Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1427/2021 22.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ekspert rəyinin mötəbərliyi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Günel İnqilab qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xxxx nömrəli iş üzrə 16 sentyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı ASC və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikay ətlərinə dair işə 22 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında imzalanmış 20.06.2014-cü il tarixli kredit müqaviləsinə əsasən sonuncuya illik 7 faiz ödəmək şərtilə 60 ay müddətinə, 24 ay güzəşt müddəti olmaqla 150000 manat məbləğində kredit verilmişdir.
2. Həmçinin iş materiaları ilə müəyyən edilir ki, 20.06.2014-cü il tarixli kredit müqaviləsinin təminatı olaraq İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 20.06.2014cü il tarixli ipoteka müqaviləsi əsasında Cavabdeh2 məxsus mənzili ipoteka ilə yüklü edilmişdir.
3. «xxxx» MMC-nin 27.09.2018-ci il tarixli rəyindən (mənzilin qiymətləndirilməsinə dair hesabatdan) görünür ki, ünvan 1 ünvandakı binanın 13-cü mərtəbəsində yerləşən, Cavabdeh2 mülkiyyətində olan 154,5 m2 ümumi, 92,2 m2 yaşayış və 62,3 m2 yardımçı sahədən ibarət, 4 otaqlı, xxx nömrəli mənzilin hazırkı dövrə orta bazar dəyəri 200.000 manat təşkil edir.
4. «xxxx» MMC-nin 05.12.2019-cu il tarixli rəyindən (mənzilin qiymətləndirilməsinə dair hesabatdan) görünür ki, ünvan 1 ünvandakı binanın 13-cü mərtəbəsində yerləşən, Cavabdeh2 mülkiyyətində olan 154,5 m2 ümumi, 92,2 m2 yaşayış və 62,3 m2 yardımçı sahədən ibarət, 4 otaqlı, xxx nömrəli mənzilin hazırkı dövrə orta bazar dəyəri 230.000 manat təşkil edir.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 iyun 2019-cu il tarixli 33662 saylı ekspert rəyindən görünür ki, 20 iyun 2014-cü il tarixli 109/KTN saylı kredit müqaviləsi üzrə Cavabdeh1 31 may 2018-ci il tarixədək banka olan borcu 101.711 manat 15 qəpik məbləğində müəyyən olunur, o cümlədən: 31.05.2018-ci il tarixə əsas borc üzrə 101.121 manat 27 qəpik, faiz borcu üzrə 589 manat 87 qəpik.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 mart 2020-ci il tarixli 718 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 İddiaçı ASCyə 20 iyun 2019-cu il tarixə (müqavilənin müddətinin bitdiyi tarixə) olan cəmi borcu 109.182 manat 88 qəpik məbləğində müəyyən olunur, o cümlədən: əsas borc üzrə 101.121 manat 27 qəpik, faiz üzrə 8.061 manat 61 qəpik.. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borcun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi, əmlakın açıq hərracd a satılması, borcun satılmış əmlak nəticəsində əldə edilmiş vəsait hesabına ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 107.832 manat əsas borc, 1.070 manat 67 qəpik faiz, 5.916 manat dəbbə pulu olmaqla, cəmi 114.818 manat 67 qəpik məbləğində pulun tutularaq İddiaçı ASC-yə ödənilməsi; tələbin Cavabdeh2 tərəfindən ipoteka ilə yüklü edilmiş mənzilinə yönəldilməsi; göstərilən mənzilin açıq hərracdan satılması, satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, daşınmaz əmlakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına İddiaçı ASC-yə olan borcun və 30 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Sonradan, İddiaçı ASC Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə mü raciət edərək, Cavabdeh1 20.06.2014-cü il tarixli xxx saylı kredit müqaviləsi üzrə 107.832 manat əsas borc, 16.200 manat 18 qəpik faiz, 20.009 manat dəbbə pulu olmaqla, ümumilikdə 144.041 manat 18 qəpik məbləğində borc, qiymətləndirici şirkətə ödənilən 354 manat məbləğində xərc, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması üçün çəkilən 30 manat məbləğində xərc və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması; tələbin Cavabdeh2Xasməmməd qızı tərəfindən ipoteka ilə yüklü edilmiş mənzilinə yönəldilməsi; mənzilin açıq hərracdan satılması və satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Daha sonra, İddiaçı ASC Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müra ciət edərək, Cavabdeh1 20.06.2014-cü il tarixli xxx saylı kredit müqaviləsi üzrə 107.832 manat əsas borc, 16.200 manat 18 qəpik faiz, 20.009 manat dəbbə pulu olmaqla, cəmi 144.041 manat 18 qəpik borc və illik 5 % dərəcəsi ilə banka dəymiş zərər və əldən çıxmış fayda qismində 5.000 manat məbləğində borc, qiymətləndirmə şirkətinə ödənilən 354 manat məbləğində xərc, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması üçün çəkilən 30 manat məbləğində xərc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması; tutmanın Cavabdeh2 tərəfindən ipoteka ilə yüklü edilmiş mənzilinə yönəldilməsi; mənzilin açıq hərracdan satılması və satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddiaçı iddia təl əbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında 20 iyun 2014-cü il tarixdə kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, Cavabdeh1 7 % olmaqla 60 ay müddətinə, 24 ay güzəşt müddəti olmaqla 150.000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı kimi İddiaçı ASC ilə Cavabdeh2 arasında 20 iyun 2014-cü il tarixli ipoteka müqaviləsi bağlanaraq, Cavabdeh2 məxsus mənzili ipoteka ilə yüklü edilmişdir. Lakin kredit müqaviləsinin müddəaları pozularaq, öhdəliklər icra edilmir.
11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakim C.Tağıyev, iş N 2(006)-110/20) iddia qismən təmin edilmiş, 101.121 manat 27 qəpik əsas borc, 8.061 manat 61 qəpik faiz, 300 manat dəbbə pulu, 354 manat qiymətləndirmə xərci, ipoteka predm etinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması üçün çəkilən 30 manat məbləğində xərc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 109.896 manat 88 qəpik pul vəsaitinin Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə tutulması, tələb üzrə tutmanın Cavabdeh2 mülkiyyətində olan, ipoteka ilə yüklü edilmiş mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, əmlakın ilkin satış qiymətinin 230.000 (iki yüz otuz min) manat müəyyən edilməsi, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləğinin İddiaçı ASC-yə ödənilməsi, Bankın tələbləri ödənildikdən sonra qalan məbləğin Cavabdeh2 qaytarılması, əmlakın satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləğinin Cavabdeh1 tutularaq İddiaçı ASC-yə ödənilməsi, həmin əmlaka tutma yönəldildikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin mənzildən çıxarılması, həmin əmlakın boşaldılması, qiymətləndirmə xərci olan 250 manatın Cavabdeh1 tutularaq «xxxx» MMC-nin təqdim etdiyi hesab üzrə ödənilməsi, ekspertiza xərci olan 345 manat (200+145) Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd olunmuşdur
12. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı ASC-dən kredit məbləği almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəlikləri ni icra etməmişdir
13. Bundan başqa Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə, digər Cavabdeh2 mülkiyyətində olan mənzilini banka ipotekaya qoymuşdur.
14. İpoteka müqaviləsi bağlanarkən notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, mülkiyyətçinin yetkinlik yaşına çatmış və mənzildə qeydiyyatda olan ailə üzvü mənzilin ipotekaya qoyulmasına etiraz etməmiş, həmin əmlaka ödəniş yönəldiyi halda mənzili qeyd-şərtsiz tərk edəcəyini öhdəsinə götürmüşdür.
15. İddiaçı ASC cavabdehə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə ona və ipoteka qoyana xəbərdarlıq etmişdir. Göründüyü kimi, borclu Cavabdeh1 icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmiş və ipoteka saxlayan İddiaçı ASC ipoteka ilə yüklü edilmiş mənzili açıq hərracdan satmaq hüququna əsasən məhkəməyə müraciət etmişdir
16. Bununla yanaşı iddiaçı müqavilə müddəti bitdikdən sonra illik 5 % hesablanan məbləğin və əldən çıxdığını iddia etdiyi faydanın məbləğin ayrı-ayrılıqda nə qədər təşkil etdiyi, həmçinin əldən çıxmış faydanın nədə ifadə olunmasını qeyd etməmiş, əldən çıxmış faydaya dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.
17. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır.
18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1, 269.4, 31 9.1, 385.1, 386.1, 442, 445, 448.1, 467-ci, “İpoteka haqqında” Qanunun 34.1.1, 34.1.2-ci, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 217.4, 218.1, 218.3, 220.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. Qətnamədən İddiaçı ASC və Cavabdeh1 apellyasiya şikayətləri vermişlər.
20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6640/2020 nömrəli iş üzrə 16 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.İsgəndərov (sədrlik edən və məruzəçi), İ.Kərimli və E.Kazımov) İddiaçı ASC və Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli qətnaməsi apelyasiya qaydasında mübahisələndirilən hissələrdə apelyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlan ılmışdır.
21. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, apelyasiya şikayətlərində göstərilən hallar mübahisələndirilən qətnamənin ləğvi üçün əsas ola bilməz. Cavabdeh1 apelyasiya şikayətində faiz borcunun süni surətdə şişirdilərək yüksək göstərilməsinə istinad etsə də, bunu, eləcə də cərimə məbləğinin çox olmasını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdeh faiz və cərimə borcu ilə bağlı hissədə ekspert rəyi ilə razılaşmadığını qeyd etsə də, həmin rəyin əsassızlığını şübhə altına alan, orada göstərilənləri təkzib edən hər hansı sübut təqdim edə bilməmişdir.
22. Bundan başqa iddiaçı müqavilə müddəti bitdikdən sonra illik 5 % hesablanan məbləğin və əldən çıxdığını iddia etdiyi faydanın ayrı-ayrılıqda nə qədər təşkil etdiyini, h əmçinin əldən çıxmış faydanın nədə ifadə olunmasını qeyd etməmiş, əldən çıxmış faydaya dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.
23. Həmçinin, məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
24. Cavabdeh1 kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərk əzinin 13 iyun 2019-cu il tarixli və 03 mart 2020-ci il tarixli ekspert rəyləri əsassızdır.
26. İddiaçı ASC kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
29. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər hər hansı üzrlü səbəb g östərmədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
30. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
31. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya insta nsiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
32. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi ka ssasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
33. Hazırkı kassasiya şikayətində iş üzrə İddiaçı ASC və Cavabdeh1 apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiklərindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə
34. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. (maddə 385.1)
35. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, d igər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (maddə 739.1)
36. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (maddə 739.2)
37. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblər ə müvafiq surətdə hərəkət etməlidir. (maddə 425.1)
38. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. (maddə 425.2)
39. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. (maddə 442)
40. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. (maddə 445.2.1)
41. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyib sə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (maddə 448.1)
42. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. (maddə 462.1)
43. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. (maddə 465.2)
44. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. (maddə 467) “İpoteka haqqında” Qanun
45. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. (maddə 33)
46. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır (maddə 34.1.1)
47. Əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır (maddə 34.1.2)
48. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. (maddə 39.3.3)
49. Bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. (maddə 47.4) Mülki Prossesual Məcəllə
50. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
51. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
52. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
53. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. (maddə 217.2)
54. Kassasiya şikayətində işin hallarının sübut olunmama sına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)
55. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
56. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
57. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiy ası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
58. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 iyun 2019-cu il tarixli və 03 mart 2020-ci il tarixli rəylərin əsaslı olmaması ilə bağlı Cavabdeh1 kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, hazırkı iş üzrə yuxarıda qeyd edilən ekspert rəylərində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olduğundan və ekspert rəylərində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən ekspert rəyləri mötəbər sübut kimi qəbul edilməlidir. 59. “X işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər.
60. Bununla yanaşı kassasiya şikayətlərinin digər dəlillərinə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətlərində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya inst ansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
61. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
62. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı ASC və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xxxx nömrəli iş üzrə 16 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.