Məhkəmə qərarları › İş №2(102)-1427/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1427/2023

03.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İca
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1427/2023 03.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ilk, Cavabdeh1 İddiaçı qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ (Açar sözlər: maddi zərərin ödənilməsi, kirayə hüquq münasibətlərinin davam etdirilməsi, kassasiya şikayətindən imtina, kassasiya baxışına xitam) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu, Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qeyri-yaşayış sahəsindən cavabdehlərin çıxarılması, həmin sahənin boşaldılaraq təhvil verilməsi və maddi zərərin ödənilməsi” barədə ilk, Cavabde h1 İddiaçı qarşı “icarə müqaviləsinin uzadılmış hesab edilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 noyabr 2022-ci il tarixli 2(103)-6882/2022 nömrəli qətnaməsindən cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh1 kassasiya şikayəti üzrə mülki işə 03 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, 2093-cü məhəllə, Ələsgər Qayıbov küçəsində yerləşən ümumi sahəsi 293.1 kv.metr olan qeyri-yaşayış binasının icarəyə verilmiş 23.7 kv.m-lik hissəsindən Cavabdeh1 və Cavabdeh2 çıxarılmaqla, həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq, ona təhvil verilməsi və ona dəymiş 6000 manat məbləğində zərərin Cavabdeh1 tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanılmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin xx.xx.2034-cü il tarixə kimi uzadılmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2074/2022 nömrəli, 29 iyul 2021-ci il tarixli qətnaməsi ilə ilk iddia tələbi təmin, qarşılıqlı iddia tələbi isə rədd edilmişdir. (hakim Aytən Novruzova) Cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6882/2022 nömrəli, 22 noyabr 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, bir inci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinə əsasən yoxlanılan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər Rafael Eyvazov (sədrlik edən və məruzəçi), Şərafət Məmmədova, Fuad Babayev) Cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh1 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya şikayəti icraata qəbul edilmiş və şikayətə yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh1 vəkili və nümayəndəsi elektron məhkəmə sistemi vasitəsilə müraciət edərək, kassasiya şikayətindən imtina etdiklərini bildirmişdir. Mülki Prosessual Məcəllənin 410.1-ci maddəsinə görə kassasiya şikayəti vermiş şəxs kassasiya qərarı çıxarılana kimi ondan imtina etməyə haqlıdır. Mülki Prosessual Məcəllənin 410. 2-ci maddəsinə görə məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslarla şikayətdən imtinanı qəbul etməməyə və işə kassasiya qaydasında baxmağa haqlıdır. İşdə iştirak edən başqa şəxslər qətnamə və qərardaddan şikayət verməmişlərsə və məhkəmə kassasiya şikayətindən imtinanı qəbul edirsə, kassasiya instansiyasında icraata xitam verilir. Mülki Prosessual Məcəllənin 410.3-cü maddəsinə görə kassasiya instansiyasında icraata xitam verilməsi barədə kassasiya məhkəməsi qərar çıxarır. Məhkəmə kollegiyası kassasiya şikayətindən imtina barədə ərizəni iş materialları ilə müqayisəli şəkildə araşdırıb hesab edir ki, kassasiya şikayətindən imtina qanuna zidd olmadığı, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı, Mülki Prosessual Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar və digər tərəfin kassasiya şikayəti olmadığı üçün qəbul edilməli və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6882/2022 nömrəli, 22 noyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh1 kassasiya şikayəti üzrə kassasiya icraatına xitam verilməlidir. Yuxarıda göstərilənləri əsasən və MPM-in 410 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh1 kassasiya şikayətindən imtinası qəbul edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6882/2022 nömrəli, 22 noyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh1 kassasiya şikayəti üzrə kassasiya icraatına xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar