etmişdir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin tikili faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi istifadə olunur. Cavabdeh mübahisəli özbaşına tikilinin ona məxsus olmasına və iddaçının orada müvəqqəti yaşamasına dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Çünki, iddia tələbinə etirazının əsası kimi istinad etdiyi həmin halları sübut etmək yükü artıq onun üzərinə düşsə də, bu hallara dair məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Kassasiya yoxlaması zamanıda apellyasiya kollegiyası tərəfindən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı, həmçinin apelyasiya kollegiyasının vurğuladığı hallarla bağlı hər hansı sübutlun mövcudluğu müəyyən edilməmişdir. Odur ki, kassasiya şikayətinin dəlilləri apellyasiya instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Beləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tar ixli, 2(103)-****/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar