Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1427/2025 23.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsinin və üzərindəki evin boşaldılması tələbi, ədalətli məhkəmə araşdırması hüququ Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və X3 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-438/2025 nömrəli, 21 yanvar 2025-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə dair işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin ha lları:
1. Abşeron rayonu, S. Əliyev adına südlük-maldarlıq üzrə X17 Təsərrüfatı Müəssisəsinin xx.xx.2000-ci il tarixli 6 nömrəli əmrinə və Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli sərəncamına əsasən İddiaçı Ramana Südçülük sovxozu ərazisində fərdi yaşayış evi tikmək məqsədilə 0,08 ha torpaq sahəsi (bundan sonra mübahisəli torpaq sahəsi) ayrılmışdır.
2. Həmin torpaq sahəsində bir və iki mərtəbəli fərdi yaşayış evləri inşa edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli torpaq sahəsindən cavabdehlər X5 və Cavabdeh2, həmin torpaq sahəsində olan bir mərtəbəli evdən cavabdeh X5 və iki mərtəbəli evdən Cavabdeh2 çıxarılmasına, evlərin və ərazinin boşaldılmasına, torpaq sahəsinin və evlərin onun qanuni sahibliyinə qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 2012-ci ildə o, Taley Alaverdiyev adlı şəxslə razılaşaraq torpaq sahəsi və evləri ona təhvil vermişdir. X6 müəyyən əmlaklar verməli idi. Bu razılaşma əsasında xx.xx.2012-ci il və xx.xx.2020-ci il tarixlərdə Taley Alaverdiyevin adına etibarnamələri rəsmiləşdirmişdir. X15 razılaşmanın şərtlərinə əməl etməmiş, əmlaklardan birinə dair sənədi təqdim etməmiş, digərləri isə qaytarılmışdır. Bu səbəbdən xx.xx.2021-ci ildə həmin etibarnamələri ləğv etmişdir. Taley Alaverdiyev torpaq sahəsini və evləri ona qaytarmamış, əksinə, həmin əraziyə qardaşı Cavabdeh1 və Cavabdeh2 yerləşdirmişdir. Hazırda bu şəxslər bir və iki mərtəbəli evlərdə qanunsuz olaraq yaşamaqdadırlar. Bu hərəkətlər onun torpaq və mülkiyyət hüququnu pozur, çünki cavabdehlərin həmin ərazilərə dair heç bir hüquqi əsası yoxdur.
5. İddiaçı tərəfin təqdim etdiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə görə, İddiaçı istifadəsində olan torpaq sahəsinin koordinatları Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli 091/2024 nömrəli məktubunda olan koordinatlarla eynilik təşkil edir.
6. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/8170 nömrəli rəyindən görünür ki, İddiaçı məxsus fərdi yaşayış evinin tikintisi məqsədi ilə ayrılmış torpaq sahəsinə dair Abşeron RİH-nin baş memarı tərəfindən təsdiq edilmiş sxemdə torpaq sahəsinin döngə nöqtələrinin koordinatları qeyd olunmadığından həmin torpaq sahəsinin koor dinatlar üzrə sərhədlərinin müəyyən edilməsi mümkün olmamışdır. Bundan başqa, İddiaçı məxsus fərdi yaşayış evinin tikintisi məqsədi ilə ayrılmış torpaq sahəsinə dair Abşeron RİH-nin baş memarı tərəfindən təsdiq edilmiş sxemdə torpaq sahəsinin döngə nöqtələrinin koordinatları qeyd olunmadığından, həmçinin torpaq sahəsinin faktiki texniki parametrləri ilə Abşeron RİH-nin baş memarı tərəfindən təsdiq edilmiş sxemdə qeyd olunan parametrlər arasında uyğunsuzluq olduğundan (torpaq sahəsinin faktiki eni 18,6 metr, sənəd üzrə 21,2 metr) həmin torpaq sahəsinin koordinatlar üzrə hüdudlarına cavabdeh X13 və ya digərləri tərəfindən hər hansı bir müdaxilə olunub-olunmamasının müəyyən edilməsi mümkün olmamışdır.
7. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-254/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Adilə Paşayeva) iddia tələbi təmin edilməmişdir.
8. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iş üzrə təqdim edilmiş sənədlərlə mübahisəli torpaq sahəsinin iddiaçıya məxsus olması təsdiq olunsa da, cavabdehlər tərəfindən zəbt olunmuş torpaq sahəsinin iddiaçıya məxsus həmin torpaq sahəsi olması sübuta yetirilməmişdir. İddiaçı istifadəsinə verilmiş 0,08 ha torpaq sahəsinin coğrafi yerləşməsini, ölçülərini, koordinatlarını bildirən təsdiq olunmuş cizgi tərtib edilməmişdir. Edilmişdirsə də, məhkəməyə təqdim olunmamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahidlər mübahisəli evin tikintisində iştirak etmiş olsalar da, mübahisəli hal olan məhz həmin evin cavabdehlər tərəfindən zəbt olunması onların ifadəsində öz təsdiqini tapmamışdır.
9. Məhkəmə iş üzrə gəldiyi nəti cəni Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 81, 83 və 84-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1.2 və 158.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
10. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən işin faktiki halları düzgün müəyyənləşdirilməmiş, tam və obyektiv araşdırma aparılmamış, qətnamə maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edilmişdir.
12. X2 xx.xx.2024-cü il tarixli, 195 nömrəli mütəxəssis rəyi ilə mübahisəli (naturada 880 kv.m-dir) torpaq sahəsinin sərhədləri dəqiqləşdirilərək iş üzrə cavabdehlərin məskunlaşdığı tikililərin yerləş diyi torpaq sahəsinin iddiaçıya ayrılmış sahə olduğu müəyyən edilmişdir. Rəyə plan-sxem və foto cədvəl əlavə olunmuşdur.
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-438/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakimlər İkram Şirinov - sədrlik edən və məruzəçi, Namiq Cəfərov və Elşən Kazımov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunması, Sabunçu Rayon Məhkəməsinin 2(008)-254/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin təmin edilməsi, mübahisəli torpaq sahəsində olan bir mərtəbəli evdən cavabdeh X9 və iki mərtəbəli evdən Cavabdeh2 çıxarılması, torpaq sahəsi və evlərin boşaldılaraq iddiaçının sahibliyinə qaytarılması, iddia ərizəsi və apellyasiya şikayətinin verilməs i üçün ödənilmiş (100+50=150 manat) 150 manat pulun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması, məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 50 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, apellyasiya baxışı zamanı mütəxəssis rəyinin verilməsi üçün çəkilmiş 400 manat xərcin cavabdehlərdən müştərək qaydada tutularaq X2 hesabına köçürülməsi qət edilmişdir.
14. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, iddia tələbini təmin etməyən rayon məhkəməsinin istinad etdiyi xx.xx.2024-cü il tarixli ekspert rəyi natamamdır, demək olar ki, işin tam və hərtərəfli həlli üçün zəruri suallara cavab verilməmişdir. İddiaçı tərəfindən rayon məhkəməsində əlavə ekspertiza keçirilməsi barədə vəsatət verilsə də, təmin edilməmişdir.
15. Məhkəmə kollegiya X2 xx.xx.2024-cü il tarixli, 195 nömrəli mütəxəssis rəyinə istinadən hesab etmişdir ki, Abşeron RİH-in xx.xx.1995-ci il tarixli sərəncamına əsasən mübahisəli (naturada 880 kv.m-dir) torpaq sahəsinin sərhədləri dəqiqləşdirilərək iş üzrə cavabdehlərin məskunlaşdığı tikililərin yerləşdiyi torpaq sahəsinin iddiaçıya ayrılmış sahə olduğu müəyyən olunduğundan, cavabdehlərin həmin torpaq sahəsi və tikilidə məskunlaşması və istifadə etmələri üçün hər hansı bir hüquqi əsas (icarə, kirayə və ya hər hansı başqa bir razılaşma) müəyyən edilmədiyindən, iddia tələbi əsaslıdır və təmin edilməlidir.
16. Məhkəmə kollegiyası iddiaya etiraz edən cavabdehlərin iddiaçı ilə üçüncü şəxslər arasında olan münasibətlərlə əlaqədar irəli sürdükləri dəlillərə münasibətdə q eyd etmişdir ki, hazırkı iş üzrə iddiaçı və cavabdehlər hər biri mülki hüququn müstəqil subyektləridir. Bu baxımdan da cavabdehlərlə iddiaçının arasında onların bilavasitə iddiaçıya məxsus torpaq sahəsi və tikilidə yerləşmələrinə dair hər hansı razılaşmanın olması (icarə, kirayə və ya hər hansı başqa bir razılaşma) müəyyən edilmədiyindən, iddiaçı ilə üçüncü şəxslər arasında olan münasibətlərin hazırkı mübahisənin həlli ilə bağlı hər hansı hüquqi əhəmiyyəti yoxdur.
17. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Konstutisiyasının 13 və 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 157.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh X9 (Vəkil2) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-438/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının təqdim etdiyi torpaq sənədlərində ciddi uyğunsuzluqlar vardır; torpaq sahəsinin koordinatları və aidiyyəti hüquqi sənədlər dəqiq və uyğun deyil. Sabunçu rayonu ərazisində yerləşən evə dair Abşeron RİH-in məktubu və ekspert rəyi əsassızdır. Məhkəmə iddiaçının tələb etmədiyi bir qərar çıxarmış və yalnız iddiaçının maraqlarını əsas tutmuşdur. Məhkəmə ekspertiza və sübutlara düzgün qiymət verməmişdir. Belə ki, iki ziddiyyətli ekspert rəyindən biri (müstəqil ekspertin rəyi) əsas götürülmüş, lakin dövlət ekspertizasının rəyi nəzərə alınmamışdır. Bu da obyektivlik və ədalət prinsiplərinin pozulması deməkdir. Həmçinin iddiaçı iddia etdiyi əmlak üzərində hüquqlarını sübut edə bilməmişdir. Bu baxımdan, onun tələb irəli sürmək səlahiyyəti yoxdur. Məhkəmə iclas protokolu natamam və qeyri-dəqiq tərtib olunmuşdur, vəkilin izahatları və əsas fikirləri protokolda tam əks olunmamışdır. Bu isə ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına səbəb olmuşdur. Məhkəmə işə hərtərəfli, obyektiv və qərəzsiz yanaşmamışdır. Qətnamə sübutlara əsaslanmamış, iddiaçının qeyridəqiq və təsdiqlənməmiş məlumatları ilə qəbul edilmişdir.
20. Cavabdeh2 (Vəkil4) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-438/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və mülki işin yeni apellyasiya baxışına qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
21. Kassasiya şikay əti onunla əsaslandırılmışdır ki, İddiaçı mübahisəli torpaq sahəsini və evləri daha əvvəl Cavabdeh2 həyat yoldaşı Taley Alaverdiyevə faktiki olaraq satmış, buna dair alqı-satqı müqaviləsi və iki etibarnamə verilmişdir. Torpaq sahəsi müqabilində mənzillər və əlavə ödənişlər edilmişdir. Taley Alaverdiyev həmin ərazidə iki mərtəbəli ev tikmiş, özü və ailəsi orada yaşamışdır. Bu evlər iddiaçının deyil, cavabdehin və onun ailəsinin vəsaiti və əməyilə tikilmişdir. İddiaçı, əvvəlcə könüllü razılaşma ilə verilmiş əmlakın yenidən geri alınması üçün şikayət verərək hüquqdan sui-istifadə edir. Bu davranış Mülki Məcəllənin 560.1, 560.2 və 560.3.4-cü maddələrinə ziddir. Taley Alaverdiyev həmin ərazidə iki mərtəbəli ev tikmiş, özü və ailəsi orada yaşamışdır. Bu evlər iddiaçının deyil, cavabdehin və onun ailəsinin vəsaiti və əməyilə tikilmişdir. İddiaçı, əvvəlcə könüllü razılaşma ilə verilmiş əmlakın yenidən geri alınması üçün şikayət verərək hüquqdan sui-istifadə edir. Bu davranış Mülki Məcəllənin 560.1, 560.2 və 560.3.4-cü maddələrinə ziddir. Apellyasiya məhkəməsi torpağın kimə məxsus olduğu ilə bağlı dəqiq araşdırma aparmamışdır. Belə ki dövlət ekspertizası torpaq sahəsinin sərhədlərinin qeyrimüəyyən olduğunu təsdiqləmiş, müstəqil ekspert rəyinin əsassız və qeyri-dəqiq olduğu sübut olunmuşdur. Məhkəmə işin hallarını və sübutları tam və hərtərəfli araşdırmamış, etibarnamələr və müqavilələr nəzərə alınmamışdır. Məhkəmə mübahisəni obyektiv araşdırmadan yekun qətnamə çıxarmışdır.
22. Qeyd olunanlar Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin sübutların qiymətləndirilməsi haqqında 13 dekabr 2022-ci il tarixli qərarında da öz əksini tapmışdır. Belə ki, istintaq zamanı şahid qismində dindirilmiş İddiaçı Bakı şəhərinin Ramana qəsəbəsində 0.08 ha torpaq sahəsinin olduğunu, həmin torpaq sahəsinə dair fərdi yaşayış evinin tikintisi üçün sovxozun çıxarışı olduğunu, torpaq sahəsindən 4 sotunu təxminən 2009-cu ildə 12000 manata X1, ancaq sonuncunun adına torpaq rəsmi qaydada keçmədiyini bildirmişdir. İddiaçı özü etiraf edərək bildirmişdir ki, 2012-ci ildə Taley Alaverdiyev (Natiqin qardaşı, Leylanın həyat yoldaşı) həmin torpaq sahəsini ondan almaq istədiyini demiş, həmin razılaşma əsasında Taley göstərilən vaxt işlədiyi "xxxx" MTK-dan 2 otaqlı 84 kv. metr sahəli mənzili onun adına rəsmiləşdirmiş, o da həmin zaman 8 sot torpaq sahəsi ilə bağlı Taleyə etibarnamə ve rmişdir. Taleylə həmin razılaşmaları baş tutanda sonuncu ilə ona məxsus torpağın dəyərini, habelə onun müqabilində ona verdiyi mənzilə hansısa dəyər müəyyənləşdirməmiş, torpaq müqabilində mənzil verilməsi kimi razılaşmışdır. Taley həmin zaman Salman Vəliyevədə "xxxx" MTK-dan 2 otaqlı 84 kv. metr sahəli mənzil vermiş, əlavə olaraq 5000 manat verilməsini və evin təmirindən 5000 manat kömək edilməsini razılaşdırmışdır. Taley həmin zaman 5000 manatı Salmana vermişdir. Salmanın həmin torpaq sahəsində 1 mərtəbəli köhnə evi olmuş, Taleyin ona verdiyi "xxxx" MTK-dakı həmin evi sonradan "xxxx" MTK-da başqa mənzilə dəyişmişdir. Salmanın evinə görə təxminən 10000 manat dəyər "xxxx" MTK-ya ödənilmədiyi üçün oradakı mənzil Salmana bugünə qədər verilməmişdir. Sonradan Taley "xxxx" MTK-dan 33 kv. metr sa həli qeyri-yaşayış sahəsi vermiş, ancaq həmin sahənin təyinatı daha çox maşın üçün nəzərdə tutulmuş dayanacaq yerinə uyğundur. Göründüyü kimi, İddiaçı ona aid olduğu qeyd edilən 0.04 ha torpaq sahəsinin əvəzi olaraq Taley Alaverdiyevdən "xxxx" MTK-dan 2 otaqlı 84 kv. metr sahəli mənzili, 0.04 ha torpaq sahəsinin əvəzi olaraq X10 "xxxx" MTK-dan 2 otaqlı 84 kv. metr sahəli mənzil vermişdir. Sonradan mənzillə bağlı MTK arasında problem olduğu üçün X12 özünün inşa etdiyi hündürmərtəbəli binadan 33 kv. metr sahəli qeyriyaşayış sahəsi vermişdir. Bu faktlar İddiaçı öz ifadəsi ilə təsdiqini tapır. Lakin nədənsə Səfiquliyev bugünkü gündə Taleylə aralarında olan ədavətə görə bu cür addım atır. Həmin torpaq sahəsində ikimərtəbəli ev Taley Alaverdiyev tərəfindən tikilmişdir. O evin İddiaçı heç bir aid iyyatı olmamışdır. İddiaçı Korrupsiyaya qarşı Mübarizə İdarəsində şahid qismində dindiriləndə özü etiraf etmişdir ki, ona qalan 0,04 ha torpaq sahəsində köhnə bir mərtəbəli ev olmuşdur. Oda sökülüb yerində iki mərtəbəli ev tikilmişdir. Həqiqətən də iki mərtəbəli ev mövcud olsaydı, İddiaçı 2022-ci il tarixdə şahid qismində dindiriləndə qeyd edərdi. Ən azından İddiaçı şahid qismində ifadə verərkən iki mərtəbəli evi olduğunu və ya onu özünün tikdirdiyini bildirməli idi. O sadəcə hazırda sökülmüş olan bir mərtəbəli evinin olduğunu qeyd etmişdir. Çünki iki mərtəbəli evi Taley Alaverdiyev tərəfindən tikilmişdir. Həmçinin tərəflər arasında 12 may 2020-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanılaraq İddiaçı 0.08 ha torpaq sahəsini Taley Alaverdiyevə satdığını, əvəzində isə 100000 manat (mənzil və qeyri-yaşayış sahəsinin məbləği) alması göstərilmişdir. İddiaçı torpağı satmaq niyyəti olmuşdur. 2012-ci il tarixdə torpağı satdıqdan sonra Taley Alaverdiyev orada iki mərtəbəli fərdi yaşayış evi inşa etmiş, hətta bununla bağlı İddiaçı həyat yoldaşı da razılıq vermişdir. Taley Alaverdiyev evi inşa etdikdən sonra onun özü və ailə üzvləri köçüb orada yaşamağa başlamış, sənəd olaraq öz aralarında bunu 12 may 2020-ci il tarixdə rəsmiləşdirmək məqsədi ilə müqavilə bağlamışlar. Daha sonra əlavə olaraq İddiaçı tərəfindən 19 may 2020-ci ildə təkrar olaraq 10 il müddətinə etibarnamə verilmişdir. Hətta İddiaçı həyat yoldaşı Nahidə Səfiquliyeva da razılıq ərizəsi vermişdir. Daha sonra Taley Alaverdiyev ilə aralarında olan ədavətə görə etibarnaməni ləğv etdirmiş Taleyin tikdirdiyi iki mərtəbəli evi a lmaq qərarına gəlmişdir. Hesab edir ki, bu hüquqdan sui-istifadədir. Belə ki, Taley Alaverdiyev kifayət qədər böyük məbləğdə fərdi yaşayış evini tikdirmişdir. Lakin hazırda iddiaçı onun ailə üzvlərini həmin evdən çıxartdırmaq istəyir. İddia ərizəsində iddiaçı bildirir ki, guya evi onun özü tikib. Halbuki, bununla bağlıməhkəməyə hər hansı sübut təqdim etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. İddiaçı kassasiya şikayətlərinə etiraz edərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:
24. Maddə 60, hissə
1. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X8 X7:
25. Maddə 6, hissə.
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
26. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.
27. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
28. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudi yyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
29. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
30. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
31. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməs i yolverilməzdir.
32. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
33. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
34. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi ist inad etdiyi halları sübut etməlidir.
36. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəmə si işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Kassasiya şikayətlərində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Kollegiya aşağıdakılara əsasən hesab edir ki, iş üzrə maddi və prosessual hüquq nortmaları düzgün tətbiq edilməmişdir.
43. Baxılan işdə Abşer on rayonu, S.Əliyev adına südlük-maldarlıq üzrə X17 Təsərrüfatı Müəssisəsinin xx.xx.2000-ci il tarixli 6 nömrəli əmrinə və Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli sərəncamına əsasən İddiaçı Ramana Südçülük sovxozu ərazisində fərdi yaşayış evi tikmək məqsədilə 0,08 ha torpaq sahəsinin ayrılması müəyyən edilmişdir.
44. İddiaçı bildirir ki, o, 2012-ci ildə Taley Alaverdiyev adlı şəxslə razılaşaraq torpaq sahəsi və üzərindəki evləri sonuncuya təhvil vermiş, X6 müəyyən əmlaklar verməli idi. Bu razılaşma əsasında xx.xx.2012-ci il və xx.xx.2020-ci il tarixlərdə Taley Alaverdiyevin adına etibarnamələri rəsmiləşdirmişdir. X15 razılaşmanın şərtlərinə əməl etməmiş, əmlaklardan birinə dair sənədi təqdim etməmiş, digərləri isə qaytarılmışdır. Bu səbəbdən xx.xx.2021-ci ildə həmin etib arnamələri ləğv etmişdir. Buna baxmayaraq, Taley Alaverdiyev torpaq sahəsini və evləri ona qaytarmamış, əksinə, həmin əraziyə qardaşı Cavabdeh1 və Cavabdeh2 yerləşdirmişdir.
45. Cavabdehlər isə iddiaya etiraz edərək bildirirlər ki, İddiaçı mübahisəli torpaq sahəsini və evləri daha əvvəl Cavabdeh2 həyat yoldaşı Taley Alaverdiyevə faktiki olaraq satmış, buna dair alqı-satqı müqaviləsi və iki etibarnamə verilmişdir. Torpaq sahəsi müqabilində mənzillər və əlavə ödənişlər edilmişdir. Taley Alaverdiyev həmin ərazidə iki mərtəbəli ev tikmiş, özü və ailəsi orada yaşamışdır. Bu evlər iddiaçının deyil, cavabdehin və onun ailəsinin vəsaiti və əməyi ilə tikilmişdir. İddiaçı, əvvəlcə könüllü razılaşma ilə verilmiş əmlakın yenidən geri alınması üçün şikayət verərək hüquqdan sui-istifadə edir.
46. Cavabd ehlər bildirdikləri halları təsdiqləyən sübut kimi Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 13 dekabr 2022-ci il tarixli qərarına istinad edərək göstərmişlər ki, istintaq zamanı şahid qismində dindirilmiş İddiaçı bildirmişdir ki, 2012-ci ildə Taley Alaverdiyev (Natiqin qardaşı, Leylanın həyat yoldaşı) həmin torpaq sahəsini ondan almaq istədiyini demiş, həmin razılaşma əsasında Taley göstərilən vaxt işlədiyi "xxxx" MTK-dan 2 otaqlı 84 kv. metr sahəli mənzili onun adına rəsmiləşdirmiş, o da həmin zaman 8 sot torpaq sahəsi ilə bağlı Taleyə etibarnamə vermişdir. Taleylə həmin razılaşmaları baş tutanda sonuncu ilə ona məxsus torpağın dəyərini, habelə onun müqabilində ona verdiyi mənzilə hansısa dəyər müəyyənləşdirməmiş, torpaq müqabilində mənzil verilməsi kimi razılaşmışdır.
47. Göründüyü kim i, mübahisəli əmlakın iddiaçı ilə Taley Alaverdiyevin qarşılıqlı razılaşması əsasında 2012-ci ildə sonuncuya təqdim edilməsi, on ildən artıq müddət ərzində onun və qohumları olan cavabdehlərin sahibliyində olması hər iki tərəfin verdiyi məlumatlarla təsdiqlənir.
48. Belə olan halda, apellyasiya məhkəməsinin “iddiaçı ilə üçüncü şəxslər arasında olan münasibətlərin hazırkı mübahisənin həlli ilə bağlı hər hansı hüquqi əhəmiyyətinin olmaması” barədə mövqeyi əsaslı bir yanaşma sayıla bilməz.
49. Ona görə ki, hazırkı məqamda cavabdehlər mübahisəli əmlaka dair hüquqtəsdiqedici sənədlərə malik olmasalar da, həmin əmlakın onların sahibliyinə Taley Alaverdiyev tərəfindən verildiyi və sonuncunun da bu imkana iddiaçının özünün iradəsi əsasında malik olduğu işdə mübahisə edilmir.
50. Belə olan halda, cavabdehlərin əmlakdan çıxarılması haqqında iddiaya İddiaçılə Taley Alaverdiyev arasındakı mübahisəli hüquq münasibətləri nəzərə alınmadan baxılması tərəflər arasındakı münasibətlərin həqiqi vəziyyətinə uyğun olmamışdır.
51. Odur ki, iddiaya hüquq haqqında mübahisə kimi baxılarkən əmlaka dair iddiaçının malik olduğu sənədlər əsasında cavabdehlərin torpaq sahəsindən və evlərdən çıxarılması tələbinin qanuni əsası müəyyənləşdirilməli, müvafiq normaların dispozisiya şərtləri əsasında iddianın və ona etirazların əsaslı olub-olmamasına hüquqi qiymət verilməlidir.
52. Hazırkı işdə o da diqqəti cəlb edir ki, torpaq sahəsinin Taley Alaverdiyevin sahibliyinə verilməsi müqabilində iddiaçıya başqa bir əmlakın (mənzil və s.) verilibverilmədiyi, habelə torpaq sahəsində yerləşən fərdi yaşayış evlərinin iddiaçı, yoxsa cavabdehlər tərəfindən tikilməsi işin mübahisə olunan hallarıdır. Bu hallar mübahisənin ədalətli həlli üçün mühüm əhəmiyyət kəsb edir.
53. Nəzərə alınmalıdır ki, əgər 2012-ci ildə sahibliyə qəbul edilmiş torpaq sahəsinin əvəzi iddiaçıya ödənilməmişdirsə, habelə mübahisəli evləri iddiaçı inşa etmişdirsə, cavabdehlərin rəsmi sənədlə iddiaçının adına ayrılmış torpaq sahəsinə və üzərindəki evlərə hansı hüquqi əsasla sahiblik etdikləri əsaslandırılmalıdır. Bu halda cavabdehlər sübut etməlidirlər ki, onların əmlak üzərindəki sahibliyi ya qanuna, ya da müqaviləyə əsaslanır. Təbii ki, daşınmaz əmlaka sərəncam verilməsi ilə bağlı etibarlı olmayan (notarial qaydada təsdiqlənməmiş müqavilələr, yaxud əmlaka dair təmsil səlahiyyəti verən etibarnamələr və s.) bu konteksdə hüquqi bir əsas kimi nəzərə alına bilməz. Odur ki, istinad olunan qanuni əsas üzrə konkret normativ hüquqi aktın adı və norması, habelə bu normanın dispozisiya şərtləri ilə işin müəyyən edilmiş halları arasındakı uyğunluq, müqavilə əsasında isə etibarlı bir razılaşmanın mövcudluğu sübuta yetirilməlidir.
54. Bununla belə, əgər iddiaçının adına ayrılmış torpaq sahəsinin əvəzi ona ödənilmişsə, bu səbəbdən sahə iddiaçının öz iradəsi ilə cavabdeh tərəfə təqdim olunmuşsa, üstəlik torpaqda yerləşən tikililər Taley Alaverdiyev və ya cavabdehlər tərəfindən iddiaçının məlumatı daxilində və etirazı olmadan inşa edilmişsə, on ildən artıq müddət keçdikdən sonra iddiada göstərilən səbəblərlə, özü də cavabdehlərin əmlaka sərf etdikləri vəsaitin əvəzi ödənilmədən torpaqdan və evdən çıxarılması tələbinin dürüstlük qaydası na və hüquqdan sui-istifadə qadağasına uyğun olub-olmadığı apellyasiya məhkəməsi tərəfindən yoxlanılmalıdır.
55. Çünki, vicdanlı sahibin çəkdiyi xərclər ödənilmədən (gözlənilən) mülkiyyətçinin öz hüquqlarını birtərəfli qaydada həyata keçirməsi dürüstlük qaydası və ədalətlə uzlaşmır. Məlum olduğu kimi, bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əx laq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir.
56. Bu prinsipə uyğun olaraq, qanunverici mülkiyyətçinin öz hüquqlarından geniş istifadə səlahiyyətini hüquqdan sui-istifadə qadağası ilə məhdudlaşdırmışdır. Bu məhdudiyyət qanunda nəzərdə tutulmaqla yanaşı, yuxarıda qeyd edilən qanuni məqsədlərə xidmət edir.
57. Çünki, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır (§ 26, 31-33).
58. Göründ üyü kimi baxılan işdə hər iki tərəfin istinad etdiyi dəlillər və mübahisəli halların aydınlaşdırılması işin düzgün həlli üçün əhəmiyyətli olmuşdur. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasına, sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsinə, qətnamənin iş üzrə müəyyən edilmiş hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırılmasına dair prosessual hüquq normalarına əməl etməmişdir (§ 34-38).
59. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir.
60. Məhkəmə kollegiyası vurğulayır ki, iş üzrə əhəmiyyət kəsb edən halları müəyyən etmədən və onlara qiymət vermədən iddianın həlli barədə çıxarılmış qətnamə əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir.
61. Bu qaydalara riayət edilməməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə təminat verilən hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun, İnsan Hüquqlarının və X8 X4 əks olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına səbəb olur (§ 24-25).
62. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərarlarında dəfələrlə vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hall arını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli qərarlar).
63. Qeyd olunanları nəzərə alaraq, kassasiya kollegiyası bu qənaətə gəlir ki, apellyas iya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir.
64. Təkrar apelyasiya baxışında tərəflərin izahatları və dəlilləri dinlənilməli, mübahisəli hallar, habelə bu hallar üzrə sübutetmə yükü düzgün müəyyən edilməklə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmalı, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, tərəflərin dəlillərinin hansı səbəbdən qəbul edilibedilməməsi əsaslandırılmalı, ədalətli məhkəmə araşdırması hüququ təmin olunmaqla mübahisəyə qanunvericiliyə uyğun qaydada yekun hüquqi qiymət verilməlidir.
65. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kass asiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-438/2025 nömrəli, 21 yanvar 2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.