Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1426/2021 23.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı MMC-nin cavabdehlər Cavabdeh3 və qeyrilərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-****/21 (Açar sözlər: kasasiya şikayətindən imtina, xitam) Bakı şəhəri, xx xxxxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil2, cavabdehlər Cavabdeh5, Cavabdeh6, onun və digər cavabdeh X1 vəkili Vəkil1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasın ın 2(103)-****/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı MMC tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı MMC cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “mənzildən çıxarılma və əmlakın sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh - X2 hər ay 600 manat kirayə haqqı verilməklə və mülkiyyət hüququ saxlanılmaqla Bakı şəhəri ********* küçəsində gələcəkdə inşa ediləcək çoxmərtəbəli yaşayış binasında ümumilikdə 170 kv.metr tam təmirli mənzillə təmin edilmək şərtilə ailə üzvləri - X4, Cavabdeh3, X5 ilə birlikdə ünvan1 ünvanında yerləşən 30 saylı mənzili boşaldılaraq mənzildən çıxarılması ba rədə və digər cavabdehlər - Cavabdeh2 hər ay 500 manat məbləğində kirayə haqqı verilməklə və mülkiyyət hüququ saxlanılmaqla Bakı şəhəri ********* küçəsində gələcəkdə inşa ediləcək çoxmərtəbəli yaşayış binasında ümumilikdə 150 kv.metr tam təmirli mənzillə təmin edilmək şərtilə həmin evdə qeydiyyatda olan Cavabdeh6 və digər ailə üzvləri ilə birlikdə ünva 1 ünvanında yerləşən ** saylı mənzili boşaldılaraq mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxxxx 2020-ci il tarixli, 2(005)-****/2020 saylı qətnaməsi ilə (hakim Vüqar Quliyev) iddia tələbinin təmin edilməsi qət edilmişdir. Cavabdehlər Cavabdeh6, X3 və Cavabdeh2 qətnamədən birgə apelyasiya şikayəti vermişlər. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Raqib Qurbanov - sədrlik edən və məruzəçi, Cahangir Yusifov, Vüsalə Baxışova) xx xxxxxxxx 2020-ci il tarixli, 2(103)***/2020 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)-****/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi qət edilmişdir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı MMC (vəkili Vəkil2) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi qə rar barədə qəbul edilməsini xahiş etmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehlər Cavabdeh3, Cavabdeh8, Cavabdeh2 və X3 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə kollegiyasına kasasiya şikayətindən imtina barədə ərizə təqdim edərək, imtinanın qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iş tirak edən Cavabdeh6, onun və digər cavabdeh X1 vəkili Vəkil1 kasasiya şikayətindən imtinanın qəbul edilməsinə etiraz etmədiklərini bildirdilər. Cavabdeh5 məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 410.1. Kasasiya şikayəti vermiş şəxs kasasiya qərarı çıxarılana kimi ondan imtina etməyə haqlıdır. Maddə 410.2. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslarla şikayətdən imtinanı qəbul etməməyə və işə kasasiya qaydasında baxmağa haqlıdır. İşdə iştirak edən başqa şəxslər qətnamə və qərardaddan şikayət verməmişlərsə və məhkəmə kasasiya şikayətindən imtinanı qəbul edirsə, kasasiya instansiyas ında icraata xitam verilir. Maddə 410.3. Kasasiya instansiyasında icraata xitam verilməsi barədə kasasiya məhkəməsi qərar çıxarır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası İddiaçı MMC-nin kasasiya şikayətindən imtina etməsinə dair ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının kasasiya şikayətindən imtinası qəbul edilməli və kasasiya instansiyasında icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 410, 416, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı MMC-nin kasasiya şikayətindən instansiyasında icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. imtinası qəbul edilsin və kasasiya
Məhkəmə qərarları › İş №2(102)-1426/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-1426/2021
23.02.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver