Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3892/2025 03.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əqdin etibarsızlığı, icarə müqaviləsi, icarə haqqı tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlundan və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı icarə müqaviləsinin etibarsız hesab edilməsi və pul tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)1230/2025 nömrəli 11 sentyabr 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında y azılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Şamaxı Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli 2(074)-24/2023 nömrəli qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, X2 mülkiyyətində olan Şamaxı rayonu, Avaxıl kəndində yerləşən 8.624443 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşən İddiaçı MMC-yə məxsus mobil baza stansiyasının cavabdehin hesabına sökülərək həmin torpaq sahəsindən çıxarılması, İddiaçı MMC-dən 15100 manat pul, dövlət rüsumu kimi ödənilmiş 345 manat, 310 manat hüquqi yardım üçün ödənilmiş pul və mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 95 manat pul, cəmi 15850 manat pulun tutularaq X3 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertizanın xərcini təşkil edən 50 manat pulun cavabde h İddiaçı MMC-dən tutulması qət edilmişdir.
2. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 sentyabr 2023-cü il tarixli, 2(105)-1541/2023 saylı qətnaməsi ilə cavabdeh İddiaçı MMC-nin apellyasiya şikayətinin təmin edilməməsi, Şamaxı Rayon Məhkəməsinin 2(074)-24/2023 nömrəli, 20 aprel 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. 3. “Sahənin icarəyə verilməsi haqqında” 10 noyabr 2009-cu il tarixli müqavilənin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında Şamaxı rayonu, Avaxıl kəndində yerləşən 100 kv.m ərazini əhatə edən icarə müqaviləsi bağlanılmışdır. İcarə müddəti 10 il, illik icarə haqqı 1200 manat təşkil edir.
4. JN-216, Kod 41010058 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, Şamaxı şəhər sakini Cavab deh Şamaxı Rayonu Avaxıl Bələdiyyəsinin 2002-ci il tarixli 09 saylı qərarı ilə verilmiş cizgidə göstərilən sərhəd daxilində 1,00 ha tikinti məqsədli torpaq sahəsi verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2009-cu il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi və 21 yanvar 2010-cu il tarixdən 17 oktyabr 2019-cu il tarixə qədər ödənilmiş, cəmi 13.200 manat pul vəsaitinin və ödənilmiş 130 manat dövlət rüsumunun cavabdehdən alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2009-cu il tarixl i sahənin icarəyə verilməsinə dair müqavilə imzalanmışdır. Həmin müqaviləyə görə Şamaxı rayonu, Avaxıl kəndində yerləşən 100 kv.m sahə mobil baza stansiyasının quraşdırılması üçün İddiaçı MMC-nin istifadəsinə verilmişdir. İcarə müqaviləsinin 5.1-ci maddəsinə görə illik icarə haqqı 1200 manat (min iki yüz) (vergilər xaric) müəyyən edilmişdir. Həmin vaxtdan, 21 yanvar 2010-cu il tarixdə, 02 dekabr 2010cu il tarixdə, 05 dekabr 2011-ci il tarixdə, 30 noyabr 2012-ci il, 17 dekabr 2013-cü il tarixdə, 24 noyabr 2014-cü il tarixdə, 27 noyabr 2015-ci il tarixdə, 01 dekabr 2016-cı il tarixdə, 12 dekabr 2017-ci il tarixdə, 26 noyabr 2018-ci il tarixdə və 17 oktyabr 2019-cu il tarixdə, hər il 1200 (min iki yüz) manat olmaqla, cəmi 13.200 manat (on üç min iki yüz) icarə haqqı ödənilmişdir. 07 iyun 2022 -ci il tarixdə X1 Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2008-ci il tarixli, Seriya MH № ******* saylı, **********0 qeydiyyat nömrəli Çıxarışa və ona əlavə edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Şamaxı rayonu, Avaxıl kəndində yerləşən 8,624443 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətində olduğunu bildirmiş və yuxarıda göstərilən mobil baza stansiyasının onun mülkiyyətində olan torpaq sahəsində quraşdırıldığını bildirmişdir. Buna görə də mobil baza stansiyasının torpaq sahəsindən çıxarılması və stansiyanın torpaq sahəsində qaldığı müddət üçün kompensasiya qismində 10 noyabr 2009-cu il tarixdən iddianın verildiyi tarixə qədər gündəlik 20 manat pul vəsaitinin tutulmasını xahiş etmişdir. Şamaxı Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 2(074)-24/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, X2 mülkiyyətində olan Şamaxı rayonu, Avaxıl kəndində yerləşən 8.624443 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşən İddiaçı MMC-yə məxsus mobil baza stansiyası cavabdehin hesabına sökülərək həmin torpaq sahəsindən çıxarılması və İddiaçı MMC-dən 15100 manat pul, dövlət rüsumu kimi ödənilmiş 345 manat, 310 manat hüquqi yardım üçün ödənilmiş pul və mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 95 manat pul, cəmi 15850 manat pul tutularaq X3 ödənilməsi qət edilmişdir. Həmin qətnamədən tərəflərindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli, 2(105)-1541/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Şamaxı Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 2(074)-24/20 23 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şamaxı Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 2(074)-24/2023 saylı qətnaməsi 25 dekabr 2023cü il tarixdə icraya yönəldilmiş və tərəflərindən tam şəkildə icra edilmişdir. Göründüyü kimi, Cavabdeh onun mülkiyyətində olan torpaq sahəsinin mülkiyyətçisi kimi təqdim edərək İddiaçı MMC ilə etibarsız müqavilə imzalamış və ona 21 yanvar 2010-cu il tarixdən 17 oktyabr 2019-cu il tarixə qədər icarə haqları ödənilmişdir. Halbuki, onun müqavilə imzalamaq səlahiyyəti olmamışdır. Bundan əlavə iddiaçı cavabdehə ödənilmiş vəsaitdən də artıq bir məbləğdə pul vəsaitini torpaq sahəsinin əsl mülkiyyətçisi X3 ödəmişdir.
7. Daha sonra İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh arası nda imzalanmış xx.xx.2009-cu il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi və 21 yanvar 2010-cu il tarixdən 17 oktyabr 2019-cu il tarixə qədər ödənilmiş, cəmi 13.200 manat pul vəsaitinin, 325 manat vəkilə ödənilmiş xidmət haqqının və ödənilmiş 130 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz verərək qeyd etmişdir ki, onun Avaxıl kəndi ərazisində torpaq sahəsi var. 2009-cu ilin oktyabr ayında "xxxx"MMC-nin nümayəndəsi onunla görüşərək ona məxsus torpaq sahəsində "xxxx"MMC-nin ötürücü antennasının qoyulması üçün icarə müqaviləsi bağlamaq istədiklərini bildirmiş, o da etiraz etməmiş və 100 kv.m sahəni onlara icarəyə vermişdir. 2009-cu ildən 2019-cu il kimi də orada olan torpaqdan istifadə etməmişdir. İndi ona məlum olur ki, onlar ötürücü antennanı onun torpağında deyil, başqa yerə qoyublar. Amma ona bildirilməyib və icarə müqaviləsi də ləğv olunmayıb. Başqasının deyil, öz torpağını icarəyə vermişdir. Bunu da ona iddiaçının öz nümayəndəsi deyib ki, onların baza stansiyası qoymaq istədiyi yer onun torpaq sahəsinə düşür, onlar dəymiş ziyanı tələb edirlər. O, 10 il öz torpağından bu müqaviləyə görə istifadə etməmişdir. Bəs bu ziyanı kim ödəməlidir. Bu işlərdə onun heç bir günahı yoxdur. Onunla müqavilə bağlanmış, iddiaçı da icarəyə götürdüyü yerdə stansiyanı quraşdırmalı idi. Ondan qanuni şəkildə torpaq icarəyə götürülüb, o da qanuni şəkildə icarə haqqı almışdır. Bu 10 ildə torpaq sahəsi iddiaçının icarəsində olub. Ondan istifadə edibetməməsi isə onun proble mi deyil. Buna görə də iddianın rədd edilməsini xahiş etmişdir.
9. İş materiallarında olan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinin 30 aprel 2025-ci il tarixli məktubundan görünür ki, Cavabdeh mülkiyyətində olan **********59 reyestr nömrəli 0,81 ha torpaq sahəsi ilə X2 mülkiyyətində olan **********38 reyestr nömrəli 8,6244 ha torpaq sahələri birbiri ilə qonşu deyil və aralarından Şamaxı-Dəmirçi yolu keçir.
10. İş materiallarında olan Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi X10 İdarəsinin 16 may 2025-ci il tarixli məktubundan görünür ki, X10 İdarəsi radioelektron vasitələrinin (REV) quraşdırılmasına icazə vermir, müvafiq icazələr əsasında istismara verilmiş REV-lərin qeydiyyatını aparır. İddiaçı MMC-yə məx sus olan mobil baza stansiyasının qoyulmasına (quraşdırılmasına) icazənin verilməsinə əsas olmuş sənədlərin İddiaçı MMC tərəfindən təqdim edilməsi məqsədəuyğun hesab edilir.
11. İş materiallarında olan 05 iyun 2025-ci il tarixli, 3-22-3-56/2-N-8-16-6/2025 saylı arayışın surətindən görünür ki, Cavabdeh Şamaxı rayonu, Avaxıl kəndi ərazisində mülkiyyətində və istifadəsində olan 0,81 ha torpaq sahəsinin əkilməsi barədə X8 İnformasiya Sistemində bəyan edilməmişdir.
12. Şamaxı Rayon Məhkəməsinin 10 iyun 2025-ci il tarixli, 2(074)-133/2025 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim Natiq İsmayılov).
13. Məhkəmə müəyyən etmişdir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından cavabdehin İddiaçı MMC-yə başqa torpaq sahəsini öz torpaq sahəsi kimi təqdim etməsini iddiaçı sübut etməlidi r. Lakin, İddiaçı MMC cavabdeh tərəfindən ona başqa torpaq sahəsinin təqdim edilməsinə dair sübutlarını iddia ərizəsinə əlavə etməmiş, məhkəmə baxışı zamanı iddianı təsdiq edə biləcək sübutları təqdim etməsi məhkəmə tərəfindən təklif olunmasına baxmayaraq, iddiaçı bu sübutları məhkəməyə təqdim edə bilməmişdir. Hazırkı mülki işdə cavabdehin iddiaçının hesabına əmlak əldə etdiyi sübuta yetirilmiş olsa belə, bu hallar iddianın əsassız varlanma çərçivəsində təmin edilməsi üçün kifayət deyil. Bunun üçün növbəti dispozisiya şərti - əldəetmə üçün qanundan və ya müqavilədən irəli gələn heç bir əsasın olmaması, yaxud belə əsasın sonradan aradan qalxması və ya əmlak verilərkən nəzərdə tutulan məqsədin hasil olmaması (həyata keçməməsi) müəyyən edilməlidir. İddiaçı MMC ilə Cavabdeh arasında sahənin ic arəyə verilməsinə dair 10 noyabr 2009-cu il tarixli müqavilənin bağlanması və həmin müqavilə üzrə Cavabdeh 13200 manat məbləğində icarə haqqının ödənilməsi işin mübahisəsiz halıdır. Tərəflər arasında sahənin icarəyə verilməsinə dair 10 noyabr 2009-cu il tarixli müqavilə bağlanmış və həmin müqavilə əsasında cavabdeh mülkiyyətində olan Şamaxı rayonu, Avaxıl kəndində yerləşən torpaq sahəsinin 100 kv.m hissəsini iddiaçıya icarəyə vermişdir. İddiaçının həmin torpaq sahəsindən təyinatına uyğun istifadə etmək hüququ olduğu kimi torpaq sahəsindən istifadə etməmək hüququ da olmuşdur. Buna görə də məhkəmə hesab etmişdir ki, iddiaçının cavabdehin onun icarəsinə verdiyi torpaq sahəsindən istifadə etməməsi icarə müqaviləsi üzrə ödənilmiş icarə haqqının tələb edilməsi üçün əsas ola bilməz.
14. Birinci i nstansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1. 700.2, 706.1, 708.1, 708.2,1091.1, 1091.2-ci, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Qətnaməsindən narazı qalan iddiaçı apellyasiya şikayəti verilərək Şamaxı Rayon Məhkəməsinin 10 iyun 2025-ci il tarixli 2(074)-133/2025 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya məhkəməsi faktları düzgün qiymətləndirmədən, yalnız cavabdehin formal mülahizələrinə əsasən iddianı rədd etmişdir. Məhkəmədə sübuta yetirildi ki, cavabdeh icarə mü qaviləsi üzrə 13.200 manat pul vəsaitini əldə etməklə əsassız varlanmışdır. Məhkəmədə cavabdehin nümayəndəsi etiraf etdi ki, mobil baza stansiyasının quraşdırılması ilə bağlı iddiaçı ilə cavabdeh arasında icarə müqaviləsi imzalanmış, lakin stansiya X2 torpaq sahəsində quraşdırmışdır. Cavabdeh bunu iddiaçının təqsiri kimi təqdim etməyə çalışsa da məhz iddiaçının təqsirli olmağını sübuta yetirə bilməmişdir. İddiaçı mobil baza stansiyasını bilərəkdən başqa şəxsin torpaq sahəsində quraşdırsa belə bu Cavabdeh əsassız varlanmadığı anlamına gəlmir. Faktiki olaraq onun torpaq sahəsi boş qalmış və onu istədiyi kimi istifadə edə bilərdi. İddiaçı "xxxx" MMC isə hazırki halda ikiqat xərc çəkmiş olur. Vidadi Kərimovun iddiası əsasında ona və Cavabdeh. Bu hal da cavabdehin əsassız varlandığının sübutudu r. Hazırkı iş üzrə cavabdehin öz mülkiyyətində olan torpaq sahəsinin əvəzinə iddiaçıya başqa torpaq sahəsini göstərməsi, bunun əvəzində isə icarə haqqı alması məhz müqavilə əsasının olmaması deməkdir. Buna görə də hesab edir ki, cavabdehin əməlləri məhz göstərilən maddi hüquq normasının tələblərinə əsasən əsassız varlanma hesab edilməlidir. Hazırki iş üzrə iddiaçı ilə cavabdeh arasında icarə müqaviləsi imzalanmaqdan əlavə, icarəyə verən olaraq Cavabdeh icarə obyektini icarəçi olaraq iddiaçı "xxxx" MMC-yə təhvil verməli idi. İşə baxılarkən məhkəmə proseslərində iştirak edən cavabdehin nümayəndəsi isə izahat verərək qeyd etmişdir ki, guya Cavabdeh öz torpaq sahəsini iddiaçıya göstərib və daha sonra isə həmin yerlə maraqlanmayıb və iddiaçının mobil baza stansiyasını başqa şəxsin torpaq sahə sində quraşdırdığından xəbəri olmayıb. Lakin nümayəndə Cavabdeh məhz özünə məxsus torpaq sahəsini iddiaçıya göstərməsini və sonradan həmin torpaq sahəsi ilə maraqlanmaması ilə bağlı heç bir sübut təqdim etməyib. Bundan əlavə, torpaq mülkiyyyətçisinin öz mülkiyyətində olan torpaq sahəsi ilə 10 ildən çox müddətdə maraqlanmaması məntiqə uyğun bir fikir də deyildir. Bildirir ki, "xxxx" MMC ölkə ərazisində 3.000-dən artıq mobil baza stansiyası quraşdırıb və mobil baza stansiyalarının quraşdırılacağı yeri məhz torpaq mülkiyyətçilərinin göstərdiyi yerlərdə quraşdırır. Əksi olduğu halda bu çoxlu mübahisələrə, baza stansiyalarının tez-tez yerlərinin dəyişdirilməsinə səbəb ola bilər ki, bu da onlar üçün əlavə xərclər yaradır. Hazırki iş üzrə də Cavabdeh öz mülkiyyətində olan torpaq sahəsinin əvəzinə, X2 mülkiyyətində olan torpaq sahəsini öz torpaq sahəsi kimi göstərmiş və "xxxx" MMC də həmin yerdə mobil baza stansiyası quraşdırmışdır. Yəni Cavabdeh öz mülkiyyətində olan torpaq sahəsini qanuni şəkildə təhvil verməmiş, başqa şəxsin torpaq sahəsini öz torpaq sahəsi kimi qələmə vermişdir. Lakin işə baxan məhkəmə yalnız cavabdehin nümayəndəsinin formal mülahizələrinə əsasən iddianı rədd etmiş və nəticədə yuxarıda göstərilən maddi hüquq normalarının tələblərini pozmuşdur. Şamaxı Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 2(074)-24/2023 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2009-cu il tarixli icarə müqaviləsinə əsas quraşdırılmalı olan mobil baza stansiyası Vidadi Kərimova məxsus torpaq sahəsində quraşdırılmışdır. Şamaxı Rayon Məhk əməsinin qətnaməsində göstərdiyi 15850 manat pul vəsaiti isə mobil baza stansiyası quraşdırıldığına görə göstərilən müddətdə torpaq sahəsinin məşğul edilməsinə görə (icarə haqqının əvəzi kimi) "xxxx" MMC tərəfindən ödənilməli olan pul vəsaitidir ki, həmin məbləğ Vidadi Kərimova ödənilmişdir. Göründüyü kimi başqa mülki iş üzrə Cavabdeh əsassız varlanması sübuta yetirilmişdir. Məhkəmə isə göstərilən halları nəzərə almadan, prosessual hüquq normasının tələbini pozaraq iddianı rədd etmişdir.
17. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, iş yetərincə araşdırılıb, təmsil etdiyi şəxs torpaq sahəsini özü şəxsən göstərib. İddiaçı cavabdehin başqa yer göstərməsini sübut edə bilmir. Torpaq kənd təsərrüfatı təyinatlı to rpaq olmaqla, icarəyə verildikdən sonra cavabdeh tərəfindən istifadə olunmayıb. İstifadə edilməsi, əkinçiliklə bağlı hər hansı subsidiya alınmayıb. Cavabdeh Şamaxı şəhərində yaşayır, torpaq sahəsi isə kənd ərazisindədir. İddiaçının öz ərazisini deyil, səhvən başqa şəxsin ərazisini göstərməsi də məntiqli deyil. Belə ki, torpaq sahələri qonşu torpaq sahəsi olsa idi, bunu güman etmək olardı. Lakin ərazilər tamamilə başqa yerlərdədir, aradan asfalt yol keçir. Torpaq sahələri arasında yol keçir. Ehtimal edir ki, hüquqlarını müdafiə etdiyi şəxsə məxsus torpaq sahəsində antenaların tutmaması səbəbilə iddiaçının öz əməkdaşları avadanlıqları başqa ərazidə quraşdırıb. Belə ki, təcrübədə belə hallar olur, icarəyə yer götürülür, lakin kənar əraziyə quraşdırılır. Həmin ərazilər daşlıq torpaq ərazilər o lmuşdur ki, iddiaçının nümayəndələri də antenanın cavabdehin ərazisində yaxşı tutmamasını müəyyən etdikləri halda, stansiyanı boş ərazi kimi başqa yerdə quraşdırma ehtimalı da vardır. Cavabdehə məxsus 1 ha torpaq sahəsindən icarəyə cəmi 1 sot verilmişdir. Etibarsızlıq üçün heç bir əsas yoxdur. İddiaçı 10 ildən sonra müqavilənin etibarsız hesab edilməsini istəyir. İcarə müqaviləsi bağlanıb, icarə hüququndan istifadə edib-etməməsi tərəfin öz seçimidir. İddiaçı hansı yerdə antenna quracaqlarını, yerin kimə məxsus olmasını dövlət orqanlarından öyrəndikdən sonra torpaq sahəsinin sahibi ilə əlaqə saxlayırlar. Odur ki, iddiaçının öz yerini deyil, başqa şəxsin yerini göstərməsi məntiqli deyil. Buna görə də apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
18. Sumqayıt Apellyasiya Məhkəməs inin Mülki kollegiyasının 11 sentyabr 2025-ci il tarixli 2(105)-1230/2025 nömrəli qətnaməsi ilə Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-133/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimləri X4 (sədrlik edən və məruzəçi), X9 və X5 ibarət tərkibdə).
19. Birinci instansiya məhkəməsinin hüquqi əsaslandırması və gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı cavabdehin torpaq sahəsini icarəyə vermək səlahiyyətinin olmaması əsası ilə icarə müqaviləsinin etibarsız olmasını iddia etsə də işin müəyyən edilmiş hallarına əsasən icarə müqaviləsinin predmeti olan torpaq sahəsi cavabdehin mülkiyyətində olmaqla, onun torpaq sahəsi üzərində sərəncam vermək hüququ mövcud olmuşdur. Buna görə də iddiaçının qeyd olunan dəlili əsassız olmuşdur.
20. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, iddiaçı cavabdehin öz torpaq sahəsini deyil, başqa şəxsin torpaq sahəsini təhvil verməklə icarə müqaviləsinin bağlandığını iddia etmişdir ki, iddiaçının qeyd edilən dəlili müqavilənin aldadılma nəticəsində bağlanması anlamına gəlmişdir. Lakin, icarə müqaviləsinin cavabdeh tərəfindən aldadılma yolu ilə bağlanılması da sübut olunmamışdır.
21. Bununla yanaşı məhkəmə kollegiyası qeyd etmişdir ki, icarə müqaviləsinin vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanması güman edildiyi halda da, iddiaçının pul tələbi əsassız olmuşdur. Belə ki, iddiaçının Torpaq Məcəlləsinin tələbinə müvafiq olaraq, icarəyə götürdüyü torpaq sahəsini bölgü sxeminə uyğun olaraq, təhvil-təslim aktı ilə rəsmiləşdirməklə yanaşı, torpaq üzərində yaranan hüquqlarını qa nunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatını aparmaması vacib əhəmiyyətli yanılmanın cavabdehin təqsiri üzündən əmələ gəlməsini istisna etməkdədir. Digər tərəfdən Mülki Məcəllənin 354.2-ci maddəsinin tələbinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. İddiaçı isə ən pis halda yuxarıda istinad olunan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(105)-1541/2023 saylı qətnaməsinin çıxarıldığı vaxtdan icarə müqaviləsini vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlamasını bildiyini iddia edə bilərdi. Həmin qətnamənin çıxarılmasından isə bir ildən artıq müddət keçdikdən sonra iddiaçının hazırkı iddianı qaldırması nəzərə alındıqda, iddiaçı nın əqdi mübahisələndimə müddətini də ötürdüyü müəyyən olunur.
22. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339, 347, 354, 358, 700, 706, 708, 1091-ci, Torpaq Məcəlləsinin 43, 67-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 sentyabr 2025-ci il tarixli 2(105)-1230/2025 saylı qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
24. Kassasiya iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, m əhkəmə keçən 10 il ərzində cavabdehin icarəyə verilmiş torpaqda baza stansiyasının quraşdırılmamasından məlumatsız olmasının inandırıcı olmaması ilə bağlı iddiaçının dəlilini təkcə torpağın üzərində quraşdırılan mobil baza stansiyası ilə bağlı deyil, cavabdehin onun mülkiyyətində olan torpaq sahəsində deyil, başqa şəxsin torpaq sahəsində mobil baza stansiyası quraşdırıldığını bilsə də, vicdanlı olub bu barədə iddiaçıya heç nə deməməsi və əsassız olaraq icarə haqlarını qəbul etməsi ilə bağlıdır. Yəni, cavabdeh Şamaxı rayonu ərazisində yaşayıb, bu müddət ərzində ən azı bir dəfə həmin ərazidən keçəndə icarə müqaviləsi imzalanmasına baxmayaraq, mobil baza stansiyasının başqa şəxsə məxsus torpaq sahəsində quraşdırıldığını görə bilərdi və görməli idi. Bu zaman isə vicdanlı tərəf kimi bu barədə i ddiaçıya yazılı və ya şifahi şəkildə bildirməli idi. Lakin cavabdeh bunu etməmiş, MM-nin 5.3-cü maddəsinin tələbini pozmuşdur. Məhkəmə də bu hala qiymət verməmişdir.
25. Cavabdeh öz mülkiyyətində olan torpaq sahəsinin əvəzinə, X2 mülkiyyətində olan torpaq sahəsini öz torpaq sahəsi kimi göstərmiş və "xxxx" MMC də həmin yerdə mobil baza stansiyası quraşdırmışdır. Yəni, Cavabdeh öz mülkiyyətində olan torpaq sahəsini qanuni şəkildə təhvil verməmiş, başqa şəxsin torpaq sahəsini öz torpaq sahəsi kimi qələmə vermişdir. Lakin işə baxan məhkəmə yalnız cavabdehin nümayəndəsinin formal mülahizələrinə əsasən iddianı rədd etmiş və nəticədə Mülki Məcəllənin 675 və 708-ci maddələrinin tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz daxil olm amışdır Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
28. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
29. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlam ayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.
30. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 31. 347.1. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. 347.2. Vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: 347.2.1. şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; 347.2.2. şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; 347.2.3. tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir.
32. Maddə 347.3. Əqdin motivləri barəsində yanılma, onun razılaşma predmeti olduğu hallar istisna edilməklə, vacib əhəmiyyətə malik deyildir.
33. Maddə 347.4. Kontragentin şəxsiyyəti barəsində yanılma yalnız o zaman vacib sayılır ki, əqdin bağlanması üçün kontragentin şəxsiyyəti və ya şəxsi keyfiyyətlərinin nəzərə alınması başlıca əsas olmuşdur.
34. Maddə 347.5. Predmetin əsas xüsusiyyətləri barəsində yanılma yalnız o zaman vacib sayılır ki, predmetin dəyərinin müəyyənləşdirilməsi üçün əhəmiyyət kəsb edir.
35. Maddə 347.7. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdi mübahisələndirmiş tərəf yanılmanın digər tərəfin təqsiri üzündən əmələ gəldiyini sübuta yetirərsə, özünə dəymiş real zərərin əvəzini ödəməyi digər tərəfdən tələb edə bilər. Bu, sübuta yetirilməsə, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdi mübahisələndirmiş tərəf digər tərəfin tələbi ilə ona dəymiş real zərərin əvəzini ödəməyə, hətta yanılmanın yanılan tərəfdən asılı olmayan səbəblərdən əmələ gəldiyi hallarda da borcludur.
36. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmas ına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.
37. Maddə 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır.
38. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdiri lmiş icarə haqqı ödəməyə borcludur.
39. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.
40. Maddə 706.1. Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər.
41. Maddə 708.1. İcarəyə verən icarəlik torpağı icarəçiyə müqavilə üzrə istifadəyə yararlı vəziyyətdə verməli və bütün icarə müddətində onu həmin vəziyyətdə saxlamalıdır, bir şərtlə ki, bu Məcəllənin 708.2-ci maddəsinə əsasən bu vəzifə icarəçinin öhdəsinə qoyulmasın.
42. Maddə 708.2. İcarəçi icarəyə götürdüyü torpaqdan onun təsərrüfat təyinatına uyğun lazımi qaydada istifadə etməyə borcludur.
43. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
44. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
45. Maddə 43. 43.1. Yerquruluşu — torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə dövlətin müvafiq hüquqi, iqtisadi və texniki tədbirlər sistemidir. 43.3. Yerquruluşu aşağıdakı işləri nəzərdə tutur: torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin tərtibi; torpaqların vəziyyəti və istifadəsi üzrə xəritə və atlasların tərtib edilməsi müvafiq iqtisadi və texniki tədbirlərin aparılması; torpaq münasibətlərinin nizama salınması və torpaqların səmərəli istifadəsi və mühafizəsi üzrə digər tədbirlər. 43.4. Yerquruluşu müvafiq icra hakimiyyəti orqanlarının qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə aparılır. 43.5. Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqların kompleks yerquruluşu layihələri müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqların təsərrüfatdaxili yerquruluşu layihələri isə torpaq mülkiyyətçiləri tərəfindən təsdiq edilir. 43.6. Yerquruluşu işlərinin aparılması qaydaları Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.
46. Maddə 67.
1. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
49. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət v erir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
50. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
52. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şi kayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
53. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
54. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.
55. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
56. Maddə 4 18.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
57. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 5
8. Kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
59. Məhkəmə kollegiyası məruzəçini dinləyib, barəsində şikayət verilmiş qətnaməni kassasiya şikayətinin dəlilləri əsasında yoxlayaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
60. İddiaçı tərəfin kassasiya şikayətinin dəlilləri iddia ərizəsində, apellyasiya şikayətində və məhkəmə iclaslarında verilmiş izahatlarda irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
61. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə və sübutlara düzgün qiymət verilməməsinə dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
62. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yu xarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
63. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1230/2025 nömrəli 11 sentyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.