Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1425/2024 02.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ İş № 2(102)-1425/24 (Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü, prosessual müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Məmmədov Vidadi Məmməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6194/2023 nömrəli, 05 fevral 2024-cü il tarixli qərardadından İddiaçı MMC-nin kassasiya şikayətinə 02 aprel 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binas ında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı MMC iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı MMC-nin xeyrinə GSM müqaviləsinə əsasən ********** GSM nömrəsi üzrə 56.069,60 (əlli altı min sıfır altmış doqquz manat altmış qəpik) manat əsas borcun, 258,21 (iki yüz əlli səkkiz manat iyirmi bir qəpik) ödənilmiş dövlət rüsumunun, cəmi 56.327,81 (əlli altı min üç yüz iyirmi yeddi manat səksən bir) manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-385/2023 nömrəli, 2 avqust 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. (hakim Toğrul Axundov) b) Apellyasiya inst ansiyası məhkəməsindəki icraat
3. İddiaçı MMC qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 7 noyabr 2023-cü il tarixli, 2(103)-6194/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-385/2023 saylı, 2 avqust 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Cəmilə Musayeva (sədrlik edən və məruzəçi), Fuad Babayev, Günay Axundova)
5. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi İddiaçı MMC-nin və MMC-nin nümayəndəsi olan vəkilin elektron kabinetinə 27 noyabr 2023-cü il tarixdə yerləşdirilmişdir.
6. İddiaçı MMC qətnamədən 01 fevral 2024-cü ildə kassasiya şikayəti vermişdir.
7. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6194/2023 nömrəli, 5 fevral 2024-cü il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6194/2023 nömrəli, 7 noyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışa əsasən, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 6194/2023 saylı 07 noyabr 2023-cü il tarixli qətnaməsi İddiaçı MMC və onun nümayəndəsi-vəkili Vəkil2 elektron kabinetinə 27 noyabr 2023-cü il tarixdə yerləşdirilmiş, həmin qətnamədən kassasiya şikayəti isə məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Bununla da qətnamədən kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddət iddiaçı tərəfindən ötürülmüşdür.
9. Apellyasiya instansiyası məhkəməsi onu da vurğulamışdır ki, kassasiya şikayətini verən iddiaçının nümayəndəsi-vəkili Vəkil2 tərəfindən şikayətə prosessual müddətin bərpa olunması barədə vəsatət əlavə edilməmişdir. Nəticədə prosessual müddətin ötürülüb-ötürülmədiyinə, ötürülübsə bunun üzrlü səbəbdən baş verdiyinə qiymət verilməsi mümkün olmamışdır.
10. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 130.1, 130.3, 405.0.1 və 408.1.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
11. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və Bakı Apelly asiya Məhkəməsinin 2(103)-6194/2023 nömrəli, 7 noyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayətinin baxılması üçün Ali Məhkəməyə göndərilməsini xahiş etmişdir.
12. Kassasiya şikayətində qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi qərardadında MPM-nin 405.0.1-ci maddəsini düzgün tətbiq etməmişdir və kassasiya şikayətini əsassız olaraq geri qaytarmışdır. Belə ki, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil2 elektron məhkəmə sistemindəki kabinetindən əldə edilmiş çıxarışdan (skrinşotdan) görünür ki, bu işlə əlaqədar xx.xx.2023-cü il tarixində nümayəndəyə heç bir bildiriş daxil olmamışdır. Bundan əlavə, İddiaçı MMC-nin nümayəndəsi və vəkilinin elektron məhkəmə sistemindəki kabinetinə daxil olmuş xx.xx.2023-cü il tarixli bildirişlə qətnamə İ ddiaçı MMCyə təqdim edilmişdir. Qeyd edilənlərə əsasən iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6194/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət ötürülməmişdir. Belə ki, qətnamə iddiaçıya xx.xx.2023-cü il tarixdə təqdim edilmiş və iddiaçı Mülki Prosessual Məcəlləsinin 405-ci maddəsinə uyğun olaraq qətnamənin ona rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin siste mdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxla yır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının h ədləri
14. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
15. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərardadı tam mübahisələndirilib. Buna görə də məhkəmə kollegiyası qərardadı tam yoxlayır.
16. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmə diyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlməmişdir.
18. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətini geri “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışa əsasən, Bakı Apellyasiya Məhkəməsinin Məhkəməsinin 2(103)-6194/2023 saylı 07 noyabr 2023-cü il tarixli qətnaməsinin İddiaçı MMC və onun nümayəndəsi-vəkili Vəkil2 elektron kabinetinə 27 noyabr 2023-cü il tarixdə yerləşdirilməsinə, həmin qətnamədən kassasiya şikayətinin məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmaqla, qətnamədən kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin iddiaçı tərəfindən ötürülməsinə, eləcə də müddəti n bərpası barədə ərizə verilməməsinə istinad etmişdir.
19. Kassasiya şikayətində qətnamənin İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil2 elektron məhkəmə sistemindəki kabinetinə xx.xx.2023-cü il tarixində deyil, xx.xx.2023-cü il tarixində yerləşdirilməsinə, bununla da prosessual müddət ötürülməməsinə istinad edilmişdir.
20. Kassasiya şikayətinə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 elektron məhkəmə sistemindəki kabinetindən əldə edilmiş çıxarışın əlavə edilmişdir. Həmin çıxarışın skrinşotundan görünür ki, barəsində kassasiya şikayəti verilən Bakı Apellyasiya Məhkəməsinin Məhkəməsinin 2(103)-6194/2023 saylı 07 noyabr 2023-cü il tarixli qətnaməsi 05 dekabr 2023-cü il tarixdə iddiaçının elektron kabinetinə yerləşdirilib. Elektron kabinetə 27 noyabr 2023-cü il tarixində hər hansı sənədin yer ləşdirilməsi barədə qeyd yoxdur. (i.v.199, 200)
21. Eyni zamanda iş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışa əsasən Bakı Apellyasiya Məhkəməsinin Məhkəməsinin 2(103)- 6194/2023 saylı 07 noyabr 2023-cü il tarixli qətnaməsinin İddiaçı MMC və onun nümayəndəsi-vəkili Vəkil2 elektron kabinetinə 27 noyabr 2023-cü il tarixdə yerləşdirilməsi barədə də məlumat vardır. (i.v.178, 179)
22. Göründüyü kimi, barəsində kassasiya şikayəti verilən qətnamənin iddiaçının vəkili və nümayəndəsinin elektron kabinetinə yerləşdirlməsi ilə bağlı ziddiyyətli məqamlar vardır. Bu ziddiyyət aradan qaldırılmayınca prosessual müddətin keçib- keçməməsinə və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticənin əsaslı olubolmamasına qiymət vermək mümkün deyil.
23. Bu baxımdan, qey d edilən ziddiyyətli halların – qətnamənin iddiaçının və onun vəkili və nümayəndəsinin elektron kabinetinə nə vaxt yerləşdirilməsi – tərəflərin iştirakı ilə müzakirə edilməsi zəruridir.
24. Nəzərə almaq lazımdır ki, məhkəmə müdafiəsi hüququ konstitusion hüquq olmaqla, hər bir kəsin məhkəməyə çatımlıq, hüquq və azadlıqların məhkəmə qaydasında təminatına imkan hüququdur. Bu imkanın hər hansı formal əsaslarla məhdudlaşdırılması həmin hüququn əsassız pozuntusuna gətirib çıxarar.
25. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, qərardad ləğv edilməli, iş Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6194/2023 nömrəli, 07 noyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı MMC-nin kassasiya şikayətinin Mülki Prosessual Məcəllənin 409-cu ma ddəsinə əsasən yenidən yoxlanması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, tərəflərin iştirakı ilə təmin edilməklə müddətin keçib-keçməməsinə aydınlıq gətirilməli, bundan sonra əsaslı və qanuni qərardad qəbul edilməlidir.
26. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 418, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı MMC-nin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6194/2023 nömrəli, 05 fevral 2024-cü il tarixli qərardadı ləğv edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6194/2023 nömrəli, 07 noyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı MMC-nin kassasiya şikayətinin Mülki Prosessual Məcəllənin 409-cu maddəsinə əsasən yenidən yoxlanması üçün iş apelyasiya instansiy ası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.