Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(1-8)-109/2026 05.03.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının İddiaçı cavabdehlər Qanuni nümayəndə və Cavabdeh2 MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin mümkünlük əsasları Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası, hakimlər Qəribov Bəhman Fərhad oğlu (məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Qanuni nümayəndə və Cavabdeh2 MMC-yə qarşı pul tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2026-cı il 19 yanvar tarixli, 2- 2(103)-937/2025 nömrəli qərardadından Cavabdeh2 MMC tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydas ında baxıldı. İş üzrə məhkəmə icraatı
1. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdehlər Qanuni nümayəndə və Cavabdeh2 MMC-yə (bundan sonra birlikdə – “cavabdehlər”) qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 2022-ci il 16 noyabr tarixli, 3M-1570 reyestr nömrəli icarə müqaviləsi üzrə 40.558 manat məbləğində qalıq borcun və məhkəməyə mürciət edilməsi üçün ödənilmş 223,67 manat pul vəsaitinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 9 iyul tarixli, e-2-2(113)-1416/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, 38.558 manat məbləğində pul Cavabdeh2 MMC-dən tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
3. Cavabde h2 MMC (bundan sonra – “MMC”) həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 31 oktyabr tarixli, 2-2(103)-937/2025 saylı qətnaməsi ilə cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
5. Cavabdeh MMC kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və kommersiya işini yenidən apellyasiya qaydasında baxılması üçün apellyasiya instansiyasına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il 19 yanvar tarixli 2-2(103)-937/2025 nömrəli qərardadı ilə cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır (sədrlik edən hakim – L.Əliyeva, hakimlər T.Mahmudova, Z.Şirinov).
7. Məhkəmə “Məhkəmə sənədlərinin proses iştirakçılarının Elektron kabinetinə yerləşdirilməsinə dair” çıxarışdan (elektron kabinet) müəyyən etmişdir ki, apellyasiya instansiya məhkəməsinin qətnaməsi cavabdeh MMC, onun qanuni təmsilçisi Qanuni nümayəndə, habelə onun nümayəndəsi və vəkili Vəkil2 (bundan sonra – “nümayəndələr”) elektron kabinetinə 2025-ci il 12 noyabr tarixində yerləşdirilmişdir. Həmin çıxarışa əsasən, hər bir nümayəndənin təsdiq edilmiş elektron ünvanı (e-mail) vardır, müvafiq olaraq (Elektron ünvan 1) və (Elektron ünvan 2).
8. Bu o anlama gəlir ki, cavabdeh MMC-yə münasibətdə MPM-in 135.8-ci maddəsinin yalnız birinci dispozisiya şərti (q ətnamənin “elektron kabinet”də yerləşdirilməsi) deyil, həm də ikinci dispozisiya şərti (ona bu barədə həmin sistem üzərindən elektron poçt vasitəsilə məlumat çatdırılması) yerinə yetirilmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh MMC-yə 2025-ci il 12 noyabr tarixində MPM-in 135.8-ci maddəsinin tələblərinə uyğun olaraq lazımi qaydada çatdırılmışdır. Odur ki, kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş 2 aylıq müddətin axımı 2025-ci 13 noyabr tarixində başlayaraq iş günü olan 2026-cı il 12 yanvar tarixində bitmişdir. İddiaçı tərəfindən isə kassasiya şikayəti 1 gün sonra (13 yanvar 2026-cı il) verilmiş, bununla da apellyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün MPM-in 405-ci maddəsində nəzərdə tutulmuş 2 aylıq müddə t ötürülmüş, müddətin bərpasına dair ərizə isə təqdim edilməmişdir.
9. Məhkəmə bildirmişdir ki, şikayət cavabdeh tərəfin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən imzalanmışdır. Lakin iş materiallarında olan cavabdeh MMC tərəfindən Vəkil2 adına verilmiş etibarnamədən görünür ki, həmin etibarnamədə ona verilmiş səlahiyyətlər sırasında qanunvericiliyə uyğun olaraq xüsusi göstərilməli olan “məhkəmə aktından şikayət verilməsi” səlahiyyəti nəzərdə tutulmamışdır. Eyni zamanda, şikayətə cavabdehin adından nümayəndəyə verilmiş başqa etibarnamə də əlavə edilməmişdir. Bu səbəbdən şikayət onu imzalamaq səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmış hesab edilməlidir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 73.1, 73.5, 74.1, 74.2, 135.8, 40 5.0.1, 407.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
11. Cavabdeh MMC kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və işə baxılması üçün kassasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
12. MPM-in 74, 128.3, 129.1-ci maddələri üzrə - Məhkəmə tərəfindən qeyd edilən prosessual hüquq normalarının tələbləri pozulmuş və ziddiyyətli münasibət bildirmişdir. Belə ki, qərardadda prosessual müddət axınının 2025-ci il 13 noyabr tarixdən hesablanmasını göstərsə də müddətin 2026-cı il 12 yanvar tarixdə başa çatmasını göstərmişdir. Halbuki qanunvericiliyin tələbinə görə aylarla hesablanan müddət müvafiq ayında və günündə qurtarması nəzərə alınmamışdır. Həmin tələbə əsasən 2025-ci il 13 noyabr tarixdən başlanan 2 aylıq müddət 2026-cı il 13 yanvar tarixdə başa çatır. Kassasiya şikayəti də 2026-cı il 13 yanvar tarixdə portala yerləşdirilmişdir. Məhkəmə qeyd edilən prosessual hüquq normasını tələblərini tam riayət etməmişdir. Etibarnamədə MPMin 74-cü maddəsində nəzərdə tutulan hüquqlar, eləcə də məhkəmə aktlarından şikayət vermək hüququ da cavabdeh MMC tərəfindən nümayəndəyə verilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin “Maddə
73. Nümayəndənin səlahiyyətinin rəsmiləşdirilməsi 73.1. Nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləş dirilmiş etibarnamədə əks etdirilməlidir.... 73.5. Vəkilin səlahiyyəti qanunla müəyyən olunmuş qaydada təsdiq edilir.” “Maddə
74. Nümayəndənin səlahiyyəti 74.1. Nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. 74.2. İddia ərizəsinin imzalanması, işin arbitraj məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar n ümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir.” müvafiq “Maddə
135. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi... 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.” “Maddə
405. Kassasiya şikayəti vermə müddəti
405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində;...” “Maddə
407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə ed ilən sənədlər... 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir....” Ali Məhkəmənin mövqeyi
15. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2026-cı il tarixli qərardadı qanuni və əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin qəbul olunmasına dair prosessual şərtlərin mövcudluğunu yoxlamış və MPM-in tələblərinə uyğun olaraq şikayətin geri qaytarılması barədə düzgün nəticəyə gəlmişdir.
16. İş materiallarından müəyyən edilir ki, Bakı Apellyasiya Məhkə məsinin Kommersiya Kollegiyasının 2025-ci il 31 oktyabr tarixli qətnaməsi cavabdeh MMC-nin və onun nümayəndələrinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə 12 noyabr 2025-ci il tarixində yerləşdirilmişdir. MPM-in 135.8-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə sənədlərinin elektron kabinetdə yerləşdirilməsi və bu barədə elektron qaydada məlumat verilməsi həmin sənədin rəsmi qaydada təqdim edilməsi hesab olunur. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin cavabdehə çatdırılması 2025-ci il 12 noyabr tarixindən hesab edilməlidir.
17. MPM-in 405.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti həmin qətnamə rəsmi qaydada verildiyi gündən iki ay müddətində verilə bilər. Həmin müddəti n hesablanması qaydalarına uyğun olaraq müddətin axımı 2025-ci il 13 noyabr tarixindən başlamış və iki aylıq müddət 2026-cı il 12 yanvar tarixində isə başa çatmışdır. Lakin iş materiallarından görünür ki, kassasiya şikayəti 2026-cı il 13 yanvar tarixində təqdim edilmişdir. Bu isə kassasiya şikayətinin qanunla müəyyən edilmiş müddət ötürülməklə verildiyini göstərir.
18. Bundan başqa, kassasiya şikayətinin onu imzalamaq səlahiyyəti olan şəxs tərəfindən verilməsi də prosessual qanunvericiliyin zəruri tələblərindən biridir. MPM-in 74.2-ci maddəsinə əsasən məhkəmə aktlarından şikayət vermək səlahiyyəti nümayəndəyə verilmiş etibarnamədə xüsusi olaraq göstərilməlidir. İş materiallarında olan etibarnamədən isə müəyyən edilir ki, cavabdeh MMC tərəfindən nümayəndə Vəkil2 verilmiş səlahiyyətlər sır asında məhkəmə aktlarından şikayət verilməsi səlahiyyəti xüsusi olaraq göstərilməmişdir. Buna görə də şikayət onu imzalamaq səlahiyyəti olmayan şəxs tərəfindən verilmiş hesab edilməlidir.
19. MPM-in 408.1.1 və 408.1.5-ci maddələrinə əsasən kassasiya şikayəti onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalandıqda və ya qanunla müəyyən edilmiş müddət ötürülməklə verildikdə həmin şikayət apellyasiya instansiyası məhkəməsi tərəfindən geri qaytarılır. Apellyasiya məhkəməsi iş üzrə bu halların mövcudluğunu müəyyən etmiş və kassasiya şikayətinin geri qaytarılması barədə düzgün hüquqi nəticəyə gəlmişdir.
20. Kassasiya şikayətində göstərilən dəlillər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni təkzib etmir. Belə ki, şikayət verən tərəfin prosessual müddətin hesablanmasına dair ar qumentləri iş materialları ilə təsdiq olunmur, həmçinin nümayəndənin kassasiya şikayəti vermək səlahiyyətinin mövcudluğunu təsdiq edən müvafiq etibarnamə də təqdim edilməmişdir.
21. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin kassasiya şikayətinin geri qaytarılması barədə qərardadı qanunvericiliyin tələblərinə uyğun qəbul edilmişdir və onun ləğvi üçün hüquqi əsaslar mövcud deyildir.
22. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2026-cı il 19 yanvar tarixli, 22(103)-937/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi and