Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(1-8)-60/2026 29.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası QƏRARDAD İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı iş üzrə Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 29 oktyabr tarixli, 2-2(103)-773/2025 nömrəli qətnaməsindən iddiaçı "xxxx" MMC və cavabdeh "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı (iddiaçı) Cavabdehnə (cavabdeh) qarşı iddia ər izəsi, sonradan isə iddianın dəyişdirilməsi barədə ərizə ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, 14 noyabr 2019-cu il tarixli icarə müqaviləsi üzrə 2024-cü ilin iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları və 2025-ci ilin yanvar, fevral, mart ayları üçün cəmi 37 500 (otuz yeddi min beş yüz) manat icarə haqqının "xxxx" MMC-dən alınıb ona ödənilməsi, əvvəlki mülkiyyətçi X1 ilə "xxxx" MMC arasında imzalanmış 14 noyabr 2019-cu il tarixli icarə müqaviləsinə vaxtından əvvəl xitam verilməsi, ünvan 1 ünvanında yerləşən binadan Cavabdeh MMC-nin əmlakları ilə məcburi qaydada çıxarılması və binanın boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh İddiaçınə qarşı qarşılıqlı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC və Cavabdeh MMC tərəfindən verilmiş tələblərin əvəzləşdirilməsi, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə artıq ödənilmiş məbləğin müvafiq qaydada müqavilə üzrə növbəti aylara münasibətdə əvvəldən ödənilmiş icarə haqqı qismində hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 2 may tarixli qətnaməsi ilə ilk iddianın təmin edilməsi, xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin ləğv edilmiş hesab olunması, xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə 37 500 (otuz yeddi min beş yüz) manatın Cavabdehndən tutularaq İddiaçınə verilməsi, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin Cavabdeh tərəfindən boşaldılaraq, həmin qeyri-yaşayış sahəsindən ç ıxarılaraq, qeyri-yaşayış sahəsinin İddiaçınə təhvil verilməsi, qarşılıqlı iddianın rədd edilməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh MMC apellyasiya şikayəti verərək onun ləğv edilməsini, İddiaçı iddia tələbinin rədd, Cavabdeh qarşılıqlı iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 29 oktyabr tarixli, 2-2(103)-773/2025 nömrəli qətnaməsi ilə Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, yeni qətnamə çıxarılmış, ilk iddia rədd edilmiş, qarşılıqlı iddia isə qismən təmin edilmiş və 14 noyabr 2019-cu il tarixli icarə müqaviləsi üzrə həyata keçirilmiş icarə haqqı ödənişlərindən artıq ödənilmiş 7000 (yeddi min) manat 2025-ci il mart ayından sonrakı dövrün icarə haqqı ilə əvəzləşdirilməsi qət edilmişdir. Qarşılıqlı iddia qalan hissədə təmin edilməmişdir. Qətnamədən iddiaçı "xxxx" MMC və cavabdeh "xxxx" MMC tərəfindən kassasiya şikayətləri verilərək qətnamənin ləğv edilməsi və işin yenidən apellyasiya baxışına qaytarılması xahiş edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətləri qeyri-mümkün hesab edilməli və şikayətlərin geri qaytarılması məsələsinə baxılması üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Belə ki, MPM-nin 407.4-cü maddəsinin tələbinə əsasən şikayətə dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu t utulmalıdır. İş materiallarından görünür ki, ilk iddia üzrə iddianın qiyməti 37500 manat, qarşılıqlı iddia üzrə isə 79342 manat təşkil edir. İddiaların ümumi qiyməti 116842 manat təşkil edir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1, 8.1.3 və 8.6cı maddələrinin tələblərinə əsasən, hazırkı halda apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün ödənilməli olan dövlət rüsumunun məbləği 203 manat təşkil edir. Lakin "xxxx" MMC tərəfindən kassasiya şikayəti verilərkən cəmi 157 manat, "xxxx" MMC tərəfindən isə 160 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu hal isə kassasiya şikayətlərinin geri qaytarılması üçün əsasdır. Belə ki, MPM-in 408.1, 408.1.3-cü maddələrinə əsasən kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qa ydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. MPM-in 404-1.2-ci maddəsində isə təsbit edilmişdir ki, işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətləri qeyrimümkün hesab edilməli və iş həmin şikayətlərin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq və MPM-in 407-408-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 29 oktyabr tarixli, 2-2(103)-773/202 5 nömrəli qətnaməsindən iddiaçı "xxxx" MMC və cavabdeh "xxxx" MMC tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri qeyri-mümkün hesab edilsin və iş kassasiya şikayətlərinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2-2(1-8)-60/2026
Ali Məhkəmə Qərardad — İş №2-2(1-8)-60/2026
29.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İca
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver