Məhkəmə qərarları › İş №2-2(108)-56/2025

Ali Məhkəmə Qətnamə — İş №2-2(108)-56/2025

12.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İca
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2-2(108)-56/2025 12.01.2026 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Kuimova Vera Gennadiyevna (sədrliyi və məruzəsi ilə), X5 və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, Zeynalova Nuray Hİkmət qızının məhkəmə iclas katibliyi, iddiaçı Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə1, cavabdeh təşkilat Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə2, cavabdeh təşkilatın vəkili-nümayəndəsi Vəkil iştirakları ilə İddiaçı Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh MMC-yə qarşı icarə müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Kom mersiya Məhkəməsinin 18 avqust 2025-ci il tarixli, e-2-2(123)-48/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyiyanında Əmlak Məsələləri Dövlət Xidməti 28 noyabr 2024-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 25 oktyabr 2024-cü il tarixli, 51 nömrəli Sərəncamına əsasən tərəflər arasında bağlanılmış 03 aprel 2024-cü il tarixli, 01 nömrəli dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında icarə müqaviləsi üzrə yaranmış 28928,40 manat icarə haqqının dövlət büdcəsinə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan MR Kommersiya Məhkəməsinin e-2-2(123)-48/2025 nömrəli, 07 oktyabr 2025-ci il tarixli qətnaməsi ilə (Q.N. Məmmədov) iddia təmin edilərək, Cavabdehndən 28928,40 (iyirmi səkkiz min doqquz yüz iyirmi səkkiz manat, qırx qəpik) manatın alınaraq dövlət büdcəsinə ödənilməsi, Cavabdehndən 176,78 (yüz yetmiş altı manat yetmiş səkkiz qəpik) manat dövlət rüsumunun alınıb dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan Cavabdeh 26 sentyabr 2025-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə apellyasiya şikayətilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına müraciət edərək, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 18 avqust 2 025-ci il tarixli, e-2-2(123)-48/2025 nömrəli qətnaməsinin ləğv edilərək, iddiaçının tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətində, əqdlərin ümumi etibarlılıq şərtləri içərisində onun iştirakçılarının iradə ifadəsinin xüsusi əhəmiyyət daşıdığını, belə ki, əqdin yalnız şəxsin müəyyən bir hüquqi nəticəni, yəni mülki hüquq və öhdəlikləri yaratmaq üçün etmiş olduğu iradə ifadəsinin nəticəsində əmələ gəldiyini, bu səbəbdən, etibarlı bir əqdin yaranması üçün hər şeydən əvvəl əqdi əmələ gətirən iradənin mövcud olmasını, işin faktiki hallarından da göründüyü kimi, cavabdeh dövlət qurumu tərəfindən həmin qurğunu istehsala salıb ondan səmərə götürmək üçün onların şirkətə icarəyə verildiyini, lakin sonradan (21 iyul 2024-cü il tarixdə) o nlara icarə obyektinin heç bir hüquqi sənədinin mövcud olmamasının və belə vəziyyətdə oranı işə salmağın qanunsuz olmasının məlum olduğunu, həmçinin, bu vəziyyəti bilən bir qurumun (xüsusi ilə də bu sənədləşmələri aparan və güvən yaradan bir qurumun) xəbəri olmasına baxmayaraq, ona bu barədə heç nə deməməsini, onda əsassız bir güvən yaratdığını və nəticədə də külli miqdarda qoyduğu xərcin batdığını (onun etimadını sarsıtmışdır), icarəyə verilən əmlakın icarəyə verən tərəfindən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalı olduğunu, bundan sonra əmlak üzərində sərəncam hüququnun (o cümlədən icarəyə vermək) həyata keçirilə biləcəyini, Azərbaycan Respublikası Prezidentinin aktları ilə dövlət əmlakına münasibətdə sərəncam vermək hüququnun həyata keçirilməsi, o cümlədən həmin əmlakın balansdan balansa, icarəyə və istifadəyə verilməsi, dövlət müəssisələrinin iştirak etdiyi birgə layihələrə pay şəklində qoyulması ilə bağlı digər halların nəzərdə tutula biləcəyini, belə ki, mövcud vəziyyətdə icarə müqaviləsinin səlahiyyətli orqan (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) tərəfindən bağlanmadığını, 03 aprel 2024-cü il tarixli icarə müqaviləsindən də göründüyü kimi, həmin müqavilənin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə D E Y İ L, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə bağlanıldığını, Azərbaycan Respublikasında dövlət əmlakının Registrində daşınmaz dövlət əmlakının (karxana əmlak kompleksinin) qeydiyyatının aparı lmadığını və həmin əmlak barəsində bağlanmış əqdlərin qeydə alınmadığını, əmlakın texniki pasportu və çıxarışı olmadığı üçün fəaliyyətin (istehsalın) təşkilinin mümkün olmadığını (FHN, Ekologiya Nazirliyi, Sığorta qanunvericiliyi, SƏTƏM və s mümkün olmayıb), bunun nəticəsində, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Karxananı icarəyə götürdüyü müddət ərzində, həmin sahədə görülmüş işlərə dair layihə smeta sənədləri hazırlaması və təqdim etməsinin mümkün olmadığını, tərəflər arasında icarə müqaviləsinin istehsal məqsədi ilə bağlanıldığını, istehsalın təmin edilməsi istiqamətində icarəyə verən tərəfindən müvafiq sənədləşmələrin aparılmamasını (əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilməməsi, texniki pasportun və s. sənədlərin alınmaması) icarəçini müəyyən hərəkətlər etməkdən (müqavilə üzrə hüquq və vəzifələrini yerinə yetirmədən) məhrum etdiyini, beləliklə, icarəyə verənin qanun üzrə öhdəliklərini yerinə yetirməməsi nəticəsində, icarəçinin maliyyə itkisinə məruz qaldığını, fəaliyyətini davam etdirə bilmədiyini və nəticədə ona xeyli miqdarda zərər dəydiyini, belə ki, icarəçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin müvafiq sənədləşmələri apara bilmə imkanından məhrum olduğundan, cəmiyyətin işçilərinin əmək haqlarını ödəmə, onların sığortalanması, müvafiq lisenziyaların alınması, tenderlərdə, auksionlarda iştirak, bələdiyyə ilə torpağın icarə müqaviləsinin bağlanması, Daşınmaz Əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası və Daşınmaz Əmlakın sığortasına dair müqavilələrinin bağlanması istiqamətlərində çətinliklərlə qarşılaşdığını, hətta "xxxx" Məhdud Məsu liyyətli Cəmiyyətinin tikinti inşaat sahəsində lisenziya almaq istəsə də buna nail ola bilmədiyini, nəticədə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətin (istehsalın) təşkilinin mümkün olmadığını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin 22 yanvar 2025-ci il tarixli, 3-17-9-5/2-11-179/2025 nömrəli cavab məktubundan da göründüyü kimi, işçilərlə əmək müqavilələrinə xitam verildiyini, xx.xx.2024-cü il tarixdə vergi orqanına müraciət edilərək cəmiyyətin fəaliyyətinin dayandırıldığını, bunun isə, hazırda cəmiyyətin fəaliyyət göstərmədiyinə dəlalət etdiyini, buradan da "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətini (icarə müqaviləsi üzrə istehsal fəaliyyətini) təşkil edə bilməməsinin məlum olduğunu, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yan ında Əmlak Məsələləri Dövlət Xidmətinin razılığı əsasında yeni qurğular quraşdırıldığını, hətta "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Nümayəndə2 tərəfindən müqavilənin əlavəsində göstərilən daşınar əmlak üzrə nəqliyyat vasitələri, o cümlədən nasaz vəziyyətdə olan nəqliyyat vasitələrinin müəyyən xərclər çəkilərək işlək vəziyyətə gətirildiyini, eləcə də digər avadanlıqlarda müəyyən xərclər çəkilərək təmir işləri aparıldığını, müqavilənin əlavəsində göstərilən daşınar, daşınmaz əmlakların təhvil-təslim aktı ilə götürülərək Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şəhər Tikinti İdarəsinə təhvil verildiyini, məhkəmənin sübutları qiymətləndirərkən iş materiallarında olan monitorunq aktına diqqət etmədiyini, şahid ifadələrini və qarşı tərəfin müvafiq qeydiyyat sənədlər inin olmaması və fəaliyyətin dayandırılmasını, hansı ki bunun onlara aidiyyətinin olmamasını, texniki pasport, ekoloji pasport, çıxarış və torpağın icarəsi barədə sənəd təqdim etmək kimi bir öhdəlik götürmədiklərini deməklə problemi etiraf etməsini nəzərə almadığını, icarəyə verənin səlahiyyətsiz olmasını və bundan törəyən problemin mövcudluğuna diqqət etmədiyini, icarə müqaviləsinin bəhər götürmək əhəmiyyətinə məhəl qoymadığını, yalnız icarə müqaviləsini formal olaraq əsas götürərək, borc məbləğin formalaşma əsaslarını araşdırdığını, yəni müqavilənin etibarsızlığını sübut edən dəlillərin hərtərəfli və tam tədqiq edilmədiyini bildirmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci, 152.3-cü, 152.5-ci, 139-cu, 139-1-ci, 178-ci, 675-ci, 676-cı, 677-ci, 680-c i, 681-ci, 684-cü, 692-ci, 700-cü, 701-ci maddələrinə və Daşınmaz Əmlakin Dövlət Reyestri haqqinda Azərbaycan Respublikasının Qanununa, “Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında” Azərbaycan Respublikası Qanununun X20 Azərbaycan Respublikasi Prezidentinin Fərmanına, Azərbaycan Respublikasında Dövlət Əmlakının Registri Haqqında Əsasnaməyə, Daşınmaz Dövlət Əmlakı X4 X8, Dövlət Əmlakının Özəlləşdirilməsi Haqqında Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yaninda Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinə, Azərbaycan Respublikasi Prezidentinin 1996-ci il 9 fevral tarixli Fərmani ilə təsdiq edilmiş “Dövlət müəssisələrinin (obyektlərinin) müqa vilə əsasinda idarəetməyə verilməsi haqqinda” əsasnaməsinə istinad olunmuşdur. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Cavabdeh təşkilatın vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək kollegiyasındakı izahatında icarə müqaviləsinin bağlanmasının sahibkarın ordan mənfəət, kar götürməsinə xidmət etdiyini, icarəyə verən də, icarəyəyə götürənin də bu konseptə adını icarə müqaviləsi qoyduqlarını, lakin prosesin gedişatında həmin müəssisəni, ümumiyyətlə, aqreqatları, qurğunu, daşınmaz əmlakı, o torpağı işlətmək, bundan faydalanmaq, orada sahibkarlıq fəaliyyəti göstərməyin qeyri-mümkün olduğunun müəyyən olduğunu, Ekologiya Nazirliyinin müəyyən sənədlər istədiyini, Fövqəladə Hallar Nazirliyinin və hüquqi baxımından bələdiyyənin də bura müəyyən tələblərinin yarandığını, xüsusilə Ekologiya Nazirliyinin dəfələrlə bu binanın texniki pasportunu, qurğuların texniki pasportunu, torpağın müqaviləsini istədiyini, hansı ki, bələdiyyə torpağıdır, sorğulardan bir tərəfdən icra hakimiyyəti, bir tərəfdən bələdiyyənin bizə aiddir dediklərinin göründüyünü, bir az anlaşmazlıqlar olduğunu, nəticədə sorğu verdiklərini, icra hakimiyyətinin torpağı sayılmadığını, bələdiyyədən də onlara cavab gəlmədiyini, bələdiyyənin daşınmaz əmlakla müqavilə bağlamadığını və ya əvvəlki mülkiyyətçi, yəni arxitektura idarəsi ilə belə müqaviləsinin olmadığını, Ekologiya Nazirliyinin ilk əvvəl texniki pasportu, kupça və torpağın müqaviləsini daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən verilməsini dediyini, ardınca ona ekoloji pasportu təqdim etməyini, ekoloji sənədlərin mövcud olması üçün o d ediklərinin hamısının mövcud olmalı olduğunu, əlavə şeylərin də orada yarana biləcəyini, amma ilk tələb olunan şeylərin icarə müqaviləsi, texniki pasport, çıxarış və həmçinin torpağın müqaviləsi olduğunu, onun da əslində icarə müqaviləsi sayıldığını, bələdiyyə ilə bağlanıldığını, o sənədləri almaq üçün hüquqlarını müdafiə etdiyi şəxsin bələdiyyə və daşınmaz əmlakın dəfələrlə qəbulunda olduğunu, rəsmi qəbullarda da olduğunu, qarşı tərəfin də bunu inkar etmədiyini, hətta nazirin qəbulunda da olduğunu, müraciətlər etdiyini, monitorinqə gələndə özlərinin də monitorinq aktının avqustun 20-si olmalı olduğunu bildirdiklərini, daşınmaz əmlakın monitorinq aktında “biz burada olduq, bağlanır” bildirdiyini, əsas odur ki, ekologiya nazirinin adı birbaşa göstərilməsə də, dövlət orqanının təsiri ilə bağ lanıldığını, özünün də məktubla sonra müraciət etdiyini, Ekologiya Nazirliyinə də müraciət etdiyini, ekologiya nazirinin də sənədi rəngli şəkillərlə albom kimi hazırlatdığını, “sən bunu bizə təqdim et, biz baxaq nəyə gücümüz çatır, olmasa sənin pulunu qaytartdırarıq, biz raşılaşarıq sənin istifadənə verərik və s.” dediyini, adamı get-gələ saldıqlarını, sonra daşınmaz əmlakın “bizlik bir şey yoxdur, sən pulu ödəməlisən” dediklərini, Ekologiya Nazirliyinin işi dayandırdığını, lazımdısa, bununla bağlı vəsatət də verə biləcəklərini, əgər orada olduqlarını inkar etsələr, onların telefon nömrəsi ilə anten dalğasını da çıxaracaqlarını, 3 nəfərin avtomaşınla getdiklərini, müəssisənin əməkdaşlarının bunları təsdiq etdiklərini, Babək Rayon Məhkəməsində işə baxılarkən inzibati protokol tərtib olunduğ unu, orda da tərəflərin işə baxılarkən həqiqətən o müəssisədə olmalarının etiraf etdiklərini, bu vəziyyətdə cavabdehin işləyə bilmədiyini, daşınmaz əmlaka da avqustda müraciət edərək “siz buranı icarəyə verirsiz, amma bura icarəyə veriləsi bir yer deyil” dediyini, bu formatda işlədə bilməsi üçün cavabdehə oranın pasportunun, çıxarışının verilməli olduğunu, daşınmaz əmlakın oranın pasportu, çıxarışının olmadığını dediyini, buranı belə təhvil aldıqlarını, bura pasport, çıxarış hazırlamaq üçün onların səlahiyyətinin onlara ilkin balans saxlayıcı müraciət elədikdə olacağını, ilkin balansın saxlayıcıya getdiyini, onun da “bizdən çıxıb” dediyini, Ali Məclis sədrinin əvəzi Azər müəllimin də “bu bizdən çıxıb, elə özlərindədi, özləri özlərinə sənədlər hazırlamalıdır” dediyini, ora registirə salınma məsələləri, çıxarışın verilməsi üçün və s. təqdimat verildiyini, bu formatda get-gəl etdiklərini və sənəd verilmədiyini, 1-2 ay daşınmaz əmlakın müraciət edərək, “artıq müqavilə ləğv olunsun, bizim borcumuz vardı, borcumuzu da gətirib qaytarın” dediklərini, onların birinci aktları olmasını əsas tutduqlarını, daşınmaz əmlakın birinci məktubda “siz bizim icazəmiz olmadan oraya aparıb avadanlıq qoymusuz, müqavilənin filan bəndini pozmusuz, xəbərdarlıq edilir ki, müqaviləniz ləğv olunacaq” dediklərini, ikinciləğvetmə məktubunda artıq daşınmaz əmlakın həm onu, həm də icarə pulunun keçirilməməsini əsas tutduğunu, birinci məsələ ilə əlaqədar özlərinin daşınmaz əmlaka onların razılığı ilə zatən gedib aqreqatı ora qoyduğunu, bahalı olduğunu, 140 000 manatlıq işi necə onların razılığı olmadan edə b iləcəyini izah etdiklərini, onun əlində məktubun da olduğunu, daşınmaz əmlakın elə bir məktubun olmadığını dediyini, o məktubun surətini cavabdehin öz əlində saxladığını, onu işə artıq əlavə etdiklərini, həmin məktubu təqdim edəndən sonra daşınmaz əmlakın artıq etiraf etdiyini, belə bir məktubun olduğunu, ancaq o məktuba görə müqaviləni ləğv etmədiklərini, aylıq kirayə haqqını ödəmədikləri üçün ləğv etdiklərini, bunun formal səsləndiyini, daşınmaz əmlakın problem yaranmaması üçün kirayə haqqının ödənməməsini əsas tutaraq müqaviləni ləğv etmək qərarına gəldiyini, Ekologiya Nazirliyinə də müraciət etdiklərini, xeyri olmadığını, Ekologiya Nazirliyinin şirkətin ərazisində qazıntılar aparmaq üçün protokol tərtib etdiyini, bu protokolun Babək Rayon Məhkəməsində ləğv olunduğunu, Naxçıvan MR Ali Məhkəməsində qüvvədə qaldığını, inzibati protokolun ləğv olunduğunu, orada Azər müəllim və Ekologiya Nazirliyinin işçilərinin ifadələrinin də olduğunu, vergidən də, sosial müdafiədən də sorğu verib aldıqlarını, müəssisənin bütün işçilərinin işdən çıxarıldığını, müəssisənin artıq bir mənalı dayandırıldığını, real olaraq da fəaliyyət göstərmədiyini, daşınmaz əmlaka onlar səlahiyyət verməsə də orda fəaliyyət göstərə bilməyəcəklərini izah edə bilmədiklərini, sənədlərin hamısını istədiklərini, əvvəl heç olmasa 20-30 nəfər işlədiyini, camaata pul verdiyini, Ekologiya Nazirliyi torpaqdan ona imkan verməsə də, onun heç olmasa orada işləyə biləcəyini, qumla kərpic çıxarda biləcəyini, ona qum satmağın lazım olmadığını, cavabdehin orada yetərincə ehtiyatı olduğunu, bunları sata biləcəyini, lakin bun a belə icazə verilmədiyini, daşınmaz əmlakın da məlumatsız olmadığını, monitorinq zamanı şahidi olduqlarını, avqust ayında deyilsə idi ki, pulu ödəyə bilmirsənsə bağlıyaq, adamın da bu qədər borclanmayacağını, Naxçıvan Muxtar Respublikasında həmin dövrdə belə bir obyektin yarı qiymətinə belə icarəsinin olmadığını, 2 qatdan da artıq məbləğə icarəyə götürüldüyünü, səbəbinin özlərinin də etiraf etdiyi kimi, Ali Məclisin qərarında da yazıldığı kimi, bu obyektin özəlləşdirmə məqsədilə bu adama verildiyini, cavabdehin də 2-3 aya mən zatən bu obyekti özəlləşdirirəm deyə düşündüyünü, o qədər pulu zatən kirayə pulu kimi fikirləşməyib, özəlləşdirilən pulun bir hissəsi kimi qəbul etdiyini, çünki özəlləşdirmə üçün obyektin kirayədə olmalı olduğunu, bunu qarşı tərəfin də etiraf etdiyini, bununla əlaqəd ar Ali Məclisin də qərarı olduğunu, həmin müəssisənin tabe olduğu Naxçıvan şəhər tikinti idarəsinin 5 milyon vergi borcu olduğunu, həmin vergi borcu silinmədiyinə görə özəlləşməyə gedə bilmədiyini, çünki verginin sanksiya qoyduğunu, heç kimin bilmədiyi səbəbdən özəlləşmənin dayandığını, cavabdehin də boş-boşuna 10 000 manat ödəməyə başladığını, sonra Ekologiya Nazirliyi ilə əlaqədar belə bir hadisə ortaya çıxdığını və fəaliyyətin dayandığını, dayanmış obyektə cavabdehin necə 10 000 manat ödəyə biləcəyini, zatən ora 140-150 min manat pul qoyub, işçilərə ayda pul verdiyini, yenə də “ icazə verin mən kərpicimi satım, sizin 10 000 manatı da verirəm” dediyini, amma “sənin fəaliyyətinə qadağa qoyublar, bizim pulumuzu gətir” dediklərini, hüquqi əsaslarının da icarə müqaviləsinə istinad etmələri o lduğunu, icarənin kirayədən fərqini ona görə izah etməyə çalışdıqlarını, oradan kar, mənfəət, xeyir götürmək məqsədi ilə verildiyini, bunun da xeyir götürə bilməsinin mümkünsüz olduğunu, əslində icarəyə verilə bilməyən obyekti icarəyə verdiklərini, bütün bu maddələrin əsasının bunun üzərində qurulduğunu, apellyasiya şikayətindəki maddələri yazmaqda məqsədin bu obyekt icarəyə verilməli obyekt olmadığı halda icarəyə verilməsi olduğunu, xəbərdar olsaydı ki, icarəyə veriləsi obyekt deyil, heç kimin o obyekti o riskə gedib götürməyəcəyini, həm vergi borcundan xəbəri olmadığını, hansı ki, inzibati məhkəmədə faktla etiraf ediblər, protokola düşübdür, həm də oranın sənədlərinin olmaması haqqında məlumat verilmədiyini, zatən sənədləri olmadığı üçün özəlləşdirilməyə də gedə bilməyəcəyini, ona görə d ə həm daşınmaz əmlakın bu müqaviləni bağlamağa səlahiyyəti olmamasına, həm də hazırda onların fəaliyyətinin Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmasına istinad etdiklərini, çünki oranı yalnız Azərbaycan iqtisadiyyat nazirliyi yanında olan əmlak məsələləri üzrə dövlət xidmətinin icarəyə verə biləcəyini, bununla bağlı Azərbaycan Republikasının yetərincə qanunları olduğunu, orada bir yerdə belə olsun, Naxçıvan MR daşınmaz əmlakının adının çəkilmədiyini, daşınmaz əmlakın Naxçıvan MR Ali Məclisinin fərmanı ilə təsdiq olunmuş əsasnaməyə istinad etdiyini, lakin Naxçıvan MR Ali Məclisinin əsasnaməsinin Azərbaycan Respublikası qanunundan üstün olmadığını, Azərbaycan qanunveriliciyində daşınmaz əmlakın bir mənalı olaraq adının çəkilmədiyini, Azərbaycan Respublikası daşınmaz əmlakına da müraciət edib müvafiq icra hakimiyyəti orqanı-Azərbaycan Respublikasının daşınmaz əmlakı yazıldığını, müraciət edərək bizim Naxçıvanda qurumumuz yoxdur dediyini, nə Azərbaycanın onları, nə də özlərinin Azərbaycanı tanıdıqlarını, nəticədə o qanunun hər şeyi təznimlədiyini, həmin qanunda Azərbaycan Respublikası İqtidasiyyat nazirliyi yanında daşınmaz əmlak xidməti icarəyəyə verməli idi deyildiyini, bu konteksdən də icarə müqaviləsinin şərtlərinin pozulduğunu, həm də avadanlıq bizim razılığımız olmadan ora qoyulub deyə istinad etdiklərini, özlərinin də məktub əlavə etdiklərini, bununla bağlı Müslüm müəllimin məktubu olduğunu, məktubun 24 sentyabrda yazıldığını, burada müqavilənin həm 6.2-ci, həm də 8.3.3-cü maddəsinə istinad edildiyini, həmin müqavilənin 6-cı maddəsində “icarəçi tərəfində n qanunvericiliklə nəzərdə tutulmuş qaydada təqdim edilmiş sahədə layihə-smeta sənədləri əsasında təmir-tikinti, rekonstruksiya, yenidənqurma işləri aparıla bilər” deyildiyini, amma layihə təqdim edilməli olduğunu, 8.3.3-cü bənddə də tərəflər müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozduqda deyildiyini, 6.2-nin tələblərini pozduğunu nəzərdə tutub müqaviləni ləğv edib, dalınca da gəlib avadanlığı sökdüklərini, 24 sentyabrda avadanlığın söküldüyünü, özünün razılığı olmadığını, məktubu da Müslüm müəllimin 9 iyul tarixində verdiyini, bu adama razılıq verildiyini, müqavilənin ləğv olunmasının, avadanlığın sökülməsinin başa düşüləsi olduğunu, cavabdehin üzərinə 3 aydan 10 000 manat borcun ödənilməsini qoymağın insafdan olmadığını, özəlləşdirmə öhdəliyi götürdüyü halda bunu da edə bilmədiyini, buradan da ziyana düşdüyünü ”sən icarəni davam etdirməyə çalış, biz icarəni həll etməyə çalışırıq” dediklərini, sonra müqavilənin ləğvi üçün orada proseslər getdiyini, heç olmasa gəlib “ayın 1-dən müqavilə qurtardı” deyə biləcəklərini, bu insanın da dövlətinə, millətinə sadiq adam olduğundan razı olacağını, cavabdehin ən sonda məhkəməyə müraciət etdiyini, o zaman ki, oranın boşaldılması məqsədilə Ekologiya Nazirliyinin onun barəsində protokol tərtib etdiyini, daşınmaz əmlak məhkəməyə müraciət etdiyini, onda cavabdehin məcbur qalıb qarşılıqlı iddia verdiyini, əslində onların bu obyekti başqasına vermək fikrində olduqlarını, həmin adamla cavabdehi görüşdürdüklərini, onların da biz sənə 209 000 manat yox, ilkin olaraq qoyduğun rəyin qiymətini ödəyəcəyik dediklərini, bunu da hissə-hissə ödəy əcəklərini, gəl sən iddiadan əl çək dediklərini, onlar zatən əvvəldən belə desəydilər, cavabdehin bunu edəcəyini, borcun içində də olduğu üçün məcbur qalıb onunla razılaşdığını, qismən pul ödəməklə razılığa getdiyini, iddianı geri çəkdiyini, bu proses gedəndə ekologiya naziri ilə də görüş olduğunu, işlə əlaqədar iddia verildiyini, razılıqla bu məsələnin bitəcəyini dediklərini, Daşınmaz əmlakın müdafiəsini apardığını, orada 30 000 manatlıq hissənin qaldığını, cavabdehin yenə inandığını, özünün cavabdehin iddasını geri götürməsini istəmədiyini, buna razılıq versən daşınmaz əmlak 30 000 manatın silinməsi ilə razılaşmayacaq dediyini, özünün barışıq sazişi istədiyini, daşınmaz əmlakın buna razı olmadığını, sentyabrın 26-da rəsmi ekologiya nazirinə nə əsasla gəlib karxana fəaliyyətini dayandırma qları əsası ilə müraciət etdiklərini, onların karxana fəaliyyətini dayandırmağa səlahiyyəti olmadığından oktyabrın 14-də cavab məktubunda ərizənizə baxılıb, yer təki fəaliyyəti dayandırılmışdır deyə yazdıqlarını, halbuki inzibati protokolu dekabr ayında tərtib etdiklərini, onları buraya gətirsələr, onların bu tarixdə dayandırması olmadığının məlum olacağını, Babək Rayon Məhkəməsi və Naxçıvan MR Ali Məhkəmənin də qərarından onların həmin tarixdə yer təki fəaliyyətini dayandırmadıqlarını, müəssisənin fəaliyyətini dayandırdıqlarının məlum olduğunu, hətta müəssisənin dayandırılmasının Babək Rayon Məhkəməsində sübut edildiyini, fəaliyyəti olmayan bir müəssisənin necə gedib dekabr ayında qazıntı apara biləcəyini, elə daşınmaz əmlakın bu müəssisə fəaliyyət göstərmir deyə məlumat verdiyini, necə dekabr ayının 24-də sanki fəaliyyət göstərirmiş kimi protokol tərtib etdiklərini, Babək Rayon Məhkəməsinin qərarını işə əlavə etdiklərini, ərizələr, müraciət məktublarının da olduğunu, Ekologiya Nazirliyinə müraciət etdiklərini, sadəcə onların məhkəmə iclasına gəlmədiklərini, sorğu da verdiklərini, Ekologiya Nazirliyinin bir qismini cavablandırdığını, “Karxana fəaliyyəti ilə bağlı “Araz-74 MMC”-yə heç bir icazə, dağ-mədən ayırma aktı sənədi verilməyib, cəmiyyətin icarəyə götürdüyü obyekt emal müəssisəsidir. Müəssisə birbaşa karxana fəaliyyəti sayılmır” sözləri deyildiyini, lakin müqavilədə karxana fəaliyyəti yazıldığını, Azər müəllimin özünün gəlib burada iştirak etməsi üçün vəsatət verdiklərini, Babək Rayon Məhkəməsində vəsatət verək, protokol, video görüntü götürək, orada “biz o müəssis əyə getmişik” deyə etiraf etdiklərini dediyini, binaya getdiklərini, şahidlərin də bu sözü dediyini, Ekologiya Nazirliyinin tərtib etdiyi aktın 7 avqustda olduğunu, əgər həmin vaxt desəydi ki, burdan çıxın, onda bu qədər də borcu yaranmayacağını, hətta müəssisənin iyul ayının 21-dən bağlı olduğunu, bunu bağlayanın daşınmaz əmlak olduğunu, Ekologiya Nazirliyinin də müraciət edib, sənədi verin dediyini, cavabdehin oranı işlədə bilmədiyini, kar götürə bilmədiyini, bu müəssisənin işləməyəcəyini, sənədlərin qeydiyyatda, reyestrdə olmadığını gördükdə 7 avqustdan müqaviləni ləğv edə biləcəklərini, ərazinin sərhədləri barədə heç nə olmadığını, tək iqtisadiyyat nazirinin öz daxili əmrini verdiyini, daşınmaz əmlakın müqaviləni peçatlayıb qol çəkdiyini, Müslüm müəllimlə də, Tapdıq müəllimlə də görüşd üyünü, “bizim bu məsələ ilə bağlı edə biləcəyimiz heç nə yoxdur” dediklərini, bu gün də belə oranın kupça, pasportunun olmadığını, oranı hələ də heç kimə verə bilmədiklərini, birinci instansiya məhkəməsinə ekologiya nazirinin əməkdaşının çağırıldığını, bir dəfə də məhkəmə iclasının təxirə salındığını, yenə gəlmədiklərini, bələdiyyədən isə, ümumiyyətlə, səs çıxmadığını, nəticədə heç birinin məhkəmə iclasına gəlmədiyini, inzibati protokolun tərtib olunması, onların həmin yerdə olmasını sübut etsə də, birinci instansiya məhkəməsinin iclasın video yazısını ona vermədiyini, kabinetdən də görmək olmadığını, burada mövzunun başqa olduğunu, eyni faktın təsdiq olunmadığını, hakimin işlərinə aid olan izahatları saxlayıb, qalanlarını çıxdığını, Naxçıvan MR Kommersiya Məhkəməsi vəsatətini qəbul etsə d ə, onların məhkəmə iclaslarına gəlmədiklərini, İnzibati qərarda X1 qeyd olunan ifadəsinin olduğunu, qərarın 14-cü səhifəsində X1 “Müəssisə qanunu fəaliyyət göstərmədiyindən, müəssisənin Nazirlikdən ekoloji rəy və dağ-mədən ayırma statusunu almadığından, ekoloji sahədə heç bir sənədləşmə işinin aparılmadığından və s. belə qeydiyyatlar aparılıb” dediyini, əlavə olaraq X14 “bu gün (hansı ki, Babək Rayon Məhkəməsinin baxdığı günü vurğulayır) çıxan qərardan asılı olaraq, həmin müəssisəyə yenidən baxılacaq (yenidən sözü, yəni müəssisəyə ikinci dəfə baxılacağını bildirir) qeyd etdiyini, izahatda bir hissənin diqqətini çəkdiyini “obyektin ərazisində qum-çınqılın nə etdiyi” soruşulmasının”, obyektə baxışın keçirilməsini, ora iyun ayında gəlməklərini özlərinin də etiraf etdiklərini, onsuz özlərinin içəridə qum var idi dediklərini, sadəcə ora özəlləşmə adı ilə icarəyə götürüləndə içəridə dağ boyda qumun olduğunu və onun əvvəlcədən qaldığını, Ekoloji Nazirliyinin orada nə etdiyini, digər bir tərəfdən özlərinin X2 aid əlavə sənəd yüklədiklərini (qərar), X1 ifadəsinin sonuncu abzasında, məhz həmin müəssisənin heç bir ekoloji sənədinin (dağ-mədən sənədindən əlavə olaraq deyir), olmadığını (ekoloji pasportdan söhbət gedir) vurğuladığını, ekoloji pasport sənədinin olmadığını haradan bildiyini, niyə onun ekoloji pasportu olmamasını əsas götürdüyünü, ekoloji pasportun olmamasının müəssisənin fəaliyyətinə təsir edən hal olmasını, müəssisənin gedib haradasa qazıntı aparmasına təsir edən hal olmamasını, hətta sonuncu məktubu keçən dəfə məhkəmənin diqqətinə çatdırdığını, Ekoloji Nazirliyinin bi rbaşa “Siz ekoloji pasportun olmadığına görə heç karxana kimi də fəaliyyət göstərə bilmərsiniz” dediyini, bunu haradan bildiyini, açıq-aydın müqavilədə oranın karxana kimi verilməsinin görsəndiyini, onların iştirak etmələrini istədiyini, çünki bu 3 meyara onların cavab verə biləcəyini, qeyd etdikləri o sənədlərin olmamasına, müəssisənin içində qumun olmasını haradan bilmələrinə, müəssisənin niyə karxana fəaliyyəti göstərə bilməməsinə dair arqumenti hara istinad edərək dediklərinə, izah gətirmələrini, əgər bura karxana kimi verilməyibsə, buradan sərmayə götürülməyəcəkdirsə, bu fəaliyyət qurulmayacaqdırsa, o zaman bu müqavilənin nə əhəmiyyətinin olduğunu, özlərinin orada müəssisənin nə üçün bağlandığı sualını vediklərini, onların isə cavab verməkdən imtina etdiklərini, müəssisəni biz bağlama mışıq deyə biləcəklərini, digər tərəfdən sonda ekoloji sənədlərin olmamasını qeyd etdiklərini, hansı ki, qarşı tərəfin də bunu etiraf edərək, Kommersiya Məhkəməsində “biz o sənədləri (ekoloji pasport və texniki pasport) sizə verməli deyildik. Bizim elə bir öhdəliyimiz yoxdur” dediklərini, həmin o ekoloji pasportun ekoloji sənədlərə daxil olduğunu, qarşı tərəfdə haqlı olaraq ekoloji sənəd istəyəndə, özlərinin onu verə bilmədiklərini, müəssisənin bağlanması əsaslarından birinin də bu olduğunu, həmin əraziyə girdiklərini və bağladıqlarını, sadəcə olaraq bu gün sübut təqdim etməli olduqlarını özünün də qəbul etdiyini, özünün Tapdıq müəllimlə görüşməyə getdiyini və Tapdıq müəllimin məsələdən xəbəri olduğunu dediyini, texniki pasportu ekoloji pasport almaqları üçün istədiyini, məsələnin lap dəri nə getdiyini, texniki pasport olmadığı üçün ekoloji pasportun da olmayacağını, nə binanın, nə avadanlıqların heç birinin ad sənədinin olmadığını, əslində ekoloji pasportun alınması üçün icarə müqaviləsini təqdim etdiyini, amma ad sənədlərini tələb etdiklərini, həm də torpağı da istədiklərini, Şəhər Tikinti İdarəsinin pasport üçün məktubla Daşınmaz Əmlaka müraciət etdiyini, Daşınmaz Əmlakın özünə aid olan hissədə sənədləri hazırlatdığını, özlərinə proses bu cür olmalıdır dedikdə, etmədiyi üçün Daşınmaz Əmlakın artıq gecdir bildirdiyini, X23 ilə Şəhər Tikinti İdarəsinin balansından çıxıb onların balansına girdiyini, özlərinin özlərinə qarşı bu işi görə bilməyəcəklərini, Arxitektura Komitəsinə müraciət elədiklərini, onların da Tikinti İdarəsinin onlardan çıxıb Daşınmaz Əmlaka verildiyini dedi klərini, özlərinin də Daşınmaz Əmlaka müraciət edərək “sizin balasınızdadır, sənədləri siz hazırlamalısınız” dediklərini, Daşınmaz Əmlakın da “Bu sizin düşündüyünüz kimi bizə verilməyib. İdarə etmək üçün bizə verilib. Daimi balansda deyil. Daimi balansda Tikinti Komitəsində görsənir” bildirdiyini, bu sözlərin də dəfələrlə protokola da düşdüyünü, balansa gələndə Tikinti Komitəsinin balansında göründüyünü, amma idarəetmədə daşınmazı əmlakın görsəndiyini, Ekologiya Nazirliyinin hətta icarə müqaviləyə əsasən mən səni tanısamda belə, torpaq məsələsi çıxır ortaya dediklərini, bələdiyyənin də “sən yox Daşınmaz Əmlak bizimlə müqavilə bağlamalıdır” dediyini, hər bir halda özlərinin Kontitusiya Məhkəməsinin qərarına istinad etdiklərini, qarşı tərəf iddia qaldırsa belə etibarlılıq məsələsinin araşdır ılmasına söykəndiklərini, bələdiyyə Sərəncamı ilə burada karxana qurulsun deyə dövlətə verildiyini, sənədlərin çox olduğunu və hamısının bir-birinə zidd olduğunu, bir yerdə bələdiyyə sənədi kimi görsəndiyini, bir tərəfdə isə Babək Rayon İcra Hakimiyyətinin sənədi göründüyünü, halbuki Babək Rayon və Naxçıvan Şəhər İcra Hakimiyyətinin onlarda o torpağa dair heç bir sənədləşmə aparılmadığına dair sənəd verdiklərini, vəsatət verərək şahid qismində dindirilməsini xahiş etdiyi şəxslərdən birinin də elə məhz X7 olduğunu, X3 həmçinin inzibati xəta haqqında protokolun tərtib edilməsində iştirak edən şəxslərdən biri olduğunu, X3 mütəxəssis qismində işə buraxılmasının özləri üçün ciddi bir əhəmiyyət kəsb etmədiyini, ancaq onun dediyi fikirlərlə əlaqədar nələrsə ola bilmə ehtimalına görə cavabdeh tə rəf olaraq X3 məhkəmə iclasında iştirak etməyini istədiklərini, ancaq ona yuxarıda qeyd etdiyi konteksdə sualları olacağını, özlərinin karxananın özünün yerləşdiyi ərazi ilə əlaqədar sorğu ünvanladıqlarını və bu sorğuya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi cavabı məhkəmənin elan etdiyini, burada əsas məsələnin karxana fəaliyyətinin dayandırılması olduğunu, həmçinin 21 avqust 2025-ci il tarixli Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məktubunda karxana fəaliyyətini həyata keçirməyə səlahiyyətli olmadığının izahı verildiyini, eyni zamanda məktubda, ümumiyyətlə, həmin müəssisənin karxana sayılmamasına dair hətta fikirlər bildirildiyini, məhz bunun üçün karxana sayılsın deyə müəyyən səlahiyyətlərin olmalı olduğunu, bu məktubun davamında sorğu verdiklərini, bu sorğuya verilən 20 noyabr 2025-ci il tarixli cavabda da, ümumiyyətlə, orada karxana fəaliyyətinin göstərilməsinə dair müvafiq sənədlərin olmaması barədə fikirlər bildirildiyini və fəaliyyətinin dayandırılmasının tələb olunması ilə əlaqədar da fikirlərə yer verildiyini, eyni zamanda Daşınmaz Əmlakın EMİS-ə yüklədiyi sxemdən ərazi göründüyünü, həmin ərazinin də Naxçıvançay vadisinə aid olan bir ərazi olduğunu, özlərinin bu ərazinin kənar ərazi olduğunu demədiklərini, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müəyyən qədər haqlı olaraq həmin vadinin özündə belə fəaliyyət, o cümlədən sözü gedən ərazidə mövcud olmağın belə müəyyən şərtlər daxilində olduğunu dediyini, belə ki, icarə müqaviləsi, mülkiyyət sənədləri və s.ehtiyyac olduğunu, ancaq müvafiq sənədlərin təqdim olunmadığını və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tələb etdiyi ekoloji pasport və digər sənədləri almaq üçün kötükdən o sənədlərin Daşınmaz Əmlak tərəfindən onlara verilməli olduğunu, cavabdeh tərəfin adına heç nə olmadığını, Daşınmaz Əmlakdan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tələb etdiyi ekoloji pasport və digər sənədləri almağımız üçün lazım olan sənədlər tələb edildiyini, lakin birinci instansiya məhkəməsində nümayəndələrinin də etiraf edərək sözügedən sənədlərin onlardan istənilə biləcəyini və istənildiyini, amma vermədiklərini, verməyə də borclu olmadıqlarını, çünki qarşı tərəf qarşısında elə bir öhdəlik götürmədiklərini, ancaq daşınar əmlaklarla bağlı müqavilə bağladıqlarını dediklərini, qeyd etdiklərinin birinci instansiya məhkəməsinin məhkəmə iclasının protokolunda və həmçinin iclasların audio-video yazısında da əks olunduğunu, müvafiq məsələnin dəfələrlə müzakirə olunduğunu, həmçinin müvafiq sənədlərin olub-olmadığını qarşı tərəfdən soruşduqda isə sözügedən sənədlərin mövcud olmadığını, çünki sənədləri hazırlayan səlahiyyətli orqanın onlar olmadığını bildirdiklərini, başqa bir orqanın (Arxitektura Komitəsi) onlara müraciət etməli olduğunu, müvafiq sənədlərin hazırlanmalı olduğunu, təqdim edilməli olduğunu, daha sonra Arxitektura Komitəsinin obyektlə birlikdə müvafiq sənədləri onlara təhvil verməli olduğunu, ona görəki icarəyə veriləndə müvafiq sənədlər onlarda olsun, sözügedən sənədlərin bu gün də mövcud olmadığını, iş materiallarında olan 12 mart tarixli Naxçıvan Şəhər İcra Hakimiyyətinin və 07 mart tarixli Babək Rayon İcra Hakimiyyətinin məktublarından belə sözügedən torpaqla əlaqədar heç b ir sərəncam olmadığını, həmçinin Arxiv İdarəsi tərəfindən birinci instansiya məhkəməsinin sorğusu əsasında verilən sənədlərdə icra hakimiyyətinin sərəncamının, bələdiyyənin sərəncamının ortalığa çıxdığını, hansı hissənin bələdiyyəyə aid olması, hansı hissənin Naxçıvan Şəhər İcra Hakimiyyətinə aid olmasının müəyyənləşdirilə bilmədiyini, qarşı tərəfin müvafiq məsələyə aydınlıq gətirərək “Ekologiya və Təbii Sərvətlər Nazirliyinə izah edilsin ki, 1 ay fasilə verilsin, icarə haqqı da saxlanılsın, 1 ay müddətində cavabdehə müvafiq sənədlərin hazırlanmasında kömək edilsin” deyə biləcəyini, onsuzd a istənilən vaxt cavabdehi sözügedən ərazidən çıxarda biləcəklərini, aparat qoymağı bəhanə edərək müqaviləyə xitam verdikləini, əgər 1 ay vaxt qazanılsa idi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin də h ərəkətsiz qalacağını, çünki dövlət orqanının 1 ay gözləməyi bildirdiyini, cavabdehin də 1 ay işləməyəcəyini, 1 ay müddətinə icarə haqqının dayandırılacağını, müvafiq sənədlərin hazırlanması üçün Arxitektura Komitəsi tərəfindən dövlət əmlakının sənədləşməsi-reyestrə salınması ilə əlaqədar proseduranın icra edilməsinin mümkün olacağını, sanki planlı şəkildə monitorinqin aparıldığını, monitorinq nəticəsində fəaliyyətin dayandırıldığını, səbəbin də Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müvafiq sənədlərin tələb edilməsi olduğunu, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyindən icarə müqaviləsinin kifayət etməməsinin bildirildiyini, icarə müqaviləsi ilə bərabər sənədlər təqdim edilməli olduğunu, mütəxəssis qismində dəvət olunmuş X1 mütəxəssisdən çox Ekologiya Nazirliyinin nümay əndəsi kimi cavablar verməsi və zəruri olan suallara cavab verə bilməməsi bu şəxsin iş üzrə zəruri biliyə malik olan mütəxəssis olmadığını göstərdiyini, bu sahə üzrə təkmil mütəxəssisin iştirakının növbəti məhkəmə iclasında təmin edilməsini, qazanc götürmək məqsədilə istehsalatın aparılması üçün icarəyə verilmiş karxana və ya onun daşınar və daşınmaz əmlaklarına görə həqiqəqtən də rəy alınmalı olduğunu, həmin rəyin əsasında da ekoloji pasport alınmalı olduğunu, bu rəyi, pasportu həm mülkiyyətçinin, həm də əgər daşınmaz əmlak sərəncam verici olsa, icarəyə götürən şəxsin də ala biləcəyini, həmin avadanlıqların texniki sənədlərinin mövcud olmalı olduğunu, sistemə baxanda sadəcə əl yazısı-registrlə götürülmüş məlumatlara diqqət edildiyini, təbii ki, bu məlumatların texniki göstəriciləri göstər mədiyini, bunu özləri təqdim etsə də belə bunların ekoloji uyğunluq almaq, bunun əsasında pasport hazırlamaq üçün yetərli olmadığını, sənədi olmayan, ekoloji və digər şərtlərə cavab verməyən, cavab versə də bu barədə rəqəm, göstərici, pasport olmayan avadanlıqlardan, istehsal müəssisəsindən söhbət getdiyini, daşınmaz əmlakın, qurğuların sənədi olmasını, sahibkarın da bu sənədi götürüb Ekologiya Nazirliyinin ekspertizasına, sonra özünə getməli olduğunu, rəy və pasport almalı olduğunu, 6-7 ay, 1 ildir ki Ekologiya Nazirliyi daşınmaz əmlak arasında qaldıqlarını, cavabdehin oradan səmərə götürə bilmədiyini, monitorinq də keçirildiyini, sənin sənədlərin yoxdur, sən fəaliyyət göstərə bilməzsən deyildiyini, avqustun 7-də monitorinq olduğunu, 07 avqust aktından fəaliyyəti dayandırdığını daşınmaz ə mlakın bilməsinin göründüyünü, bu halların məhkəmə kollegiyası tərəfindən nəzərə alınmasını və həmin müqavilənin etibarsız sayılmasını xahiş etdiyini, çünki o müqavilədən cavabdehin səmərə götürməli olduğu, ancaq qazanc götürə bilməyəcəyi müəssisədən söhbət getdiyini, karxana adının belə məktublarda açıq-aydın yazıldığını, Ekologiya Nazirliyinin 21 avqust, 20 noyabr tarixli məktublarında bunun açıq aşkar göründüyünü, karxana fəaliyyəti sayılmır deyildiyini, ikinci məktubda da qeyri-qanuni karxana fəaliyyəti göstərdiyinin qeyd olunduğunu, bu baxımdan müqavilənin etibarsız sayılmalı olduğunu, ayın 7-də işləmədiklərini gördükləri üçün ondan sonrakı tarixlərdə də fəaliyyətinə susmaları, dözmələrinin qəbul edilməz olduğunu, bunun üçün 7 günün bəs etdiyini, 10 000 manatın 3-də 1-ni verib, müqavi ləni dayandıra biləcəyini, İqtisadiyyat nazirliyinin vergi xidmətinin tərkibində olduğunu, cavabdehin vergini dayandırdığını, işçiləri eşiyə tökdüyünü, fəaliyyət göstərmədiyini görüb gözlədiklərini, bu baxımdan tələb təmin olunmasa belə, ayın 7-dən sonrakı tarixlərin icarə haqqının tələb edilməsinin hüquqdan suiistifadə kimi nəzərə alınmasını vicdanlılıq prinsipi çərçivəsində qiymətləndirilməsini bildirərək qanuni qərar verilməsini xahiş etmişdir. Cavabdeh təşkilatın nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək kollegiyadakı izahatında, aprel ayının 3-ü müqavilə bağladığını, əgər təşkilatda işləyirsənsə, orada bir payın olduğunu, özünün də oranın müdiri olduğunu, o biri idarələrin hamısının özəlləşdirildiyini, orada müdir olduğuna görə özünün də özəlləşmə ilə bağlı müraciət etdiyini, ona “özəlləşdirmə yubana bilər, sən buranı kirayə götür, özəlləşmə olan kimi buranı sən götür” dediklərini, daşınmaz əmlakla ayda 9 min neçə yüz manata kirayə müqaviləsi bağladığını, aprel ayının 3-dən bu kirayə müqaviləsini bağladığını, 3 ay fəaliyyət göstərdiklərini, 3 ay pulu qəpiyinə qədər ödədiyini, ondan sonra Ekologiya Nazirinin gəldiyini, vəkilin qeyd etdiyi qaydada ekoloji pasport, bələdiyyə ilə müqavilə istədiklərini, bu sənədlərin onda olmadığını dediyini, o zaman fəaliyyətini dayandırıb, obyektini çəkib bağladıqlarını, işçilərin də hamısını işdən azad etdiyini, Müslüm müəllimin qəbulunda dəfələrlə olduğunu, İqtisadiyyat nazirinin, Anar müəllimin qəbulunda dəfələrlə olduğunu, bu məsələnin 3 ay uzandığını, 3 ay sonra ona gəlib “obyekti təhvil verməlisən, kirayə borcu n yaranıb” dediklərini, özünün də mən oranı işlətmirəm axı dediyini, fəaliyyətin dayandığını, işlətmədiyi yerdən necə kirayə verəcəyini, ondan sonra gedib təhvil-təslim etdiyini, 3 ay işlətmədiyindən xəbərləri olduğunu, Müslüm müəllimin də xəbəri olduğunu, hamısına müraciət məktubu olduğunu, şikayət etməkdə bir az yubandığını, səbəbin isə “o sənədi gətir, bunu hazırla, narahat olma düzələcək” deyə-deyə yubatdıqlarını, avadanlıqla əlaqədar Müslüm müəllimin qəbuluna girərək kirayəni ödəyə bilməyəcəyini, ona görə də avadanlıq quraşdırmaq istədiyini, gəliri artsa kirayəni ödəyə biləcəyini dediyini, onların da müraciət et dediklərini, özünün də yazıb müraciət etdiyini, ondan sonra avadanlığın quraşdırılmasına icazə verdiklərini, özünün gedib avadanlığı tam şəkildə quraşdırdığını, avadanlıq fəal iyyətə keçən dövr daşınmaz əmlakdan Vüqar müəllimin zəng edib, “Müslüm müəllim deyir ki, o məktubu bizə gətirsin, o məktuba nəsə əlavə olacaq, bunu Nazirlər Kabinetinə göndərməliyik, biz bilməmişik, Nazirlər Kabinetinə də gedib təsdiq olunmalıdır, məktubu sənə qaytaracağıq, amma sən işini gör” dediklərini, özünün də onun surətini götürdüyünü, məktubun əslini onlara qaytardığını, məktubu bu gün alıb, səhərisi gün gəlib avadanlığı sökürük dediklərini, bunun özünün səhvi olduğunu, zəifliyi olduğunu, onların sözünə inandığını, əvvəldən orada işlədiyini bütün idarələr Kəngərli, Şərur, Ordubadın özəlləşdiyini, bunlar özəlləşəndə özünün də özəlləşdirib işlətmək istədiyini, sonra buranın vergi borcu dövlətin borcu olduğundan 2-3 aya silinəcək dediklərini, “2-3 ay orda ol, oranı işlət, həm səhm pay ın olduğundan, həm də icarəçi olduğundan sənin adına özəlləşəcək. Sənə kənar müdaxilələr olunmayacaq” dediklərini, özünün müqavilənin şərtlərindən xəbərinin olmadığını, elə qol çəkdiyini, ondan sonra avadanlıq alıb qoyduğunu, işçilərin əməkhaqqı, vergi ödənişləri-hamısı bir yerdə ayda 30 000-40 000 manat pul etdiyini, ona da razılıq verdiklərini, “avadanlığı qoy, 2-3 ay işlə, bu məsələ də 100 faiz həll olunacaq, dövlət vergi borcunu ödəyəcək” dediklərini, aylıq icarə haqqının 9 min neçə yüz manat olduğunu, aprel-iyun aylarını ödədiyini, ödəmədiyi ayların iyul-avqust ayları olduğunu, bundan sonra çağırıb müqaviləyə xitam verdiklərini, rəsmi olaraq bir dənə məktublarını sübut göstərə biləcəyini, ora çox xərc qoyduğunu, o xərci qoya-qoya iyul ayında 10-dan çox işçini göndərdiyini, hamısını iş dən çıxartdığını, 3 ay müddətində 5 dəfə Xanlar müəllimin qəbulunda olduğunu, 2-3 dəfə Müslüm müəllimin, iqtisadiyyat nazirliyinin qəbulunda olduğunu, Ali Məclisdə qəbulda olduğunu, bir iş görəndə onun hüquqi tərəfləri ilə maraqlanmadıqlarını, müqavilə bağlandığını, obyekti götürdüyünü, təhvil verəndə təhviltəslim aktı ilə verdiyini, ona sadəcə sənədləri verdiklərini, əvvəl heç bir sənədin ondan istənilmədiyini, ona görə də gedib fəaliyyətə başladığını, ondan sonra Ekologiya Nazirliyinin gəlib dayandırdığını, məsələnin yer təkindən istifadə etməyin olmadığını, özünün gedib çaydan material götürməsi olduğunu və bunun qarşısın ala biləcəyini, amma müəssəsin fəaliyyəti ilə yer təkindən istifadənin heç bir əlaqəsi olmadığını, yer təkindən istifadə etmədiyini, ”Himal” dan, “Cahan”dan və s. yerl ərdən alıb istehsalını etdiyini və onların da qarşısını gəlib Ekologiya Nazirliyinin kəsdiyini, polis qoyacağıq buranı tərk elə, burada qum-çınqıl istehsal edirsinizsə sizin işlətdiyiniz avadanlıqların ekoloji pasportu olmalıdır dediklərini, özünündə ekoloji pasport üçün müraciət edim alım dediyini, ona “xeyr siz icarəçisiniz, ekoloji pasport üçün bizə müraciət edəcək olan ya Daşınmaz Əmlak olmaldır, ya da Şəhər Tikinti İdarəsi” dediklərini, pirketin belə istehsalına icazə vermədiklərini, sentyabr ayında müraciət edərək fəaliyyətini bərpa etmələrini və nəyə görə, hansı səbəbə görə bağlandığını qeyd etdiyini, onada cavab olaraq yer təkini qeyd etdiklərini, inzibati xəta haqqında protokol tərtib edildikdən sonra müvafiq ərazidə fəaliyyət göstərmədiklərini, heç ondan əvvəl də orada fəaliyyə t göstərmədiklərini, fəaliyyət göstərmələrinə konkret olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin imkan vermədiyini, protokol tərtib edildikdən sonra müvafiq əraziyə polis də qoyduqlarını, müvafiq ərazinin 2 bölüm olduğunu, birinin istehsal, digərinin isə ağır istehsal olduğunu, yuxarıdakının dağ-mədən aktı ilə heç bir əlaqəsi olmadığını, həmçinin bir yerdə özünün materialı olduğunu, onun satışına belə icazə vermədiklərini, ona görə də sözügedən sahənin bağlanması ilə vergidən aldığı hesabın bağlanmağı arasında təqribən 20 gün fərq olduğunu, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “müəssisəni aça bilmərsən, açsan məhkəməyə verərik, polisə deyərik və s, texnikaları söndürüb ərazini tərk edin, sizin dağ-mədən aktınız yoxdur, sizin ekoloji pasportunuz yoxdur” və s dediklərini, müvafiq hadisədən sonra dəfələrlə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etdiyini, ancaq onunla ekoloji pasport söhbətinin getmədiyini, Azər müəllimin orada tenderə çıxarılacaq yataqlarınız yoxdur, istifadə olunmuş yataqlara da Bakıdan bir qiymət çıxarılacaq, ona görə də Bakıdan qiymət alınanadək sizin fəaliyyətiniz dayandırılır dediyini, orada olan iki kariyerin ikisini də dayandırdıqlarını, sonradan digər kariyerin fəaliyyətinin başladığını və yalnız bundan sonra özünün hərəkətə keçdiyini, bundan sonra ona sənədlərininn olmadığını dediklərini bildirərək, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 18 avqust 2025-ci il tarixli, e-2-2(123)-48/2025 saylı qətnaməsinin tamamilə ləğv edilərək, iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tə şkilatın nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini qəbul etmiyərək, məhkəmə kollegiyasındakı izahatında, mübahisənin konkret olaraq müqavilənin şərtlərinin pozulması ilə əlaqədar olduğunu, deyilənlərin nə qədər düz olmasına münasibət bildirə bilmiyəcəyini, amma özündə olan sənədlərə əsasən icarə müqaviləsinin şərtlərinin pozulduğunu deyə biləcəyini, şərtlər pozulandan sonra qanuna uyğun şəkildə xəbərdarlıq edildiyini, müəyyən bir müddət gözləmənin səbəbinin böyük ehtimal nə vaxtsa düzələcək düşüncəsi olduğunu, bir nəfər 10 000 manat ziyana düşdüyünü bilsə, ərizə yazıb icarə müqaviləsinə xitam verilməsini xahiş edəcəyini, tərəfin də bu cür münasibət bildirmədiyinə görə icarə müqaviləsinin qüvvədə qaldığını, işlədib ya işlətmədiyi haqda məlumatı olmadığını, sadəcə olaraq avadanlıqlara ba xış keçirildiyini, bu zaman vəziyyətin necə olduğunun müəyyən olunduğunu, buradan neçə ton çınqıl çıxarıldığını, icarə müqaviləsini də qoşma ilə göstərdiklərini, minik maşınları, avadanlıq, yeməkxana kimi istifadə olunan tikilinin cavabdehə verildiyini, qarşı tərəfin heç bir münasibət bildirmədiyini, müqavilədə nə vaxtsa ziyana düşsən, onun məsuliyyəti bizim üzərimizdədir deyə göstərmədiklərini, monitorinq qrupunun aktda iddiaçı icarədar tərəfindən karxananın fəaliyyətinin dayandırılması məlumatı verir dediyini, baxış keçirilən zaman icarədarın belə bir vəziyyət olduğunu dediyini, özlərinində bunu qeyd etdiklərini, vəziyyəti araşdırmadıqlarını, üzərlərinə götürmədiklərini, akt tərtib olunan kimi rəhbərliyə məruzə olunduğunu, qarşı tərəfin dayandığını bildikdə, ən azından gəlib münasibət bi ldirməli, müqaviləni dayandırın deməli olduğunu, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla layihə-smeta hazırlandığını, burada ödənişin iki hesaba olunduğunu, balans saxlayanın ayrı, icarə müqaviləsi bağlayanın ayrı olduğunu, burada ən azından layihə-smeta təqdim olunmalı, sonra yerində baxış keçirilməli, balans saxlayıcıya təqdim olunmalı olduğunu, onların razılığı alınandan sonra icra hakimiyyətinə təqdim olunduğunu, razılıqlar alınandan sonra o layihənin həyata keçirildiyini, vətəndaş nəyinsə açıqlamasını istəsə özlərinin onu verəcəklərini, istəməyibsə bunun özlərinin günahı olmadığını, ona ərazi vermədiklərini, avadanlıqları verdiklərini, bunun icarə müqaviləsinin qoşmalarında qeyd olunduğunu, müqavilədə icarəçi tərəfindən təqdim edilmiş sahədə layihə-smeta xərcləri təqdi m ediləndən sonra təmir-tikinti, rekostruksiya işləri apara biləcəklərinin qeyd edildiyini, qurğuların qurulmasına etiraz edilmədiyini, amma qanunauyğun şəkildə hazırlanmalı, təqdim edilməli, baxılmalı olduğunu, bundan sonra ümumi şəkildə razılıq veriləcəyini, yəni birinci etabı aparmağa razılıq verilməli olduğunu, müqavilənin 6.2-ci bəndində bunların qeyd olunduğunu, orada layihə-smeta sənədlərinə əsasən edildiyini, 3.2-ci bənd sözünün də orda səhv getdiyini, 6.2 olmalı olduğunu, Qaybalıyevin nə zaman rəhbərliyin qəbuluna gəlməsi barədə məlumatı olmadığını, 27 sentyabrda idarəyə-Müslüm Cabbarzadəyə ünvanlanan məktuba nə səbəbə cavab verilmədiyindən xəbəri olmadığını, vaxt verilsə, araşdıra biləcəyini, təkcə obyektlərin icarəyə verilə biləcəyini, bununla bağlı Ali Məclisin sədrinin sərənca mı olmadığını, oranın saxlanmasının iqtisadiyyat nazirliyinə tapşırıldığını, özəlləşmə bitənə qədər də saxlanma xərclərinin və s. ona tapşırıldığını, karxananın özü icarəyə verilsəydi, onda texniki pasportun işlənib veriləcəyini, özləri tək avadanlıqları verdiyi üçün bunu etmədiklərini, karxananın orada konstruksiya ilə qurulduğunu, karxanaya aid daşınar, daşınmaz əşyaların maşınlar olduğunu, bir ədəd də yeməkxana damı kimi olan tikilinin olduğunu, yeməkxana binasının daşınmaz əmlaka aid olmasının əlavədə qeyd olunduğunu, daşınarlara da ekskavator, yükləyici katet, özü boşaldan maşınlar, kamaz, avtokart aid olduğunu, bir dənə gözətçi binası, sement bunkeri, bunkerin tərəzisi, transpartiyor, beton hazırlayan qarışdırıcı, kilitkəsən avadanlıqlar olduğunu, “əgər qurğu quraşdıracaqsansa, layih ə smeta hazırlanmalıdır, razılıq edilməlidir” dediklərini, yazmış olduqları müqaviləyə qarşı tərəfin razılaşmayıb qol çəkməyə biləcəyini, bunun hamısı ilə razı olandan sonra heç nə edə bilməyəcəklərini, heç kimin 5000 qazandığı yerə 10 000 icarə verməyəcəyini, karxana deyiləndə niyə torpaq sahəsi başa düşüldüyünü, orda torpağı emal edən qurğunun karxana sayıldığını, onun da konstruksiya olduğunu, daşınarların traktor, kamaz sayıldığını, daşınmazların da yeməkxana binası olduğunu, burada torpaqdan söhbət getmədiyini, qum-çınqıl deyərkən kompleksi göstərdiklərini, həmin o kompleksin adının qum-çınqıl karxanası getdiyini, icarəyə karxananın içərisindəki avadanlıqların verildiyini, həmin yerin adının karxana getdiyini, tərtib olunarkən mütəxəssisin nə başa düşdüyünü izah etmək istədiyini, “Qum -Çınqıl Karxanası” deyəndə bir ad kimi onu götürdüyünü, içərisindəki daşınar-daşınmazı isə iki cür əmlak olduğu üçün elə yazdıqlarını, daşınmazın orada bir dənə xırda dam olduğunu, çünki balans saxlayıcının həmişə o cür ildə bir dəfə hesabatın verdiyini, indiyə kimi həmin əmlakın icarəyə verilməsi zamanı, verilən müddətdə icarəyə götürən şəxsə ekoloji pasport deyilən bir sənədi təqdim etmədiklərini, icarəyə götürənə hər hansısa bir yeraltı, yerüstü mədənlərində nəyisə götürməyi vəd etmədiklərini, sadəcə olaraq o aparatın yerləşdirildiyini, ora “Arpaçaydan”da, “Naxçıvan” çaydan da daş gətirib üyüdə biləcəklərini, o tərəfinə qarışmadıqlarını, sadəcə görünənin icarə haqqını istədiklərini, təhvil-təslim olduğunu, sadəcə hal-hazırda özündə mövcud olmadığını, iki dəfə baxış keçirildiyini, o baxı ş aktlarının özündə olduğunu, təhvil-təslimin müqavilə olduğunu və ona əlavə olunmuş qoşmalar olduğunu, müqavilə imzalanarkən tərəfə təqdim olunduğunu, icarəçinin yazılı şəkildə müraciət etmədiyini, şifahi şəkildə olunsa da belə, bu işlərin içində olmadığını, hüquq sektorunda olduğunu, “icarə müqaviləsi bağlasaq da mütləq mülkiyyət ilə bağlı sənədimiz olmalıdır” fikrinin düzgün olmadığını, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin konkret yerin təkindən çıxaran üçün sənəd tələb etdiyini, yəni onun barəsində narahatlıq yaratdığını, mütəxəssisə dəfələrlə verilən suala onun cavabının “cavabdeh dağ-mədənlə müqavilə bağlamalı idi” olduğunu, ekoloji pasporta heç gəlib çıxmadıqlarını, dağ-mədənlə müqavilə dedikdə yəni, bildirilir ki, icarəyə verən olaraq cavabdehə avadanlıq verdiklərini, avadan lığı verdikləri yerin altının dövlət mülkiyyəti olduğunu, belə ki, müvafiq əraziyə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən münasibət bildirilə bilməyəcəyini, dövlət mülkiyyətində olan torpağın icarəsinin səhv verildiyini, ekoloji pasportun müddətli verildiyini, ekoloji pasportu icarəyə götürənin almalı olduğunu, özlərinin icarəçi ilə müqavilə bağlayarkən əlavə qoşma verdiklərini, izah etdiklərini, əgər icarəyə götürənin müqavilə üzrə digər sualları yaranmayıbsa və ya sualları verməyibsə, müqavilənin şərtləri ilə razılaşdığını, razılaşma qaydasında qarşılıqlı şəkildə imzalar atıldığını, qərar, sərəncam verilərək icarə haqqı müqabilində icarəyə verildiyini, digər tərəflərin heç birinin öhdəliyini xidmətin öz üzərinə götürmədiyini, indiyə qədər də Xidmət tərəfindən bağlanan digər ic arə müqavilələrinin də heç birində müvafiq öhdəliklər götürülmədiyini, müvafiq sahəni əmlakı işə salanın necə işlətməsi, hansı qaydada işlətməsi barədə indiyə qədər onlarda məlumat olmadığını, bağladıqları müqavilənin düzgün bağlanıldığını hesab etdiyini, tərəfə müvafiq məsələləri hərtərəfli izah etdiklərini, tərəfin razılaşaraq müqaviləni bağladığını, sonra da müqavilənin ləğvini istədiyini, özlərinin də ləğv etdiklərini, həmin müddət ərzində də borc yarandığını, sözügedən icarə müqaviləsinin 2005-2006-cı ildən etibarən eyni bu qaydada davam etdiyini, yəni özlərinin icarə müqaviləsinin şərtlərini də dəyişmədiklərini, əmlakı icarəyə verərkən əlavə qoşmalar da qoşmadıqlarını, əlavə qoşmalardan başqa heç nə olmadığını, məsələn ekoloji pasport, texniki pasport, çıxarış və s tərtib edib icarəç iyə təqdim etmədikləri, belə bir səlahiyyətləri olmadığını, bunun balans saxlayıcının öhdəliyi olduğunu bildirərək, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 18 avqust 2025-ci il tarixli, e-2-2(123)-48/2025 saylı qətnaməsinin qüvvədə qalmasını xahiş etmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X9 Xidmətinin mütəxəssisi X7 məhkəmə kollegiyasındakı rəyində, Ekologiya və Təbii Sərvətlər Nazirliyi olaraq sözügedən müəssisənin fəaliyyətinin dayandırılması ilə bağlı heç bir qərar qəbul etmədiklərini, yəni, bununla bağlı rəsmi olaraq qərar qəbul edilmədiyini, sadəcə olaraq müəssisənin ekologiya sahəsində müəyyən sənədləri olmadığına görə sözügedən müddətdən sonrakı müddətdə yer təkindən qanunsuz istifadə ilə bağlı inzibati tənbeh tədbirləri gördüklərini, amma Babək Rayon Mə hkəməsi tərəfindən tərtib edilən inzibati tənbeh vermə haqqında qərarlarının müəyyən çatışmazlıqlar olduğu üçün qüvvədən salındığını, 20 noyabr 2025-ci il tarixli məktubda karxana fəaliyyəti dedikdə məsələn qum, çınqıl fəaliyyəti başa düşüldüyünü, qazıntının karxana fəaliyyəti olub-olmamasını bilmədiyini, karxana fəaliyyəti dedikdə həmin qazıntının gətirilərək orada emal edilməsi başa düşüldüyünü, müvafiq müəssisədə monitorinq aparılması zamanı özünün iştirak etmədiyini, əməkdaşlarının iş vaxtı müəyyən bir əraziyə getməsinin qeydiyyatının aparılmasının aqro xidmətdə olmadığını, amma geologiya agentliyində ola biləcəyini, çünki onların tədbirlər planına uyğun olaraq müvafiq fəaliyyətin həyata keçirildiyini, ekoloji pasport almaq üçün mülkiyyətçi ilə müqavilə, fəaliyyət ilə bağlı olan müəyyə n sorğular cavablandırıldıqdan sonra təqdim edilən sənədlərin lazım olduğunu, bundan sonra ekoloji pasportun verilə biləcəyini, mülkiyyətçi ilə bağlanan icarə müqaviləsi əsasında istifadəyə verilmiş karxana üçün həmin icarə müqaviləsi əsasında ekoloji pasportun digər sənədlər tələb edilmədən verilə bilməyəcəyini, amma hansı sənədlərin tələb edilməli olduğu barədə məlumatı olmadığını, mülkiyyətçi dedikdə ərazinin kimə aid olmasının başa düşüldüyü, bunun üçün əlavə sənədlər tələb edildiyini, müqavilədə “mülkiyyətçi” yazmağın kifayət etmədiyini, ekoloji pasportun alınması üçün hansı sənədləşmə işlərinin aparılmalı olması ilə bağlı sənədləri özü araşdırdıqdan sonra təqdim edə biləcəyini, “karxana fəaliyyəti adlanması üçün nə olmalıdır” sualına cavabının olmadığını, bu barədə məlumatsız olduğ unu, ekoloji pasportun müddətli olduğunu, 5 il müddətinə verildiyini, 5 il müddət bitdikdən sonra yenidən baxıldığını, ekoloji pasportu dövlət əmlakı barəsində olan icarə müqaviləsi əsasında hüququ yaranmış şəxsin ala biləcəyini, bu işdən əlavə də digər karxanaların fəaliyyəti ilə bağlı müraciətlər olunduğunu və bir neçə karxanaya ekoloji cəhətdən işləməyə yararlı olması barədə müvafiq sənəd verildiyini, fəaliyyət göstərməsi üçün ilk növbədə yer təkindən istifadə ilə bağlı qanunvericiliyə əsasən mülkiyyətçi ilə bağlanan müqavilə, dağ-mədən aktının verilməli olduğunu, icraatda olan mübahisə üzrə əsas məsələnin cavabdehin dağ-mədən ayırma aktının olmaması olduğunu, müvafiq ərazidə fəaliyyət göstərilməsi üçün onlara icarəyə götürənin də müraciət edə biləcəyini, əsas məsələnin dağ-mədən ayırma aktının alınması olduğunu, müvafiq aktın Ekologiya və Təbii Sərvətlər Nazirliyi Geologiya İdarəsindən alınmalı olduğunu, bununla bağlı onlara müraciət olunub-olmadığını bilmədiyini, müvafiq məsələ ilə bağlı inzibati xəta haqqında protokol tərtib edildikdən sonra tərəfə həmin vaxt sözügedən sənədlərlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etməsinin deyildiyini, özü monitorinqdə iştirak etmədiyi üçün dəqiq deyə bilməyəcəyini, ekoloji pasportu müraciət edərək almağın fəaliyyət göstərənin öhdəliyi olduğunu, icarəyə götürənin müraciət etməli olduğunu, monitorinq keçirildikdən sonra müraciət edildikdə, müəyyən sənədləşmə işləri aparıldıqda fəaliyyətin bərpa oluna biləcəyini, cavabdehin “Bakıdan bir qiymətin müəyyən edilməsi” ilə bağlı dediklərinə dair rəsmi heç nəyin olmadığın ı, cavabdehin həmin vaxt ekoloji pasportun alınmasına dair hansı sənədlərin tələb edilməsi ilə bağlı müraciət etmədiyini, özlərinin də bildirmədiyini, təbii ki, monitorinq zamanı onların əməkdaşlarına məsələ barədə sual verildiyini, onların da izah verərək sadalanan müvafiq sənədlərin olmadığını, vəkil sorğusunda bir çox suallarını ekoloji pasportla bağlı olduğunu, ekoloji pasport və invertarlaşma sənədinin, ümumiyyətlə, yer təkindən istifadə hüququ qazanmış müəssisələrə verildiyini, amma bu müəssisənin, ümumiyyətlə, yer təkindən istifadə hüququ qazanmamış bir müəssisə olduğunu, belə ki, Yer təki haqqında Azərbaycan Respublikası qanununun 3-cü maddəsinə əsasən yer təkindən istifadəyə hərrac, auksion, müsahibə və birbaşa danışıqlar vasitəsilə verildiyini, bununla bərabər həmin məsələ ilə ba ğlı Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 20 iyul 2014-cü il tarixdə Naxçıvançay birinci qum-çınqıl yatağında keçirilən hərracda iştirak etmək üçün həmin müəssisə-Cavabdeh MMC tərəfindən 16 may 2024-cü il tarixdə müraciət daxil olduğunu, qanunvericiliyin tələblərinə uyğun olaraq müraciət sənədlərinə baxıldığını və hərracda iştirakının təmin edildiyini, Cavabdeh MMC hərracda iştirak edib qalib gələ bilmədiyini, deməli, Yer təki haqqında Azərbaycan Respublikası qanununa görə bu müəsisənin dağ-mədən ayırma aktı olmadığına görə ondan ekoloji pasportun istənilməsinin də düzgün olmadığını, bu müəssisənin yer təkindən istifadə hüququnun olmadığını, karxana xammal ehtiyatları olan həmin ərazi qum-çınqıl yatağına düşdüyünə görə bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazi rliyinin dağ-mədən ayırma aktının tələb olunduğunu, monitorinq zamanı həmin müəssisənin yer təkindən istifadə halı aşkarlandığını, müəsisənin Naxçıvançay qum-çınqıl yatağında qanunsuz fəaliyyətinin aşkarlandığını, yer təkindən qanunsuz istifadəyə görə inzibati məsuliyyətə cəlb etdiklərini, həmin konturlar daxilində yer təkindən istifadə olunub-olunmama haqqında heçnə deyə bilməyəcəyini, ekoloji pasportun hər hansı istehsal müəssisəsiləri üçün tələb olunan sənəd olduğunu, müəssisə ətraf-mühitə təsir edən ekoloji müəssisə olduğuna görə pasportda tullantıların əmələ gəlməsinin statistik hesabatı, eyni zamanda atmosfer qatında zərərli maddələrin invertallaşdırılması və bu kimi göstəricilərin öz əksini tapmalı olduğunu, bu məsələlərin “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikas ı qanununun 74cü maddəsində öz əksini tapdığını, ekoloji pasportun alınması ilə bağlı heç bir tələb irəli sürmədiklərini, ekoloji pasportun verilməsi, atmosfer havasının zərərli maddələrindən invertallaşdırma sənədinin verilməsinin nəzərdə tutulmadığını, dağ-mədən ayırma aktının olmalı olduğunu, həmin ərazidə fəaliyyət göstərəcək hüquqi və fiziki şəxslər tərəfindən müraciət edilməli olduğunu, obyektin fəaliyyətinə dair ekspertiza rəyi alınmalı olduğunu, bunun müəssisənin özü tərəfindən də, buna baxan şirkətlər tərəfindən də hazırlana biləcəyini, ətraf mühitə təsirə dair bütün göstəricilərin orada öz əksini tapmalı olduğunu bildirmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X9 Xidmətinin mütəxəssisi X18 məhkəmə kollegiyasındakı rəyində karxananın faydalı qazıntı yatağının açıq üsu lla istismar olunduğu yer təki sahəsi olduğunu, açıq üsulla istismar olunanların hamısının karxana sayıldığını, fiziki və hüquqi şəxslərin onlara məxsus torpaq sahəsindən ümumi yaranmış faydalı qazıntıları 5 metrə qədər öz şəxsi ehtiyaclarını ödəmək üçün istifadə edə biləcəkləri, yerin təki dedikdə bilavasitə faydalı qazıntı yatağının mövcud olduğu sahə və ondan öyrənilmə dərinliyinin nəzərdə tutulduğunu, karxana olması üçün statusa ehtiyyac olduğunu, buranın istehsal müəssisəsi sayıldığını, yerüstü üsulla yer təkinin istismarının bilavasitə karxana fəaliyyəti sayıldığını, qeyd edilən obyektə karxana deməyin düzgün olmadığını, oranın karxanadan çıxarılan inert materialların emalı və istehsalı müəssisəsi olduğunu, qum, çınqılın 5 geqa balans hesabatı verilibsə, yəni nümunə xammal bazasının bərpası fonduna ödənilməsi olunubsa, bu xammaldan artıq istifadə oluna biləcəyini, yer təkindən xammal çıxarıldısa, onun artıq ödənişə cəlb olunacağını, oradan həmin qumun götürülməsinin karxana sayılmadığını, ümumiyyətlə, karxananın açıq üsulla yer təkinin istismarı demək olduğunu, yer təkinin istismarına da icazə verən sənədin dağ-mədən ayırma aktı olduğunu, dağ-mədən ayırma aktı olduqda, karxana fəaliyyəti ilə məşğul oluna biləcəyini, dağ-mədən aktı olmadan buranın karxana adı ilə icarəyə verilə bilməyəcəyini, ekoloji pasportda avadanlıqların standartlara uyğunluğu, atıla bilən hədd, səs-küy onların hamısı qeyd olunduğundan vacib olduğunu, avadanlıqlar və ərazi ilə əlaqədar təqdim olunmalı əsas sənədlərin avadanlıqların pasportları olduğunu, çünki avadanlıqlarda işlənmiş yağlar da oluğu na görə ətraf-mühit üçün təhlükə potensialı sayıldığından ekoloji pasportun olmasının vacib olduğunu, karxanalarda dövrü su sisteminə üstünlük verildiyini, sərfəli istismar üçün suyun daim dövriyyədə olduğunu, özlərinin onun adını karxana yazdıqlarını, balans saxlayıcının da onu karxana kimi qeyd etdiyini, onla bağlı qanunvericiliyin də olduğunu, icazə sənədi verildikdən sonra torpağın qanunvericiliyə uyğun ayrıldığını və torpağın ayrılmasına razılığı öncədən aldıqlarını, yazılı razılıq əsasında dağ-mədən ayırma aktının tərtib olunduğunu, sonra icarə müqaviləsinin bağlanıldığını bildirmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X9 Xidmətinin mütəxəssisi X22 məhkəmə kollegiyasındakı rəyində ekoloji pasportun “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanununa əsasən isteh sal sənaye müəssisələrində faəliyyətlə məşğul olan müəssisələrin ətraf mühitə təsirini müəyyənləşdirmək üçün verildiyini, bunların içərisində atmosfer havasına atılan tullantıları müəyyən edən ekoloji normativ sənədlərin olduğunu, Nazirlər Kabinetinin 184 nömrəli qərarına əsasən dövlət və ictimai ekoloji ekspertizanın aparılması qaydalarında hansı sənədlərin lazım olduğunun öz əksini tapdığını, burada normativ pasportun hazırlanmasının müəssisə tərəfindən edildiyini, müəssisənin pasportunun dövlət ekoloji ekspertiza agentliyinə təqdim etdiyini, agentliyin onun qanunvericiliyə uyğunluğunu yoxladığını və bundan sonra razılaşdırıldığını, yəni bu qanunvericiliyin tələblərinə uyğundur, bu pasportun müəssisə tərəfindən bu sahə üzrə ixisaslı mütəxəssislərlə müqavilə bağlamaq şərti ilə hazırland ığını, ya da özünün hazırladığını, hazırlayandan sonra heç bir sənəd olmadan pasportu onlara təqdim etdiyini, özlərinin də pasportun qanunvericiliyə uyğunluğunu, onun maksimum hədlərini müəyyənləşdirdiklərini, müəssisə fəaliyyət göstərəndən sonra fəaliyyəti ilə bağlı ekoloji sənədləri hazırlayıb, Ekologiya Nazirliyinə təqdim etməli olduğunu, avadanlıqların özünün texniki pasportları olduğunu, həmin texniki pasporta uyğun olaraq hədlər müəyyən edildiyini, dövlət ekoloji ekspertiza aparılması qaydalarına görə müəssisə istehsal, sənaye, qida müəssisələri, iaşə xidmət sahələri hökmən dövlət ekoloji ekspertiza rəyini alıb fəaliyyət göstərməli olduqlarını, yəni rəy olmadan fəaliyət göstərə bilməyəcəklərini, rəyin verilməsi qaydalarına uyğun olaraq çıxarış və digər sənədlərin istənildiyini və yox lanıldığını, rəy almaq üçün fiziki şəxslərin şəxsiyyət vəsiqəsini təqdim etməklə ərizə ilə müraciət etməli olduğunu, oradakı əmlaka-torpağa dair çıxarışı olmasını, hüquqi şəxslərin isə dövlət qeydiyyatı haqqında, torpağın icarəsi və yaxud mülkiyyətdə olması ilə bağlı, əmlakın mövcudluğu, enerji ilə bağlı məlumatı, geoloji hesabatı, layihə smeta sənədlərinin dəyəri, ekoloji ekspertizanın işlər görməsi ilə bağlı rüsumu, ümumiyyətlə, müəssisə haqqında məlumatı olmalı olduğunu, torpağın haradan gəlməsi və yaxud da elə oradan əldə edilməsi məsələsinin ekspertiza rəyini vermək üçün o qədər də əhəmiyyətli olmadığını, bu rəyin müəssisənin fəaliyyəti ilə bağlı verildiyini, ekoloji pasportun həmin avadanlıqların, həmin müəssisənin ətraf mühitə təsirini və nəticələrini qiymətləndirmək üçün tələb olun duğunu, Nazirlər Kabinetinin 21 may 2020-ci il tarixli, 184 nömrəli qərarının dövlət ekoloji ekspertizanın aparılması qaydalarını müəyyən etdiyini, həmin qaydalara və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanuna əsasən ekspertiza rəyi verildiyini, müəssisənin fəaliyyətinin dayandırılması ilə bağlı məlumatı olmadığını, idarədədövlət ekologiya agentliyində bununla bağlı heç bir qərar olmadığını, hər bir fəaliyyət göstərən müəssisənin ekoloji ekspertin rəyini almalı olduğunu, almasa onun fəaliyyətinin qanunsuz hesab olunduğunu, müəssisənin fəaliyyətinin dayandırılması, monitorinqin keçirilməsi, mütəxəssislərin iştirak etməsi - bunlarla bağlı heç bir məlumat olmadığını, ekoloji pasportun normativ sənəd olduğunu, onun tələblərinə uyğun əməkdaşlarının monitorinq aparacaqlarını, bund an kənara çıxsalar, onların qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb edilməli olduqlarını, avadanlığın özünün texniki sənədlərini gətirmək şərti ilə ona ekoloji ekspertiza rəyi verdiklərini, lakin müəssisəyə vermədiklərini, əgər mülkiyyətçidirsə, mülkiyyətə dair sənədləri, icarədardırsa, icarədar olması ilə bağlı sənədləri gətirəndən sonra o sənədlərə baxaraq ona rəy verdiklərini, yəni sənədlərin ilk öncə qaydasında olmasını, sənədi olmayan müəssisəyə rəy verə bilməyəcəklərini, istehsalçıdan o sənədləri tələb etdiklərini, icarədarın bu sənədləri mükiyyətçidən ala biləcəyini bildirdi. İş materiallarında olan: 03 aprel 2024-cü il tarixli icarə müqaviləsindən məlum olur ki, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh arasınd a icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1.Bu müqaviləyə görə «İcarəyəverən» Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 01 aprel 2024-cü il tarixli, 01 nömrəli Sərəncamı ilə Babək şəhərində yerləşən, ümumi dəyəri 578572,0 manat təşkil edən Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin sərəncamına verilmiş (Naxçıvan MR İqtisadiyyat Nazirliyinin sərəncamına verilmiş, Naxçıvan MR Şəhərsalma və Arxitektura Komitəsinin ləğv edilmiş Naxçıvan Şəhər İdarəsinin balansında olan) qumçınqıl karxanasını və karxanaya aid daşınar-daşınmaz əmlaklarla (Əlavə 1) birgə istehsal məqsədi ilə «İcarəçi»nin müddətli icarəsinə verir. 2.2. Ödəniləcək illik icarə haqqı: 115714,40 (yüz on beş min yeddi yüz on dörd manat qırx qəpik) manat 2.3 Bir aylıq icarə haqqı: 9642,87 (doqquz min altı yüz qırx iki manat səksən yeddi qəpik) manat 2.4 Aylıq icarə haqqının 50% 4821,44 (dörd min səkkiz yüz iyirmi bir manat 44 qəpik) manatı dövlət büdcəsinə köçürülür (hesab AZ47AİİB********************) (kod 141720) 2.5. Aylıq icarə haqqının 50% 4821,44 (dörd min səkkiz yüz iyirmi bir manat 44 qəpik) manatı isə Naxçıvan MR İqtisadiyyat Nazirliyinin sərəncamına verilmiş, Naxçıvan MR Şəhərsalma və Arxitektura Komitəsinin ləğv edilmiş Naxçıvan Şəhər İdarəsinin hesabına köçürülür. AZ50AİİB******************** (VÖEN **********) 3.1 İcarə müqaviləsinin müddəti: 03 aprel 2024-cü il tarixdən 03 aprel 2025-ci il tarixinədək müəyyən edilir.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində i şin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. 3.2.İcarə müqaviləsi hər iki tərəfin imzaladığı tarixdən hüquqi qüvvəyə minir. İcarəyə verənin hüquq və vəzifələri kimin 4.1.İcarə müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə, sahədən səmərəli və təyinatı üzrə istifadə edilməsinə nəzarət etmək, aşkar edilmiş pozuntuların aradan qaldırılması üçün zəruri tədbirlər həyata keçirmək 4.2.İcarə predmetini icarəçiyə vermək İcarəçinin hüquq və vəzifələri 5.1.İcarəyə verilmiş qum-çınqıl karxanası və karxanaya aid daşınar-daşınmaz əmlakdan ancaq müqavilə şərtlərinə uyğun təyinatı üzrə istifadə etmək, 5.2. İcarə müddəti ərzində aylıq icarə haqqını cari ayın 10-dək ödəmək, 6.2. "İcarəçi” tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydada təqdim edilmiş sahədə lahiyə smeta sənədləri əsasında təmir-tikinti işləri, rekonstruksiya, yenidənqurma işləri aparıla bilər. 6.3. Aylıq icarə haqqı həmin ayın 30-dək ödənilmədikdə hər gecikdirilmiş məbləğin 0.1 faizi miqdarında müamilə hesablanır. 8.1. İcarə haqqı iki ay ərzində ödənilmədikdə (mövcud aylıq ödənişin iki misli məbləğində borc yarandıqda) bu, "İcarəçi"nin müqavilənin icrasından birtərəfli imtinası kimi qəbul edilir və icarə müqaviləsi ləğv oluna bilər. Naxçıvan Muxtar Respublikası X25 22 iyun 2023-cü il tarixli 180-Vİ FR nömrəli Fər manından görünür ki, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rayon (şəhər) idarələri və "X11" Məhdud Məsuliyyətli Cəmiyyəti Komitənin tabeliyindən çıxarılaraq özəlləşdirilməyə açıq elan edilməsi qərara alınmışdır. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyiyanında Əmlak Məsələləri Dövlət Xidmətinin 01 aprel 2024-cü il tarixli sərəncamından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 19 mart 2024-cü il tarixli müraciəti üzrə Dövlət əmlakının idarə olunması və səmərəli istifadəsinə nəzarət sektorunun 01 aprel 2024-cü il tarixli məlumatı nəzərə alınması, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin sərəncamına verilmiş (Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin ləğv edilmiş Naxçıvan Şəhər İdarəsin in balansında olan), Babək şəhərində yerləşən, ümumi dəyəri 578572,0 manat təşkil edən əmlak kompleksi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 1 (bir) il müddətinə icarəyə verilməsi qərara alınmışdır. X6 Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinin Babək rayonunda yerləşən qum-çınqıl karxanasının daşınar və daşınmaz əmlaklar haqqında məlumаtdan görünür ki, daşınar əmlak üzrə nəqliyyat vasitələrinin 7 ədədi saz vəziyyətdədir, qum-çınqıl karxanası 2005-ci ildə tikilmiş və istifadəyə yararlıdır. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 25 oktyabr 2024-cü il tarixli sərəncamından görünür ki, siyahısı bu sərəncama əlavədə göstərilən- xx.xx.2024-cü il tarixli 1 saylı icarə müqaviləsi əsasında Babək rayonu ərazisind ə yerləşən "xxxx" MMC-nə icarəyə verilmiş dövlət əmlakına dair bağlanılmış icarə müqavilələrinə Sərəncam imzalandığı tarixdən xitam verilsin. 07 avqust 2024-cü il tarixli Babək şəhərində tərtib olunmuş aktdan görünür ki, Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin sektor müdiri, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri dövlət xidmətinin baş məsləhətçisi və icarədar Nümayəndə2 iştirakı ilə 07 avqust 2024-cü il tarixdə Nümayəndə2 03 aprel 2024-cü il tarixli 01 nömrəli icarə müqaviləsi ilə əmlak kompleksi kimi icarəyə verilmiş Babək şəhərində yerləşən Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin sərəncamına verilmiş qum-çınqıl karxanasına və karxanaya aid daşınar-daşınmaz əmlaklara baxış keçirilib. Keçirilən baxış zamanı icarəçi tərəfindən istehsal üçün karxananın ərazisinə qravil yığıldığı, nəqliyyat vasitələrinin əsaslı təmir işləri aparılmaqla saz vəziyyətə gətirildiyi, qumələyən qurğunun daxili və ətrafının təmir edildiyi, pirket makinasının təmir edildiyi və yeni qəliblərin alındığı, 2 ədəd portivin saz hala gətirildiyi, 212 ədəd pirket qəlibinin düzəldildiyi, su xətti çəkildiyi və 2 ədəd motorun qoyulduğu aşkar edilib. Əlavə olaraq icarəçi tərəfindən icarə haqqı gecikdirilərək 3 aylıq ödəniş edildiyi, Naxçıvan Şəhər İdarəsinin balansına ödəniləcək 50% icarə haqqı ödənilmişdir. İcarədar aktı imzalamaqdan imtina edib. Baxış zamanı icarədar aidiyyəti icra hakimiyyəti orqanı tərəfindən iyul ayının sonlarında karxananın və pirket istehsalı sahəsinin fəaliyyətini dayandırdığını bildirməsi qeyd olunm uşdur. 30 oktyabr 2024-cü il tarixli Babək şəhərində tərtib olunmuş aktdan görünür ki, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin sektor müdiri, Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şəhər Tikinti İdarəsinin rəisi vəzifələrini icra edən şəxsin və "xxxx" MMC-nin direktorunun iştirakları ilə 30 oktyabr 2024-cü il tarixdə Naxçıvan MR dövlət şəhərsalma və arxitektura komitəsinin Naxçıvan şəhər idarəsinin balansında olan 03 aprel 2024-cü il tarixli 01 nömrəli icarə müqaviləsi ilə icarəyə verilmiş, 25 oktyabr 2024-cü il tarixli 51 nömrəli sərəncam ilə həmin icarə müqaviləsinə xitam verilmiş qum-çınqıl karxanası karxanaya aid daşınar, daşınmaz əmlaklar təhvil götürülərək Naxçıvan şəhər idarəsinə verilməsi üçün monitorinq aparılmışdır. 28 dekabr 2024-cü il tarixli 02/337 saylı Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məktubundan məlum olur ki, Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinin balansında olan Babək rayonu ərazisində yerləşən qum-çınqıl karxanası daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alınmamışdır. 26 dekabr 2024-cü il tarixli 5/1663 saylı Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məktubundan məlum olur ki, karxananın idarənin balansında olduğu texniki pasport, reyesterdən çıxarış, avadanlıqların ekoloji pasportu və s mövcud olmadığı qeyd olunmuşdur. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Naxçıvan Şəhər Vergilər İdarəsinin məktubundan gö rünür ki, Cavabdeh MMC fəaliyyəti 25 sentyabr 2024-cü il tarixdən dayandırılmışdır. Babək Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(079)-17/2025-ci il tarixli qərarına əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Cavabdeh MMC-in direktoru Nümayəndə2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. 12 iyul 2004-cü il tarixli sərancamla Naxçıvan MR Tikinti Quraşdırma Dövlət Şirkətinin balansında olan 1 nömrəli Qum-Çınqıl karxanası əsas vəsaitləri ilə birlikdə əlavəyə əsasən əvəzsiz olaraq Naxçıvan şəhər Abadlaşdırma və Təmir Tikinti İdarəsinin balansına verilmişdir. Babək Rayon İcra Hakimiyyətinin 7 mart 2025-ci il tarixli məktubdan məlum olur ki, Bab ək rayon ərazisində qum-çınqıl yatağında hansısa şirkətin fəaliyyət göstərməsi barədə İcra Hakimiyyətində icazə sənədi yoxdur. Naxçıvan Muxtar Respublikası Ekologiya və X21 yanında X12 Xidmətinin 20 noyabr 2025-ci il tarixli sorğuya cavab məktubundan, təftiş işləri zamanı, balansa alınmış Naxçıvançay İ qum-çınqıl yatağının konturları daxilində "xxxx" MMC-nin istismar işləri aparıldığı, "Naxçıvançay l" qum-çınqıl yatağında istismar işləri aparmaq üçün hüquqi və ya fiziki şəxslərə müvafiq icazə sənədləri verilmədiyi məlum olduğu üçün, həmin vaxt ərazidə qeyri-qanuni karxanaların fəaliyyət göstərdiyi, mövcud olan digər texnika və vasitələrinin sahiblərinin dəqiqləşdirilməsi üçün mütəxəssislər tərəfindən məlumat tələb edildiyi, "xxxx" MMC isə həmin ərazidə heç bir icazə sənədi olmadan qeyri-qa nuni fəaliyyət göstərdiyi müəyyən olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qi ymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun açıq və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanu nlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir. (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsi). Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsindən istifadə etmə hüququ İn san Hüquqlarının və X10 haqqında Avropa Konvensiyasının 6-cı maddəsində də təsbit olunmuşdur. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuşdur ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malikdir. Kollegiya iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilibedilməməsini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb onlara qiymət verərək aşağıdakıları qeyd edir. İş materiallarında olan 03 aprel 2024-cü il tarixli icarə müqaviləsindən məlum olur ki, tərəflər arasında müqavilə imzalanaraq ö hdəlik yaranmış, cavabdeh tərəf öz üzərinə düşən öhdəlikləri icra etmədiyindən, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, icarə müqaviləsi üzrə yaranmış 28928,40 manat icarə haqqının dövlət büdcəsinə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2 və 14.2.1-ci maddələrinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarına qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri is tisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər də aiddir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında i ki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 404.1-ci maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 424.5-ci maddəsinə əsasən, əg ər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətl ərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci mаddəsinə əsasən öhdəliyin оnun icrаsı üçün müəyyənləşdirilmiş müddətdə icrа еdilməməsi bоrclunun icrаnı gеcikdirməsi sаyılır. 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 697.1-ci maddəsinə əsasən, kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhər dən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlilləri iş materialları ilə əlaqəli şəkildə tədqiq edərək, belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, tərəflər arasında icarə münasibəti 03 aprel 2024-cü il tarixdən yaranmış, icarəyə veriləcək obyekt cavabdehin istifadəsinə verilmiş, müqaviləyə əsasən icarə haqqı olaraq aylıq 9642,87 manat ödənilməsi razılaşdırılmış, ödəmənin hər ayın 10-dan gec olmayaraq icra olunmasının və ödənişin aylıq icarə haqqının 50% 4821,44 (dörd min səkkiz yüz iyirmi bir manat 44 qəpik) manatı dövlət büdcəsinə, aylıq icarə haqqının 50% 4821,44 (dörd min səkkiz yüz iyirmi bir manat 44 qəpik) manatı isə Naxçıvan MR İqtisadiyyat Nazirliyinin sərəncamına verilmiş, Naxçıvan MR Şəhərsalma və Arxitektura Komitəsinin ləğv edilmiş Naxçıvan Şəhər İdarəsinin hesabına köçürülməsi nəzərdə tutulmuşdur. Cavabdeh 03 aprel 2024-cü il tarixli, 01 nömrəli icarə müqaviləsi üzrə aylıq icarə haqqını tam icra etməmiş və iyul, avqust və sentyabr ayları üzrə borcu yaranmışdır. Cavabdeh təşkilatın nümayəndəsi və vəkili tərəfindən məhkəmə kollegiyasında irəli sürülən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin karxananın fəaliyyətinin həyata keçirilməsinə imkan vermədiyi, protokol tərtib ediləcəyi, ərazinin tərk edilməsinin tələb olunduğu, habelə dağ-mədən aktının və ekoloji pasportun mövcud olmadığı barədə izahatları iş üzrə sübut kimi qəbul edilə bilməz. Belə ki, göstərilə n halları təsdiq edən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən qəbul edilmiş fəaliyyətin dayandırılması barədə rəsmi qərar, eləcə də yoxlamanın aparıldığı tarix və yoxlamanı aparan məsul vəzifəli şəxslər barədə məlumatlar iş materiallarında mövcud deyildir. Eyni zamanda, bu iddialar məhkəmə prosesinə mütəxəssis qismində cəlb edilmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisi X16 rəyi ilə də təkzib olunub. Belə ki, adıçəkilən mütəxəssis müəssisənin fəaliyyətinin dayandırılması, hər hansı monitorinq tədbirinin keçirilməsi, eləcə də Nazirliyin mütəxəssislərinin ərazidə iştirak etməsi ilə bağlı heç bir məlumata malik olmadığını məhkəmədə bildirmişdir. Bu səbəbdən cavabdeh tərəfin göstərilən izahatları iş materialları ilə təsdiq olunmur və sübutetmə baxımından hüquqi əhəmiy yət daşımır. Cavabdeh tərəf fəaliyyətin dayandırılması və ya maneənin yaradılması ilə əlaqədar icarəyə verən orqana, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Ali Məclisə dəfələrlə müraciət etməsini bildirsə də, iş materiallarında həmin müraciətlərin yazılı formada edildiyini təsdiq edən hər hansı sənəd mövcud omadığından, həmin iddialar məhkəmə tərəfindən sübut kimi qiymətləndirilə bilməz. Cavabdeh təşkilatın vəkili apellyasiya şikayətində, habelə məhkəmə kollegiyası qarşısında verdiyi izahatında icarə obyektinə dair heç bir hüquqi sənədin mövcud olmadığını, bu halda məlumatlı olan iddiaçının cavabdeh tərəfi vaxtında məlumatlandırmadığını, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müəyyən sənədlərin tələb edildiyini bildirmişdir. Vəkilin izahatına görə, Nazirlik tə rəfindən ilkin olaraq tələb olunan sənədlər icarə müqaviləsi, texniki pasport, çıxarış, eləcə də torpaq sahəsinə dair müqavilə olmuş, cavabdeh tərəf həmin sənədləri Daşınmaz Əmlakdan tələb etsə də, qarşı tərəf təqdim etməmişdir. Lakin, cavabdeh tərəfin verdiyi izahatlar mütəxəssis X16 məhkəmədə verdiyi rəy ilə təkzib olunmuşdur. Belə ki, mütəxəssisi X22 əmlakın icarəyə verilməsi zamanı ekoloji pasportun, texniki pasportun, çıxarışın və digər hüquqi sənədlərin tərtib edilərək icarəçiyə verilmədiyini, bu cür sənədlərin hazırlanmasının və təqdim edilməsinin onların səlahiyyətlərinə aid olmadığını, qeyd olunan öhdəliklərin icarədarın vəzifəsi olduğunu, onların sadəcə rəy verməli olduğunu izah etmişdir. Apellyasiya instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verərək qeyd edir ki, cavabdeh tərəfin apellyasiya şikayətində və izahatlarında istinad etdiyi hallar mötəbər və obyektiv sübutlarla təsdiq olunmadığından, həmin dəlillər əsaslı hesab edilə bilməz və apellyasiya şikayətinin təmin edilməsi üçün hüquqi əsas yaratmır. Sonda, cavabdeh təşkilatın vəkili tərəfindən apellyasiya şikayətində və məhkəmə iclasında verilmiş izahatlarda icarə müqaviləsinin etibarsız sayılmasına dair irəli sürülən dəlillərə münasibətdə məhkəmə kollegiyası bildirir ki, bağlanmış müqavilənin mübahisələndirilməsini təsdiq edən hər hansı hüquqi sənəd və ya sübut iş materialarına əlavə edilməmişdir. Belə ki, cavabdeh təşkilatın nümayəndəsi məhkəmə iclasında verdiyi izahatlarında müəssisənin ona icarəyə verilməsini iddiaçı təşkilata məhz özünün təşəbbüsü əsasında olduğunu, icarə müqavilə sinin bağlanmasını istədiyini, həmin müəssisədə əvvəllər çalışdığını və müəssisənin fəaliyyət dairəsini bildiyini, bu əsaslarla tərəflər arasında qarşılıqlı razılıq əldə edilərək icarə müqaviləsinin bağlandığını, şərtlərlə razılaşıb imzaladığını bildirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 9 dekabr 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, müqavilənin tərəflər arasında qarşılıqlı iradə ifadəsi və razılaşma əsasında bağlanılması, habelə sonradan onun icrası və ya icrasından irəli gələn hüquqi nəticələrdən istifadə olunması iradə ifadəsinin sərbəst və real olduğunu təsdiq edir və bu halda yalnız öhdəlikdən yayınmaq məqsədilə müqavilənin etibarsızlığına istinad edilməsi hüquqdan su-istifadə kimi qiymətləndirilməlidir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2 aprel 2021-ci il tarixli qərarında (Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şərhinə dair) göstərildiyi kimi, müqavilənin etibarsızlığı yalnız qanunla nəzərdə tutulmuş əsaslar mövcud olduqda və bu əsaslar müvafiq sübutlarla təsdiq edildikdə mümkün hesab edilə bilər. Həmin qərara əsasən, müqavilənin etibarsızlığını iddia edən tərəf bu iddianın əsasını təşkil edən halları sübut etməlidir. İş materiallarından görünür ki, cavabdeh tərəf birinci instansiya məhkəməsində müqavilənin etibarsızlığını mübahisələndirməmiş, iddia ərizəsi ilə müraciət etməmiş, bu halı yalnız apellyasiya şikayətində qeyd etmişdir. Bu baxımdan məhkəmə belə nəticəyə gəlir ki, mübahisəli müqavilə tərəflərin qarşılıqlı iradə ifadəsi və razılaşması əsasında bağlanılmışdır, onun etibars ızlığını təsdiq edən hallar müəyyən edilməmişdir və cavabdehin bu hissədə gətirdiyi dəlillər əsassızdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının Mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Beləliklə, məhkəmə kollegiyası belə hesab edir ki, Cavabdeh nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətində göstərdiyi dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnu n pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Kollegiya qeyd edir ki, mülki qanunvericilik tələb və etirazların əsası kimi istinad edilmiş halları sübut etmək vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuşdur. Sübutları qiymətləndirmək isə məhkəmənin səlahiyyətidir. Yuxarıda qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 402, 403, 404, 405, 406-cı maddələrini rəhbər tutaraq kollegiya Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 18 avqust 2025-ci il tarixli, e2-2(123)-48/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iş tirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetlərinə yerləşdirildiyi gündən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı gündən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetlərinə yerləşdirildiyi gündən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı gündən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar